Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-215/2023 16.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi vəkil Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olan, Cəbrayıl rayonu, S.Vurğun küçəsi, ev 44-də qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, H.Əliyev küçəsi, ev 19-da yaşamış, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Abşeron rayon Məhkəməsi hökmü ilə 1 il 06 ay müddətinə azadlıqdan məhrum edilərək, hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilir ona görə ki, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə saxlanc yerinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq, vətəndaşın şəxsiyyət vəsiqəsini və digər mühüm şəxsi sənədlərini talama cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 dekabr 2021-ci il tarixdə, saat 05 radələrində Zərərçəkmiş şəxs8 Abşeron rayonu Masazır qəsəbəsi İsmayıl Şıxlı küçəsində yaşadığı evin qarşısında saxladığı “Ford transit” markalı, ** OR *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açmaqla avtomobildən bir ədəd 16 manat dəyərində qara rəngli dəridən olan çantanı, bir ədəd 7 manat dəyərində pul qabını, bir ədəd 55 manat dəyərində qırmızı rəngli gödəkçəni, bir ədəd 85 manat dəyərində uzun gödəkçəni, 100 manat dəyərində avtomobil təmir açarlarını cəmi 263 manat dəyərində əmlakını və mühüm şəxsi sənəd hesab edilən Zərərçəkmiş şəxs8 sürücülük vəsiqəsini və avtomobilin qeydiyyat şəhadətnaməsini gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 dekabr 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə M.Hüseynzadə küçəsində yerləşən yaşayış binasının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs7 məxsus “Niva” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin 1000 manat dəyərində hər iki yan güzgüsünü yerindən çıxarıb gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs7a 1000 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 10 fevral 2022-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs3 Xırdalan şəhəri Quşçuluq massivi S.Aşıq küçəsi ev 5 ünvanında küçədə saxladığı “Nazlifan” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındırmaqla avtomobildən Zərərçəkmiş şəxs3 şəxsiyyət vəsiqəsini və mühüm şəxsi sənəd hesab edilən sürücülük vəsiqəsini gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 11 mart 2022-ci il tarixdə, saat 03 radələrində ünvan 1 ünvanının qarşısında saxlanılan Zərərçəkmiş şəxs4 məxsus “Hyundai Terrecan” markalı avtomobilin qabaq sol şüşəsini sındıraraq, avtomobilin salonundan cibində 700 manat pul və həmin avtomobilə aid qeydiyyat şəhadətnaməsi olan 120 manat dəyərində paltonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 820 (səkkiz yüz iyirmi) manat məbləğində ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 mart 2022-ci il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs5 Xırdalan şəhəri 27-ci məhəllədə Xırdalan elektrik şəbəkəsinin yaxınlığında saxladığı “VAZ-21011” markalı, **-CA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin içərisindən 3000 manat pul, 16 manat dəyərində pul qabı, 20 manat dəyərində 2 ədəd bank kartı, cəmi 3180 manat dəyərində əmlakı ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs5 həmin məbləğdə ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən Ailə Sağlamlıq Mərkəzindəki xidməti iş otağının plastik pəncərəsini açmaqla içəriyə qanunsuz daxil olaraq oradakı əl çantasının içərisindən 200 manat pulu gizli olaraq talamışdır. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 aprel 2022-ci il tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs6 məxsus “Mitsubishi Pajero İO” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin pəncərəsinin şüşəsini qırmaqla avtomobilə daxil olaraq, sonuncunun avtomobilin qabaq oturacağının yanında saxladığı 20 manat dəyərində pul kisəsindən 1400 manat pulu və həmin pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 1420 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xx.xx.2022-ci il tarixdə saat 00:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, H.Əliyev küçəsi, 116-da yerləşən hasara alınmış fərdi yaşayış evinin həyətinə hasardan keçərək qanunsuz daxil olub, həmin həyətdə hasarın önündə yığılmış 16 kavdrat metrlik çadırın 12 ədəd aliliminum borularını və 02 ədəd hər biri 4 metr olan dəmir boruları gizli olaraq talayıb oğurlamaqla Zərərçəkmiş şəxs1 4000 (dörd min) manat ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, onlarla qonşuluqda yaşayan, adını bilmədiyi qonşusunun evləri ilə öz evinin həyəti arasında olan hasarın kənarına aliminum borular yığmışdır. Maddi imkanı olmadığı üçün həmin aliminum boruları oğurlamaq qərarına gəlmişdir. Buna görə xx.xx.2022-ci il tarixdə saat 00:00 radələrində taxta pilləkənlə hasara qalxmış və qonşunun həyətində hasarın kənarına yığdığı 12 ədəd aliminum borunu və 2 ədəd dəmir borunu dartıb öz həyətlərinə keçirmişdir. Ailə üzvülərinin bundan xəbəri olmasın deyə, o, həmin gecə aliminum və dəmir boruları küçəyə çıxarıb yaşadıqları məhlədə boş sahədə gizlətmişdir. Bundan sonra Masazır qəsəbəsində markasını və dövlət qeydiyyat nişanlarını xatırlamadığı taksi sifariş etmiş və oğurladığı boruları həmin taksinin yük hissəsinə yığıb Bakı şəhəri, Yasamal rayonu ərazisində fəaliyyət göstərən metal qəbulu məntəqəsinə 132 manat satmışdr. Taksiyə 11 manat ödəmiş və qalan pulu öz şəxsi ehtiyacı üçün xərcləmişdir. Digər epizodlar üzrə özünü təqsirli bilmir. İstintaq zamanı iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilən Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, heç yerdə işləmədiyi üçün maddi vəziyyəti yaxşı olmamış, ona görə oğurluq edib dolanmaq qərarına gəlmişdir. 10 dekabr 2021-ci il tarixə keçən gecə təxminən saat 05 radələrində Abşeron rayonu Masazır qəsəbəsində evə gedən zaman küçədə qırmızı rəngli “Ford transit” markalı, ** OR *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanıldığını görüb həmin avtomobildən oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxt ətrafda heç kim olmadığı üçün avtomobilin sol qapısına yaxınlaşmış və əli ilə qapının dəstəyini tutub dartmış və qapı açılmışdır. Avtomobilin salonuna girmiş, oradan bir ədəd dəridən olan çantanı, avtomobil açarlarını və iki ədəd kişi gödəkçələrini götürüb oradan uzaqlaşmışdır. Həmin çantanın içərisinə baxanda çantanın içərisində qara rəngli dəridən olan pul qabı, pul qabının içərisində avtomobilin qeydiyyat şəhadətnaməsi və sürücülük vəsiqəsi olmuşdur. O, həmin çanta, pul qabı və sənədləri yolda xatırlamadığı yerdə atmış, açarları və iki ədəd gödəkçəni isə səhəri günü Sumqayıt şəhərində tanımadığı şəxsə 40 manata satmışdır. Bundan başqa bildirmişdir ki, 2021-ci ilin dekabr ayının axırlarında gecə səhərə yaxın oğurluq etmək məqsədi ilə Xırdalan şəhəri 27-ci məhəllə M.Hüseynzadə küçəsi tərəfdə piyada gəzəndə hündür mərtəbəli binanın həyətində saxlanılmış hazırda nömrəsini xatırlamadığı Niva markalı maşın görüb yan güzgülərinin Niva markalı maşına aid olmadığını görüb həmin güzgüləri oğurlamaq qərarına gəlmişdir. O, həmin vaxtı ətrafa baxmış və kimsənin olmadığını yəqin etdikdən sonra əli ilə güzgüləri dartıb çıxartmışdır. Həmin güzgüləri hazırda yadında qalmayan şəxsə xatırlamadığı qiymətə satmış və əldə etdiyi pulu şəxsi ehtiyacı üçün xərcləmişdir. Bundan başqa bildirmişdir ki, 10 fevral 2022-ci il tarixdə, saat 19 radələrində Xırdalan şəhəri, Quşçuluq massivində küçə ilə gedərkən küçədə bir evin qapısının qarşısında tünd göy rəngli “Lifan” markalı bir avtomobilin saxlanıldığını görmüş və həmin avtomobilə yaxınlaşıb, ətrafda heç kimin olmamasından istifadə edib avtomobilin içərisində hər hansı bir qiymətli əşyanın olacağını zənn etmiş və avtomobildən oğurluq etmək istəmişdir. Ona görə avtomobilin qapısını əli ilə açanda avtomobilin qapılarının bağlı olduğunu görüb, avtomobilin qabaq sağ yan qapısının şüşəsini yerdən götürdüyü daş parçası ilə sındırıb avtomobilin içərisində olan pul qabını və bir ədəd mobil telefonu götürüb həmin ərazidən uzaqlaşmışdır. Pul qabının içərisində bir ədəd şəxsiyyət vəsiqəsindən başqa heç nə olmadığı üçün şəxsiyyət vəsiqəsini xatırlamadığı yerdə atmışdır. Götürdüyüm bir ədəd mobil telefonu da bir neçə gün sonra xatırlamadığı şəxsə 15 manata satmış və aldığı pulu da öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Telefonu ondan alan şəxsdə telefonun oğurluq olduğunu bilməmişdir. Bundan başqa bildirmişdir ki, 11 mart 2022-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, R.Hüseynov küçəsi ilə piyada hərəkətdə olduğu zaman “Hyundai Terrecan” markalı avtomobilin küçədə saxlandığını müşahidə etmiş və həmin avtomobilə yaxınlaşaraq salonuna baxmışdır. Salonda paltonun olduğunu müşahidə görmüş və həmin avtomobildən oğurluq etmək qərarına gəlmişdir. Avtomobilin qabaq sol şüşəsini yerdən götürdüyü daş parçası ilə sındıraraq paltonu göürmüş və qaçaraq oradan uzaqlaşmışdır. Aralaşdıqdan sonra paltonun ciblərinə baxdıqda 700 manat nağd pul və avtomobilə aid qeydiyyat şəhadətnaməsi olduğunu görmüşdür. Həmin pulu götürmüş, avtomobilə aid qeydiyyat şəhadətnaməsini və paltonu isə qəbiristanlığın yaxınlığında məişət tullantıları olan əraziyə atmışdır. Oğurladığı paltonun içərisində əvvəlcədən avtomobilə aid qeydiyyat şəhadətnaməsinin olduğunu bilməmiş və niyyətim yalnız pul və ya dəyərli əşya oğurlamaq olduğunu qeyd etmişdir. Bundan başqa bildirmişdir ki, 17 mart 2022-ci il tarixdə təxminən saat 10 radələrində Xırdalan şəhəri 27-ci məhəllədə X5 idarəsinin yanından keçəndə bir göy rəngli VAZ-21011 markalı avtomobilin saxlanıldığını görüb həmin avtomobilə yaxınlaşmış, ətrafda heç kimin olmamasından istifadə edib avtomobilin içərisində hər hansı bir qiymətli əşyanın olacağını zənn edib avtomobildən oğurluq etmək istəmişdir. Ona görə avtomobilin qapısını əli ilə açanda qapını açıq olduğundan qapını açıb avtomobilin içərisinə baxmış və avtomobilin oturacaqlarının arasında olan saxlanc yerini açmış, orada dəri materialından olan pul qabını götürüb həmin ərazidən uzaqlaşmışdır. Pul qabının içərisində bir neçə kartlar olmuşdur. Bundan başqa pul qabıda 3000 manat pul olmuşdur. O, həmin pulu götürmüş, pul qabını isə içərisində olan kartlarla birlikdə xatırlamadığı yerdə atmışdır. Götürdüyü pulu da öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Bundan başqa bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Xırdalan şəhərindəki Ailə Sağlamlıq Mərkəzinə gedib oradakı həkimlərin cibindən və çantasından oğurluq etmək üçün münasib yer axtarmağa başlamışdır. Həmin Sağlamlıq Mərkəzinin həyətində gəzib pəncərədən otaqlara baxanda oradakı otaqların birindəki pəncərənin qarşısında içəridə qara rəngli qadın çantasının olduğunu və otaqda heç kimin olmadığını görüb həmin çantada pul olduğunu düşünüb oğurlamaq qərarına gəlmişdir. Sonra ətrafa nəzər salıb heç kimin onu görmədiyini hiss edib, həmin plastik pəncərəyə yaxınlaşmış və əli ilə pəncərəni zərblə itələyib açmışdır. Əlini pəncərədən içəriyə salıb oradakı çantanı açıb içərisinə baxmış və çantada olan 200 manat pulu götürüb cibinə qoyub tez oradan uzaqlaşıb avtobusla Bakı şəhəri Yasamal rayonuna getmişdir. Oğurladığı həmin puldan verib oradan özü istifadə üçün narkotik vasitə almışdır. Oğurluqdan əldə etdiyi həmin pulları bir neçə gün ərzində narkotik maddələr alamğa və digər şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa bildirmişdir ki, 19 aprel 2022-ci il tarixdə gecə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhərinin küçələri ilə gəzişmişdir. Xırdalan şəhəri 20 Yanvar küçəsi ilə piyada gəzişərkən yolun kənarında Mitsubishi Pajero İO markalı dövlət qeydiyyat nişanı yadında qalmayan avtomobil rastına çıxmışdır. Həmin avtomobildən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə yerdən bir daş götürüb avtomobilin arxa sağ tərəfinin balaca pəncərəsinin şüşəsinə vurub həmin şüşəni qırmışdır. Daha sonra əlini avtomobilin içərisinə salıb avtomobilin arxa qapısını açmışdır. İçəridən avtomobilin qabaq qapısını açıb avtomobilin salonunda axtarış aparmışdır. Axtarış zamanı avtomobilin qabaq oturacağının yanında pul kisəsi aşkar etmişdir. Həmin pul kisəsini açıb içərisinə baxmış və pul kisəsində həm pullar həm də sənədlər olduğunu görmüşdür. Sənədlər lazım olmadığı üçün pul kisəsindən pulları götürüb çıxıb getmişdir. Sənədləri isə pul kisəsində axtarış edən zaman pul kisəsində çıxarıb kənara atmışdır. Pulu götürüb avtomobildən uzaqlaşmışdır. Həmin yerdən uzaqlaşandan sonra pulu sayıb 1400 manat olduğunu müəyyən etmişdir. Həmin oğurladığı 1400 manat pulu öz şəxsi ehtiyacı üçün xərcləmişdir. Bundan başqa bildirmişdir ki, onlarla qonşuluqda yaşayan, adını bilmədiyi qonşusunun evləri ilə öz evinin həyəti arasında olan hasarın kənarına aliminum borular yığmışdır. Maddi imkanı olmadığı üçün həmin aliminum boruları oğurlamaq qərarına gəlmişdir. Buna görə xx.xx.2022-ci il tarixdə saat 00:00 radələrində taxta pilləkənlə hasara qalxmış və qonşunun həyətində hasarın kənarına yığdığı 12 ədəd aliminum borunu və 2 ədəd dəmir borunu dartıb öz həyətlərinə keçirmişdir. Ailə üzvülərinin bundan xəbəri olmasın deyə, o, həmin gecə aliminum və dəmir boruları küçəyə çıxarıb yaşadıqları məhlədə boş sahədə gizlətmişdir. Bundan sonra Masazır qəsəbəsində markasını və dövlət qeydiyyat nişanlarını xatırlamadığı taksi sifariş etmiş və oğurladığı boruları həmin taksinin yük hissəsinə yığıb Bakı şəhəri, Yasamal rayonu ərazisində fəaliyyət göstərən metal qəbulu məntəqəsinə 132 manat satmışdr. Taksiyə 11 manat ödəmiş və qalan pulu öz şəxsi ehtiyacı üçün xərcləmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs8 elan olunmuş ifadəsindən görünür ki, “Ford transit yük” markalı, ** OR *** dövlət qeydiyyat nişanlı avtomobili var və həmin avtomobil ilə yük daşıyır. 09 dekabr 2021-ci il tarixdə həmişə olduğu kimi saat 23:30 radələrində avtomobilini Abşeron rayonu, Masazır qəsəbəsində yaşadığı evin qarşısında küçədə saxlayıb qapılarını da bağlamışdır. 10 dekabr 2021-ci il tarixdə, saat 03 radələrində gedib avtomobilidən telefonun qidalandırıcısını götürmüşdür. Səhər saat təxminən 11 radələrində gedib avtomobilini işə salmaq istəyəndə avtomobilimin kabinasının içərisində olan əşyaların hamısının bir-birinə qarışdığını görmüşdür. O, avtomobilinə nəzər salmış və avtomobildən oğurluq olduğunu aşkar etmişdir. Avtomobilindən belə bağlamaq üçün nəzərdə tutulmuş 16 manat dəyərində qara rəngli dəridən olan çantası, həmin çantanın içərisində 7 manat dəyərində qara rəngli dəridən olan pul qabısını və həmin pul qabının içərisindən avtomobilinin qeydiyyat şəhadətnaməsi və sürücülük vəsiqəsi olmuşdur. Həmçinin avtomobildən 55 manat dəyərində qırmızı rəngli gödəkçəsi, 85 manat dəyərində uzun gödəkçəsi, 100 manat dəyərində avtomobil açarları oğurlanmışdır. O, DİN-in 102 xidmətinə məlumat vermişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, işinin çox hissəsini Abşeron rayonu, Xırdalan şəhərində etdiyi üçün çox vaxtı bir neçə ay əvvəl etibarnamə ilə aldığı özünə məxsus Niva markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili dayısının yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən çox mənzilli yaşayış binasının qarşısında saxlamışdır. Dayısı da arada bir avtomobildən istifadə etmişdir. Belə ki, 27 dekabr 2021-ci il tarixdə keçən gecə saat 00:05 radələrində avtomobili binanın qarşısında saxlamış, bir qədər dayısı gildə oturmuş, anası səhr həkimə getmək üçün dayısı gildə qalmış və o, maşını həyətdə saxlayıb tanışları ilə yaşadığı Saray qəsəbəsindəki evinə getmişdir. Səhər tezdən dayısı ona zəng edib maşının güzgülərinin oğurlandığını bildirmişdir. O, evdən çıxıb Xırdalan şəhərinə maşının yanına gəlmiş və maşının hər iki yan güzgülərinin oğurlandığını görmüşdür. Ona görə də DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə polislər gəlmiş və müəyyən izlər götürülmüşdür. O, avtomobilin yan güzgülərinin 1000 manat dəyərində olduğunu və güzgülərin «Mersedes Qelendevaqen» markalı avtomobilə məxsus olduğunu qeyd etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, “Nazlifan” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili var. 10 fevral 2022-ci iltarixdə saat 18 radələrində idarə etdiyi avtomobili yaşadığı evin qarşısında küçədə saxlamış və avtomobilin qapılarınıda bağlamışdır. Həmin tarixdə saat 20 radələrində küçəyə çıxıb avtomobilini həyətə salmaq istəyəndə avtomobilinin sağ qabaq qapısının şüşəsinin sındırıldığını görmüşdür. O, avtomobilindən şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin və 5 manat dəyərində pul qabısının, 20 manat dəyərində “Filips” markalı imel kodunu bilmədiyi telefonun oğurlandığını aşkar etmişdir. Ona görə də DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 11 mart 2022-ci il tarixdə saat 03:38 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşadığı evin qarşısında saxladığı, özünə məxsus «Hunday Terrakan» markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol şüşəsini sındıraraq salonda olan paltomu və paltonun cibində içərisində 700 manat pul və qeyd edilən avtomobilə aid qeydiyyat şəhadətnaməsi naməlum şəxs tərəfindən oğurlanmışdır. Ona görə də o, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qiümində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Azərişıq ASC-də aparıcı mühəndis işləyir. VAZ-21011 minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili var və həmin avtomobili özü idarə edir. 17 mart 2022-ci il tarixdə, saat 09 radələrində idarə etdiyi avtomobillə Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən X6 Satışı İdarəsinə gəlmiş və avtomobili yaxınlıqda yolun kənarında saxlamış, lakin avtomobilin qapısını bağlamağı unutmuşdur. O, X7 Satışı İdarəsinə girib saat 10:30-da oradan çıxıb avtomobilinə oturmuş və avtomobildə qabaq oturacaqların arasında olan saxlanc yerində qoyduğu 160 manat dəyərində pul qabının, içərisində olan 3000 manat pul və pul kartları ilə birlikdə oğurlandığını aşkar etmişdir. Pul kartları biri Rabitə banka məxsus, biri isə Kapital banka məxsus kart olmuşdur. Rabitə banka məxsus kartda 200 manat pulum, Kapital banka məxsus kartda isə 3000 manat pulu olmuş və kartlardakı pulu özü çıxarıb xərcləmişdir. O, kartlarında olan pulların oğurlanmadığını qeyd etmişdir. Hər karta görə 10 manat olmaqla 20 manat pul verib yenisini almışdır. Oğurluq nəticəsində ona ümumilikdə 3180 manat ziyan dəymişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri Qalubiyyə küçəsində yerləşən Ailə Sağlamlıq Mərkəzində həkim işləyir. İş otağı mərkəzin iki mərtəbəli binasının 1-ci mərtəbəsindədir. Otağın plastik materialdan olan pəncərəsindən mərkəzin həyəti görünür. Həftənin 5 günü səhər tezdən saat 09 radələrindən saat 18 radələrindək iş yerindəki xidməti otağında olur. 07 aprel 2022-ci il tarixdə həmişəki kimi iş otağında olmuş və saat 15 radələrində qapını bağlayıb sənədləşmə işi ilə əlaqədar mərkəzin qeydiyyat otağına getmişdir. Təxminən 15 dəqiqədən sonra geri qayıdıb otaqdakı plastik pəncərənin və həmin yerə yaxınlıqda masanın üstünə qoyduğu əl çantasının ağzının açıq olduğunu görüb çantadan oğurluq olmasından şübhələnib tez çantanın içərisinə baxmışdır. Həmin vaxtı əl çantasına qoyduğu 2 ədəd 100 manatlıqdan ibarət 200 manat pulunun yerində olmadığını görüb, otaqdan çıxdıqdan sonra kiminsə plastik pəncərəni açaraq çantasındakı 200 manatı oğurladığını yəqin etmiş və bundan dərhal sonra bu barədə Abşeron RPİ-nə məlumat vermişdir. Əvvəllər iş yerində belə hallar olmamış, oğurluğun edilməsində şübhələndiyi şəxslər yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, özünə məxsus “Mitsubushi Pajero İO” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Və həmin avtomobili özü idarə edir. Yaşadığı ünvanı dəyişdiyinə görə bir neçə gündür ki, kirayə yaşadıqları ünvanda olan əşyaları digər yaşadığı ünvana avtomobili ilə daşımışdır. xx.xx.2022-ci il tarixdə yenidən avtomobili ilə evində olan əşyaları Sulutəpə qəsəbəsində yerləşən evinə köçürməyə başlamışdır. Təsminən saat 21 radələrində o və anası artıq yorulduqları üçün qalan əşyaları sabah daşımaq qərarına gəlmişlər. Bundan sonra o, avtomobili yaşadığı Xırdalan şəhəri, 20 yanvar küçəsi 7/A-da yerləşən evin qarşısında saxlayıb evə daxil olmuşdur. Həmin vaxt içərisində 1400 manat pul olan pul qabını avtomobilin qoltuq altı saxlancında unutmuşdur. Həmin günün sabahı, yəni xx.xx.2022-ci il saat 11 radələrində anası onu həyətə, avtomobilin yanına çağırmışdır. O, avtomobilə yaxınlaşdıqda “Mitsubushi Pajero İO” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa sağ qapısının kiçik pəncərəsinin sındırıldığını görmüşdür. Bundan sonra o, qapını açıb içərisinə baxış keçirdikdə içərisində 1400 manat pul olan qəhvəyi rəngli pul qabısının naməlum şəxs tərəfindən gizli yolla talanaraq ələ keçirildiyini aşkar etmişdir. Bundan başqa naməlum şəxs pul qabının içərisində olan sənədləri ətrafa dağıtmış, lakin hər hansı sənədini özüylə aparmamışdır. Bundan sonra o, dərhal DİN-in 102 zəng xidməti mərkəzinə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermiş və oraya gələn polis əməkdaşları müvafiq sənədləşmə işləri aparmışlar. Onun zənnincə həmin oğurluq hadisəsi xx.xx.2022ci il tarixdə, gecə saat 03 radələrində olmuşdur. Çünki həmin vaxt küçədən şüşə sındırılması səsi eşitmiş, lakin həmin şüşənin avaralar tərəfindən sınıdırlmış butulka olduğunu düşünüb çölə çıxmamışdır. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki , o, yas yerlərinə çadır kirayə verməklə məşğul olur. Çadırın alinumdan olan konstruksiyalarını sökdükdən sonra gətətib yaşadığı evin həyətində hasarın kənarına yığmışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə çadırın aliminum konstruksiyalarının hasarın kənarında olduğunu görmüşdür. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində ailə üzvüləri ilə Sumqayıt şəhərinə toy məclisinə getmişdir. Həmin gün saat 22:30 radələrində toydan evə qayıtmış və həmin vaxtı həyətində hasarın kənarına yığdığı 16 kvadrat metrlik çadırın 4000 manat dəyərində olan olan 12 ədəd aliminum konstruksiyalrının və 2 ədəd hər biri 4 metr olan dəmir borularının naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Bu barədə DİN-in 102 məlumat vermiş və Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 29 may 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, H.Əliyev küçəsi, ev 116-da yaşayan Zərərçəkmiş şəxs1 Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək Abşeron rayonu, Masazır qəsəbəsi, H.Əliyev küçəsində yerləşən 116 nömrəli fərdi yaşayış evinin həyətindən çadırın aliminum konstruksiyalarının naməlum şəxs tərəfindən oğurlandığını ona maddi ziyan vurulmasını bildirmişdir. Həmin şəxsin müraciəti ilə bağlı idarə rəhbərliyi göstəriş vermiş ki, həmin şəxsin evindən oğurluq edən şəxsin və ya şəxslərin tapılması istiqamətində əməliyyataxtarış tədbirlərini həyata keçirilsin. Bununla bağlı o, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra onlar əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, H.Əliyev küçəsində yerləşən fərdi yaşayış evinin həyətindən çadır aliminum konstruksiyalarını və 2 ədəd dəmir boruları oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində saxlanılaraq Abşeron rayon polis idarəsinə dəvət olunmuşdur. İdarədə Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, 10 dekabr 2021-ci il tarixdə, saat 05 radələrində X2 Abşeron rayonu Masazır qəsəbəsi İsmayıl Şıxlı küçəsində saxladığı “Ford transit” markalı avtomobilindən bir ədəd qara rəngli dəridən olan çantanı, bir ədəd pul qabını, bir ədəd qırmızı rəngli gödəkçəni, bir ədəd uzun gödəkçəni, avtomobil təmir açarlarını, avtomobilin qeydiyyat şəhadətnaməsini və sürücülük vəsiqəsini, 27 dekabr 2021-ci il tarixdə gecə saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə M.Hüseynzadə küçəsində yerləşən yaşayış binasının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs7 Sahid oğluna məxsus Niva markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin yan güzgülərini, 10 fevral 2022-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs3 Xırdalan şəhəri Quşçuluq massivi S.Aşıq küçəsi ev 5 ünvanında küçədə saxladığı Nazlifan markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındırmaqla avtomobildən şəxsiyyət və sürücülük vəsiqələrini, 11 mart 2022-ci il tarixdə, saat 03 radələrində ünvan 1 ünvanının qarşısında saxlanılan Zərərçəkmiş şəxs4 məxsus “Hyundai Terrecan” markalı avtomobilin qabaq sol şüşəsini sındıraraq, salondan içərisində 700 manat pul və həmin avtomobilə aid qeydiyyat şəhadətnaməsi olan 120 manat dəyərində paltonu, 17 mart 2022-ci il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs5 Xırdalan şəhəri 27-ci məhəllədə Xırdalan elektrik şəbəkəsinin yaxınlığında saxladığı VAZ-21011 markalı, **-CA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin içərisindən 3000 manat pulu, xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən Ailə Sağlamlıq Mərkəzindəki xidməti iş otağının plastik pəncərəsini açmaqla içəriyə qanunsuz daxil olaraq oradakı əl çantasının içərisindən 200 manat pulu, 19 aprel 2022-ci il tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs6 məxsus Mitsubishi Pajero İO markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin pəncərəsinin şüşəsini qırmaqla avtomobilə daxil olaraq, sonuncunun avtomobilin qabaq oturacağının yanında saxladığı pul kisəsindən 1400 manat pulu və xx.xx.2022-ci il tarixdə saat 00:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, H.Əliyev küçəsi 116-da yerləşən hasara alınmış fərdi yaşayış evinin həyətinə hasardan keçərək qanunsuz daxil olub, həmin həyətdə hasara ətrafına yığılmış 16 kavdrat metrlik çadırın 12 ədəd aliminum borularını və 02 ədəd hər biri 4 metr olan dəmir boruları gizli talayaraq oğurlamışdır. Bununla bağlı rəhbərliyə raportla müraciət olunmuş və həmin raport əsasında Təqsirləndirilən şəxs dindirilməsindən ötrü istintaq şöbəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs başqa cinyətlər törətməsinin müəyyən edilməsi ilə bağlı tərəflərindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu barədə müsbət nəticə əldə olunarsa istintaq orqanına məlumat veriləcəkdir. Məhkəmə istintaqında şahid Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid3 elan olunmuş ifadəsindən görünür ki, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, qızı Zərərçəkmiş şəxs6 ilə birlikdə yaşayır. 2022-ci ilin aprel ayında Sulutəpə qəsəbəsində yeni ev kirayə edib qızı Samirə ilə ora köçməyə başlamışlar. Buna görə qızı Samirəyə məxsus Mitsubishi Pajero İO markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhəri, 20 yanvar küçəsində kirayə yaşadıqları evdən Sulutəpə qəsəbəsində yeni kirayə etdikləri evə daşımağa başlamışlar. xx.xx.2022-ci il tarixdə axşam saatlarında qızı Samirə avtomobilini Xırdalan şəhəri 20 yanvar küçəsində saxlayıb evə getmişlər. Səhəri gün yəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, avtomobilə yaxınlaşmış və bu zaman avtomobilin ətrafında şüşə qırıntıları töküldüyünü görmüşdür. Avtomobilin arxa sağ qapısını açmaq istəyərkən qapının pəncərəsinin şüşəsinin sındırıldığını görmüş və qızı Samirəni çağırmışdır. Samirə dərhal gəlib avtomobilə baxmış və avtomobildə içərisində 1400 manat pul olan pul qabısının oğurlandığını aşkar etmişdir. Bundan sonra Samirə polisə müraciət etmişdir. Məhkəmə istintaqında Şahid4 elan olunmuş ifadəsindən görünür ki, o, təxminən 1 ildir Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində əlvan metal qəbulu məntəqəsini işlədir. 2022-ci ilin may ayının sonlarında bir nəfər Elvin adlı şəxs markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı maşınla işlədiyi metal qəbulu məntəqəsinə gəlib, özünə məxsus olan aliminum boruları və 2 ədəd dəmir boruları satmaq istədiyini bildirmişdir. O, Elvin adlı şəxsdən həmin boruları haradan əldə etdiyini soruşmuş və Elvin boruların özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Borular tərəzidə çəkilmiş və çəkilərinə uyğun Elvinə 130 və ya 140 manat pul ödəmişdir. Bundan bir neçə gün sonra Elvinin satdığı borular emala göndərilmişdir. O, Elvin adlı şəxsin boruları oğurlamasından məlumatı olmadığını bu barədə ona metal qəbulu məntəqəsinə gələn polis əməkdaşlarının dediyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi RPİ-nin istintaq şöbəsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə ilə təqsirli bilinib. xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2, CM-nin 73.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib. xx.xx.2022-ci il tarixdə Abşeron rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməlinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmə təqsirləndirilən şəxsin özünün yalnız 1 epizod üzrə təqsirli bilməsini özünü müdafiə kimi qiymətləndirir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü Amin və xx.xx.2014-cü il təvəllüdlü Nuray adlı iki azyaşlı övladı var. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Zərəçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsinin tələb etmək hüququ izah edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 03 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərəçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsinin tələb etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-215/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-215/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver