Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-212/2025 16.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkən Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1968-ci ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu yaşayış massivi nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 2023-cü ilin iyul ayında Zahid Cəfərova məxsus icarə əsasında işlətdiyi Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən aqlay sexindən Zərərçəkmiş şəxs məxsus bir kvadrat metri 6 manat olan 1362 manat dəyərində 227 kvadrat metr ölçüdə qalınlığı 3 millimetr olan aqlay daşını, bir kvadrat metri 18 manat olan 2340 manat dəyərində 130 kvadrat metr ölçüdə orta təmiz daş adlandırılan aqlay daşını, bir kvadrat metri 18 manat olan 828 manat dəyərində 46 kvadrat metr ölçüdə göy daş adlandırılan aqlay daşını və bir metrəsi 6 manat olan 720 manat dəyərində 120 metr ölçüdə aqlay daşını gizli olaraq talayıb zərərçəkmiş şəxsə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 5250 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə əvvəlcə özünü təqsirli bilməmiş və göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə əvvəllər hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. 2023-cü ilin iyul ayında Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən Zahid Cəfərova məxsus aqlay sexini işlətmək üçün götürmüşdür. Həmin aqlay sexini işlətməyə götürən zaman sexin həyətini təmizlətdirdikdə içərisində müxtəlif aqlaş daşları yəni qara, göy rəngli aqlaş daşlarının olduğunu görmüşdür. Aqlay daşlarının kimə məxsus olduğunu maraqlansa da sahibi olmadığından, daşı bayıra tökdüm, aparan da yox idi.300 manatlıq zərərçəkənə daş verib əvəzində.Sonrakı məhkəmə iclasında isə təqsirləndirilən şəxs zərərçəkənə dəyən ziyanla bağlı aralarında razılıq əldə edildiyini bildirib, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli o, ünvan 1 ünvanında qeydiyyatda olsa da, Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu yaşayış massivi ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs ilə əvvəllər hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. 2023-cü ilin iyul ayında Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən Zahid Cəfərova məxsus aqlay sexini işlətmək üçün götürmüşdür. Həmin aqlay sexini işlətməyə götürən zaman sexin həyətini təmizlətdirdikdə içərisində təxminən 400 kvadrat metr müxtəlif aqlaş daşları yəni qara, göy rəngli aqlaş daşlarının olduğunu görmüşdür. Aqlay daşlarının kimə məxsus olduğunu maraqlanmadan pula ehtiyacı olduğu üçün həmin aqlay daşlarını tanımadığı şəxslərə satmışdır. Əldə etdiyi pulu isə sexi yeni götürdüyü üçün ehtiyaclarına xərcləmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin satdığı daşlar Zərərçəkmiş şəxs məxsus olmuşdur. O Zərərçəkmiş şəxs ilə aralarında razılığa gəldikdən sonra bir kamaz markalı avtomobilin yük yerini tutacaq qədər yəni təxminən 100 kvadrat metr aqlaş daşını sonuncuya qaytarmışdır. O oğurladığı 400 kvadrat metr aqlay daşı və təxminən 100 metrdən biraz çox karniz aqlaş daşını bir neçə gün ərzində 2 nəfər tanımadığı şəxsə satmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin sonlarında tanışı Zahid Cəfərova məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən aqlay daş sexini icarə əsasında işlətməyə başlamışdır. Onun həmin aqlay sexini işlətməyinə ətrafda yaşayan qonşular narazılığını bildirdiyindən sexi işlətməyib oradan çıxmışdır. Lakin sexin içərisində ona məxsus 227 kvadrat metr ölçüdə qalınlığı isə 3 millimetr olan aqlay daşı, 130 kvadrat metr ölçüdə orta təmiz daş adlandırılan aqlay daşı, 120 metr karniz adlandırılan aqlay daşı və 46 kvadrat metr ölçüdə göy daş adlandırılan aqlay daşı orada qalmışdır. 2023-cü ilin iyul ayında tanışı Şahid ilə birlikdə sexdə olan daşları götürmək üçün sexə getdikdə daşların yerində olmadığını görmüşdür. O tanışı Zahidə zəng edərək daşların yerində olmadığını və kimin götürdüyünü maraqlanmışdır. Zahid isə sexdə olan daşları götürmədiyini, sexi Təqsirləndirilən şəxs adlı şəxsə işlətməyə verdiyini demiş və sonuncunun əlaqə telefon nömrəsini ona vermişdir. O, Araza zəng edib daşlar barədə maraqlanmış, Araz isə ona daşları götürüb satdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs daşlarını tələb etdikdə sonuncu onunla görüşməyi təklif edib daşların pulunu verəcəyini demişdir. O, Arazla Xırdalan şəhərində yerləşən restoranların birində görüşmüş və Araz həmin daşları götürüb satdığını etiraf etmişdir. Ona dəymiş ziyanı isə qısa vaxt ərzində qaytaracağını bildirmişdir. Bir müddət sonra Araz oğurladığı daşlardan bir kvadrat metri 6 manat olmaqla qalınlığı 3 millimetr olan aqlay daşdan 100 kvadrat metrini qaytarmışdır. Lakin qalan daşları qaytaracağına dair yalan vəd versə də, qaytarmamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 5250 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, bir kvadratmetri 6 manat olan 227 kvadrat metr ölçüdə qalınlığı isə 3 millimetr olan aqlay daşı, bir kvadratmetri 18 manat olan 130 kvadrat metr ölçüdə orta təmiz daşadlandırılanaqlay daşı, bir metrəsi 6 manat olan 120 metr karniz adlandırılanaqlay daşı, bir kvadratı 18 manat olan 46 kvadrat metr ölçüdə göy daş adlandırılan aqlay daşı oğurlanmışdır.Hazırda təqsirləndirilən şəxslə aralarında razılaşma olmuşdur.Ona qarşı şikayəti, tələbi yoxdur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid elan edilmiş ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən 15 ildir ki, tanıyır. O Təqsirləndirilən şəxs ilə birlikdə tikinti işi ilə məşğuldur. 2022-ci ilin sonlarında Zərərçəkmiş şəxs Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən aqlay sexini icarəyə götürmüşdü. O da Zaur ilə birlikdə tikinti işləri apardığından dəfələrlə oradan daş götürmüşlər. Sonradan ətrafda olan qonşular şikayət etdiyindən daş sexini Zaur işlətməyərək qaytarmış və sonuncuya məxsus aqlay daşları isə orada qalmışdır. 2023-cü ilin iyul ayında Zaur ilə birlikdə sexə daş götürməyə getdikdə daşların yerində olmadığını görmüşlər. Zaur sexin sahibi Zahid Cəfərova zəng edərək daş barədə maraqlanmış, Zahid isə daş barədə məlumatının olmadığını, sexi işlətmək üçün Təqsirləndirilən şəxs adlı şəxsə verdiyini demişdir. Zaur Araza zəng edərək daş barədə maraqlandıqda Araz daşları götürüb satdığını bildirmişdir. Zaur Arazdan niyə belə etdiyini soruşduqda sonuncu Zaura üzbəüz bu barədə söhbət etmək istədiyini demişdir. Ona sonradan məlum olmuşdur ki, Zaur Araz ilə görüşmüş, Araz götürdüyü daşların pulunu verəcəyini, yada daşını qaytaracağını bildirmişdir. Bir müddət sonra Araz oğurladığı daşlardan bir kvadrat metri 6 manat olmaqla qalınlığı 3 millimetr olan aqlay daşdan 100 kvadrat metrini qaytarmış, qalan daşları isə qaytaracağına dair Zaura vəd versə də qaytarmamışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi zərərçəkmiş şəxsin ifadəsi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təqsirləndirilən şəxs zərərçəkmişin şikayətçi olmaması, ziyanın ödənilməsini onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildikdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixdə AR CM-nin 177.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, lakin ona həmin maddədə nəzərdə tutulan ittihamı elan etmək üçün kifayət qədər sübut olmadığından 01 fevral 2024cü il tarixdə barəsində şübhəli şəxsin Abşeron RPİ-nin MSY-dən azad edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət Cinayət Məcəlləsinin 68.1.1-1 maddəsinə əsasən bir günə iki gün hesabı ilə 04 gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə, yəni Sumqayıt şəhər Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı 02 gün müddət Cinayət Məcəlləsinin 68.1.1-1 maddəsinə əsasən bir günə iki gün hesabı ilə 04 gün müddət ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın, üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-212/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-212/2025
16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver