Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-211/2025 15.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi, vəkil X2, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi1 iştirakları ilə xx.xx.1999-cu il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Yeni Qaradolaq kəndində qeydiyyatda olan və Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, yeni məhəllədə yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 09 dekabr 2023-cü il tarixdə saat 06 radələrində rənglənməsi üçün rəngsaz işlədiyi Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən avtomobil təmiri emalatxanasında saxlanılmış Zərərçəkmiş şəxs məxsus 2014-cü il buraxılşılı “Kia- Sportage” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan ələ keçirib qaçıraraq Abşeron rayonu, Ceyranbatan qəsəbəsində “Araz” marketin arxasındakı küçə ilə hərəkətdə olarkən idarə etməni itirərək yolun kənarında daş betona vurub yol-nəqliyyat hadisəsi törətməklə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs 17760 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Məhkəmə icraatı zamanı zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı mülki iddia vermiş, mülki iddia məhkəmənin icraatına qəbul edilmiş, həmin şəxslər müvafiq olaraq mülki iddiaçı və mülki cavabdeh qismində tanınmışlar. Mülki iddia onunla əsaslandırılmışdır ki, cinayət isinin materiallarına əsasən təqsirləndirilən şəxsin törətdiyi cinayət hadisəsi nəticəsində onun əmlakına xeyli miqdarda ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsi nəticəsində ona məxsus “Kia-Sportage” markalı **-LM-*** markalı avtomobilini təmir və bərpa etdirib əvvəlki vəziyyətinə qaytarmaq üçün 17760 manat pul xərcləmişdir. Hesab edir ki, həmin cinayət nəticəsində ona 17760 manat dəyən maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. Göstərilənlərə əsasən, mülki iddiasının təmin edilməsini, cinayət nəticəsində təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 17760 manat maddi ziyanın, ona göstərilən hüquqi yardımla əlaqədar 320 manat və 145 manat məhkəmənin hesabına ödənilmiş dövlət rüsumunun, cəmi 18225 manat pul məbləğinin cavabdehdən alınıb onun xeyrinə ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs iddia tələbinin azaldılmasına dair ərizə verərək, mülki cavabdeh tərəfindən ona qismən ödənişlər edildiyini, bununla da iddia tələbinin azaldılması zərurəti yarandığını göstərmiş, mülki cavabdeh Təqsirləndirilən şəxs ona ödəməli olduğu maddi zərərin 13.425 manat təşkil etdiyini, həmin həcimdə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs, mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, avtomobil rəngsazı ustasıdır və hadisə törətməmişdən bir ay əvvəl Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, su kanalının yanında yerləşən avtomobil təmiri sexində rəngsaz işləməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə saat 16- 17 radələrində tanışı Hüseyn bir nəfər İlham adlı oğlanla “Kia Sportage” markalı 77- LM-948 dövlət qeydiyyat nişanlı avtomobili təmir sexinə gətirib, Hüseyn həmin avtomobilin tanışı İlhama məxsus olduğunu və avtomobilin rəngsaz işini görməyini xahiş etmişdir. O, həmin gün təxminən 2 saat avtomobilin şpaklovkasım vurmuş və İlhamla Hüseyn avtomobili aparmışlar. Səhəri gün yəni xx.xx.2023-cü il tarixdə saat 13 radələrində avtomobilin boyasını vurmağı üçün İlhamın atası Faiq “Kia Sportage” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir sexinə gətirib ona vermişdir. O, avtomobili təmir edib həmin gün axşam sahibinə təhvil vermək istəmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında İlham avtomobil təmiri sexinə gəlib avtomobili götürmək istəmiş, lakin avtomobilin boyasının tam vurulmadığını bildirib, səhər götürməsini İlhama demişdir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində o, “Kia Sportage” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir sexindən götürüb sürərək Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsinə evlərinə gəlmişdir. Evdə şam yeməyi yedikdən sonra xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində həvəsi olduğu üçün “Kia Sportage” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobili sürüb Ceyranbatan qəsəbəsi və Sumqayıt şəhəri ərazisində gəzmişdir. Saat təxminən 03:30 radələrində həmin Kia markalı avtomobili saatda 100-110 km sürətlə idarə edib Ceyranbatan qəsəbəsində məhlənin içindən əsas yola çıxan zaman avtomobil idarə etməni itirmiş və avtomobilin ön hissəsi yolun kənarında daş tumbaya çırpılmışdır. Hadisə vaxtı o, sağ ayağından və sifətindən xəsarət almışdır. O, tanışı Hüseynin həmin avtomobili sürməyi üçün ona icazə verdiyini qeyd etmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyandan 4.800 manat pul ödəmiş, qalan ziyanı yaxın vaxtlarda ödəməyi öz öhdəsinə götürür. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, yeni məhəllədə yaşayır. “Kia-Sportage” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Avtomobilin sol qanadı əzildiyi üçün təmir etdirmək istəmiş və buna görə xx.xx.2023-cü il tarixdə oğlu İlham dostu Hüseynlə birlikdə “Kia-Sportage” markalı 77- LM-948 dövlət qeydiyyat nişanlı avtomobili Ceyranbatan qəsəbəsində rəngsaz işləyən Mehman adlı ustanın yanma aparmışlar. Həmin vaxtı Mehman adlı usta avtomobilin şpaklovka işini görmüş və İlham maşını evə gətirmişdir. Səhəri gün yəni xx.xx.2023-cü il tarixdə saat 13 radələrində o, avtomobili rəngləməsi usta Mehmana təhvil vermişdir. Həmin gün axşam Mehman avtomobili ona təhvil verəcəyini bildirmişdir. Həmin gün axşam oğlu İlhama avtomobili gedib usta Mehmandan götürməsini bildirmiş, İlham avtomobili götürmək üçün təmir sexinə Mehmanın yanına getmiş və Mehman avtomobilin boyasının tam qurumadığını bildirib, səhər tezdən avtomobili götürməsini İlhama demişdir. Səhəri gün tezdən saat 06 radələrində Dövlət Yol polisi əməkdaşı ona zəng edib Ceyranbatan qəsəbəsində ona məxsus “Kia-Sportage” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törədildiyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, usta Mehman ona məxsus avtomobili icazəsi olmadan təmir sexindən götürüb sürmüş və Ceyranbatan qəsəbəsində hasara çırparaq əzmiş və avtomobilin əzilməsi nəticəsində ona 17760 manat ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ona dəymiş ziyandan 4.800 manat pul ödəmişdir. Ona görə də mülki iddiasının 13.425 manat hissəsində təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, atasına məxsus olan “Kia Sportage” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin rəngsaz işini gördürmək üçün xx.xx.2023-cü il tarixdə günorta saatlarında dostu Hüseynlə birlikdə avtomobili Ceyranbatan qəsəbəsində su kanalının yanında yerləşən avtomobil təmiri sexində rəngsaz işləyən Mehmanın yanına aparmışlar və Mehmanla danışıqlarına görə Mehman avtomobilin rəngsaz işini 50 manata görəcəkdir. Həmin vaxtı Mehman Kia markalı avtomobilin şpaklovkasını vurmuş və o, avtomobili aparmışdır. Səhəri gün yəni xx.xx.2023-cü il tarixdə Hüseyn və Mehmanla birlikdə gedib avtomobil üçün boya almışlar və xx.xx.2023-cü il tarixdə günorta saatlarında atası Faiq “Kia Sportage” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobili aparıb rəngini vurması üçün Mehmana təhvil vermişdir. Həmin gün Mehman avtomobilin boyasını vurub onlara təhvil verməliymiş. xx.xx.2023-cü il tarixdə axşam saatlarında atası Faiq avtomobili sexdən Mehmandan götürməsini ona demiş və o, həmin gün saat 19 radələrində avtomobil təmiri sexinə gedib Mehmandan maşını istəmişdir. Mehman avtomobilin boyasının qurumadığı üçün səhər götürməyini bildirdimişdir. O, da evə gəlib bu barədə atasına demişdir. Səhəri gün yəni xx.xx.2023-cü il tarixdə Mehmanın atasına məxsus “Kia Sportage” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobili özbaşına götürüb sürüb qəza törətiyi və avtomobili divara vurub əzdiyi məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, avtomobil çilingəridir və Abşeron rayonu, Ceyranbatan qəsəbəsində avtomobil təmiri sexində işləyir. 2023-cü ilin noyabr ayının sonlarında gecə saatlarında dostu X4 ona zəng edib atası Faiqin “Kia Sportage” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa hissəsini əzdiyini və avtomobili təmir etmək üçün dəmirçi lazım olduğunu bildirmişdir. Səhəri gün Məhəmmədlə avtomobili Ceyranbatan qəsəbəsində dəmirçinin yanma aparıb avtomobili dəmirçiyə vermişlər və 1 gün sonra dəmirçi avtomobili təmir edib Məhəmmədin qardaşı İlhama vermişdir. Bundan bir neçə gün sonra xx.xx.2023-cü il tarixdə günorta saatlarında həmin avtomobilin rəngsaz işini gördürmək üçün İlhamla birlikdə avtomobili Ceyranbatan qəsəbəsində su kanalının yanında yerləşən avtomobil təmiri sexində rəngsaz işləyən Mehmanın yanma aparmışlar və Mehmanla danışıqlarına görə Mehman avtomobilin rəngsaz işini 50 manata görəcəkdir. Həmin vaxtı Mehman Kia markalı avtomobilin şpaklovkasını vurmuş və İlham avtomobili aparmışdır. Səhəri gün yəni xx.xx.2023-cü il tarixdə İlham və Mehmanla birlikdə gedib avtomobil üçün boya almışlar və xx.xx.2023-cü il tarixdə günorta saatlarında Məhəmmədin atası Faiq “Kia Sportage” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobili aparıb rəngini vurması üçün Mehmana təhvil vermişdir. Həmin gün o, Mehmanın yanma avtomobil təmiri sexinə gedib avtomobillə maraqlanmış və Mehman avtomobilin rəngini vurub axşam təhvil verəcəyini bildirmişdir. O, da Mehmana işini tam bitirdikdən sonra pulunu verəcəyini bildirmişdir. Məhəmməd avtomobilin ehtiyat hissələrinin pulunu və usta pulunu ona vermişdir. Sexdə olan zaman Mehmana avtomobili sürməməsini tapşırmış, hətta nəinki sürmək yerindən tərpətməməsi barədə xəbərdar etmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında İlham avtomobili götürmək üçün Mehmanın yanına getmiş, lakin Mehman havanın yağışlı olduğunu bildirib avtomobili verməmiş, səhər gəlib götürməsini demişdir. Bu barədə İlham özü ona zəng edib demişdir. Həmin vaxtı Mehman onun işlədiyi avtomobil təmiri sexinə gəlib, ondan avtomobilin təmiri üçün qalan 30 manat pulu istəmiş və o, da hal-hazırda pulu olmadığını, pulunun kartda olduğunu bildirmişdir. Həmin vaxt yanında olan müştəridən xahiş etmişdir ki, Mehmanı aparsın və kartından 10 manat çıxarıb Mehmana versin. O, özündə olan 5 manatıda Mehmana verib yola salmışdır. Səhəri gün yəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Məhəmməd ona zəng edib Mehmanın avtomobili sürüb qəza törətdiyini və avtomobili yararsız hala saldığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 241 saylı rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan başın alın nahiyəsinin və burun nahiyəsinin əzilmiş yaraları, sağ bud sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı, sol diz oynağı və baldır nahiyələrinin əzilmiş yaraları bər küt əşyanın (əşyaların) təsirindən onun Sumqayıt Tibb Mərkəzi TTYX-na daxil olduğu və qərarda göstərilən xx.xx.2023-cü il tarixində törənmişdirlər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 19 mart 2024-cü il tarixli 8/685 saylı rəyindən görünür ki, “Kia Sportage” markalı ** LM *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobil sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkətihaqqmda” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək, 100-110 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/1762 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə iş materillarında olan xx.xx.2023-cü il tarixli nöqsan aktmdakı məlumatlara əsasən 2014-cü il buraxılışlı “Kia Sportage” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2023-cü ilin dekabr ayına olan təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13107,0 manat müəyyən edilir. xx.xx.2023-cü il tarixli ziyan aktından görünür ki, baş vermiş hadisə nəticəsində Zərərçəkmiş şəxs məxsus “Kia Sportage” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilə təmir-bərpa xərcləri ilə birlikdə cəmi 17760,00 manat maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, 2014-cü il buraxılışlı ağ rəngli “Kia-Sportage” markalı 77-LM- 948 dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı saxlanılması üçün qanuni sahibinə qaytarılmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, cinayət nəticəsində ona dəymiş 17760 manat maddi ziyanın, ona göstərilən hüquqi yardımla əlaqədar 320 manat və 145 manat məhkəmənin hesabına ödənilmiş dövlət rüsumunun, cəmi 18225 manat pul məbləğinin təqsirləndirilən şəxsdən alınıb ona verilməsinə dair mülki iddiasının təmin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinin azldılmasına dair ərizədən görünür ki, cinayət nəticəsində ona dəymiş ziyandan təqsirləndirilən şəxs tərəfindən 4.800 manat pul ödənilmişdir, qalan 13.425 manat pulun alınıb ona verilməsinə dair mülki iddiasının təmin edilməsini xahiş etmişdir. Təqsirləndirlən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki iddia tələbin qəbul edir və 13.425 manat hissədə iddia tələbin təmin edilməsini xahiş edir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayət qanunvericiliyinə görə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobili və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar CM-nin 185-ci maddəsində nəzərdə tutulmuş əməli törətməklə təkcə avtomobil və ya başqa nəqliyyat vasitəsi üzərində mülkiyyət hüquqlarını pozmur, həm də yol hərəkəti qaydalarını təhlükə altına alır. Həmin cinayətin obyektini mülkiyyət münasibətləri təşkil edir. Lakin talamadan fərqli olaraq burada avtomobil və ya başqa nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququ itirilmir, yalnız onun bəzi elementləri (daha çox sahiblik və istifadə hüququ) itirilir. Əməl obyektiv cəhətdən avtomobili və ya başqa nəqliyyat vasitəsini qanunsuz ələ keçirmədə (qaçırmada) ifadə olunmuşdur. Qaçırma başqasının avtomobilini və ya başqa nəqliyyat vasitəsini müvəqqəti ələ keçirmədə və onu dayandığı yerdən aparmada ifadə olunur. Qaçırılan avtomobil və ya nəqliyyat vasitəsi özgəsinin olmalıdır, yəni təqsirkarın onlardan istifadə etməyə icazəsi və ya hüququ olmamalıdır. Avtomobili və ya başqa nəqliyyat vasitəsini qaçırma mahiyyətcə həmin nəqliyyat vasitələrinin mülkiyyətçisinə və ya sair qanuni sahibinə məxsus istifadə və sahiblik hüququnu pozan hərəkətlərdən ibarətdir. Nəqliyyat vasitəsi dayandığı yerdən aparıldığı andan qaçırma başa çatmış sayılır. Cinayətin subyektiv cəhəti birbaşa qəsddən və talama məqsədinin olmamasından ibarətdir. Təqsirkar özgəsinin avtomobilini və ya başqa nəqliyyat vasitəsini qanunsuz ələ keçirdiyini dərk edir və bunu arzu edir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasının yüngülləşdiriən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 2014-cü il buraxılışlı ağ rəngli “Kia-Sportage” markalı 77-LM- 948 dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, qeyd edildiyi kimi, mülki iddiaçı zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanın 17760 manat pul məbləğinin mülki cavabdeh təqsirləndirilən şəxsdən alınıb onun xeyrinə ödənilməsi ilə bağlı mülki iddia qaldırmışdır. Daha sonra zərərçəkmiş şəxs iddia ərizəsinə əlavə verərək, mülki cavabdeh tərəfindən ona qismən ödənişlər edildiyini, bununla da iddia tələbinin azaldılması zərurəti yarandığını göstərmiş, mülki cavabdeh Təqsirləndirilən şəxs ona ödəməli olduğu maddi zərərin 13.425 manat təşkil etdiyini nəzərə almağı xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında işin faktiki halları və qanunvericiliyin istinad olunan tələbləri ilə müəyyən olundu ki, mülki cavabdeh təqsirləndirilən şəxs vurduğu maddi ziyanın əvəzini, həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan mülki iddiaçı zərərçəkmiş şəxs ödəməli olduğu halda, ödəməmişdir. Hansı ki, təqsirləndirilən şəxs təqsirlilik məsələsi yuxarıda göstərilən qaydada müəyyən edilmiş və həllini tapmışdır. Mülki iddia üzrə tutulmalı olan məbləğlə bağlı məhkəmə qeyd edir ki, talama məqsədi olmadan qanunsuz olaraq avtomobilin ələ keçirilməklə qaçırılması ilə müşayiət olunan əməlin törədilməsi nəticəsində, zərərçəkmiş şəxsə məxsus əmlakın zədələnməsi ilə ona mülki iddiada qeyd olunan 17760 manat maddi ziyandan 4.800 manat məbləğində pul məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. İddia tələbi azaldılmışdir. Ona görə mülki iddia həmin hissədə təmin olunaraq vurulmuş maddi ziyana görə 13.425 manat pul mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 135 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Mülki iddia təmin edilsin. Maddi ziyana görə 13.425 manat məbləğində pul mülki cavabdeh və təqsirləndirilən şəxs cavabdeh Təqsirləndirilən şəxs alınıb, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. İş üzrə maddi sübut qismində tanınmış 2014-cü il buraxılışlı ağ rəngli “Kia- Sportage” markalı 77-LM- 948 dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı qanuni sahibinə qaytarılması nəzərə alınsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-211/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-211/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver