Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-22/2023 07.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü ildə Şamaxı rayonu Qonaqkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olamayan, Şamaxı rayonu Qonaqkənd kəndində qeydiyyatda olan və yaşayan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermək” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2022-ci il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 aprel 2020-ci il tarixdə, saat 22 radələrində Abşeron rayonu Daş Güzdək qəsəbəsinin ərazisində yerləşən daş karxanasında işləyən fəhlələrin yaşadıqları vaqon tipli otağa qapıdan qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, otaqda asılqandan asılmış Zərərçəkmiş şəxs4 8 manat dəyərində bir ədəd qara və kənarları göy rəngdə çantasını, içərisində olan bir ədəd 40 manat dəyərində gödəkçə, bir ədəd 20 manat dəyərində köynək, bir ədəd göy rəngli 25 manat dəyərində cins şalvar, bir cüt 50 manat dəyərində qış ayaqqabısı, 5 manat dəyərində bir ədəd hamam dəsmalı, bir dəsti 3 manat olan 6 manat dəyərində iki dəst oyun kartları və gödəkçəsinin cibində “Bakı” markalı siqaret qutusunun içərisində 89,5 manat pulunu, cəmi 243,5 manat dəyərində əmlakını, AZE-0******* nömrəli şəxsiyyət vəsiqəsini, sonuncunun oğlu Zərərçəkmiş şəxs1 AZE-******** nömrəli şəxsiyyət vəsiqəsiini, Zərərçəkmiş şəxs2 89.5 manat pulunu, otaqda asılmış Zərərçəkmiş şəxs2 10 manat dəyərində bir ədəd qara və kənarları göy rəngdə, üzərində “BABA OVAX” sözləri yazılmış idman çantasını içərisində olan bir ədəd 5 manat dəyərində qara rəngli, üzərində “England” sözləri yazılmış gödəkçəni, bir ədəd 5 manat dəyərində qara rəngli qış köynəyi, bir ədəd 4 manat dəyərində qara rəngli, “LTB” markalı cins şalvarı, bir ədəd 2 manat dəyərində qara rəngli köhnə şalvarı, 10 manat dəyərində bir cüt qara rəngli ayaqqabını, cəmi 125,5 manat dəyərində əmlakını və gödəkçəsinin cibindəki AZE-0******* nömrəli şəxsiyyət vəsiqəsi ilə birlikdə, otaqda asılmış Zərərçəkmiş şəxs1 10 manat dəyərində bir ədəd qırmızı rəngli çantasını içərisində olan bir ədəd 60 manat dəyərində qara rəngli pencək, bir ədəd 25 manat dəyərində qış köynək, bir ədəd göy rəngli 25 manat dəyərində cins şalvar və 20 manat dəyərində bir cüt ayaqqabı ilə birlikdə, cəmi 229,5 manat dəyərində əmlakını gizli olaraq ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 243.5 manat, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 125.5 manat, zərərçəkmiş Zərərçəkmiş şəxs1 isə ümumilikdə 229.5 manat məbləğində maddi ziyan vurmaqla oğurlamış, Zərərçəkmiş şəxs4 AZE-0******* nömrəli, Zərərçəkmiş şəxs1 AZE-******** nömrəli və Etimad Abbasovun AZE-0******* nömrəli şəxsiyyət vəsiqələrini talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 may 2021-ci il tarixdə, saat 05 radələrində Abşeron rayonu Daş Güzdək qəsəbəsi “Qoyunqıran” yatağın ərazisində yerləşən Zərərçəkmiş şəxs3 Hacıbala oğlunun 16 avqust 2019-cu il tarixli icarə müqaviləsi əsasında işlətdiyi Daş karxanasından bir metri 10 manat olan 70 metr uzunluğunda 700 manat dəyərində izolyasiyalı, üzərində markalama göstəriciləri olmayan, içərisində 3 ədəd 1 sm diametrli izolyasiyalı çoxsimli mis tərkibli ümumi diametrli 3 sm olan elektrik kabelini və bir metri 0.7 manat olan 35 manat dəyərində 50 metr uzunluqda 4 sm diamertli olan ağ rəngli üzərində markalanma göstəricisi olmayan qoruyucu sintetik borunu ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 735 manat məbləğində ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəsi ilə bir yerdə Abşeron rayonu Qobu qəsəbəsində yerləşən fərdi evdə kirayədə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. O, əvvəllər bir neçə dəfə oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuşdur. Sonuncu dəfə Bakı Ağır Cinayətlər məhkəməsinin 15 avqust 2013-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.3, 177.3.3-cü maddələri ilə 8 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2018-ci ildə azadlığa buraxılmışdır. O, Abşeron rayonu, Güzdək qəsəbəsinin ərazisində daş karxanasında fəhlə işləmişdir. Həmin daş karxanası bağlandığı üçün heç yerdə işləməmiş və maddi vəziyyəti ağır olmuşdur. 01 aprel 2020-ci il tarixdə, saat təxminən 13 radələrində Abşeron rayonu, Güzdək qəsəbəsinin ərazisində əvvəllər işlədiyi daş karxanasına gedib oradan öz iş paltarlarını götürmüşdür. İşlədiyi daş karxanasından bir qədər aralı da yerləşən daş karxanasının yaxınlığından keçəndə orada işləyən fəhlələrdən siqaret almaq üçün həmin karxanaya getmişdir. O, bir il əvvəl həmin karxanada fəhlə kimi işləmiş, lakin hazırda orada işləyən fəhlələri tanımamışdır. Həmin daş karxanasına gəlmiş və orada olan 3-4 nəfər fəhlələrin olduğunu görüb fəhlələrə yaxınlaşıb siqaret istəmişdir. Həmin fəhlələrdən biri ona siqaret vermək üçün yaxınlıqda olan vaqona getmiş və içəri girmişdir. O da həmin fəhlənin arxasınca gedib vaqonun içərisinə girmiş və görmüşdür ki, həmin fəhlə vaqonun içərisində yatmaq üçün nəzərdə tutulmuş yerin üst tərəfində asılmış qara, kənarları göy rəngli çantadan bir ədəd siqaret götürüb ona vermişdir. Həmin fəhlə ona siqareti verəndə o, siqaret qutusunun yanında pul olduğunu görmüşdür. O, siqareti həmin fəhlədən alandan sonra oradan bir qədər aralaşıb qaranlıq düşməsini gözləmişdir ki, qaranlıq olandan sonra gedib həmin vaqondan pulu oğurlasın. Həmin gün axşam saat 22 radələrində o, fəhlələrin çöldə işlədiklərini görüb, öz iş paltarlarını geyinərək vaqona tərəf getmiş və görmüşdür ki, vaqonun qapısı açıqdır. O, vaqona daxil oldub asılmış iki ədəd çantaları götürüb vaqondan çıxmışdır. Elə vaqonun yanında çantalardan birinin içərisinə baxıb görmüşdür ki, həmin çantanın içərisində ancaq fəhlələrin paltarları olmuşdur. Ona görə həmin çantanı içərisindəki paltarlar ilə birlikdə elə vaqonun yanında atmışdır. Digər çantanı isə götürüb oradan bir qədər uzaqlaşmış və çantnın içərisinə baxmışdır. Qara rəngli, kənarları göy rəngli, qabaq tərəfi şəkilli əl çantasının içərisində olan “Bakı” markalı siqaret qutusunun içərisindəki 325 manat pulu görüb götürmüşdür. Həmin çantada olan paltarları və iki bağlamada oyun kartlarını da götürməyib çanta ilə birlikdə yerə atmışdır. O, həmin çantanı da orada yerə atıb oradan getmiş və bir qədər aralıqda öz köhnə iş paltarlarını çıxarıb orada atmış, öz təmiz paltarlarını geyinib oradan getmişdir. Oğurladığı 325 manat pulu da öz şəxsi ehtiyyaclarına və evinin kirayə pulunu 30 manatı ev sahibinə vermişdir. 06 aprel 2020-ci il tarixdə saat 15 radələrində yaşadığı evdə olarkən Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları yaşadığı evə gələrək onu polis bölməsinə dəvət etmişlər. Bölmədə ondan həmin daş karxanasından oğurluq etməsini soruşmuşlar, o, da polis əməkdaşlarına həmin karxanadan oğurluq etdiyini etiraf edərək çantanı atdığı yeri polis əməkdaşlarına göstərmiş və polis əməkdaşları çantanı içərisində olan paltarlarla birlikdə götürmüşlər. Bundan başqa, Abşeron rayonu Qobu qəsəbəsində kirayədə qaldığına və maddi vəziyyəti yaxşı olmadığına görə yaşadığı Şamaxı rayonu, Qonaqkənd kəndinə köçmüş, orada özü də fəhləliklə məşğul olmuşdur. 2021-ci ilin aprel ayının sonunda may ayının ilk günlərinədək təxminən 10-15 gün Abşeron rayonu, Daş Güzdək qəsəbəsi, “Quzuqıran” yatağın ərazisində yerləşən Zərərçəkmiş şəxs3 Hacıbala oğlunun işlətdiyi daş karxanasında fəhlə işləmişdir. 12 may 2021-ci il tarixdə, saat 05 radələrində həmin ərazidə olan daş karxanalarına iş axtarmağa getmişdir. Əvvəllər işlədiyi Zərərçəkmiş şəxs3 daş karxanasının yanından keçəndə ətrafda heç kimin olmadığını görüb, karxanada daş kəsən kombayna gedən elektrik kabelini oğurlamaq qərarına gəlmişdir. Ona görə elektrik kabelini şəbəkədən və kombayndan ayırıb təxminən 60-70 metr uzunluqda kabeli və qoruyucu boru ilə birlikdə dartaraq həmin karxanadan uzaqlarıb oradan təxminən 200-300 metr aralıda çökəkilik bir yerə gətirmiş və özündə olan alışqanla kabeli yandırmışdır ki, içərisində olan mis məftilləri aparıb satsın. O, kabeli artıq yandırmış və məftilləri dartıb oradan uşaqlaşıran zaman yoldan keçən bir “Niva” markalı avtomobilin sürücüsü onu görmüş və ona tərəf uca səslə kabeli hara apardığını soruşanda o, məftilləri atıb oradan uzaqlaşmaq üçün qaçmağa başlamışdır. Görmüşdür ki, həmin sürücü də avtomobildən düşüb ona tərəf gəlmişdir. O, oradan qaçmışdır ki, lakin digər tərəfdən həmin sürücü gəlib onu tutub saxlamış və İntiqamın daş karxanasına aparmış, oğurladığı kabelin məftillərini də ora gətirdmişdir. Həmin şəxs sonradan adını bildiyi Mübariz adlı şəxs İntiqama zəng edərək daş karxanasına gəlməsini və onun kabelin oğurlanıb-oğurlanmamasını dəqiqləşdirməsini, onun haqqında da İntiqama məlumat vermişdir. Aradan bir qədər sonra İntiqam ora gəlmiş, karxanasına baxıb kabelin qoruyucu boru ilə oğurlandığını aşkar etmişdir. O da İntiqama həmin kabeli ehtiyacı olduğuna görə oğurladığını bildirmişdir. Bundan sonra İntiqam onu avtomobilinə mindirib polisə aparmağını deyərək oradan yola düşmüşlər. O, İntiqama onu polisə aparmamasını, polisdə barəsində iş olduğunu desə də, İntiqam onu polisə aparacağını bildirmişdir. Yolda avtomobil hərəkətdə ola-ola o, avtomobilin qapısını açıb özünü avtomobildən yerə atmış və qaçmağa başlamışdır. İntiqam da avtomobili ilə onu təqib etmiş, bundan sonra o, hündür bir təpədən çökəklik yerə tullanmış və həmin vaxt sol ayağında güclü ağrı hiss etmişdir. Bundan sonra artıq ağrıdan qaça bilməmiş və İntiqam gəlib onu tutub saxlamış və yenidən avtomobilə mindirib polisə aparacağını demişdir. Bundan sonra yolda PPX avtomobili ilə rastlaşmışlar və polis əməkdaşlarına da bu barədə məlumat verərək onu Abşeron rayon polis idarəsinin X11 təhvil vermişlər.Sonra məlum olmuşdur ki, qaçan zaman təpədən çökəkliyə tullananda sol ayağı sınmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə bir yerdə Neftçala rayonu, Qədimkənd kəndində yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, o, oğlu Zərərçəkmiş şəxs1, qardaşı Zərərçəkmiş şəxs5 və qonşu X4 ilə birlikdə 28 mart 2020-ci il tarixdən başlayaraq Abşeron rayonu, Daş Güzdək adlanan ərazidə yerləşən Qorxmaz adlı şəxsin daş karxanasında fəhlə işləməyə başlamışlar və elə həmin karxanada olan vaqon tipli otaqda qalmışlar. 01 aprel 2020-ci il tarixdə saat təxminən 13 radələrində daş karxanasında qaldıqları vaqonun içərisində uzanıb dincəlmişlər. Bu zaman əvvəllər tanımadığı, sonradan adının Hidayət olduğu bir nəfər şəxs daş karxanasına gələrək, işlədikləri karxanada usta işləyən Habili soruşmuşdur. Onlar həmin şəxsə demişlər ki, “Habil burada yoxdur”. Bundan sonra həmin şəxs onlardan siqaret istəmiş və Etimad da cibindən bir ədəd siqaret çıxardıb Hidayət adlı çəxsə vermiş, Hidayət də oradan çıxıb getmişdir. Bundan sonra onlar işlərinə davam etmişlər. Onlar həmin şəxsi əvvəllər tanımımamışlar. Gecə saat təxminən 22 radələrində onlar vaqondan çıxıb daş kəsilən yerə gedib orada işləməyə başlamışlar. Vaqonun da qapısını örtmüşlər, lakin qapı açarla bağlanmamışdır. 02 aprel 2020-ci il tarixdə saat təxminən 01:30 radələrində işıqları sönmüş və onlar vaqona gedib görmüşlər ki, vaqondakı içərisində paltarları və sənədləri olan çantaları yoxdur. Onlar ətrafa baxmışlar, lakin heç kimi görməmişlər. Ona görə 02 aprel 2020-ci il tarixdə Abşeron rayon polis idarəsinin X11 ərizə ilə müraciət etmişlər. Polis əməkdaşı ilə əraziyə baxış keçirilən zaman bir ədəd gödəkçə, bir ədəd şalvar, bir ədəd köynək, bir cüt ayaqqabı və bir cüt corablar aşkar edilmişdir. Sonra məlum olmuşdur ki, həmin paltarlar Hidayət adlı şəxsin olmuşdur. Qaldıqları vaqondan onun 8 manat dəyərində bir ədəd qara və kənarları göy rəngdə, üzərində şəkil olan çantası, içərisində bir ədəd 40 manat dəyərində gödəkçəsi, bir ədəd 20 manat dəyərində köynəyi, bir ədəd göy rəngli 25 manat dəyərində cins şalvarı, bir cüt 50 manat dəyərində qış ayaqqabıları, 5 manat dəyərində bir ədəd hamam dəsmalı, bir dəsti 3 manat olan iki dəst oyun kartları və gödəkçənin cibində ona və oğlu Zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət vəsiqələri oğurlanmışdır. Bundan başqa həmin çantanın cibində olan “Bakı” markalı siqaret qutusunun içərisindəki ona oğlu Fəqana, qardaşı Yusif və qonşusu Etimada məxsus cəmi 358 manat pul da oğurlanmışdır. Həmin puldan 89,5 manat onun olmuşdur. Onlar X11 şikayət edəndən sonra məlum olmuşdur ki, oğurluğu elə Hidayət etmişdir. Oğurluq nəticəsində onun 154 manat dəyərində əşyaları və 89.5 manat pulu oğurlanmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə bir yerdə Neftçala rayonu, Qədimkənd kəndində yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, o, atası Zərərçəkmiş şəxs4, əmisi Zərərçəkmiş şəxs5 Ağasəf oğlu, tanışları Zərərçəkmiş şəxs2 ilə birlikdə 28 mart 2020-ci il tarixdən başlayaraq Abşeron rayonu, Daş Güzdək adlanan ərazidə yerləşən Qorxmaz adlı şəxsin daş karxanasında fəhlə işləməyə başlamışlar və elə həmin karxanada olan vaqon tipli otaqda qalmışlar. 01 aprel 2020-ci il tarixdə saat təxminən 13 radələrində daş karxanasında qaldıqları vaqonun içərisində uzanıb dincələn zaman əvvəllər tanımadıqları, sonradan adının bildikləri Hidayət adlı şəxs daş karxanasına gələrək, işlədikləri karxanada usta işləyən Habili soruşmuşlar. Onla həmin şəxsə demişlər ki, “Habil burada yoxdur”. Bundan sonra həmin şəxs onlardan siqaret istəmiş, Etimad da cibindən bir ədəd siqaret çıxardıb Hidayətə vermiş və Hidayət oradan çıxıb getmişdir. Bundan sonra onlar işlərinə davam etmişlər. Onlar həmin şəxs olan Hidayəti əvvəllər tanımammışlar. Həmin gün saat təxminən 22 radələrində onlar vaqondan çıxıb daş kəsilən yerə gedib orada işləməyə başlamışlar. Vaqonun da qapısını örtmüşlar, lakin qapı açarla bağlanmamışdır. 02 aprel 2020-ci il tarixdə, saat təxminən 01:30 radələrində işıqları sönmüş və onlar vaqona gedib görmüşlər ki, vaqondakı içərisində paltarları və sənədləri olan çantaları yoxdur. Onlar ətrafa baxmışlar, lakin heç kimi görməmişlər. Ona görə 02 aprel 2020-ci il tarixdə X11 ərizə ilə müraciət etmişlər. Polis əməkdaşı ilə əraziyə baxış keçirilən zaman bir ədəd gödəkçə, bir ədəd şalvar, bir ədəd köynək, bir cüt ayaqqabı və bir cüt corablar aşkar edilmişdir. Sonra məlum olmuşdur ki, həmin paltarlar Hidayət adlı şəxsin olmuşdur. Qaldıqları vaqondan onun 10 manat dəyərində bir ədəd qırmızı rəngli çantası, içərisində bir ədəd 60 manat dəyərində qara rəngli pencəyi, bir ədəd 25 manat dəyərində qış köynəyi, bir ədəd göy rəngli 25 manat dəyərində cins şalvarı, bir cüt 20 manat dəyərində ayaqqabısı və atasının çantasından ona məxsus şəxsiyyət vəsiqəsi oğurlanmışdır. Bundan başqa Zərərçəkmiş şəxs4 çantasının cibində olan “Bakı” markalı siqaret qutusunun içərisindəki ona, atası Şahinə, əmisi Yusifə və tanışları Etimada məxsus cəmi 358 manat pul da oğurlanmışdır. Həmin puldan 89,5 manat onunolmuşdur. Onlar X11 şikayət edəndən sonra məlum olmuşdur ki, oğurluğu elə Hidayət etmişdir. Oğurluq nəticəsində onun 140 manat dəyərində əşyaları və 89.5 manat pulu oğurlanmışdır. Qobu polis bölməsində araşdırma zamanı Hidayət adlı şəxs Etimadın çantasını paltarları ilə birlikdə və onun ancaq ayaqqabısını da təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Salyan rayonu, Stansiya qəsəbəsində yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, o, tanışları Zərərçəkmiş şəxs4 Ağasəf oğlu, Şahinin oğlu Zərərçəkmiş şəxs1, qardaşı Zərərçəkmiş şəxs5 Ağasəf oğlu ilə birlikdə 28 mart 2020-ci il tarixdən başlayaraq Abşeron rayonu, Daş Güzdək adlanan ərazidə yerləşən Qorxmaz adlı şəxsin daş karxanasında fəhlə işləməyə başlamışlar və elə həmin karxanada olan vaqon tipli otaqda qalmışlar. 01 aprel 2020-ci il tarixdə saat təxminən 13 radələrində daş karxanasında qaldıqları vaqonun içərisində uzanıb dincələn zaman əvvəllər tanımadıqları sonradan adının bildikləri Hidayət adlı şəxs daş karxanasına gələrək, işlədikləri karxanada usta işləyən Habili soruşmuşdur. Onlar həmin şəxsə demişlər ki, “Habil burada yoxdur”. Bundan sonra həmin şəxs onlardan siqaret istəmiş, o da cibindən bir ədəd siqaret çıxardıb Hidayət adlı şəxsə vermiş və Hidayət çıxıb oradan getmişdir. Ondan sonra onlar işlərinə davam etmişlər. Onlar həmin şəxs olan Hidayəti əvvəllər tanımamışlar. Həmin gün saat 22 radələrində onlar vaqondan çıxıb daş kəsilən yerə gedib orada işləməyə başlamışlar. Vaqonun da qapısını örtmüşlər, lakin qapı açarla bağlanmamışdır. 02 aprel 2020-ci il tarixdə saat təxminən 01:30 radələrində işıqları sönmüş və onlar vaqona gedib görmüşlər ki, vaqonda içərisində paltarları və sənədləri olan çantaları yoxdur. Onlar ətrafa baxmışlar, lakin heç kimi görməmişlər. Ona görə 02 aprel 2020-ci il tarixdə Qobu polis pölməsinə ərizə ilə müraciət etmişlər. Polis əməkdaşı ilə əraziyə baxış keçirilən zaman bir ədəd gödəkçə, bir ədəd şalvar, bir ədəd köynək, bir cüt ayaqqabı və bir cüt corablar aşkar edilmişdir. Sonra məlum olmuşdur ki, həmin paltarlar Hidayət adlı şəxsin olmuşdur. Qaldıqları vaqondan onun 7 manat dəyərində bir ədəd qara və kənarları göy rəngdə, üzərində şəkil olan çantam, içərisində bir ədəd 30 manat dəyərində gödəkçəsi, bir ədəd 15 manat dəyərində qış köynəyi, bir ədəd qara rəngli 15 manat dəyərində cins şalvarı, bir ədəd isə 5 manat dəyərində qara rəngli köhnə şalvarı, bir cüt 20 manat dəyərində ayaqqabısı və gödəkçənin cibində ona məxsus AZE-0******* nömrəli şəxsiyyət vəsiqəsi oğurlanmışdır. Bundan başqa Zərərçəkmiş şəxs4 çantasının cibində olan “Bakı” markalı siqaret qutusunun içərisindəki ona, Şahinə, oğlu Fəqana, qardaşı Yusifə məxsus cəmi 358 manat pul da oğurlanmışdır. Həmin puldan 89,5 manat onun olmuşdur. Onlar X11 şikayət edəndən sonra məlum olçmuşdur ki, oğurluğu elə Hidayət etmişdir. Oğurluq nəticəsində onun 92 manat dəyərində əşyaları və 89.5 manat pulu oğurlanmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, Neftçala rayonu Boyat kəndində yerləşən fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Abşeron rayonu, Daş Giizdək qəsəbəsində yerləşən daş karxanalarından birində fəhlə işləyir və işlədiyi müddət ərzində karxanada olan vaqonda qalırmışlar. Onunla həmin karxanada qardaşı Zərərçəkmiş şəxs4, qardaşının oğlu Zərərçəkmiş şəxs1 və tanışı X6 da fəhlə kimi işləyirlər. 01 aprel 2020-ci il tarixdə onlar karxanada müəyyən işləri gördükdən sonra saat 23 radələrində qaldıqları vaqona getmişlər, həmin vaxt işıq söndüyündən onlar heç nə hiss etməmişlər, lakin bir neçə saat sonra işıq yandıqda vaqonda olan onlara məxsus paltarların, içərisində 358 manat pul olan əl çantanın və sənədlərinin yerində olmadığını aşkar etmişlər. Onlar vaqonu və ətrafı axtarsalar da heç nə tapa bilməmişlər. Bundan sonra onlar bu barədə polisə şikayət etmək qərarına gəlmişlər.Qeyd etmişdir ki, baş vermiş oğurluq nəticəsində onun 89 manat 50 qəpik pulu oğurlanmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu Daş Güzdək qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi döngə 3, ev 6-da yaşayır. O, Abşeron rayonu, Daş Güzdək qəsəbəsi, “Quzuqıran” yatağında yerləşən daş karxanasını icarə müqaviləsi əsasında işlətmişdir. 12 may 2021-ci il tarixdə saat 05:30 radələrində yaşadığı evdə olarkən onun iş yerinin yaxınlığında daş sexi işlədən Mübariz adlı şəxs ona zəng edərək kabel oğurlayan bir nəfər şəxsi saxladığını bildirmişdir. O da həmin şəxsin oğurladığı kabelin ona məxsus olub-olmadığını dəqiqələşdirmək üçün həmin yerə işlədiyi karxanaya getmiş və baxıb görmüşdür ki, karxanada daş kəsən kombayna birləşən 70 metr uzunluqda 35 mm-lik elekterik kabeli, əlavə 50 metr uzunluqda qoruyucu boru ilə oğurlanmışdır. Həmin vaxt İntiqam orada olmuş və yanında Hüdayət Alıyev adlı şəxs də olmuşdur. Təqsirləndirilən şəxs adlı şəxs 2021-ci ilin aprel ayının sonunda təxminən 10-12 gün onun işlətdiyi daş karxanasında işləmiş və Hidayətin pulunu da tam vermişdir. Ona görə Hidayəti tanımışdır. İntiqam demişdir ki, “səhər tezdən karxanaya gələndə yoldan bir qədər kənarda nəyinsə yandığını görmüş və həmin yerə yaxınlaşanda Hidayətin yanmış elektrik kabelini əli ilə dartaraq apardığını görüb və Hidayəti tutub saxlamışdır”.O, baxmışdır ki, karxanasından oğurlanmış elektrik kabeli yandırılmış, mis məftillər qalmışdır. Hidayətdən nəyə görə karxanadan kabeli oğurladığını soruşanda, Hidayət kabeli oğurladığını etiraf etmişdir. Ona görə də Təqsirləndirilən şəxs X11 aparmaq üçün idarə etdiyi avtomobilə oturdub X11 aparmış, yolda qəfildən avtomobilin qapısını açıb avtomobildən tullanaraq qaçmağa başlamışdır. Ondan sonra o, Hidayətin arxasınca avtomobillə gedərək Hidayəti tutmaq istəmiş, lakin Hidayət avtomobil hərəkəti məhdud olan ərazi ilə qaçmışdır. O, avtomobili saxlayıb, ətrafda olan tanımadığı şəxsləri də köməyə çağırıb bir qədər aralıda Hidayəti tutub saxlamış və yenidən avtomobilə mindirib X11 aparanda yolda rastlaşdığı Polis əməkdaşlarına müraciət edərək polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs X11 aparmışlar və polis Bölməsinə təhvil vermişlər. Hidayətin oğurladığı kabelin də yanmış naqillərini də həmin yerdən götürüb X11 təhvil vermişdir. Bildirmişdir ki, oğurlanmış kabelin bir metrinin dəyəri 15 manatdır, qoruyucu borunun bir metri isə 3 manat olmaqla oğurluq nəticəsində ona ümumilikdə 1200 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayon Polis İdarəsinin Qobu PB-nin Cinayət Axtarışı üzrə əməliyyat müvəkili vəzifəsində işləyir, polis baş leytenantıdır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs 01 aprel 2020-ci il tarixdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən Daş karxanasında işləyən fəhlələrin yaşadıqları otağa qanunsuz olaraq daxil olub, oradan Zərərçəkmiş şəxs4 120 manat dəyərində geyim əşyalarını, 89.5 manat pulunu və şəxsiyyət vəsiqəsini, Zərərçəkmiş şəxs1 150 manat geyim əşuyalarını, 89.5 manat pulunu və şəxsiyyət vəsiqəsini, X2 80 manat dəyərində geyim əşyalarını, 89.5 manat pulunu və şəxsiyyət vəsiqəsini ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 maddi ziyan vurması ilə bağlı haqqında Abşeron RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.3 və 326.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə istintaq orqanından yayındığı üçün barəsində axtarış elan olunmuşdur. Təqsirləndirilən şəxs tutulması istiqamətində tərəfindən əməliyyataxtarış tədbirləri həyata keçirilmişdir. 12 may 2021-ci il tarixdə saat 05 radələrindən işdə xidmətdə olduğu zaman DİN-nin X12 Alayının 12-ci post patrul bölüyünün polis nəfəri vəzifəsində işləyən X10 onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək bildirmişdir ki, “yolda bir nəfər vətəndaş bildiri ki, Abşeron rayonu, Daş Güzdək qəsəbəsində yerləşən daş karxanasından kabel oğurlanıb və həmin oğurlanan kabeli yandıran şəxsi gördükdə həmin şəxs qaçmağa başlamış, o, da həmin şəxsin arxasınca qaçır və həmin şəxsin saxlanılmasından ötrü kömək istəyir”. O, dərhal Abşeron rayonu, Daş Güzdək qəsəbəsində yerləşən daş karxanası istiqamətinə gedib polis əməkdaşları ilə görüşmüş və bir yerdə həmin qaçan şəxsi saxlayıb Abşeron RPİ-nin Qobu PB-nin Növbətçi Hissəsinə gətirib təhvil vermişlər. Bölmədə məlum olmuşdur ki, Abşeron rayonu, Daş Gtizdək qəsəbəsində yerləşən daş karxanasından kabel oğurlayan şəxs haqqında Abşeron RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.3 və 326.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə istinntaq orqanından yayındığı üçün barəsində axtarış elan olunmuş Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, “12 may 2021-ci il tarixdə saat 05 radələrində Abşeron rayonu, Daş Güzdək qəsəbəsində yerləşən daş karxanasından 700 metr uzunluğunda elektik kabeli və 50 metr uzunluğunda qoruyucu borunu o oğurlamışdır”. Bundan başqa Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, “01 aprel 2020-ci il tarixdə Güzdək qəsəbəsində yerləşən Daş karxanasında işləyən fəhlələrin yaşadıqları otağa qanunsuz olaraq daxil olub, oradan Zərərçəkmiş şəxs4 120 manat dəyərində geyim əşyalarını, 89.5 manat pulunu və şəxsiyyət vəsiqəsini, Zərərçəkmiş şəxs1 150 manat geyim əşuyalarını, 89.5 manat pulunu və şəxsiyyət vəsiqəsini, X2 80 manat dəyərində geyim əşyalarını, 89.5 manat pulunu və şəxsiyyət vəsiqəsini oğurlamışdır”. Bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs axsamasını görmüşlər. Onlar Təqsirləndirilən şəxs axsamasının səbəbimi oruşduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, “qaçan zaman öz ehtiyyatsızlığından yıxılaraq xəsarət almışdır”. Bununla bağlı bölmədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və onlar həmin protokola imza atmışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, DİN-nin X12 Alayının 12-ci post patrul bölüyünün polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. Bildirmişdir ki, 12 may 2021-ci il tarixdə saat 05 radələrində iş yoldaşları DİN-nin X12 Alayının 12-ci post patrul bölüyünün polis nəfərləri polis serjantları Şahid3 və Şahid4 ilə 9689 saylı avtopatrul maşını ilə 12 may 2021-ci il tarixdə, saat 05 radələrində Abşeron rayonu, Daş Güzdək qəsəbəsi ərazisində xidmət aparmışlar. Həmin vaxt 1 nəfər tanımadıqları və sonradan adının Zərərçəkmiş şəxs3 Hacıbala oğlu kimi bildikləri şəxs onları saxlatdıraraq bildirmişdir ki, “Abşeron rayonu, Daş Güzdək qəsəbəsində yerləşən daş karxanasından kabel oğurlanıb və həmin oğurlanan kabeli yandıran şəxsi gördükdə həmin şəxs qaçmağa başlamış, o da həmin şəxsin arxasınca qaçır və həmin şəxsin saxlanılmasından ötrü kömək istəyir”.Onlar dərhal Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 telefon vasitəsi ilə zəng edərək köməyə çağırmışlar. Şahid1 köməkliyi ilə həmin həmin şəxsi saxlayıb Abşeron RPİnin Qobu PB-nin Növbətçi Hissəsinə gətirib raportla təhvil vermişlər. Bölmədə məlum olmuşdur ki, Abşeron rayonu, Daş Güzdək qəsəbəsində yerləşən daş karxanasından kabel oğurlayan şəxs haqqında Abşeron RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.3 və 326.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə istintaq orqanından yayındığı üçün barəsində axtarış elan olunmuş Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, “12 may 2021-ci il tarixdə saat 05 radələrində Abşeron rayonu, Daş Güzdək qəsəbəsində yerləşən daş karxanasından 700 metr uzunluğunda elektik kabeli və 50 metr uzunluğunda qoruyucu borunu o oğurlamışdır”. Bundan başqa Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, “01 aprel 2020-ci il tarixdə Güzdək qəsəbəsində yerləşən Daş karxanasında işləyən fəhlələrin yaşadıqları otağa qanunsuz olaraq daxil olub, oradan Zərərçəkmiş şəxs4 120 manat dəyərində geyim əşyalarını, 89.5 manat pulunu və şəxsiyyət vəsiqəsini, Zərərçəkmiş şəxs1 150 manat geyim əşuyalarını, 89.5 manat pulunu və şəxsiyyət vəsiqəsini, X2 80 manat dəyərində geyim əşyalarını, 89.5 manat pulunu və şəxsiyyət vəsiqəsini oğurlamışdır”. Bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs axsadığını görüb, Təqsirləndirilən şəxs axsamasının səbəbini oruşduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, “qaçan zaman öz ehtiyyatsızlığından yıxılaraq xəsarət almışdır”. Bununla bağlı bölmədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və onlar həmin protokola imza atmışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş və ibtidai istintaqda şahid qismində tanınmış DİN-nin X12 Alayının 12-ci post patrul bölüyünün polis nəfərləri Şahid3 və Şahid4 şahid Mayis Rzayevin ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Yuxarı Güzdək qəsəbəsində yerləşən fərdi evdə yaşayır. Abşeron rayonu, Daş Güzdək qəsəbəsinin ərazisində yerləşən “Quzuqıran” yatağında yerləşən daş karxanasında daş kəsən kombaynda işləyir.Onun işlədiyi daş karxanasının yanında Zərərçəkmiş şəxs3 işlətdiyi daş karxanası yerləşir. 12 may 2021-ci il tarixdə, saat 05 radələrində idarə etdiyi “Niva” markalı avtomobillə daş karxanasına işə gedəndə karxanadan təxminən 150-200 metr aralıda yoldan təxminən 50 metr aralıda nəyinsə yandığını görüb avtomobili saxlayıb avtomobildən düşüb həmin yerə tərəf gedəndə görmüşdür ki, bir nəfər şəxs yanmış məftilləri əli ilə dartaraq aparır. O, bunu görən kimi həmin şəxsə nə etdiyini və naqilləri hara apardığını deyəndə, həmin şəxs naqilləri ataraq oradan qaçmağa başlamışdır. O, həmin yanmış naqilləri oradan bir qədər karxanaya yaxma gətirib həmin şəxsin qaçdığı istiqamətə avtomobillə getmiş, sonra avtomobili saxlayıb piyada düşərək həmin şəxsin qaçdığı istiqamətə gedəndə həmin şəxsin onu görüb gizlənmiş, o, həmin şəxsə tərəf qaçaraq həmin şəxsi tutub karxayana gətirmişdir. Orada məlum olmuşdur ki, həmin şəxs işlədiyi karxananın yanında yerləşən İntiqam adlı şəxsin karxanasında bir neçə gün fəhlə işləmişdir. O, İntiqama bu barədə məlumat vermiş və İntiqam da gələndən sonra karxanasına baxıb məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs adlı şəxsdir və İntiqamın karxanasından kabelləri və qoruyucu borunu oğurlayıb yandırmışdır. Təqsirləndirilən şəxs özü də oğurluğu etməkdən peşiman olduğunu bildirmiş və İntiqam Hidayəti avtomobilinə mindirib X11 aparmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 may 2020-ci il tarixli, 9/774 saylı rəyində göstərilmişdir ki, 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti tədqiqata təqdim edilmiş bir ədəd qara rəngli kənarları göy rəndə üzərində “Baba Ovax” sözləri yazılmış idman çantası 10 manat, bir ədəd qara rəngli üzərində “England” sözləri yazılmış gödəkçə 5 manat, bir ədəd qara rəngli qış köynəynək 5 manat, bir ədəd qara rəngli “LTB” markalı cins şalvar 4 manat, bir ədəd qara rəngli köhnə şalvar 2 manat, bir cüt qara rəngli ayaqqabı 5 manat müəyyən olunur. Ekspertiza tədqiqatına təqdim edilmiş geyim əşyalarının istifadə olunması nəzərə alınmaqla, təyinatı üzrə istifadəyə yaralı vəziyyətdə 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 36,00 manat müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 iyun 2021-ci il tarixli, 9/3483 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş diametri 4 sm olan ağ rəngli üzərində markalanma göstəriciləri olmayan sintetik borunun 50 metri 2021-ci ilin may ayına olan orta bazar qiyməti 35,00 (50metr x 0.70 manat) manat, izolyasiyalı, üzərində markalanma göstəriciləri olmayan, ümumi diametri 3sm olan naqilin içərisində 3 ədəd diametri 1 sm, izolyasiyalı, çoxsimli, mis tərkibli naqillər və 1 ədəd diametri 0,50 sm, izolyasiyalı çoxsimli, mis tərkibli naqil olan izolyasiyalı elektrik naqilinin 70 metri 2021-ci ilin may ayına olan orta bazar qiyməti 700 (70metr x 10 manat) manat müəyyən olunur. Ekspertiza tədqiqatına nümunə qismində təqdim edilmiş malların istifadə olunması nəzərə alınaraq 2021-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 735 manat müəyyən olunur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin 29 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.3.3, 177.3.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 67.1, 68.2-ci maddələrinə əsasən 8 il müddətinə azadlıqdan məhrum etmə və 585 manat cərimə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29, 177.3.3, 177.3.3-cü maddələrindən həmin məcəllənin 29, 177.2.3-2, 177.2.2, 177.2.3-2 maddələrinə tövsif edilərək cəzası 5 il müddətinə azaldılmış və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd qara rəngli kənarları göy rəndə üzərində “Baba Ovax” sözləri yazılmış idman çantası, bir ədəd qara rəngli üzərində “England” sözləri yazılmış gödəkçə, bir ədəd qara rəngli qış köynəyi, bir ədəd qara rəngli “LTB” markalı cins şalvar, bir ədəd qara rəngli köhnə şalvar və bir cüt qara rəngli ayaqqabı saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs2, 75 metr ölçüdə 35 mm diametr ölçüdə yanmış mis tərkibli elektrik naqili sahibi Zərərçəkmiş şəxs3 Hacıbala oğluna təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermək” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, dərhal məhkəmə iclas zalında həbs edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə məhkəməyə ərizə təqdim edərək, “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Qərarının Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə münasibətdə tətbiq olunmasını, həmin Amnistiya Qərarına əsasən haqqındakı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasından azad edilməsi və məhkumluğunun götürülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində sözügedən Amnistiya Qərarının tətbiq olunması ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, həmin Qərarın müvafiq müddəalarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin edilmiş 585 manat cərimə cəzasından azad edilməli və məhkumluq götürülməlidir. Belə ki, 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının müstəqillik günü münasibəti ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2016-cı il tarixli Qərar qəbul etmişdir. Bu Qərarın 1-ci hissəsində göstərilən şəxslərdən başqa, əsas cəza kimi iki min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və ya bu qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi iki min manatdan artıq olmayan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş məhkumlar cəzalardan azad edilsinlər (bu Qərarın 6-cı hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla): Bu Qərarın 1.8-ci bəndinə əsasən əsas cəza kimi iki min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və ya bu qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi iki min manatdan artıq olmayan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər cəzadan azad edilsinlər. Həmin Qərarın 15-ci bəndinə əsasən, Qərarın 1.1 və 2-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində amnistiya cəzaçəkmə müəssisələri, 1.2, 1.3 və 4.1-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində intizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığı, 1.4-1.7 və 4.2-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində icra məmurları tərəfindən tətbiq edilir. Qərarın 1.8, 3, 4.3-4.5-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində isə amnistiyanın tətbiq edilməsi məsələsinə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, amnistiya aktının dərc olunduğu gündən qanuni qüvvəyə minməsi, aktın barəsində tətbiq ediləcək şəxslərin hüquqi statusunun həmin gündən dəyişməsini nəzərdə tutmur. Amnistiya aktının dərc edildiyi gündən qanuni qüvvəyə minməsi barəsində tətbiq edilən şəxslərin dairəsinin müəyyən edilməsi və aktın tətbiq edilməsi üçün nəzərdə tutulmuş müddətin axımının başlanması üçün zəruri olan zamanı ifadə edir. Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkum edilmiş şəxs amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə, məhkumluğun ödənilməsi müddəti amnistiyanın həmin şəxs barəsində tətbiq edildiyi, yəni müvafiq səlahiyyətli orqan tərəfindən konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərar qəbul edildiyi gündən hesablanmalıdır. Göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs məlum məhkəmə hökmü ilə təyin olunmuş cəzadan “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Qərarının 1.8-ci bəndinin təsiri altına düşdüyündən Təqsirləndirilən şəxs ərizəsi təmin edilməli, cərimə cəzasından azad edilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin CM-nın 177.2.2, 177.2.3, 326.2-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. «İnsan Hüquqlarının və X5 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü Rüfət Alıyev adlı 1 yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.3.3, 177.3.3-cü maddələri ilə təqsirli bilinərək, məhkum edilərkən həmin maddə ağır cinayət kateqoriyasına aid edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29, 177.3.3, 177.3.3-cü maddələrindən həmin məcəllənin 29, 177.2.3-2, 177.2.2, 177.2.3-2 maddələrinə tövsif edilmiş, bununla da Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən həmin maddə az ağır cinayətlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Ona görə məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs az ağır cinayət hesab olunan əmələ görə azadlıqdan məhrum etmə növündə çəkdiyi cəzanı çəkib qurtardığı gündən iki il keçdiyindən o, məhkumluğu olmayan şəxs hesab olunur, əməlində cinayətlərin residivi yaranmır. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 326.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 08 aprel 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Abşeron rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməsindən imtina olunduğundan onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində 01 iyun 2020-ci il tarixdə axtarış elan edilərək icraat dayandırılmışdır. İş üzrə Təqsirləndirilən şəxs 12 may 2021-ci il tarixdə tutularaq Abşeron RPİ-nin MSYyə təhvil verildiyindən həmin tarixdə cinayət işinin icraatı təzələnmişdir. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi 14 may 2021-ci il tarixdə hazırkı cinayət işinə birləşdirilərək, həmin tarixdə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 326.2-ci maddəsindən həmin məcəllənin 177.2.2, 177.2.3 və 326.2-ci maddələrinə tövsif edilərək, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir. İş üzrə 14 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2. 177.2.3. 326.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilərək, həmin tarixdə icraat dayandırılmışdır. İş üzrə Təqsirləndirilən şəxs 14 mart 2022-ci il tarixdə könüllü olaraq istintaqa gəldiyindən həmin tarixdə icraat təzələnmiş, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 326.2-ci maddələrində nəzərdə tutulmuş yenidən ittiham elan edilərək, barəsində seçilmiş “polisin nəzarəti altına vermək” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək, 12 may 2021-ci il tarixdən 14 may 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldıgı 04 gün ona təyin edilmiş azadlıgdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd qara rəngli kənarları göy rəndə üzərində “Baba Ovax” sözləri yazılmış idman çantası, bir ədəd qara rəngli üzərində “England” sözləri yazılmış gödəkçə, bir ədəd qara rəngli qış köynəyi, bir ədəd qara rəngli “LTB” markalı cins şalvar, bir ədəd qara rəngli köhnə şalvar və bir cüt qara rəngli ayaqqabı saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs2, 75 metr ölçüdə 35 mm diametr ölçüdə yanmış mis tərkibli elektrik naqili və diametri 4 sm olan ağ rəngli üzərində markalanma göstəriciləri olmayan 50 metr sintetik borunun sahibi Zərərçəkmiş şəxs3 Hacıbala oğluna təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə 100 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.3-2, 177.2.2, 177.2.3-2 maddələri ilə təqsirli bilinərək, 585 manat cərimə cəzasından “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Qərarının 1.8-ci bəndinə əsasən azad edilsin və məhkumluq götürülsün. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 02 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək, 12 may 2021-ci il tarixdən 14 may 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldıgı 04 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 07 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd qara rəngli kənarları göy rəndə üzərində “Baba Ovax” sözləri yazılmış idman çantası, bir ədəd qara rəngli üzərində “England” sözləri yazılmış gödəkçə, bir ədəd qara rəngli qış köynəyi, bir ədəd qara rəngli “LTB” markalı cins şalvar, bir ədəd qara rəngli köhnə şalvar və bir cüt qara rəngli ayaqqabının sahibi Zərərçəkmiş şəxs2, 75 metr ölçüdə 35 mm diametr ölçüdə yanmış mis tərkibli elektrik naqili və diametri 4 sm olan ağ rəngli üzərində markalanma göstəriciləri olmayan 50 metr sintetik borunun sahibi Zərərçəkmiş şəxs3 Hacıbala oğluna təhvil verilməsi nəzərə alınsın. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-22/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-22/2023
07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver