Məhkəmə qərarları › İş №1(012)-218/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-218/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-218/2025 11.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş ünvan 1 ünvanında qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 26 fevral 2024-cü il tarixdə saat 18:00 radələrində, Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə 90 manat pul müqabilində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və həmin tarixli qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına” (Siyahı İ,İİ) əsasən xeyli miqdarda 1 (bir) ədəd şəffaf rəngli plastik qabın içərisində 05 ədəd bükümdə ayrı ayrılıqda çəkiləri 0,028 qram, 0,050 qram, 0,056 qram, 0,057 qram, 0,040 qram ümumi çəkisi 0,231 qram olan ağ rəngli, kristalşəkilli, xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və xeyli miqdarda 09( doqquz) ədəd bükümdə ayrı ayrılıqda çəkiləri 0,062 qram, 0,115 qram, 0,117 qram, 0,087 qram, 0,126 qram, 0,128 qram, 0,115 qram, 0,100 qram, 0,128 qram ümumi çəkisi 0,978 qram olan tünd qəhvəyi rəngli, xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 04(dörd) ədəd bükümdə ayrı ayrılıqda çəkiləri 0,021 qram, 0,021 qram, 0,089 qram, 0,017 qram ümumi çəkisi 0,148 qram olan boz rəngli tozşəkilli, xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış, narkotik vasitə heroini və üzərində “Methadone” markalanma göstəricisi olan konvalyutdakı 01 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli təsiredici maddəsinin miqdarı 0,04 qram olan metadon həbini qanunsuz olaraq əldə edib Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsinə daşımış və üzərində saxlamış, 27 fevral 2024-cü il tarixdə saat 00:15 radələrində Abşeron rayon polis idarəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində, Bakı-Şamaxı şossesinin kənarında Şəfiqə Əfəndizadə küçəsində saxlanılıb, Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilərək həmin gün saat 00:58-dən 01:15-dək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli plastik qabın içərisində 05 ədəd bükümdə ayrı ayrılıqda çəkiləri 0,028 qram, 0,050 qram, 0,056 qram, 0,057 qram, 0,040 qram, ümumi çəkisi 0,231 qram olan ağ rəngli, kristalşəkilli xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 09( doqquz) ədəd bükümdə ayrı ayrılıqda çəkiləri 0,062 qram, 0,115 qram, 0,117 qram, 0,087 qram, 0,126 qram, 0,128 qram, 0,115 qram, 0,100 qram, 0,128 qram ümumi çəkisi 0,978 qram, tünd qəhvəyi rəngli, xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 04(dörd) ədəd bükümdə ayrı ayrılıqda çəkiləri 0,021 qram, 0,021 qram, 0,089 qram, 0,017 qram ümumi çəkisi 0,148 qram olan boz rəngli tozşəkilli xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış 13 bükümdə ümumi çəkisi 1,126 qram olan narkotik vasitə heroin, üzərində “Methadone” markalanma göstəricisi olan konvalyutdakı 01 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli təsiredici maddəsinin miqdarı 0,04 qram olan metadon həbi və bir ədəd üzərində narkotik vasitə-heroin izləri və psixotrop maddə-metamfetamin izləri olan gümüşü metal rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, üzərində üç büküm heroin olduğunu, tərəzini də öz istifadəsi üçün üzərində gəzdirdiyini, qalan narkotik vasitənin ona aid olmadığını bildirib, xəstə olmasını, himayəsində iki övladının olmasını nəzərə alıb yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, həbs edilənədək ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Təxminən 2-3 il müddət əvvəl narkotik vasitə və psixotrop maddələrdən mütəmadi istifadə etməyə başlamışdır. Bundan baqşa Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir əvvəllər narkotik vasitə istifadə etdiyinə və oğurluq cinayətləri törətdiyinə görə məhkum olunmuşdur. Narkotik vasitələrdən istifadə etdiyinə görə Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 11 ay 28 gün müddətində azadlıqdan məhrum edilmə cəzasına məhkum edilişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, hal hazırda 3 qrup əlildir. Ayağında olan ağrılar səbəbindən narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini bildirmişdir.Narkotik vasitələr və psixotrop maddələrin ona adətən sakitləşdirici təsir göstərdiyini bildirmişdir. Bundan başqa əsasən narkotik vasitəni adətən folqa adlanan kağız üzərində çəkməklə istifadə etdiyini bildirmişdir. Narkotik vasitəni müxtəlif ərazilərdə tanımadığı şəxslərdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, avtoyuma məntəqələrində “Ximçistka” deyilən kimyəvi təmizləmə işi ilə məşğul olan usta kimi fərdi olaraq fəaliyyət göstərir. 26 fevral 2024-cü il tarixdə axşamüstü saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə özünə narkotik narkotik vasitə almaq üçün gəlmişdir. Bu zaman “Papanin” adlanan ərazidə tanımadığı bir şəxslə söhbət eləməyə başlamışdır. Söhbət zamanı həmin şəxsin də narkotik vasitələrdən istifadə etdiyini öyrənmişdir. Söhbət zamanı həmin şəxsə hal hazırda 3 qrup əlilliyinin olduğunu və buna görə də ayaq nahiyyəsində ağrıları olduğunu dedmişdir. Həmin söhbət etdiyi tanımadığı şəxs də ona narkotik vasitə və psixotrop maddə sata biləcəyini demişdir. Təqsirləndirilən şəxs da onunla razılaşmışdır. Həmin şəxsdən ağrıları olduğu üçün ona narkotik vasitə və psixotrop maddə verməsini istəmişdir. O da Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Həmin şəxs ona bir neçə büküm narkotik vasitəni ümumilikdə 90 manat müqabilində verə biləcəyini demişdir. Təqsirləndirilən şəxs da onunla razılaşıb 90 manat pulu həmin tanımadığı şəxsə vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, mütəmadi olaraq narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyi üçün narkotik vasitə və psixotrop maddə aldığı tanımadığı şəxslər onu aldatmasınlar deyə üzərində həmişə elektron tərəzi gəzdirimiş. Belə ki, narkotik vasitə və psixotrop maddə alarkən həmin aldığı bükümləri üzərində olan elektron tərəzi ilə çəkirmiş. Yəni mütəmadi olaraq narkotik vasitələrdən istifadə etdiyi üçün üzərində daima elektron tərəzi gəzdirmişdi ki, həmin narkotik aldığı adamlar onu çəkidə aldatmasınlar. Həmin şəxslə də söhbət edən zaman ondan özü istifadə etmək üçün 03 ədəd bükümdə narkotik vasitə heroin istəmişdir. Həmin şəxsə də ona 03 ədəd büküm narkotik vasitə heroini 90 manat pul müqabilində sata biləcəyini demişdir. Təqsirləndirilən şəxs da onunla razılaşmışdır. Həmin şəxsə 90 manat pul vermişdir. Tanımadığı şəxs də oradan uzaqlaşmışdır. Bir neçə dəqiqə sonra geri qayıtmışdır. Təqsirləndirilən şəxs bir neçə bükümdə narkotik vasitə vermişdir. Təqsirləndirilən şəxs da həmin narkotik vasitəni əvvəlcədən üzərində gəzdirdiyi elektron tərəzi ilə çəkdikdən sonra həmin narkotik vasitələrin 0,300 qrama yaxın olduğunu görmüşdür. Daha sonra əldə etdiyi narkotik vasitələri əynində olan açıq mavi rəngli cins şalvarın içərisində olan şəffaf rəngli plastik qutunun içərisinə qoymuşdur. Daha sonra yaşadığı Abşeron Rayonu, Xırdalan şəhərində yerləşən mənzilinə gəlmişdir. Yaşadığı mənzildə bir qədər istirahət etdikdən sonra 26 fevral saat 00:15 radələrində gecə özünə siqaret almaq üçün bayıra çıxmışdır. Siqaret alıb qayıdarkən arxadan sayrışan işıqları olan polis maşını gəldiyini hiss etmişdir. Təqsirləndirilən şəxs arxadan polis maşının gəldiyini görüb gizlənməyə başlamışdır. Çünki cibində bir neçə saat bundan əvvəl Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə aldığı narkotik vasitə olmuşdur. Polis əməkdaşlarının gəldiyini görüb oradan uzaqlaşmağa və qaçaraq gizlənməyə başlamışdır. Polis əməkdaşları ona çataraq idarə etdikləri xidməti avtomobili saxlayaraq düşmüşlər. Polis əməkdaşları xidməti maşından düşərək ondan bu vaxtı burada nə gəzdiyini və nə üçün onları görən zaman qaçaraq uzaqlaşmaq istədiyini soruşmuşlar. Təqsirləndirilən şəxs da bu ərazidə qaldığını siqaret almaq üçün gəzdiyini bildirmişdir. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsiyyətini təsdir edən sənəd olub olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs özünü itirdiyindən polis əmnəkdaşlarının suallarına cavab verməkdə çətinlik çəkmişdir. Polis əməkdaşları onadan harada yaşadığını və nə üçün burada olduğunu soruşan zaman Təqsirləndirilən şəxs Abşeron Rayonu, Xırdalan şəhəri, “Mexkalon” qəsəbəsində Şəfiqə Əfəndizadə küçəsi adlanan ərazidə yaşadığını və təxminən 3-4 il müddət olar ki, narkotik vasitə və psixotrop maddələrdən mütəmadi olaraq istifadə etdiyini və üzərində hal hazırda qanunsuz olaraq narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən polis əməkdaşlarının müşayiəti ilə onların idarə etdikləri avtopatrul vasitəsi ilə Abşeron rayon Polis İdarəsinin inzibati binasına gətirilmişdir. Polis idarəsində Təqsirləndirilən şəxs baş təhqiqatçı Anar Həsənovun xidməti otağına gətirmişlər. Daha sonra ona müdafiəçi təqdim edilmiş və Təqsirləndirilən şəxs da təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Polis idarəsinə gətirildikdən sonra saat 00:38-də üzərində narkotik vasitə və psixotrop maddə saxlaması şübhəsi ilə əlaqədar şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra polis əməkdaşlarının iştirakları ilə üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında polis əməkdaşlarından başqa dövlət hesabına təyin edilmiş müdafiəçisi Asim Muradov da iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri izah edilmiş, üzərində şəxsi axtarış aparılmasına hər hansı etirazı olub-olmaması soruşulmuşdur. O, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını demişdir. Bundan sonra ona üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması barədə sual verilmiş və müsbət halda könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli plastik qutunu çıxardaraq masanın üzərinə qoymuşdur. Plastik qutunun içərisindən ümumilikdə qızılı və gümüşü rəngli kağızlara bükülmüş 18 ədəd büküm çıxmışdır. Təqsirləndirilən şəxs həmin bükümlərdə nə olduğu və nə üçün üzərində saxladığı soruşulmuşdur. Təqsirləndirilən şəxs da həmin bükümlərin narkotik vasitə və psixotrop maddə olduğunu və şəxsi istifadəsi üçün həmin bükümləri üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməyə başlanılmışdır. Onun şalvarının cibindən bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşür. Daha sonra Təqsirləndirilən şəxs gödəkçəsinin sol yan cibindən bir ədəd qara rəngli pul kisəsi, şalvarının sol cibindən isə 2 ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi bükümlərdə olan narkotik vasitələri haradan və kimdən əldə etdiyi ondan soruşulmuşdur. Təqsirləndirilən şəxs isə həmin bükümləri xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən şəxsi istifadəi üçün əldə etdiyini və üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş gümüşü rəngli elektron tərəzini nə üçün üzərində gəzdirdiyi soruşuldu. Təqsirləndirilən şəxs isə həmin elektron tərəzini narkotik vasitə və psixotrop maddə alarkən onu aldatmasınlar deyə aldığı bükümləri çəkdiyini buna görə də üzərində daim elektron tərəzi gəzdirdiyini demişdir. Daha sonra üzərindən aşkarlanan bükümlər elektron tərəzidə çəkilib zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Ardınca şəxsi axtarış və götürmə haqqında protokol tərtib edilərək ucadan oxunmuş və digər iştirakçılarla birgə protokolu imzalamışdır.Bundan başqa, Təqsirləndirilən şəxs sonrakı ifadəsində üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 26 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün ümumilikdə 15 manata aldığını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, narkotik vasitə aldığı şəxsi tanımadığını, üzərində tutulan zaman sadəcə 03 ədəd bükümdə narkotik vasitə heroin olduğunu, digər bükümlərin ona məxsus olmadığını, üzərində “Methadone” markalanma göstəricisi olan konvalyutdakı 01 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli təsiredici maddəsinin miqdar 0,04 qram olan metadon həbinin ona məxsus olmadığını, heç vaxt kiməsə narkotik vasitə və psixotrop maddə satmadığını və belə bir niyyəti olmadığını, üzərində psixotrop maddə saxlaması və daşıması barədə heç kimə məlumat vermədiyini, 26 fevral 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində Mexkalon qəsəbəsində Şəfiqə Əfəndizadə küçəsində saxlanılan və Abşeron rayon Polis İdarəsində olan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilmədiyini və psixoloji təsir göstərilmədiyini, üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə heç bir müdaxilə edilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində istintaqda dindirilən Abşeron RPİ-nin Post Patrul Xidmətinin polis nəfəri polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayından DİO-da həmin tarixdən də tutduğu vəzifədə xidmət edir. Həmin vaxtdan Abşeron rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri işləyir, polis kiçik serjantı xüsusi rütbəsindədir. 26 fevral 2024-cü il tarixdə saat 00:15 radələrində iş yoldaşı Postpatrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində, Bakı Şamaxı şossesinin kənarında “Mexkalon” qəsəbəsində Şəfiqə Əfəndizadə küçəsində 47-66 saylı avtopatrul ilə xidmət aparan zaman Şəfiqə Əfəndizadə küçəsində bir nəfər şəxsin özünü şübhəli apardığını və avtopatrulu görən kimi gizlənməyə çalışdığını görmüşlər. Buna görə də həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra şəxsiyyəti təsdiq edən sənədi təqdim etməsini xahiş etmiş və harada yaşadığını soruşmuşlar. Şəxsin verilmiş suallara qeyri-səmimi şəkildə cavab verməsi onlarda yaranmış şübhələri daha da artırmışdır. Həmin şəxsdən gecə saat 00:15 radələrində deyilən yerdə Şəfiqə Əfəndizadə küçəsində nə gəzdiyini, evinin harda olduğunu və niyə onları görən kimi niyə gizləndiyini soruşduqdan sonra həmin şəxs onlara narkotik vasitə aludəçisi olduğunu, Xırdalan şəhərində Şəfiqə Əfəndizadə küçəsində yaşadığını, hal hazırda siqaret almaq üçün burada gəzdiyini və üzərində qanunsuz olaraq narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra onlar həmin şəxsi Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək polis əməkdaşlarının idarə etdiyi avtopatrul ilə polis idarəsinə gəlmişdir. Polis idarəsində saxladıqları şəxsin xx.xx.1984-cü il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı Abşeron Rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsində yaşayan Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs baş təhqiqatçı Anar Həsənovun yanına gətirmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçiyə etiraz etməmişdir. Təqsirləndirilən şəxs müdafiəçi dəvət edildikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra şübhəli şəxsin, müdafiəçisinin, həmçinin post-patrul xidmətinin əməkdaşlarının və onun özünün iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli plastik qutunu və bir ədəd gümüşü rəngli elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin plastik qutuda nə olduğu soruşulmuşdur. Təqsirləndirilən şəxs da həmin plastik qutuda şəxsi istifadəsi üçün bir neçə büküm narkotik vasitə və psixotrop maddə olduğunu səmimi şəkildə etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində aşkar oldunmuş bükümlərə baxış keçirilmidir. Həmin plastik qabın içərisində ümumilikdə 18 büküm aşkar olunmuşdur. Bunlardan 5 ədəd gümüşü rəngli folqa adlanan kağıza bükülmüş içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Bundan başqa 13 ədəd qızılı və gümüşü rəngli kağıza bükülmüş bükümlərin içərisində isə qəhvəyi rəngli, tozşəkilli maddələr narkotik vasitə heroinə bənzər maddə adlanan bükümlər olduğu aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş plastik qabın içərisindən bir ədəd üzərində “Methadone” markalanma göstəricisi olan konvalyutdakı 01 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli təsiredici maddəsinin miqdar 0,04 qram olan metadon həbi də aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sol yan cibindən bir ədəd pul kisəsi, əynində olan göy rəngli şalvarın sol yan cibindən isə iki ədəd birinin üzərində “Samsung” digərinin üzərində isə “Mİ” yazılmış mobil telefonlar aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf rəngli plastik qutunun içərisində olan bükümlərə baxış keçirilmişdir. Bunlardan 05 ədəd gümüşü rəngli bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə, 13 ədəd qızılı və gümüşü rəngli bükümlərin içərisində isə qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə “Kakos” adlanan heroin və psixotrop maddə “Patı” adlanan metamfetamin olduğunu, həmin bükümləri 26 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə şəxsi istifadəsi üçün 90 manat pul müqabilində tanımadığı şəxsdən əldə etdiyini, və üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş elektron tərəzini hansı məqsədlə üzərində gəzdirdiyi soruşulmuşdur. Təqsirləndirilən şəxs isə uzun illərdir ki, narkotik vasitə istifadəçisi olduğunu və narkotik vasitə aldığı şəxslər onu çəkidə aldatmasınlar deyə üzərində daima elektron tərəzi gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər elektron tərəzi vasitəsi ilə çəkilmiş və sonra təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək götürülmüşdür. Daha sonra onun üzərində aşkar edilmiş elektron tərəzi də qablaşdırılaraq götürülmüşür. Sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilərək ucadan oxunmuş və o, digər iştirakçılarla birlikdə həmin protokolu düzgün hesab etməklə imzalamışdır. Məhkəmə iclasında şahid qismində istintaqda dindirilən Abşeron Rayon Polis X7 Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, 2007-ci ildən daxili işlər orqanlarında xidmət etməyə başlamışdır. Həmin vaxtdan Abşeron rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri işləyir, polis serjantı xüsusi rütbəsindədir. 26 fevral 2024-cü il tarixdə saat 00:15 radələrində iş yoldaşı Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid1 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində, Bakı Şamaxı şossesinin kənarında “Mexkalon” qəsəbəsində Şəfiqə Əfəndizadə küçəsində 47-66 saylı avtopatrul ilə xidmət aparan zaman Şəfiqə Əfəndizadə küçəsində bir nəfər şəxsin özünü şübhəli apardığını və avtopatrulu görən kimi gizlənməyə çalışdığını görmüşlər. Buna görə də həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra şəxsiyyəti təsdiq edən sənədi təqdim etməsini xahiş etmiş və harada yaşadığını soruşmuşlar. Şəxsin verilmiş suallara qeyri-səmimi şəkildə cavab verməsi onlarda yaranmış şübhələri daha da artırmışdır. Həmin şəxsdən gecə saat 00:15 radələrində deyilən yerdə Şəfiqə Əfəndizadə küçəsində nə gəzdiyini, evinin harada olduğunu və niyə onları görən kimi niyə gizləndiyini soruşduqdan sonra həmin şəxs onlara narkotik vasitə aludəçisi olduğunu, Xırdalan şəhərində Şəfiqə Əfəndizadə küçəsində yaşadığını, hal hazırda siqaret almaq üçün burada gəzdiyini və üzərində qanunsuz olaraq narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra onlar həmin şəxsi Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək polis əməkdaşlarının idarə etdiyi avtopatrul ilə polis idarəsinə gəlmişdir. Polis idarəsində saxladıqları şəxsin xx.xx.1984-cü il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı Abşeron Rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsində yaşayan Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs baş təhqiqatçı Anar Həsənovun yanına gətirmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçiyə etiraz etməmişdir. Təqsirləndirilən şəxs müdafiəçi dəvət edildikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra şübhəli şəxsin, müdafiəçisinin, həmçinin post-patrul xidmətinin əməkdaşlarının və onun özünün iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli plastik qutunu və bir ədəd gümüşü rəngli elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin plastik qutuda nə olduğu soruşulmuşdur. Təqsirləndirilən şəxs da həmin plastik qutuda şəxsi istifadəsi üçün bir neçə büküm narkotik vasitə və psixotrop maddə olduğunu səmimi şəkildə etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bükümlərə baxış keçirilmişdir. Həmin plastik qabın içərisində ümumilikdə 18 büküm aşkar olunmuşdur. Bunlardan 5 ədəd gümüşü rəngli folqa adlanan kağıza bükülmüş içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Bundan başqa 13 ədəd qızılı və gümüşü rəngli kağıza bükülmüş bükümlərin içərisində isə qəhvəyi rəngli, tozşəkilli maddələr narkotik vasitə heroinə bənzər maddə adlanan bükümlər olduğu aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş plastik qabın içərisindən bir ədəd üzərində “Methadone” markalanma göstəricisi olan konvalyutdakı 01 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli təsiredici maddəsinin miqdar 0,04 qram olan metadon həbi də aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sol yan cibindən bir ədəd pul kisəsi, əynində olan göy rəngli şalvarın sol yan cibindən isə iki ədəd birinin üzərində “Samsung” digərinin üzərində isə “Mİ” yazılmış mobil telefonlar aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf rəngli plastik qutunun içərisində olan bükümlərə baxış keçirilmişdir. Bunlardan 05 ədəd gümüşü rəngli bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə, 13 ədəd qızılı və gümüşü rəngli bükümlərin içərisində isə qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə “Kakos” adlanan heroin və psixotrop maddə “Patı” adlanan metamfetamin olduğunu, həmin bükümləri 26 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə şəxsi istifadəsi üçün 90 manat pul müqabilində tanımadığı şəxsdən əldə etdiyini, və üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş elektron tərəzini hansı məqsədlə üzərində gəzdirdiyi soruşulmuşdur. Təqsirləndirilən şəxs isə uzun illərdir ki, narkotik vasitə istifadəçisi olduğunu və narkotik vasitə aldığı şəxslər onu çəkidə aldatmasınlar deyə üzərində daima elektron tərəzi gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər elektron tərəzi vasitəsi ilə çəkilmiş və sonra təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək götürülmüşdür. Daha sonra onun üzərində aşkar edilmiş elektron tərəzi də qablaşdırılaraq götürülmüşür. Sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilərək ucadan oxunmuş və o, digər iştirakçılarla birlikdə həmin protokolu düzgün hesab etməklə imzalamışdır. Bundan başqa Şahid2 ifadəsində şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükümləri onun deməsinə görə 90 manat pul müqabilində şəxsi istifadəsi üçün “Bakı şəhəri, Nəsimi rayonu “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən aldığını, əvvəllər heç kimə narkotik vasitə və ya psixotrop maddə satmadığını, 27 fevral 2024-cü il tarixdə Abşeron rayonu, məhəllə ərazisində saxlanılan və Abşeron rayon Polis İdarəsində olan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilmədiyini və psixoloji təsir göstərilmədiyini, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə heç bir müdaxilə edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertiza üzrə 27 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/1162 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - Tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün № 246” möhür əksi olan, “X3 üzərindən aşkar edilmiş kütlə” sözləri və imzalar qeyd edilmiş 5(beş) ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,028 qram, 0,050 qram, 0,056 qram, 0,057 qram, 0,040 qram ümumi təmiz çəkisi 0,231 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 9 (doqquz) ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,062 qram, 0,115 qram, 0,117 qram, 0,087 qram, 0,126 qram, 0,128 qram, 0,115 qram, 0,100 qram, 0,128 qram ümumi təmiz çəkisi 0,978 qram tünd qəhvəyi rənglimaddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 4 (dörd) ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,021 qram, 0,021 qram, 0,089 qram 0,017 qram ümumi təmiz çəkisi 0,148 qram boz rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Methadone” markalanma göstəricisi olan konbvalyutdakı 1 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həb metadon tərkibli həbdir və həmin həbdə metadon təsiredici maddəsinin miqdarı bir 0,04 qramdır.(üzərində qeyd olunmuş göstəriciyə əsasən) -bir ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminintəmiz çəkisini vəbükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumilikdə 13 ədəd bükümdə heroinin ümumi təmiz çəkisi 1,126 qram təşkil edir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına, metadon Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxildir. Tədqiqata təqdim olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi – 0,231 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq –0,131qram. Tədqiqata təqdim olunmuş heroinin ümumi təmiz çəkiləri– 0,978 qram və 0,148 qram, tədqiqata sərf edildi – ümumi 0,18 qram, və ümumi 0,04 qram-qalıq 0,798 qram və 0,104 qram Tədqiqata təqdim olunmuş 1 ədəd həbdən ½ həb hissəsi tədqiqata sərf edildi, qalıq ½ həbin hissəsi Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 11 may 2024-cü il tarixli 3180 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik Vastitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin habelə narkomanlıq xəstəliynə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal hazırda Təqsirləndirilən şəxs İİİ qrup müddətsiz əlil olması ilə əlaqədar olaraq,ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə tibbi ekpertizasının 29 fevral 2024-cü il tarixli 414 saylı rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 02 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2024-cü il tarixdə Abşeron rayon Polis İdarəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə axtarış aparılarkən Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli plastik paketin içərisindən ümum ilikdə 18 ədəd büküm olmaqla bunlardan 05 ədədi gümüşü rəngli folqa adlanan kağıza bükülmüş olan psixotrop maddə olan metamfetamin və 13 ədəd qızılı və gümüşü rəngli folqalara bükülmüş narkotik vasitə heroinə bənzər maddə və üzərində “Methadone” markalanma göstəricisi olan konvalyutdakı 01 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli təsiredici maddəsinin miqdar 0,04 qram olan metadon həbini könüllü surətdə təqdim etmiş və həmin bükümlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərində olan bir ədəd gümüşü rəngli eletron tərəzi də qablaşdırılaraq götürülmüşdür. Daha sonra isə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində aşklar edilmiş bir ədəd “Samsung” maraklı və bir ədəd “Mİ”markalı mobil telefonlar da sübut əhəmiyyəti daşıdığından götürülərək qablaşdırılmışdır. Bundan başqa İstintaq hərəkətinin görüntüləri 1 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 30 aprel 2024-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 16 dəqiqə 21 saniyəlik müddətində davam edən video görüntülərdə Təqsirləndirilən şəxs 27 fevral 2024-cü il tarixdə Abşeron rayon Polis İdarəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibində olan 1 ədəd şəffaf rəngli plastik paketin içərisindən ümumilikdə 18 ədəd bükümdə qızılı və gümüşü rəngli folqalara bükülmüş bükümdə narkotik vasitə və psixotrop maddə və 01 ədəd üzərində “Methadone” markalanma göstəricisi olan konvalyutdakı 01 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli təsiredici maddəsinin miqdar 0,04 qram olan metadon həbi aşkar edilmişdir. Bundan başqa diskə baxış keçirilməsi haqqında protokoldan görsənir ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bükümlərdən 05 ədəd gümüşü rəngli bükümün içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə, 13 ədəd qızılı və gümüşü rəngli bükümlərin içərisində isə qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə heroinə bənzər maddə və 01 ədəd qəhvəyi rəngli metadon həbini və bir ədəd gümüşü rəngli elektron tərəzini təqdim etməsi öz əksini tapmışdır.Bundan başqa həmin diksə baxış keçirilərkən şəxsi axtarış zamanı onun şalvarının sol yan cibindən 2 ədəd mobil telefon, və əynində olan qəhvəyi rəngli gödəkçəsinin sol yan cibindən isə bir ədəd içərisində “Birbank” kartı, “Bakıkart” metro kartı, olan qara rəngli üzərində heç bir yazısı olmayan pul kisəsi aşkar edilərək götürüldüyü öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş 25 aprel 2024-cü il tarixli əməliyyat tapşırığına Abşeron rayon Polis İdarəsinin 06 may 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin və psixotrop maddə hesab edilən metamfetamin saxlamasından məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərində saxladığı və daşımaqla gəzdirdiyi narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi naməlum şəxsi müəyyən edilməsi üçün keçirilmiş tədbirlərə və aparılmış kəşfiyyat xarakterli söhbətlərə baxmayaraq həmin şəxsi müəyyən etmək mümkün olmamışdır. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və ya onun prekursorlarını müəyən edilmiş pul müqabilində müəyyən şəxlərə satışını həyata keçirdiyi bu məqsədlə üzərində daimi olaraq elektron tərəzi daşıdığı və narkotik vasitəni, kiçik bağlamalara bükərək satışını həyata keçirtmək üçün üzərində saxladığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni satış məqsədilə üzərində saxladığı müəyyən edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyib, özünü yalnız narkotik vasitənin istifadəsi ilə təqsirli bildiyini, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, ona görə da ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilmədiyini, ona polis tərəfindən təzyiq olunduğunu bildirmişdir.Onun həmin ifadələri iş üzrə toplanmış kifayət qədər mötəbər və əsaslı sübutlarla təkzib olunur. Ona görə də, məhkəmə onun ifadəsinə özünümüdafiə kimi qiymət verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün verdiyi ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, onları tamamlayan videogörüntülər, aparılmış ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Onun özünü qismən təqsirli bilməsi özünü müdafiə xarakteri daşıyır. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda, həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 15 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyində görə dəfələrlə məhkum olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 11 ay 28 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal X1 Təmiri Birliyinin 5 saylı Mənzil Təsərrüfat İstehsalat İstismarı Təmir Sahəsindən daxil olmuş 641 saylı arayışdan arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, nümayəndəliyin ev təsərrüfatlarının uçotu kitabında ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs ailə tərkibinin 1986-cı il təvəllüdlü həyat yoldaşı X5, 2008-ci il təvəllüdlü oğlu X4 və 2009-cu il təvəllüdlü qızı X2 ibarət olması müəyyən edilmişdir. Bundan başqa, həmin məktuba əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddət ərzində özünü nizam-intizamlı aparmış, sakinlərin hörmətini qazanmış, cinayət xarakterli əməllər törətməmişdir. Onun barəsində Nümayəndəliyə heç bir mənfi rəy daxil olmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən 2 yetkinlik yaşına çatmayan övladının olması onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı dəlillər olduğu üçün 27 fevral 2024-cü il tarixdə saat 00:38-də Abşeron rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Anar Həsənov tərəfindən şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin Qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçmiş, məhkəmə tərəfindən həbs qətimkan tədbiri qüvvədə saxlanılmış və o, hazırda həbsdədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli tutulduğu xx.xx.2024-cü tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə narkoloji ekspertizasının rəyinə görə Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış, Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş qalığı təmiz çəkisi 0,131 qram olan psixotrop maddə metamfetamin, qalığı 0,798 qram və 0,104 qram narkotik vasitə heroin və qalığı ½ metadon həbi hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2024-ci il tarixdən hesablansın. Onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş qalığı təmiz çəkisi 0,131 qram olan psixotrop maddə metamfetamin, qalığı 0,798 qram və 0,104 qram narkotik vasitə heroin və qalığı ½ metadon həbi hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar