Məhkəmə qərarları › İş №1(012)-217/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-217/2023

19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-217/2023 19.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi1 iştirakı ilə, xx xxxx 1999-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Atyalı qəsəbəsi nömrəsiz fərdi yaşayış evində yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə, xx xxxxx 1995-ci il tarixdə Lənkəran şəhəri, Cil kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, ünvan 3 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Atyalı qəsəbəsi nömrəsiz fərdi yaşayış evində yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 232.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 25 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını qırıb pəncərəni gərib açma yolu ilə birlikdə evə qanunsuz daxil olaraq, həmin evdən 1500 manat dəyərində 01 ədəd LG markalı televizoru gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 25 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını qırıb pəncərəni gərib açma yolu ilə birlikdə evə qanunsuz daxil olaraq, həmin evdən 1500 manat dəyərində 01 ədəd LG markalı televizoru gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən fərdi yaşayış evindən oğurluq etmək niyyəti ilə həmin evin həyətyanı sahəsinə hasardan keçmə yolu ilə daxil olub, həyətyanı sahədə olan nərdivandan istifadə edərək evin ikinci mərtəbəsinin sağ yan pəncərəsindən evə daxil olmuş və həmin evdən Zərərçəkmiş şəxs1 məxsus yataq otağının dolabında olan 1 ədəd 12 kalibrli “Winchester” markalı, 1300 defender modelli, L-2939578 nömrəli yivsiz ov silahını və 5 ədəd “Cheddite” markalı, 12 kalibrli, 70 mm-lik ov patronlarını talamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 232.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uzun müddətdi tanıyır. Belə ki, Təqsirləndirilən şəxs1 onun həmyerlisi olduğundan normal dostluq münasibətləri olmuş və heç vaxt ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə gecə saat 03 radələrində o və Elmar Abşeron rayonu, Atyalı qəsəbəsində gəzən zaman pul olmadığından evlərdən birinə girib oğurluq edərək ələ keçirdikləri əşyanı satıb pul əldə etmək fikrinə düşmüşlər. Bu məqsədlə o və Elmar xx.xx.2022-ci il tarixdə gecə saat 03 radələrində Atyalı qəsəbəsində yerləşən evlərdən birinin işığının yanmadığını görmüş və içəridə hər hansı bir şəxsin olmadığını əmin olduqdan sonra fərdi yaşayış sahəsinin hasarına yaxınlaşaraq ətrafda hər hansı bir şəxsin olmadığından əmin olduqdan sonra hasarı aşıb evin həyətinə daxil olmuşlar. Daha sonra Elmarla evin dəmir barmaqlı olan pəncərəsinə yaxınlaşmış və dəmir barmaqlıqları birlikdə var gücləri ilə dartaraq yerindən qoparmışlar. Bundan sonra isə pəncərəni bərk yumruqla vuraraq açmış və Elmarla birlikdə içəri daxil olmuşlar. Evə daxil olub içəri baxıb sonra evdə bir ədəd böyük ölçü televizorun olduğunu görmüş və Elmarla birlikdə həmin televizoru götürərək daxil olduqları pəncərədən çölə çıxmışlar. Daha sonra elə gəldikləri kimi hasara yaxınlaşıb oradan televizorla birlikdə çıxıb getmişlər. Onlar həmin televizoru “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən hazırda dəqiq ünvanını xatırlamadığım məişət əşyaları dükanına 200 manata satmış və əldə etdikəri pulu Elmarla birlikdə öz şəxsi ehtiyaclarına xərcləmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 uzun müddətdi tanıyır. Belə ki, Aqşin onun həmyerlisi olduğundan normal dostluq münasibətləri olmuş və heç vaxt ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə gecə saat 03 radələrində o və Aqşinlə Abşeron rayonu, Atyalı qəsəbəsində gəzən zaman pul olmadığından evlərdən birinə girib oğurluq edərək ələ keçirdikləri əşyanı satıb pul əldə etmək fikrinə düşmüşlər. Bu məqsədlə Aqşin və o xx.xx.2022-ci il tarixdə gecə saat 03 radələrində Atyalı qəsəbəsində yerləşən evlərdən birinin işığının yanmadığını görmüş və içəridə hər hansı bir şəxsin olmadığını əmin olduqdan sonra fərdi yaşayış sahəsinin hasarına yaxınlaşaraq ətrafda hər hansı bir şəxsin olmadığından əmin olduqdan sonra hasarı aşıb evin həyətinə daxil olmuşlar. Daha sonra Aqşinlə evin dəmir barmaqlı olan pəncərəsinə yaxınlaşmış və dəmir barmaqlıqları birlikdə var gücləri ilə dartaraq yerindən qoparmışlar. Bundan sonra isə pəncərəni bərk yumruqla vuraraq açmış və Aqşinlə birlikdə içəri daxil olmuşlar. Evə daxil olub içəri baxıb sonra evdə bir ədəd böyük ölçü televizorun olduğunu görmüş və Aqşinlə birlikdə həmin televizoru götürərək daxil olduqları pəncərədən çölə çıxmışlar. Daha sonra elə gəldikləri kimi hasara yaxınlaşıb oradan televizorla birlikdə çıxıb getmişlər. Onlar həmin televizoru “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən hazırda dəqiq ünvanını xatırlamadığım məişət əşyaları dükanına 200 manata satmış və əldə etdikəri pulu Aqşinlə birlikdə öz şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan başqa 27 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Atyalı qəsəbəsində piyada gəzməyə başlamış, bir neçə saat dolaşdıqdan sonra qarşısına çıxan ikimərtəbəli fərdi yaşayış evində işıqların yanmadığı diqqətini cəlb etmişdir. Bir qədər müşahidə apardıqdan sonra evdə heç kimin olmadığına əmin olub hasardan aşma yolu ilə həyətə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra həyətdə qoyulmuş nərdivandan istifadə edərək əvvəlcə yuxarı qalxaraq evin ikinci mərtəbəsində yerləşən sağ yan pəncərədən içəri girmişdir. O həmin evin ikinci mərtəbəsində yerləşən yataq otağında girişdən sol tərəfdə küncdə qoyulmuş ov silahını götürmüşdür və həmin otaqda çəkməcəni açanda orada olan 05 ədəd patronu da götürüb cibinə qoymuşdur. Bundan sonra evdə pul və digər qiymətli əşyalar tapmaq məqsədi ilə evin bütün otaqlarını axtarsa da, pul və digər qiymətli əşya tapa bilməmişdir. Buna görə də silahı və patronları götürərək evə girdiyi yerdən də çıxıb getməmişdir. Silahı və patronları kirayə yaşadıqları evdə gizlətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olub ailəsinin dolanışığını təmin edir. Bakı şəhərində yaşasa da, Abşeron rayonu, Atyalı qəsəbəsində bir neçə il bundan əvvəl fərdi yaşayış evi tikmişdir. Mütəmadi olaraq ailə üzvləri ilə həmin fərdi yaşayış evinə gəlib getmişdir. Sonuncu dəfə həmin ünvanda 21 oktyabr 2022-ci il tarixdə olmuşdur. 29 oktyabr 2022-ci il tarixdə ona məlumat verilmişdir ki, Abşeron rayonu Atyalı qəsəbəsində yerləşən fərdi yaşayış evinin yan tərəfinə naməlum şəxs və ya şəxslər pilləkən qoyub evinin 2-ci mərtəbəsindən evin içərisinə daxil olmuşlar. O, bu barədə məlumat alan kimi həyətində bağban kimi işləyən Rasimə göstəriş vermişdir ki, hadisə yerinə çatan kimi baş vermiş hadisə barəsində polisə məlumat versin. Zərərçəkmiş şəxs1 hadisə yerinə çatana kimi qardaşı X4 hadisə yerinə çatmışdır. Qardaşı Habil onunla mobil telefon vasitəsilə əlaqə saxlayıb məlumat vermişdir ki, evinin yataq otağında qoyduğu, 2010-cu ildə aldığı 12 çaplı, Vinçester markalı, L-2939578 nömrəli yivsiz ov tüfəngi naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. O, özü hadisə yerinə gəlib baş vermiş oğurluq hadisəsi ilə yerində tanış olmuşdur. Zərərçəkmiş şəxs1 ona məxsus olan naməlum şəraitdə naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmış ov tüfəngini 2022-ci ilin iyul ayında Abşeron rayonu Atyalı qəsəbəsində yerləşən evinə gətirmiş və öz qablaşdırmasında saxlamışdır. Oğurluq baş verən yataq otağına ətraflı nəzər yetirdikdə çarpayının yanında yerləşən çəkməcədə olan 5 ədəd oğurlanmış silaha məxsus olan patronların da naməlum şəxs və ya şəxslər tərəfindən çəkməcədən oğurlandığını aşkar etmişdir. Baş vermiş hadisə ilə bağlı şübhələndiyi hər hansı şəxsin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yaşasa da, Abşeron rayonu, Atyalı qəsəbəsində ona məxsus fərdi yaşayış evi mövcuddur. Həmin evdə heç kim yaşamasa da, mütəmadi olaraq ora baş çəkmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə həmin evə gedib baş çəkmişdir. xx.xx.2022-ci il tarixdə saat 08:20 radələrində təkrar həmin evə baş çəkərkən evin qabaq ön tərəfində yerləşən pəncərənin dəmir barmaqlıqlarının qırılmış, plastik pəncərənin isə açıq vəziyyətdə olduğunu görmüşdür. Qapını açıb içəri daxil olduqdan sonra evdən 1500 manat dəyərində bir ədəd “LG” markalı televizorun oğurlandığını görmüşdür. İlkin olaraq müraciətində 400 manat dəyərində olan televizorun oğurlanması barədə məlumat versə də, sonradan həmin televizorun Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşadıqları evdə olduğunu, Atyalı qəsəbəsində yerləşən evdən daha böyük ölçülü, “LG” markalı televizorun oğurlandığını bilmişdir. Təqsirləndirilən şəxslərin qohumları tərəfindən ziyan ödənildiyi üçün onlara qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ona məxsus Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən məişət əşyaları alqı-satqısı dükanı var. Orada televizor, maqnitafon və bir sıra əntiq əşyaların alqı-satqısı ilə məşğul olur. Hər hansı əşyaları alan zaman da müraciət etmiş müştərilərin şəxsiyyət vəsiqələrinin surətini götürmüşdür. Təqsirləndirilən şəxs1 da həmin ona məxsus dükanda müraciət edən zaman müştəri qismində tanımışdır. Təqsirləndirilən şəxs1 ona məxsus dükana gələrək özünə məxsus “LG” markalı televizor olduğunu, pula ehtiyacı olduğunu, övladının xəstə olmasını bildirərək həmin televizoru satdığını bildirmişdir. Həmin televizora baxmış və 200 manata ala biləcəyini bildirmiş, Elmar da onunla razılaşmışdır. Şahid 200 manat pulu sayaraq ona vermiş və Elmar da həmin televizoru satmışdır. Həmçinin həmişə olduğu kimi onun şəxsiyyət vəsiqəsini tələb etmiş, o da öz şəxsiyyət vəsiqəsini Turala təqdim etmişdir. Bundan sonra Elmarın şəxsiyyət vəsiqəsinin surətini çıxarıb öz iş yerində saxlamışdır. Həmçinin Elmar həmin şəxsiyyət vəsiqəsinin surətinin arxa hissəsinə televizorun ona məxsus olduğunu, həmin televizoru satdığını və əlaqə nömrəsi barədə qeydlər edib imzalamışdır. Bir müddət sonra Tural da həmin televizoru dəqiq xatırlamadığı ona müştəri kimi müraciət etmiş şəxsə 250 manat müqabilində satmışdır. Şahid həmin televizorun oğurluq olması barədə məlumatsız olmuş və yalnız polislər ona müraciət etdikdən sonra Təqsirləndirilən şəxs1 onun dükanına satdığı televizorun oğurluq əmlak olması məlum olmuşdur. Cinayət işinəəlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli, 22/739R nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki,

1. Tədqiqata təqdim edilmiş 01 ədəd L-2939578 №-li silah, ABŞ-da zavod üsulu ilə silah zavodunda istehsal olunmuş 12 kalibrli Winchester 1300 modelli, hamar tək lüləli, sürüşən lüləaltı yastıq vasitəsilə təkrar doldurulan pompalı tüfəngdir, yivsiz odlu silahdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istiafə üçün yararlıdır. Silahın hissə mexanizmləri üzərində sonradan təyinatı dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmişdir.

2. Tədqiqata təqdim edilmiş 05 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 12x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatlarıdır. Həmin patronlar istifadə və atəş üçün yararlıdırlar.

3. DİN-in KTİ-də yalnız yivli odlu silahların qeydiyyatı aparıldığından qərarın 3-cü sualında qeyd olunan << Təqdim edilmiş 1 ədəd 12 kalibrli “Winchester” markalı, 1300 defender modelli, L-2939578 nömrəli yivsiz ov silahı ilə Azərbaycan Respublikası ərazisində hər hansı cinayət hadisəsi törədilibmi? >> sualına cavab verilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Hüseynov X3 Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılıb və üzərində 02 ay 12 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3 maddələri ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən 02 il 08 ay azadlıqdan məhrum etmə və 1500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amistiya qərarının 2.4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, xx.xx.2022-ci il tarixdə həmin qərarın 2.11-ci bəndinə əsasən təyin edilmiş cərimə cəzasından azad edilmişdir. Abşeron RPİ-in xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd 12 kalibrli “Winchester” markalı, 1300 defender modelli, L-2939578 nömrəli yivsiz ov silahını və 5 ədəd “Cheddite” markalı, 12 kalibrli, 70 mm-lik patronlar maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onların təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, qanunla müəyyən olunmuş hüquq normalarına əsaslanaraq qeyd edir ki, hər bir cinayət işi üzrə müəyyən edilməli olan halların araşdırılmasında obyektiv mövqedən çıxış etməkdə təkcə ittihamı sübut edən sübutların toplanması deyil, həmçinin ittihamı təkzib edən məlumatların toplanması vacib və zəruridir. İbtidai araşdırma orqanı tərəfindən yalnız ittihamedici sübutların toplanması, bəraətverici sübutların toplanmasına səylər göstərilməməsi cinayət işinin birtərəfli, natamam, ittiham istiqamətində aparılmasına və qanunçuluğun, hüquq qaydasının, eləcə də insan hüquq və azadlıqlarının pozulmasına səbəb olması nəticəsinə gəlinməsinə əsas verir. Bununla yanaşı, əldə edilmiş sübutlar təqsirləndirilən şəxsin məhkum olunması ehtimalına bəraət ehtimalından qüvvətli təsir göstərə bilmirsə həmin sübuta yetərli şübhə kimi yanaşılmalı, konkret ziddiyyət təşkil etməyən məlumatlara, sənədlərə və əşyalara söykənməyən təxminlər, fərziyyələr, ehtimallar sübutun həqiqiliyi kimi qəbul edilməməli və qiymətləndirilməməlidir. Məhkəmə təqsirləndirilən şəxsin ona qarşı Azərbaycan Respublikası CM-nin müvafiq maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilməsi onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü qismən təqsirli bilməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə (cinayət işi üzrə təqsirləndirilən şəxslərin ifadəsinin yerində yoxlanılması haqqında 20 dekabr 2022-ci il tarixli protokollar) təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadələr verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsrin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddəsi ilə, Təqsirləndirilən şəxs1 törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 232.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətlərin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılması, o cümlədən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «… CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. ... Beləliklə, ... şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. ... Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59-cü maddəsinə əsasən şəhid övladı olmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılması, o cümlədən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 232.1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza iləəhatə etmək yolu ilə və ya təyin olunmuşcəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırıüçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmişəlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növüüçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxslərin cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra 1 ədəd 12 kalibrli “Winchester” markalı, 1300 defender modelli, L-2939578 nömrəli yivsiz ov silahını və 5 ədəd “Cheddite” markalı, 12 kalibrli, 70 mm-lik patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, həmçinin Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3--cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs2 qəti olaraq, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 232.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs1 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan 1 ədəd 12 kalibrli “Winchester” markalı, 1300 defender modelli, L-2939578 nömrəli yivsiz ov silahını və 5 ədəd “Cheddite” markalı, 12 kalibrli, 70 mm-lik patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, həmçinin Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar