Məhkəmə qərarları › İş №1(012)-222/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-222/2022

08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-222/2022 08.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyi 4 saylı Rejional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1987-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Abşeron rayonu, Mənzil Komunal Təsərrüfatı və Yaşıllaşdırma idarəsində fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Ağsu rayonu Bico kəndində daimi qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 3, mənzil 273-də yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq meşə fonduna daxil olmayan ağacları və kolları kəsməklə xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən 27 saylı körpələr evi uşaq baxçasının həyətyani ərazisində abadlıq məqsədi ilə 2 ədəd diametri 8 sm olan hər biri 200 manat dəyərində ümumilikdə 400 manat dəərində, 1 ədəd diametri 10 sm olan 240 manat dəyərində və 3 ədəd dimetri 12-16 sm hər biri 300 manat olmaqla 900 manat dəyərində olan ümumilikdə 6 ədəd 1540 manat dəyərində Ayland ağacını, 2 ədəd hər biri 160 manat olan 320 manat dəyərində Lüqustr kolunu kəsərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarına əsasən təbiətə ümumilkdə cəmi 1860 (min səkkiz yüz altımış) manat məbləgdə ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Mənzil Kamunal Təsərrüfatı və Yaşıllaşdırma idarəsində fəhlə işləyir. xx.xx.2021-ci il tarixdə onların idarəsində aqranom işləyən, yəni fəhlələrə rəhbərlik edən Arazxan Baxışov ona və bir neçə fəhləyə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, 27 saylı Körpələr evi-uşaq baxçasının həyətində abadlıq işləri aparmaq lazım olduğunu bildirmişdir. O və digər iki fəhlə, Arazxanla birlikdə Abşeron rayonu ərazisində yerləşən 27 saylı körpələr evi uşaq baxçasına getmişlər. Arazxan uşaq baxçanda Samirə adlı qadınla danışıb söhbət etmiş, həmin Samirə adlı xanım özünü baxçanın müdirəsi kimi təqdim etmiş, Arazxan ona və yanında olan fəhlələrə baxçanın müdiri Samirə xanım dediyi işləri görməyi, yəni körpələr evi uşaq baxçasının həyətində olan artıq otları, tikanları və təbbi fəlakət nəticəsində qırılıb yerə düşmüş ağac budaqlarını təmizləməyi bildirmişdir. Bundan sonra Arazxan çıxıb getmişdir. O və orada olan fəhlələr Samirə xanımın, yəni 27 saylı Körpələr evi və uşaq baxçasının müdiri Şahid2 göstərişi ilə baxçanın həyətində olan tikanları, otları və quruyub yerə düşmüş ağacları təmizləməyə başlamışlar. Onun yanında olan fəhlələr orada olan otları, tikanlı kolları təmizləyərkən, o, bir neçə ağacın quruduğunu və külək nəticəsində əyildiyini görmüş, həmin ağacların körpələr evində olan uşaqların üzərinə düşə biləcəyindən ehtiyat etdiyi üçün həmin ağacları əlində olan «matapilla» ilə kəsmişdir. Həmin vaxtı oroada olan fəhlələr ona «ağacları kəsmə Samrə xanım ağacları kəsməyi bildirməyib» desələrdə, o, həmin ağacların quruduğunu, əyildiyni və uşaqların üzərinə düşə biləcəyini demiş, bu səbəbdən də həmin 5-6 ağacı və 1-2 ədəd kolu kəsdiyni bildirmişdir. O və yanında olan fəhlələr işlərini qurtarana yaxın 4 Saylı Ekalogiya və Təbii Sərvətlər idarəsinin işçiləri baxçanın həyətinə gəlmiş, baxçanın həyətinə baxış keçirərək ağacların kəsildiyi üçün bu barədə Akt tərtib etmişlər. Həmin vaxtı Samirə xanımla 4 Saylı Ekalojiya idarəsinin işçiləri arasında sözlə mübahisə olmuş, sonradan Arazxan özü də həmin yerə gəlmişdir. O və yanında olan fəhlələr işlərini tamamladıqları üçün, baxçanın ərazisindən çıxıb getmişlər. O, həmin vaxtı ağacları kəsdiyini və ağacları kəsmək üçün ona heç kimin göstəriş vermədiyni, həmin ağacları və kolları öz başına kəsdiyi barədə qorxusundan heç kimə heç nə deməmişdir. Bu səbəbdən də Samirə xanım 4 Saylı Ekolojiya və Təbbi Sərvətlər İdarəsinin işçilərinin tərtib etdiyi akta imza etməmiş, Samirə xanım ağacların və kolların kəsilməsinə göstəriş vermədiyni bildirmişdir. O, isə qorxusundan ağacları və kolları öz başına kəsdiyni, heç kimin göstərişi olmadığı barədə 4 Saylı Ekologiya və Təbbi Sərvətlər İdarəsinin işçilərinə heç nə deməmişdir. 27 saylı körpələr evi uşaq baxçasının həyətində olan təxminən 5-6 ağacı və 2 ədəd kolları o, kəsmiş, ağacları ona görə kəsmişdir ki, həmin ağacların bir neçəsi qurumuş və bir neçəsi isə əyilmişdir. Həmin ağacların uşaqların üzərinə düşə biləcəyini düşünmüş və bu səbəbdən də həmin ağacları və kolları kəsmişdir. Həmçinin o, cinayət nəticəsində dəymiş ziyanın tam olaraq ödənildiyini bildirmişdir. Əməlindən səmimi peşmandır, onun barəsində “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiq olunmasını istəyir, həmin Amnistiya Qərarına əsasən haqqındakı cinayət işi üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyi 4 saylı Rejional Ekologiya və Təbii Sərvətlər idarəsində məsləhətçi müfəttiş vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixli 66 saylı sərəncama əsasən xidməti ərazi olan Abşeron rayonu, Xırdalan şəhəri ərazisində «Yaşıllıqların Mühafizəsi haqqında» Qanunun və Ətraf mühütün mühafizəsi sahəsində mövcud olan dgər normativ hüququi aktların tələblərinə riayət olunması vəziyyəti araşdırılarkən, Xırdalan şəhəri, Dəmir yolu küçəsi 2 ünvanında yerləşən 27 saylı körpələr evi-uşaq baxçasının həyətyani yaşıllıq sahəsində qanunsuz olaraq ağacların kəsilməsi faktı aşkar edilmişdir. Bununla əlaqədar olaraq həmin yerdə dərhal idarənin əməkdaşları ilə birlikdə araşdırma aparılmış və bu barədə akt tərtib edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, 27 saylı körpələr evi uşaq baxçasının həyətində 2 ədəd diametri 8 santimetr olmaqla hər biri 200 manat dəyərində, 1 ədəd diametri 10 santimetr olmaqla 240 manat dəyərində, 3 ədəd diametri 12-16 santimetr olan hər biri 300 manat dəyərində olmaqla 900 manat dəyərində cəmi 6 ədəd Ayland ağaclarını kəsməklə ümumilikdə 1540 manat, bundan əlavə olaraq hər biri 160 manat olan 2 ədəd Lüqustar kolunu kəsməklə 320 manat dəyərində maddi ziyanv urmaqla 6 ədəd Ayland ağacı və 2 ədəd Lüqustr kolunu kəsməklə ümumilikdə təbiətə 1860 manat maddi ziyan vurulmuşdur. O, idarənin işçiləri ilə birlikdə bu barədə akt tərtib edərkən körpələr evi-uşaq baxçasının müdiri Şahid2 həmin ağacların kəsilməsinə göstəriş vermədiyni əsas gətirərək həmin aktı imza etməkdən imtina etmişdir. Hazırda onlara dəymiş ziyan tam ödənilmişdir, ona görə də təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidaiu istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon, 27 saylı körpələr və uşaq baxçasının müdiri Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 27 saylı körpələr evi-uşaq baxçasında müdiri vəzifəsində işləyir. O, 2021-ci ilin təxminən oktyabr ayının ortalarında işlədiyi körpələr evi –uşaq baxçasının qarşısında küçəni bir neçə işçinin təmizlədiyini, yəni yerdə olan otları, tikanları, təbbi fəlakət nəticəsində qırılmış ağac budaqlarını təmizlədiklərini görmüşdür. Həmin şəxslərə rəhbərlik edən şəxsin Arasxan adlı şəxs olduğunu bilmiş, Arasxan ona həmin işçilərin Abşeron rayon Komunal Təsərrüvatı və Yaşıllaşdırma idarəsinin işçiləri olduğunu demişdir. O, Arasxan adlı şəxsdən işlədiyi baxçanın həyətində olan təbbi fəlakət nəticəsində sınıb baxçanın həyətinə tökülmüş qurumuş ağacları, baxçanın həyətində olan otları və tikanları necə təmizləmək olmasını soruşmuş, Arasxan bu barədə Abşeron rayonu, İHB-nın Ərazi Dairəsi Üzrə nümayəndəliyinə müraciət etməyi bildirmişdir. xx.xx.2021-ci il tarixdə istifadəsində olan mobil telefonla Abşeron rayon İHB-nın Xırdalan şəhər İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəsi Rafiq müəllimə zəng etmiş, Rafiq müəllimdən körpələr evi-uşaq baxçasının həyətində təmizlik işlər aparılması üçün bir neçə işçi lazım olduğunu bildirmiş və Rafiq müəllmdən baxçanın həyətində abadlıq işləri, yəni otların, tikanların və quruyub yerə düşmüş ağac budaqlarının təmizlənməsi üçün bir neçə işçi göndərməyi xahiş etmişdir. Rafiq müəllim hazırda Abşeron rayonu Komunal Təsərrüvatı və Yaşıllaşdırma İdarəsinin işçilərinin şəhidlər üçün parkın tikintisində işlədiklərini, lakin həmin işlər başa çatan kimi işçiləri göndərəcəyini bildirmişdir. 26 oktyabr 2021-ci il tarixdə Arasxan Baxşıyev körpələr evi-uşaq baxçasının həyətn gəlmiş, onu Rafiq müəllimin göndərdiyni və Mənzil Komunal Təsərrüfatı və Yaşıllaşdarma idarəsinin işçisi olduğunu bildirmişdir. O, Arasxan Baxşıyevin yanında 3-4 nəfər fəhlə olduğunu görmüş, həmin fəhlələrə körpələr evi-uşaq baxçasının həyətində olan sahəni göstərib bildirmişdir ki, həmin baxçanın ərazisində olan tikanları, otları, lazımsız quruyub yerə düşmüş ağac budaqlarını təmizləməklə orada abadlıq işləri aparsınlar. Ona görə ki, uşaqlar həmin ərazidə oynayanda orada olan tikanlı otlar, qurumuş və yerə tökülmüş ağac budaqlarını həmin körpə uşaqlara mane olmasın. Bundan sonra o, öz iş otağına getmiş, birmüddət sonra həmin ərzidə möhkəm səs eşitmiş, iş otağından çıxıb baxçanın həyətinə fəhlələrin yanına getmiş, həmin əraziyə gedəndə, baxçanın həyətində işləyən fəhlələrlə 4 X4 və Təbbi Sərvətlər idarəsinin əməkdaşları arasında mübahisə olduğunu görmüşdür. O, nə səbəbə mübahisə olduğu ilə maraqlanmış, həmin fəhlələrdən kimsə özbaşına baxçanın həyətində olan qurumuş ağacları və kolları kəsdiyni bilmiş, bu səbəbdən də 4 X4 və Təbii Sərvətlər idarəsinin işçiləri baxçanın həyətinə gələrək ağacların kəsilməsi barədə protokol tərtib etmişlər. Həmin protokola onunda imza etməsini bildirmişlər. O, həmin işçiləri baxçanın həyətinə çağırdığını, eləcədə həmin işçilərdən otları, tikanları, quruyub yerə düşmüş ağac budaqlarının qırıntılarını oradan təmizləməyi işlədiyi baxçanın həyətində abadlıq işlərinin aparılmasını bildirsədə, heç kimə qanunsuz ağac və kol kəsməyi bildirməmiş, ümumiyyətlə ağac və kolların kəsilməsindən onun xəbərin olmadığını bildirmişdir. Bu səbəbdən də protokolu imza etməkdən imtina etmişdir. 4 X5 və Tibii Sərvətlər idarəsinin işçilərinə həmin ağacları və kolları işçilərdən kimsə öz başına kəsdiyni bildirmişdir. O, sonradan fəhlələrdən biri Səfail adlı şəxsin öz başına təbbi fəlakət nəticəsində əyilib aşmış və qurumuş ağacları kəsdiyni kolları təmizlədiyni bilmişdir. O, isə həmin işçilərə yalnız tikanlı otları, quruyub yerə düşmüş ağac budaqlarını və artıq otları təmizləməyi bildirmişdir. O, Abşeron RİH-nin Xırdalan şəhər ƏDÜİ nümayəndəsi Rafiq müəllimə və yaxud digər şəxsə, Körpələr evi-uşaq baxçasında abadlıq işlərinin aparılması ilə əlaqədar rəsmi olaraq müraciət etmiş, lakin mobil telefonla zəng edib Rafiq müəllimdən baxçanın həyətində abadlıq işlərinin aparılması üçün işçi göndərməyi xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli 73455 saylı aktdan və təbiətə dəymiş ziyanı təstiq edən cədvəldən görünür ki, ünvan 1 saylı ünvanda yerləşən 27 saylı körpələr evi –uşaq baxçasının həyətyani ərazisində abadlıq məqsədi ilə 6 ədəd ağacın və 2 ədəd kolun məhv edilməsi nəticəsində təbiətə - 2 ədəd diametri 8 sm olan bir ədədinin qiyməti 200 manat olmaqla 400 manat, 1 ədəd diametri 10 sm olan 240 manat dəyərində, 3 ədəd dimetri 12- 16 sm hər biri 300 manat olmaqla 900 manat dəyərində olan ümumilikdə 6 ədəd Ayland ağacı cəmi 1540 manat və 2 ədəd hər biri 160 manat olan cəmi 320 manat dəyərində Lüqustr kolunu kəsməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016cı il tarixli 421 saylı qərarına əsasən ümumilkdə təbiətə 1860 ( min səkkiz yüz altımış) manat məbləgdə maddi ziyan vurulmuşdur. Kapital Bankın xx.xx.2022-ci il tarixli 17516 nömrəli qəbizdən görünür ki, Təqsirləndirilən şəxs kəsdiyi 6 ədəd ağac və 2 ədəd kollara görə təbiətə dəymiş 1860 manat maddi ziyan ödənilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə məhkəməyə ərizə təqdim edərək, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının onun barəsində tətbiq olunmasına razı olduğunu bildirmiş, həmin Amnistiya Qərarına əsasən haqqındakı cinayət işi üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində sözügedən Amnistiya Qərarının tətbiq olunması ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, həmin Qərarın müvafiq müddəalarına əsasən iş üzrə icraata xitam verilməli və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əzəli torpaqlarımız olan Qarabağı və Şərqi Zəngəzuru uzun sürən işğaldan azad etdiyini böyük qürur hissi ilə xatırlayaraq, digər bu kimi xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisələri nəzərə alaraq və Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü ilə bağlı bu qələbənin memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəkləyərək, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” 5 noyabr 2021-ci il tarixli Qərar qəbul etmişdir. Qərarın 9.1-ci bəndinə əsasən məhkəmələr - icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Qərarın 23.5-ci hissəsinə əsasən məhkəmələr tərəfindən müvafiq hallarda Amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ilədək müddət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Qərarın, o cümlədən 10-cu və 11-ci hissələrin nəzərdən keçirilməsi ilə müəyyən olunur ki, həmin hissələrdə nəzərdə tutulmuş məhdudiyyətlər sırasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi böyük ictimai təhlükə törətməyən cinayət hesab olunan Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi, tətbiqinə məhdudiyyət müəyyən edilmiş maddələr sırasına daxil edilməmişdir, Təqsirləndirilən şəxs həmin Amnistiya Qərarının tətbiqinə mane olacaq digər məhdudiyyətlər müəyyən edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun barəsində 5 noyabr 2021-ci il tarixli Amnistiyanın tətbiq olunmasına razılığı, həmin Qərara əsasən cinayət işi üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə xahişi nəzərə alınaraq, qeyd olunan əsaslarla təqsirləndirilən şəxsin barəsindəki iş üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar