Məhkəmə qərarları › İş №1(012)-213/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-213/2024

25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-213/2024 25.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1987-ci il tarixdə Zəngilan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Zəngilan şəhəri, Azadlıq küçəsində yerləşən evdə qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 2023-cü ilin yanvar ayının ortalarında çilingər işlədiyi Abşeron rayonu, Digah qəsəbəsi, Mehdiabad-Digah yolunda yerləşən Şahid məxsus avtotəmir sexindən həmin sexə təmir üçün gətirilmiş sonuncunun qohumu Zərərçəkmiş şəxs məxsus 1 ədəd dəyəri 6000 manat olan “Perenks” markalı generatoru, gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 6000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ərazisində traktor sürməklə ailəsini dolandırır. Şahid şikayət ərizəsi ilə tanış olmuşdur. İsanı təxminən 15 ildir tanıyır. Bu müddət ərzində aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. X2 rayonu Digah qəsəbəsi ərazisində fəaliyyət göstərən avtomobil təmiri sexində köməkçi işləmiş, daha sonra slesar kimi fəaliyyət göstərmişdir. Orada işlədiyi müddətdə generator olduğunu görmüş, ancaq generatorun nə işə yaradığını və qiymətinin nə qədər olduğunu bilməmişdir. Həmin genartoru və mühərrikini İsa özü sexə gətirmiş və dostu Elşada məxsus olduğunu bildirmişdir. İsanın dediyinə görə generatorun mühərrikinin “salniklərindən” yağ axmış, təmir etmək məqsədilə sexə gətirmiş, təmir işlərini onun aparacağını bildirsə də, işləri çox olduğu üçün generatoru təmir etməyə imkan tapa bilməmişdir. 15 yanvar 2023-cü il tarixdə İsa sexdə işdən çıxmış və başqa iş yerinə getmiş, bir müddət gələ bilməyəcəyini bildirərək sexin işlərinə nəzarəti ona tapşırmışdır. Bunun üçün İsa sexin açarını ona vermiş, İsanın bir müddət sexə gəlmədiyini görüb generatoru oğurlayaraq satmaq qərarına gəlmişdir. 2023-cü ilin yanvar ayında sexdə olarkən səyyar metal qəbulu ilə məşğul olan şəxslər sexin qarşısından keçərkən ondan almaq üçün metal olub-olmadığını soruşmuş, o da həmin şəxslərə sexdə olan bəzi xırda metalları və generatorun mühərrikini göstərib satmaq istədiyini demişdir. Həmin şəxslər generatorun mühərrikini və xırda metalları ondan 70 manata alıb metal yığmaq üçün istifadə etdikləri, qara rəngli “QAZ-2410” markalı, üzərində dövlət qeydiyyat nişanı olmayan avtomobilə yükləyib getmişlər. Bir müddət sonra İsa sexə gəlib generatoru aparmaq istəyəndə yerində olmadığını görmüş və ondan harada olduğunu soruşmuşdur. Yalandan İsaya generatoru lazım olduğu üçün əmisinin evinə apardığını, tezliklə gətirib yerinə qoyacağını demişdir. Bundan sonra İsa tez-tez sexə gəlib generatorun harada olduğunu soruşmağa başlamış, o, artıq yalan danışa bilməyəcəyini başa düşüb həqiqəti danışmış, generatoru oğurlayıb səyyar metal qəbulu ilə məşğul olan tanımadığı şəxslərə satdığını demişdir. İsa ona barəsində şikayət edəcəyini, satdığı generatorun dəyərinin 6000 manat olduğunu bildirmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Həmçinin Təqsirləndirilən şəxs dindirilərkən ona verilən suallara cavab olaraq generatoru oğurlayıb sataraq əldə etdiyi 70 manat pulu şəxsi ehtiyaclarına xərclədiyini, cinayəti təkbaşına törətdiyini, hadisədən sonra bu barədə heç kimə məlumat vermədiyini və başqa hər hansı oğurluq cinayəti törətmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi olmadığını,dəyəyn ziyanın ödənildiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan davam edilməsini xahiş etmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid həm qohumu, həm də dostudur. Onlar bir-birlərini uşaqlıqdan tanıyırlar. Onun özünə məxsus 1 ədəd “Perkins” markalı generatoru olmuşdur. Həmin generatoru təxminən 1 il əvvəl 6000 manata almış və bir müddət müxtəlif məqsədlər üçün istifadə etmişdir. Bir müddət sonra generatorun nasosunda problemlər yarandığı üçün istifadə etməyi dayandıraraq təmir etdirmək qərarına gəlmişdir. Bu məqsədlə generatoru İsanın Abşeron rayonu Digah qəsəbəsində fəaliyyət göstərən avtomobil təmiri sexinə aparıb verməyi düşünmüşdür. 2022-ci ilin sentyabr ayının sonlarında generatoru istifadəsində olan “Mitsubishi L200” markalı avtomobilin yük yerinə qoyub İsanın sexinə aparmışdır. İsa generatorun nasosunun olmadığını, nasosu ancaq sifarişlə gətirdə biləcəyini demişdir. Nasos sifariş etdikdən sonra başı öz işlərinə qarışdığı üşün generatorun təmir edilib-edilməməsi ilə maraqlana bilməmişdir. 2023-cü ilin mart ayının əvvəllərində generatoru qarşıdan gələn Novruz bayramınadək təmir etdirmək istəmiş, buna görə də İsaya zəng edib nasos tapdığını və generatoru təmir etdirmək istədiyini demişdir. Həmin vaxt İsa ona generatorun əvvəllər sexdə köməkçi işləyən Anar adlı şəxs tərəfindən oğurlandığını bildirmiş, o da İsaya polisə müraciət etməsini demişdir.Bundan başqa Zərərçəkmiş şəxs ifadəsində oğurlanmış generatorun “Perkins” markalı olduğunu, generatoru 2022-ci ildə Yevlax şəhərindən aldığını, bir müddət istifadə etdikdən sonra nasosunda problem yarandığından təmir etdirməyə qərar verdiyini, baş vermiş oğurluq hadisəsi nəticəsində ona 6000 manat maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, 2023-cü ilin yanvar ayından icarə əsasında Abşeron rayonu Novxanı qəsəbəsinə gedən yolun kənarında fəaliyyət göstərən avtomobil təmiri sexlərindən birini işlədir. Bundan əvvəl isə Abşeron rayonu Digah qəsəbəsində fəaliyyət göstərən özünə məxsus sexi işlətmişdir. Zərərçəkmiş şəxs onun qohumudur. 2022-ci ilin sentyabr ayının sonlarında Elşad onun sexinə 1 ədəd generator gətirib 6000 manata aldığını, lakin nasosunda problem yarandığından təmirə ehtiyacı olduğunu bildirmişdir. Generatora baxaraq bir neçə günə təmir edə biləcəyini demişdir. Bundan sonra bir neçə gün nasos axtarmış, lakin nasos tapa bilmədiyi üçün kənardan sifariş etmişlər. Həmin vaxt generatoru sexdə köməkçi işləyən və təxminən 6-7 ildir tanıyan Anar adlı şəxsə etibar etmiş və sifariş etdikləri nasos gəldikdən sonra təmir etməsini tapşırmışdır. 2022-ci ilin sonlarında Abşeron rayonu Novxanı qəsəbəsində fəaliyyət göstərən avtomobil təmiri sexinə köçməyə hazırlaşmış, bu səbəbdən Digah qəsəbəsindəki sexlə maraqlana bilməmişdir. 2023-cü ilin fevral ayının ortalarında sexə baş çəkdikdə Elşada məxsus generatorun orada olmadığını görmüşdür. Anardan generatorun harada olduğunu soruşduqda Anar xəbəri olmadığını bildirmişdir. Daha sonra sexin qarajına nəzarət edən Rüfət adlı şəxsdən generatoru görüb-görmədiyini soruşmuş, Rüfət isə ona generatoru dünən gördüyünü demişdir. Həmin gün Anar, əvvəlcə, generatoru əmisigilin evinə apardığını bildirsə də, bir neçə dəqiqəlik söhbətdən sonra oğurlayaraq səyyar metal qəbulu ilə məşğul olan şəxslərə 60 manata satdığını etiraf etmişdir. Bunu öyrənən kimi mobil telefonla Elşada zəng edib generatorun oğurlandığını demiş, daha sonra isə Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə ərizə ilə müraciət etmişdir. Bundan başqa Şahid ifadəsində onun işlətdiyi sexdən oğurlanmış, dəyəri 6000 manat olan generatorun qohumu Elşada məxsus olduğunu, Elşadın generatoru təmir etdirmək üçün sexə gətirdiyini göstərmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi zərərçəkmiş şəxsin ifadəsi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi cinayət üzrə özünü təqsirli bilməsini, əməlindən peşiman olmasını nəzərə alır. Təqsirləndirilən şəxs zərərçəkmişin şikayətçi olmaması, ziyanın ödənilməsini onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildikdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarix şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-213/2024 saylı qərarına əsasən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində axtarış elan edilmiş, “həbs” qətimkan tədiri seçilmişdir. İş materiallarında olan Mehdiabad PB-nin xx.xx.2024-cü ilç tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 07 noyabr 2024-cü il tarixdə tutulmuş və MSY-yə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 gün və həbsdə saxlanıldığı 01 ay 18 gün, cəmi 01 ay 20 gün müddət bir gün iki günə bərabər hesablanmaqla 03 (üç) ay 10 (on) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalında həbsdən azad dilməlidir. Barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə, yəni Bakı Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Bakı şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü və 68.1.1.-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı cəmi 01 ay 20 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir günə iki gün hesabı ilə, 03 ay 10 gün çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Bakı şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Bakı şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar