Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-216/2023 23.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, xx xxx 1984-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan barəsində “həbs ” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər oğurluq cinayəti törətdiyinə görə barəsində Bakı şəhəri, Sabunçu rayon polis idarəsinin, sonra isə Sabunçu rayon Məhkəməsinin icraatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi olduğu halda, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 03 mart 2022-ci il tarixdə saat 14:00 radələrində ünvan 2 ünvanında yerləşən X3 məxsus mənzilə açarseçmə yolu ilə qanunsuz daxil olub, həmin mənzildən 01 ədəd 350 manat dəyərində televizoru, 01 ədəd 30 manat dəyərində peyk antenasını, 01 ədəd 120 manat dəyərində samovarı, 01 ədəd 70 manat dəyərində ütünü və hər biri 40 manat olmaqla ümumi dəyəri 280 manat olan yeddi ədəd yataq dəstini gizli olaraq talayıb, zərərçəkmiş X3 ümumilikdə 930 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 aprel 2022-ci il tarixdə saat 13:30 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus mənzilə açarseçmə yolu ilə qanunsuz daxil olub, həmin mənzildən 01 ədəd 450 manat dəyərində LG markalı televizoru, 01 ədəd 100 manat dəyərində tozsoranı, hər biri 90 manat dəyərində 02 ədəd radiatoru və bir dəst 270 manat dəyərində yemək servisini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1000 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 03 may 2022-ci il tarixdə saat 19:00 radələrində ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus mənzilə açarseçmə yolu ilə qanunsuz daxil olub həmin mənzildən bir ədəd “Hoffman” markalı 600 manat dəyərində bir ədəd plazma televizoru, bir ədəd çin istehsalı 40 manat dəyərində mobil telefonu və televizorun arxasında yerləşən ümumi dəyəri 50 manat olan “Ailenetip tv”, “sitynet tv” markalı televizor aparatlarını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 690 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 may 2022-ci il tarixdə saat 15:00 radələrində ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus mənzilə açarseçmə yolu ilə qanunsuz daxil olub, həmin mənzildən 01 ədəd 600 manat dəyərində LG markalı televizoru, 01 ədəd Asus Rog markalı 3300 manat dəyərində notbuku, 01 ədəd 150 manat dəyərində ütünü, 01 ədəd 800 manat dəyərində oyun monitorunu, hər biri 80 manat dəyərində iki ədəd sərt diski, 01 ədəd 300 manat dəyərində oyun klaviuaturasını, 380 manat dəyərində bir cüt qulaqcığı, bir ədəd 650 manat dəyərində planşeti, 250 manat dəyərində bir ədəd stolüstü tozsoranı, 01 ədəd 150 manat dəyərində təzyiqölçən aparatı, 330 manat dəyərində səsgücləndirici sistemi və 01 ədəd içərisi qızıl olan 1500 manat dəyərində qızıl saatı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 8570 manat dəyərində xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcələsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməmişdir. Təqsirləndirilən şəxsin istintaqda verdiyi ifadəsindən görünür ki, törətdiyi əmələ görə peşmandır. İttihamın mahiyyəti müstəntiq tərəfindən elan edilmişdir və ittihamın mahiyyəti tam aydındır. Əvvəllər də oğurluq cinayətinə görə bir neçə dəfə məhkum olunmuşdur. Etdiyi oğurluqların əksəriyyətini açar seçmə yolu ilə etmişdir. İstənilən mənzilin qapısını açar seçmə yolu ilə aça bilir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində oğurluq etmək üçün Abşeron rayonu, Gənclər şəhərciyi yaşayış kompleksinə gəlmiş, Gənclər şəhərciyi yaşayış kompleksində olan binalardan təsadüfi seçdiyi birinə daxil olub, bir neçə qapını döymüşdür. Həmin döydüyü qapıları açan şəxslərə guya ünvanı səhf saldığını bildirirmişdir. Həmin binanın üçüncü mərtəbəsində olan qapını döydükdə qapını açan olmadığı üçün bir neçə dəfə daha qapını döymüş, evdə heç kəsin olmadığına tam şəkildə əmin olandan sonra açar seçmə yolu ilə qapını açmışdır. Evdə olan 1 ədəd televizoru, 1 ədəd peyk antenasını, 1 ədəd samovarı, 1 ədəd ütünü və 7 ədəd yataq dəstini özü ilə götürüb həyətə düşmüş, orada olan tanımadığı taksiyə minib Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon bazarına getmişdir. Bir nəfər tanımadığı şəxsin elektron mağazasından çıxdığını görüb, televizor almaq istədiyini fikirləşib həmin şəxsə yaxınlaşmış, ehtiyacı olduğuna görə özünə məxsus televizoru və peyk antenasını satmaq istədiyini bildirmişdir. Həmin şəxs televizora və peyk antenasına baxıb bəyənmiş və oğurluq olub-olmamasını soruşmuşdur. O da təkrar olaraq həmin əşyaların özünə məxsus olduğunu ehtiyac səbəbindən satmaq istədiyini bildirmişdir. Buna görə də televizor və peyk antenasını ümumilikdə 150 manat pul müqabilində ona satmışdır. Sonradan samovarı, 7 ədəd yataq dəstini və ütünü taksi ilə 8-ci kilometr bazarına aparıb hamısını birlikdə tanımadığı bir nəfər şəxsə 100 manata satmışdır, həmin əşyaların özünə məxsus olduğunu ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Bundan başqa 12 aprel 2022-ci il tarixdə saat 13:30 radələrində yenə də oğurluq etmək məqsədilə Abşeron rayonu, Xırdalan şəhərinə getmiş, orada qarşısına çıxan binalardan birinə daxil olub təsadüfü seçdiyi qapıları döyməyə başlamışdır. Bir neçə qapı üzünə açıldıqda ünvanı səhv saldığını bildirib üzrxahlıq etmişdir. Daha sonra binanın səkkizinci mərtəbəsində yerləşən qapını bir neçə dəfə döydükdən sonra evdə heç kimin olmadığına əmin olmuş və özü ilə gətirdiyi müxtəlif açarlarla qapını açmağa cəhd etmişdir. Bir neçə dəqiqə əlləşdikdən sonra qapını açaraq içəriyə daxil olmuşdur. Əvvəlcə orada pul və ya qızıl-zinət əşyaları axtarmış, tapa bilmədikdə həmin evdən 01 ədəd LG markalı televizoru, 01 ədəd tozsoran və 02 ədəd radiator götürərərək aşağı düşürtmüş, oğurladığım əşyaları həyətə düşürdərkən orada olan tanımadığı bir nəfər şəxsdən də kömək istəmişdir. Həmin şəxsə yaşadığı ünvandan köçdüyünü demişdir. Daha sonra taksi çağıraraq oğurladığı əşyaları Nizami rayonu ərazisində hazırda dəqiq xatırlamadığı binanın zirzəmisində gizlətmişdir. Daha sonra həmin əşyaları tək-tək Nizami rayonunda yerləşən 8-ci kilometr bazarında tanımadığı şəxslərə satmışdır. Bundan başqa 03 may 2022-ci il tarixdə saat 19 radələrində 20 Yanvar metrostansiyasından oğurluq etmək məqsədi ilə manatlıq taksi ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksinə getmişdir. Oğurluq etmək məqsədi ilə orada yerləşən hazırda nömrəsini xatırlamadığı binaya daxil olmuş, ikinci mərtəbədə olarkən üçüncü mərtəbədən bir nəfər şəxsin mənzilin qapısını bağlayaraq aşağı düşdüyünü və həyətdə saxladığı avtomobilinə minib getdiyini görmüşdür. O, evdə başqa kiminsə olub-olmadığını dəqiqləşdirmək məqsədi ilə həmin qapını bir neçə dəfə döydükdən sonra içəridə heç kimin olmadığına əmin olmuş və özü ilə gətirdiyi açarlardan istifadə edərək qapını açıb içəri daxil olmuşdur. Həmin mənzildən bir ədəd “Hoffman” markalı televizoru və onun arxasında quraşdırılmış bir ədəd aparatı, dəhlizdən isə markasını xatırlamadığım bir ədəd mobil telefonu götürüb mənzildən çıxaraq aşağı düşmüşdür. Daha sonra nömrəsini və markasını xatırlamadığı taksiyə oturub 8-ci kilometr bazarına getmiş, orada oğurladığı əşyaları tanımadığı şəxsə ümumilikdə 150 manat müqabilində satmışdır. Bundan başqa 07 may 2022-ci il tarixdə saat 15 radələrində 20 Yanvar metrostansiyasından manatlıq taksiyə minərək oğurluq etmək məqsədi ilə Abşeron rayonu, Gənclər şəhərciyinə getmişdir. Orada təsadüfü seçdiyi nömrəsini bilmədiyi bloklardan birinə girib birinci mərtəbədə yerləşən mənzilin qapısını döymüşdür. Qapını heç kimin açmadığını gördükdə evdə heçkimin olmadığını başa düşmüş, özü ilə gətirdiyim açarları yoxlayaraq bir neçə dəqiqəyə qapını açıb içəriyə daxil olmuşdur. Oradan 01 ədəd televizor və 01 ədəd içərisində qəpiklər olan banka götürüb evdən tapdığı çamadana yığaraq çölə çıxmış nömrəsini və markasını xatırlamadığı taksi ilə təzədən Bakı şəhərinə qayıtmışdır. Daha sonra həmin televizoru Sabunçu rayonu, Nardaran qəsəbəsində müvəqqəti kirayə yaşadığı evə aparmış və saxlamışdır. Bundan sonra həmin televizoru 8ci kilometr bazarında 80 manat müqabilində satmışdır. Əməlindən peşmandır, yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs X2 elan olunmuş ifadəsindən görünür ki, Abşeron rayonu Gənclər şəhərciyi yaşayış kompleksi blok 4, ev 59 nömrəli mənzil ona məxsusdur. Lakin həmin mənzildə yaşayış yoxdur. Sonuncu dəfə həmin mənzildə xx.xx.2022-ci il tarixdə olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində həmin mənzilə baş çəkmək üçün getdikdə qapının açıq olduğunu aşkar etmiş və mənzildən oğurluq olduğunu başa düşdüyü üçün DİN-nin 102 xidmətinə baş vermiş hadisə barədə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin mənzildən naməlum şəxs və ya şəxslər açar seçmə yolu ilə mənzilin qapısını açaraq evə qanunsuz daxil olub, qonaq otağında olan dəyəri 350 manat olan televizoru, 30 manat dəyərində peyk antenasının aparatını, mətbəxdə olan 120 manat dəyərində samovarı, yataq otağında olan 70 manat dəyərində ütünü, 80 manat dəyərində musiqi aparatını və 01 ədədinin dəyəri 40 manat olmaqla ümumi dəyəri 280 manat olan yataq dəstini oğurlayaraq ümumilikdə 930 manat dəyərində maddi ziyan vurmuşdur. X7 hadisənin baş verməsində şübhələndiyi şəxsin olmadığını bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhərində yaşasa da ünvan 7 ünvanında mənə məxsus yaşayış evi vardır. Övladlarının təhsili ilə əlaqədar Bakı şəhərində yaşadığı üçün həmin mənzil boş olur, lakin tez-tez gedib baş çəkirmiş. Sonuncu dəfə 23 mart 2022-ci il tarixdə həmin mənzilə baş çəkən zaman hər şey yerində və qaydasında olmuşdur. 13 aprel 2022ci il tarixdə təkrar oraya baş çəkən zaman mənzilin giriş qapısının açıq olduğunu görmüş, içəri daxil olduqda evdən 01 ədəd 450 manat dəyərində LG markalı televizorun, 01 ədəd 100 manat dəyərində tozsoranın, hər biri 90 manat dəyərində olan 02 ədəd radiatorun və 270 manat dəyərində qab-qacağın oğurlandığı ona məlum olmuşdur. Daha sonra bu barədə polisə məlumat vermişdir. Şikayətçidir dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, qaynatası xəstə olduğu üçün bir müddət o, həyat yoldaşı və övladı ilə birlikdə qaynatasıgildə yaşamışdır. xx.xx.2022-ci il tarixdə səhhətimdə problemlər olduğu üçün özünə məxsus ünvan 9 ünvanında yerləşən mənzilinə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 18:30 radələrində evdən çıxıb əmisigilə getmiş, həmin gün saat 20:30 radələrində təzədən ya.şadığı evə qayıtdıqda mənzilin giriş qapısının açıq olduğunu görmüşdür. İçəriyə daxil olduqda özünə məxsus “Hoffman” markalı 107 ekranlıq 600 manat dəyərində televizorun, 40 manat dəyərində mobil telefonun və ümumi 50 manat dəyərində “Ailenetip tv”, “sitynet tv” markalı televizor aparatlarınının oğurlandığı ona məlum olmuşdur. Daha sonra bu barədə polisə məlumat vermişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 elan olunmuş ifadəsindən görünür ki, Rusiya Federasiyasında aşbaz fəaliyyəti ilə məşğul olur. ünvan 10 ünvanında ona məxsus mənzil vardır. İldə təxminən bir iki dəfə Azərbaycana gəldikdə həmin evə başa çəkir. 09 may 2022-ci il tarixdə saat 06 radələrində Bakıya gəlmiş və həmin mənzilə getmişdir. Ünvana çatdıqda mənzilin qapısının bağlı olsa da kilidli olmadığını müəyyən etmiş, mənzilin açarı başqa heç kimdə olmadığı üçün evdən oğurluq olduğunu başa düşmüşdür. İçəri daxil olduqda oradan 01 ədəd 600 manat dəyərində LG markalı televizorun, 01 ədəd Asus Rog markalı 3300 manat dəyərində notbukun, 01 ədəd 150 manat dəyərində ütünün, 01 ədəd 800 manat dəyərində oyun monitorunun, hər biri 80 manat dəyərində sərt diskin, 01 ədəd 300 manat dəyərində oyun klaviuaturasının, 380 manat dəyərində bir cüt qulaqcığın, bir ədəd 650 manat dəyərində planşetin, 250 manat dəyərində bir ədəd stolüstü tozsoranın, 01 ədəd 150 manat dəyərində təzyiqölçən aparatın, 330 manat dəyərində səsgücləndirici sistemin və 01 ədəd içərisi qızıl olan 1500 manat dəyərində qızıl saatının oğurlandığını aşkar etmişdir. Bununla da ona ümumilikdə 8570 manat maddi ziyan dəymişdir. Buna görə də baş vermiş hadisə barədə polisə məlumat vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-torosoloji ekspertizasının 06 iyul 2022-ci il tarixli 3/758 nömrəli rəyindən görünür ki, “Təqdim edilən silindirik mexanizmin açar yuvasının giriş səthində, daxili mexanizmin detallarının üzərində mexaniki təsir nəticəsində, o cümlədən kənar predmetin təsirindən yaranmağa xarakterik deformasiya, cızılma, əzilmə, və s. iz və ya zədə yoxdur. Həmin silindirik mexanizmin konstruksiyasını nəzərə almaqla onun ştat açarı, ona uyğunlaşdırılmış açarla və ya alət ilə, o cümlədən kilidaçanla iz qoymadan açılması mümkündür.” İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Təhqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli 128-25550-1222 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 25-ci məhəllə, bina 2, mənzil 37 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus mənzildə baş vermiş oğurluq faktı ilə bağlı hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2022-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Təqdim edilmiş əl izləri DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli təhqiqat nəticəsində yararlı olan əl izlərinin 01 ədədi xx.xx.1984-cü il tarixdə Naxçıvan MR-də anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin orta barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 20 oktyabr 2020-ci ildə cəzanın sonu ilə azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi ilə bağlı ifadəsini özünümüdafiə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən müəyyən edir. Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs”müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzası qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. 21 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4 -cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və 23 may 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu məhkəməsinin qərarı ilə həbs qətiman tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bundan başqa Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edildiyindən və hazırda həmin hökm üzrə cəza çəkdiyindən Təqsirləndirilən şəxs hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutlduğu 21 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut 1 ədəd qıfıl hökm qanuni qüvvəsini alandan sonra məhv edilsin. İş üzrə 77 (yetmiş yeddi) manat məhkəmə-trasoloji ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, ibtidai istintaq və məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi eyni zamanda məhkəmə istintaqı zamanı müdafiəçi vəkil Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pul, Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinə əsasən 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını indiki hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 21 may 2022-ci il tarixdən hesablansın. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edildiyindən və hazırda həmin hökm üzrə cəza çəkdiyindən Təqsirləndirilən şəxs hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut Abşeron RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan 1 ədəd qıfıl məhv edilsin. İş üzrə 77 (yetmiş yeddi) manat məhkəmə-trasoloji ekspertizasının xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaq zamanı müdafiəçi vəkil Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-216/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-216/2023
23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver