Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-22/2022 05.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, X3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili X5, Təqsirləndirilən şəxs2, qanuni nümayəndəsi Mikayılov Hafiz və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili X10 oğlunun iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Rusiya Federasiyası, Samara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Qazax rayonu, Daşsalahlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində Bakı şəhər Xətai rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məhkəmənin 13.04.20221-ci il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5-ci və 66.2-ci maddələrinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx.xx.2005-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Daşsaahlı kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, fərdi yaşayış evində yaşamış, məhkəmə istintaqında barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri ilə əlaqədar istintaq orqanı tərəfindən cinayət işi üzrə ittiham aktı tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqsirləndirilən şəxs2 təkrar olaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 20 fevral 2020-ci il tarixdə keçən saat 16 radələrində qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Hökməli qəsəbəsi, “Sevil” yaşayış massivindəki tikintisi tamamlanmamış evinə açıq qapıdan qanunsuz daxil olaraq oradan 500 manat dəyərində hər biri 4 metr uzunluqda 4 sm qalınlıqda 13 sm enində olan 32 ədəd döşəmə taxtalarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar olaraq qabqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 aprel 2020-ci il tarixdə saat 03 radələrində qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Nəsimi küçəsində yerləşən «Hökməli Market»in arxa plastik qapısını açmaqla qanunsuz daxil olaraq oradan oradan 600 manat dəyərində 30 ədəd siqaret qutularını, 250 manat dəyərində danışıq kartlarını, 150 manat məbləğində xırda pulu, ümumi dəyəri 9 manat olan “Go” markalı spirtli içkini, 50 manat dəyərində 5 ədəd ətiri, 70 manat dəyərində suvenir əşyaları, 20 manat dəyərində fənərləri, 5 manat dəyərində 1 qutu əlcəyi gizli olaraq talayıb zərərçəkmiş şəxs İnqilab Şıxməmmədova ümumilikdə 1154 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 öz hərəkətləri ilə Azərbaycan Respublikası CM- 177.2.1, 177.2.2 və 177.2.3-cu maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 təkrar olaraq, qabaqcadan əlbir olan bir qrup şəxslə, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 yanvar 2020-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs4 Abşeron rayonu, Saray qəsəbəsi Vəli Axundov küçəsindəki fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq oradan 1500 manat nəqd pulu, 300 manat dəyərində 1 ədəd qızıl doyunbağını, 110 manat dəyərində 1 ədəd sancaq formalı qızıl medalyonu və 1 ədəd 250 manat dəyərində qızıl qolbağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 2160 manaat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 20 fevral 2020-ci il tarixdə saat 16 radələrində qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Hökməli qəsəbəsi, “Sevil” yaşayış massivindəki tikintisi tamamlanmamış evinə açıq qapıdan qanunsuz daxil olaraq oradan 500 manat dəyərində, hər biri 4 metr uzunluqda, 4 sm qalınlıqda, 13 sm enində olan 32 ədəd döşəmə taxtalarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar olaraq tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 26 mart 2020-ci il tarixdə saat 11:15-də Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Saray qəsəbəsi Ə.Vahid küçəsində yerləşən «İnam» aptekə müştəri qismində daxil olaraq aptekdə satıcı işləyən Şahid diqqətinin başqa müştəridə olmasından istifadə edərək aptekin müdir otağına qanunsuz daxil olub iş masasının siyirməsindən 743 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən qabqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 aprel 2020-ci il tarixdə saat 03 radələrində qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Nəsimi küçəsində yerləşən «Hökməli Market»in arxa plastik qapısını açmaqla qanunsuz daxil olaraq oradan oradan 600 manat dəyərində 30 ədəd siqaret qutularını, 250 manat dəyərində danışıq kartlarını, 150 manat məbləğində xırda pulu, ümumi dəyəri 9 manat olan 4 ədəd “Go” markalı spirtli içkini, 50 manat dəyərində 5 ədəd ətiri, 70 manat dəyərində suvenir əşyaları, 20 manat dəyərində fənərləri, 5 manat dəyərində 1 qutu əlcəyi gizli olaraq talayıb zərərçəkmiş şəxs İnqilab Şıxməmmədova ümumilikdə 1154 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 04.08.2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs6 icarə əsasında işlətdiyi, Abşeron rayonu 28 May qəsəbəsində yerləşən “Emin” marketə qapının qıfılını sındırmaqla qanunsuz daxil olaraq oradan 600 manat dəyərində müxtəlif növ spirtli içkiləri, 550 manat dəyərində ərzaq məhsullarını, 200 manat dəyərində müxtəlif növ siqaretləri və 150 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 1500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 avqust 2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs1 məxsus, Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev küşəsi 34 ünvanında yerləşən fərdi yaşayış evinə pəncərəni açmaqla qanunsuz daxil olaraq oradan bir ədəd 200 manat dəyərində “Hublot” markalı qol saatını, bir ədəd 200 manat dəyərində “Rado” markalı qol saatını və bir ədəd 250 manat dəyərində gümüşdən olan kofe dəstini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 650 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cu maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qazax rayonu, Daş Salahlı kəndində atası və qardaşı ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən bir il bundan əvvəl işləmək üçün Bakı şəhərinə gəlmişdir. İş tapa bilmədiyi üçün bir neçə dəfə oğurluq edib pul əldə etmişdir. Bakı şəhərində 3 manatlıq evlərdə gecələyir. Ona elan edilmiş ittihamda göstərilmiş 6 oğurluq faktını o, törətmişdir. Belə ki, 10.01.2020-ci il tarixdə pulu olmadığına görə oğurluq edib pul əldə etmək qərarına gəlmiş və bu məqsədlə həmin gün saat 15:00 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisinə getmiş və oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. Saat 15:00 radələrində sahibini tanımadığı evin qarşısından keçərkən həmin evdə heç kimin olmadığını yəqin etmiş, həmin evin hasarından aşaraq həyətə daxil olmuşdur. Evin plastik pəncərəsini əvvəlcədən özü ilə götürdüyü vintaçanla sıxıb açaraq pəncərədən evə daxil olmuş, bundan sonra ilk olaraq yataq otağına gedib həmin otaqda pul və qiymətli əşya axtarmağa başlamışdır. Yataq otağındakı çarpayının döşəyinin altına baxarkən orada 1500 manat pulun olduğunu görüb götürmüş, sonra həmin otaqda olan güzgülü şkafın altındaki siyirmədən bir neçə uşaq üçün qızıl aksessuarların və sadə bəzək əşyalarının olduğunu görüb həmin əşyaları da götürmüşdür. Bundan sonra evdə başqa əşya tapa bilmədiyi üçün gəldiyi pəncərədən çıxıb getmişdir. Qızıl-zinət əşyalarının hansı əşyalardan yəni, boyunbağı və ya sırğa və yaxud da qolbaq olduğunu xatırlamır. Oğurladığı qızıl-zinət əşyalarını Bakı şəhəri ərazisindəki Memer Əcəmi metrostansiyasının yaxınlığında tanımadığı şəxsə satmışdır. Bundan sonra 20 fevral 2020-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs2lə Abşeron rayonu Hökməli qəsəbəsi «Sevil» yaşayış massivinə getmişlər. Oğurluq etmək üçün münasib ev axtararaq tikintisi tamalanmamış, darvazası olmayan həyət evini görüb həmin evə girmişlər. Həmin evin döşməsinə düzülmüş milləri və tavana vurulmuş 32 ədəd taxtanı oğurlayaraq həmin küçədə olan iki evin arasındakı boş yerə daşıyıb yığmışlar. Məqsədləri, maşın tapıb həmin taxları Sulutəpə qəsəbəsində yerləşən tikinti bazarına aparıb satmaq olsa da oğurladıqları taxtaları tikinti bazarına aparmaq üçün maşın tapa bilmədiklərindən həmin yerə getməmişlər. Oğurluq etdikləri evin kimə məxsus olmasını bilmir. Bundan sonra da oğurluq etmək məqsədi ilə 26 mart 2020-ci ildə Abşeron rayonu Saray qəsəbəsinə getmiş, həmin gün saat 11 radələrində Saray qəsəbəsində yerləşən «İnam» aptekə şpris almaq üçün alıcı kimi daxil olmuşdur. Aptekdə satıcı qızın diqqəti başqa müştəridə olduğundan istifadə edib dəhlizlə gedərək aptekin başqa bir otağına daxilmuşdur. Orada dərman şkaflarını axtarmış, lakin oğurlamağa münasib bir şey tapmamışdır. Bundan sonra həmin otaqla yanaşı başqa bir otağa girmiş, orada olan masanın siyirməsində bir qədər pul görüb götürmüşdür. Və yenə də satıcı qızın başı qarışıq olduğunu görüb aptekdən çıxaraq uzaqlaşmmışdır. Bundan sonra pulu sayıb 743 manat olmasını bilmişdir. Həmin pulları da öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra növbəti dəfə 15.04.2020-ci il tarixdə gecə saatlarında qardaşı Xəyalla birlikdə oğurluq etmək üçün Abşeron rayonu, Hökməli qəsəbəsinə gedib mağaza və ya ev axtarırmışlar. Həmin vaxtı saat 03 radələrində Hökməli qəsəbəsində qarşısına “Hökməli market” yazılan mağazanın qarşısına gəlmişlər və mağazanın arxası həyət istiqamətində olduğu üçün arxa qapısının olduğunu fikirləşib hasardan həyətə keçmişlər. Xəyal mağazanın həyətə açılan plastik qapısını vintburanla açmış və mağazaya daxil olaraq bir neçə blok siqaret, telefon danışıq kartları, 4 ədəd GO içkisi, bir neçə ədəd suvinir əşyası, fanarları, bir neçə ədəd ətirləri və bir qutu iş əlcəyini oğurlayıb, mağazaya daxil olduqları qapıdan çıxıb getmişlər. Həmin gün günorta saatlarında oğurladığı siqaret bloklarını Kürdəxanı istintaq təcridxanasında cəza çəkən qardaşı Nicat Vəliyevə göndərmiş, 4 ədəd GO içkisini özləri içmiş. Konturları öz telefonlarına yükləyib istifadə etmiş, həmçinin ətirləridə özləri istifadə etmişlər. Əlcəkləri isə Biləcəri qəsəbəsində daş bazarının yanında satmaq istəsə də alan olmadığı üçün orada olan zibil yeşiyinə atmışlar. Suvenir əşyaları və fənarları nə etdiklərini xatırlamır. Bundan sonra 03 avqust 2020-ci il tarixdə yenə də oğurluq etmək üçün Abşeron rayonu 28 May qəsəbəsi ərazisinə gəlmişdir. Təxminən gecə saat 01:00 radələrində “Emin” adlı marketi görmüş və həmin marketdən oğurluq etmək qərarına gəlmişdir. Ətrafa baxıb heç kimin olmadığını görüb marketin qapısına yaxınlaşmış, marketin qapısında asma qıfıl olduğunu görüb onu sındırmaq üçün ətrafda vasitə axtarmağa başlamışdır. Marketin yaxınlığında yerdən dəmir parçası tapıb həmin dəmir parçasını marketin qapısının qıfılına ilişdirib aşağı doğru dartıb qıfılı sındırmdır. Bundan sonra içəri keçib piştaxtanın arxasından salofan paket götürmüş və müxtəlif ərzaq məhsulları yəni qənd ,çay, şirniyyat, kanfet, bir salofan torbada adını bilmədiyim araq və viskilər müxtəlif markalı siqaretlər və vitrinin arxasından 150 manat pul götürmüş, həmin əşyaları salofan paketlərə yığıb əsas yola çıxaraq taksi saxlatıdırıb taksiyə əyləşib Sulutəpə qəsəbəsi ərazisinə gedib orada yarımçıq tikilidə həmin ərzaqları gizlətmişdir.Sulutəpə qəsəbəsi ərazisində gecəni keçirdikdən sonra səhər saat 09 radələrində Sulutəpə dairəsi adlanan ərazidən bir taksi saxladıb həmin taksiyə əyləşib Kürdəxanı qəsəbəsi ərazisində yerləşən təcridxanada həbsdə saxlanılan qardaşı Nicat Vəliyevin yanına getmək istədiyini bildirmişdir. Həmin taksi ilə 15 manat pul müqabilində razılaşmış, taksiyə əyləşdikdən sonra ona Sulutəpə qəsəbəsi ərazisində evdən salofan paketlərdə ərzaq gətirib qoyduğunu, onu götürüb getmək istədiyini bildirmişdir. Taksi sürücü əvvəl ona inanmasa da onu inandırmışdır ki, taksi axtarmaq üçün gedən zaman ağır olduğu üçün həmin paketləri orada gizlətmişdir. Həmin paketləri taksi ilə götürdükdən sonra birbaşa Kürdəxanaya yola düşmüşlər. Yolda həmin taksi sürücüsünə spirtli içkilərin olduğunu və ucuz qiymətə satdığını bildirmiş, təxminən 15-20 butulka adlarını bilmədiyim araq və viskini həmin tanımadığı taksi sürücüsünə 42 manata satmış və 15 manat gediş haqqı ilə əvəz etmişlər. Bundan sonra qalan ərzaqları isə Kürdəxanıda qardaşı Nicat Vəliyevə sovqat kimi vermişdir. Bundan sonra oradan taksiyə əyləşib Sulutəpə qəsəbəsinə gecələdiyi yerə gedib yatmışdır. Bundan sonra 25 avqust 2020-ci il tarixdə yenə də təxminən saat 16 radələrində oğurluq etmək məqsədi ilə Abşeron rayonu, Saray qəsəbəsində tək gəzərkən bir mərtəbəli evdə heç kimin olmadığını hiss edib, ətrafa diqqət yetirib heç kəsin olmadığına və onu görmədiyinə tam əmin olub, evin arxasına keçib oradan dəmir parçası tapıb evin plastik pəncərəsini açıb evə daxil olmuş və evi axtarmağa başlamışdır. Evin yataq otağında olan dolabın siyirməsinə baxdıqda orada iki ədəd qol saatı və 1 ədəd kofe dəsti görüb həmin iki ədəd qol saatı və bir ədəd kofe dəstini götürüb evə gəldiyi yerdən çıxaraq oradan uzaqlaşmışdır. Həmin günün sabahı evdən oğurladığı iki ədəd qol saatını Bakı şəhəri, 20 Yanvar dairəsində tanımadığım şəxsə 150 manata satıb əldə etdiyi pulu öz ehtiyaclarıma xərcləmişdir. Kofe dəstini sata bilmədiyi üçün Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında hazırda xatırlamadığı yerə tullamışdır. Hazırda əməlindən peşmandır. Ona görə də barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki təxminən 9-10 ay əvvəl qardaşı Orucla birlikdə işləmək üçün Bakı şəhərinə gəlmişlər. Lakin iş tapa bilmədiyinə görə oğurluq edib pul əldə etməyə və Bakı şəhərində 2 manatlıq kirayə evlərdə gecələməyə başlamışdır. 20 fevral 2020-ci ildə xərcləməyə pulları olmadığına görə oğurluq edib pul əldə etmək qərarına gəlmişlər və Sulutəpədə kirayədə qaldıqları evdən çıxıb Abşeron rayonu Hökmalı qəsəbəsindəki «Sevil» yaşayış massivinə getmişlər. Oğurluq etməyə münasib ev axtararaq hasarı olmayan bir mərtəbəli tikintisi tamamlanmamış evin qapı pəncərəsinin olmadığını görüb və ətrafda heç kimin olmadığına əmin olub həmin evin içərisinə girmişlər. Evin döşəməsində və tavanında mıxlanmamış, təxminən 4 metr uzunluqda taxtaların olduğunu görüb həmin taxtaları oğurlayıb sataraq pul əldə etmək qərarına gəlmişlər. Orucla birlikdə evin içərisindən 32 ədəd taxtanı oğurlayıb daşıyaraq həmin evdən təxminən 100 metr aralıda olan digər tikintisi tamamlanmamış iki evin arasındakı yerə yığmışlar ki, maşın tapıb Sulutəpə qəsəbəsindəki tikinti materialları satılan bazara aparıb satsınlar. Taxtaları həmin yerə yığdıqdan sonra maşın tapa bilmədiklərinə görə taxtaları apara bilməmişlər. Bundan sonra növbəti dəfə 15.04.2020-ci il tarixdə gecə saatlarında qardaşı Orucla birlikdə oğurluq etmək üçün Abşeron rayonu Hökməli qəsəbəsinə gəlib maqazin və ya ev axtarırmışlar. Həmin vaxtı saat 03 radələrində Hökməli qəsəbəsində qarşısına “Hökməli Market” yazılan mağazanın qarşısına gəlmişlər və mağazanın arxası həyət istiqamətində olduğu üçün arxa qapısının olduğunu fikirləşib hasardan həyətə keçmişlər. O, mağazanın həyətə açılan plastik qapısını vintburanla açmış və mağazaya daxil olaraq bir neçə blok siqaret, telefon danışıq kartları, 4 ədəd “GO” içkisi, bir neçə ədəd suvinir əşyası, fanarları, bir neçə ədəd ətirləri və bir qutu iş əlcəyini oğurlayıb, mağazaya daxil olduqları qapıdan çıxıb getmişlər. Həmin gün günorta saatlarında oğurladığı siqaret bloklarını Kürdəxanı istintaq təcridxanasında cəza çəkən qardaşı Nicat Vəliyevə göndərmiş, 4 ədəd “GO” içkisini özləri içmiş, konturları öz telefonlarına yükləyib istifadə etmiş, həmçinin ətirləri də özləri istifadə etmişlər. Əlcəkləri isə Biləcəri qəsəbəsində daş bazarının yanında satmaq istəsə də alan olmadığı üçün orada olan zibil qutusuna atmışlar. Suvenir əşyaları və fənarları nə etdiklərini xatırlamır. Hazırda əməlindən peşmandır. Ona görə də barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 göstərmişdir ki, 2014-cü ildən Abşeron rayonu Saray qəsəbəsi V.Axundov küçəsində inşa etdiyi evdə ailəsi ilə birlikdə yaşayır. 10 yanvar 2020-ci il tarixdə saat 07 radələrində evdən çıxıb işə getmişdir. Həyat yoldaşı və uşaqları isə saat 13 radələrində evdən çıxıb Sumqayıt şəhərində yaşayan atası gilə getmişlər. Evdən çıxarkən qapı və pəncərələri, həmçinin həyət darvazasını açarla bağlamışlar. Həmin gün saat 21 radələrində evə qayıdarkən yataq otağında əşyaların dağınıq olduğunu görmüş, həmçinin yataq otağının pəncərəsinin açıq olduğu görmüşlər. Evindən oğurluq olduğuna əmin olduğundan dərhal DİN-nin 102 xidmətinə məlumat vermişdir. Abşeron RPİ-nin əməkdaşları gələrək mənzilə baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, yataq otağında olan çarpayının üzərindəki döşəyin altından 1500 manat nəqd pulu, həmin otaqda olan güzgülü şkafın siyirməsindən bir ədəd 300 manat dəyərində qızıl boyunbağını və bir ədəd 110 manat dəyərində qızıl sancaq klon oğurlanmışdır. Bu barədə ərizə yazmışdır. Sonradan evdə yır-yığış edərkən məlum olmuşdur ki, uşaq otağındakı şkafda olan 1 ədəd 250 manat dəyərində üzərində «Rasim» yazısı olan qızıl qolbağı da oğurlanmış, ona ümumilikdə 2120 manat məbləğində maddi ziyan dəymişdir. Həmin oğurluğun törədilməsində hər hansı şübhələndiyi şəxs yoxdur. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 elan olunmuş ifadəsindən görünür ki, Quba rayonu, Afurca kəndində ailəsi ilə birlikdə yaşayır. Abşeron rayonu Hökməli qəsəbəsi “Sevil” yaşayış massivində tikintisi tamamlanmamış evi vardır. Təxminən ayda bir dəfə həmin evə gəlib müəyyən işləri görür. Son dəfə 05 fevral 2020-ci il tarixdə qeyd etdiyi həmin evə gəlmiş, hər şey qaydasında olmuşdur. Qeyd edir ki, həmin evin döşəməsi hələ vurulmamış, lakin döşəməaltı milləri düzdürmüşdür və tavanın da taxalarını vurmuşdur. 10 mart 2020-ci il tarixdə növbəti dəfə həmin evinə gələndə görmüşdü ki, həmin döşəməaltı milləri və tavan taxtalarını naməlum şəxs və ya şəxslər çıxarıb aparmışlar. Dərhal DİN-nin 102 xidmətinə məlumat vermiş və sonra isə Abşeron Polis İdarəsinin X11 ərizə ilə müraciət etmişdi. Polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Qeyd etdiyi tikintisi tamamlanmış evindən təxminən 2 kubmetr taxta oğurlanmış bununla ona 500 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 məhkəməyə tekeqram vurmaqla maddi vəziyyətilə bağlı proseslərdə iştirak edə bilməyəcəyini, məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini və təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 elan olunmuş ifadəsindən görünür ki, 5-6 ildir Hökməli qəsəbəsində yaşadığı evin həyətində üzü küçə istiqamətində ərzaq maqazini tikdirib işlədir. Mağazanın küçəyə açılan qapısı dəmir qapıdır, həyətə açılan qapı isə plastikdir. Mağazanı hər gün axşam 23:00 radələrində bağlayır. 14.04.2020-ci il tarixdə isə maqazini saat 22:00-da bağlayıb evə getmişdir. 15.04.2020-ci il tarixdə saat 07 radələrində mağazaya gedən zaman mağazanın həyətə açılan plastik qapısının açıq olduğunu görmüş və içəri daxil olduqda ordakı əşyaları və ərzaq məhsullarının dağınıq halda olduğunu aşkar etmişdir. Mağazaya baxış zamanı 600 manat dəyərində 30 ədəd siqaret qutusunun, 250 manat dəyərində danışıq kartlarının, kassadan 150 manat xırda pulun, ümumi dəyəri 9 manat 4 ədəd Go markalı spirtli içkinin, 50 manat dəyərində 5 ədəd ətirin, 70 manat dəyərində suvinir əşyalarının, 20 manat dəyərində fanarların, 5 manat dəyərində 1 qutu əlcəyin oğurlandığını müəyyən etmişdir. Bundan sonra polisə şikayət etmişdir. Naməlum şəxs və ya şəxslər hasardan həyətə keçib maqazinin həyətə açılan plastik qapısının kilidini açmaq yolu ilə daxil olaraq oğurluq etmişdir. Oğurluq nəticəsində ona 1154 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev küçəsi, ev 34-də ailəsi ilə birlikdə yaşayır. Abşeron rayon polis idarəsinə evindən oğurluq olması ilə bağlı şikayət ərizəsini özü yazmışam və bununla bağlı göstərir ki, 25.08.2020-ci il tarixdə təxminən saat 15 radələrində həyat yoldaşı Sənubər və 2 uşağı ilə birlikdə yaşadığı evdən çıxaraq Saray qəsəbəsində yaşayan qaynanasıgilə qonaq getmişlər. Bir qədər orada qaldıqdan sonra həyat yoldaşı Sənubər uşaqlarla birlikdə evə qayıtmışlır. O, evə çatanda evin qapısını açmaq istəyərkən evin qapısının açılmadığını gördükdə dərhal onu çağırmış, o da evin qapısına çatdıqda qapının arxadan naməlum şəxs tərəfindən bağlandığını hiss etmişdir. Bundan sonra o, evin arxa tərəfinə keçərək evin arxasında olan pəncərənin açıq olduğunu görmüşdür. Dərhal həmin pəncərədən evə daxil olmuş və evin qapısının arxa tərəfdən naməlum şəxs tərəfindən bağlandığını görmüşdür. Qapını açaraq uşaqları evə saldıqdan sonra evin dağınıq olduğunu görmüşdür. Bundan sonra evə baxış keçirtdikdə evdən 1 ədəd 200 manat dəyərində “Hublot” markalı saatın, 1 ədəd 200 manat dəyərində “Rado” markalı saatın və 1 ədəd 250 manat dəyərində gümüşdən kofe dəstinin olmadığını və oğurlandığını aşkar etmişdir. Bundan dərhal sonra Azərbaycan Respublikası DİN-nin 102 mərkəzi-zəng xidmətinə Saray qəsəbəsində yerləşən evindən oğurluq olması barədə məlumat vermişdir. Daha sonra Abşeron RPİ-nin əməkdaşlarının hadisə yerinə gələrək hadisə yerini müayinə etmişlər. Həmin oğurluq nəticəsində ona 650 manat dəyərində maddi ziyan dəymişdir. Baş vermiş oğurluqda heç kəsdən şübhələnmir. Hazırda şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 göstərmişdir ki, Abşeron rayonu, 28 may qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Həmin qəsbədə “Emin” marketi icarə əsasında işlətməklə məşğul olur. 03.08.2020-ci il tarixdə saat 20 radələrində marketin qapısının kilidini bağlayaraq evinə getmişdi. 04.08.2020-ci il tarixdə saat 07 radələrində marketin sahibi Ərşad telefon vasitəsi ilə ona zəng vurub marketin qapısının açıq olduğunu və marketdə olub-olmamağını soruşmuşdur. Ona marketdə olmadığını bildirmiş və dərhal evdən çıxaraq marketə yaxınlaşmışdır. Bu zaman marketin qapısının açıq olduğunu və kilidin yerində olmadığını görmüşdür. Marketin içərisində əşyaların dağınıq olduğunu və bəzi məhsulların yerində olmadığını aşkar etmişdir. Məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər tərəfindən marketdən oğurluq olmuşdur. Dərhal DİN-nin 102 xidmətinə məlumat vermiş və az sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Baş vermiş oğurluq hadisəsində şübhələndiy şəxs və ya şəxslər yoxdur. Marketdən 600 manat dəyərində müxtəlif spirtli içilər, yəni araq və viski, 200 manat dəyərində müxtəlif növ siqaretlər, 550 manat dəyərində ərzaq məhsulları və 150 manat nəqd pul oğurlanmış, ona ümumilikdə 1500 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs5 göstərmişdir ki, ünvan 4 ünvanda ailəsi ilə birlikdə yaşayır. 2006-cı ildən Abşeron rayonu, Saray qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən, sənədləri atası X2 adına olan “İnam” apteki işlətməklə məşğuldur. 26.03.2020-ci il tarixdə saat 18 radələrində aptekdə satıcı işləyən Şahid dərman firmasına ödənilməli olan 743 manat pulu müdir otağındakı masanın sirməsindən götürüb firma işçilərinə vermək istədiyi zaman pulun yerində olmadığını görmüşdür. Ona görə də Günay bu barədə ona zəng erdərək məlumat verdikdən sonra aptekə gəlib aptekdə quraşdırılmış müşahidə kameralarının yaddaş qurğusuna baxmış, bu zaman görmüşdür ki, 26.03.2020-ci il tarixdə saat 11:15 radələrində bir nəfər təxmini yaşı 17-18 olan şəxs müştəri qismində aptekə daxil olaraq satıcının başının başqa bir müştəriyə qarışıq olmasından istifadə edib anbar otağındakı şkaflarda axtarış aparmış, daha sonra isə müdir otağındakı masanın sirməsindən həmin 743 manat pulu oğurlayaraq çıxıb getmişdir. Ona görə də mən DİN-in “102” xidmətinə zəng edərək aptekdən baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlrək və hadisə yerinə baxış keçirmmişlər. Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə ünvanlamaqla işi ilə bağlı proseslərdə iştirak edə bilməyəcəyini, dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə istintaqında Şahid elan olunmuş ifadəsindən görünür ki, o, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 göstərdiyi xüsusatları bir daha təsdiq edərək eyni məzmunlu ifadə vermişdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Təqsirləndirilən şəxs1 Abşeron RPİ-nin istintaq şöbəsinin müstəntiqi Vasif Zeynallı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və 02.12.2020-ci il tarixdə cinayət işi eyni şəxs barəsində ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaq davam etdirilmişdir. Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhər, Xətai rayon polis idarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə istintaqı aparılmış ********* və ********* nömrəli cinayət işləri baxılması üçün Bakı şəhəri, Xətai rayon məhkəməsinə göndərilmiş, lakin Təqsirləndirilən şəxs1 məhkəmə istintaqından qaçıb gizləndiyinə görə 24.11.2020-ci il tarxdə barəsində axtarış elan edilmişdir. 28.01.2021ci il tarixdə Təqsirləndirilən şəxs1 tutularaq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə müəsissəsinə yerləşdirilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində hazırki iş üzrə "nəzarət alıtına vermə” qətimkan tədbiri seçilmiş və məhkəmə istintaqından yayındığına görə Abşeron Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Abşeron rayon Polis İdarəsinin 25.06.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 16.06.2021-ci il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Zərərçəkmiş şəxs1 mənzilində aşkar edilib götürülmüş əl-barmaq izlərinin eyniləşdirilməsi üçün məhkəmə-daktiloskopik ekspertizası təyin edilmiş, DİN-nin KTİ-nin verdiyi 23.11.2020-ci il tarixli 20/615R nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 yaşadığı evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 03 əl-barmaq izi xx.xx.2002-ci ildə Qazax rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 sağ əlinin ovuc, sol əlinin isə şəhadət və adsız barmaqlarının əksləri ilə eynilik təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluq haqqında arayışdan (tələbnamədən) və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məhkəmənin 13.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər məhkəməsinin 13.08.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 194.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 194.1-ci maddəsi ilə 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1 -ci madddəsinə əsasən 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş və CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanmaqla ona 02 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011 )-42/2021 nömrəli, 13.04.2021 -ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli hökmü ilə və həmin məhkəmənin 13.04.2021-ci il tarixli hökmü ilə, eyni zamanda Sumqayıt şəhər Məhkəməsinin 13.08.2021-ci il tarixli hökmü ilə məhkum olunmasına səbəb olan cinayət əməllərini 2019-cu ilin noyabr, dekabr, 2020-ci ilin fevral, aprel, may, iyun və avqust aylarında aylarında törətdiyindən, hazırki cinayət işi üzrə isə cinayət əməllərini 2020-ci ilin yanvar, fevral, mart, aprel və avqust aylarında, yəni yetkinlik yaşına çatmayan şəxs halında törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilsə də hazırkı cinayətləri yetkinlik yaşına çatmayan şəxs halında törətdiyindən həmin hal resdiv kimi nəzərə alınmamalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 hazırki cinayət əməllərini törədən zaman yetkinlik yaşına çatmayan şəxs olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 1(060)-355/2021 nömrəli, 13.08.2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki təyin ediləcək cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməli, cəzasının əvvəli 24.01.2021-ci il tarixdən hesablanmalı və cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluq haqqında tələbnamə arayışdan və Sumqayırt şəhər məhkəməsinin 13.08.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Oruc oğlu əvvəllər məhkum olunmamışdır. Sumqayıt şəhər məhkəməsinin 13.08.2021-ci il tarixli hökmü Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Məhkəməsinin 13.08.2021-ci il tarixli hökmü ilə məhkum olunmasına səbəb olan cinayət əməllərini yetkinlik yaşına çatmayan dövrdə törətdiyindən, hazırki cinayət işi üzrə isə cinayət əməllərini 2020-ci ilin yanvar, fevral, mart, aprel və avqust aylarında, yəni yetkinlik yaşına çatmayan şəxs halında törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilsə də hazırkı cinayətləri yetkinlik yaşına çatmayan şəxs halında törətdiyindən həmin hal residiv kimi nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 hazırda yetkinlik yaşına çatmayan şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 1(060)-355/2021 nömrəli, 13.08.2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki təyin ediləcək cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməli, cəzasının əvvəli 24.01.2021-ci il tarixdən hesablanmalı və cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli tərbiyə müəssisələrində çəkməli, hazırki iş üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaldır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkarlara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri vəcəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Xırdalan şəhər Vəkil Bürosunun vəkilləri X6 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 600 manat və X8 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 600 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Xırdalan şəhərı Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada şikayət vermək hüququ izah olunmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Sumqayıt şəhər Məhkəməsinin 1(060)-355/2021 saylı, 13.08.2021-ci il tarixli hökmü ilə ona qəti təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 24.01.2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Sumqayıt şəhər Məhkəməsinin 1(060)-355/2021 saylı, 13.08.2021-ci il tarixli hökmü ilə ona qəti təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin əvvəli 16.06.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını CM-nin 85.5.1-ci maddəsinə əsasən ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi ilə bağlı şikayət vermək hüququ izah olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Xırdalan şəhər Vəkil Bürosunun vəkilləri X6 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 600 manat və X8 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 600 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Xırdalan şəhəri Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-22/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-22/2022
05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver