Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-221/2023 05.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Bağırlı İlahə Oruc qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1994-cü il tarixdə Tovuz rayonu, Düz Qırıqlı kəndində doğulmuş, azərbaycanlı, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, məhkumluğu olan, Tovuz rayonu, Düz Qırıqlı kəndində qeydiyyatda olan, barəsində Bakı şəhəri Xətai rayon Məhkəməsinin həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Belə ki, hazırda Bakı şəhəri, Xətai rayon məhkəməsində icraatda olan 1(011)- 429/2022 nömrəli cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər oğurluq cinayəti törətdiyinə görə barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Tovuz RPŞ-nin İstintaq bölməsində və Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Xətai RPİ-nin İstintaq şöbəsində istintaq mərhələsində olduğu halda təkrarən, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 03 iyul 2022-ci il tarixdə saat 05 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Təzə bazar” adlanan ərazidəki ticarət mərkəzinin ikinci mərtəbəsində yerləşən yataqxananın mühafizəçilər üçün nəzərdə tutulmuş otağında enerji cihazına taxılmış Zərərçəkmiş şəxs məxsus 600 manat dəyərində Samsung Galaxy A53 markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs 600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, əvvəllər etdiyi cinayət əməlinə görə hazırda Bakı şəhəri, Xətai rayon məhkəməsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməyinə dair cinayəti işi vardır. Həmin cinayət işi üzrə hazırda cəza çəkir. 03 iyul 2022-ci il tarixdə gecə saat 03 radələrində o, gecələmək üçün Abşeron rayonu, Xırdalan şəhəri, “Təzə Bazar” adlanan yerdə yerləşən ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən yataqxanaya getmişdir. O, yolda Abşeron rayonu ərazisində yerləşən Xırdalan dairəsi adlanan yerdən keçən zaman bir nəfər qızın küçədə qaldığını görmüşdür. Həmin vaxt gecə olduğu üçün qıza yaxınlaşaraq onunla birlikdə gedib yataqxanada qalmasını təklif etmişdir. Həmin şəxs də onunla razılaşmışdır. Bundan sonra birlikdə yataqxanaya getmişlər. Orada olan zaman qız anasının da çöldə qaldığını və anasını da çağırmaq istədiyini bildirmişdir. O da buna etiraz etməmişdir. Bundan bir saat sonra həmin qızın anası yanında bir nəfər tanımadığı oğlanla gəlmiş və o da aşağı düşərək həmin şəxsləri yuxarı qaldırmışdır. Bir müddət oturduqdan sonra adının sonradan Şəbnəm olduğunu bildiyi həmin qızın anası ondan özünə məxsus olan Samsung Galaxy A53 markalı mobil telefonunu enerji cihazına qoşmağını xahiş etmişdir. O da razılaşaraq X7 A53 markalı mobil telefonunu alıb yataqxananın mühafizəçilərinin otağında, həmin mühafizəçilərdən icazəsini alıb telefonu enerji cihazına taxmışdır. Həmin vaxt o, orada olan mühafizəçiyə telefonun ona məxsus olduğunu demiş, telefonun başqa şəxsə aid olmasını deməmişdir. Təxminən gecə saat 05 radələrində o, su almaq adı ilə otaqdan çıxmışdır. Otaqdan çıxandan sonra Şəbnəmin ona enerji cihazına taxmaq üçün vermiş olduğu Samsung Galaxy A53 markalı mobil telefonu enerji cihazına taxdığı yerdən götürüb özü ilə aparmışdır. Daha sonra o, yataqxanadan çıxaraq oradan uzaqlaşmışdır. Bundan sonra həmin Samsung A53 markalı mobil telefonu Bakı şəhəri “28 May” metrostansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi, tanımadığı və xarici görünüşü yadında qalmayan şəxsə 100 manata satmışdır. Telefonu satarkən həmin şəxsə mobil telefonun özümə məxsus olduğunu bildirmişdir. Əməlindən peşmançılıq çəkir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, xahiş edir əməlinə düzgün qiymət verilsin və cəzadan azad edilsin. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun istifadəsində “Samsung A53” markalı mobil telefon vardır. xx.xx.2022-ci il tarixdə gecə saat 04 radələrində qızını götürmək üçün Abşeron rayonu, Xırdalan şəhəri, “Təzə Bazar” adlanan yerin yataqxanasına getmişdir. Həmin vaxt o, qızının yanında Hünər adlı şəxsin olduğunu görmüşdür. Bildiyinə görə Hünər qızının tanışı imiş. Həmin vaxt onun mobil telefonunun enerjisi azaldığından o, Hünərə məxsus “Samsung A53” markalı mobil telefonunu vermişdir ki, aparıb enerji cihazına qoşsun. Hünərdə dediyi kimi aparıb telefonu orada olan qeydiyyat otağında enerji cihazına qoşmuşdur. Bundan sonra Hünər yenidən onların yanına qayıtmışdır. Təxminən bir saat otaqda qalıb mobil telefonun enerji yığmasını gözləmişlər. Bundan bir saat sonra, təxminən saat 05 radələrində Hünər meyvə almaq adı ilə otaqdan çıxmışdır. O da bir neçə dəqiqə oturduqdan sonra mobil telefonunu götürmək üçün qeydiyyat hissəsinə yaxınlaşmışdır. Orada oturan şəxs ona Hünər adlı şəxsin gəlib telefonu götürərək oradan uzaqlaşdığını bildirmişdir. Həmin vaxt o, anlamışdır ki, sonuncu ona məxsus mobil telefonu oğurlamışdır. Həmin mobil telefona ilk öncələr zəng çatsa da, Hünər zəngə cavab verməmişdir. Sonradan isə ümumiyyətlə telefona zəng belə çatmamışdır. O da məcbur olub DİN-in 102 zəng xidməti mərkəzinə müraciət etmişdir. Oğurluq hadisəsi zamanı onun mobil telefonunun üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olmuşdur. Telefonunun xx.xx.2022-ci il tarixdə olan dəyəri təxminən 600 manat olmuşdur. Dəymiş ziyan ödənilmişdir, şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid elan olunmuş ifadəsindən görünür ki, o, təxminən 2018-ci ildən Abşeron rayonu, Xırdalan şəhəri, “Megacity Abşeron” ticarət mərkəzində yerləşən hosteldə nəzarətçi olaraq işləyir. Onun işi oraya qalmaq üçün gələn müştərilərdən ödənişi alıb otaqlara yönləndirmək, bir sözlə qeydiyyatını aparmaqdır. Təqsirləndirilən şəxs təxminən bir ilə yaxındır ki, tanıyır. Belə ki, Hünər müxtəlif vaxtlarda bazar daxilində alqısatqı işləri ilə məşğul olmuşdur. Həmçinin Hünər onun nəzarət etdiyi hostelin dəfələrlə müştərisidə olmuşdur. xx.xx.2022-ci il tarixdə axşam saat 00:00 radələrində Hünər yanında tanımadığı bir qızla hostelə gəlmişdir. Həmin vaxt Hünər imkanının olmadığını, biraz qalıb sonra gedəcəklərini bildirmişdir. Hünər daimi müştəri olduğundan o, Hünərlə razılaşmış və ona təqdim etmiş olduğu vəsiqənin surətinin şəklini çəkərək Hünərə bir otaq vermişdir. Bundan təxminən 2-3 saat sonra, gecə saat 04 radələrində Hünər gəlib ona bir nəfər qadında gələcəyini deyib içəridə qalmasına icazə verməyini xahiş etmişdir. O da etiraz etməyib razılaşmışdır. Bundan sonra Hünər aşağı düşərək bir nəfər qadını yuxarı qaldırmış və otağa daxil olmuşlar. Bundan təxminən 30 dəqiqə sonra Hünər bir ədəd mobil telefonu enerji cihazına taxılı vəziyyətdə gətirib onun oturduğu yerdə olan otaqda enerji cihazını elektrik yuvasına taxa bilib-bilməyəcəyini soruşmuşdur. O da buna etiraz etməmiş və Hünər enerji cihazını elektrik yuvasına qoşmuşdur. Təxminən gecə saat 05 radələrində Hünər yenidən gəlib telefonu götürəcəyini bildirib təşəkkür edərək getmişdir. Lakin o, həmin vaxt yuxulu olduğundan və şüşələrin qapalı olmasından dolayı hostelin dəhlizini görə bilmədiyindən Hünərin hara getdiyini bilməmişdir. Bundan bir müddət sonra Hünərin ikinci dəfə yuxarıya qaldırdığı qadın gəlib ondan mobil telefonunu istəmişdir. O da Hünərin mobil telefonunu bir müddət öncə götürüb getdiyini bildirmişdir. Həmin vaxt ona aydın olmuşdur ki, həmin mobil telefon adının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxsə məlum olmuşdur. Çünki Hünər ona həmin telefonun özünə deyildə Şəbnəm adlı şəxsə məxsus olması barədə heç nə deməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs X3 xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1, 70-ci maddəsi ilə təqsirli bilinib barəsində 06 ay int.xarak. h.h 06 ay şərti sınaq müddəti cəzası təyin edilmiş, xx.xx.2022-ci il tarixdə Xətai RPİ-nin İŞ tərəfindən həbs edilərək barəsində araşdırması aparılan cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs 31 may 2022-ci il tarixdən 02 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 02 (iki) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə elan olunmuş ittihamdan CM-nin 177.2.2-ci maddəsinin xaric edilməsi və dövlət ittihamının müdafiəsi CM-in 177.1-ci maddəsi ilə təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusundan müəyyən edilir ki, ittiham aktında göstərildiyi kimi Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətməsi kimi hallar sübut edilməmişdir. Əksinə toplanmış sübutlar ona dəlalət edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Halbuki, məhkəmə istintaqı zamanı və işin faktiki vəziyyətindən bir daha müəyyən edilir ki, İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə ittiham elan edilməsi üçün əsas, barəsində Bakı şəhəri, Xətai rayon məhkəməsində Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri və Tovuz RPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi baxılma mərhələsində olmasına baxmayaraq təkrarən oğurluq cinayət əməlini törətməsi faktı olmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən X1 yaşadığı evin hasarından həyətə keçərək evin giriş qapısının açıq olmasından istifadə edib qanunsuz daxil olaraq, evin yataq otağında geyim əşyalarının saxanılması üçün nəzərdə tutulan dolabda geyim əşyaların içərisində gizlədilmiş saxlanc yeri hesab edilən mücrünün içərisindən 01 ədəd 219 manat dəyərində 2,74 qram çəkidə üzərindəki qaşları qiymətli qaş olmayan 585 əyarlı qızıl üzük, 01 dəst 216 manat dəyərində 2,70 qram çəkidə üzərindəki qaşları qiymətli qaş olmayan 585 əyarlı qızıl sırğa, 01 ədəd 216 manat dəyərində Rusiya istehsalı 2,70 qram çəkidə 585 əyarlı qızıl üzük, 01 ədəd 800 manat dəyərində Rusiya istehsalı 10 qram çəkidə qızıl qadın üzüyü, 01 ədəd 280 manat dəyərində Rusiya istehsalı 3,5 qram çəkidə 585 əyarlı qızıl qadın üzüyü, 01 ədəd Rusiya istehsalı 22 qram çəkidə 585 əyarlı qızıl bilərzik (qolbağı), 01 ədəd 2560 manat dəyərində Rusiya istehsalı 32 qram çəkidə 585 əyarlı tros sep-boyunbağı, 01 dəst 3000 manat dəyərində Rusiya istehsalı 585 əyarlı qızıl bilərzik (qolbağı) və qızıl boyunbağı, 01 ədəd 1000 manat dəyərində Rusiya istehsalı 10 qram çəkidə brilyant qaşlı kaltso qızıl üzük və 01 ədəd 1800 manat dəyərində üzərində “Nərmin” yazılı klon olan qızıl boyunbağını gizli olaraq talayıb, zərərçəkmiş şəxs Aybəniz Mehdiyevaya 11871 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmiş, bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X6 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə xx.xx.2022-ci il tarixdə Cavidan Nəzərovun idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə ünvan ünvanda yerləşən avtoyuma məntəqəsinə gələrək rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə Cavidan Nəzərov avtoyuma məntəqəsinin qarşısında dayanıb gələn olacağı halda xəbər vermək üçün gözləmiş, Təqsirləndirilən şəxs isə avtomobilin baqaj hissəsində olan təkər açar vasitəsilə avtoyuma məntəqəsinin giriş hissəsinin kilidinin sındırılması yolu ilə qanunsuz daxil olmuş və orada olan 01 ədəd 450 manat dəyərində “OMAX” markalı, 603 WDM model kimyəvi təmizləmə aparatını, 01 ədəd 20 manat dəyərində “King Roy” markalı açar dəstini, 01 ədəd 20 manat dəyərində “YATO” markalı açar dəstini və 01 ədəd 50 manat dəyərində “Changlu Tools” markalı açar dəstini gizli olaraq talayıb, zərərçəkmiş şəxs Anar Ağarzayevə 540 , manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs 31 may 2022-ci il tarixdən 02 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 02 (iki) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Göründüyü kimi, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə ittiham elan edilməsinə əsas olmuş cinayət işi üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü vardır Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Azərbaycan Respublikasi Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Odur ki, Təqsirləndirilən şəxs əməlində oğurluq cinayətinin təkrar törədilməsi olmadığından qeyd olunanları nəzərə alıb, təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublukası CM-in 177.2.2-ci maddəsindən CM-in 177.1-ci maddəsinə tövsif edilməlidir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsindən real olaraq baş vermiş əməli əhatə edən tərkib əlamətinin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə tövsif edilməlidir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsilə təqsirli bilinməklə maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 28 gün müddətində azadlıqdan məhrumetmə cəzası tam toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bundan başqa Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edildiyindən və hazırda həmin hökm üzrə cəza çəkdiyindən Təqsirləndirilən şəxs hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 16 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində Xətai rayon məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalı və dəyişdirilməməlidir. Bundan başqa, ibtidai istintaq və məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi eyni zamanda məhkəmə istintaqı zamanı müdafiəçi vəkil Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul, Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2ci maddəsindən Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə tövsif edilsin Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını indiki hökmlə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tam toplanmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 16 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində Xətai rayon məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın və dəyişdirilməsin. Təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaq zamanı müdafiəçi vəkil Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-221/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-221/2023
05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver