Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-219/2022 08.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1993-cü il tarixdə Zaqatala şəhərində doğulmuş, azərbaycanlı, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama niyyəti ilə 10 yanvar 2022-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, X2 küçəsi ev 85 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq həmin evin divarına quraşdırılmış 01 ədəd 1800 manat dəyərində “Novahot” markalı kombi qızdırıcı aparatını gizli talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 1800 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2017-ci ilə qədər Rusiya Federasiyasında yaşamış, evlidir, 2 uşağı vardır. Özü də idmançı olmuş və mühafizəçi işləmişdir. 2017-ci ildə Rusiya Federasiyasından 3 il müddətinə deport olmuşdur. Rusiya Federasiyasından deportasiya olandan sonra doğma şəhəri Zaqatalaya köçüb orada ata evində yaşamışdır. Son 3-4 ay olar ki, iş tapmaq üçün Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində Yasamal rayonu ərazisində gündəlik kirayə verilən evlərdə gündəlik 3-5 manat arası pul müqabilində yaşayır. Özü də əsasən küçələrdən əlvan metal yığıb satmaqla məşğul olur. Bundan başqa iş olanda avto yuyucu kimi də işləyir. 2017-2018-ci illərdə Abşeron rayonu, Masazır qəsəbəsi, X2 küçəsində onun əsgər yoldaşı yaşamışdır. Həmin ərəfələrdə də o, həmin tərəflərdə də tez-tez gedib gəlmişdir. Ona görə də oranı yaxşı tanımışdır. 09 yanvar 2022ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində avaraçılıq etmiş və üstündə də pul olmamışdır. O, düşünmüşdür ki, əsgər yoldaşının əvvəllər yaşadığı məhəlləyə gedib oradan oğurluq etsin. Bu məqsədlə də 10 yanvar 2022-ci il tarixdə gecə saat 03 radələrində 20 Yanvar ərazisində 1 manatlıq taksiyə minib Masazır dairəsi tərəfdə düşmüşdür. Ordan isə həmin məhəlləyə ara yollarla piyada getmişdir. Düşünmüşdür ki, həmin məhəllələrdə yaşayış olmayan ev görsə oğurluq edər. Gecə saat 04 radələri olardı o, Masazır qəsəbəsi, X2 küçəsində boş ev axtara-axtara bir işığı yanmayan həyət görmüşdür. Düşünmüşdür ki, həmin evdə yaşayış yoxdur. Evin küçə darvazası da bağlı olmuşdur. Ona görə də çəpərdən tullanıb həyətə daxil olmuşdur. Həyətə göz gəzdirmiş, lakin dəyərli pula gedən heç nə tapa bilməmişdir. Evin yan hissəsinə keçəndə evin divarına quraşdırılmış kombi görmüşdür. Üzərində qaz açarı da olmuşdur. Həmin qaz açarı ilə o, kombini səliqəli açıb çıxarmışdır. Kombini yerindən çıxarandan sonra o, kombini həyətdən çıxarmışdır. Kombini özü ilə həmin məhəllədə yerləşən mağazanın qarşısına gətirmişdir. Daha sonra mağazanın qabağında boş karobkaya yerləşdirmiş və özü ilə aparıb həmin ərazidə zibillik olan yerdə gizlətmişdir ki, gedib taksi gətirib həmin kombini şəhərə aparıb şəhərdə satsın. Kombini zibillikdə karobkanın içində gizlədib avtomobil yoluna çıxmışdır. Yolun kənarından bir taksi tapmışdır. Taksi ilə danışıb razılaşmışdır ki, guya ki, onun evi tərəfdən kombini götürüb Yasamala Kaktus tərəfə aparacaq. Taksi sürücüsü də onunla razılaşıb avtomobili kombini gizlətdiyi yerə sürmüş, oradan kombini götürüb taksiyə yükləmiş və taksi onu Yasamala kaktusa aparmışdır. Taksi sürücüsünə kombinin ona məxsus olduğunu demişdir. Taksinin də markası və dövlət qeydiyyat nişanı yadında deyil. Kaktus tərəfdə düşüb kombini iki binanın arasında bir yerdə gizlətmişdir. Hava işıqlanandan sonra isə yenidən bir taksi tutub 5 manata taksi ilə kombini Memar Əcəmi tərəfə aparmışdır. Orada işlənmiş kombilərin alqı satqı mağazası vardır. Həmin mağazada Qaya adlı mağaza sahibinə öz kombisi kimi təqdim etdiyi kombini 200 manata satmağı təklif etmişdir. Qaya isə kombiyə baxıb 150 manata ala biləcəyini demişdir. O da Qaya ilə razılaşıb kombini sonuncuya 150 manata satmışdır. Kombini satanda da Qaya ona öz əlyazması ilə kombinin ona məxsus olması barədə yazı yazdırmışdır. Kombini Qayaya satıb 150 manatını alıb mağazadan çıxmışdır. Həmin 150 manatın 50 manatını özünə saxlamış, 100 manatını isə Rusiyada yaşayan ailəsinə göndərmişdir. Onlara da demişdir ki, guya işləyib həmin 100 manatı qazanmışdır. Deyə biləcəkləri bu qədərdir. Etdiyi əməldən peşmandır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəni təsdiq etdiyini və ona vurulmuş ziyanın ödənildiyini, şikayətçi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dinidirilmiş Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, onun evini qızdırmaq üçün evin həyətinin sağ tərəfində evin divarına birləşik kombi aparatı quraşdırmışdır. Həmin kombi aparatının markası Novahot-dur. Həmin kombi aparatını o, bir neçə il bundan əvvəl 1800 manata almışdır. Kombi aparatı işlək olmuş və heç bir yerində nasazlığı olmamışdır. Sonuncu dəfə 10 yanvar 2022-ci il tarixdə gecə saat 03 radələrində o, həyətə düşən zaman həyətdə hər bir şeyin öz yerində olduğunu görmüşdür. Saat 06 radələrində yuxudan duran zaman evin soyuq olduğunu hiss etmişdir. Həyətə düşüb kombi aparatına göz gəzdirmək istəyəndə isə kombi aparatının yerində olmadığını müəyyən etmişdir. O, başa düşmüşdür ki, gecə saat 03 radələrindən saat 06 radələrinədək olan müddət ərzində onun həyətinə oğru girmiş və kombi aparatını səliqəli söküb oğurlamışdır. Ona görə də o, 102-yə zəng edib həyətindən oğurluq olması barədə məlumat vermişdir. Bundan başqa həyətinə göz gəzdirmiş, lakin həyətindən kombi aparatından başqa heç bir şey oğurlanmamışdır. Deyə biləcəkləri bu qədərdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, oğurluq hadisəsi 10 yanvar 2022-ci il tarixdə saat 03 radələrindən saat 06 radələrinədək olan müddət ərzində baş vermişdir. Ona məxsus olan evin həyətindən 1 ədəd 2021-ci ilin avqust ayında 1800 manata aldığı işlənmiş və işlək vəziyyətdə olan, 2 girişi və 2 çıxışı olan 28-lik NovaHot markalı kombi aparatı oğurlanmışdır. Həmin oğurluq hadisəsi nəticəsində də ona 1800 manat məbləğində maddi ziyan dəymişdir. Onun hər hansı şəxslə ədavəti olmadığından şübhələndiyi şəxs yoxdur. İbtidai istintaq zamanı şahid qismində dinidirilmiş Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən Qaya kombi evini işlədir. İstiqaməti sırf olaraq ikinci əl kombilərin alışı və satışı ilə məşğul olmaqdır. Bundan başqa da həmin yerdə kombilərin təmirini də edir. İkinci əl kombini o, əgər evə gedib evdən özü söküb götürürsə satan şəxsdən kombinin özünə məxsus olması barədə heç nə soruşmur. Əgər kombini satan şəxs özü onun mağazasına gətirirsə, həmin halda satan şəxsin şəxsiyyət vəsiqəsinin surətini götürür və satan şəxsə öz əl yazısı ilə kombinin özünə məxsus olması barədə yazı yazdırır. Ondan sonra əmin olur ki, kombi həmin şəxsə məxsusdur və belə halda kombini qiymətində razılaşandan sonra satan şəxsdən alır.Təxminən 2 həftə bundan əvvəl Ömər adında olan şəxs onun kombi mağazasına yaxınlaşıb özünə məxsus olan ikinci əl kombini satmaq istədiyini bildirmişdir. O, kombiyə baxanda görmüşdür ki, kombinin markası NovaHot markalı 26-lıq kombidir. Həmin kombinin yenisini qiyməti təxminən 800- 900 manat olur. İşlənmişi isə 400-500 manata olur. Satan şəxs Ömər həmin kombini ona 200 manata satmağı təklif etmişdir. O isə qiyməti öldürüb 150 manata ala biləcəyini demişdir. Ömər də onunla razılaşmışdır. O, dəfələrlə Ömərdən kombi aparatının oğurluq olub olmadığını soruşmuş, Ömər isə ona bildirmişdir ki, kombi özünə məxsusdur, həmin kombiyə ehtiyacı olmadığı üçün satmaq istədiyini demişdir. O da həmişəki kimi, Ömərin şəxsiyyət vəsiqəsinin surətini çıxarmış və öz əl yazması ilə kombinin özünə məxsus olmasını yazdırmışdır. Ondan sonra isə kombini Ömərdən 150 manat pul müqabilində almışdır. Həmin kombinin oğurluq olduğunu bilməmişdir. Oğurluq olduğunu bilsəydi həmin kombini Ömərdən almazdı. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 10 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri, Abşeron rayonu, Masazır qəsəbəsi, X2 küçəsi ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus olan nömrəsiz fərdi yaşayış evinin həyətidir. Baxış zamanı qeyd olunan nömrəsiz fərdi yaşayış evinin həyətində yerləşən evin divarına quraşdırılmışı kombi aparatının yerində olmaması müəyyən olunmuşdur. İfadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs hadisə yerində istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları əyani göstərməklə hadisəni hansı qaydada törətdiyini etiraf etmişdir. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli 1(033)-15/22 nömrəli məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddələri ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi çəkməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və vurulmuş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Zaqatala rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli 1(033)-15/22 nömrəli hökmü ilə ona təyin olunmuş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası qəti cəza müddətinə qismən hesablanmaqla ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddət onun cəza müddətinə daxil edilməlidır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində xx.xx.2022-ci il tarixdə polisin nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2,177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə prokurorun təqdimat ilə onun barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2,177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə prokurorun təqdimat ilə onun barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Zaqatala rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli 1(033)-15/22 nömrəli hökmü ilə ona təyin olunmuş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası hazırki cinayət işi üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən hesablansın və ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2,177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə prokurorun təqdimat ilə onun barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-219/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-219/2022
08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver