Məhkəmə qərarları › İş №1(012)-212/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-212/2022

08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-212/2022 08.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Abşeron rayon Mehdiabad qəsəbə Bələdiyyəsinin nümayəndəsi, Nümayəndə, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1956-cı il tarixdə Ermənistan Respublikası Qafan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Abşeron rayon Mehdiabad qəsəbə bələdiyyəsinin sədri vəzifəsində işləmiş, hazırda təqaüddə olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 309.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 yanvar 2010-cu il tarixdən 14 yanvar 2020-ci il tarixədək olan müddət ərzində qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində bələdiyyə üzvlərindən ibarət kollegial yerli özünüidarəetmə orqanı olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 26 aprel 2000-ci il tarixli 1070 nömrəsi ilə dövlət qeydiyyatına alınmış Abşeron rayonu Mehdiabad qəsəbə bələdiyyəsinin sədri vəzifəsində işlədiyi müddətdə, qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaşlar və təşkilatlar tərəfindən təkzib edilən hərəkətlərə yol verərək, “Bələdiyyələrin statusu haqqında” 02 iyul 1999-cu il tarixli 698-İQ saylı Azərbaycan Respublikası Qanunu ilə bələdiyyənin “qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqan” olmasını bildiyi halda, habelə “Bələdiyyələrin maliyyəsinin əsasları” haqqında 07 dekabr 1999-cu il tarixli 772-İQ saylı Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin “bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılmalı və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməli” tələblərini kobud surətdə pozaraq, bələdiyyənin ümumi iclasının qərarı olmadığı, idarə, müəssisə, təşkilat və işçilərə əmək haqqına görə kreditor borcu olduğu halda, müəyyən səlahiyyətləri həyata keçirmək üçün ona etibar edilmiş pul vəsaitini təyinatı üzrə istifadə edilməsinə sərf etməyərək Abşeron rayonu, Xırdalan qəsəbə bələdiyyəsinin qəsəbədə aparılan abadlıq işləri üçün maddi vəsaitin çatmamasına görə maddi köməklik istəməsi barədə 12 avqust 2015-ci il tarixli 278 nömrəli məktubunu əsas götürərək bələdiyyənin digər üzvlərinin xəbəri olmadan 18 avqust 2015-ci il tarixli 17 nömrəli ödəniş tapşırığı ilə 3000 manat, Abşeron rayonu Xırdalan qəsəbə bələdiyyəsinin oxşar məzmunlu 08 iyun 2016-cı il tarixli 267 nömrəli məktubunu əsas götürərək bələdiyyənin digər üzvlərinin xəbəri olmadan 13 iyun 2016-cı il tarixli 24 nömrəli ödəniş tapşırığı ilə 3000 manat, Abşeron rayonu Xırdalan qəsəbə bələdiyyəsinin abadlıq işləri və mühafizə xərclərinin ödənilməsi üçün maddi vəsaitin çatmamasına görə maddi köməklik istəməsi barədə 02 iyun 2017-ci il tarixli 209 nömrəli məktubunu əsas götürərək bələdiyyənin digər üzvlərinin xəbəri olmadan 14 iyun 2017-ci il tarixli nömrəsiz ödəniş tapşırığı ilə 3000 manat məbləğində pul vəsaitini həmin bələdiyyənin hesabına əvəzsiz köçürməklə, ümumilikdə hüquqi şəxs olan Abşeron rayonu Mehdiabad qəsəbə bələdiyyəsinin qanuni mənafelərinə mühüm zərər, yəni 9000 (doqquz min) manat məbləğində maddi ziyan vurmaqla özbaşınalıq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 26 yanvar 2010-cu il tarixdən 14 oktyabr 2020-ci il tarixədək Abşeron rayonu Mehdiabad bələdiyyəsinin sədri vəzifəsində işləmiş, bələdiyyə sədri vəzifəsində çalışdığı müddətdə Abşeron rayonu, Xırdalan qəsəbə bələdiyyəsinin qəsəbədə aparılan abadlıq işləri üçün maddi vəsaitin çatmamasına görə maddi köməklik istəməsi barədə 12 avqust 2015-ci il tarixli 278 nömrəli məktubunu əsas götürərək, bələdiyyənin digər üzvlərinin xəbəri olmadan 18 avqust 2015ci il tarixli 17 nömrəli ödəniş tapşırığı ilə 3000 manat, həmin bələdiyyənin oxşar məzmunlu 08 iyun 2016-cı il tarixli 267 nömrəli məktubunu əsas götürərək 13 iyun 2016-cı il tarixli 24 nömrəli ödəniş tapşırığı ilə 3000 manat, həmin bələdiyyənin abadlıq işləri və mühafizə xərclərinin ödənilməsi üçün maddi vəsaitin çatmamasına görə maddi köməklik istəməsi barədə 02 iyun 2017-ci il tarixli 209 nömrəli məktubunu əsas götürərək, 14 iyun 2017-ci il tarixli nömrəsiz ödəniş tapşırığı ilə 3000 manat məbləğində pul vəsaitini həmin bələdiyyənin hesabına əvəzsiz köçürmüşdür. Bu barədə Mehdiabad bələdiyyəsinin üzvlərinin xəbəri olmamışdır. Bu köçürmələrin qanunsuz olması barədə məlumatı olmuş, həmin pulları və ümumiyyətlə bələdiyyənin büdcəsini səlahiyyətində olan ərazinin ehtiyaclarına sərf etməli olduğu halda ümumi Abşeron rayonunun inkişafında və həyatında iştirak etmək üçün, o cümlədən Xırdalan qəsəbə bələdiyyəsinin köməklik istəməsi barədə məktublarını nəzərə alaraq bu işi görmüş, həmin pullar hər ilin dekabr ayında növbəti il üçün bələdiyyə büdcəsinin proqnozu ilə bağlı keçirilən kollegiya iclaslarında baxılan zaman digər bələdiyyələrə maddi dəstək nəzərdə tutulmamışdır. Etdiyi əməllər nəticəsində Mehdiabad qəsəbə bələdiyyəsinin büdcəsinə vurduğu ziyanı tam ödəmişdir. Hazırda törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Abşeron rayon Mehdiabad qəsəbə Bələdiyyəsinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 01 noyabr 2017-ci il tarixdən hal-hazıradək Mehdiabad qəsəbə bələdiyyəsində hüquqşünas vəzifəsində çalışır. Sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri barədə məlumatı olmamış, istintaq zamanı bilmişdir ki, o, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan qanunsuz hərəkətlər edərək “Bələdiyyələrin statusu haqqında'’ və “Bələdiyyələrin maliyyəsinin əsasları” haqqında Azərbaycan Respublikası Qanunlarını pozaraq müəyyən səlahiyyətləri həyata keçirmək üçün ona etibar edilmiş pul vəsaitini təyinatı üzrə istifadə edilməsinə sərf etməyərək Abşeron rayonu Xırdalan qəsəbə bələdiyyəsinin qəsəbədə aparılan abadlıq işləri üçün maddi vəsaitin çatmamasına görə maddi köməklik istəməsi barədə 12 avqust 2015-ci il tarixli 278 nömrəli məktubunu əsas götürərək bələdiyyənin digər üzvlərinin xəbəri olmadan 18 avqust 2015-ci il tarixli 17 nömrəli ödəniş tapşırığı ilə 3000 manat, Abşeron rayonu Xırdalan qəsəbə bələdiyyəsinin oxşar məzmunlu 08 iyun 2016-cı il tarixli 267 nömrəli məktubunu əsas götürərək bələdiyyənin digər üzvlərinin xəbəri olmadan 13 iyun 2016-cı il tarixli 24 nömrəli ödəniş tapşırığı ilə 3000 manat, Abşeron rayonu Xırdalan qəsəbə bələdiyyəsinin abadlıq işləri və mühafizə xərclərinin ödənilməsi üçün maddi vəsaitin çatmamasına görə maddi köməklik istəməsi barədə 02 iyun 2017-ci il tarixli 209 nömrəli məktubunu əsas götürərək bələdiyyənin digər üzvlərinin xəbəri olmadan 14 iyun 2017-ci il tarixli nömrəsiz ödəniş tapşırığı ilə 3000 manat məbləğində pul vəsaitini həmin bələdiyyənin hesabına əvəzsiz köçürməklə, ümumilikdə hüquqi şəxs olan Abşeron rayonu Mehdiabad qəsəbə bələdiyyəsinin qanuni mənafelərinə mühüm zərər, yəni 9000 (doqquz min) manat məbləğində maddi ziyan vurmaqla vəzifə səlahiyyətlərinə aid olmayan özbaşına hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs bu vəsaiti kollegial orqan olan bələdiyyənin qərarı olmadan və bələdiyyə üzvlərindən xəbərsiz Xırdalan bələdiyyəsinə köçürmüşdür. Hazırda bələdiyəyə dəyən ziyan tam ödənilmişdir.Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 30 mart 2001-cu il tarixdən 10 yanvar 2020-ci il tarixədək Abşeron rayonu Xırdalan şəhər bələdiyyəsinin sədri, eyni zamanda Abşeron rayon bələdiyyə şurasının sədri vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs Mehdiabad qəsəbə bələdiyyəsinin sabiq sədri kimi tanımış, onunla yaxşı xidməti münasibətləri olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Abşeron Rayon İcra Hakimiyyəti sabiq başçısı İradə Gülməmmədova tərəfindən hazırda tarixini xatırlamadığı tarixdə keçirdiyi ümumi yığıncağında bütün bələdiyyələrə Xırdalan şəhərində yerləşən H.Əliyev adma Mərkəzi İstirahət parkında abadlıq və yenidənqurma işlərinə dəstək olması tövsiyə olunmuş, lakin bununla bağlı Abşeron Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən hər hansı rəsmi məktub və göstəriş olmamışdır. Həmin tövsiyəni nəzərə alaraq Xırdalan bələdiyyəsində iclas keçirilərək 15 sentyabr 2014-cü il tarixli müvafiq qərar qəbul edilmiş və o, da həmin qərarı əsas götürməklə özü Abşeron rayonu Mehdiabad qəsəbə bələdiyyəsinin sabiq sədri Təqsirləndirilən şəxs 12 avqust 2015-ci il tarixli 278 nömrəli məktub göndərib Xırdalan şəhərində abadlıq və yenidənqurma işlərinin aparılmasına, hündürmərtəbəli binalara üzlük çəkilməsinə, yaşıllıqların salınmasına, yolların asfalt döşəməsinə, H.Əliyev prospektində və H.Əliyev adma Mərkəzi İstirahət parkında abadlıq və yenidənqurma işlərinin aparılması və həmin işlərin uğurla sona çatdırılması üçün maddi köməklik istəmiş, eyni şəkildə də digər maddi köməklik göstərilməsi ilə bağlı oxşar xarakterli göstərilən daha 2 məktub göndərmişdir. Həqiqətən də bu işlərə ümumilikdə Mehdiabad Bələdiyyəsi tərəfindən Xırdalan Bələdiyyəsinin balansına 3 müraciəti üzrə ümumilikdə 9000 manat məbləğində pul vəsaiti köçürülmüş və həmin pullar hamısı H.Əliyev adma Mərkəzi İstirahət parkının yenidənqurma və abadlıq işlərinə və mühafizəsinə sərf edilmişdir. Abşeron rayonu Mehdiabad qəsəbə bələdiyyəsinin sabiq sədri Təqsirləndirilən şəxs həmin pulları köçürərkən bələdiyyələrin kollegiallıq prinsiplərinə zidd olaraq və ümumi iclasda müzakirə olunmadan, iclas qərarı qəbul edilmədən köçürülməsi barədə məlumatsız olmuş və bu barədə onunla təxminən 1 ay əvvəl təsadüf görüşəndə bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əlavə iş yeri kimi əmək müqaviləsi əsasında Ol iyun 2020-ci il tarixdən hal-hazıradək Mehdiabad qəsəbə bələdiyyəsində baş mühasib kimi işləmiş, Nuriyev X2 qəsəbə bələdiyyəsinin sabiq sədri kimi tanımış, onların tanışlığı onun bələdiyyə sədri işlədiyi dövrdə Mehdiabad qəsəbəsi ərazisində kənd təsərrüfatı təyinatlı torpaqları zibil poliqonu kimi istifadə edərək yol vermiş nöqsanlarla, qanun pozuntuları görə Abşeron Rayon Prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə təyin edilmiş maliyyə yoxlaması zamanı olmuş və münasibətləri xidməti olmuşdur. Abşeron rayon Xırdalan qəsəbə bələdiyyəsinin qəsəbədə aparılan abadlıq işləri üçün maddi vəsaitin çatmamasına görə maddi köməklik istəməsi barədə 12 avqust 2015-ci il tarixli 278 nömrəli məktubu əsasında 18 avqust 2015ci il tarixli 17 nömrəli ödəniş tapşırığı ilə 3000 manat, 08 iyun 2016-cı il tarixli 267 nömrəli məktubu əsasında 13 iyun 2016-cı il tarixli 24 nömrəli ödəniş tapşırığı ilə 3000 manat, 02 iyun 2017-ci il tarixli 209 nömrəli məktubu əsasında 14 iyun 2017-ci il tarixli nömrəsiz ödəniş tapşırığı ilə 3000 manat, vəsaitin əsassız olaraq Xırdalan bələdiyyəsinin "xxxx" ASC- nin Abşeron filialındakı hesablaşma hesabına qanunsuz köçürülməsi onun işlədiyi dövrə təsadüf etməmiş, həmin pul köçürmələri ondan əvvəl bələdiyyədə baş mühasib işləmiş X3 dövründə olmuş, bildiyi qədər də o, 2021-ci ilin avqust ayında vəfat etmişdir. Bu köçürmələr haqqında onun cinayət işi üzrə təyin edilmiş maliyyə yoxlaması qərarı əsasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 1 saylı Regional maliyyə müfəttişliyi tərəfindən aparılan yoxlama zamanı məlumatı olmuş, həmin yoxlama zamanı o, da iştirak etmişdir. Bələdiyyənin kreditor borcları olduğu halda Xırdalan bələdiyyəsinin məktubu əsasında bələdiyyələrin kollegiallıq prinsiplərini pozaraq, eyni zamanda həmin pul köçürmələri üçün maliyyə sistemində elə bir iqtisadi təsnifat, maliyyə əməliyyatı və ya bənd, yəni bir bələdiyyə digər bələdiyyəyə maddi köməklik məqsədilə pul köçürmələri etməsi nəzərdə tutulmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2004-cü ildən hal-hazıradək Mehdiabad qəsəbə bələdiyyəsinin üzvüdür. Təqsirləndirilən şəxs Mehdiabad qəsəbə bələdiyyəsinin sabiq sədri kimi tanımış, münasibətləri xidməti olmuş, düşmənçilikləri və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan qəsəbə bələdiyyəsinin qəsəbədə aparılan abadlıq işləri üçün maddi vəsaitin çatmamasına görə maddi köməklik istəməsi barədə 12 avqust 2015-ci il tarixli 278 nömrəli məktubu əsasında 18 avqust 2015- ci il tarixli 17 nömrəli ödəniş tapşırığı ilə 3000 manat, 08 iyun 2016-cı il tarixli 267 nömrəli məktubu əsasında 13 iyun 2016-cı il tarixli 24 nömrəli ödəniş tapşırığı ilə 3000 manat, 02 iyun 2017-ci il tarixli 209 nömrəli məktubu əsasında 14 iyun 2017-ci il tarixli nömrəsiz ödəniş tapşırığı ilə 3000 manat vəsaitin əsassız olaraq Xırdalan bələdiyyəsinin "xxxx" ASC-nin Abşeron filialındakı hesablaşma hesabına köçürülməsi onun üzv olduğu dövrə təsadüf etmiş, lakin həmin pul köçürmələri ilə bağlı məlumatı olmamış, bələdiyyənin kreditor borcları olduğu halda Xırdalan bələdiyyəsinin məktubu əsasında bələdiyyələrin kollegiallıq prinsiplərini pozaraq pul köçürmələri barədə məlumatı olmamış, bu köçürmələrlə bağlı heç bir bələdiyyə kollegiyasının iclası olmamış və bu məsələlər qaldırılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə verərək, 2010-cu ildən bələdiyyə üzvü olmuş, Xırdalan bələdiyyəsinin hesabına pul köçürmələri ilə bağlı məlumatı olmamış, bələdiyyənin kreditor borcları olduğu halda Xırdalan bələdiyyəsinin məktubu əsasında bələdiyyələrin kollegiallıq prinsiplərini pozaraq pul köçürmələri barədə məlumatı olmamış, bu köçürmələrlə bağlı heç bir bələdiyyə kollegiyasının iclası olmamış və bu məsələlər qaldırılmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 1 saylı Regional maliyyə müfəttişliyi tərəfindən 01 yanvar 2015-ci il tarixdən 01 yanvar 2021ci il tarixədək olan dövr ərzində Abşeron rayonu Mehdiabad bələdiyyəsinin maliyyətəsərrüfat fəaliyyəti yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: 01 yanvar 2015-ci il tarixə "xxxx" ASC-nin Abşeron filialında olan AZ76AİİB******************** nömrəli hesablaşma hesabında 800.10 manat pul vəsaiti qalığı olmuş, 2015-ci ildə hesablaşma hesabına cəmi 4170.50 manat, o cümlədən, torpaq vergisindən 45.50 manat, əmlak vergisindən 125.00 manat, icarə haqqından 1000.00 manat, Dövlət büdcəsindən ayrılmış dotasiya 3000.00 manat vəsait daxil olmuş, bundan 1300.00 manat nağd qaydada alınaraq kassaya mədaxil edilmiş, 3000.00 manat maliyyə yardımı Xırdalan Bələdiyyəsinə köçürülmüş, 658.10 manat Dövlət Sosial Müdafiə Fonduna köçürülmüş, 12.50 manat bank, poçt xidmətləri xərclərinin ödənilməsinə köçürülmüş, cəmi 4970.60 manat məbləğində əməliyyat aparılmış, ilin sonuna hesablaşma hesabında pul vəsaiti qalığı olmamışdır. 01 yanvar 2016-cı il tarixə hesablaşma hesabında pul vəsaiti qalığı olmamış, 2016cı ildə hesablaşma hesabına cəmi 24714.00 manat, o cümlədən, icarə haqqından 1300.00 manat, torpaq satışından 20414.00 manat, dövlət büdcəsindən ayrılmış dotasiya 3000.00 manat vəsait daxil olmuş, bundan 4500.00 manat nağd qaydada alınaraq kassaya mədaxil edilmiş, 2180.08 manat digər kommunal xidmətləri (əhalidən yığılan bərk məişət tullantılarının zərərsizləşdirilməsi) haqqının ödənilməsinə köçürülmüş, 404.84 manat sair əməliyyatların və məsrəflərin ödənilməsi (dövlət rüsumu, yerquruluşu planının tərtib olunması, torpaq müsabiqələrinin və hərracların keçirilməsi işləri) xərclərinə köçürülmüş, 3000.00 manat maliyyəyardınu Xırdalan Bələdiyyəsinə köçürülmüş, 11000.00 manat yolların əsaslı təmiri xərclərinə köçürülmüş, 500.00 manat sanitariya-gigiyena və digər xidmət haqqının ödənilməsinə köçürülmüş, 2852.98 manat Dövlət Sosial Müdafiə Fonduna köçürülmüş, 230.40 manat digər malların (Azərmətbuatyayım) alınmasına ödənilmiş, 45.70 manat bank, poçt xidmətləri xərclərinin ödənilməsinə köçürülmüş, cəmi 24714.00 manat məbləğində əməliyyat aparılmış, ilin sonuna hesablaşma hesabında pul vəsaiti qalığı olmamışdır. 01 yanvar 2017-ci il tarixə hesablaşma hesabında pul vəsaiti qalığı olmamış, 2017ci ildə hesablaşma hesabına cəmi 5952.10 manat, o cümlədən, torpaq vergisindən 883.00 manat, icarə haqqından 100.00 manat, torpaq satışından 1659.10 manat, sair xidmətlər üzrə daxilolmalar (dəfn mərasiminə xidmət, əhalidən yığılan bərk məişət tullantılarının yığılması və daşınması) üzrə 310.00 manat, dövlət büdcəsindən ayrılmış dotasiya 3000.00 manat vəsait daxil olmuş, bundan 3000.00 manat maliyyə yardımı Xırdalan Bələdiyyəsinə köçürülmüş, 2935.39 manat Dövlət Sosial Müdafiə Fonduna köçürülmüş, 16.71 manat bank, poçt xidmətləri xərclərinin ödənilməsinə köçürülmüş, cəmi 5952.10 manat məbləğində əməliyyat aparılmış, ilin sonuna hesablaşma hesabında pul vəsaiti qalığı olmamışdır. “Bələdiyyələrin maliyyəsinin əsaslan haqqında” Azərbaycan Respublikasının 07 dekabr 1999-cu il tarixli 772-İQ nömrəli Qanununun tələbləri gözlənilməyərək bələdiyyənin ümumi iclasının qərarı olmadığı, idarə, müəssisə, təşkilat və işçilərə əmək haqqına görə kreditor borcu olduğu halda, Abşeron rayonunun Xırdalan Bələdiyyəsinin 12 avqust 2015ci il tarixli 278 nömrəli məktubu əsasında 18 avqust 2015-ci il tarixli 17 nömrəli ödəniş tapşırığı ilə 3000.00 manat, 08 iyun 2016-cı il tarixli 267 nömrəli məktubu əsasında 13 iyun 2016-cı il tarixli 24 nömrəli ödəniş tapşırığı ilə 3000.00 manat, 02 iyun 2017-ci il tarixli 209 nömrəli məktubu əsasında 14 iyun 2017-ci il tarixli nömrəsiz ödəniş tapşırığı ilə 3000.00 manat, yoxlamanın əhatə etdiyi dövr ərzində cəmi 9000.00 manat vəsaitin əsassız olaraq Xırdalan Bələdiyyəsinin "xxxx" ASC-nin Abşeron fılialındakı hesablaşma hesabına köçürüldüyü müəyyən olunmuşdur. Məhkəmə-mühasibatlıq ekspertizasının 11 noyabr 2021-ci il tarixli 9/7303 saylı rəyindən görünür ki, “Bələdiyyələrin maliyyəsinin əsasları” haqqında Azərbaycan Respublikası Qanununu tələbləri gözlənilməyərək bələdiyyənin ümumi iclasının qərarı olmadığı, idarə, müəssisə, təşkilat və işçilərə əmək haqqına görə kreditor borcu olduğu halda, Abşeron rayonu Xırdalan bələdiyyəsinin 12 avqust 2015-ci il tarixli 278 nömrəli məktubu əsasında 18 avqust 2015-ci il tarixli 17 nömrəli ödəniş tapşırığı ilə 3000 manat, 08 iyun 2016-cı il tarixli 267 nömrəli məktubu əsasında 13 iyun 2016-cı il tarixli 24 nömrəli ödəniş tapşırığı ilə 3000 manat, 02 iyun 2017-ci il tarixli 209 nömrəli məktubu əsasında 14 iyun 2017-ci il tarixli nömrəsiz ödəniş tapşırığı ilə 3000 manat, yoxlamanın əhatə etdiyi dövr ərzində cəmi 9000 manat vəsaitin əsassız olaraq Xırdalan bələdiyyəsinin "xxxx" ASCnin Abşeron fılialındakı hesablaşma hesabına köçürüldüyü müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 26 aprel 2020-ci il tarixdə 1070 nömrəsi ilə qeydə alınmış Abşeron rayon Mehdiabad bələdiyyəsinin nizamnaməsindən görünür ki, Abşeron rayon Mehdiabad bələdiyyəsi hüquqi şəxs olmaqla qanunvericilinin tələblərinə uyğun olaraq ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səs vermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət kollegial orqan olub qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünü idarəetməni həyata keçirmək məqsədilə yaradılmışdır. Abşeron rayon Xırdalan bələdiyyəsinin sədri Şahid1 12 avqust 2015-ci il tarixli 278 nömrəli məktubla Mehdiabad qəsəbə bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs etdiyi müraciətindən görünür ki, Xırdalan şəhərində H.Əliyev prospektində və H.Əliyev adma Mərkəzi İstirahət parkında aparılan abadlıq və yenidənqurma işlərinə bələdiyyənin vəsaiti çatmadığına görə işlərin uğurla sona çatdırılması üçün maddi köməklik edilməsini xahiş etmişdir. 18 avqust 2015-ci il tarixli, 17 nömrəli ödəniş tapşırığından görünür ki, Abşeron rayon Mehdiabad qəsəbə bələdiyyəsinin "xxxx" ASC-nin Abşeron rayon fılialındakı hesabından Xırdalan bələdiyyəsinin həmin bankda olan hesabına 12 avqust 2015-ci il tarixli 278 nömrəli məktuba əsasən maddi köməklik üçün 3000 manat pul vəsaiti köçürülmüşdür. Abşeron rayon Xırdalan bələdiyyəsinin sədri Şahid1 08 iyun 2016-cı il tarixli 267 nömrəli məktubla Mehdiabad qəsəbə bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs müraciətindən görünür ki, Xırdalan şəhərində H.Əliyev prospektində və H.Əliyev adına Mərkəzi İstirahət parkında cari abadlıq və təmir işlərinin, habelə mühafizə xərclərinin ödənilməsinə maddi köməklik edilməsini xahiş etmişdir. xx.xx.2016-cı il tarixli 24 nömrəli ödəniş tapşırığından görünür ki, Abşeron rayon Mehdiabad qəsəbə bələdiyyəsinin "xxxx" ASC-nin Abşeron rayon filialındakı hesabından Xırdalan bələdiyyəsinin həmin bankda olan hesabına məktuba əsasən H.Əliyev adına parkda abadlıq işlərinin görülməsinə maddi köməklik üçün 3000 manat pul vəsaiti köçürülmüşdür. Abşeron rayon Xırdalan bələdiyyəsinin sədri Şahid1 02 iyun 2017-ci il tarixli 209 nömrəli məktubla Mehdiabad qəsəbə bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs müraciətindən görünür ki, Xırdalan şəhərində H.Əliyev prospektində və H.Əliyev adma Mərkəzi İstirahət parkında cari abadlıq və təmir işlərinin, habelə mühafizə xərclərinin ödənilməsinə maddi köməklik edilməsini xahiş etmişdir. xx.xx.2017-ci il tarixli 24 nömrəli ödəniş tapşırığından görünür ki, Abşeron rayon Mehdiabad qəsəbə bələdiyyəsinin "xxxx" ASC-nin Abşeron rayon filialındakı hesabından Xırdalan bələdiyyəsinin həmin bankda olan hesabına Xırdalan 02 iyun 2017-ci il tarixli 209 nömrəli məktuba əsasən H.Əliyev adma parkda abadlıq və təmir işlərinin görülməsinə maddi köməklik üçün 3000 manat pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş hüquqi şəxs Abşeron rayon Mehdiabad qəsəbə Bələdiyyəsinin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinəəsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs münasibətdə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs bu əməlində CM-nin 322.1-ci maddəsinin tərkibinin mövcud olduğu təsdiq olunsa da, CM-nin 309.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətinin olmadığı müəyyən olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifinə münasibət bildirərək hesab edir ki, istintaq orqanı tərəfindən onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə ”09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır.(CPM-in 349.3-cü maddəsi)...məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi). Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 322.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Lakin bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1ci maddəsi ilə, yəni bələdiyyə sədri olduğu müddətdə vəzifəli şəxs olmaqla, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan və hüquqi şəxsin qanuni mənafelərinə mühüm zərər vuran hərəkətlər edərək vəzifə səlahiyyətlərini aşmaq əməli kimi tövsif olunmuşdur. Yuxarıda bəhs olunan sübutların həcmi və ümumiyyətlə işin gerçək halları tərkib əlamətləri baxımından təqsirləndirilən şəxsin bələdiyyə sədri olduğu müddətdə vəzifəli şəxs olmaqla, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan və hüquqi şəxsin qanuni mənafelərinə mühüm zərər vuran hərəkətlər edərək vəzifə səlahiyyətlərini aşmaq cinayəti törətdiyini deməyə əsas vermir və bununla bağlı aşağıdakılar da qeyd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsində nəzərdə tutulan “Özbaşınalıq” cinayəti CM-nin “İdarəetmə qaydası əleyhinə aid olan cinayətlər” fəslinə daxildir. Həmin cinayətin qəsd etdiyi əsas obyekt dövlət tərəfindən qanunla və ya digər normativ-hüquqi aktlarla ictimai münasibətlərin tənzimlənməsinə dair müəyyən edilmiş qaydalardır. Cinayəti əlavə obyekti qismində isə fiziki və hüquqi şəxslərin qanuni hüquq və mənafeləri çıxış edir. Ona görə də CM-nin 322.1-ci maddəsinin dispozisiyası müəyyən mənada blanket xarakterə malikdir. Belə ki, təqsirləndirilən şəxsin əməlinin həmin maddə ilə tövsif edilməsi üçün onun özünün qanunla qorunan hansı hüquqlarının pozulmasının və həmin hüquqlarının bərpası üçün məhz hansı normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydalara riayət etməli olmasının müəyyən edilməsi zəruridir. Əgər təqsirləndirilən şəxs həmin qaydalara zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən və mühüm ziyan vuran hərəkəti özbaşına törədirsə, onun hərəkətləri CM-nin 322.1-ci maddəsinin tərkibini yaratmış olacaqdır. Məhkəmə məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə təqsirləndirilən şəxs bələdiyyə sədri olduğu müddətdə vəzifəli şəxs olmaqla, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan və hüquqi şəxsin qanuni mənafelərinə mühüm zərər vuran hərəkətlər edərək vəzifə səlahiyyətlərini aşmaq cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında nə obyekt əlamətləri, nə obyektiv cəhətin əlamətləri, nə də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq yoxdur. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs bələdiyyə sədri olduğu müddətdə vəzifəli şəxs olmaqla, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan və hüquqi şəxsin qanuni mənafelərinə mühüm zərər vuran hərəkətlər edərək vəzifə səlahiyyətlərini aşma cinayətini törətməsi məhkəmə iclasında sübut olunmamışdır. Belə ki, ibtidai istintaq orqanı ittiham irəli sürərkən təqsirləndirilən şəxsin vəzifəli şəxs olmaqla, bələdiyyənin ümumi iclasının qərarı olmadığı, idarə, müəssisə, təşkilat və işçilərə əmək haqqına görə kreditor borcu olduğu halda, müəyyən səlahiyyətləri həyata keçirmək üçün ona etibar edilmiş pul vəsaitini təyinatı üzrə istifadə edilməsinə sərf etməyərək, Abşeron rayonu Xırdalan qəsəbə bələdiyyəsinin qəsəbədə aparılan abadlıq işləri üçün maddi vəsaitin çatmamasına görə maddi köməklik istəməsi barədə 12 avqust 2015-ci il tarixli 278 nömrəli məktubunu əsas götürərək, bələdiyyənin digər üzvlərinin xəbəri olmadan 18 avqust 2015-ci il tarixli 17 nömrəli ödəniş tapşırığı ilə 3000 manat, Abşeron rayonu Xırdalan qəsəbə bələdiyyəsinin oxşar məzmunlu 08 iyun 2016-cı il tarixli 267 nömrəli məktubunu əsas götürərək bələdiyyənin digər üzvlərinin xəbəri olmadan 13 iyun 2016-cı il tarixli 24 nömrəli ödəniş tapşırığı ilə 3000 manat, Abşeron rayonu Xırdalan qəsəbə bələdiyyəsinin abadlıq işləri və mühafizə xərclərinin ödənilməsi üçün maddi vəsaitin çatmamasına görə maddi köməklik istəməsi barədə 02 iyun 2017-ci il tarixli 209 nömrəli məktubunu əsas götürərək bələdiyyənin digər üzvlərinin xəbəri olmadan 14 iyun 2017-ci il tarixli nömrəsiz ödəniş tapşırığı ilə 3000 manat məbləğində pul vəsaitini həmin bələdiyyənin hesabına əvəzsiz köçürməklə, ümumilikdə hüquqi şəxs olan Abşeron rayonu Mehdiabad qəsəbə bələdiyyəsinin qanuni mənafelərinə mühüm zərər, yəni 9000 (doqquz min) manat məbləğində maddi ziyan vurmasına əsaslanmışdır. Məhkəmə ittiham tərəfinin mövqeyinə münasibətdə qeyd edir ki, “Bələdiyyələrin statusu haqqında” 02 iyul 1999-cu il tarixli 698-İQ saylı Azərbaycan Respublikası Qanununa (bundan sonra – “Bələdiyyələrin statusu haqqında” Qanun) əsasən ”Bələdiyyə” yerli ərazi vahidinin əhalisi tərəfindən yerli əhəmiyyətli məsələləri həll etmək üçün təşkil olunası seçkili, kollegial təsisatdır, yəni yerli özünüidarəetmə fəaliyyətini həyata keçirən seçkili orqandır. Həmin Qanununun 14-cü maddəsinin 04-cü bəndinə əsasən bələdiyyələr və onların orqanları dövlət hakimiyyəti orqanları sisteminə daxil deyildir. Dövlət orqanları və dövlətin vəzifəli şəxsləri tərəfindən yerli özünüidarənin həyata keçirilməsinə yol verilmir. Həmin Qanununun 15-ci maddəsinin 1-ci hissəsinə əsasən bələdiyyə üzvü bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir. Həmin Qanunun 25-ci maddəsinin 1-ci hissəsinə görə bələdiyyə orqanlarında vəzifə tutan şəxslər bələdiyyə qulluqçularıdır. “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının 30 noyabr 1999-cu il tarixli Qanununun 2-ci maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, bələdiyyə qulluqçusu yerli özünüidarə orqanlarına təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən işçi hesab edilir. Göründüyü kimi dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçilərinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin vəzifəli şəxs sırasına aid edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, həmin şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etdikdə vəzifəli şəxs hesab oluna bilərlər. Qeyd edilməlidir ki, elə hərəkətlər hüquqi əhəmiyyət kəsb edən hesab olunurlar ki, onların edilməsi hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması kimi nəticələrə səbəb olur və ya səbəb ola bilər. Həmin anlayışa uyğun olaraq, hüquqi əhəmiyyət kəsb edən bn hərəkətlər dedikdə onları etməyə səlahiyyəti olan şəxslərin hərəkətləri başa düşülür. Bu əlamətin mövcudluğu şəxsin müəssisə, idarə və təşkilatda daimi və ya müvəqqəti olaraq müəyyən vəzifə tutmasını (müəyyən işi görməsini) və buna müvafiq olaraq müəyyən hallarda hüquqi əhəmiyyətli hərəkətləri etməsini nəzərdə tutur. Yuxarıda göstərilən qanunun normalarına və işdəki sübutlara əsaslanaraq belə nəticəyə gəlinir ki, Nuriyev X4 rayonu, Mehdiabad bələdiyyəsinin sədri vəzifəsində işləsə də, o vəzifəli şəxs hesab edilmir, sonuncu bələdiyyə qulluqçusu, yerli özünüidarə orqanlarına təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən işçi hesab edilir. Bundan başqa Nuriyev X4 rayonu, Mehdiabad bələdiyyəsinin sədri vəzifəsində işləyərkən qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaşlar və təşkilatlar tərəfindən təkzib edilən hərəkətlərə yol verərək, bələdiyyənin ümumi iclasının qərarı olmadan Abşeron rayonu Xırdalan qəsəbə bələdiyyəsinin qəsəbədə aparılan abadlıq işləri üçün maddi vəsaitin çatmamasına görə maddi köməklik istəməsi barədə 12 avqust 2015-ci il tarixli 278 nömrəli məktubunu əsas götürərək, bələdiyyənin digər üzvlərinin xəbəri olmadan 18 avqust 2015-ci il tarixli 17 nömrəli ödəniş tapşırığı ilə 3000 manat, Abşeron rayonu Xırdalan qəsəbə bələdiyyəsinin oxşar məzmunlu 08 iyun 2016-cı il tarixli 267 nömrəli məktubunu əsas götürərək bələdiyyənin digər üzvlərinin xəbəri olmadan 13 iyun 2016-cı il tarixli 24 nömrəli ödəniş tapşırığı ilə 3000 manat, Abşeron rayonu Xırdalan qəsəbə bələdiyyəsinin abadlıq işləri və mühafizə xərclərinin ödənilməsi üçün maddi vəsaitin çatmamasına görə maddi köməklik istəməsi barədə 02 iyun 2017-ci il tarixli 209 nömrəli məktubunu əsas götürərək bələdiyyənin digər üzvlərinin xəbəri olmadan 14 iyun 2017-ci il tarixli nömrəsiz ödəniş tapşırığı ilə 3000 manat məbləğində pul vəsaitini həmin bələdiyyənin hesabına əvəzsiz köçürməni özbaşına törətməklə Abşeron rayonu Mehdiabad qəsəbə bələdiyyəsinə mühüm ziyan vurmuşdur. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non necanti insumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı”13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı”27 sentyabr 2001-ci il, “X5rşı”09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı”16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərini aşma cinayətinin nəzərdə tutulduğu 309.1-ci maddəsindən real olaraq baş vermiş əməlin özbaşınalıq yəni qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaşlar və təşkilatlar tərəfindən təkzib edilən hərəkətləri əhatə edən tərkib əlamətinin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 322.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə, bununla yanaşı Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının CM-in 75.1, 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikasının CM-in 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikasının CM-in 322.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikasının CM-in 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. İşin mübahisəsiz müəyyən edilmiş hallarından görünür ki, ibtidai istintaq dövründə baş prokurorluğa daxil olmuş müraciət üzrə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanmışdır. 19 fevral 2021-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 18 mart 2021-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmiş, zəruri istintaq hərəkətləri apanldıqdan sonra həmin tarixdə də icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 14 iyun 2021-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmiş və zəruri istintaq hərəkətləri aparıldıqdan sonra 18 iyun 2021-ci il tarixdə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 08 oktyabr 2021-ci il tarixdə cinayət işi üzrə icraat təzələnərək icraata qəbul edilmiş və zəruri istintaq hərəkətləri aparıldıqdan sonra həmin tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 29 dekabr 2021-ci il tarixdə tərəfimdən cinayət işi üzrə icraat yenidən təzələnmiş və zəruri istintaq hərəkətləri aparıldıqdan sonra 10 yanvar 2022-ci il tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 07 fevral 2022-ci il tarixdə icraatın dayandırılmasına zərurət aradan qalxdığına görə cinayət işi üzrə icraat təzələnmiş və istintaq davam etdirilmişdir. 09 fevral 2022-ci il tarixdə cinayət işi üzrə toplanılmış sübutlar qiymətləndirilərək, Abşeron rayon Mehdiabad qəsəbə bələdiyyəsinin sabiq sədri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 309.1-ci maddəsi ilə cinayət təqibi başlanılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 309.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş və həmin tarixdə həmin maddə ilə təqsirləndirilən şəxsə ittiham elan edilsə də, cinayətin törədildiyi gündən iki il keçmişdir, yəni təqsirləndirilən şəxs həmin cinayəti 18 avqust 2015-ci il tarixdə törətmişdir. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə CM-in 322.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Məhkəmə, təqsirləndirilən şəxsin iş üzrə icraata xitam verilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 322.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Beləliklə, işdəki sübutlara hüquqi qiymət verən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə CM-in 309.1-ci maddəsindən həmin məcəllənin 322.1-ci maddəsinə tövsif edilməli və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. İş üzrə 250 manat məhkəmə-mühasibatlıq ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 309.1-ci maddəsindən həmin Məcəllənin 322.1-ci maddəsinə tövsif edilsin, Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. İş üzrə 250 manat məhkəmə-mühasibatlıq ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar