Məhkəmə qərarları › İş №1(012)-220/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-220/2021

01.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-220/2021 01.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu il tarixdə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən əvvəllər məhkum olunmamış, İsmayıllı şəhəri, T.İsmayılov küçəsi, ev 01 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs koronavirus (COVİD-19) infeksion xəstəliyinin müayinəsi ilə əlaqədar x xxxxxx 2020-ci il tarixdə İsmayıllı rayon mərkəzi xəstəxanasına müraciət edərək yaxma üsulu ilə koronavirus testi verməsinə və xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş müayinəsi zamanı koronavirus (COVİD-19) infeksiyasının pozitiv olması aşkar edilərək evdə qalmaqla müalicə olunmasının qərara alınmasına, habelə karantin qaydalarını pozmağa görə cinayət məsuliyyətinə cəlb edilə biləcəyinə dair iltizama imza etdirilməsinə baxmayaraq, koronavirus (COVİD-19) infeksiyası daşıyıcısı olmasını bilə-bilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli qərarına əsasən ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə xx xxxx 2020-ci il tarixdə, saat 00:00dan etibarən elan edilmiş və hazırda davam edən epidemiya əleyhinə olan xüsusi karantin rejimini qəsdən pozaraq xx xxxxxx 2020-ci il tarixdə, saat 4 radələrində Bakı şəhərinə getmiş, Bakı-Şamaxı avtomobil yolunun üzərində yerləşdirilmiş karantin postunun yaxınlığından torpaq yolla gizli formada keçərək Bakı şəhəri ərazisinə daxil olmuş və həmin gün, saat 18 radələrinədək Bakı şəhərinin ərazisində qalmaqla koronavirus (COVİD-19) infeksion xəstəliyinin yayılması üçün real təhlükə yaratmış, həmin gün, saat 18 radələrində o, İsmayıllı rayonuna qayıtmaq üçün Bakı- Şamaxı avtomobil yolunun Abşeron rayonunun ərazisində qurulmuş 3-cü karantin postuna yaxınlaşıb həmin postu keçmək istəyərkən saxlanılmış və koronavirus (COVİD-19) infeksiyası daşıyıcısı olması müəyyən edilərək X10 Satnsiyasına təhvil verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı şəhəri T.İsmayılov küçəsi ev 01 ünvanında yaşayır, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. 2020-ci ilin avqust ayının əvvəllərində valideyinləri xəstə olduqları üçün onlarda hərarətin yüksək olması müşahidə olunmuş, müvafiq hərarəti düşürən dərmanlardan istfadə etsələr də, lakin heç bir təsiri olmamış, valideyinlərində olan xəstəlik get-gedə ağırlaşdığı üçün COVİD-19 yolxucu xəstəliyinə tutulmalarını düşünərək o, İsmayıllı RMX-nın infeksiya şöbəsinin əməkdaşlarına zəng edərək evinə dəvət etmiş, xx.xx.2020-ci il tarixdə İsmayıllı rayon mərkəzi xəstəxanasının infeksiya şöbəsinin əməkdaşları gələrək valideyinlərini müayinə etmişlər, xx.xx.2020-ci il tarixdə infeksiya şöbəsinin əməkdaşları ona zəng edərək valideyinlərində COVİD-19 test nəticəsinin pozitiv olması aşkar olunduğunu, valideyinlərinə evdə qalması və müalicələrinin evdən davam edilməsi ona tapşırılmış, valideyinlərində COVİD-19 yoluxucu xəstəliyi aşkar edildiyi üçün onda həmin xəstəlikdən müayinə olunmaq qərarına gəlmiş, həmçinin İsmayıllı RMX-nın infeksiya şöbəsinin əməkdaşları ona da valideyinlərində həmin virus infeksiyasının pozitiv olması səbəbindən analiz götürəcəklərini bildirmişlər, bu məqsədlə İsmayıllı RMX-nın infeksiya şöbəsinin əməkdaşları xx.xx.2020-ci il tarixdə yaşadığı evinə gələrək ondan nümunə olaraq analiz götürmüşlər, xx.xx.2020-ci il tarixdə infeksiya şöbəsinin əməkdaşları zəng edərək onda COVİD-19 test nəticəsinin pozitiv olmasının aşkar olunduğunu, karantin qaydalarını pozmamaq barədə iltizama imza etdiyini, evdə qalmağı və müalicəsinin evdən davam etdirməyi nəzərinə çatdırılmış, o, 2012ci ildə ailə həyatı qurmuş, artıq 8 ildir ki, övladı olmur, bununla bağlı o, 2020-ci ilin təxminən iyul ayında Bakı şəhərində yerləşən “Sağlam ailə” klinikasına müayinə olunmağa getmiş, oradan ona kart verilmiş və onu həmin karta əsasən bir ay içində yenidən müayinə olunmağa dəvət etmişlər, bu səbəbdən də o, COVİD-19 infeksiyası daşıyıcısı olduğunu bilə-bilə, epidemiya əlehinə qaydalara əməl etməyərək ölkə ərazisində koronovirus yoluxucu xəstəliyin qarşısının alınması ilə əlaqədar elan edilmiş karantin rejimi qaydalarını pozaraq xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 4 radələrində müayinə olunmaqdan ötrü xəstəxanaya getmək üçün Bakı şəhərinə getmiş, Bakı şəhərinə tanışı Şahid1 idarə etdiyi Mersedes-benz E270 markalı **-MU-*** dövlət qetdiyyat nişanlı avtomobillə getmiş, avtomobili Ramal idarə etmiş və onlardan başqa avtomobildə kimsə olmamış, o, avtomobilə tibbi maska ilə əyləşmiş, Ramalda tibbi maskadan istifadə etmiş, lakin o, Ramala COVİD-19 yoluxucu xəstəlik daşıyıcısı olduğunu bildirməmiş, Ramalın həmin ərəfədə Bakı şəhərinə sərbəst giriş-çıxışı olduğu üçün, lakin onun Bakı şəhərinə giriş-çıxışı olmadığı üçün o, Bakı-Şamaxı avtomobil yolunun Bakı şəhərinə giriş hissəsində qoyulmuş karantin postu yaxınlığında avtomobildən enərək, torpaq yolla gizli formada şəhər ərazisinə daxil olmuş, qarşıda yol kənarında Ramalın gəlməsini gözləmiş, Ramal da karantin postunu keçdikdən sonra gəlib onu yol kənarından götürmüş, onlar birlikdə Bakı şəhərinə getmişlər, şəhər ərazisində bir qədər gəzibdolaşıb, onlayn yemək sifariş edib yedikdən sonra “Sağlam ailə" klinikasına getmək qararına gəlmiş, Ramala yolu başa salaraq onu xəstəxanaya aparmağını bildirmiş, xəstəxanaya gəlib çatdıqdan sonra o, xəstəxana önündə avtomobildən enmiş, Ramal isə gedib onu kənar bir yerdə gözləmiş, o, xəstəxanaya girməzdən əvvəl müayinə olunmağı ilə bağlı müvafiq məlumat almaqdan ötrü tibbi təhsili olan, lakin hər hansı bir yerdə işləməyən tanışı Şahid2 zəng etmiş, sonuncuya müayinə almaqla bağlı məsləhət almış, həmçinin Turala onda COVİD-19 infeksiyasının pozitiv olmasını, lakin hərarətinin və səhhətində həmin infeksiya ilə bağlı başqa halların olmadığını, özünü yaşı hiss etdiyini deyərək, həmin xəstəliyin müayinəsinə hər hansı bir təsirinin olub-olmayacağını soruşmuş, Tural isə ona əgər COVİD-19 infeksiyasının pozitiv olması aşkar edilibsə onun vəsiqəsi qeydiyyata alınan zaman xəstəxananın komputerində COVİD-19 infeksiyasının pozitiv olmasının görünəcəyi, onu saxlayacaqlarını və məcburi müalicə üçün xəstəxanaya yerləşdiriləcəyini bildirmiş, bundan sonra o, xəstəxanaya girməmiş, qayıdıb Ramalın avtomobilinə əyləşmiş, Ramala isə müayinə olunmadığını, daha sonra müayinə olunacağını bildirmiş, lakin Ramala onda COVİD-19 infeksiyasının pozitiv olmasını bildirməmiş, çünki o, tibbi maskadan istifadə etmiş, əllərini və sifətini tez-tez spirtləmiş və başqa kiməsə infeksiya keçirə biləcəyini düşünməmişdir. Ramal özü də tibbi maskadan istifadə edərək qaydalara riayət etmiş, həmin gün təxminən saat 18 radələrinədək Bakı şəhərinin ərazisində olmuşlar, təxminən saat 18 radələrində İsmayıllı rayonuna qayıtmaq qərarına gəlmiş, avtomobildə ikisi olmuş, başqa kimsə olmamış, Ramal avtomobili Bakı-Şamaxı avtomobil yolu ilə Bakı şəhərinin həmin istiqamətdə olan çıxış hissəsinə doğru hərəkətə gətirmiş, həmin yolun üzərində, Müşviq qəsəbəsi deyilən yerdə olan DYP postunu keçdikdən sonra Ramal ona yuxusunun olduğunu və onun avtomobil idarə etməyi bacardığını bildiyi üçün avtomobilin idarə etməyini ondan xahiş etmiş, yol kənarında olan “Rahat” marketin yanında avtomobili saxlamış, bu dəfə o, avtomobili hərəkətə gətirmiş və Bakı şəhərinin Şamaxı istiqamətində olan çıxışında qoyulmuş karantin postuna yaxınlaşmış, rayon qeydiyyatı olduğu üçün postu sərbəst keçə biləcəyini düşünmüş, postu keçərkən polis əməkdaşları ondan və sərnişin qismində öndə əyləşmiş Ramaldan şəxsiyyət vəsiqələrini təqdim etmələrini xahiş etmiş, o, şəxsiyyət vəsiqəsini polis əməkdaşlarına təqdim etmiş, həmin vaxtı polis əməkdaşlarından biri onun vəsiqəsini əllərində olan planşet tipli komputerlə yoxlamış, həmin komputerdə onun COVİD-19 infeksiyasına yoluxmağı göstərildiyi üçün onu saxlamışlar, həmin vaxtı X10 Satnsiyasının əməkdaşlarını dəvət etmişlər, tibb işçiləri gələrək onu müayinə etmiş, hərarətini ölçmüş, iy və dad bilmə ilə bağlı sorğu-sual etmişlər, o, tibb işçilərinə səhhəti ilə bağlı heç bir probleminin olmadığını bildirdikdən sonra ondan iltizam aldıqdan sonra ona rayona qayıtmağı, evdə qalmağı və müalicə olunmağı tövsiyə olunmuşdur. Bundan sonra oraya gələn polis əməkdaşları ondan izahat almışlar, sonra onları Abşeron RPİ-nə dəvət etmişlər, ona avtomobildə qalmağı bildirilmiş, Ramalı isə polis idarəsinin inzibati binasına dəvət etmişlər, sonuncudan da izahat aldıqdan sonra onlara rayona qayıtmalarına icazə vermişlər, rayona qayıtdıqdan sonra o, evdə qalaraq müalicəsini davam etdirmiş, daha sonra barəsində İsmayıllı RPŞ-də araşdırma başladılmış və o, məhkəmə-tibbi ekspertizasından keçmişdir. Onda COVİD-19 infeksiyası xəstəliyinin pozitiv olması aşkar edilsə də, hərarəti, iy və ya dad bilmə poroblemi olmamış, özünü yaxşı hiss etmiş və səhətində hər hansı bir narahatçılıq hiss etməmişdir. Təqsirləndirilən şəxs ifadəsini davam etdirərək göstərmişdir ki, o, səhhətində aşkar edilmiş COVİD-19 infeksiyası xəstəliyindən kimsə yoluxmamış, həmçinin onu Bakı şəhərinə aparıbgətirən tanışı Şahid1 da yoluxmamışdır, ona görə də heç kəsi yoluxdurmadığını düşünür. Həmçinin sürücülük hüququnun olmamasını tanışı Ramala deməmiş, Bakı şəhərində olduğu müddətdə heç kimlə görüşməmiş, yanında təkcə tanışı Şahid1 olmuşdur. Sonda o, tutduğu əməldən peşmançılıq çəkdiyini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayon Quşencə kəndində yaşayır, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır, yəni onun istifadəsində “Mersedes benz E270” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil var, o, sürücülük hüququ əsasında həmin avtomobillə sərnişin daşımaqla məşğul olur, həmin avtomobilə dair sənədləri qaydasındadır. Təqsirləndirilən şəxs əvvəllər tanımış, sonuncu onun tanışıdır, münasibətləri həmişə yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçiliyi yoxdur. O, Təqsirləndirilən şəxs 2012-ci ildə ailə həyatı qurduğunu, 8 ildir övladının olmadığını və bu səbəbdən də müalicə olunmaqdan ötrü tez-tez Bakı şəhərinə gedib-gəldiyini bilirdi, 2020-ci ilin avqust ayının 10-da Təqsirləndirilən şəxs ona Bakı şəhərinə “Sağlam ailə” xəstəxanasına aparmağını xahiş etmiş, o, Anarla razılaşmış və xx.xx.2020-ci il tarixdə saat 04 radələrində gedib Anarı evindən götürərək Bakı şəhəri istiqamətində hərəkətə başlamışlar, avtomobili özü idarə etmiş, Anar isə avtomobilin sağ ön oturacağında əyləşibmiş, avtomobildə başqa kimsə olmamış, onlar söhbət edə-edə Bakı şəhəri istiqamətində hərəkət etmişlər, o, avtomobilə tibbi maska ilə əyləşmiş, həmçinin Anar da tibbi maskadan istifadə etmiş, onun həmin ərəfədə Bakı şəhərinə sərbəst giriş-çıxışa icazəsi olmuş, lakin Anarın isə Bakı şəhərinə giriş-çıxışı olmadığı üçün sonuncu Bakı-Şamaxı avtomobil yolunun Bakı şəhərinə giriş hissəsində qoyulmuş karantin postu yaxınlığında avtomobildən enərək, torpaq yolla gizli formada şəhər ərazisinə keçmiş, əvvəlcədən danışdıqları kimi keçib qarşıda yol kənarında onu gözləmiş, o, da karantin postunu keçdikdən sonra Anarı irəlidə yol kənarından avtomobillə götürmüş, onlar birlikdə Bakı şəhərinə getmişlər, şəhər ərazisində bir qədər dolaşıb, onlayn yemək sifariş edib avtomobildə yedikdən sonra Anarın istəyi ilə “Sağlam ailə” xəstəxanasına getmişlər, xəstəxanaya çatdıqdan sonra Anar xəstəxana önündə avtomobildən enmiş, o, isə gedib kənar bir yerdə gözləmiş, bir neçə dəqiqə sonra Anar qayıdaraq avtomobilə əyləşmiş, müayinə olunmadığını, daha sonra müayinəyə çağırılacağını bildirmiş, lakin Anar COVİD-19 infeksiyasının pozitiv olmasını ona bildirməmişdir. Buna baxmayaraq o, tibbi maskadan istifadə edirmiş, əllərini və sifətini tez-tez spirtləyərək epidemiya qaydalarına riayət etmişdir. Həmin günü təxminən saat 18 radələrinədək Bakı şəhərinin ərazisində olmuşlar, təxminən saat 18 radələrində İsmayıllı rayonuna qayıtmaq qərarına gəlmişlər, avtomobildə ikisi olmuş, onlardan başqa kimsə olmamış, o, avtomobilini Bakı-Şamaxı avtomobil yolu ilə Bakı şəhərinin həmin istiqamətdə olan çıxış hissəsinə doğru hərəkət etmiş, həmin yolun üzərində, Müşviq qəsəbəsi deyilən yerdə olan DYP postunu keçdikdən sonra o, gecə də avtomobil idarə etdiyi üçün özündə yorğunluq hiss etmiş və Anarın avtomobil təmiri ustası olduğu idarə etməyi də bacardığını bildiyi üçün avtomobilini idarə etməsini sonuncudan xahiş etmiş, Anar razılaşdığı üçün o, avtomobili yol kənarında olan “Rahat” marketin yanında saxlamış, bundan sonra Anar avtomobili hərəkətə gətirmiş və Bakı şəhərinin Şamaxı istiqamətində olan çıxışında qoyulmuş karantin postuna yaxınlaşmış, postu keçərkən polis əməkdaşları Anardan və ondan şəxsiyyət vəsiqələrini təqdim etmələrini xahiş etmiş, Anar şəxsiyyət vəsiqəsini polis əməkdaşlarına təqdim etmiş, həmin vaxtı polis əməkdaşlarından biri Anarın vəsiqəsini əllərində olan planşet tipli komputerlə yoxlamış, həmin komputerdə Anarın COVİD-19 infeksiyasına yoluxmağı göstərildiyi üçün sonuncunu saxlayaraq və həmin vaxtı oraya X10 Satnsiyasının əməkdaşlarını dəvət etmişlər, tibb işçiləri gələrək Anarı müayinə etmiş, hərarətini ölçmüş və sorğu-sual etmişlər, Anar isə tibb işçilərinə səhhəti ilə bağlı heç bir probleminin olmadığını bildirdikdən sonra Anardan iltizam almışlar və sonuncuya rayona qayıtmağı, evdə qalmağı və müalicə olunmağı tövsiyə etmişlər. Bundan sonra oraya gələn polis əməkdaşları Anardan izahat almış, sonra onları Abşeron RPİ-nə dəvət etmişlər, polis idarəsinin qarşısında onu idarənin inzibati binasına dəvət etmişlər, Anara isə avtomobildə qalmağı bildirmişlər, Polis idarəsində ondan izahat alındıqdan sonra rayona qayıtmalarına icazə vermişlər. O, həmin vaxtı Təqsirləndirilən şəxs COVİD-19 infeksiyasının pozitiv olması aşkar olunmasına, evdə qalması xəbərdarlıq edilməsinə və iltizama imza etməsinə baxmayaraq, sonuncu yoluxduğu COVİD-19 infeksiya xəstəliyinin daşıyıcısı olduğunu bilərək epidemiya əlehinə qaydalara əməl etməyərək, ölkə ərazisində koronovirus yoluxucu xəstəliyin qarşısının alınması ilə əlaqədar karantin rejimi qaydalarını pozaraq yaşadığı yeri tərk edib Bakı şəhərinə getməklə Covid-19 infeksion xəstəliyin yayılması üçün real təhlükə yaratmış, İsmayıllı rayonuna qayıdarkən isə Bakı şəhərinin çıxış hissəsində qoyulmuş karantin postunda COVİD-19 infeksiyasının pozitiv olması onda aşkar edildiyi üçün saxlanılmışdır. Lakin Anar ona səhhətində COVİD-19 yolxucu xəstəlik olmasını bildirməmiş, hazırda Təqsirləndirilən şəxs COVİD-19 infeksiya xəstəliyinə qarşı müalicə olunaraq sağaldığını bilir, o, Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhərinə getdiyinə və qayıtdığına baxmayaraq onda COVİD-19 infeksiyası xəstəliyi olmamış, Təqsirləndirilən şəxs ona heç bir xəstəlik, eləcə də COVİD-19 infeksiyası xəstəliyi yoluxmamış, o, həmin gündən indiyə kimi hər hansı bir xəstəlik, hərarət yüksəkliyi və ya qrip xəstəlikləri keçirməmiş, bununla bağlı da xəstəxanaya müraciət etməmiş və hazırda da səhhətində heç bir narahatçılıq yoxdur. Şahid1 ifadəsini davam etdirərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs COVİD-19 infeksiyası xəstəliyinə yoluxduğunu əvvəlcədən bilməmiş, sonuncuda bu barədə ona deməmiş, əgər o, Təqsirləndirilən şəxs COVİD-19 infeksiyası xəstəliyinə yoluxduğunu bilsəydi, sonuncunu Bakı şəhərinə aparmayacağını bildirmiş, onlar Bakı şəhərində olduğu müddətdə Təqsirləndirilən şəxs heç kimlə görüşməmiş, o, Təqsirləndirilən şəxs sürücülük hüququnun olmamağını bilməmiş, lakin sonuncunun avtomobil təmir etdiyi üçün idarə etməyidə yaxşı bacardığını bilmiş, o, sürücülük hüququ olmayan şəxsin avtomobil idarə edən zaman hansı inzibati məsuliyyətə səbəb olmağını bilir, bu səbəbdən də o, inzibati xətalar haqqında qanunvericiliyin tələblərini pozduğunu bilir və etdiyi hərəkətlərindən peşmandır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, is üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan İsmayıllı Mərkəzi Rayon Xəstəxanasının xx.xx.2020-ci il tarixli 1466 nömrəli məktubundan görünür ki, İsmayıllı şəhəri, T.İsmayılov küçəsi, ev 01 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1989-cu il təvəllüdlü Hüseynov X6 mərkəzi rayon xəstəxanasının Konsultativ poliklinikasının narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun İsmayıllı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********7 nömrəli məktubundan görünür ki, İsmayıllı şəhəri, T.İsmayılov küçəsi, ev 01 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsindən pensiya və sosial müavinət almır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs koronavirus (COVİD-19) infeksion xəstəliyinin müayinəsi ilə əlaqədar x xxxxxx 2020-ci il tarixdə İsmayıllı rayon mərkəzi xəstəxanasına müraciət edərək yaxma üsulu ilə koronavirus testi verməsinə və xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş müayinəsi zamanı koronavirus (COVİD-19) infeksiyasının pozitiv olması aşkar edilərək evdə qalmaqla müalicə olunmasının qərara alınmasına, habelə karantin qaydalarını pozmağa görə cinayət məsuliyyətinə cəlb edilə biləcəyinə dair iltizama imza etdirilməsinə baxmayaraq, koronavirus (COVİD-19) infeksiyası daşıyıcısı olmasını bilə-bilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli qərarına əsasən ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə xx xxxx 2020-ci il tarixdə, saat 00:00-dan etibarən elan edilmiş və hazırda davam edən epidemiya əleyhinə olan xüsusi karantin rejimini qəsdən pozaraq xx xxxxxx 2020-ci il tarixdə, saat 4 radələrində Bakı şəhərinə getmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan İsmayıllı İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 3379 saylı arayışdan görünür ki, Hüseynov X6 şəhəri, T.İsmmayılov küçəsi, ev 1 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xaraketrizə olunur. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni yaşadığı yer üzrə müsbət xarakterizə olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngüllləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə barəsində istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni İsmayıllı şəhəri hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası İsmayıllı şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanmalıdır. Hökmün icrası İsmayıllı şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 (iki yüz on) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə İsmayıllı şəhəri hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanılsın. Hökmün icrası İsmayıllı şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 (iki yüz on) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar