Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-216/2024 05.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, 30 avqust 1986-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Oğlanqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Oğlanqala kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Qobu qəsəbəsi, Kərpiczavodun yaxınlığında yerləşən yeni yaşayış massivində nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21 radələrində AC 550124 seriya nömrəli “ BC ” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Opel Combo-C” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə Abşeron rayonu, Lökbatan-Qobu yolu ilə Qobu qəsəbəsi istiqamətində 70 km/saat sürətlə hərəkətdə olan zaman yolun Qobu qəsəbəsi ərazisindən keçən hissəsində “Daşlı yamac” adlanan ərazidə yerləşən yol ayrıcında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə idarə etdiyi nəqliyyat vasitəsini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyib yolun sağ kənarındakı ikinci dərəcəli yoldan magistral yola çıxan X2 idarə etdiyi “Nissan Micra” markalı **-HN-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfindən idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə vuraraq yolnəqliyyat hadisəsi törətmiş, onun bu ehtiyyatsızlığı nəticəsində “Nissan Micra” markalı **- HN-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2-hər iki ağciyərin çoxlu qan itirmə və pnevmohemotoraksla (döş boşluğuna qanın və havanın yığılması) müşaiyət olunan cırılmış yaraları və hər iki ağ ciyərə qansızmalar, soldan İ, İİ, İİİ, İV,V,Vİ, Vİİ, Vİİİ qabırğaların, sağdan İ, İİ, İİİ, İV,V qabırğaların arxa qoltuq xətti üzrə sınıqları və qabırğaarası əzələlərə qansızmalar, başın yumşaq toxumalarının iç səthinə sol alın-təpə nahiyyəsinə qansızma, beyinin yumşaq qişası altına, sol təpə-alın nahiyyəsinə qansızma, başın sol alın nahiyyəsinin hematoması, sol saidin yuxarı 1/3-nin sıyrığı, sağ qamış sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişən sınığından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma aid xəsarətlər alaraq hər iki ağ ciyərin cırılmış yaraları, sağ və sol boşluğuna qansızmalar, qabırğaların çoxsaylı sınıqları nəticəsində baş verən travmatik-hemorragik şokla ölməsinə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, Kərpiczavodun yaxınlığında yerləşən yeni yaşayış massivində nömrəsiz fərdi evdə yaşayır. Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzindəki oyuncaq mağazasında fəhlə işləməklə ailəsini dolandırır. Ailəlidir, himayəsində 3 azyaşlı uşağı vardır. Əvvəllər məhkum olunmamışdır. 18 mart 2023-cü il tarixdə gündəlik işə gedib-gəlmək və işdə yüklərin daşınmasını həyata keçirmək məqsədilə aylıq 910 manat pul müqabilində Sabirabad şəhər sakini X5 məxsus açıq boz metallik rəngli, “Opel Combo-C” markalı Az **-XN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini icarəyə götürmüşdür. Həmin avtomobil sahibi tərəfindən qohumu Fuad adlı şəxsə etibar edilmiş və o, avtomobili elektron qaydada təsdiq edilmiş etibarnamə əsasında icarəyə götürmüş və avtomobili sürücülük vəsiqəsi ilə idarə etmişdir. 15 aprel 2023-cü il tarixdə saat 19:00 radələrində “Sədərək” ticarət mərkəzindəki mağazadan işdən çıxıb avtomobillə Bakı şəhəri, Xətai rayonunda yerləşən restoranlardan birinə oyuncaq avtomobil aparmışdır. Həmin vaxt avtomobildə ondan başqa heç kim olmamışdır. Oyuncaq avtomobili restorana təhvil verib saat 20:00 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi istiqamətində hərəkətini davam etdirmişdir. Saat 21:00 radələrində Abşeron rayonu, Qobu-Lökbatan yolu ilə təxminən 70 km/saat sürətlə Qobu qəsəbəsi istiqamətində “Daşlı yamac” adlandırılan ərazinin kənarı ilə hərəkətdə olarkən onunla eyni istiqamətdə qara rəngli, “VAZ-21074” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil təxminən ondan 15 metr irəlidə hərəkətdə olmuşdur. Avtomobilin içərisində sürücüdən başqa sağ qabaq oturacaqda başqa bir nəfər şəxs otursa da, hava tam qaranlıq olduğu üçün həmin şəxslərin üzlərini görə bilməmişdir. Yolun Qobu qəsəbəsi ərazisindən keçən “Setkalar” deyilən hissəsinə çatdıqda qəflətən sağ kənarındakı döngədən, yəni ikinci dərəcəli yoldan magistral yola qara rəngli, “Nissan Micra” markalı avtomobil dönmə işıqlarını yandırmaqla xəbərdarlıq etmədən onun qarşı tərəfi ilə hərəkətdə olan “VAZ-21074” markalı avtomobilin qarşısına çıxmışdır. “VAZ-21074” markalı avtomobilin sürücüsü toqquşmadan yayına bilmədiyi üçün həmin avtomobilin sağ hissəsi “Nissan Micra” markalı avtomobilin qabaq hissəsinə çırpılmışdır. Zərbənin təsirindən “VAZ-21074” markalı avtomobilin sağ tərəfi havaya qalxmış və sürücü idarəetməni itirərək toqquşma yerindən təxminən 45-50 metr məsafədə yolun sağ kənarında aşmış vəziyyətdə dayanmış, “Nissan Micra” markalı avtomobil isə toqquşmadan dərhal sonra idarə etdiyi “Opel Combo-C” markalı avtomobilə doğru gəlməyə başlamışdır. İdarə etdiyi avtomobilin “əyləc” pedalını sıxıb rolu sol tərəfə döndərməsinə baxmayaraq “Nissan Micra” markalı avtomobil avtomobilinə doğru gəlməsi davam etdirdiyindən həmin avtomobilin sol tərəfi onun idarə etdiyi avtomobilin sağ tərəfi ilə toqquşmuş və nəticədə idarə etdiyi markalı avtomobilin sağ qabaq tərəfi xeyli əzilməklə deformasiyaya uğrayaraq yolun hərəkət hissəsinin sol kənarındakı yamaca qalxıb dayanmışdır. Daha sonra “Nissan Micra” markalı avtomobilin sürücüsünün hansı vəziyyətdə olduğunu bilmək üçün həmin avtomobilə yaxınlaşmışdır. Bu zaman avtomobili idarə edən təxminən 57-58 yaşlarındakı qadın sürücünün qorxudan şok vəziyyətində olduğunu və bədəninin möhkəm əsdiyini müşahidə etmişdir. Qadına qorxmamasını bildirib sakitləşdirməyə çalışsa da, qadın heç cür sakitləşmədiyi üçün yolun hərəkət hissəsinə çıxıb saxlamaları üçün ötüb-keçən avtomobillərə əl ilə işarə etmişdir. Nəhayət bu zaman “Toyota Prius” markalı avtomobilin tanımadığı sürücüsü hərəkətini saxlayıb ona yaxınlaşmış və dərhal “103” təcili tibbi yardım xidmətinə zəng edərək baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində sürücülərdən birinin yaralı olması barədə məlumat vermişdir. Daha sonra yolun kənarında hərəkətini dayanan ağ rəngli “Kia Rio” markalı taksi avtomobilinin tanımadığı sürücüsü və oraya toplaşan başqa şəxslərin köməkliyi ilə qadını həmin avtomobilin arxa oturacağına uzandırmışlar. Elə bu vaxt “VAZ-21074” markalı avtomobildə olan şəxslər yaxınlaşıb ondan nə baş verdiyini soruşmuşlar. O, təxminən 55- 60 yaşlarındakı həmin şəxsə qadının özünü də, onları da işə saldığını deyəndə qaça-qaça hadisə yerinə təxminən 17-18 yaşlı oğlan gəlmiş və özünün “Nissan Micra” markalı avtomobili idarə edən Sevinc xanımın bacısı oğlu olduğunu bildirmişdir. Bundan sonra həmin oğlan “Kia Rio” markalı avtomobilin arxa oturacağına əyləşərək xalasının başını dizinin üstünə qoymuşdur. O, xəstəxanaya çatdıqda hər hansı sənədin tələb ediləcəyi düşüncəsi ilə “Nissan Micra” markalı avtomobildən qadın çantasını götürərək içərisindəki əşyalarla birlikdə “Kia Rio” markalı avtomobilin sağ qabaq oturacağına qoymuşdur. Ardınca həmin avtomobilin sürücüsü xəstəxana istiqamətində hərəkətə başlamışdır. Bundan sonra “VAZ-21074” markalı avtomobildə olan şəxsləri hadisə yerində axtarsa da, daha onları görə bilməmişdir. Təxminən 2-3 dəqiqə sonra isə tanımadığı şəxslər, eləcə də orta yaşlı bir nəfər şəxs hadisə yerinə gəlib Sevinc xanımın bacısının əri olduğunu demiş və avtomobilin içərisinə baxaraq Sevinc xanıma məxsus mobil telefondan başqa əhəmiyyət kəsb edən əşya olmadığını deməklə telefonu götürmüşdür. Bir qədər sonra Abşeron rayon Polis İdarəsinin əməkdaşları yol-nəqliyyat hadisəsi yerinə gələrək onun və digər şəxslərin iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Hadisədən təxminən 30-35 dəqiqə sonra Sevinc xanımın bacısının əri olduğunu bildirən şəxsin mobil telefonuna edilmiş zəngdən ona məlum olmuşdur ki, Sevinc xanım xəstəxanada ölmüşdür. Mərhumun ailə üzvlərinə maddi yardım etmiş və onlarla barışmışdır. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında mərum zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. 09 aprel 1966-cı il təvəllüdlü X6 onun bacısıdır. X14 ailəsi ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, “Qobu-Park-2” yaşayış kompleksində yerləşən fərdi evdə yaşamışdır. 15 aprel 2023-cü il tarixdə saat 21 radlərində onun mobil telefonuna qardaşım zəng edərək demişdir ki, “bacısı X2 idarə etdiyi özünə məxsus olan “Nissan Micra” markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Qobu-Lökbatan avtomobil yolunda “Opel Combo” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq xəsarət almış və xəstəxanaya aparılan zaman bacısı almış olduğu xəsarətlərdən yolda ölmüşdür”. Onlar da xəstəxanadan bacısı X3 götürərək Gədəbəy rayonu, Köhnəqışlaq kəndində yerləşən qəbristanlıqda dəfn etmişlər. Bildirmişdir ki, bacısı X6 avtomobili idarə edən zaman avtomobildə tək olmuşdur. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs onlara maddi yardım etdiyinə görə ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, “Yeni məhəllə” adlandırılan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır. Oğlu Şahid1 23 may 2022-ci il tarixdə qara rəngli “VAZ-21074” markalı Az **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır və həmin avtomobili öz adına sənədləşdirməklə sürücülük vəsiqəsi ilə idarə etmişdir. 15 aprel 2023-cü il tarixdə saat 20:00 radələrində Qüdrətin diş ağrısından əziyyət çəkdiyini görüb müayinə üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən stomatoloqun qəbuluna aparmaq qərarına gəlmişdir. Saat 20:30 radələrində Qüdrətə məxsus avtomobili idarə edərək evdən çıxmışdır. Həmin vaxt oğlu onun yanında sağ qabaq oturacaqda əyləşmiş və avtomobildə ikisindən başqa heç kim olmamışdır. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə çatıb təxminən 15-20 dəqiqə stomatoloq müayinəsində olduqdan sonra yenidən avtomobilə əyləşərək yaşadığı ev istiqamətində hərəkət etməyə başlamışlar. Saat 21 radələrində Abşeron rayonu, Qobu-Lökbatan yolu ilə təxminən 70 km/saat sürətlə Qobu qəsəbəsi istiqamətində “Daşlı yamac” adlandırılan ərazinin kənarı ilə hərəkətdə olarkən təxminən 30 metr irəlidə olan “Nissan Micra” markalı avtomobilin yolun sağ kənarındakı döngədən magistral yola çıxmaq üçün dayanıb avtomobillərin ötüb keçmələrini gözlədiyini görmüşdür. Bu zaman idarə etdiyi avtomobildən təxminən 300-400 metr məsafədə arxasınca eyni istiqamətdə “Opel Combo” markalı avtomobil ona məlum olmayan sürətlə hərəkətdə olmuşdur. Hava tam qaranlıq olduğundan “Nissan Micra” markalı avtomobilin sürücüsünün idarə etdiyi “VAZ-21074” markalı avtomobili uzaqdan görüb-görmədiyini bilməmişdir. “Nissan Micra” markalı avtomobilin sürücüsü yolun əks hərəkət zolağı ilə ağ rəngli, adətən mağazalara yük daşınmasında istifadə olunan, markasını və dövlət qeydiyyat nişanını görə bilmədiyi avtomobilin keçib getməsinə imkan verdiyindən və magistral yola çıxmadığından sürücünün onun idarə etdiyi avtomobilin də keçib getməsinə imkan verəcəyini düşünərək ayağını bir qədər “qaz” pedalından çəkmiş və hərəkətdə olduğu sürətlə ötüb keçməyə çalışmışdır. Ancaq “Nissan Micra” markalı avtomobilin sürücüsü qəflətən yola çıxıb Lökbatan qəsəbəsi istiqamətinə dönmək istədiyindən idarə etdiyi avtomobilin sağ qanad hissəsi “Nissan Micra” markalı avtomobilin qarşı tərəfinə sürtünmüşdür. O, qəzadan yayınmaq üçün rolu əvvəlcə sola, təxminən 10 metr hərəkət etdikdən sonra isə sağa döndərmişdir. Buna baxmayaraq idarə etdiyi avtomobil sağ tərəfi üzərinə çevrilib yolun kənarındakı maneələrin yanında, “Nissan Micra” markalı avtomobil isə hərəkət hissəsinə paralel şəkildə yolun ortasında dayanmışdır. O, və oğlu avtomobilin içərisində hərəkətsiz vəziyyətdə qaldıqları vaxt qəflətən avtomobillərin toqquşma səsini eşitmişdir. Bu zaman arxasınca hərəkətdə olan “Opel Combo” markalı avtomobilin “Nissan Micra” markalı avtomobilə möhkəm çırpıldığını başa düşmüşdür. Təxminən 6-7 dəqiqə ərzində avtomobilin ön alın şüşəsini sındıraraq oğlu Qüdrətlə birlikdə avtomobilin içərisindən çıxıb hadisə yerinə yaxınlaşmışdır. Həmin vaxt avtomobilə ötüb keçən tanımadığı şəxslər baş vermiş yol-nəqliyyat hadisəsini görüb avtomobilləri yolun kənarında saxlamışlar. Yaxınlaşıb oraya toplaşan şəxslərdən “Nissan Micra” markalı avtomobilin sürücüsünün qadın olduğunu və hadisədən dərhal sonra yoldan ötən “Toyota Prius” markalı taksi avtomobili vasitəsilə təcili tibbi yardım stansiyasına aparıldığını eşitmişdir. Bir qədər sonra Abşeron rayon Polis İdarəsinin əməkdaşları yol-nəqliyyat hadisəsi yerinə gələrək onun və digər sürücünün iştirakı ilə baxış keçirmişlər. Baxış zamanı “Opel Combo” markalı avtomobilin sürücüsünün Təqsirləndirilən şəxs, “Nissan Micra” markalı avtomobilin sürücüsünün isə X6 olduğunu öyrənmişdir. Təxminən 30-35 dəqiqə sonra kimdənsə eşitmişdir ki, “Nissan Micra” markalı avtomobilin sürücüsü hadisə zamanı aldığı xəsarətlərdən ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Qobu qəsəbəsi, yeni yaşayış massivində yerləşən fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Şahid4 onun kiçik oğludur. X6 onun baldızıdır, X13 ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. X13 ilə münasibətləri hər zaman yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. X9 “Nissan Micra” markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır və həmin avtomobili özü idarə etmişdir. Bildirmişdir ki, anası xəstə olduğu üçün X13 anasını ziyarət etmək məqsədi ilə idarə etdiyi avtomobillə 15 aprel 2023cü il tarixdə saat təxminən 19 radələrində onların yaşadığı evə gəlmişdir. Baldızı Sevinc təxminən 1-2 saat onların evində olduqdan sonra çıxıb öz evinə getmişdir. Həmin vaxt oğlu Murad da mağazaya getmişdir. O da həmin vaxt oğlu Muradı həyətdə dayanıb gözləmişdir. Sonra Muradın arxasınca gedən zaman yolda toqquşma səsi eşidib yola tərəf qaçmışdır. Yola çatanda görmüşdür ki, X13 yolda idarə etdiyi “Nissan Micra” markalı **- HN-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeydiyyat nömrə nişanı yadında qalmayan “VAZ-21074” markalı və “Opel” markalı avtomobillə toqquşmuşdur. Görmüşdür ki, oraya toplaşmış tanımadığı şəxslər oğlu Muradla birlikdə baldızını idarə etdiyi avtomobildən çıxarıb başqa dövlət qeydiyyat nömrə nişanı yadında qalmayan ağ rəngli “Kia-Reo” markalı avtomobilə əyləşdirib xəstəxanaya yola salmışlar. O, isə hadisə yerində qalmışdır. Sonradan hadisə yerinə polis əməkdaşları gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Qobu qəsəbəsi, yeni yaşayış massivində yerləşən fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 166 saylı tam orta məktəbin 10-cu sinfində oxuyur. X6 onun xalasıdır, X15 ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. X15 ilə münasibətləri hər zaman yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. X10 “Nissan Micra” markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır və həmin avtomobili xalası özü idarə etmişdir. Bildirmişdir ki, ki, atasının anası xəstə olduğu üçün X15 nənəsini ziyarət etmək üçün idarə etdiyi avtomobillə 15 aprel 2023-cü il tarixdə saat təxminən 19 radələrində onların yaşadığı evdə gəlmişdir. Xalası Sevinc təxminən 1-2 saat onların evində olduqdan sonra çıxıb öz evinə getmişdir. Həmin vaxt o da mağazaya getmişdir. Xalasını yola salıb mağazadan çörək alıb çıxan zaman xalasının arxasınca baxmışdır. Birdən xalasının idarə etdiyi avtomobillə Abşeron rayonu, Qobu- Lökbatan yoluna çıxıb Lökbatan qəsəbəsi istiqamətində dönmək istəyən zaman Lökbatan qəsəbəsindən Qobu qəsəbəsi istiqamətində hərəkət edən avtomobillə toqquşmasını görüb qorxub hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqda görmüşdür ki, xalası idarə etdiyi “Nissan Micra” markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeydiyyat nömrə nişanı yadında qalmayan “VAZ-21074” markalı və “Opel” markalı avtomobillə toqquşmuşdur. Xalama yaxınlaşdıqda xalasını idarə etdiyi “Nissan Micra” markalı **-HN- *** dövlət qeydiyyat nişanlı avtomobilində sükan arxasında hərəkətsiz olduğunu görmüşdür. Oraya toplaşmış tanımadığı şəxslərin köməkliyi ilə xalasını idarə etdiyi avtomobildən çıxarıb başqa dövlət qeydiyyat nömrə nişanı yadında qalmayan ağ rəngli “Kia-Reo” markalı avtomobilə əyləşdirib Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən xəstəxanaya aparan zaman xalası yolda keçinmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibb ekspertinin 11 may 2023-cü il tarixli 49 saylı rəyindən görünür ki, 1996-cı il təvəllüdlü X2 oğlunun meyitində aşağıdakı xəsarətlər aşkar edilmiş xəsarətlərhər iki ağciyərin çoxlu qan itirmə və pnevmohemotoraksla (döş boşluğuna qanın və havanın yığılması) müşaiyət olunan cırılmış yaraları və hər iki ağ ciyərə qansızmalar, soldan İ, İİ, İİİ, İV,V,Vİ, Vİİ, Vİİİ qabırğaların, sağdan İ, İİ, İİİ, İV,V qabırğaların arxa qoltuq xətti üzrə sınıqları və qabırğaarası əzələlərə qansızmalar, başın yumşaq toxumalarının iç səthinə sol alın-təpə nahiyyəsinə qansızma, beyinin yumşaq qişası altına, sol təpə-alın nahiyyəsinə qansızma, başın sol alın nahiyyəsinin hematoması, sol saidin yuxarı 1/3-nin sıyrığı, sağ qamış sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişən sınığı, qeyd edilən xəsarətlər həyatidirlər, X2 ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən qərarda göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişlər, ölümlə bir başa səbəbli əlaqəlidirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür.
2. X2 ölümünə səbəb –hər iki ağ ciyərin cırılmış yaraları, sağ və sol boşluğuna qansızmalar, qabırğaların çoxsaylı sınıqları nəticəsində baş verən travmatik-hemorragik şok olmuşdur.
3. X2 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2023-cü il tarixdə saat 10:00-dan)8-12 saat əvvəl baş vermişdir.
4. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 19 iyul 2023-cü il tarixli 8/1812 saylı rəyindən görünür ki, 1-2. İstintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “Nissan Micra” markalı **-HN-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3.4. İstintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “VAZ-21074” markalı Az **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyəlüzum yoxdur. 5.6 İstintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “Opel Combo-C” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə tibbi-kimyəvi ekspertizasının 25 aprel 2023-cü il tarixli 1421 saylı rəyindən görünür ki, Şahid2 götürülmüş qan nümunəsində etik spirti aşkar edilmədi. Məhkəmə-kimya şöbəsinə təhqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik, psixotrop maddələrin təyinatını aparmaq mümkün olmadı. Məhkəmə tibbi-kimyəvi ekspertizasının 25 aprel 2023-cü il tarixli 1422 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etik spirti aşkar edilmədi. Məhkəmə-kimya şöbəsinə təhqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik, psixotrop maddələrin təyinatını aparmaq mümkün olmadı. Məhkəmə-tibb ekspertizasının 24 aprel 2023-cü il tarixli 733 saylı rəyindən görünür ki, 1965-ci il təvəllüdlü Şahid2 bədəni üzərində xəsarət aşkar edilmədi. Məhkəmə-tibb ekspertizasının 27 aprel 2023-cü il tarixli 732 saylı rəyindən görünür ki, 1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər sağ diz oynağı nahiyyəsinin qançırı, küt əşya (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. Abşeron RPİ-nin DYPŞ-nin xx.xx.2023-ci il tarixli 016-165-437-1222 saylı məktubundan görünür ki, 30 avqust 1986-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Oğlanqala kəndində anadan olmuş, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Oğlanqala kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək etibarlıdır) AC 550124 nömrəli “B, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Dispanserinin 16 aprel 2023cü il tarixli 2/9267 saylı “alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 16 aprel 2023-cü il tarixdə saat 00:15-da ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 02 ədəd CD disk maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmiş, X6 xx.xx.2023-cü il tarixdə öldüyündən barəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilmiş, iş üzrə maddi sübut kimi tanınmış “Opel Combo-C” markalı **-XN- *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibinə Təqsirləndirilən şəxs və “Nissan Micra” markalı **-HN-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün mərhum zərərçəkmiş şəxsin hüquqi varisi X8 qaytarılmışdır. Mərhum zərərçəkmiş şəxsin hüquqi varisi X11 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır, onun sonuncuya qarşı şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Adı çəkilən Plenum qərarında habelə göstərilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin İ hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir (“Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarı). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 263-cü maddəsində nəzərdə tutulan cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Əlavə obyektini isə insan həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Şərh olunan cinayət maddi tərkibli olduğu üçün CM-nin 263-cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Cinayət Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla avtomobili idarə etməsi insan ölümünə - ağır nəticələrə səbəb olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59.1.1, 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsini, himayəsində (xx.xx.2013-cü il təv. Aynur Əbilova və xx.xx.2018-ci il təv. Məhəmməd Əbilov) iki azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərəri ödəməklə aradan qaldırılmasına yönələn hərəkətlər etmiş, həmçinin təqsirləndirilən şəxs hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 128 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, maddi sübut qismində tanınmış “Opel Combo-C” markalı **- XN-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibinə Təqsirləndirilən şəxs və “Nissan Micra” markalı **-HN-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün mərhum zərərçəkmiş şəxsin hüquqi varisi X8 qaytarılması nəzərə alınmalı, iki ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı; cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış “Opel Combo-C” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibinə Təqsirləndirilən şəxs və “Nissan Micra” markalı **-HN-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün mərhum zərərçəkmiş şəxsin hüquqi varisi X8 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübutlar iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 128 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Vaqif Həsənov