Məhkəmə qərarları › İş №1(012)-219/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-219/2021

07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-219/2021 07.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs "xxxx" MTK-in nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs X5 və onun müdafiəçisi, vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi3 iştirakı ilə, xx.xx.1986-cı ildə Ağsu rayonu Daşdəmirbəyli kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, Ağsu rayonu Daşdəmirbəyli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Abşeron Rayon Məhkəməsinin 28.12.2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş X5, və xx.xx.1997-ci ildə Göyçay şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evlidir, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhərində nömrəsiz evdə yaşayan, Abşeron Rayon Məhkəməsinin 16.12.2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, təqsirləndirilən şəxs X10 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan bir nəfər kişi cinsindən olan şəxslə birlikdə 17 avqust 2020-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən "xxxx" MTK-ya məxsus «Ekopark» yaşayış kompleksinin ərazisindəki yarımtikilidən 1 ədəd 4000 manat dəyərində «Toshiba» markalı liftin mühərrikini Dilgəm Bağırovun idarə etdiyi «Qazel» markalı ** LS *** dövlət nömrə nişanlı yük avtomobilinin yük yerinə yükləyib oğurlayarkən, həmin vaxt anbardar işləyən Şahid1 onun hərəkətlərini görüb oğurluq etməsinin qarşısının alınması məqsədi ilə qışqıraraq müdaxilə etməsinə baxmayaraq Təqsirləndirilən şəxs2 billə-bilə öz cinayətkar əməlini davam etdirərək oradan kənarlaşmaqla özgənin əmlakını açıq talayıb zərərçəkmiş şəxs "xxxx" MTK-ya 4000 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı X10 və şəxsiyyəti istintaqa məlum olmayan bir nəfər kişi cinsindən olan şəxslə birlikdə 17 avqust 2020-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən "xxxx" MTK-ya məxsus «Ekopark» yaşayış kompleksinin ərazisindəki yarımtikilidən 1 ədəd 4000 manat dəyərində «Toshiba» markalı liftin mühərrikini Dilgəm Bağırovun idarə etdiyi «Qazel» markalı ** LS *** dövlət nömrə nişanlı yük avtomobilinin yük yerinə yükləyib oğurlayarkən, həmin vaxt anbardar işləyən Şahid1 onun hərəkətlərini görüb oğurluq etməsinin qarşısının alınması məqsədi ilə qışqıraraq müdaxilə etməsinə baxmayaraq Təqsirləndirilən şəxs2 billə-bilə öz cinayətkar əməlini davam etdirərək oradan kənarlaşmaqla özgənin əmlakını açıq talayıb zərərçəkmiş şəxs "xxxx" MTK-ya 4000 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X10 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Ağsu rayonu Daşdəmirbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Onun özünə məxsus «Qazel 2410» markalı ** LS *** dövlət nömrə nişanlı yük avtomobili ilə daşıma işləri apararaq dolanır. X11 6-7 il olar ki, tanıyır onunla qohumluq münasibəti olmasa da dostluq münasibəti var. Hadisə olan gün tanımadığı bir nəfər şəxs ona təklif etmişdir ki, Ceyranbatan qəsəbəsində lift motoru olduğunu və onu oğurlayıb satmağı təklif etmişdir. Əvvəl tərəddüt etmiş, sonra dostu Təqsirləndirilən şəxs2la məsləhətləşib qərara gəlmişlər ki, lift motorunu oğurlayıb sata bilərlər. Təqsirləndirilən şəxs2 motoru satmaqda ona köməklik göstərəcəyinə söz vermişdir. 17 avqust 2020-ci il tarixdə saat 12 radələrində avtomobilinə ehtiyyat hissəsi almaq üçün Sumqayıt şəhərinə getmişdir. Həmin vaxt razılaşdıqları şəxs də onunla birlikdə olmuş və o, ehtiyyat hissəsi mağaza bağlı olduğu üçün ehtiyyat hissəsi ala bilməmiş Sumqayıt şəhərindən geri qayıdıb Ceyranbatan qəsəbəsində yanında oturan şəxsin göstərdiyi ünvana getmişlər. Bundan sonra o idarə etdiyi yük avtomobilinin arxa hissəsini həmin yarımtikilinin qarşısına verib saxlamışdır. Həmin şəxslə birlikdə yerdən istifadə olunmuş boyaların verdələrini, dəmir vedrələri, divar setkası və şifer qırıqlarını və bir lift motorunu onun avtomobilinə yükləmişlər. Bundan sonra həmin şəxs avtomobilin qabaq oturacağında əyləşmişdir. Elə o avtomobili idarə edib oradan çıxmaq istəyərkən tanımadığı 3-4 nəfər şəxs onlara tərəf qaça qaça gəlmişdir. Bu vaxt yanındakı şəxs ona tərəf qaça-qaça gələn şəxslərə məhəl qoymadan dayanmamağı və sürüb getməyi bildirmişdir. O da həmin şəxsin sözündən sonra dayanmayaraq avtomobili sürüb getmişdir. Həmin şəxslə birlikdə Qobu qəsəbəsinə gəlmiş orada onu gözləyən Təqsirləndirilən şəxs2 ilə birlikdə yük motorunu Qobu qəsəbəsində yerləşən vulkanik ərazi deyilən yerdə gizlətmişlər. Motoru Ceyranbatan qəsəbəsində avtomobilinə qoyub çıxarkən 3-4 nəfər tanımadığı şəxsin onlara tərəf gələrək avtomobili saxlatmaq istədiyini lakin onun avtomobili saxlamdığını və sürüb gəldiklərini Pənaha deməmişdir. Yanında oturan şəxs düşüb getmiş və sonra əlaqə saxlamamışdır. Daha sonra onu polis əməkdaşlarının axtardığını eşidib izahat vermək üçün Abşeron rayon polis idarəsinə gəlmişdir. Abşeron rayon polis idarəsində ondan lift mühərriki barədə soruşduqda o bildirmişdir ki, lift mühərriki Vulkanlıq adlanan ərazidədir. Pənah İsmayılovla əlaqə saxlaya bilmədiyi üçün 19.09.2020-ci il tarixdə o, tanışı Təqsirləndirilən şəxs2 xalası Şahid2 Abşeron rayon polis idarəsinə çağırmış və Kəmalədən xahiş etmişdir ki, onun Qazel markalı ** LS *** dövlət qeydiyyat nişanlı yük avtomobili Pənahdadır, lift mühərrikini Qobu qəsəbəsində Vulkanlıq adlanan ərazidə həmişə zibil yığdığı ərazidədir, Pənah avtomobillə gedib həmin mühərriki tapıb polisə təqdim etsin. Şahid2 getmişdir. Sonradan öyrənmişdir ki, lift mühərrikini Pənah tapıb xalası ilə polisə təhvil vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu Xırdalan şəhərində fərdi evdə kirayə yaşayır. Maddi cəhətdən ehtiyacını təmin etmək üçün dəmir yığmaq işi ilə məşğul olur. O 17 avqust 2020-ci il tarixdə o Abşeron rayonu Xırdalan şəhəri ərazisində olmuşdur. Onun istifadəsində ***-***-**-** nömrəli mobil nömrə olmuşdur. X7 6-7 il olar ki tanıyır, onunla qohumluq münasibəti olmasa da, dostluq münasibətləri olmuşdur. Hadisə günü o Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində olmamışdır. Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, sən dəmir işləri ilə məşğul olduğuna görə lift motorunu oğurlayıb satmaqda ona kömək edə bilərmi, o da əvvəl razılaşmamış, sonra ehtiyacları çox olduğuna görə Dilqəmlə razılaşmışdır. 17.08.2020-ci il tarixdə Dilqəm onunla əlaqə saxlayıb lift matorunu oğurlayıb gətirdiyini bildirmiş, onlar Qobu ərazisində görüşərək matoru Vulkanlıq adlanan ərazidə gizlətmişlər. Sonra Dilqəmin polis idarəsinə çağırıldığını eşidib qorxduğundan telefonunu söndürmüşdür. Dilqəm 19.09.2020-ci il tarixdə xalası Şahid2 vasitəsilə ona çatdırmış və o da Dilqəmə məxsus Qazel markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomobillə gedib Abşeron rayonu Qobu qəsəbəsi Vulkanlıq adlanan yerə gedib orada Dilgəmin həmişə dəmir yığıb saxladığı zibillikdən lift mühərrikini tapmışdır. Həmin vaxtı zibilliyin əfrayında dəmir və metal yığan şəxslər olmuşlar. Həmin şəxslərdən xahiş edib lift mühərrikini Qazel markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomobilə yükləmiş və həmin Qazel markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomobillə Nərimanov rayonu Oskar otelin yaxınlığına gəlmiş xalası Şahid2 götürüb Abşeron rayon polis idarəsinə gələrək lift mühərrikini təhvil vermişdir. Lift mühərrikinin ələ keçirilməsi hadisəsində iştirak etməmiş, Dilqəm ona mühərriki oğurlayarkən gözətçi tərəfindən saxlanılmasını, lakin onun avtomobili saxlamayaraq sürüb oradan qaçdığını deməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə göstərmişdir ki, o, 2 il olar ki Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən "xxxx" MTKnın inşa etdiyi «Eko park» yaşayış kompleksində komendant vəzifəsində işləyir. Onun işi yaşayış kompleksində yaşayan bina sakinlərinə kommunal xidmətlərin göstərilməsindən ibarətdir. İşlədiyi "xxxx" MTK-nın əvvəlki əşya anbarı Sumqayıt-Bakı avtomobil yolunun kənarında yerləşmişdir. Həmin anbarın yerini dəyişmə məqsədi ilə tikilinin qarşı tərəfində olan pəncərə və qapılar, həmçinin, ön divar özləri tərəfindən uçurulmuşdur. Həmçinin, tikilinin tavan hissəsi də özləri tərəfindən sökülmüşdür. Lakin, həmin tikilinin içərisində "xxxx" MTK-ya məxsus müxtəlif əşyalar olmuşdur. Həmin əşyaların biridə 2019-cu ilin yanvar ayında alınmış və istifadə olunmamış 1 ədəd «Toshiba» markalı liftə məxsus 5000 manat dəyərində mühərrik olmuşdur. 17 avqust 2020-ci il tarixdə saat 13 radələrində o «C» saylı binaya təmirlə əlaqədar baxış keçirib aşağı düşərkən "xxxx" MTK-nın anbardarı Rizvanın avtomobilinə tərəf qaçdığını görüb nə baş verdiyini soruşduqda, Rizvan ona köhnə anbardan «Qazel» markalı ** LS *** dövlət nömrə nişanlı yük avtomobili ilə liftin mühərrikinin oğurlandığını deyib avtomobilin arxasınca getdiyini demişdir. O dərhal MTK-nın rəhbərliyinə məlumat vermiş, sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Rizvan onun yanına qayıdaraq həmin yük avtomobilini tapa bilmədiyini bildirmişdir. O Rizvandan hadisənin necə olduğunu soruşanda Rizvan ona köhnə anbara tərəf gedərkən orada «Qazel» markalı ** LS *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin çıxdığını görüb avtomobili saxlamağa cəhd etsədə həmin yük avtomobilinin sürücüsü avtomobili idarə edərək oradan uzaqlaşması, bu vaxtı yük avtomobilində sürücüdən başqa iki nəfər şəxsin də olduğunu bildirmişdir. Həmçinin Rizvan özü ona həmin yük avtomobilinin arxa yük yerində "xxxx" MTK-ya məxsus lift mühərrikinin olduğunu gördüyünüdə demişdir. Lakin özü nə həmin yük avtomobilini, nədəki onun salonunda olan şəxsləri görməmişdir. "xxxx" MTK-ya hadisə nəticəsində 5000 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o 2020ci ilin yanvar ayından etibarən Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən "xxxx" MTK-nın inşa etdiyi «Eko park» yaşayış kompleksində anbardar vəzifəsində işləyir. Onun işi "xxxx" MTK-ya məxsus tikinti mallarının saxlanılması və vaxtında təmir edilməsindən ibarətdir. İşlədiyi MTK-nın əvvəlki əşya anbarı Sumqayıt-Bakı avtomobil yolunun kənarında yerləşmişdir. Həmin anbarın yerini dəyişmə məqsədi ilə tikilinin qarşı tərəfində olan pəncərə və qapılar, həmçinin ön divar özləri tərəfindən uçurulmuşdur. Həmçinin tikilinin tavan hissəsidə özləri tərəfindən sökülmüşdür. Lakin həmin tikilinin içərisində "xxxx" MTK-ya məxsus müxtəlif əşyalar olmuşdur. Həmin əşyalardan biridə 2019-cu ilin yanvar ayında alınmış mühərrik olmuşdur. 17 avqust 2020-ci il tarixdə saat 13 radələrində o həmin vaxtı usta X9 ilə birlikdə köhnə anbara tərəf gedərkən anbarın içindən «Qazel» markalı ** LS *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin çıxıb getdiyini görmüşdür. Bu vaxt həmin avtomobilin salonunda qarşı tərəfdə sürücünün yanında iki nəfər başqa şəxs olmuşdur. O yük avtomobilinin arxa hissəsinə baxarkən həmin avtomobilin bort hissəsi açıq olduğu üçün orada "xxxx" MTK-ya məxsus «Toshiba» markalı liftin mühərrikin olduğunu görmüşdür. O sürücüyə və salondakı şəxslərə saxla deyib qışqırsada, onlar bunu eşitsələrdə maşını saxlamayıb çıxıb getmişlər. Dərhal yük avtomobilinə çatmaq üçün ofisə tərəf qaçarkən «C» saylı binanın qarşısında komendant Tofiq ilə qarşılaşmışdır. Toqfiq ondan nə baş verdiyini soruşduqda o Tofiqə baş verənləri deyib özünə məxsus «Lada 21723» markalı ** LR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin yük avtomobilinin hərəkət etdiyi Sumqayıt-Bakı avtomobil yolu ilə Bakı şəhəri istiqamətində hərəkət etsədə həmin yük avtomobilini tapa bilməyib yenidən "xxxx" MTK-nın Ekopark ərazisinə qayıtmışdır. O həmin yük avtomobilinin «Qazel» markalı ** LS *** dövlət qeydiyyat nişanlı olmasını dəqiq görmüşdür. Hadisə zamanı sürücünüdə dəqiq görmüş, həmin sürücünü görsə tanıya bilər. Həmçinin «Qazel» markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomobildə sürücüdən başqa iki nəfər kişi cinsindən olan şəxslərdə olmuşdur. Bundan əlavə həmin avtomobilin yük yerində işlədiyi "xxxx" MTK-ya məxsus lift matorunu da görmüşdür. Həm də demək istəyir ki, «Qazel» markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun ona saxla deməyini eşitmiş və görmüş, lakin bunu eşidib və gördüyü halda avtomobili saxlamayıb getmişdir. Həmin vaxt onun yanında usta Bəxtiyar Nemətli olmuşdur, Bəxtiyar onun dediklərimi təsdiq edə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun bacısı oğludur. X7 isə təxminən 7 il olarki o bacısı oğlu Təqsirləndirilən şəxs2 dostu kimi tanımış, Dilgəm çox vaxtı Pənahın yaşadığı evdə qalmışdır. 19.09.2020-ci il tarixdə o eşitmişdir ki, Pənahın dostu X18 rayon polis idarəsinin əməkdaşları tərəfindən lift mühərrik ələ keçirdiyi üçün saxlanılmışdır. O da 19.09.2020-ci il tarixdə səhər vaxtı Abşeron rayon polis idarəsinə gəlib inzibati binada Dilgəm Bağırovla rastlaşmış və görüşmüşdür. X15 demişdir ki, lift mühərriki ələ keçirdiyi üçün Abşeron rayon polis idarəsinə gətirilmişdir. Dilgəm həmdə ona söyləmişdir ki, onun Qazel markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomobili bacısı oğlu Təqsirləndirilən şəxs2dır, həmdə Dilgəm söyləmişdir ki, oğurladığı lift mühərrikini Abşeron rayonu Qobu qəsəbəsi Vulkanlıq adlanan ərazidə gizlətmişdir. Dilgəm ondan xahiş etmişdir ki, Pənahla əlaqə yaradıb ona həmin mühəriki tapıb və polisə təhvil verməsini bildirsin. O da Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** nömrəsi ilə öz istifadəsində olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlamış, Pənaha Dilgəmin ona dediklərini çatdırmışdır. Həmin günü saat 16 radələrində Pənah ona zəng edərək bildirmişdir ki, həmin lift mühərrikini Dilgəmin dediyi yerdən tapmışdır, polisə həmin mühərriki təhvil vermək üçün onu da özü ilə çağırmışdır. Pənahın həmin lift mühərrikini haradan tapmışdır, o bunu bilmir. O Nərimanov rayonu F. X. Xoyskiy küçəsində Oskar otelinin yaxınlığında Pənahla görüşmüş, Pənah Qazel markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Pənah ona bildirmişdir ki, Dilgəmin təsvir etdiyi yerdən Lift mühərrikini tapmışdır, həmin mühərrik Qazel markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomobilin baqaj hissəsindədir. Orada o Pənahın idarə etdiyi Qazel markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş və onunla birlikdə Abşeron rayon Polis idarəsinə gəlmiş və avtomobilin baqajında olan Toshiba markalı lift mühərrikini polis idarəsinə təhvil vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 10.11.2020-ci il tarixli, 564 №li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 1 ədəd üzərində «Toshiba» markalanma yazısı olan sərnişin liftinin mühərrikinin 2020-ci ilin avqust ayına orta bazar qiyməti ilə təxminən 4000 (dörd min) manat müəyyən edilir. Məhkəmə baxış iclasında 02 ədəd SD diskə baxış keçirlmiş, təqsirləndirilən şəxs X12 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Təqsirləndirilən şəxs2 ifadəsində olan ***- ***-**-** nömrəsi ilə 17.08.2020-ci il tarixdə saat 11:25-də 15 saniyə ərzində, saat 11:26-də 18 saniyə ərzində, saat 11:43-də 37 saniyə ərzində, saat 12:05-də 39 saniyə ərzində, saat 12:24də 18 saniyə ərzində danışıqlar aparması, saat 12:36-da və saat 12:37-də X2 Lada Bakı Sumqayıt yolunun antenn dairəsi ətrafında, saat 15:02-də isə Biləcəri qəsəbəsi antenn dairəsi ətrafında olmuşdur. 17.09.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 saat 12:24-ə qədər Abşeron rayonu, Xırdalan şəhəri Qalubiyyə küşəsi və Zeynalabdin küçəsi, saat 16:13-də Xırdalan şəhəri H.Əliyev prospekti 27 ünvanının antenn dairəsi ətrafında olmuşdur. ***-***-**-** mobil nömrə X5, ***-***-**-** mobil nömrəsi isə Təqsirləndirilən şəxs2 adına olması müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 09.11.2020-ci il tarixli tələbnamədən görünür ki, X5 məhkumluğu yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 09.11.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Abşeron rayon polis idarəsinin 19.09.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, X10 19.09.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 21.09.2020-ci il tarixli qərarından görünür ki, X10 barəsində həbsetmənin əvvəli 19.09.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin 28.12.2020-ci il tarixli qərarından görünür ki, X10 barəsində seçilmiş həbs qətimkan tədbiri, ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Abşeron rayon polis idarəsinin 20.09.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 20.09.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 20.09.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin 16.12.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri, ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, 1 ədəd üzərində «Toshiba» markalı lift mühərrik, "xxxx" MMC-dən alınmış 01 ədəd CD disk, Azercell MMC-dən alınmış 01 ədəd CD disk maddi sübut kimi tanınaraq, 1 ədəd üzərində «Toshiba» markalı lift mühərrik saxlanılmasından ötrü qanuni sahibi "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə qaytarılmış, "xxxx" MMC-dən alınmış 01 ədəd CD disk, Azercell MMC-dən alınmış 01 ədəd CD disk cinayət işinə əlavə edilmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən 01.12.2021-ci tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, "xxxx" MTK-ya məxsus 1 ədəd üzərində «Toshiba» markalı lift mühərrik onlara qaytılmış, onların X8 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla razılaşmır və qeyd edir ki, təqsirləndirilən şəxsin hərəkətlərində soyğunçuluq, yəni talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını açıq talama cinayətinin tərkib əlamətləri olmadığından, onun həmin əməli Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinin tövsifinə münasibət bildirərək hesab edir ki, istintaq orqanı tərəfindən onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Lakin bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq etmək əməli kimi tövsif olunmuşdur. Məhkəmənin fikrinə görə, yuxarıda bəhs olunan sübutların həcmi və ümumiyyətlə işin gerçək halları tərkib əlamətləri baxımından Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq etmək cinayəti törətdiyini deməyə əsas vermir və bununla əlaqədar məhkəmə qanunvericiliyin aşağıdakı tələblərinin şərhini zəruri hesab edir. CM-nin 31-ci maddəsi iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılığı nəzərdə tutur. CM-nin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. CM-nin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. CM-nin 33-cü maddəsində cinayətin iştirakçılarının məsuliyyət məsələsi belə müəyyən edilmişdir: 33.1 Cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. 33.2. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 33.3. Cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 33.4. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin xüsusi subyekti olmayan və həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində iştirak edən şəxs, həmin cinayətə görə onun təşkilatçısı, təhrikçisi və köməkçisi qismində məsuliyyətə cəlb olunur. 33.5. İcraçı onun iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilmədikdə, digər iştirakçılar cinayətə hazırlıqda və ya cinayət etməyə cəhddə iştirakçılığa görə cinayət məsuliyyətinə cəlb edilirlər. Öz iradəsindən asılı olmayan səbəblərdən başqa şəxsləri cinayətin törədilməsinə təhrik etməyə nail olmayan şəxs də cinayətə hazırlığa görə cinayət məsuliyyətinə cəlb edilir. CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət- hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən işin hallarında təsvir olunan tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə özgə əmlakı olan "xxxx" MTK-ya məxsus 1 ədəd 4000 manat dəyərində «Toshiba» markalı liftin mühərrikini gizli talayarkən ətrafda kənar şəxslər, o cümlədən oğurlanmış əşyanın sahibi olmamış, bu talamanı həyata keçirməyə heç kim mane olmamış, belə bir maneə olmadığı halda isə, birmənalıdır ki, onun tərəfindən də kiməsə fiziki zor tətbiq edilməmiş, həmçinin onun özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X10 və şəxsiyyəti istintaqa məlum olmayan iki nəfər kişi cinsindən olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq etməsi cinayətinin icrasında rolu olmamışdır. Məhkəmə, yuxarıda sadalan sübutlara istinad edərək ibtidai araşdırma orqanının bu mövqeyi ilə razılaşmır. Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Cinayət qanunvericiliyinə görə, soyğunçuluq obyektiv cəhətdən özgə əmlakını açıq talamada ifadə olunur. Soyğunçuluğun xarakterik cəhəti ondan ibarətdir ki, təqsirkar cinayəti açıq şəkildə, yəni zərərçəkmişin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törədir, həmin şəxslərin onun hərəkətlərinin cinayətkar xarakterini dərk etdiklərini bilir və bu cinayət çox hallarda şəxsiyyətə fiziki və ya psixi zor tətbiq etməklə müşayiət olunur. Bütün bunlar talamanın digər formalarına nisbətən soyğunçuluğun ictimai təhlükəliliyini artırmış olur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli Qərarının 3-cü bəndinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq, təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar onun əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Cinayət qanunvericiliyinə görə, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Plenum qərarının izahlarına əsasən məhkəmə qeyd edir ki, özgə əmlakının talanmasında təşkilatçı, təhrikçi və ya köməkçi bilavasitə iştirak etməsi, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talaması sübut edilməmişdirsə onda onun bu əməli Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə deyil CM-nin 177-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə Təqsirləndirilən şəxs2 özgənin əmlakını açıq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq etmək cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında nə obyekt əlamətləri, nə obyektiv cəhətin əlamətləri, nə də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq yoxdur. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını açıq talama - qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə soyğunçuluq etməsi ilə bağlı məhkəmə yuxarıdakı mövqeyinə uyğun olaraq qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən heç kimə zor tətbiq etmədən Dilgəmə məxsus Qazel markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomobillə gedib Abşeron rayonu Qobu qəsəbəsi Vulkanlıq adlanan yerə gedib orada Dilgəmin həmişə dəmir yığıb saxladığı zibillikdən lift mühərrikini talamaq məqsədilə götürməsi həmin əməl qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə soyğunçuluq cinayəti kimi tövsif oluna bilməz. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə ittiham irəli sürülməsinin səbəbi onun məhz Dilgəmə məxsus Qazel markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomobillə 1 ədəd «Toshiba» markalı liftin mühərrikini talaması olmuşdur. Halbuki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində 19.09.2020-ci il tarixdə səhər vaxtı Abşeron rayon polis idarəsinin inzibati binasında Dilgəm Bağırovla rastlaşdığını, Dilqəmlə görüşdüyünü, Dilgəmin ona lift mühərriki ələ keçirdiyi üçün Abşeron rayon polis idarəsinə gətirildiyini, onun Qazel markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomobili bacısı oğlu Təqsirləndirilən şəxs2 olduğunu bildirməsini, həm də oğurladığı lift mühərrikini Abşeron rayonu Qobu qəsəbəsi Vulkanlıq adlanan ərazidə gizlətdiyini, Dilgəmin ondan Pənahla əlaqə yaradıb ona həmin mühəriki tapıb və polisə təhvil verməsini xahiş etdiyini, Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** nömrəsi ilə öz istifadəsində olan ***- ***-**-** nömrəsi ilə əlaqə saxlayaraq, Pənaha Dilgəmin ona dediklərini çatdırdığını, həmin günü saat 16 radələrində Pənah ona zəng edərək həmin lift mühərrikini Dilgəmin dediyi yerdən tapdığını bildirməsini göstərmişdir. Eyni zamanda digər Şahid1 məhkəmə iclas zalında ifadə verərkən, hadisə baş verən zaman hadisə yerində olan «Qazel» markalı ** LS *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü X7 görməsini təsdiq etdiyi halda, Təqsirləndirilən şəxs2 tanımadığını və həmin gün Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən "xxxx" MTK-ya məxsus «Ekopark» yaşayış kompleksinin ərazisinə gəlib orada yerləşən yarımtikili anbardan 1 ədəd «Toshiba» markalı liftin mühərrikini avtomobilin yük yerinə yükləyib anbardan həyətə çıxan zaman avtomobildə olan X5 və şəxsiyyəti istintaqa məlum olmayan iki nəfər kişi cinsindən olan şəxsin üzünü dəqiq görmədiyini bildirmişdir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə soyğunçuluq etməsi cinayətini törətməsi məhkəmə iclasında sübut olunmamışdır. İbtidai istintaq orqanı ittiham irəli sürərkən hadisənin baş vermə mexanizminə hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 35-ci maddəsində qeyd edilmişdir ki, icraçı tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin törədilməsi, icraçının ekstsessi hesab olunur. İcraçının ekstsessinə görə cinayətin digər iştirakçıları cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. Ona görə də məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə ittiham verilməsi açıqaşkar əsassız olmuşdur və məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 180.2.1--ci maddəsində onun təqsirliliyi sübut olunmur, yəni cinayəti törədən digər iştirakçı Bağırov X6 Pənah Natiq oğlu ilə razılaşdırılmış ümumi niyyətdən kənara çıxaraq Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmiş, bu halda Təqsirləndirilən şəxs2 əməli icraçının ekstsessi kimi qiymətləndirilməlidir. Göstərilənlərə istinadən məhkəmə bir daha qeyd edir ki, bəhs olunan əməl ibtidai araşdırma orqanı tərəfindən Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə düzgün tövsif olunmamışdır, təqsirləndirilən şəxsin əməlini özgənin əmlakını açıq talama oğurluq etməsi həmin hərəkətlərin faktiki əlamətləri yalnız Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin tərkib əlamətləri ilə uyğun gəlir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin özgənin əmlakını açıq talama, qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə törədilməsi cinayətinin nəzərdə tutulduğu 180.2.1-ci maddəsindən real olaraq baş vermiş əməli əhatə edən tərkib əlamətinin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə X8 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. X5 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən 08.09.2019-cu il təvəllüdlü Yağmur adlı bir azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs X10 törədilən cinayət əməlində özünü qismən təqsirli bilməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməlinin məhz onlar tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayət törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin içtimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Həmin maddənin 62.2-ci maddəsində göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun şəxsiyyətini, ailə və sosial vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, törətdiyi cinayətin məqsəd və motivini nəzərə alaraq hesab edir ki, ona CM-in 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi, digər təqsiləndirilən şəxs oğluna cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi CM-in 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən X10 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə təqsirləndirilən şəxs X10 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə zalında həbs edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X5 19.09.2020-ci il tarixdən 07.12.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı 01 il 02 ay 18 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlıqdan məhrumetmə cəzasının bir günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. X1 cəzaçəkmə müddətinin başlanğıcı onun məhkəmə zalında həbs olunduğu 07.12.2021ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs X10 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 20.09.2020-ci il tarixdən 07.12.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı 01 il 02 ay 17 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd üzərində «Toshiba» markalı lift mühərrik saxlanılmasından ötrü qanuni sahibi "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınmalı, "xxxx" MMC-dən alınmış 01 ədəd CD disk, Azercell MMC-dən alınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 50 manat məhkəmə-əmtəəşünaslıq ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası təqsirləndirilən şəxs X8 aid hissədə Bakı şəhəri İstintaq Təcridxanasına, Təqsirləndirilən şəxs2 aid hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs X8 ibtidai istintaq və məhkəmə istintaqı zamanı 80 (səksən) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 480 (dörd yüz səksən) manat məbləğində pul, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pulAzərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X10 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X5 19.09.2020-ci il tarixdən 07.12.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı 01 il 02 ay 18 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlıqdan məhrumetmə cəzasının bir günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 12 (on iki) gün azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs X10 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs X10 cəzaçəkmə müddətinin başlanğıcı 07.12.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs X10 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsindən CM-in 177.2.2-ci maddəsinə tövsif edilsin və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 20.09.2020-ci il tarixdən 07.12.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı 01 il 02 ay 17 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla 02 il 05 ay 04 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 06 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Aberon rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 oğlu barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd üzərində «Toshiba» markalı lift mühərrik saxlanılmasından ötrü qanuni sahibi "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınsın. "xxxx" MMC-dən alınmış 01 ədəd CD disk, Azercell MMC-dən alınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 50 manat məhkəmə-əmtəəşünaslıq ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası təqsirləndirilən şəxs X8 aid hissədə Bakı şəhəri İstintaq Təcridxanasına, Təqsirləndirilən şəxs2 aid hissədə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs X8 ibtidai istintaq və məhkəmə istintaqı zamanı 80 (səksən) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 480 (dörd yüz səksən) manat məbləğində pul, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pulAzərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar