Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-220/2022 24.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1980-ci ildə Masallı rayonu, Tatyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, Masallı rayonu, Tatyanoba kəndində qeydiyyatda olan Abşeron rayonu. Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış massivi, 1-ci bina, mənzil 29-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Təqsirləndirilən şəxs təkrarən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayətini törətmişdir. Belə ki o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin yanvar ayında işlədiyi Abşeron rayonu, Müşfiq qəsəbəsdində yerləşən “Dəvəli” mərmər-qranit sexinin anbarında Zərərçəkmiş şəxs1 “Respublika Korlar Cəmiyyətinin” sədri işləyən qohumunun vasitəsi ilə ona sosial müavinət düzəldəcəyi adı ilə aldadaraq etibarından sui-istifadə etmə yolu ilə 2021-ci ilin yanvar və fevral aylarında bir neçə dəfəyə, axırıncı dəfə Abşeron rayonu, Atyalı qəsəbəsində “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında cəmi 2160 (iki min yüz altmış) manat pulunu alıb dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 23 may 2021-ci il tarixdə işlədiyi Abşeron rayonu, Müşfiq qəsəbəsdində yerləşən “Dəvəli” mərmər qranit sexinin anbarında vətəndaş Zərərçəkmiş şəxs2 “Respublika Korlar Cəmiyyətinin” sədri işləyən qohumunun vasitəsi ilə ona “veteran" vəsiqəsi və sosial müavinət düzəldəcəyi adı ilə aldadaraq etibarından sui-istifadə etmə yolu ilə 700 (yeddi yüz) manat pulunu alıb dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməllərini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, sürücü peşəsində fəaliyyət göstərməklə gündəlik çörək pulu qazanır. 2020-ci ilin axırlarından 2021-ci ilin avqust ayınadək Abşeron rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “Dəvəli” mərmər-qranit sexində yük avtomobilinin sürücüsü işləmiş, həmin vaxtlarda iş yoldaşları olan Zərərçəkmiş şəxs1, Şahid2, Zərərçəkmiş şəxs2 və Şahid1 tanımışdır. Onun Zərərçəkmiş şəxs1 1500 (min beş yüz) manat, Şahid2 500 (beş yüz) manat, Şahid1 350 (üç yüz əlli) manat borcu vardır, Zərərçəkmiş şəxs2 isə hazırda borcu yoxdur. Belə ki, 2020-ci ilin axırlarında atası Xanhüseyn ürəyindən ağır xəstələndiyi üçün onun müalicəsinə pul lazım olduğundan qeyd olunan şəxslərdən borc olaraq pul almışdır. Zərərçəkmiş şəxs1 atasının müalicəsinə pul lazım olduğu üçün borc pul istəmiş, Zərərçəkmiş şəxs1 ona 2021-ci ilin yanvar ayında işlədikləri sexdə 13 faizə, yəni ayda iki yüz manat faiz pulu ödəmək şərti ilə 1500 manat borc pul vermişdir. Zərərçəkmiş şəxs1 həmin borcun əsas hissəsini verə bilməsə də, faiz olaraq ona səkkiz ay müddətində, yəni 2021-ci ilin oktyabr ayına kimi ayda 200 manat olmaqla cəmi 1600 manat pul ödəmişdir. Həmçinin 2021-ci ilin yanvar ayında X3 da atasının müalicəsinə görə 500 (beş yüz) manat, sonradan da 60 (altmış) manat borc pul almış, həmin borcundan 60 manatını ödəmiş, lakin 500 manat borcunu ödəyə bilməmişdir. İş yoldaşı Şahid1 atasının müalicəsi üçün iki dəfəyə, birinci dəfə 2020-ci ilin dekabr ayında 350 (üç yüz əlli) manat, bir neçə aydan sonra isə, 150 (yüz əlli) manat borc pul almış və ona olan borcunun 150 manatını ödəmiş, hazırda Şahid1 350 manat borcu qalmışdır. Digər iş yoldaşı olmuş Zərərçəkmiş şəxs2 isə, 2021-ci ilin yaz aylarında atasının müalicəsi üçün 200 (iki yüz) manat borc pul almış, ona olan iki yüz manat borcunu ödəmiş və ona borcu qalmamışdır. Zərərçəkmiş şəxs1, Şahid2 , Zərərçəkmiş şəxs2 və Şahid1, “korlar cəmiyyətinin sədri” işləyən qohumu vasitəsiylə onlara əlillik vəsiqəlri və sosial müavinət düzəldəcəyi adiyla pul aldığı və sonradan telefonu söndürərək onlarla əlaqəni kəsib aldığı pulları onun ələ keçirməsini bildirmələri barədə ərizə və izahat verərkən yalan məlumat vermişlər. Belə ki, onun, “korlar cəmiyyətinin sədri” işləyən qohumu yoxdur və onlara belə söz deməmişdir. Dəymiş ziyan tərəfindən ödənilmişdir. Yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs Xänhüseyn oğlu onun iş yoldaşı olmuşdur. Belə ki, o, 2020-ci ildən etibarən Müşfiq qəsəbəsində yerləşən “Dəvəli” mərmər-qranit sexinin anbarında fəhlə işləyir. Təqsirləndirilən şəxs da 2020-ci ilin ortalarından 2021-ci ilin iyun ayınadak həmin sexdə sürücü işləmişdir. Gözləri zəif gördüyü üçün sosial müavinət almaq niyyətində olduğunu söhbət əsnasında Elçinə bildirmişdir. Elçin bildirmişdir ki, ona tanışı olan “korlar cəmiyyətinin sədri” vasitəsiylə kömək edib sosial müavinət düzəldə bilər. Onun sosial müavinət ala bilməsi üçün üç min manat pul lazım olduğunu bildirmiş, o da 2021-ci ilin yanvar və fevral aylarında 2160 (iki min yüz altmış) manat pulu dörd dəfəyə, birinci dəfə min manat, ikinci dəfə beş yüz manat, üçüncü dəfə beş yüz, dördüncü dəfə yüz altmış manat olaraq vermişdir. O, Təqsirləndirilən şəxs həmin pulları həmişə Abşeron rayonu, Atyalı qəsəbəsində “Lukoil” yanacaq doldurma məntəqəsinin yanında vermişdir. Elçin demişdir ki, üç ay müddətində məsələni həll edib ona sosial müavinət kartını verəcək. Pulu Elçinə verdikdən sonra bir neçə ay keçmiş, lakin Elçinin ona müavinət düzəltmədiyini görüb, telefon nömrəsinə zəng etmiş, lakin onun telefonuna zəng çatmamışdır. Telefonuna zəng çatdıqda isə, müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaqdan yayınmışdır. Hazırda dəymiş ziyan ödənilmişdir, şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, “Dəvəli” şirkətinin Müşfiqabad qəsəbəsində yerləşən anbarında uzun müddətdir ki, sürücü işləyir. Təqsirləndirilən şəxs Xänhüseyn oğlunu həmin iş yerində tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs onun işlədiyi anbarda 2020-ci ilin yay aylarından 2021-ci ilin yay aylarına qədər sürücü işləmişdir. Bir yerdə işlədikləri müddətdə onunla mehriban münasibətdə olmuşlar. 2021-ci ilin may ayında o, Təqsirləndirilən şəxs bildirmişdir ki, Qarabağ döyüşlərində iştirak etsə də, “veteran” vəsiqəsi ala bilməmişdir. Elçin demişdir ki, bu məsələni o, üç min beş yüz manat müqabilində həll edə bilər. Həmçinin bildirmişdir ki, bu pulun müqabilində ona təqaüd də təyin olunacaqdır. Demişdir ki, yeddi yüz manat ver, qalanını düzələndən sonra verərsən. O da razılaşaraq ona iş yerində 2021-ci ilin may ayının 23-də yeddi yüz manat pul vermişdir. Sonradan işinin düzəlmədiyini görüb Təqsirləndirilən şəxs pulunu qaytarmağı tələb etmişdir. Dəfələrlə pulunun qaytarılmasını tələb etdikdən sonra Elçin onun pulunun iki yüz manatını qaytarmiş, beş yüz manat məbləğində pulunu isə, Elçindən ala bilməmişdir. Hazırda dəymiş ziyan ödənilmişdir, şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid2 ifadəsindən görünür ki, “Dəvəli” şirkətinin Müşfiqabad qəsəbəsində yerləşən anbarında fəhlə işləyir. Təqsirləndirilən şəxs Xänhüseyn oğlunu həmin iş yerindən tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs onun işlədiyi anbarda 2020-ci ilin yay aylarından 2021-ci ilin yay aylarına qədər sürücü işləmişdir. 2021-ci ilin yanvar ayının 11-də Təqsirləndirilən şəxs atasının xəstrə olduğunu bildirərək onun müalicəsi üçün pul lazım olduğunu bildirmiş və borca beş yüz manat pul istəmiş, o da həmin məbləğdə pulu iş yerində ona vermişdir. Sonradan ondan daha 60 (altmiş) manat məbləğində pul dərman almaq üçün istəmiş, o da vermişdir. Sonradan Elçin, 60 (altmiş) manat məbləğində borcunu qaytarmış, qalan beş yüz manat məbləğində borcunu isə qaytarmamişdir. Həmin vaxtlar Təqsirləndirilən şəxs onlarla bir yerdə işləyən Zərərçəkmiş şəxs1 əlillik dərəcəsi alaraq müavinət təyin etdirəcəyini bildirib ondan iki min yüz altmış manat pul almışdı. Elçin ona demişdir ki, borcunu qaytara bilmir, əgər istəsə ona da üç min iki yüz manat müqabilində əlillik müavinəti təyin etdirə bilər. Təqsirləndirilən şəxs ona demişdir ki, iş düzələndən sonra yerdə qalan pulu ödəyərsən. Elçin bildirmişdir ki, əlillik dərəcəsini təyin etdirməkdə ona “korlar cəmiyyətinin “ sədri işləyən bibisi oğlu kömək edəcək. Sonradan Təqsirləndirilən şəxs onun işini düzəkltmədikdə və pulunu qaytarmadıqda o, Elçindən ona verdiyi pulunu dəfələrlə istəsə də, ala bilməmişdir. Məhkməmə istintaqında Şahid1 ifadəsindən görünür ki, iki ildir ki, “Dəvəli” şirkətinin Müşfıqabad qəsəbəsində yerləşən anbarında sürücü işlədiyini, Təqsirləndirilən şəxs həmin iş yerindən tanıdığını bildirərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun işlədiyi anbarda 2020-ci ilin yay aylarından 2021-ci ilin yay aylarına qədər sürücü işləmişdir. İş yerində Təqsirləndirilən şəxs bildirmişdir ki, “Gözdən əlillər cəmiyyətinin sədri” onun bibisi oğludur. Onun vasitəsiylə sosial təqaüd düzəldə bilir. Həyat yoldaşı X4 gözlərindən xəstə, yəni görməsi zəif olduğu üçün ona sosialı müavinət düzəltdirmək istəmiş, bu barədə Təqsirləndirilən şəxs kömək göstərməsni xahiş etmiş, o da həyat yoldaşının şəxsiyyət vəsiqəsinin surətini və işin düzəlməsi üçün əvvəlcə 500 (beş yüz) verməli olduğunu, iş düzələndən sonra təqaüd kartını bir il saxlayıb özü pulu alandan sonra ona verəcəyini bildirmiş, bu barədə razılaşmışlar. Pulu az olduğu üçün 2020-ci ilin dekabr ayında Elçinə 350 (üç yüz əlli) manat, 2021-ci ilin mart ayında 150 (yüz əlli) manat, cəmi 500 (beş yüz) manat məbləğində pulu vermişdir. Hər iki halda pulu Elçinə öz iş yerində vermişdir. Lakin Elçin onun həyat yoldaşının təqaüd məsələsini həll etməmişdir. O, Elçindən ona verdiyi pulunu dəfələrlə tələb etsə də, Elçin müxtəlif bəhanələr gətirib onun borcunu qaytarmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxslər X6 və Zərərçəkmiş şəxs2 tərəfindən 24.05.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizələrdən görünür ki, onlara dəymiş ziyan ödənilmişdir, ona görə də Təqsirləndirilən şəxs qarşı şikayətləri yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Qusar RPŞ-də 08.12.2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1 ci maddəsi ilə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 31.10.2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1 -ci maddəsi ilə iki il islah işləri cəzasına məhkum olunmuş, Masallı rayon Məhkəməsinin 05.03.2018-ci il tarixli qərarı ilə cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə əlaqədar məhkumluğu ödənilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs hazırda məhkum olunmamış şəxs hesab edilir. Təqsirləndirilən şəxs istintaqa məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilərək icra edilməsi üçün Abşeron rayon Pl-nin İTŞ-nin əməkdaşlarına həvalə edilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Ona görə də, 03 noyabr 2021 -ci il tarixdə ittiham elan etmək üçün onun tutulmasından ötrü barəsində axtarış elan edilərək barəsində olan cinayət işinin icraatı Təqsirləndirilən şəxs yerinin müəyyən olunaraq istintaqa təqdim edilməsinə qədər dayandırılmışdır. Təqsirləndirilən şəxs Səmədov X2 RPİ-nin əməkdaşları tərəfindən 24 yanvar 2022-ci il tarixdə tutularaq Abşeron RPİ-nin Müvəqqəti Saxlama yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs Xaqnhüseyn oğlunun təqsirləndirilməsinə dair olan ********* saylı cinayət işinin icraatı 24 yanvar 2021-ci il tarixdə təzələnərək Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsində nəzərdə tutulan ittiham ona elan edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs Xanhseyn oğlu 26 yanvar 2022-ci il tarixdə saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs oğlunun 18.09.2009-cu il təvəllüdlü Elmin Səmədov adlı 1 azyaşlı, 12.10.2006-cı il təvəllüdlü Aysel Səmədova və 06.11.2004-cü il təvəllüdlü Arzu Səmədova adlı 2 yetkinlik yaşına çatmayan övladı var. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 azyaşlı övladının olmasını, Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanın könüllü olaraq ödənilməsini və 2 yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs dəymiş ziyanın tam ödənilməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cinayət törətdikdən sonrakı davranışına, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24.01.2022-ci il tarixdən 26.01.2022-ci il tarixədək tutulduğu 2 gün azadlığın məhdudlaşdırılması cəzasının bir günə iki günü hesabı ilə hesablanmaqla 4 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 357, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24.01.2022-ci il tarixdən 26.01.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün, bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla 04 (dörd) gün hazırki hökmdə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayon ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlsin. Hökmün icrası Masallı rayon Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-220/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-220/2022
24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver