Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-220/2025 24.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X5 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi, ev 7A, mənzil 116-da kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 12:50 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Q.Musabəyov küçəsində yerləşən “Al” marketə gələrək işçilərin diqqətinin yayınmasından istifadə edib, marketin içərisində girişi kənar şəxslərə qadağan olunan saxlanc yeri kimi istifadə edilən otağa qanusuz daxil olaraq, orada olan dolabın kilidlə bağlı olan qapısını həmin dolabın üstündən götürdüyü açarla açaraq dolabdan hər biri 3,8 manat olan, cəmi 38 manat dəyərində olan 10 qutu “Winston XS Silver” markalı, hər biri 4 manat olan, cəmi 40 manat dəyərində olan 10 qutu “X15 04” markalı, hər biri 3,8 manat olan, cəmi 38 manat dəyərində olan 10 qutu “Winston XS Style Silver” markalı, hər biri 4,3 manat olan, cəmi 43 manat dəyərində olan 10 qutu “X7” markalı, hər biri 2,4 manat olan, cəmi 24 manat dəyərində olan 10 qutu “X9” markalı, hər biri 2,4 manat olan, cəmi 24 manat dəyərində olan 10 qutu “X14” markalı, hər biri 2,9 manat olan, cəmi 29 manat dəyərində olan 10 qutu “Winchester Comp. Silver” markalı, hər biri 2,9 manat olan, cəmi 29 manat dəyərində olan 10 qutu “Winchester KSSS Silver” markalı, hər biri 2,9 manat olan, cəmi 29 manat dəyərində olan 10 qutu “Palİ X16” markalı, hər biri 2,9 manat olan, cəmi 29 manat dəyərində olan 10 qutu “Palİ X8” markalı, hər biri 2,4 manat olan, cəmi 24 manat dəyərində olan 10 qutu “X11” markalı, hər biri 4,3 manat olan, cəmi 34,4 manat dəyərində olan 8 qutu “X2” markalı, hər biri 2,4 manat olan, cəmi 24 manat dəyərində olan 10 qutu “X10” markalı, hər biri 4,3 manat olan, cəmi 43 manat dəyərində olan 10 qutu “Sobranie KSSS Caster” markalı, ümumilikdə 448,4 manat dəyərində olan siqaretləri özü ilə gətirdiyi idman çantasına yığıb anbardan çıxarkən marketin müdiri Nümayəndə onu görərək qolundan tutub saxlamış, bu zaman o, dartınaraq Nümayəndə əlindən çıxıb, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərək çantaya yığdığı əşyaları saxlamağa çalışaraq əlindəki çanta ilə birlikdə marketdən çıxıb təxminən 10-15 metr qaçdıqdan sonra onu təqib edən “Al” marketin işçilərinin çağırışına əsasən yaxınlıqda olan vətəndaşlar tərəfindən tutularaq saxlanıldığına görə öz iradəsindən asılı olmayan səbəbdən qəsdən törətmiş olduğu cinayət əməlini başa çatdıra bilməyərək "xxxx" MMC-yə qarşı soyğunçuluq cinayət əməlini törətməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 29, 180.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, son zamanlar heç bir yerdə işləmədiyinə və maddi sıxıntıları olduğuna görə, həmçinin kirayədə yaşadığı evin kirə pulunu verə bilmədiyi üçün marketlərdən birindən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, xx.xx.2023-cü il tarixdə saat 12:50 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Q.Musabəyov küçəsində yerləşən “AL” marketə getmiş və marketin saxlanc anbarının qapısının yarı açıq vəziyyətdə olduğunu görüb işçilərin diqqətinin yayınmasından istifadə edərək içəri daxil olmuşdur. Bundan sonra orada olan dolabın qapısının bağlı olduğunu, açarının da həmin dolabın üstündə olduğunu görmüşdür. Bundan sonra o, açarı götürərək dolabın qapısını açdıqda orada müxtəlif markalı siqaretlərin saxlandığını görmüşdür. Sonra o, oradan müxtəlif markalı, sayını bilmədiyi qədərdə siqaretləri götürərək özü ilə gətirdiyi idman çantasına yığıb həmin anbardan çıxmaq istəyərkən qapının qarşısında marketin işçisi ilə rastlaşmışdır. Həmin şəxs ondan anbara hansı səbəbdən daxil olduğunu soruşduqda o, həmin şəxsə müxtəlif bəhanələr gətirərək qaçıb getməyə fürsət axtarmışdır. Bu zaman həmin şəxs anbardan oğurluq etməyindən şübhələnib qolundan tutaraq qışqırıb köməyə adam çağırdığına görə o, dartınaraq onun əlindən çıxıb əlindəki çanta ilə birlikdə qaçaraq marketdən bayıra çıxmışdır. Həmin vaxt marketin işçisi də onun arxasınca marketdən bayıra çıxıb köməyə adam çağırmağa başlamışdır. Bu zaman o, marketdən təxminən 10-15 metraralaşa bilsə də yaxınlıqda olan tanımadığı şəxslərdən biri onu tutmuş və əlindəki çanta ilə birlikdə marketə gətirmişdir. Bundan sonra marketin işçiləri zəng edərək bu barədə polisə məlumat vermişlər. Bundan bir qədər sonra da hadisə yerinə polis əməkdaşları gələrək müvafiq araşdırma aparmağa başlamışlar. Bir daha bildirir ki, o, marketin saxlanc anbarına daxil olan zaman oradakı dolabın qapısının bağlı olduğunu gördükdə əvvəlcə açarın dolabın üstündə olduğunu bilməmişdir. Ətrafa göz gəzdirdikdən sonra dolabın üstündə açar olduğunu görmüş və həmin açarı da götürüb dolabın qapısını açıb oğurluq etmişdir. Hazırda da törətdiyi həmin cinayət əməlini etiraf etməklə yanaşı əməlindən çox peşiman olduğunu bildirir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş, təqsirləndirilən şəxs barəsində qəti qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, Şəki şəhəri, 25-ci rayon, X4 küçəsi 32-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Füzuli küçəsində nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, hal-hazırda Abşeron rayonu, Xırdalan şəhəri, Q.Musabəyov küçəsində yerləşən “Al” marketdə müdir işləyir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində həmin marketdə işdə olduğu zaman işlə əlaqədar marketin saxlanc anbarına gedərkən tanımadığı bir nəfər şəxsin anbardan çıxdığını, əlində də içərisi dolu vəziyyətdə olan idman çantasının olduğunu görmüşdür. O, dərhal həmin şəxsin qolundan tutaraq ondan anbara hansı səbəbdən daxil olduğunu soruşduqda həmin şəxs müxtəlif bəhanələr gətirməyə başlamışdır. O, həmin şəxsin oğurluq məqsədilə anbara daxil olduğunu və orada olan dolabdan oğurluq etdiyini bilib dərhal onun qolundan tutaraq qışqırıb köməyə adam çağırmağa başlamışdır. Bu zaman həmin şəxs dartınaraq əlindən çıxıb əlindəki çanta ilə birlikdə qaçaraq marketdən bayıra çıxmış və o, da həmin şəxsin arxasınca marketdən küçəyə çıxıb yaxınlıqda olan şəxslərdən onu tutmalarını xahiş etmişdir. Marketdən oğurluq edən həmin şəxs marketdən təxminən 10-15 metr aralaşa bilsə də yaxınlıqda olan tanımadığı şəxslər onu tutub əlindəki çanta ilə birlikdə marketə gətirmişlər. Marketdə həmin şəxsi sorğu-sual edən zaman və əlindəki çantaya baxdıqda ona məlum olmuşdur ki, həmin şəxs marketin saxlanc anbarına qanunsuz daxil olaraq orada olan dolabın üstündən açarı götürüb dolabın qapısını açaraq oradan oğurladığı müxtəlif növ siqaretləri özü ilə gətirdiyi həmin idman çantasına yığaraq oğurlamaq istəmişdir. Ona görə də o, həmin vaxt zəng edərək bu barədə polisə məlumat vermişdir. Bundan bir qədər sonra da hadisə yerinə polis əməkdaşları gələrək müvafiq araşdırma aparmağa başlamışlar və o, da ərizə ilə müraciət edərək həmin şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Bildirir ki, marketin saxlanc anbarına işçilərdən başqa kənar şəxslərin daxil olmalarına icazə verilmir. Fləmçinin saxlanc anbarına kənar şəxslərin daxil olmalarına icazə verilmədiyi barədə anbarın giriş qapısının üzərində yazılı bildiriş də vardır. Bildirir ki, həmin şəxs marketin saxlanc anbarındakı dolabdan hər biri 3,8 manat dəyərində olan 10 qutu “Winston XS Silver” markalı (38 manat), hər biri 4 manat dəyərində olan 10 qutu “X15 04” markalı (40 manat), hər biri 3,8 manat dəyərində olan 10 qutu “Winston XS Style Silver” markalı (38 manat), hər biri 4,3 manat dəyərində olan 10 qutu “X7” markalı (43 manat), hər biri 2,4 manat dəyərində olan 10 qutu “ViceroySlimWhites”markalı(24manat),hər biri2,4manatdəyərində olan 10qutu “X14” markalı (24 manat), hər biri 2,9 manat dəyərində olan 10qutu “Winchester Comp. Silver” markalı (29 manat), hər biri 2,9 manat dəyərində olan 10 qutu “Winchester KSSS Silver” markalı (29 manat), hər biri 2,9 manatdəyərində olan 10 qutu “X17 Silver” markalı (29 manat) hər biri 2,9 manatdəyərində olan 10 qutu “X12 Nights” markalı (29 manat), hər biri 2,4manat dəyərində olan 10 qutu “X11” markalı (24 manat), hər biri 4,3manat dəyərindəolan 8 qutu “X2” markalı, (34,4 manat), hər biri 2,4 manat dəyərində olan 10 qutu “X10” markalı (24 manat), hər biri 4,3 manat dəyərində olan 10 qutu “Sobranie KSSS Caster” markalı (43 manat) ümumilikdə 448,4 manat dəyərində olan müxtəlif markalı siqaretləri götürüb özü ilə gətirdiyi idman çantasına yığaraq oğurlamaq istəmişdir. Bildirir ki, baş vermiş hadisə zamanı hadisəni törətmiş həmin şəxsin qolundan tutub saxladığı zaman həmin şəxs ona heç bir fiziki zor tətbiq etmədən dartınaraq əlindən çıxıb qaçmış və ona hər hansı bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda Abşeron rayon polis idarəsinin Post Patrul Xidməti Bölüyündə polis nəfəri vəzifəsində xidmət edir və rütbəsi polis serjantıdır. 15 dekabr 2023-cü il tarixdə polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində, 3 saylı marşrutda 47-66 çağırışlı xidməti avtopatrulla xidmətdə olmuşlar. Həmin gün saat 13 radələrində Xırdalan şəhəri, Q.Musabəyov küçəsində yerləşən “Al” marketdən oğurluq olduğu üçün həmin marketin qarşısına insanların toplaşdığı barədə məlumat almışlar. Onlar məlumatı aldıqdan dərhal sonra Xırdalan şəhəri, Q.Musabəyov küçəsində yerləşən həmin “Al” marketə getmişlər. Həmin vaxt marketin işçilərinin marketin içərisində 1 nəfər şəxsin qolundan tutub saxladıqlarını, həmin şəxsin də əlində saxladığı bir ədəd idman çantasında müxtəlif markalı siqaretlərin olduğunu görmüşlər. Onlar nə baş verməsi barədə maraqlandıqda məlum olmuşdur ki, bir qədər əvvəl həmin şəxs marketin saxlanc anbarına qanunsuz daxil olaraq oradan müxtəlif markalı siqaretləri oğurlayıb özü ilə gətirdiyi idman çantasına yığmış və həmin saxlanc anbarından çıxıb getmək istəyərkən marketin müdiri Arzu adlı şəxs onu gördüyü üçün tutub saxlamağa çalışmışdır. Lakin həmin şəxs marketin müdiri Arzu adlı şəxsin əlindən dartınıb əlindəki çanta ilə birlikdə marketdən bayıra çıxsa da marketin müdiri köməyə adam çağırdığlına görə yaxınlıqda olan şəxslərdən biri onu turtub saxlayıb marketin işçilərinə təhvil vermişdir. Bundan sonra onlar həmin şəxsi əlində saxladığı, içərisində müxtəlif növ siqaretlər olan çanta ilə birlikdə Abşeron rayon polis idarəsinə gətirib Növbətçi Hissəsəyə təhvil vermişlər. Növbətçi Hissədə həmin şəxsin xx.xx.1996-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu onlara məlum olmuşdur. Bundan sonra da onlar RPİ-nin rəisinə raportla müraciət edərək bu barədə məlumat vermişlər. Bildirir ki, onlar marketdən oğurluq olması barədə məlumat alıb həmin marketə yaxınlaşan zaman Təqsirləndirilən şəxs marketin qarşısında tutub saxlayaraq marketin işçilərinə təhvil vermiş şəxs oradan çıxıb getdiyinə görə onlar həmin şəxsi görməmişlər və kimliyi barədə heç bir məlumatları yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid3 da ifadəsində Abşeron rayon polis idarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərdiklərini təsdiq etmiş və istintaqa eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, “Al” marketdə satıcı işləyir. Mahiyyəti üzrə bildirir ki, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində o, həmin marketdə işdə olduğu zaman marketin içərisində yerləşən saxlanc anbarının qarşısında müdiri Nümayəndə ilə tanımadığı bir nəfər şəxsin arasında mübahisə olduğunu və Nümayəndə həmin şəxsin qolundan tutaraq ondan anbara hansı səbəbdən daxil olduğunu soruşduğunu görmüşdür. Bu zaman həmin şəxsin müxtəlif bəhanələr gətirdiyini görüb onlara yaxınlaşmaq istədikdə isə həmin şəxs dartınaraq Nümayəndə əlindən çıxıb əlindəki çanta ilə birlikdə qaçaraq marketdən bayıra çıxmış və onlar da həmin şəxsin arxasınca marketdən küçəyə çıxıb yaxınlıqda olan şəxslərdən onu tutmalarını xahiş etmişlər. Marketdən oğurluq edən həmin şəxs marketdən təxminən 10-15 metr aralaşa bilsə də yaxınlıqda olan tanımadıqları şəxslərdən biri onu tutub əlindəki çanta ilə birlikdə marketə gətirmişdir. Onlar marketdə həmin şəxsi sorğu-sual edən zaman və əlindəki çantaya baxdıqda məlum olmuşdur ki, o, marketin saxlanc anbarına qanunsuz daxil olaraq orada olan dolabın üstündən açarı götürüb dolabın qapısını açaraq oradan oğurladığı ümumilikdə 442 manat dəyərində olan müxtəlif markalı siqaretləri özü ilə gətirdiyi həmin idman çantasına yığaraq oğurlamaq istəmişdir. Ona görə də müdiri Nümayəndə həmin vaxt zəng edərək bu barədə polisə məlumat vermişdir. Bundan bir qədər sonra da hadisə yerinə polis əməkdaşları gələrək müvafiq araşdırma aparmağa başlamışlar. Bildirir ki, marketin saxlanc anbarına işçilərdən başqa kənar şəxslərin daxil olmalarına icazə verilmir. Həmçinin saxlanc anbarına kənar şəxslərin daxil olmalarına icazə verilmədiyi barədə anbarın giriş qapısının üzərində yazılı bildiriş də vardır. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi icraata qəbul edilərək ibtidai istintaq aparılmaqla "xxxx" MMC zərərçəkmiş şəxs qismində tanınmışdır. “Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Nümayəndə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində tanınmışdır. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-989/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığı qətimkan tədbirinin müddəti 16 mart 2023-cü il tarixədək müəyyən edilmişdir. “Cinayət işi üzrə icraataın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin şərtlərini pozduğu üçün cinayət işi üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 gün nəzərə alınmaqla üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 02 aprel 2024-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 tərəfindən verilmiş mülki iddianın təmin edilməsi və 2059,62 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ödənilməsi hökm edilmişdir. "xxxx" MMC-nin Abşeron Rayon polis İdarəsinə göndərdiyi xx.xx.2023-cü il tarixli Cİ-S-3086 nömrəli məktubundan görünür ki, naməlum şəxsin xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Q.Musabəyov küçəsində yerləşən "xxxx"ə gələrək işçilərin diqqətinin yayınmasından istifadə edib, marketin saxlanc yeri olan anbarına qanusuz daxil olaraq oradan gizli olaraq talamaq istədiyi əmlakın dəyəri aşağıdakı kimi müəyyən edilmişdir: - hər biri 3,8 manat dəyərində olan 10 qutu “Winston XS Silver” markalı (38 manat), - hər biri 4 manat dəyərində olan 10 qutu “X15 04” markalı (40 manat), - hər biri 3,8 manat dəyərində olan 10 qutu “Winston XS Style Silver” markalı (38 manat), - hər biri 4,3 manat dəyərində olan 10 qutu “X7” markalı (43 manat), - hər biri 2,4 manat dəyərində olan 10 qutu “X9” markalı (24 manat), - hər biri2,4 manat dəyərində olan 10 qutu “X14” markalı (24 manat), - hər biri2,9 manat dəyərində olan 10 qutu “Winchester Comp. Silver” markalı (29 manat), - hər biri 2,9 manat dəyərində olan 10 qutu “Winchester KSSS Silver” markalı (29 manat), - hər biri 2,9manat dəyərində olan 10 qutu “X17 Silver” markalı (29 manat), - hər biri2,9manat dəyərində olan 10 qutu “X12 Nights” markalı (29 manat), - hər biri 2,4 manat dəyərində olan 10 qutu “X11” markalı (24 manat), - hər biri 4,3 manat dəyərindəolan 8 qutu “X2” markalı, (34,4 manat), - hər biri 2,4 manat dəyərindəolan 10 qutu “X10” markalı (24 manat), - hər biri 4,3 manat dəyərindəolan 10 qutu“Sobranie KSSS Caster” markalı (43 manat) ümumilikdə 448,4 manat dəyərində olan müxtəlif markalı siqaretlər “Sübutların qiymətləndirilməsi haqqında ” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə 10 qutu “Winston XS Silver” markalı, 10 qutu “X15 04” markalı, 10 qutu “Winston XS Style Silver” markalı, 10 qutu “X7” markalı, 10 qutu “X9” markalı, 10 qutu “X14” markalı, 10 qutu “Winchester Comp. Silver” markalı, 10 qutu “Winchester KSSS Silver” markalı, 10 qutu “X17 Silver” markalı,10 qutu “X12 Nights” markalı, 10 qutu “X11” markalı, 8 qutu “X2” markalı, 10 qutu “X10” markalı, 10 qutu “Sobranie KSSS Caster” markalı siqaretlər ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması və işin məhkəmə baxışınadək saxlanılması üçün "xxxx" MMC0yə təhvil verilməsi, istintaq zamanı alınmış təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, ifadənin yerində yoxlanılması protokolu və digər istintaq sənədləri iş üzrə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29, 180.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 180.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 180.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 180.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli isə həbsə alındığı vaxtdan xx.xx.2024-cü il tarixdən hesablanmalı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 29 saata görə 174 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2025ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 09 saata görə 99 manat olmaqla, cəmi 273 (iki yüz yetmiş üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini təmin etmək üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməldir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 180.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “ev dustaqlığı”nda olduğu 01 ay 25 gün, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmü ilə şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün, cəmi 01 ay 27 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 10 (on) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 29 saata görə 174 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 09 saata görə 99 manat olmaqla, cəmi 273 (iki yüz yetmiş üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. X6
Məhkəmə qərarları › İş №1(012)-220/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-220/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver