Məhkəmə qərarları › İş №1(012)-219/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-219/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-219/2025 08.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1995-ci ildə İmişli rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, İmişli şəhəri, İ.ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 04 sentyabr 2023-cü il tarixdə saat 14 radələrində qardaşı Şahid yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Rza Təhmasib küçəsində yerləşən fərdi evdə olarkən sonuncunun arvadı Zərərçəkmiş şəxs yeni iş yeri tapdığı və həmin işlə bağlı telefonla zəng edib danışmaq istəməsi barədə yalan məlumat verib aldadaraq, sonuncunun istifadəsində olmuş «Kontakt» mağazalar şəbəkəsindən kreditlə aldığı üzərindəki 3 manat dəyərində ***-***-**-** saylı nömrə ilə işləyən 662 manat 88 qəpik dəyərində «Samsunq Galaxsy A14» markalı, **********73832 və **********73832 imei kodlu mobil telefonunu danışıb qaytaracağı adı ilə alıb ələ keçirərək Bakı şəhərində satıb pulu xərcləməklə zərərçəkmiş şəxsə ümumilikdə 665 manat 88 qəpik dəyərində ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs barəmdə etdiyi şikayətlə bağlı barəmdə olan cinayət işi üzrə bildirirəm ki, Zərərçəkmiş şəxs qardaşı Şahid həyat yoldaşıdır. O, bir müddət qardaşıgilin ailəsi ilə Abşeron rayonu Saray qəsəbəsində kirayə yaşamış, son vaxtlar qardaşı və Humay onlarda qalmasına razı olmadıqları üçün 2019-cu ildə Xırdalan şəhərində kirayə ev tutaraq orada tək yaşamışdır. 04 sentyabr 2023-cü il tarixdə saat 14 radələrində pula ehtiyacı olduğu üçün qardaşı Vahidin Abşeron rayonu Saray qəsəbəsində kirayə yaşadığı evinə getmiş, həmin vaxt Vahid evdə olmamış, Humay və uşaqldarı evdə olmuşdur. Onun Humayla arası yaxşı olmadığı üçün ondan pul istəməmiş, X3 A14 markalı mobil telefonu olduğunu görüb fikirləşmişdir ki, həmin telefonu danışmaq adı ilə götürüb aparıb satsın. Buna görə Humaya demişdir ki, təzə iş tapmışdır və həmin adamla telefonla danışmalıdır. Humaydan xahiş etmişdir ki, telefonunu ona versin və danışıb gəlir. Humay isə etiraz etməyib özünə məxsus «Samsung Galaxsy A14» markalı mobil telefonunu ona vermişdir. O, isə telefonu alıb güya kiməsə zəng vurmuş kimi özünü göstərib həyətə çıxmış, Humay isə uşaqları ilə evdə olmuş, o, həyətə çıxıb oradan isə gizlincə küçəyə çıxıb qaçaraq oradan uzaqlaşmışdır. Yolda gedərkən Humayın telefonuna zənglər gəlsə də cavab verməmiş, qardaşı Vahid də Humayın telefonuna zəng vurmuş, o, isə cavab verməmişdir. Sonra telefonun üzərindəki sim kart nömrəsini çıxarıb atmış, avtobusla Bakı şəhəri Memar Əcəmi metrosunun yanına gələrək «Yeganə» şadlıq evinin yaxınlığında qiyabı olaraq tanıdığı adı dəqiq yadında qalmayan oğlana mobil telefonunu satmaq istədiyini, ancaq vəsiqəsi rayonda qaldığını bildirmiş və həmin şəxsə öz vəsiqəsi ilə telefonu satmasını xahiş etmişdir. Həmin oğlanın şəxsiyyət vəsiqəsi ilə Humaya məxsus ələ keçirdiyi telefonu telefon dükanına 130 manata satmış, həmin pulu isə şəxsi ehtiyaclarına xərcləmiş, hazırda etdiyi əməldən peşmandır. Göstərmişdir ki, ələ keçirdiyi həmin telefonun özünə məxsus olmasını pula ehtiyacı olduğu üçün satdığını demiş, telefonu sataraq əldə etdiyi 130 manat pulu özü xərcləmiş, həmin şəxsə pul verməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, zərərçəkmiş şəxs ilə barışdığını, ona vurulmuş ziyanı tam ödədiyini bildirərək cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs baldızıdır. Təqsirləndirilən şəxs ilə 2017-ci ildən 2019-cu ilədək birlikdə yaşamış, həmin vaxtdan sonra o ailəsi ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi R.Təhmasib küçəsində başqa ev kirayə tutaraq orada yaşamağa başlamış, Sevinc isə onlardan ayrılıb Xırdalan şəhərində kirayə ev tutub orada yaşamışdır. Son vaxtlar Sevincin normal həyat tərzi keçirmədiyini, pis vərdişlərə qurşandığını görmüş, Sevincin narkotik vasitə qəbul etməsini hiss etmişdir. Buna görə də sonuncunu evindən uzaqlaşdırmış, təxminən son 6 ay ərzində Sevinclə heç bir əlaqələri olmamışdır. 04 sentyabr 2023-cü il tarixdə saat təxminən 14 radələrində Sevinc onun evin gəlmiş, onunla görüşüb haləhval etdikdən sonra demişdir ki, təzə iş tapıb onunla bağlı kiminləsə telefonla danışmalıdır. Bu səbəbdən Sevinc ondan xahiş etmişdir ki, mobil telefonunu ona versin və həmin şəxslə tetefonda danışsın. O, Sevincə etiraz etməyib özünə məxsus üzərində ***-***-**-** nömrə olan «Samsunq Galaxsy A14» markalı mobil telefonumu ona vermiş, Sevinc ondan telefonu alıb danışıb gəlməsini bildirmiş, o, həmin vaxt evdə uşaqlarla oturmuş, Sevinc həyətə çıxmış və təxminən 5 dəqiqə keçmiş, sonuncunun qayıtmadığı üçün həyətə çıxmış Sevinc axtarmışdır. Lakin Sevincin həyətdə olmadığını görüb küçəyə çıxdmış və ətrafa baxsa da, Sevinci görə bilməmişdir. Bacısına məxsus teleonla Sevincə danışmaq üçün verdiyi öz telefonuna zəng vurmuş ki, Sevincin harada olmasını öyrənsin. Telefonuna zəng çatsa da, Sevinc telefona cavab verməmişdir. Bir neçə dəfə telefonuna zəng vursa da cavab verilmədiyi üçün həyat yoldaşı Şahid zəng vurub baş verənlərlə bağlı məlumat vermiş, Vahidə özünün də Sevincə zəng vurub telefonu qaytarmasını bildirməsini demişdir. Lakin Sevincin telefonu qaytarmadığını görüb həmin gün DİNnin 102 xidməti zəng mərukəzinə zəng vuraraq baldızı Təqsirləndirilən şəxs ona məxsus 662 manat dəyərində «Samsunq Galaxsy A14» markalı mobil telefonunu oğurlaması barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları onlara gələrək ərizə və izahatını almış və evinə baxış keçirilmişdir. Sevincin onu aldadaraq ələ keçirdiyi «Samsung Galaxsy A14» markalı, **********73832 və **********73832 imei kodlu mobil telefonu xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən «Kontakt Home» mağazasından kredit yolu ilə almış, həmin telefonun dəyəri 662 manat 88 qəpik təşkil edir. Üzərində istifadə etdiyi ***-***-**-** mobil nömrəni isə təxminən 10 il əvvəl 3 manata almış, bu səbəbdən də mobil telefonunun ələ keçirilməsi nəticəsində ona 665 manat 88 qəpik məbləğində ziyan dəymişdir. Sonradan zərərçəkmiş şəxs X2 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanın tam ödənildiyini, ona qarşı şıkayəti tələbi olmadığını bildirib,icrata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2013-cü ildən Zərərçəkmiş şəxs ilə rəsmi nigaha girərək ailə həyatı qurmuş, birgə nigahdan 3 övladı doğulmuşdur. 2017-ci ildən Abşeron rayonu Saray qəsəbəsində kirayə ev tutaraq orada yaşamış, əvvəllər bacısı Təqsirləndirilən şəxs ailəsindən ayrıldığı üçün onlarla birlikdə yaşamışdır. 2019-cu ildən ailəsi ilə Saray qəsəbəsində başqa ev kirayə tutaraq orada yaşamağa başlamış, Sevinc isə Xırdalan şəhərində kirayə ev tutub qalmışdır. Sevincin son vaxtlar tüfeyli həyat tərzi keçirməsi və pis vərdişlərə qurşanması səbəbindən onun evinə gəlməsinə razı olmamışdır. 04 sentyabr 2023-cü il tarixdə saat təxminən 14 radələrində arvadı Humay ona zəng vuraraq bacısının onun evinə gəlməsini və ondan danışmaq adı ilə Samsunq Galaxsy A14 markalı mobil telefonu alıb çıxıb getməsini və telefonu geri qaytarmamasını bildirmişdir. O, Humayın nömrəsinə zəng vurmuş ki, Sevinclə əlaqə saxlasın. Telefona zəng çatsa da, Sevinc telefona cavab verməmiş, bundan sonra evə gəlmiş, yoldaşı Humay Sevinc tərəfindən telefonun oğurlanması barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli müqavilənin əlavəsi ilə müəyyən edilmişdir ki, «Samsunq Galaxsy A14» markalı, **********73832 və **********73832 imei kodlu mobil telefon üçün ilkin ödəniş daxil olmaqla ödəniləcək tam məbləğ 662,88 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respubilikası CM-nin 59.1.4-cü maddəsinin tələblərinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi dəyən ziyanı ödəməsi, zərərçəkənlə barışıq əldə etməsidir. Azərbaycan Respubilikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması onun özünün ifadəsi, zərərçəkənin ifadəsi və işdə olan sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə də məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, cəmi 110 manat, əvvəlki məhkəmə iclaslarında hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 isə 20 saat hüquqi yardım üçün isə 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri-mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, cəmi 110 manat, əvvəlki məhkəmə iclaslarında hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 isə 20 saat hüquqi yardım üçün isə 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar