Məhkəmə qərarları › İş №1(012)-218/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-218/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-218/2023 04.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X5 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəlli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs əvvəl dələduzluq cinayəti törətdiyinə görə barəsində Abşeron rayon Polis İdarəsindəsonra isə Abşeron rayon Məhkəməsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə baxılma mərhələsində olduğu halda o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs özünü jurnalist kimi tanıdaraq ona sosial ödənişlər hesabına evini təmir etdirəcəyinə, mənzil düzəldəcəyinə və sosial avtomobil alacağına dair yalan vədlər verib aldadaraq, 25 dekabr 2018-ci ildə Abşeron rayonu, Xırdalan şəhəri Qalubiyyə küçəsində yerləşən Texnikumun qarşısında 18.00 manat, 26 dekabr 2018-ci ildə eyni ünvanda 1100 manat, 10 yanvar 2019-cu il tarixdə eyni ünvanda 1300 manat, 12 yanvar 2019-cu il tarixdə eyni ünvanda 300 manat, 15 yanvar 2019-cu il tarixdə eyni ünvanda 250 manat, 23 yanvar 2018-ci il tarixdə eyni ünvanda 400 manat, 30 yanvar 2019-cu il tarixdə eyni ünvanda 1050 manat, 01 fevral 2019-cu il tarixdə eyni ünvanda 200 manat, 05 fevral 2019-cu il tarixdə eyni ünvanda 650 manat, 27 fevral 2019-cu il tarixdə eyni ünvanda 500 manat, 18 mart 2019-cu il tarixdə eyni ünvanda 100 manat, 19 mart 2019-cu il tarixdə eyni ünvanda 400 manat, 26 mart 2019-cu il tarixdə eyni ünvanda 930 manat, 28 mart 2019-cu il tarixdə ünvan 3 ünvanda 250 manat, 11 aprel 2019-cu il tarixdə eyni ünvanda 220 manat, 13 aprel 2019-cu il tarixdə eyni ünvanda 600 manat, 14 aprel 2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən Texnikumun qarşısında 550 manat, 17 aprel 2019-cu il tarixdə eyni ünvanda 350 manat, 09 iyun 2019-cu il tarixdə eyni ünvanda 150 manat, 10 iyun 2019-cu il tarixdə eyni ünvanda 240 manat, 25 yanvar 2020-ci il tarixdə eyni ünvanda 2000 manat, 27 yanvar 2020-ci il tarixdə eyni ünvanda 2400 manat, 29 yanvar 2020-ci il tarixdə eyni ünvanda 500 manat, 05 iyun 2020-ci il tarixdə ünvan 3 ünvanda 300 manat və 10 iyul 2020-ci il tarixdən 20 avqust 2020-ci il tarixədək olan müdət ərzində istintaqla müəyyən edilməyən müxtəlif vaxtlarda yenidən eyni ünvanda 17500 manat pulunu, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 34.040 manat pulunu ələ keçirib, vədə əməl etmədən Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respubilkasının CM-nin 178.1-ci maddəsi ilə məhkum olunmuşdur. X3 3-4 ildir ki, tanyır və aralarında normal münasibətləri olmuşdur. Zərərçəkmiş şəxsın barəsində yazdığı ərizəsi ilə bağlı cnayət işinin istitaqının aparıldmasından xəbəri olmuşdur. Ona görə də rayonda işləyib pul qazanıb Gülçimənin pulunu qaytarması ilə bağlı çalışmış, bu səbəbdən də bir müddət istintaq orqanından yayınmışdır. Gülçiməndən 2019-cu ilin əvvəlindən başlayaraq 2020-ci il müddət ərzində xatırlamadığı tarixlərdə və 7000 (yeddi min) faiz olaraq yaşadığı ünvan 5 ünvanında və Xırdalan şəhəri ərarzsində hissə-hissə pul almışdır. Həmin puldan Gülçimənə 4500 manat pulu geri ödəmiş, qalan pulu da qısa müddətdə ödəyəcəkdir. Göstərmişdir ki, tanışı X1 mənzil düzəltmək adı ilə 34040 manat pulu (otuz dörd min qırx manat) pul almamış, özünü heç bir təşkilatın nümayəndəsi kimi təqdim etməmiş, ona yalnız sosiyal mənzil düzəldə biləcəyini demiş və Gülçiməndən 7000 min manat pul almış, həmin puldan da 4500 manat pulunu ödəmiş, qalan hissəsini də ödəyəcəkdir. Özünü təqsirli bilir və törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2018-ci ilin yay aylarında Xavər adlı şəxsin vasitəsi ilə tanış olmuş, Şəfəq özünü ona jurnalist və sosial layihələri ilə məşğul olan şəxs qismində tanış etmiş, bildirmişdir ki, qazetlərdə məqalələr yazır ona vəd vermiş ki, onun üçün Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazsində sosial mənzil düzəltmək üçün ondan xırda-para pul lazım olduğunu bildirmişdir. Hətda onun evinə tanıdadığı şəxsləri gətirib evində sosial yardım kimi təmir etmək adı ilə evinin qapıların sökmüş ki, guya evdə təmir işləri aparacaqlar. Bu münvanla Təqsirləndirilən şəxs 25 dekabr 2018-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, Texnikumun qarşısında ondan ilkin olaraq 1800 manat pul istəmiş, o da həmin məbləği sonuncuya vermişdir. Həmin günün səhərsi, yəni 26 dekabr 2018-ci il tarixdə səhər saatlarında Abşeron rayonu Xırdalan şəhəri Teknikumun qarşısında 1100 manat pulu Şəfəqə vermiş, sonra Şəfəq ona bldirmişdir ki, evdən əlavə olaraq onun üçün sosial yardım avtomobil də düzəldir. Bunun üçün pul lazım olduğunu bildirmiş və o da 10 yanvar 2019-cu ild tarixdə Abşeron rayonu Xırdalan şəhəri Texnikumun qarşısında Şəfəqə 1300 manat pul vermişdir. Bundan sonra yenədə 12 yanvar 2019-cu il tarixdə günorta vaxtlarında Abşeron rayonu, Xırdalan şəhəri Texnikumun qarşısında 300 manat pulu Şəfəqə vermiş, 15 yanvar 2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri Texnikumun qarşısında Şəfəqə 250 manat pul vermiş, sonra 23 yanvar 2019-cu il tarixdə Abşeron rayonu Xırdalan şəhəri Texnikumun qarşısında 400 manat manat pulu Şəfəqə vermişdir.Bundan sonra evinin təmir pulu üçün 30 yanvar 2019-cu il tarixdə Abşeron rayonu Xırdalan şəhəri Texnikumun qarşısında Şəfəqə 1050 manat pul vermiş, sonra 01 fevral 2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Texnikumun qarşısında Şəfəqə 200 manat pul vermiş, bundan sonra 05 fevral 2019-cu il tarixdə Abşeron rayonu Xırdalan şəhəri Texnikumun qarşısında Şəfəqə özünün dediyi kimi Departamentə veriləsi 650 manat pul ona vermişdir. Bundan sonra 27 fevral 2019-cu il tarixdə Abşeron rayonu Xırdalan şəhəri Texnikumun qarşısında Şəfəqə 500 manat pul vermiş, 18 mart 2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Texnikumun qarşısında Şəfəqə 100 manat pul vermiş, 19 mart 2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ərazsində yerləşən iş yerindəki dərzixanada Şəfəqə 400 manat pul vermişdir. Bundan sonra 26 mart 2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Texnikumun qarşısında Şəfəqə 930 manat pul vermiş, sonra 28 mart 2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri 26-cı məhəllədə icarəyə götürüb işlətdiyi mağazada Şəfəqə Elşən adlı şəxsin vasitəsi ilə 250 manat pul vermişdir. Bundan sonra qonaqlıq üçün 11 aprel 2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə Şəfəqə Elşənin vasitəsi ilə 220 manat pul vermişdir. Bundan sonra 13 aprel 2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, Şəfəqə 600 manat pul vermiş, 14 aprel 2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Texnikumun qarşısında Şəfəqə 550 manat pul vermişdir. Bundan sonra 17 aprel 2019-cu il tarixdə Abşeron rayonu Xırdalan şəhəri Texnikumun qarşısında Şəfəqə 350 manat pul vermiş, 09 iyun 2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri Texnikumun qarşısında Şəfəqə Elşənin vasitəsi ilə evin xəritəsinin çəkilməsi üçün 150 manat pulu yaşadığı mənzildə vermişdir. Bundan sonra 10 iyun 2019-ju il tarixdə Abşeron rayonu Xırdalan şəhəri Texnikumun qarşısında Şəfəqə Lambarda qoyduğu qızılını satılmaması üçün 240 manat pul vermişdir. Bundan sonra qohumlarından aldığı, yəni bacısı Şahid2 ümumilikdə aldığı 2000 (iki min) manat pulu 25 yanvar 2020-ci il tarixdə götürüb bacısı Ağca üçün sosial mənzil düzəltməsi ilə bağlı pulu götürüb Abşeron rayonu Xırdalan şəhər Texnikumun qarşısında Şəfəqə vermişdir. Bundan sonra kürəkəni Mayısdan aldığı pulu eyni ilə sosial mənzil üçün Xırdalan şəhəri, Texnikumun qarşısında 27 yanvar 2020-ci il tarixdə Şəfəqə 2400 manat pulu vermiş, sonra bacısı Çimnaz İsgəndərova üçün sosial mənzil düzəldilməsi üçün Abşeron rayonu, Xırdalan şəhəri, Texnikumun qarşısında 29 yanvar 2020-c il tarixdə Şəfəqə 500 manat pul vermişdir. Sonuncu dəfə 05 iyun 2020-ci il tarixdə Xırdalan şəhəri 26-cı məhəllədə iş yerində, yəni ofisdə 300 manat pulu Şəfəqə vermişdir. Bundan sonra 10 iyul 2020-ci il tarixdən 20 avqust 2020-ci il tarixədək olan müdətdə hissə hissə Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə Şəfəqə 17500 vermiş, ümumilikdə Təqsirləndirilən şəxs 34040 (otuz dörd min qırx) manat pul ödəmiş, qalan 1960 mana pulu Lombarda və qızıl əşayların yerinə fiz borcu olaraq ödəmi, Şəfəqin ona qarşı etdiyi dələduzluq hərəkətləri nəticəsində ona 36.000 manat ziyan vurulmuşdur. Əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ödədiyi pulların bir qismi özünə məxsus olsa da, bir hissəsini yaxın qohumlarından almış, eyni zamanda lombarddan götürdüyü kreditlərlə ödəmişdir. Hazırda borc aldığı həmin pulları yaxın qohumlarına qaytarmış və götürdüyü kreditləri ödəmişdir. Buna görə də Təqsirləndirilən şəxs ödədiyi bütün pullar öz mülkiyyətinə daxildir. Həmin 34.040 manat puldan 3200 manat məbləğində pul Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Məstəli oğlu ifadəsində göstərmişdir ki, X4 baldızıdır. Gülçimən hazırda Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ev 127-də yaşayır. Təxminən 2018-ci ilin sonlarında baldızı Gülçimən ona bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə tanış olub, Təqsirləndirilən şəxs jurnalistdir. Onun sosial layihələrlə məşğul olduğunu bildirmiş, Şəfəqin mətbuat vasitələrində qazetlərdə məqalələr yazdığını demişdir. 2019-cu il tarixdə Gülçimənə 600 manat pulu göndərmiş, bunun üçün 27 yanvar 2020-ci il tarixdə Kapital Bankı vasitəsi ilə 1000 manat gul göndərmiş, həmin pulu Gülçimən götürərək Şəfəqə vermişdir. Bundan sonra yenədə Gülçimənə 500 manat pul göndərmiş, bundan bir neçə gün sonra da 300 manat pul göndərmişdir. O, ümumilikdə Gülçimənə 2400 manat pul göndərmiş, bunlardan sonra təxminən 2020-ci ilin təxminən sentyabr ayında Şəfəq onun yaşadığı kəndə gəlmiş, həmin vaxtı o və baldızları Şəfəqlə əyani tanış olmuşlar. Şəfəq onlara bildirmişdir ki, onun əli üzündür Gülçimənə sosial layihə olaraq ev və avtomaşın düzəldəcəkdir Şəfəq hətta onun üçün də yaxşı pullu iş tapacağını deyib çıxıb getmişdir. Bütün bunlardan sonra Şəfəq hissə Gülçiməndən hissə-hissə olmaqla təxminən 30000 (otuz min) manata yaxın pulu alaraq mənimsəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, X4 qonşusudur. Onunla gediş-gəlişi vardır. Eyni zamanda Təqsirləndirilən şəxs Gülçimənin vasitəsi ilə tanyır. Şəfəq özünü əvvələr «Sevda» kimi təqdim edərək jurnalist olduğunu və sosial yardım işi ilə məşğul olan şəxs kimi tanıtmış, daha sonradan onun əsil adının Şəfəq olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs 2019-ci ilin yay ayında qonşusu Gülçimənin yaşadığı ünvan 6 ünvanında təmir işlərini aparmaq adı ilə onun mənzilində çürük döşəmələri və qapıları sökərək işə başladığını bildirmişdir. Sonradan Gülçimən ona bildirmişdir ki, Şəfəq onun işlərini görmək üçün pul lazım olduğunu bildirmişdir. Buna görə 26 fevral 2019-cu il tarixdə saat axşam radələrində Gülçimən onun evinə gələrək ondan 1000 manat borc pul istəmişdir. Həmin vaxtı onun əlində pul az olduğundan Gülçimənə 340 (üç yüz qırx) manat pul və 1500 (bir min beş yüz) manat dəyərində qızıl zinnət əşyaları, yəni 583 əyarlı və ümumi çəkiləri 11,8qr bir dəst qızıl çırğa və dörd ədəd qadın qızıl üzükləri Gülçimənə vermişdir. Gülçimən də həmin qızıl əşyalarını lombarda qoyaraq pul götürmüş, hal hazırda Gülçimənin ona 340 manat və qeyd etdiyi 1500 manat dəyərində qaytaracaq borcu qalmışdır. Sonradan Gülçimən ona bildirmişdir ki, ondan aldığı 340 manat pulu və 1500 manat dəyərində olan qızıl zinyət əşalarını Şəfəqə vermişdir. Təqsirləndirilən şəxs ilə tanış olandan sonra bildirmişdir ki, onun yuxarıda işləyən tanışları vardır. O dövlət adından sosiyal yardım edilməsi ilə məşğuldur, həttda bununla bağlı qazetlərdə məqalələri çıxmışdır. Bu baxımdan ona inamı yaranmışdır. Hətda Təqsirləndirilən şəxs onun qızı Elnurə Əmrəliyevadan da 3000 (üç min) manat müqabilində sosial mənzil düzəldə biləcəyini bildirmişdir. Lakin qızı Elnurə onun əməlini başa düşüb Təqsirləndirilən şəxs təklifindən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, X4 bacısıdır. Bacısı Gülçimən hazırda Abşeron rayonu, Xırdalan şəhəri 26-cı məhəllə, ev 127də tək yaşayır. Təxminən 2018-ci ilin sonlarında bacısı Gülçimənlə danışan vaxtı ona bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə Xavər adlı qadının vasitəsi ilə tanış olub Təqsirləndirilən şəxs jurnalist olduğunu bildirib sosial layihələri ilə məşğul olduğunu demişdir. Hətta Şəfəqin qazetlərdə məqalələr yazdığını da demiş, hətta Şəfəqlə danışan vaxtı ona bildirmişdir ki, bacısı Gülçimənə necə sosial layihə olaraq ev avtomaşın düzəldəcək cavabdında Şəfəq bildirmişdir ki, «İndi inanmasınız da evi və avtomaşını alandan sonra məni saymayacaqsız» deyəndə onun sözlərini ciddi qəbul edib ona inanmışdır. Bundan sonra 2020-ci ilin əvvələrində bacısı Gülçimənə 500 manat pul tapıb poçt vasitəsi ilə göndərmişdir ki, həmin pulu Şəfəqə versin ki, Şəfəq də verdiyi vədinə əməl etsin. Sonra Gülçimən ona bildirmişdir ki, o həmin pulu Şəfəqə veribdir. Bundan sonra 5000 (beş min) manat dəyərində olan sırğa dəsiti nişan üzüyü və digər qızıl üzüyü bacısı Gülçimənə vermişdir ki, o həmin qızılları Lombarda qoyaraq pul götürüb Şəfəqə versin, sonradan bilmişdir ki, bacısı həmin 5000 manat dəyərində olan qızıl zinyət əşyaları 2019-cu ilin aprel ayında Lombarda qoyaraq müqavilə əsasında 700 manat pul götürüb həmin pulu Şəfəqə vermişdir. Bütün bunlardan sonra Şəfəq hissə – bacısı Gülçiməndən hissə-hissə olmaqla təxminən 30000 (otuz min) manata yaxın pulu alaraq mənimsəmişdir. Şəfəq verdiyi vədinə əməl etmədən bacısı Gülçimənə qarşı cinayət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 2018-ci il tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs tanış etmiş, onların arasında normal münasibət olmuşdur. X8 arasında münasibətlərinin pozulduğunu Gülçiməndən eşitmiş, Gülçimən ona bildirmişdir ki, Təqsirləndirilən şəxs qız ona sosial yardım düzəltmək adı ilə ondan hissə-hissə davamlı olaraq 36000 (otuz altı min) manat pul almış, lakin pulunu geri ala bilmir. Sonradan eşitmişdir ki, Gülçimən bununla bağlı Təqsirləndirilən şəxs polisə şikayət etmək istəyir. Təqsirləndirilən şəxs qız ona zəng vurub xahiş etmişdir ki, Gülçiməndən xahiş etsin ki, o, polisə şikayət etməsin və pulunu ödəyəcəkdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə əlaqələri kəsilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X4 bacısıdır. Bacısı Gülçimən hazırda Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllə ev 127-də tək yaşayır. Təxminən 2018-ci ildə basıcı Gülçimənlə danışan vaxtı ona bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə tanış olub Təqsirləndirilən şəxs jurnalist olduğunu bildirib sosal lahiyələri ilə məşğul olduğunu bildirmişdir. Şəfəqin qazetlərdə məqalələr yazdığını demiş, bundan sonra Şəfəqlə danışan vaxtı Şəfəqə bildirmişdir ki, o, bacısı Gülçimənə necə sosial lahiyə olaraq ev avtomaşın düzəldəcəkdir. Cavabında Şəfəq bildirmişdir ki, «İndi inanmasınız da, evi və avtomaşını alandan sonra məni saymayacaqsız» deyəndə onun sözlərini ciddi qəbul edib ona inanmışdır. Bundan sonra bacısı Gülçimənə köməklik göstərmək məqsədi ilə 2019-ci ilin yanvar ayında bacısı Gülçimənə 1000 manat pul tapıb göndərmişdir. Gülçimən də həmin pulu götürüb sosial yardımın düzəlməsi üçün Şəfəqə vermişdir. Bundan sonra 2000 (iki min) manat dəyərində olan qızıl-zinyət əşyaları bacısı Gülçimənə vermişdir ki, o həmin qızılları Lombarda qoyaraq pul götürüb Şəfəqə versin, o da sonradan bilmişdir ki, bacısı Gülçimən həmin 2000 manat dəyərində olan qızıl zinyət əşyaları Lombarda qoyaraq müqavilə əsasında 500 manat pul götürüb həmin pulu Şəfəqə vermişdir. Bundan sonra yenədə 1000 manat pul vermiş, bacısı Gülçimənə umumilikdə 2500 manat pul borc vermiş, bütün bunlardan sonra Şəfəq hissə – hissə olmaqla təxminən 30000 (otuz min ) manata yaxın pulu alaraq mənimsəmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X4 xalasıdır. X15-hazırda Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllə ev 127-də yaşayır. 2018-ci ilin sonralarında xalası Gülçimən bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə tanış olub Təqsirləndirilən şəxs jurnalistdir. Onun sosial lahiyələri ilə məşğul olduğunu bildirmişdir. Şəfəqin mətbuat vasitələrində qazetlərdə məqalələr yazdığını demiş, həmin ərəfələrdə xalasının maddi durumu çətin olmuş, Şəfəq isə ona vəd vermişdir ki, xalası üçün ev və avtomaşın sosial lahiyəsi kimi düzəldəcəkdir. Bu səbədən də 2020-ci il tarixdə xalasına ümumilikdə 1500 manat pulu borc şəkilində vermişdir. Xalası da həmin pulu Şəfəqə verdiyini eşitmiş, xalası Gülçimən Şəfəqə hissəhissə təxminən 30000 (otuz min) manat pul vermiş, Şəfəq də həmin pulu alaraq ələ keçirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, X4 qonşusudur. onunla gediş-gəlişi vardır. Təqsirləndirilən şəxs tanımır, onun barəsində Gülçimədən eşitimişdir. 2020-ci ilin yay ayı ərzində Gülçimən onun evinə gələrək ondan 1000 manat borj pul istəmiş, həmin vaxtı onun əlində pulu olmamış, əlində olan 1500 (bir min beş yüz) manat dəyərində qızıl zinət əşyaları, yəni 583 əyarlı və ümumi çəkiləri 12qr bir dəst qızıl çırğa və dörd ədəd qadın qızıl üzükləri Gülçimənə vermişdir Gülçimən də həmin qızıl əşyalarını Lombarda qoyaraq ondan 1000 manat pul götürmüş, həmin pulu tanışı Şəfəqə vermişdir. Bundan sonra Gülçimənin ona 1000 manat borcu yaranmışdır. Gülçimən Lambarda faiz olaraq əlavə pul ödəmiş, Təqsirləndirilən şəxs sosial yardım edilməsi ilə ev almaq məqsədi ilə vermişdir. Hətta bununla bağlı qazetlərdə məqalələri çıxmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron RPİ-in xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqdan yayındığına görə barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron rayon Pİ-in xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş və Abşeron RPİ-in MSY-nə təhvil verilmiş və barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Şəki rayonu İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzasının axını sonuncu qetdiyyatdan keçmədiyi üçün başlanmamışdır. Şahid X7 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Azərbaycan Respublikası Baş Prokurorluğun “X10” 107.15-ci bəndinə əsasən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin xaric edilməsini və dövlət ittihamının müdafiəsini Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə davam etdirilməklə, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib, cəzalandırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Aşağıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələrilə elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi xaric edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən digər cinayət işi üzrə törədilmiş cinayət əməlinə görə 178.1-ci maddəsi ilə cinayət işinin istintaqı baxılması üçün ittiham aktı ilə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Həmin cinayət əməlinə görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 20 avqust 2020-ci il tarixədək olan müdət ərzində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin Abşeron Rayon Məhkəməsinin icraatında baxılmasını və iş üzrə hökm çıxarılmamasını əsas tutaraq hazırkı iş üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə (təkrar törədildikdə) ittiham elan edilmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, cinayət qanunvericiliyinin ədalət prinsipinin tərkib hissəsi olan heç kəsin eyni bir cinayətə görə təkrarən məsuliyyətə cəlb edilməsinin yolverilməzliyi Konstitusiyanın 64-cü maddəsindən irəli gəlir. Konstitusiyanın həmin maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Hüququn hamılıqla qəbul edilmiş non bis in idem prinsipini ifadə edən bu konstitusiya normasının mənasına görə əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Bu o deməkdir ki, bir şəxs eyni cinayətə görə təkrar olaraq cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilməz. Həmin hüquq öz konstitusiya-hüquqi təbiəti baxımından məhdudlaşdırıla bilməz və mahiyyəti etibarilə həm qanunvericiyə, həm də təqsirkar şəxsi cinayət məsuliyyətinə cəlb edən və ona cəzanın növünü və həddini müəyyən edən hüquq tətbiq edicilərə istiqamətlənmişdir. İki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktlarında da əksini tapmışdır. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə əsasən heç kəs hər hansı bir ölkənin qanununa və cinayət-prosessual hüququna müvafiq olaraq artıq məhkum edildiyi və ya bəraət aldığı cinayətə görə təkrarən məhkum edilə və ya cəzalandırıla bilməz. Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinə görə isə heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. Şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı, şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. (Cinayət-Prosessual Məcəlləsinin 39.1.6 və 39.1.7-ci maddələri) Qanunvericilik normalarından göründüyü kimi, non bis in idem prinsipi törədilmiş cinayət əməli və onu törədən şəxs barədə məhkəmənin yekun bəraətverici və ya ittihamedici hökmü olduqda, eyni zamanda cinayət işinin başlanmasından imtina edildikdə və ya cinayət təqibinin istənilən mərhələsində cinayət işinə xitam verildikdə, həmin ittiham əsasında gələcəkdə cinayət təqibini istisna edir. Həmçinin bu prinsip, şəxs törətdiyi cinayət əməlinə görə məhkəmənin hökmü ilə müəyyən olunmuş cəzanı çəkdikdən sonra, məhkəmənin işə baxarkən buraxdığı səhvi olduqda belə, ona həmin təqsirli əməlinə görə yenidən əlavə cəzanın təyin edilməsini istisna edir. Çünki, təqsirli şəxs tərəfindən ona təyin edilən cəza tam çəkildikdə və ya şəxs cəzanı çəkməkdən azad olunduqda ona təyin olunmuş cəza ödənilmiş sayılır. Bu səbəbdən də, dövlət təqsirli şəxsə qarşı cinayət təqibini qeyri-müəyyən vaxt həcmində davam etdirə bilməz. Avropa Məhkəməsinin X13 Federasiyasına qarşı iş üzrə 07 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsində istifadə edilən “məhkum etmə” və “cəzalandırma” ifadələri şəxsin təkrar məhkum edilməsi ilə yanaşı, ikiqat cəzalandırılmasının da qadağan edildiyini göstərir. Əks təqdirdə “cəzalandırıla” sözünün “məhkum edilə” ifadəsinə əlavə olunmasına zərurət olmazdı, çünki bu adi təkrarçılıq kimi görünərdi. Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi hətta şəxs cinayət məsuliyyətinə cəlb olunduğu, lakin iş üzrə ittiham hökmü çıxarılmadığı hallarda da tətbiq olunur. Bununla yanaşı qərarda qeyd edilmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4cü maddəsinin müddəaları yalnız iki dəfə cəzalandırmanı qadağan etmir, həmçinin şəxsin iki dəfə məhkəmə məsuliyyətinə cəlb olunmasının və ya təkrar mühakimənin yolverilməzliyini nəzərdə tutur. Həmçinin, Avropa Məhkəməsinin Böyük Palatası qeyd etmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi birinci hüquqpozmanın əsasını təşkil edən eyni faktlara və ya əsas etibarı ilə eyni faktlara əsaslanan ikinci hüquqpozmaya görə şəxsin cinayət təqibini qadağan edən norma kimi təfsir edilməlidir (X13 Federasiyasına qarşı iş üzrə 10 fevral 2009-cu il tarixli qərar). Göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi dələduzluq cinayət əməlinə görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs 20 avqust 2020-ci il tarixədək olan müdət ərzində təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə görə CM-in 178.2.2-ci maddəsi ilə (təkrar törədildikdə) cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə verilmiş ittiham ittihamdan xaric edilməli, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ona qarşı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham aktında qeyd edilən əməl üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü qismən təqsirli bilməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxsnun törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, nəzərə alınsın ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «İnsan Hüquqlarının və X9 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X14 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə verilmiş ittiham ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla, CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin.. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X14 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar