Məhkəmə qərarları › İş №1(012)-221/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-221/2025

28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-221/2025 28.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X4 Ənvər qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürsunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1993-cü ildə Dəvəçi şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fəhlə işləmiş, subay, məhkum olunmuş və ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 may 2023-cü il tarixdə ona nəzarət etmək məqsədilə açarı verilmiş Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan 03 ədəd hər birinin qiyməti 1200 manat olan 3600 manat dəyərində istilik və isti su ehtiyacını qarşılayan qızdırıcı cihazını və 01 ədəd 800 manat dəyərində su qızdırıcısını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 4400 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 yanvar 2024-cü il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi, Ü.Hacıbəyov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətindəki kiçik tikiliyə qapının kilidini sındırmaqla qanunsuz daxil olaraq oradan 01 ədəd 1200 manat dəyərində "Baymak" markalı istilik və isti su ehtiyacını qarşılayan qızdırıcı cihazını və bir ədəd 150 manat dəyərində su qızdırıcısını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1350 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 fevral 2024-cü il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi, Əliağa Şıxlinski küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə pəncərədən keçməklə qanunsuz daxil olaraq, oradan bir ədəd 500 manat dəyərində "Samsung" markalı və bir ədəd 300 manat dəyərində "Supra" markalı televizoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 800 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Şabran şəhəri, Nizami küçəsi, ev 16 ünvanında qeydiyyatda olsa da, təxminən 2 ildir ki, ünvan 4 ünvanında yerləşən "xxxx" MMC-də (Mutlu Broyler MMC) həm fəhlə işləyir, həm də orada yaşayır. Belə ki, işlədiyi sex toyuq kəsimi müəssisəsi kimi fəaliyyət göstərir. O da həmin sexin yerləşdiyi həyətdə işçilərin paltarlarını dəyişdirməsi üçün nəzərdə tutulmuş iki mərtəbəli tikilinin ikinci mərtəbəsində qalır. Həmin həyətdə MMC-nin müdiri Zərərçəkmiş şəxs1 məxsus iki mərtəbəli fərdi yaşayış evi vardır. Onun açarını da Zərərçəkmiş şəxs1 ona vermişdir ki, həmin evə də nəzarət etsin. Təxminən 2023-cü ilin əvvəllərində Zərərçəkmiş şəxs1 evinə quraşdırmaq məqsədilə 3(üç) ədəd istilik sistemi (kombi) və l(bir) ədəd su qızdırıcısı (ptiminutka) qoyulmuşdu. O da evə nəzarət edən zaman həmin əşyaları orada görmüşdür. 2023-cü ilin may ayında pula ehtiyacı olduğu üçün evdə olan Zərərçəkmiş şəxs1 məxsus həmin kombi və su isidicisini satmaq qərarına gəlmişdir. Elə həmin ərəfələrdə sexə işçiləri gətirən taksi sürücüsü də ona kombi aparatı axtardığını demişdir. O da Salehə onda olduğunu və sata biləcəyini bildirmişdir. Daha sonra Saleh gəlib həmin kombilərə baxsa da, axtardığı kombinin həmin kombilərdən hər hansı biri olmadığına görə almaqdan imtina etmişdir. Təxminən 28 may 2023-cü il tarixdə Abşeron rayonu. Xırdalan şəhəri ərazisində olan zaman tanımadığı bir nəfər paltarları tozlu olan, usta olaraq işlədiyini təxmin etdiyi şəxsə yaxınlaşaraq əlində kombi və su isidicisi olduğunu və ümumilikdə 800 manata satmaq istədiyini bildirmişdir. Həmin şəxslər ondan nəyə görə kombiləri ucuz, satdığını soruşduqda o, həmin şəxsə kombi aparatlarının qüsurlu halda buraxıldıqlarını və daha sonra həmin qüsurun təmir edilərək işlək vəziyyətə salındığını, bu səbəbdən ucuz saldığını bildirmişdir. Həmin şəxs də onunla razılaşmış və o həmin 03 ədəd kombi aparatını və 01 ədəd su isidicisini Zərərçəkmiş şəxs1 məxsus evdən çıxarıb 800 manat müqabilində həmin şəxsə satmışdır. Əldə etdiyi pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, həmin şəxsi daha öncələr tanımamış və üzərindən uzun müddət keçdiyi üçün üz quruluşu və xarici görünüşü yadında qalmamışdır. Digər 2 ünvandan isə oğurluq etməmişdir. Məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs isə ibtidai istintaq zamanı ifadəsində isə göstərmişdir ki, Şabran şəhəri, Nizami küçəsi, ev 16 ünvanında qeydiyyatda olsa da, təxminən 2 ildir ki, ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-də (Mutlu Broyler MMC) həm fəhlə işləyir, həm də orada yaşayır. Belə ki, işlədiyi sex toyuq kəsimi müəssisəsi kimi fəaliyyət göstərir. O da həmin sexin yerləşdiyi həyətdə işçilərin paltarlarını dəyişdirməsi üçün nəzərdə tutulmuş iki mərtəbəli tikilinin ikinci mərtəbəsində qalır. Məmin həyətdə MMC-nin müdiri Zərərçəkmiş şəxs1 məxsus iki mərtəbəli fərdi yaşayış evi vardır. Məmin açarını da Zərərçəkmiş şəxs1 ona vermişdir ki, həmin evə də nəzarət etsin. Təxminən 2023-cü ilin əvvəllərində Zərərçəkmiş şəxs1 evinə quraşdırmaq məqsədilə 3(üç) ədəd istilik sistemi (kombi) və l(bir) ədəd su qızdırıcısı(ptiminutka) qoyulmuşdu. O da evə nəzarət edən zaman həmin əşyaları orada görmüşdür. 2023-cü ilin may ayında pula ehtiyacı olduğu üçün evdə olan Zərərçəkmiş şəxs1 məxsus həmin kombi və su isidicisini salmaq qərarına gəlmişdir. Elə həmin ərəfələrdə sexə işçiləri gətirən taksi sürücüsü də ona kombi aparatı axtardığını demişdir. O da Salehə onda olduğunu və sata biləcəyini bildirmişdir. Daha sonra Saleh gəlib həmin kombilərə baxsa da, axtardığı kombinin həmin kombilərdən hər hansı biri olmadığına görə almaqdan imtina etmişdir. Təxminən 28 may 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində olan zaman tanımadığı bir nəfər paltarları tozlu olan, usta olaraq işlədiyini təxmin etdiyi şəxsə yaxınlaşaraq əlində kombi və su isidicisi olduğunu və ümumilikdə 800 manata satmaq istədiyini bildirmişdir. Həmin şəxslər ondan nəyə görə kombiləri ucuz, satdığını soruşduqda o, həmin şəxsə kombi aparatlarının qüsurlu halda buraxıldıqlarını və daha sonra həmin qüsurun təmir edilərək işlək vəziyyətə salındığını, bu səbəbdən ucıız saldığını bildirmişdir. Həmin şəxs də onunla razılaşmış və o həmin 03 ədəd kombi aparatını və 01 ədəd su isidicisini Zərərçəkmiş şəxs1 məxsus evdən çıxarıb 800 manat müqabilində həmin şəxsə satmışdır. Əldə etdiyi pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, həmin şəxsi daha öncələr tanımamış və üzərindən uzun müddət keçdiyi üçün üz quruluşu və xarici görünüşü yadında qalmamışdır. Bundan başqa bildirmişdir ki. təxminən 10 yanvar 2024-cü il tarixdə gecə saat 02 radələrində qərara gəlmişdir ki, çölə çıxıb oğurluq edərək əldə etdiyi dəyərli əşyaları salıb qazanc əldə etsin. Belə ki. həmin vaxt onun maddi vəziyyəti yaxşı olmamışdır. Elə bu fikirlə gəzə - gəzə Abşeron rayonu. Novxanı qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsinə gəlmişdir. Elə həmin gün gecə saat 03 radələrində küçə ilə gedən zaman orada olan evlərdən biri onun diqqətini çəkmişdir. Həmin evin işıqları sönülü vəziyyətdə olduğundan o düşünmüşdür ki, evdə heç kim yoxdur. Bir qədər həmin evin yaxınlığında gözləmiş və evin işıqlarının yandırılmadığını görmüşdür. Daha sonra qapıya yaxınlaşaraq bir neçə dəfə qapını döymüşdür. Lakin heç kim çölə çıxmamış və işığı yandırmamışdır. Bununla da o, əmin olmuşdur ki. evdə heç kim yoxdur. Bundan sonra o, giriş qapısına doğru yaxınlaşmış və ətrafda onu görən hər hansı şəxsin olmadığında əmin olduqdan sonra üzərində daşıdığı dəmir parçası ilə qapını gərib kilidini qıraraq açmışdır. Daha sonra həyətə daxil olub ətrafa baxmışdır. Bu vaxt gözünə həyətdə olan kiçik yardımeı tikili sataşmışdır. O. yenə də evdə adam olacağından ehtiyat edib həmin tikiliyə yaxınlaşmış və dəmir parçası ilə tikilinin qapısının kilidini sındırıb qapını açmışdır. Bundan sonra içəri daxil olmuş və orada olan 01 ədəd kombi aparatını və 01 ədəd qızdırıcı sistemi oğurlamaq qərarına gəlmişdir. Elə bu məqsədlə həmin aparatları oradan söküb çıxarmış və qapıya doğru daşımışdır. Evdən çıxmamışdan öncə ətrafa diqqətlə baxıb hər hansı bir şəxsin olmadığından əmin olub kombi aparatı ilə həmin qızdırıcını işə salan sistemi götürüb oradan uzaqlaşmış və yaşadığı evə gətirib həyətində gizləmişdir. Həmin gün səhər saat 08 radələrində oğurladığı əşyaları da götürüb evdən çıxmış və Abşeron rayonu. Novxanı qəsəbəsində səyyar metal qəbulu və alqı satqısı ilə məşğul olan tanımadığı şəxsə ümumilikdə 200 manata satmışdır. Həmin kombi və qızdırıcı sistemi satarkən özünə məxsus olduğunu, lakin yenisini aldığı üçün saldığını dediyindən həmin şəxs aparatları ondan almışdır. Əldə eldiyi pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa bildirmişdir ki, 20 fevral 2024-cü il tarixdə saat 04 radələrində oğurluq edib qazanc əldə etmək məqsədilə Novxanı kəndi, Ə.Şıxlinski küçəsində gəzən zaman evlərdən birinin daxilindəki işıqların sönülü vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt o, evə daxil olub pul qarşılığında sata biləcəyi əşya oğurlamaq qərarına gəlmişdir. Elə bu məqsədlə evin hasarı istiqamətində gəzməyə başlamış və ətrafa diqqətlə baxıb onu görən hər hansı şəxsin olmadığına əmin olduqdan sonra hasarın alçaq hissəsindən aşıb həyətə düşmüşdür. Bundan sonra evin plastik pəncərələrindən birinə yaxınlaşmış və əli ilə zərblə itəliyib pəncərəni açaraq evə daxil olmuşdur. Evə daxil olduqda mətbəxdə bir ədəd televizorun divardan asıldığını müəyyən etmişdir. O dərhal yaxınlaşaraq televizoru oradan çıxarmış və daxil olduğu pəncərəyə yaxınlaşıb evdən çıxaraq televizoru da çölə çıxartmışdır. Evin həyətə düşdüyü hissədə olan hasarın hündürlüyü daha qısa olduğundan və ayağını qoyaraq hasarın üstünə çıxmağa rahat şərait olduğundan o, televizoru küçəyə çıxara bilmişdir. Daha sonra evə yenidən qayıdıb digər qonaq otağına keçmiş və orada da televizor olduğunu görmüşdür. Bundan sonra eyni formada həmin televizoru da çıxararaq daha öncə evə daxil olduğu pəncərədən televizorla birlikdə çıxmışdır. Daha sonra həmin televizoru da eyni qaydada küçəyə çıxarıb hər ikisini üst-üstə qoyaraq iti yerişlərlə oradan uzaqlaşmışdır. Həmin televizorları da yaşadığı evə gətirib gizlətmiş və sabahı gün Abşeron rayon, Novxanı qəsəbəsində tanımadığı şəxsə ümumilikdə 130 manata satmışdır. Televizorları salarkən almaları üçün televizorların özünə məxsus olduğunu bildirmişdi. Əldə etdiyi pulları isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. O, ilkin izahatını verən zaman düşünmüşdür ki, Saleh adlı şəxsi də törətdiyi cinayət əməlinə aid edər və Saleh də ziyan ödənilməsində ona kömək edər və beləcə məsuliyyəti yüngülləşər. Lakin daha sonra belə bir şeyin mümkün olmayacağını başa düşmüşdür. Həmçinin Zərərçəkmiş şəxs1 həmin aparatları oğurladığını öyrəndikdən sonra ona zəng etdikdə o vaxt qazanmaq və Müzəffəri polisə müraciət etməkdən qaçındırmaq üçün sonuncuya həmin aparatları borcu olduğu üçün Saleh adlı şəxsə satdığını demişdir. O həmin kombi və su isidicisini Saleh adlı şəxsə satmamışdır. O, həmin cinayət hadisələrini tək törətmiş, həmçinin bu barədə heç kimə məlumat verməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram göndərərək icraatda olan cinayət işi üzrə zərər çəkmiş şəxs kimi istintaqda verdiyi ifadəsini təsdiq edərək, üzrlü səbəbdən iştirak edə bilmədiyini, məhkəmənin onsuz keçirilməsinə razı olduğunu və Təqsirləndirilən şəxslə bağlı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “Mutlu Broyler" MMC-də icracı direktor işləyir. Həmin MMC-də Təqsirləndirilən şəxs fəhlə olaraq işləyirdi. Bundan başqa onu da qeyd elmişdir ki, MMCnin binasının yaxınlığında ona məxsus fərdi yaşayış evi var. Lakin həmin evdə yaşayış yoxdur. Buna görə də həmin evin açarını Təqsirləndirilən şəxs nəzarət etməsi üçün vermişdir. Bundan başqa evdə 03 ədəd hər birinin qiyməti 1200 manat olan modelini unutduğu kombi və 01 ədəd 800 manat dəyərində su qıxdırıeısı olmuşdur. O. Təqsirləndirilən şəxs güvəndiyi üçün uzun müddət gəlib evə nəzarət etməmişdir. xx.xx.2024-eü il tarixdə evə gələn zaman həmin 03 ədəd kombinin və 01 ədəd su qıxdırıeısımn evdə olmadığını müəyyən elmişdir. Həmin vaxt dərhal Eminlə əlaqə saxlayıb kombi və pitiminutkanın harada olduğunu soruşduqda sonuneu ona aparatları ehtiyacı olduğu üçün satdığını etiraf etmişdir. Emin ilk öncələr aparatları Saleh adlı şəxsə satdığını bildirsə də, sonradan məlum olmuşdur ki. Saleh adlı şəxs kombiləri almaq istəsə də. daha sonra almamış. Emin də başqa şəxsə satmışdır. O bildirmişdir 03 ədəd kombi və 01 ədəd su isidicisini o. həmin evə uzun müddət əvvəl qoyduğumdan ola bilsin ki. izahatında yanlışlıqla adlarını və qiymətlərini səhv qeyd elmişdir. Lakin daha sonra o gedib aydınlaşdıraraq aparatların adları ilə qiymətini dəqiqləşdirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə o və ailə üzvləri yaşadıqları Abşeron rayonu, Novxanı kəndi, Ə.Şıxlinski küçəsində yerləşən nömrəsiz fərdi yaşayış sahəsində olan zaman təxminən gecə saat 01:00 radələrində yatmışlar. Həmin vaxt evdə hər şey yerində olmuş və hər hansı qeyri adi hadisə baş verməmişdir. Həmin gün gecə saat 04:30 radələrində anası aşağı mərtəbədən tıqqıltı səsi eşitdiyini bildirmişdir. Bundan bir qədər sonra onlar aşağı düşdükdə evin qonaq otağında olan 01 ədəd 500 manat dəyərində "Samsung" markalı televizorun və mətbəxdə olan 01 ədəd 300 manat dəyərində "Supra" markalı televizorun oğurlandığını müəyyən etmişlər. Həmin vaxt onlar ətrafa baxış keçirdikdə məlum olmuşdur ki, naməlum şəxs evə pəncərədən daxil olmuşdur. Bundan sonra onlar həyətə baxsalar da televizorları oğurlayan şəxsi görə bilməmiş və dərhal DİNin 102 zəng xidməti mərkəzinə müraciət elmişlər. Şikayətçidir, dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, onun Abşeron rayonu, Novxanı qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində özünə məxsus fərdi yaşayış evi vardır. Həmin evdə yaşayış olmasa da, o, arasıra evə gedib baş çəkirmiş. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 16 radələrində o, həmin bağ evinə gedib baş çəkimişdir. Həmin vaxt hər şey qaydasında olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində o həmin evə yenidən gedən zaman giriş qapısının açıq olduğunu müəyyən etmişdir. Bundan sonra o dərhal içəri daxil olub evin həyətinə baxış keçirdikdə məlum olmuşdur ki, həyətdə olan kiçik daxma kimi olan tikilinin də qapı kilidi sındırılaraq açılmışdır. O həmin tikiliyə daxil olduqda 01 ədəd 1200 manat dəyərində "Baymak" markalı kombi aparatının və 01 ədəd 150 manat dəyərində qızdırıcı sistemin oğurlandığını müəyyən etmişdir. Bunu bildikdən dərhal sonra DİN-in 102 zəng xidməti mərkəzinə müraciət edərək məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində ona məxsus 1350 manat dəyərində əmlak gizli yolla talanaraq ələ keçirilmişdir. Bundan başqa evin və həyətdəki kiçik tikilinin kilidlərinin sındırılması nəticəsində ona 200 manat maddi ziyan dəymişdir. Şikayətçidir, dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Abşeron rayonu, Novxanı qəsəbəsində səyyar olaraq metal alqı-satqısı ilə məşğul olur. Belə ki, insanlardan ucuz qiymətə metal alıb üzərinə biraz pul qoyaraq satır və beləcə qazanc əldə edir. Təqsirləndirilən şəxs daha öncə tanımamış və Eminlə aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Təxminən 2024-cü ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs ona Novxanı qəsəbəsi ərazisində yaxınlaşaraq işlək vəziyyətdə olan 01 ədəd kombi aparatını və 01 ədəd qızdırıcı sistemini salmaq istədiyini bildirmişdir. O həmin kombi aparatına və qızdırıcı sistemə baxıb yoxladıqdan sonra həqiqətən işlək vəziyyətdə olduğunu müəyyən etmişdir. O Emindən nəyə görə satdığını soruşduqda sonuncu ona yenisini aldığını, bu səbəbdən artıq ehtiyacının olmadığını demişdir. Eminin bu sözü ona məntiqli gəlmiş və razılaşaraq 200 manat müqabilində ala biləcəyini bildirmişdir. Emin ilk öncələr razılaşmasa da, daha sonra razılaşmış və o aparatları almışdır. Bundan bir müddət sonra isə həmin kombi aparatını və qızdırıcı sistemi tanımadığı şəxsə təxminən 400 manata satmışdır. O həmin kombi aparatını və qızdırıcı sistemi Emindən alan zaman sonuncu ona aparatların özünə məxsus olduğunu bildirdiyi üçün almışdır. Emin ona həmin aparatları oğurlayaraq ələ keçirdiyini bildirməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin tərkib əlamətləri olduğundan faktla bağlı həmin maddə ilə cinayət işi başlanmış, istintaq aparılması üçün icraata qəbul edilmiş və Zərərçəkmiş şəxs1 maddi ziyan vurulduğundan iş üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, icraatda olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrə altında davam etdirilmişdir. Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 06.02.202-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə ibtidai istintaq aparılmışdır. Zərər çəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. Materialın cinayət işi ilə bir icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1/235 saylı material icraatda olan ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir. Zərər çəkmiş şəxs kimi tanımaq barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət əməlinin tövsif olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-230/2024 saylı qərarından görünür ki, Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasıa Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətdə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin əvvəli 09 mart 2024-cü il tarixdən saat 19:00-dan hesablanmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1; 69.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə Şabran Rayon Məhkəməsinin qərarı ilə ona təyin edilmiş 02 il 06 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 67.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 11 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadələri, şahid ifadəsi, hadisə yerinə baxış, ifadələrin yerində yoxlanılması haqqında protokol və digər rəsmi sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə etmə hallarına şübhələr olmadığından, həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-465/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 iyun 2024-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə istintaqında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş şahid ifadəsi, zərər çəkmiş şəxslərin ifadələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadələri və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və ya psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir, həmçinin, barəsində həbs qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxs tərəfindən bu barədə məhkəməyə də məlumat verilmir. Məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Həmçinin, Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi, Ü.Hacıbəyov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evindən və 20 fevral 2024-cü il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi, Əliağa Şıxlinski küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evindən oğurluq etməməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatla bağlı məhkəmə qeyd edir ki, məsələ ilə əlaqədar "xxxx" MMC-dən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə oğurluq hadisələrinin baş verdiyi Abşeron rayonu, Novxanı kəndi ərazisində olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidin ifadəsi ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə digər iki zərərçəkmiş şəxsə dəymiş maddi ziyan isə təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmədə Təqsirləndirilən şəxs dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1; 69.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə Şabran Rayon Məhkəməsinin qərarı ilə ona təyin edilmiş 02 il 06 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 67.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4cü bəndinə əsasən cəzadan azad olunmuş,Qərarın 7-ci bəndində qeyd edilmişdir ki, bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq, əvvəllər təyin edilmiş cəzadan nəticə çıxarmamasını və ona təyin olunmuş cəzaların islahedici təsirinin yetərli olmadığı nəticəsinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Abşeron Rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi 3 saat hüquqi yardıma görə 18 manat, Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 33 saat hüquqi yardıma görə 198 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini təmin etmək üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməldir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı məhkəmə istintaqı zamanı Abşeron Rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi 3 saat hüquqi yardıma görə 18 manat, Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 33 saat hüquqi yardıma görə 198 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini təmin etmək üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar