Məhkəmə qərarları › İş №1(012)-214/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-214/2021

05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-214/2021 05.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Yusifov Ramil Hörmət oğlunun iştirakı ilə xx.xx.1987-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Balakən rayonu Talalar kəndində qeydiyyatda olan, ünvan 1 mənzil 42 ünvanında kirayədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayının əvvəllərində Balakən rayonu, Talalar kəndində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxil olan kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 191,032 qram narkotik vasitə qurdudulmuş marixuananı qanunsuz əldə edib üzərində saxlayaraq, yaşadığı ünvan 2 ünvanına daşımış, xx.xx.2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən onun yaşadığı ünvanda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarının sağ yan cibindən 1 ədəd kağız bükümdə 1,032 qram miqdarda və yaşadığı evin qonaq otağına baxış keçirilən zaman karton qutunun içərsində saxladığı 190 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 1 il olar ki, narkotik vasitə hesab olunan qurudulmuş marixuanadan siqaretin içərisinə doldurmaqla hərdən bir qəbul edir. Polis əməkdaşları tərəfindən tutulmazdan təxminən 1 ay əvvəl doğulduğu Balakən rayonu Talalar kəndinə getmiş, həmin vaxtı kəndin yaxınlığında boş sahədə yabanı halda yetişmiş çətənə kolu tapmışdır. Həmin kolu tapdıqdan sonra həmin kolun yarpaqlarını çıxarmış və özü çəkməsi üçün yaşadığı evinə gətirmişdir. Həmin marixuananı hərdən bir istifadə etmiş, xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında təxminən saat 19 radələrində yaşadığı evdə olmuş, bu zaman qapı döyülmüş və qapını açdıqda polis əməkdaşlarının olduqlarını görmüş, polis əməkdaşları ona evində və üzərində narkotik vasitə hesab olunan qurudulmuş marixuana olmasından şübhələnib evinə baxış və üzərinə isə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. O da etiraz etməmiş, sonra ona müdafiəçi ilə təmin olnmağı barədə izah edildikdən sonra evinə baxış keçirilməsi barədə razılıq vermiş və özü ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları ona müdafiəçi təqdim etmiş, o da müdafiəçinin hüqularını müdafiə etməsini istəmiş və bununla əlaqədar da ərizə yazmışdır. Bundan sonra yaşadığı evdə onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kağız bükümdə narkotik vasitə hesab olunan qurdulmuş marixuananı o, cümlədən baxış zamanı qonaq otağında ayyaqabı qutusunun içərisində saxladığı sellafon torbada olan qurudulmuş marixuananın yerini göstərmişdir. Bundan sonra polis əməkdaşları videoçəkiliş vasitəsi ilə həmin aşkar edilmiş narkotik vasitəyə oxşar qurudulmuş marixuananı qablaşdıraraq götürmüşlər. O da orada etdiyi əmlimi səmimi olaraq etiraf etmiş, sonra bu barədə təhqiqatçı tərəfindən protokol yazılmış, o protokolla tanış olub düzgün yazıldığını bildikdən sonra hər bir vərəqin axırına imza etmişdir. Əlavə olaraq göstərmişdir ki, həmin çətənə kolunu kimin əkməsi barədə heç nə bilmir, 1 ədəd kol olmuş, o da kolun üzərini yığaraq kökünü yandırmış, həmin kol çöldə yabanı halda bitmişdir. Həmin narkotik vasitə olan marixuananı özü qəbul etmək üçün götürmüş, satmaq fikri olmamışdır. Sonda o, əməlindən peşman olmasını bildirirək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.1987-ci il təvəllüdlü, Balakən rayonu, Talalar kəndində anadan olmuş, ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan marixuananı üzərində daşımasında, qəbul etməsində və yaşadığı evdə saxlamasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində və qəbulunda şübhəli olduğu üçün xx.xx.2020-ci il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə NMQ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradıldı və bu barədə qərar çıxarıldı. xx xxxxxx 2020-ci il tarixdə saat 20:00 radələrində əməliyyat tədbirlərinin keçirilməsi üçün Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında olduq. Həmin evin sahibi Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlanılmasında və gəzdirməsində şübhəli olduğu bildirilmiş və onun həm üzərində şəxsi axtarış keçiriləcəyi, həmçinin də yaşadığı mənzilə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyi üçün əvvəlcə evinə baxış keçirilməsinə razılıq verməsi ilə bağlı ərizəsi alınmış, daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kağız bükümdə olan kütləni çıxarıb təqdim etmiş və həmin kütlənin narkotik vasitə hesab olunan qurdulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilərkən qeyd olunan kütlədən başqa kütlə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına tərəfimizdən baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs evin qonaq otağında ayyaqabı qutusunun içərisində saxladığı sellafon torbada olan qurudulmuş marixuananın yerini göstərmiş və həmin yerə baxış keçirilərkən həqiqətən orada ayyaqabı qutusunun içərisində sellafon torbada qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxsla sorğu sual zamanı ondan narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbə ilə bağlı maraqlanılmış, Təqsirləndirilən şəxs bildirmişdir ki, 1 ay əvvəl doğulduğu Balakən rayonu Talalar kəndinə getmiş, həmin vaxtı kəndin yaxınlığında boş sahədə yabanı halda yetişmiş çətənə kolu tapmışdır. Həmin kolu tapdıqdan sonra həmin yarpaqlarını çıxarmış və özü çəkməsi üçün yaşadığı evinə gətirmiş və marixuananı hərdən bir bir hissəsini istifadə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həm üzərindən şəxsi axtarış zamanı və həm də evinə baxış zamanı aşkar edilmiş kütlələr qablaşdırılmış və möhürlənmiş, sonra bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın əldə edilmə mənbəyinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir. Məhkəmə iclasında şahid qismində Abşeron rayon Pİ-nin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə baxışı zamanı ifadəsi elan edilən ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X1 ifadəsindən görünür ki, 2009-cu ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, birgə nigahdan 3 azyaşlı övladı vardır. Elsəvər 1 dəfə narkotik vasitə istifadə etdiyinə görə məhkum olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 19 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən yaşadığı evdə həyat yoldaşı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxtı onun üzərində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 büküm narkaotik vasitə aşkar olunmuş, bundan sonra Elsevər qonaq otağında olan boş ayaqqabı qutusunun içərisində də narkotik vasitə hesab olunan qurudulmuş marixuana olduğunu demiş, buna görə də Polis əməkdaşları həmin qutunun içərisinədə baxış keçirmiş, həmin vaxtı qutunun içərisindən də qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Yoldaşı Elsevərin üzərinə şəxsi axtarış keçirilən zaman, həmçinin yaşıdığı evə baxış keçirildikdə o, evində olmuş, həyat yoldaşı Elsevər həmin qurudulmuş marixuana (nəşənin) ona məxsus olduğunu və hərdən bir istifadə etdiyi üçün Balakən rayonundan gətirdiyini demiş, sonra həmin narkotik vasitələr dəvət edilmiş müdafiəçinin iştirakı ilə polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür, Həmin narkotik vasitə hesab olunan qurudulmuş marixuananın Elsevərin üzərində olmasını, o cümldən evində gizlətməsi barədə heç bir məlumatı olmamışdır, Elsəvər bu barədə ona heç bir söz deməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 7/792 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «….Təqsirləndirilən şəxs üzərindən və evindən...» yazıları və imzalar olan karton qutunun içərisində təmiz çəkisi– 190 qram və 01 ədəd kağız bükümdə təmiz çəkisi – 1,032 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə– qurudulmuş marixuanadır. Ümumi çəkisi – 191,032 qramdır. (qalıq 190,932 qram – 0,1 qram marixuana tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 3563 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinin məhz hansı müddətə təyin edilməsi Ambulator məcburi narkoloji tibbi yoxlama komissiyasının səlahiyyətlərinə aid deyildir. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 191,032 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq qalmış 190,932 qram narkotik vasitə qurudulmuş marixuananın saxlanması üçün Abşeron RPİ-mnin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, bir ədəd CD diski iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Şərifov X6 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun əməlində cinayətin residivi yoxdur. Abşeron rayon polis idarəsinin xx.xx.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Abşeron Rayon Məhkəməsinin 4(012)-548/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqa 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd CD diskə baxış keçirlərkən, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 20:30 radələrində ünvan 2 ünvanında Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd kağız bükümdə narkotik vasitə qurdudulmuş marixuana aşkar edilərək götürülməsi, həmçinin evə baxış keçirilən zaman evin qonaq otağında karton qutunun içərisində Təqsirləndirilən şəxs saxladığı qurudulmuş marixuananın aşkar olunaraq götürülməsi müəyyən edilmişdir Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Şəxsiyyət vəsiqələrinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3 adlı 3 (üç) azyaşlı övladı var. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini, 03(üç) azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-380/2020 saylı,xx.xx.2020-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında 01 gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 02 gün müddət hazırki hökmdə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılmışdır. Abşeron rayon Probasiya şçöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 22 gün müddətini çəkmişdir. Məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-380/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) ay 06 (altı) günü 2 günü azadlıqdan məhrumetmənin 1 gününə hesablanaraq, 11 (on bir) ay 18 (on səkkiz) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, hazırki hökm üzrə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilərək qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Şərifov X11 ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Abşeron Rayon Məhkəməsinin 4(012)-548/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqa 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildiyindən, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 190,932 qram narkotik vasitə marixuana məhv edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 ( yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Yusifov Ramil Hörmət oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67, 68.1.1-1-ci maddələrinə əsasən Şərifov X9 Abşeron Rayon Məhkəməsinin 1(012)-380/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) ay 06 (altı) günü 2 günü azadlıqdan məhrumetmənin 1 gününə hesablanaraq, 11 (on bir) ay 18 (on səkkiz) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, hazırki hökm üzrə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə, Şərifov X9 çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin tutma altında və həbsdə saxlanılma müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzasının əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 190,932 qram narkotik vasitə marixuana məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Şərifov X9 ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 ( yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Yusifov Ramil Hörmət oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar