Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-220/2023 07.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-in nümayəndəsi Nümayəndə, zərərçəkmiş şəxs Ağamalıyev Şamil Hicran oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, hazırda işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 02 iyul 2022-ci il tarixdə ünvan 2 ünvanında "xxxx" MMC-nin inşa etdiyi 8 saylı binanın 25-ci mənzilinin qapısını əldə etdiyi açarla açaraq yaşayış sahəsinə qanunsuz daxil olub oradan həmin MTK-ya məxsus hər metri 1 manat dəyərində olmaqla 25 metr uzunluqda 25 manat dəyərində işıq kabelini, hər biri 12 manat dəyərində olmaqla 6 ədəd aliminiumdan düzəldilimiş cəmi 72 manat dəyərində profilləri, bir kvadrat metri 15 manat olmaqla 45 manat dəyərində 03 kvadrat metr ölçüdə metlaxı, bir ədədi 8 manat olmaqla plastik materialdan düzəldilmiş cəmi 56 manat dəyərində 7 ədəd vannaları, hər biri 3 manat dəyərində olmaqla plastik materialdan düzəldilmiş cəmi 15 manat dəyərində 5 ədəd vedrələri, Ağamalıyev Şamil Hicran oğlunun həmin mənzildə saxladığı hər biri 150 manat dəyırində olmaqla iki ədəd plastik materialdan olan dolab qapılarını gizli olaraq talayıb MTK-ya cəmi 213 manat, Şamil Ağamalıyevə cəmi 300 manat məbləğində ziyan vurmaqla, cəmi vahid niyyətlə 513 manat dəyərində özgənin əmlakını ələ keçirib oğurluq cinayəti törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, spirtli içkilər qəbul etməklə spitli içkilərin aludəçisidir. Onun Rusiyа Феdеrаsiyаsındа оlаn kiçik qаrdаşı Аbdullаyеv Еlvin Bаbаş оğlunun Хırdаlаn şəhəri, M.Hüsеynzаdə küçəsi 1 ünvаndа yеrləşən "xxxx" MMC-nin binаsının 9 Е (blоk) girişinin,11-ci mərtəbəsində 3 оtаqlı mənzili vаrdır. Bundan başqa bacısı Rəhimova Günay Babaş qızının da həmin binada 9D bloku, 8-ci mərtəbədə üç otaqlı mənzili vardır. 2022-ci ilin yay aylarında atası Babaş la birlikdə o, bacısının evində qalaraq qardaşının mənzilini təmir etməkdə atasına kömək etmişdir. Ailədə hamı namaz qılan olduğu halda o, spirtli içkilər qəbul etmiş, bu da atası Babaşın xoşuna gəlməmişdir. Atası Babaş, ona spitli içki içdikdə evə gəlməyi qadağan etdiyi üçün o, 2022-ci ilin iyul ayının 1-dən həmin ayın 4-nə kimi spirtli içki içərək bacısının evinə getməmişdir. Həmin günlərdə Хırdаlаn şəhəri, M.Hüsеynzаdə küçəsi 1 ünvаndа yеrləşən "xxxx" MMC-nin binаsının 9 Е blоkunun, 7-ci mərtəbəsində yaşayış olmayan və həmin vaxt təmir edilməmiş 25-ci mənzilində qalmışdır. Həmin mənzilin açarını birinci mərtəbədə komendantın otağından ondan xəbərsiz götürmüşdür. Açarı götürərkən və binanın 25-ci mənzilinə daxil olarkan oradan oğurluq etmək niyyəti olmamışdır. Həmin vaxt qalmağa yeri olmadığı üçün, həmin mənzildə gecələməkdən ötrü açarı komendantın otağından ondan xəbərsiz götürmüşdür. O, binanın 25-ci mənzilində qаlаrkan оrаdа işlənmiş hаldа plаstik materialdan ağ rəngli iki ədəd dolab qapıları, təxminən 25 metr uzunluqda işıq kabeli, 6 ədəd aliminum metaldan düzəldilimiş profillər, 03 kvadrat metr ölçüdə metlaxı, plastik materialdan düzəldilmiş 7 ədəd vanna, plastik materialdan düzəldilmiş 5 ədəd vedrə olmu, həmin mənzildə bir gün qalandan sonra pulu qurtardığı və pula ehtiyacı olduğu üçün otaqda olan əşyaları satıb pul əldə etmək qərarına gəlmişdir. 02 iyul 2022-ci il tarixdə günorta vaxtı binanın həyətinə köhnə əşya, metal, plastik material, köhnə əşyalar alan şəxslər gəlmiş, o da otaqda olan əşyaları həyətə düşürüb onlara satmışdır.Otaqdakı əşyaları liftin qarşısına yığıb həyətə düşürtmüş və tanımadığı iki nəfər şəxsə 70 (yetmiş) manata satmışdır. Əldə etdiyi pulu içkiyə, siqaretə və şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə göstərmişdir ki, Аbşеrоn rаyоnu, Xırdalan şəhərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə kоmеndаnt vəziфəsində işləyir. Аbdullаyеv Ərəstun Bаbаş оğlunu və onun аtаsı Аbdullаyеv Bаbаşı tаnıyır. Belə ki, Bаbаş Abdullayevin Rusiya Federasiyasında yaşayan qızının və oğlunun MTK-nın tikdiyi binаda mənzilləri vardır. Bаbаş Abdullayev Rusiya Federasiyasında yaşayan оğlunun mənzilini oğlu Ərərstunla birlikdə təmir etmişdir. Binаnın kоmеndаntı оlduğuna görə bоş mənzillərin аçаrlаrı onun xidməti оtаğındа mənzillərin nömrələri yаzılmış lövhədə asılmaqla saxlanılmışdır. Аğаmаlıyеv Şаmil Hicrаn оğlu dа binаnın 8D girişində 7-ci mərtəbədə, 23cü mənzildə аiləsi ilə birlikdə yаşаmış, оnun yaşadığı mərtəbədə yerləşən 25-ci mənzil təmirsiz və yaşayışsız olmuşdur. Lаkin mənzilin qаpısı bаğlı оlmuş və mənzilin аçаrlаrı onun iş оtаğındа olmuşdur. 04 iyul 2022-ci il tаriхdə işdə оlarkan, səhər sаtlаrındа binаdа yаşаyаn Şаmil Аğаmаlıyеv onun iş otağına gəlmiş və 25-ci mənzilin qаpısının аçıq оlmаqlа оrаdа оnа məхsus оlаn iki ədəd plаstik qаpılаrın оğurlаndığını bildirmişdir. O, iş оtаğındа 25-ci mənzilin аçаrlаrı оlаn yеrə bахdıqda, аçаrlаrın yеrində olmadığını görmüş, dərhаl bаşа düşmüşdür ki, o, оtаqdа оlmаyаndа ondan хəbərsiz mənzilin аçаrlаrını Ərəstun götürmüşdür. Оnа görə də Şаmil ilə birlikdə binanın 7-ci mərtəbəsində yаşаyış оlmаyаn təmirsiz 25–ci mənzilə gеtmiş və görmüşdür ki, mənzildə yаtmаq üçün yеr düzəldilərək оrаdа yаtаn şəxs оlmuşdur. Şаmilin qаpılаrındаn bаşqа, onun tərəфindən həmin mənzildə qоyulmuş MMC-yə məхsus 25 mеtr ölçüdə 25 mаnаt dəyərində аğ rəngli kаbеl, 6 ədəd işlənmin 3 mеtr uzunluğundа rəngsаz istiфаdə еdən аlminium prофilləri, hər biri 12 mаnаt оlmаqlа 72 mаnаt qiymətində, 3 kvаdrаtmеtr mеtlаx, bir kvаdrаtı 15 mаnаti оlmаqlа 45 mаnаt dəyərində 7 ədəd plаstik mаtеriаldаn vаnnа, hər biri 8 mаnаt olmaqla 56 mаnаt dəyərində 5 ədəd plаstik mаtеriаldаn vеdrə, cəmi 213(iki yüz оn üç) mаnаt dəyərində əmlаk оğurlаnmışdır. Qеyd оlunаn mənzildən оğurluq bаrədə Аzərbаycаn Rеspublikаsı DİN-nin 102 хidmətinə Şöhrət Məmmədоvun istiфаdəsində оlаn mоbil tеlефоnlа məlumаt vеrmişdir. Еyni zаmаndа qаpılаrın оğurlаnmаsı bаrədə Şаmil Аğаmаlıyеv ərizə ilə Аbşеrоn RPİ-nə mürаciət еtmişdir. Hazırda onlara dəymiş ziyan tam ödənildiyindən onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Ağamalıyev Şamil Hicran oğlu ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx" MMC-yə məxsus yeni yaşayış binasının7-ci mərtəbəsində 23 saylı mənzildə yaşayır. Həmin binanın 7-ci mərtəbəsində yerləşən qonşu 25 saylı mənzil 2022-ci ilin iyul ayında təmirsiz vəziyyətdə olmuş, lakin qapısı bağlı olmuşdur. Ona görə də, binanın komendantının icazəsi ilə həmin mənzilə özünə məxsus iki ıdəd plastik materialdan olan qapıları qoyaraq saxlamışdır. 04 iyul 2022-ci il tarixdə, səhər vaxtı öz evindən dəhlizə çıxıb getmək istəyərkən qonşu 25 saylı mənzilin qapısının açıq olduğunu görüb mənzilə daxil olmuş və mənzildə qoyduğu iki ədəd plastik materialdan olan qapıların oğurlandığını görmüşdür. Baş vermiş oğurluq barədə binanın komendantına məlumat vermiş, komendantla birlikdə oğurluq edilmiş mənzilə təkrar baxdıqda mənzildən həm də MTK-ya məxsus tikinti materiallarının oğurlandığı müəyyən olnmuşdur. Bundan sonra oğurluq barədə polisə müraciət etmişdir. Oğurluq nəticəsində ona bir ədəd qapının qiyməti 150 manat olmaqla, cəmi 300 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda onlara dəymiş ziyan tam ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, Salyan şəhərində qeydiyyatda olsa da, ünvan 3 ünvanında, qızı Günay Rəhimovaya məxsus mənzildə onlarla birlikdə yaşayır. Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 1 saylı evin 9D blokunda 41 saylı mənzil onun oğlu Elvin Abdullayevə məxsusdur. X4 Federasiyasında olur, onun mənzili həyat yoldaşı Cəmilənin adınadır. Həmin mənzili bir neçə il əvvəl almış, təmir etməmişlər. Ona görə də bu ilin yay aylarında o özü həmin mənzili təmir edirmişdir. Təmir işlərində ona digər oğlu Təqsirləndirilən şəxs kömək etmişdr. Lakin Ərəstun spirtli içkilərin aludəçisi olmuş, hazırda narkoloji xəstəxanada müalicə olunur. O, həmin evdə təmir işləri aparsa da, qızının evində yaşamışdır. Buna baxmayaraq divarların şpakilovkası quruyarkan bir neçə gün oğlu Ərəstunla birlikdə təmir etdiyi mənzildə gecələmişdir. Onun ailəsində oğlu Ərəstundan başqa hamı namaz qılıb ibadət edən şəxslər olsa da, Ərəstun tez-tez spitli içki içdiyi üçün onunla dəfələrlə içkidən imtina etməsi barədə profilaktik söhbət etmiş, buna baxmayaraq o, spitli içkilər içməkdə davam etmişdir. O, spirtli içki içərkən Ərəstuna evə gəlməyi qadağan etmiş, ona görə də, Ərəstun spirtli içki içərək 2022-ci ilin ilyul ayının əvvəllərində iki-üç gün evə gəlməmiş, həmin günlərdə onun harada gecələməsini bilməmişdir. Lakin ona sonradan məlum olmuşdur ki, oğlu Ərəstun evə gəlmədiyi günlərdə, yəni 2022-ci ilin iyul ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində "xxxx" MMC-nin yeni tikdirdiyi binanın 7-ci mərtəbəsində, 25-ci mənzilində gecələmişdir. Həmin vaxtlarda oğlu Ərəstun, təmir edilməmiş həmin mənzildə təmir-tikinti alətlərini oğurlayaraq satıb pulunu spitrli içkiyə xərcləmişdir. Oğlu Ərərstunun oğurluq etməsini ona oğurluq edilən binada yaşayan Ağamalıyev Şamil Hicran oğlu demişdir. Bildirdi ki, onun, binanın 25-ci mənzilində qoyduğu plastik qapıları Ərəstun oğurlamış, Ərəstunun şəxsiyyət vəsiqəsi oğurluq olan 25ci mənzildə düşmüş və ona, o cümlədən bina tikən şəxslərə oğlu Ərəstunun oğurluq etməsi məlum olmuşdur. Bu barədə sonradan oğlu Ərəstundan soruşduqda o, sərxoş olduğu üçün həmin oğurluğu törətdiyini və peşman olduğunu bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi Təqsirləndirilən şəxs qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onlara dəymiş ziyan tam ödənildiyindən onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Ağamalıyev Şamil Hicranoğlu tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi ilə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə görə məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.1.13-cü maddələrinə əsasən himayəsində iki azyaşlı uşağının olması və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzasını yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Salyan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Salyan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-220/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-220/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver