Məhkəmə qərarları › İş №1(012)-22/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-22/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-22/2025 10.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X5 iştirakı ilə xx xxxxxxxx 1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məkumluğu ödənilməmiş, Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi döngə 5, ev 6A-da qeydiyyatda olan və həmin ünvanda yaşamış, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən xx.xx.2022-ci il tarixdən cəza çəkən, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs əvvəllər dələduzluq cinayəti törətdiyinə görə barəsində Quba rayon və Bakı şəhəri, Xəzər Rayon Məhkəmələrində cinayət işləri baxılma mərhələsində olmasına baxmayaraq, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşı kimi təqdim edərək sosial şəbəkə vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs gəlini Şahid2 ilə aralarında olan mülki mübahisənin məhkəmə yolu ilə Zərərçəkmiş şəxs xeyrinə qərar çıxartdıracağı barədə sonuncuya yalan vəd verib aldadaraq inandırmış, bu məqsədlə Zərərçəkmiş şəxs 17 sentyabr 2022-ci il tarixdə, saat 15:37-də onun adına olan "xxxx" ASC-yə məxsus 4169 73** **** 8078 nömrəli plastik kartına Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Bazarstore”-da olan “MilliÖN” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 500 (beş yüz) manat, 18 sentyabr 2022-ci il tarixdə, saat 14:45-də Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesində yerləşən “Rahat Market”-də olan “eManat” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 3502 (üç min beş yüz iki) manat, 19 sentyabr 2022-ci il tarixdə, saat 12:01də ünvan 2 ünvanında yerləşən “Grandmart”-da olan “eManat” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 1800 (bir min səkkiz yüz) manat, həmin gün saat 12:03-də 1700 (bir min yeddi yüz) manat, saat 12:06-da 2100 (iki min yüz) manat, saat 12:08-də 2200 (iki min iki yüz) manat, saat 12:11-də 2200 (iki min iki yüz) manat, saat 12:15-də 2510 (iki min beş yüz on) manat və saat 14:47-də 2500 (iki min beş yüz) manat olmaqla, ümumilikdə 19.012 (on doqquz min on iki) manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs 19.012 (on doqquz min on iki) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs gəlini Pərvanənin vasitəsilə tanımışdır. Pərvanə ilə isə "Facebook" sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşdur. Nə Pərvanəni, nə də Məleykəni görməmiş nə də ki, görüşməmişdir. Pərvanə "Naib" adlı şəxsin profili ilə elan paylaşaraq, qayınanası ilə aralarında olan mülk məsələsinin həll edilməsi üçün savadlı hüquqşünasa ehtiyacının olduğunu bildirmişdir. O həmin elanla tanış olandan sonra Pərvanə ilə əlaqə saxlamışdır. Pərvanə məhkəmə qətnaməsini və azyaşlı övladlarının sənədlərini ona “Whatsapp” tədbiqi vasitəsilə göndərmişdir. O, özünü Müdafiə Nazirliyinin əməkdaşı kimi təqdim edib, adının Zaur olduğunu bildirmiş və digər məhkəmə proseslərində köməklik edəcəyini demişdir. İlk məhkəmə prosesi Pərvanənin xeyrinə qətnamə çıxartmışdır. O, Pərvanə ilə əlaqədə olan zaman Pərvanədən qayınanası Zərərçəkmiş şəxs ***-***-**-** saylı mobil telefon nömrəsini almışdır. O, həmin nömrəyə özünə məxsus ***-***-**-** nömrə ilə zəng edib, özünü Müdafiə Nazirliyinin Əməkdaşı kimi təqdim edib, gəlini ilə aralarında mülk üstündə mübahisələri olduğunu bildirib, köməklik edə biləcəyini demişdir. Əvvəlcə Məleykə ona inanmasa da, sonradan o, gəlini Pərvanə tərəfindən ona “Whatsapp” tədbiqi vasitəsilə göndərilmiş şəxsiyyət vəsiqəsini və məhkəmə qətnaməsini Məleykəyə göndərmişdir və etibarını qazanmışdır. Bundan sonra Məleykə ona inanmışdır. Məleykə artıq ona inanandan sonra köməklik edəcəyinə arxayın olmuşdur. Ona görə də ona pul göndərməyə razılaşmışdır. O, Məleykədən hissə-hissə olmaqla ümumilikdə 19012 manat pul almışdır. Həmin pulları da dediyi kimi gəlini ilə aralarında mülk üstündə mübahisənin xeyrinə məhkəmə qərarları çıxartdıracağına köməklik etmək adı ilə almışdır. Zərərçəkmiş şəxs pulların hamısını onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına göndərmişdir. O da həmin pulu öz maddi ehtiyacları üçün xərcləmişdir. İlk gündən niyyəti Zərərçəkmiş şəxs aldatmaq olmuşdur. O, Günay Paşayevında aldadıb 300 manat pul almışdır. O, Toğrulun nömrəsini dəqiq xatırlamamış, ya Facebook sosial şəbəkəsi vasitəsi ilə, ya da iş elanı saytlarının birindən götürdüyün bildirmişdir. Həmin elanda da Toğrul iş axtarması barədə elan yerləşdirmişdir. O da Toğrulun işə ehtiyacı olmasından istifadə edib aldadaraq pulunu ələ keçirmək istəmişdir. Lakin Toğrul ona inanmadığı üçün istədiyi 450 manat pulu göndərməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 44 günlük Vətən müharibəsinin şəhidi X3 anasıdır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs tanımamış, Vüqarla heç vaxt görüşməmişdir. Belə ki, mülk üstündə gəlini Şahid1 ilə məhkəmə çəkişməsi olmuşdur. Həmin ərəfədə xx.xx.2022-ci il tarixdə saat 14:23 radələrində onun istifadə etdiyi ***-***-**-** saylı nömrəyə ***-***-**-** nömrədən zəng gəlmiş, həmin şəxs özünü Azərbaycan Respubliksı Müdafiə Nazirliyinin əməkdaşı kimi təqdim edib, adının Zaur olduğunu bildirmişdir. Zaur gəlini ilə aralarında olan məsələdən xəbərdar olduğunu deyib, ona məhkəmə işlərində köməklik eədəcəyini bildirmişdir. Əvvəlcə həmin şəxsə inanmasa da, sonradan gəlininin şəxsiyyət vəsiqəsini və bir sıra sənədləri göndərəndən sonra inanmışdır. Təqsirləndirilən şəxs etibarından sui-istifadə edərək, ona məhkəmə işlərində köməklik edəcəyi vədini verib, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində ona göndərdiyi "xxxx" ASC-yə məxsus kart hesabına göndərdiyi 19.012 manat pulu dələduzluq yolu ilə ələ keçirtmişdir. Sonradan aldadııdığını başa düşüb, DİN-nə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 44 günlük Vətən müharibəsinin şəhidi X4 arvadıdır. Daşdəmir Paşayeva şəhid olandan sonra qayınanası Zərərçəkmiş şəxs ona qarşı münasibəti pisləşmiş, onu evdən çıxartmış və iki azyaşlı övladından onu məhrum etmişdir. Bununla bağlı o, Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, Abşeron Rayon Məhkəməsi onun xeyrinə qətnamə çıxarmış, Ali Məhkəmə və Apelyasiya Məhkəməsi qətnaməni dəyişdirmədən qüvvədə saxlamışdır. Hal-hazıra kimi də məhkəmə qətnaməsi Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən icra edilməmişdir. 2022-ci ilin sentyabr ayında özünü prokurorluq əməkdaşı kimi təqdim edən şəxs, ***-***-**-** nömrəsindən zəng vuraraq, köməklik edəcəyini bildirib, Abşeron rayon İcra və Probasiya şöbəsindən işin götürüldüyünü bildirmişdir. Həmin şəxsə o, köməklik etməsi üçün 300 manat pul göndərmişdir. Sonra həmin şəxs onu aldatdığı üçün Qobu polis bölməsinə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs Mirzəhüsyn oğludur. O, həmin şəxsi bu günə kimi görməmişdir, Təqsirləndirilən şəxs 300 manat pulu bir neçə dəfə olmaqla sonuncu pulu xx.xx.2022-ci il tarixdə Qobu qəsəbəsində mağazada yerləşən “Milli-Ön” ödəmə terminalı vasitəsilə göndərmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə o, Dövlət Gömrük Komitəsinin 195 qaynar xəttinə zəng edərək işə qəbulla bağlı sorğu-sual etmiş və daha sonra sağollaşmışdır. Bu barədə heç kimə heç bir məlumat verməmişdir. xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ona zəng edən naməlum şəxs özünü Dövlət Gömrük Komitəsinin əməkdaşı kimi təqdim edib onun işə düzəlmək istəyib-istəmədiyini soruşmuşdur. O da belə bir fikrinin olduğunu demişdir. Həmin şəxs onu imtahan vermədən işə götürə biləcəyini söyləmişdir. O, həmin şəxsdən bunun necə olacağını soruşduqda həmin şəxs, göndərəcəyi hesaba 450 manat göndərdikdən sonra xx.xx.2022-ci il tarixdə işə rəsmi olaraq çıxa biləcəyini söyləmişdir. O, həmin şəxsin dediklərini atası ilə məsləhət etdikdən sonra qərara gəlmişdir ki, heç bir ödəniş etməsin. Bu səbəbdən həmin şəxsə heç bir ödəniş etməmişdir. Lakin həmin şəxsin onun mobil nömrəsini haradan aldığını və həmin Dövlət Gömrük Xidmətinə işə düzəlmək istəməyini haradan bildiyini maraqlanmaq üçün DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Ona hər hansı məbləğdə maddi ziyan dəyməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Vüqarla təxminən 13 ildir ki, evlidir. Vüqar əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. Məhkum olmağının səbəbi isə Vüqarın müxtəlif şəxslərə qarşı dələduzluq etməsi olmuşdur. Vüqar son üç gün imiş ki, hal-hazırda adını xatırlamadığı rayonda işlədiyini deyib evə gəlmirmiş. O, Vüqardan harada olduğunu soruşanda Vüqar müxtəlif bəhanələr gətirmişdir. xx.xx.2022-ci il tarixində qardaşı Sayiq ona zəng edərək Vüqarı polis əməkdaşlarının axtardığını bildirmişdir. Bundan sonra o, Vüqarın müxtəlif şəxslərin pullarını ələ keçirdiyini bilmişdir. Lakin o, Vüqarın həmin pulları hansı məqsədlə ələ keçirdiyini və harada olduğunu bilməmişdir. Həmçinin zərərçəkmiş şəxsləri də tanımamış və Vüqarında harada olduğunu bilməmişdir. O həmin ərəfələrdə əri Vüqarın maddi vəziyyətində hər hansı dəyişikliyin olduğunuda görməmişdir. Buna görə də Vüqarın nə qədər məbləğdə pulu ələ keçirməsindən xəbəri olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə KQMBİ tərəfindən CM-nin 178.2.4, 310 və 312.2-ci maddələri ilə təqsirli bilinib məsuliyyətə cəlb olunaraq barəsində araşdırılması aparılan cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(003)-86/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4, 310, və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Quba Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış və ona qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmənin əvvəli 14 oktyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-404/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərik ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-86/2022 saylı 24 fevral 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla, ona qəti olaraq 05 (beş) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(033)-25/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-404/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 (beş) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla, ona qəti olaraq 06 (altı) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasının əvvəli 14 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Azərbaycan Respublikası Baş Prokurorluğun “X10” 107.15-ci bəndinə əsasən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin xaric edilməsini və dövlət ittihamının müdafiəsini Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə davam etdirilməklə, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib, cəzalandırılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələrilə elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi xaric edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən digər cinayət işi üzrə törədilmiş cinayət əməlinə görə CM-in 178.2.4, 310, və 32.4, 312.1-ci maddələri ilə cinayət işinin istintaqı baxılması üçün ittiham aktı ilə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Həmin cinayət əməlinə görə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 1(003)-86/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4, 310, və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Quba Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış və ona qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Sonradan məlum olmuşdur ki, X14 19 sentyabr 2022-ci il tarixdə etibardan suiistifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmə cinayət əməlini törətmişdir. Həmin cinayət əməlinə görə cinayət işi hal-hazırda Abşeron Rayon Məhkəməsinin icraatındadır. İbtidai istintaq orqanı X12 Azərbaycan Respublikası CM-in 178.2.4, 310, və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin icraatında baxılmasını və iş üzrə hökm çıxarılmasını əsas tutaraq hazırkı iş üzrə X13 Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə (təkrar törədildikdə) ittiham elan edilmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, cinayət qanunvericiliyinin ədalət prinsipinin tərkib hissəsi olan heç kəsin eyni bir cinayətə görə təkrarən məsuliyyətə cəlb edilməsinin yolverilməzliyi Konstitusiyanın 64-cü maddəsindən irəli gəlir. Konstitusiyanın həmin maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Ona görə də Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 178.2.2ci maddəsi ilə verilmiş ittiham ittihamdan xaric edilməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, analoji cinayət əməlini törətməsini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «…CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. ... Beləliklə, ... şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. ... Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs Əhmədov X6 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(033)-25/2024 nömrəli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(033)- 25/2024 nömrəli hökmü ilə təyin edilmiş 06 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(033)-25/2024 nömrəli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə verilmiş ittiham ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(033)-25/2024 nömrəli hökmü ilə təyin edilmiş 06 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(033)- 25/2024 nömrəli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar