Məhkəmə qərarları › İş №1(012)-217/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-217/2025

10.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-217/2025 10.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə 30 avqust 1979-cu il tarixdə Sabirabad rayonunun Navadan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Sabirabad rayonu, Qaratəpə Ərazi Dairəsi, Nərimankənd kəndində qeydiyyatda olan və yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə tanışı X2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 13 mart 2024-cü il tarixdə saat 22:00 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Saray-Novxanı yolu adlanan ərazidə yerləşən yeni inşa edilən evin daş hasarla əhatə olunmuş və taxta qapısı olan həyətinə qapını açmaqla qanunsuz daxil olub oradan 1500 manat dəyərində olan su çənini və həyətdə yerləşən binaya sanitar qovşağının plastik qapısını fiziki güc tətbiq edib açmaqla qanunsuz daxil olub oradan hər birinin dəyəri 150 manat olan 02 ədəd laqondanı və hər birinin dəyəri 180 manat olan 03 ədəd prefaratoru, gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 2340 (iki min üç yüz qırx) manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, 2023-cü ilin fevral ayının axırlarında işləmək məqsədi ilə Abşeron rayonuna gəlmiş və həmin ərazidə dəqiq ünvanını xatırlamadığı fərdi tikili evdə fəhlə kimi işləmişdir. xx.xx.2024-cü il tarixdə tanışı Tərlanla söhbət edən zaman işlədiyi evin sahibi onların pulunu vermədiyi üçün bir qədər maddi ehtiyaclarının olduğunu bildirdikdə, Tərlan ona yaxınlıqdakı həyətdə dəmir metaldan su çəni olduğunu deyib, həmin su çənini oğurlamağı təklif etdikdə həmin vaxtı maddi vəziyyəti pis olduğuna görə sonuncunun təklifi ilə razılaşmışdır. Tərlan oraya yük maşını, daha sonta isə avtokar çağırmış, çəni götürdükdən sonra Saray qəsəbəsi, Saray-Novxanı adlanan ərazidə yerləşən metal qəbul məntəqəsində Şahid1 660 manata satmışlar. Həmin puldan 100 manatını Tərlan avtokarın sürüçüsünə, 280 manat isə Tərlan ona vermişdir. Oğurluq nəticəsində əldə olunan pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin vaxtı maddi vəziyyəti pis olduğuna görə məcbur olub Tərlanın təklifi ilə razılaşmışdır. Başqa şəxslər su çənin oğurluq olduğunu bilməmişlər. Tərlan pulu götürüb onun yanına gəlmiş və su çənini 660 manata satdığını bildirmişdir. O həmin həyətindən yalnız dəmir metaldan su çəni oğurlamış, başqa heçnə oğurlamamışdır. Digər əşyaların başqa şəxslər tərəfindən götürülüb götürülməməsi barədə heç nə bilmir, həmçinin həmin ünvanda başqa əşya görməmişdir. Həmin fərdi yaşayış evi hasarlı olsa da, darvaza qapısı üçün ayrılmış hissəsinə sadəcə böyük taxta qoyulmuş və xatırladığı qədəri ilə mislə divara bərkidilmişdir. Onlar həmin taxta parçasını kənara çəkərək içəri daxil olmuşlar. Oraya gələn evakuvatora da həmin çənin özlərinə aid olduğunu bildirdiklərindən və onların evin həyətində qapı açıq bir şəkildə olduğunu gördüyündən düşünmüşdür ki, ev onlara məxsusdur. Sonda törətdiyi əməldən peşman olduğunu, oğurluq əməlini maddi imkansızlıqdan törətməsini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, 2022-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, Saray-Novxanı adlanan ərazidə olan torpaq sahəsindəki fərdi ev inşa etmək qərarına gəlmişdir. Həmin torpaq sahəsi mişar daşaları ilə hasarlanmış və evin giriş hissəsinə müvəqqəti taxta qapı qoymuşdur. xx.xx.2024-cü il tarixdə sübh vaxtında evində işləyən ustalar onunla əlaqə saxlayaraq, mənzildən oğurluq olduğunu bildirdikdə təcili həmin ünvana getmiş, orada evin ümumi həyətindən 1500 (min beş yüz) manat dəyərində su çənini, sanitar qovşağında olan Çin istehsalı olan 1800 dövürlü, hər biri 150 manat olan 02 ədəd laqondanın və “Bosch” hər biri 180 manat olan 03 ədəd prefaratorların oğurlandığını, həmçinin evin sanitar qovşağının plastik qapısının sındırıldığını aşkar etmişdir. Baş vermiş hadisə ilə əlaqədar Saray polis bölməsinə müraciət etmişdir. Hadisə zamanı 1500 manat dəyərində su çəni, hər biri 150 manat olan 02 ədəd laqonda və hər biri 180 manat olan 03 ədəd preparatorlar oğurlanmaqla ona ümumilikdə 2340 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dəvət olunaraq, dindirilmiş Şahid4 istintaqda verdiyi ifadəni təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Mənsur əvvəllər cinayət törətdiyinə görə bir neçə dəfə məhkumluq həyatı yaşamış və o, sonuncunu bu yoldan çəkindirmək üçün imkanı çatdığı qədər köməklik göstərmişdir. Mənsur 2024-cü ilin fevral ayında işləmək üçün yaşadığı Sabirabad rayonundan Bakı şəhərinə gəlmidir.13 mart 2024-cü il tarixdə günorta saatlarında Mənsur Bakı şəhəri, Binəqədi rayonu, “DSK” yolunda yerləşən iş yerinə gəlmişdir. Söhbət zamanı Mənsur işlədiyi yerdə pul əvəzinə dəmir çən verildiyini demiş və bunu verə biləcəyi adam tanıyıbtanımadığını soruşduqda o, Ramin adlı şəxsi tanıdığını və çəni Raminə verə biləcəyini demişdir. O, Raminlə əlaqə saxlayıb bu barədə bildirdikdə sonuncu çəni satmaqda köməklik edə biləcəyini demişdir. Bundan sonra Mənsur çıxıb getmişdir. Həmin gün, yəni 13 mart 2024-cü il tarixdə saat 22 radələrində Mənsur onunla əlaqə saxlayaraq çəni evakuatorla gətirdiyini demişdir. O, telefonu yanında olan Raminə verərək Mənsura çəni aparaqları yeri deməsini bildirmişdir. Ramin Mənsurla danışdıqdan sonra ona həmin yerə getməyini demişdir. O, Raminlə birlikdə idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Abşeron rayonu, Saray qəsəbəsi, Saray-Novxanı yolunda yerləşən metal əritmə zavodunun qarşısına gəlmişdir. Bu zaman Mənsurun artıq orada olduğunu görmüşdür. Həmçinin Mənsurun yanında bir nəfər şəxs olduğunu görüb həmin şəxsin kim olduğunu soruşmuşdur. Mənsur həmin şəxsin iş yoldaşı olduğunu demişdir. Daha sonra Ramin, Mənsur və yanında olan tanımadığı şəxs çəni zavoda vermək üçün getmişlər. O isə avtomobildə oturub gözləmişdir. Təxminən 30 dəqiqə sonra geri qayıtmışlar. Avtomobilin içərisində çənin 930 manat satılması ona məlum olmuşdur. Ramin həmin puldan 660 manatını Mənsurla iş yoldaşına, qalan 270 manatdan 150 manatını isə ona verib yerdə qalan 120 manat pulu özünə götürmüşdür. Daha sonra Ramin avtomobili ilə Mənsurla iş yoldaşını Sulutəpə dairəsinə, onu isə yaşadığı ünvana aparıb düşürtmüşdür. Bir neçə gün sonra Mənsurla iş yoldaşının gətirdiyi çənin oğurluq olduğunu bilmişdir. Onun çənin oğurluq olması barədə məlumatı olmamışdır. Bu barədə məlumatı olsaydı Mənsura çəni satmaq üçün Ramindən yer tapmaqda xahiş etməzmiş. O, Raminlə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Saray-Novxanı yolunda yerləşən metal əritmə zavodunun qarşısına getdikdə orada evakuatorun üstündə yalnız dəmir çən olduğunu görmüşdür. Sonradan həmin çənin Mənsur və iş yoldaşı tərəfindən oğurlandığını bildiyindən hesab etmişdir ki, digər təmir alətləri Mənsur tərəfindən oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dəvət olunaraq, dindirilmiş Şahid2 istintaqda verdiyi ifadəni təsdiq edərək göstərdi ki, 2023-cü ilin oktyabr ayından etibarən Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Saray qəsəbəsində eyni torpaq sahəsində yerləşən iki ədəd fərdi yaşayış evlərində usta kimi işləyərək suvaq işlərini görməyə başlamışdır. O, hər gün saat 09 radələrində işə gəlib saat 17 radələrinədək orada işləyir. Evin həyətində sudan istifadə etmək məqsədilə ev sahibi Zərərçəkmiş şəxs məxsus dəmir su çəni vardır. 13 mart 2024-cü il tarixdə işini yekunlaşdırdıqdan sonra ev sahibi Zərərçəkmiş şəxs məxsus təmir alətlərini, o cümlədən 02 ədəd laqonda və 03 ədəd prefaratorları evin sanitar qovşağına qoyub plastik qapısını kilidlə bağladıqdan sonra çıxıb getmişdir. 14 mart 2024cü il tarixdə saat 09 radələrində həmişəki kimi iş yerinə gəlmişdir. Evin həyətinə daxil olduqda dəmir su çəninin həyətdə olmadığını görmüşdür. Əvvəlcə dəmir su çəninin ev sahibi Zərərçəkmiş şəxs tərəfindən götürüldüyünü fikirləşmişdir. Daha sonra əynini dəyişmək və təmir alətlərini götürüb işə başlamaq üçün evin sanitar qovşağına getmişdir. Bu zaman sanitar qovşağının plastik qapısının sındırılaraq açıq vəziyyətdə olduğunu və içərisindəki bəzi təmir alətlərinin olmadığını görmüşdür. Bundan sonra oğurluq hadisəsi olması ona məlum olmuşdur. Buna görə də dərhal ev sahibi Zərərçəkmiş şəxslə mobil telefon vasitəsilə əlaqə saxlayıb bu barədə məlumat verdikdən bir müddət sonra sonuncu oraya gəlmiş və evin həyətindən bir ədəd dəmir su çəninin, fərdi yaşayış evlərindən birinin sanitar qovşağının içərisindən isə 02 ədəd laqonda və 03 ədəd prefaratorların oğurlandığını bildirmişdir. Oğurluq hadisəsi 13 mart 2024-cü il tarixdə baş vermişdir. Belə ki, o, gündəlik olaraq Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinə işləmək üçün gedirmiş. Oğurluq hadisəsi baş verənə qədər, yəni 13 mart 2024-cü il tarixədək dəmir su çəni, 02 ədəd laqonda və 03 ədəd prefarator yerində olmuşdur. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Şahid1 məhkəməyə ərizə ünvanlayaraq, istintaqda verdiyi ifadəni təsdiq etdiyini və məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən Şahid1 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2023-cü il tarixdən etibarən "xxxx" MMC-də metal təchizatı agenti vəzifəsində işləyir. "xxxx" MMC müxtəlif növdə metalların əritməsi və yenidən istehsala verilməsi ilə məşğul olunur. Günorta və səhər saatlarında böyük yük avtomobilərinin şəhərdə hərəkəti qadağan olunduğuna görə saat 22 radələrindən ertəsi günü saat 08 qədər işləyir. Onun işi zavoda gətirilən metalları qəbul etməkdir. xx.xx.2024cü il tarixdə saat 22 radələrində əvvəllər tanıdığı Şahid3 telefonla onunla əlaqə saxlamış və əlində metalının olduğunu bildirmişdir. Ramin əvvələr də onun işlədiyi zavoda müxtəlif növdə metal gətirdiyinə görə təkliflə razılaşmışdır. Raminlə danışdıqdan bir saat sonra evakuatorla 01 ədəd su çəni gətirmişdir. Həmin vaxtı Raminin yanında əvvəllər tanımadığı iki şəxs də olmuşdur. Sözü gedən su çəninin çəkisini ölçmüş və 1700 kq olduğu müəyyən etmişdir. Bu səbəbdən 1700 kq qara metaldan olan su çəninə görə 930 manat Raminə pul vermişdir. Daha sonra su çəni əridilməsi üçün zavoda verilmişdir. Həmin vaxtı gecə saatları olduğuna görə su çəninin yararlı vəziyyət olduğunda diqqət etməmişdir. Ramin ona sözü gedən su çənini adını demədiyi şəxsdən aldığını bildirmişdir. Şahid3 su çənini alan zaman qəbz tərtib etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Şahid3 məhkəməyə ərizə ünvanlayaraq, istintaqda verdiyi ifadəni təsdiq etdiyini və məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən Şahid3 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 2023-cü il tarixdən etibarən qara metalların alqı-satqısı ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə əvvəllər tanıdığı Şahid4 telefon vasitəsi ilə onunla əlaqə saxlamış və qardaşı Təqsirləndirilən şəxs işlədiyi yerdən pul əvəzinə metal verildiyini və həmin metalı satmaqda köməklik etməyini xahiş etmişdir. Vəfadarı tanıdığına görə təklifi ilə razılaşmışdır. Bundan sonra Mənsurla telefonla əlaqə saxlamış və harada olduğunu müəyyən etmiş, bundan sonra həmin yerin yaxınlığında olan Abşeron rayonu, Saray qəsəbəsi, Saray-Novxanı adlanan ərazidə yerləşən "xxxx" metal əritmə zavoduna metalı gətirmələrini bildirmişdir. Bir neçə dəqiqədən sonra zavodun yaxınlığında görüşmüş, həmin vaxtı onun yanında Vəfadar, Mənsurun yanında isə tanışı, əvvəllər tanımadığı Tərlan adlı şəxs olmuşdur. Evakuator avtomobilinin üzərində su çəni gətirdiklərini görmüşdür. Mənsura evakuatoru zavodunun həyətinə sürmələrini bildirmişdir. Evakuator tərəziyə çıxarılmış və orada su çənin çəkisi ölçülərək 1700 kq olduğu müəyyən edilmişdir. Zavodun metal qəbul etmə üzrə agenti Şahid1 sözü gedən su çənini 930 manata almışdır. Həmin puldan Vəfadar 660 manat qardaşı Mənsura verməsini bildirmişdir. O da Mənsura 660 manat pul vəsaitini Mənsura vermişdir. Yerdə qalan 270 puldan 150 manatını Vəfadara vermiş, qalan 120 manatını isə özünə götürmüşdür. Həmin vaxtı Mənsurun və Tərlanın üzərlərində hər hansı bir sənəd olmadığını bildirmişdir. Vəfadarı tanıdığına görə də oğurluq mal satmayacaqlarını güman etmişdir. Mənsurla edilən söhbət zamanı su çənini işlədikləri yerdən pul əvəzinə verdiklərini demişdir. Bir neçə gün sonra Paşa onunla əlaqə saxlamış və xx.xx.2024-cü il tarixdə işlədiyi zavoda satdığı su çənin oğurluq olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 22 mart 2024-cü il tarixli qərardan görünür ki, oğurluq cinayət əməlinin törədilməsi ilə bağlı fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. - “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 22 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 22 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur; - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 24 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur; - Abşeron rayon Məhkəməsinin 24 mart 2024-cü il tarixli, 4(012)-280/2024 saylı qərarı ilə həbsdə saxlanılma müddətinin əvvəli 22 mart 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 23 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sabirabad rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə iki il müddətdə azadlıqdan məhrul etmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndi tətbiq edilməklə, ona təyin edilmiş cəzanın müddəti 06 ay azaldılmış, 01 fevral 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Həmin qərarın 17-ci bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallar da oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 23 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə 05 avqust 2020-ci il tarixdə Sabirabad rayon Məhkəməsinin hökmünə əsasən iki il müddətdə azadlıqdan məhrul etmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndi tətbiq edilməklə, ona təyin edilmiş cəzanın müddəti 06 ay azaldılmış, 01 fevral 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı vaxtdan iki il keçməsini nəzərə alaraq, məhkəmə qeyd edir ki, sonuncunun əməlində həmin hökm üzrə cinayətlərin residivi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş şəxs hesab olunmuşdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən həmin Məcəllənin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməməsini, həmçinin ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, azadlıqdan məhrum etmə ilə bağlı cəza növü ilə onun islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 22 mart 2024-cü il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 66-cı bəndində müəyyən olunur ki, cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.20-ci maddəsi zərərçəkmiş şəxsin cinayət törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq imkanını hər hansı şərtlə əlaqələndirilməyən hüquq kimi təsbit etmiş, buna müvafiq olaraq da qanunverici cinayət prosesini həyata keçirən orqanların zərərçəkmiş şəxsin həmin hüququndan irəli gələn vəzifələrini müəyyən etmişdir. Belə ki, həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Bundan başqa qeyd olunan Məcəllənin 132.1.5-ci maddəsinə görə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış (maddi sübut kimi qiymətləndirilmiş) pul və qiymətli əşyalar məhkəmənin yekun qərarı çıxarılarkən sahiblərinə, mülkiyyətçılərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Odur ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxslərin maddi ziyanın vurulması ilə müşayiət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) cinayət nəticəsində məhrum olunduqları (sübut yetirilmiş cinayətin təsvirində qeyd olunan) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə, təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir. Ona görə də, məhkəmə cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs xeyrinə 2340 manat məbləğində pul vəsaiti tutularaq, ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 22 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs xeyrinə 2340 manat məbləğində pul vəsaiti tutularaq, ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış əşyanın, xüsusi müsadirə edilməli əmlakın, mülki iddianın və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 (altmış) saat görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar