Məhkəmə qərarları › İş №1(012)-222/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-222/2023

02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-222/2023 02.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs13, X2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Rusiya Federasiyasının Kalininqrad vilayətində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvələr məhkum olunmuş, işləməyən, Neftçala rayonu Sübh kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Xırdalan şəhərində kirayədə yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 185.1, 326.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 dekabr 2021-ci il tarixdə saat 23 radələrində ünvan 1 ünvanında yerləşən yaşayış binasının 16-cı mərtəbəsinin damına çıxaraq, həmin damda yerləşən, ümumi istifadə üçün quraşdırılmış liftin Zərərçəkmiş şəxs6 vəsaiti hesabına alınmış və ona məxsus olan 1500 manat dəyərində invertorunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 05 fevral 2022-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs11 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş” 93 yaşayış kompleksi ev 90-da yerləşən 88 nömrəli mənzilə qapının kilidini sındırmaqla qanunsuz daxil olaraq oradan 01 ədəd 300 manat dəyərində taxta kəsən aparatı, 01 ədəd 80 manat dəyərində taxta kəsən aparatı, 01 ədəd 120 manat dəyərində direli, 01 ədəd 50 manat dəyərində direli, 01 ədəd 80 manat dəyərində ütünü gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs11 ümumiikdə 630 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 05 mart 2022-ci il tarixdə saat 02:30 radələrində Zərərçəkmiş şəxs12 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Nəsibə Zeynalov küçəsində yerləşən yarımtikili fərdi yaşayış evinə qanunsuz daxil olub, oradan 700 manat dəyərində 800 metr uzunluğunda dördlük elektrik naqillərini, 600 manat dəyərində 300 metr uzunluğunda altılıq elektrik naqillərini və 360 manat dəyərində 60 metr uzunluğunda üçlü onluq elektrik kabellərini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs12 ümumilikdə 1660 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs talama məqsədi olmadan 05 aprel 2022-ci il tarixdə, saat 07 radələrində Zərərçəkmiş şəxs8 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Masazır şossesi 69A nömrəli evin qarşısında saxladığı ağ rəngli “VAZ 2106” markalı **- VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açaraq sükan arxasında əyləşib avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırmış, həmçinin avtomobilin salonunda sonuncuya aid şəxsiyyət vəsiqəsini, mühüm sənəd hesab olunan sürücülük vəsiqəsini, həmin avtomobilə aid qeydiyyat şəhadətnaməsini və içərisində pul olmayan “Kapital Bank”a aid təqaüd kartını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 24 aprel 2022-ci il tarixdə, saat 20 radələrində "xxxx" Mənzil Tikinti Kooperatininin Abşeron rayonu, Xırdalan şəhəri, Əlif Hacıyev küçəsi-54 ünvanında inşa edilməkdə olan çoxmərtəbəli yaşayış binasının C-blokunun zirzəmisinin qapısını sındırmaqla içəriyə qanunsuz daxil olaraq oradan 3477 manat dəyərində 610 metr uzunluqda 4/6-lıq mis elektrik kabelini gizli olaraq talayıb zərərçəkmiş "xxxx" MTK-ya həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 29 aprel 2022-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən natamam tikilmiş fərdi yaşayış evinə pəncərənin qarşısında olan dəmir barmaqları sındırmaqla binaya qanunsuz daxil olub, oradan sonuncuya məxsus bir ədədi 8 manat dəyərində 6 ədəd elektrik açarlarını, bir ədədi 8 manat dəyərində 23 ədəd elektrik qoşucularını, bir ədədi 10 manat dəyərində 7 ədəd avtomat qoruyucularını, bir metri 0.50 manat dəyərində 200 metr uzunluğunda, 4 mm ölçülü elektrik naqillərini və bir ədəd 70 manat dəyərində laqondanı gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 472 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 04 may 2022-ci il tarixdən 05 may 2022-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 9 nömrəli binanın birinci mərtəbəsində olan 14-cü mənzilin zirzəmisinə küçə tərəfdə olan taxta pilləkənin üst hissəsini qırmaqla saxlanc yeri hesab olunan zirzəmiyə qanunsuz daxil olub, oradan dəyəri 1800 manat olan taxta sexi üçün nəzərdə tutulmuş hava qurulayan mühərrik motoru və bir ədəd dəyəri 150 manat olan alüminium su çənini gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 1950 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 19 may 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 20 manat müqabilində bir ədəd sellofana bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan ümumi 0,696 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib daşımış və üzərində saxlamış, 20 may 2022-ci il tarixdə, saat 18 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivində saxlanılaraq, Abşeron RPİ-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülümüş həmin 0,696 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 iyun 2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs10 məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin hasarında çəkilmiş 60 manat dəyərində 30 metr uzunluğunda elektrik naqili, bundan başqa evin birinci mərtəbəsində olan otağın plastik qapısını sındırmaqla qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan 3 ədəd hər biri 100 manat olmaqla ümumi 300 manat dəyərində istilik radiatorları, digər otaqdan isə 1 ədəd 60 manat dəyərində əl-üz yuyan və 1 ədəd 150 manat dəyərində unitazı gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs10 ümumilikdə 570 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 iyun 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs4 məxsus ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin qapısını açmaqla qanunsuz olaraq binaya daxil olub oradan 1 ədəd 150 manat dəyərində perferator, 1 ədəd 120 manat dəyərində böyük laqonda və 1 ədəd 30 manat dəyərində direli gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 300 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 iyul 2022-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən Zərərçəkmiş şəxs13 icarə əsasında işlətdiyi şüşə sexinin arxasında yerləşən həyətə qanunsuz daxil olaraq, oradan sonuncuya məxsus 1 ədəd 270 manat dəyərində su motorunu, 1 ədəd şüşənin kəsilməsində istifadə olunan 150 manat dəyərində almazı gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 420 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 16 iyul 2022-ci il tarixdə, saat 21:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin hasarından həyətinə, sonra isə evin giriş qapısının yan tərəfində olan dəmir barmaqlığı sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq evin 1-ci və 2-ci mərtəbəsinin bütün otaqlarında divarlara yeni çəkilmiş 800 manat dəyərindəki müxtəlif ölçülü elektrik naqillərini kəsərək, eləcə də evin birinci mərtəbəsinin qonaq otağından 1 ədəd 60 manat dəyərindəki “Bosh” markalı dreli, 2 ədəd hər biri 310 manat dəyərindəki “Bosh” markalı prefaratorları, 1 ədəd 100 manat dəyərindəki böyük ölçülü laqondanı, bir ədəd 70 manat dəyərindəki kiçik ölçülü laqondanı, 1 ədəd 250 manat dəyərindəki lazer aparatını, hər biri 80 manat dəyərində olan 3 bağlama 3 mm-lik elektrik naqilini, həmçinin kondisioner üçün nəzərdə tutulmuş 1525 manat dəyərindəki 61 kq çəkidə mis boruları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 3665 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 06 avqust 2022-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs9 Abşeron rayonu, Masazır qəsəbəsi “Yoncalıq” yaşayış massivində yeni inşa etdiyi evin qapısının qıfılını dəmir parçası ilə sındırmaqla qanunsuz olaraq binaya daxil olub, evdən 1500 manat dəyərində elektrik naqillərini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs9 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 avqust 2022-ci il tarixdə, saat 23 radələrində X4 məxsus ünvan 6 ünvanında yerləşən natamam tikilmiş fərdi yaşayış evinə plastik qapını sındırmaqla qanunsuz daxil olub, həmin evdə usta işləyən Zərərçəkmiş şəxs7 məxsus bir ədəd 260 manat dəyərində “Bosh” markalı laqondanı, bir ədəd 120 manat dəyərində “Ten” markalı elektrik mişarını, bir ədəd 200 manat dəyərində “Dnepr” markalı prefaratoru, bir ədəd 40 manat dəyərində boru yapışdırıcı ütünü, bir ədəd 380 manat dəyərində qaynaq aparatını, 20 metr uzunluqda 100 manat dəyərində elektrik kabelini və bir ədəd 60 manat dəyərində laqondanı gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 1160 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 31 avqust 2022-ci il tarixdə Sumqayıt şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan bir ədəd şəffaf selofana bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan ümumi 0,588 qram çəkidə şəxsi istehlak miqdarında artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz əldə edib saxlayaraq Abşeron rayonu Xırdalan şəhərinə daşımış, Abşeron RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə ********* nömrəli cinayət işi üzrə axtarışda olduğuna görə 31 avqust 2022-ci il tarixdə, saat 23:00 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində saxlanılaraq, Abşeron RPİ-nin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış zamanı qara rəngli cins şalvarın qabaq sağ cibindən bir ədəd şəffaf sellofana bükülmüş həmin 0,588 qram psixotrop maddə metemfetamin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. Arada iş olanda Xırdalan şəhərində yerləşən bazarda balıq alqı-satqısı ilə məşğul olur. Son zamanlar işsiz olduğuna görə maddi sıxıntıları olduğundan ara sıra oğurluq edir. O, maddi vəziyyəti yaxşı olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün 24 dekabr 2021-ci il tarixdə axşam saat 23 radələrində ünvan 7 ünvanında yerləşən yaşayış binasında olan gəzişən zaman binanın blokunda yerləşən liftlərdən hər hansı birinin matorunu oğurluyub sataraq qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə bloklardan birinə daxil olaraq 16-cı mərtəbəyə çıxmışdır. Həmin vaxt dam açıq olduğundan dama çıxmış və liftin matoruna tərəf getmişdir. O, matora nəzər yetirərkən orada imvertor olduğunu görmüşdür. O, invertorun qiymətli olduğunu və dəmir kimi sata biləcəyini düşünərək onu çıxarmış və özü ilə birlikdə aparmışdır. Bundan sonra həmin invertoru Xırdalan şəhəri ərazisində Qaz 24 markalı avtomobil idarə edən dövlət qeydiyyat nişanını xatırlamadığı səyyar metal alqı satqısı ilə məşğul olan tanımadığı şəxsə 100 manata satmış və həmin pulu öz şəxsi ehtiyacı üçün xərcləmişdir. Bundan sonra yenə də oğurluq etmək üçün Abşeron rayonu Masazır qəsəbəsi “Qurtuluş 93” yaşayış massivinə getmişdir. Məqsədi həmin yaşayış massivində olan yeni tikilməkdə olan binalara mənzillərə daxil olub oradan təmir-tikinti alətləri elektrik naqilləri götürüb satmaq olmuşdur. Bunun üçün 05 fevral 2022-ci il tarixdə təxminən saat 21 radələrində Abşeron rayonu Masazır qəsəbəsi “Qurtuluş 93” yaşayış kompleksi 90 saylı binaya gəlmiş, həmin binanın giriş qapısından içəri daxil olub yuxarı daxil olmuşdur. Həmin binada yerləşən 88 saylı mənzilin qapısının önündə və üzərində çoxlu toz olduğunu görüb həmin mənzildə yaşayış olmadığını yəqin etmişdir. Bundan sonra mənzilin qapısını döyüb mənzildə kiminsə olub olmadığını yoxlamış, mənzilin qapısını kimsə açmadığını görüb əvvəlcədən özü ilə gətirdiyi vintaçan ilə mənzilin giriş qapısının kilidini sındırmışdır. Bundan sonra mənzilə daxil olmuşdur. Mənzil yenicə təmir olunmuşdur. Mənzilin otaqlarında təmir-tikinti alətləri hələ də qalmaqda idi. O, mənzilin dəhlizində yerləşən iki ədəd böyük və kiçik olmaqla taxta kəsmək üçün nəzərdə tutulan elektrikli aparatı, iki ədəd biri böyük digəri kiçik direli, bir ədəd plastik boru yapışdırmaq üçün ütünü götürüb mənzildə olan torbaya yığmışdır. Həmin torbanı çiyninə atıb mənzildən çıxmışdır. Həmin əşyaları Abşeron rayonu Xırdalan şəhərində yerləşən evinə gətirmişdir. Həmin günün səhəri yəni xx.xx.2022-ci il tarixdə səhər saat 12 radələrində həyətdə metal qəbul edən şəxslərin çağırışlarını eşidib çölə çıxmışdır. Həmin şəxslər “QAZ-24” markalı avtomobillə küçə-küçə gəzib metal qəbul etdiklərini qışqırır və sakinlər evlərində olan yararsız əşyaları həmin şəxslə satırlar. O, həmin şəxslərə əvvəllər usta kimi işlədiyini hal-hazırda maddi vəziyyətinin yaxşı olmadığı özünə məxsus təmir tikinti alətlərini ucuz qiymətə satdığını bildirmişdir. Həmin şəxslər onun oğurluq əşya sata biləcəyindən ehtiyyat edib ondan əşyaların oğurluq olub-olmadığını soruşmuşlar. O, da özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin şəxslər ondan şəxsiyyət vəsiqəmi tələb etmişlər, o, həmin şəxslərə şəxsiyyət vəsiqəsini göstərmişdir. Həmin şəxslərdən biri əlindəki mobil telefonla ona məxsus şəxsiyyət vəsiqəsinin şəklini çəkmişdir. Bundan sonra həmin oğurladığı əşyaları birlikdə həmin şəxsə ümumilikdə 120 manat pul müqabilində satmışdır. Həmin pulu da öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Bundan başqa, narkotik vasitə aludəçisi olduğu üçün oğurluq əməllərinə əl atmışdır. 05 mart 2022-ci il tarixdə saat 02:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən iki mərtəbəli yarımtikili qarşına çıxmışdır. Evin həyətinə hasardan keçmə yolu ilə daxil olduqdan sonra birinci mərtəbədə yerləşən plastik pəncərəni açaraq içəri daxil olmuşdur. Orada oğurlamaq üçün heç nə tapa bilmədiyi üçün əvvəlcə birinci, daha sonra ikinci mərtəbədə divardan elektrik naqillərini sökərək götürmüşdür. Daha sonra yerdə olan digər elektrik naqillərini də götürüb evdən tapdığı torbaya yığaraq oranı tərk etmişdir. Daha sonra elektrik naqillərini Abşeron rayonu, Xırdalan şəhərində tanımadığı şəxslərə satmışdır. O, bu əməli törədərkən heç kimin köməyindən istifadə etməmişdir.Son zamanlar işsiz olduğuna görə maddi sıxıntıları olduğundan ara sıra oğurluq edirdi. xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Abşeron rayonu, Masazır şossesi ərazisində ara küçədə piyada yol ilə gedərkən yolun kənarında ağ rəngli VAZ 2106 markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobil görmüşdür. Avtomobilə yaxınlaşmış, həmin vaxt yorğun olduğum üçün avtomobildə oturub bir az dincəlmək istəmişdir. Ətrafda heç kimin olmadığından əmin olduqdan sonra həmin avtomobilin qapısını yoxladıqda qapının açıq olduğunu görmüşdür. Bundan sonra avtomobilin qapısını açıb sükan arxasında əyləşmişdir. Bir az oturduqdan sonra sürmək istəmiş, ona görə də avtomobilin sükanının alt hissəsində olan elektrik naqillərini bir-birinə toxunduraraq avtomobili işə salmışdır. Sonra avtomobili bir qədər irəli sürsə də, mexaniki ötürücü qutusu olan avtomobil idarə edə bilmədiyi üçün təxminən 300 metr aralıda yaşayış evinin qarşısında avtomobili saxlamışdır. Bundan sonra avtomobilin salonuna baxmış, avtomobilin salonunda saxlanc yerini açmış və oradan bir sıra sənədləri və kart götürüb avtomobildən yerə düşmüşdür. Bir qədər aralandıqdan sonra götürdüyü sənədlər bir ədəd sürücülük vəsiqəsi, avtomobilə aid qeydiyyat şəhadətnaməsi, bir ədəd “Kapital Bank”a aid kart olduğunu görmüş və o, həmin sənədlərin lazımsız olduğunu görüb yolun kənarına atmışdır. Bundan sonra həmin yerdən uzaqlaşmışdır. 24 aprel 2022-ci il tarixdə həftənin bazar günü yeni inşa edilən çoxmərtəbəli binaların əksəriyyətində iş olmadığını bildiyi üçün həmin günü Xırdalan şəhəri ərazisində tikilməkdə olan çoxmərtəbəli binalara gedib oradan mis və yaxud aliminium elektrik kabeli oğurlayıb metal qəbulu məntəqələrinə satıb pul əldə etmək qərarına gəlmiş və saat təxminən 20 radələrində bu niyyətlə Bakı- Sumqayıt avtomagistral yolunun kənarında Xırdalan şəhəri ərazisindəki “VAZ dairəsi” deyilən yerin yaxınlığında inşa edilməkdə olan çoxmərtəbəli binaların olduğu yerə getmişdir. Ətrafa nəzər salıb heç kimin onu görmədiyinə əmin olub oradakı tikilməkdə olan binanın zirzəmisinin armaturdan düzəldilmiş qapısına yaxınlaşmış və qapının asma qıfıllla bağlandıqını görüb həmin qıfılı sındırmaq üçün ətrafdan balaca bir armatur kəsiyi tapıb həmin armaturla qapının qıfılını sındırıb oradan içəriyə daxil olmuşdur. Sonra binanın zirzəmisində bir tərəfi mənzillərə quraşdırılmış, digər tərəfi isə açıq vəziyyətdə zirzəmidə yerə uzadılmış ağ rəngli qalın mis kabellərin olduğunu görüb, həmin kabellərin təxminən 20 metr uzunluqda hissəsini kəsib aparmaq olduğunu hiss edib, özü ilə gəzdirdiyi kəlbətinlə bir-bir həmin kabelləri kəsib, bir yerə toplayıb, zirzəmidən tapdığı boş kisəyə doldurub, binanın həmin yerdə yola tərəf baxan plastik pəncərəsini içəridən açıb kisəyə yığdığı kabeli kürəyinə alıb oradan gizlincə çıxarıb Bakı-Sumqayıt avtomagistral yolunun kənarına aparıb orada bir yerə qoymuş və sonra həmin kabelləri tanımadığı sürücünün idarə etdiyi “Opel” markalı taksi ilə Xırdalan şəhərində kirayədə yaşadığı “Köhnə bazar” adlanan məhəlləyə aparmışdır. Taksiyə 8 manat yol pulu verib yola saldıqdan bir neçə dəqiqə o, küçədə QAZ-24 markalı avtomobilin dayanıb köhnə metal aldığını görüb ona yaxınlaşmış və oğurladığı mis kabelləri tanımadığı həmin metal alan səxsə 110 manata satıb oradan birbaşa kirayə yaşadığı evə getmişdir. Oğurluqdan əldə etdiyi pulları bir neçə gün ərzində evə ərzaq almağa və şəxsi ehtiyaclarına xərcləmişdir. 2022-ci ilin aprel ayının 29-da Abşeron rayonu, Masazır kəndi, M.Ə.Rəsulzadə küçəsində birmərtəbəli, kürsülü evdən oğurluq etmişdir. Belə ki, o, yaşayış olmayan evlərdən oğurluq edir. Kənddə axşam vaxtı, saat 21 radələrində gəzərkən yeni tikilmiş evdə yaşayış olmadığını görüb həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Evin ətrafı hasarla əhatə olunmuş, küçə qapısı var idi. Evin həyətinə hasardan dırmaşıb keçmiş, həyətə girdikdən sonra evin zirzəmisinin pəncərələrinə dəmir barmaqlıqlar vurulduğunu görmüşdür. İkinci mərtəbədəki pəncərələrdə dəmir barmaqlıqlar olmasa da, hündür olduğundan həmin pəncərələrdən keçə bilməmiş, ona görə də, evin sol tərəfində hasarla üzbəüz zirzəminin nəfəsliyinə (fortuçkasına) bərkidilmiş dəmir barmaqlığı yerdən armatur tapıb divarla barmaqlığın arasına salaraq barmaqlığı divardan qopartmışdır. Sonra pəncərəni itələyib açmış və içəri girmişdir. Evin dəhlizində elektrik şitindən və elektrik açarlarını (klüçatorları) və elektrik qoşucularını (razetkaları), avtomat qoruyucularını sökmüş, həmin əşyalarıı və evin zirzəmisində olan laqondanı boş kisəyə qoymuş, zirzəmidə olan təxminən 150-200 metr uzunluqda elektrik naqilini də götürmüşdür. Həmin əşyaları pəncərədən çölə atmış, evin mətbəxində olan qaz peçini və peçin üstündə quraşdırılmış bir ədəd hava təmizləyicisini (aspiratoru) söküb evə girdiyi nəfəsliyin pəncərəsinin qarşısında qoymuşdur. Özü də həmin nəfəslikdən çıxmışdır. Oğurladığı əşyaları aparmaq istəyərkən əşyalar çox olduğu üçün gücü çatmamış, tək olduğu üçün evdən götürdüyü əşyaların hamısına gücü çatmamamışdır. Ona görə də, oğurlamaq istədiyi qaz peçini və aspiratoru aparmamış, pəncərənin ağzında qalmışdır. Kisəyə yığdığı əşyaları və elektrik naqilini götürüb oradan getmişdir. Oğurladığı əşyaları Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, fərdi evin həyətində ailə üzvlərinin xəbəri olmasın deyə gizlətmişdir. Sabahı gün həmin əşyaları Bakı şəhərinə aparıb, 3-cü mikrarayon bazarında satmışdır. Oğurladığım həmin əşyaları sataraq cəmi 135 (yüz otuz beş) manat pul əldə etmiş, həmin pulla özünə narkotik maddə heroin alaraq qəbul etmiş və yerdə qalanını şəxsi ehtiyaclarına xərcləmişdir. Bu ilin may ayında tarix dəqiq yadında deyil gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində oğurluq etmək məqsədi ilə həyətlərin arasında gəzişirdi. Beş mərtəbəli binanın yanından piyada keçəndə birinci mərtəbənin işıqları yanmadığını, yaxınlaşanda zirzəmiyə düşən qapıya oxşar yer olduğunu görmüş, həmin qapını açıb həmin mənzilin zirzəmisinə daxil olmuşdur. Orada bir ədəd markasını və təyinatını bilmədiyi mator və aliminium su çəni görmüşdür. Hər ikisini oğurlayıb küçəyə çıxartmış və yola tərəf gətirmişdir. Sonra yolla keçən taksi maşını tutub maşnna yükləmiş və səhərisi günü həmin matoru və su çənini Sumqayıtda bazarda tanımadığı şəxsə hazırda yadımda qalmayan məbləğə satmışdır. Narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivində yerləşən “Alişan” marketin qarşısında olarkən iki nəfər polis əməkdaşları özlərini təqdim etdikdən sonra onu saxlayıb, Abşeron RPİ-nə dəvət etmişlər. Abşeron RPİ-də otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olubolmadığı soruşulmuş, o, da əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən çıxardığı (bir) ədəd şəffaf rəngli selofan paçasına bükülmüş, ümumilikdə 1 (bir) bükümdən ibarət olan, qəhvəyi rəngli, toz formalı, narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin kütlə şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Yasamal rayon ərazisində tanımadığı şəxsdən 20 (iyirmi) manata almış, həmin narkotik vasitəni özü istifadə etmək üçün özündə saxlamışdır. Bundan sonra, xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi şəhid İ.Bayramov küçəsində piyada hərəkət etmişdir. Həmin yerdə boş ev axtarmağa başlamışdır. Bir qədər getdikdən sonra işıqları sönmüş iki mərtəbəli fərdi yaşayış evi görmüşdür. Həmin evin ətrafını gəzib evdə heç kimin olmadığından əmin olduqdan sonra hasara dırmaşaraq həyətə düşmüşdür. Evin hasarının divarında elektrik naqili çəkilmişdir. Həmin naqili özündə olan aboy bıçağı ilə kəsib qapının ağzına qoymuşdur. Bundan sonra evin birinci mərtəbəsinin plastik qapısını möhkəm itələyib sındırmaqla qapını açmışdır. İçəri daxil olduqdan sonra qiymətli əşya tapa bilmədiyi üçün divarda asılmış 3 ədəd istilik radiatorlarını yerindən söküb həyətə çıxarmışdır. Bundan sonra həmin otağın yanında olan digər otağa daxil olmuşdur. Orada olan 1 ədəd əl-üz yuyan və 1 ədəd unitazı da götürüb həyətə çıxarmışdır. O, götürdüyü əşyaları hissə-hissə hasardan çıxarıb yolun kənarına aparıb yerdə yığmışdır. Sonra taksi sifariş edib həmin əşyaları markasını xatırlamadığı taksi ilə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən evin yaxınlığında boş sahəyə yığmışdır. Sonra evə getmişdir. Səhəri gün səhər saatlarında həmin əşyaları Xırdalan şəhərində səyyar metal qəbul edən şəxsə ümumilikdə 90 manata satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra, yenə də işsiz olduğuma görə maddi sıxıntılarım olduğundan ara sıra oğurluq etmişdir. Oğurluq etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat təxminən 01 radələrində Abşeron rayonu, Xırdalan şəhəri N.Zeynalova küçəsində piyada hərəkət etmişdir. Həmin yerdə boş ev axtarmağa başlamışdır. Bir qədər getdikdən sonra tikintisi başa çatmamış fərdi yaşayış evi görmüşdür. Həmin evin dəmir darvazasından keçməklə içəri daxil olmuşdur. Ev tam təmirsiz idi. Evə daxil olub, sonra evin içərisində olan 1 ədəd perferator, 1 ədəd böyük laqonda və 1 ədəd direli götürüb evdən çıxmışdır. Bundan sonra həmin əşyaları özü ilə yaşadığı evə aparmışdır. Aradan bir gün keçdikdən sonra oğurladığı həmin əşyaları Xırdalan şəhərində tanımadığı ustalara ümumilikdə 70 manata satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Son zamanlar heç bir yerdə işləmədiyinə və maddi sıxıntıları olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. Buna görə də xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində yaşadığı ünvandan çıxaraq Masazır qəsəbəsinə oğurluq məqsədi ilə getmişdir. Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində ara məhəllələrə daxil olub yaşayış olmayan və oğurluq etmək üçün ev axtarmağa başlamışdır. Daha sonra qırmızı rəngli dəmir darvazanı görüb, orada yaşayış olmadığını müəyyən etmişdir. Sonra darvazadan qalxaraq evin həyətinə tullanmış, lakin, evdə yaşayış olmadığına görə evə daxil olmamışdır. Ona görə də evin həyətində su motorunu görüb onu oğurlamaq qərarına gəlmiş, həmin motoru çıxartmış və onun üzərində şüşə kəsmək üçün almaz da olmuşdur. Həmin əşyaları oğurladıqdan sonra sellofan torbaya qoyaraq evə gətirmişdir. Səhəri gün həmin su motoru və almazı avtomobil ilə metal alan tanımadığı şəxsə 60 manata satmışdır. Əldə etdiyi həmin pulu ehtiyacları üçün xərcləmişdir. Son zamanlar heç bir yerdə işləmədiyinə və maddi sıxıntıları olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat təxminən 21:30 radələrində hava qaraldıqdan sonra o, oğurluq etmək məqsədilə Abşeron rayonu, Gənclər şəhərciyi yaşayış kompleksinin arxa tərəfində yerləşən həyət evləri tərəfə getmişdir. O, həmin ərazidə 2 mərtəbəli bir evin işıqlarının sönmüş vəziyyətdə olduğunu görüb ətrafda və evdə heç kimin olmadığına tam əmin olduqdan sonra həmin evin həyətinə hasardan daxil olmuşdur. Bundan sonra o, evin giriş qapısının yanında olan dəmir barmaqlığı özü ilə gətirdiyi dəmir parçası ilə sındıraraq evə daxil olmuşdur. O, həmin vaxt evin 1-ci və 2-ci mərtəbələrində otaqlara nəzər yetirdikdən sonra evdə təmir işləri aparılması səbəbindən usta alətlərinin və tikinti materiallarının olduğunu görmüşdür. Bundan sonra o, evin 1-ci və 2-ci mərtəbəsinin bütün otaqlarında divarlara yeni çəkilmiş müxtəlif ölçülü elektrik naqillərini kəsərək, eləcə də evin birinci mərtəbəsindən 1 ədəd “Boch” markalı dreli, 2 ədəd “Boch” markalı perefaratorları, 1 ədəd böyük ölçülü laqondanı, bir ədəd kiçik ölçülü laqondanı, 1 ədəd lazer aparatını, 3 bağlama elektrik naqilini, həmçinin kondisioner üçün nəzərdə tutulmuş mis boruları oğurlayıb həmin əşyaları özü ilə gətirdiyi kisəyə yığaraq evdən çıxaraq oradan uzaqlaşmışdır. Ertəsi gün günorta saatlarında oğurladığı həmin əşyaları Xıradalan şəhərində tanımadığı, “Qaz 24” markalı avtomobili ilə küçələrdən əlvan metal yığan şəxsə ümumilikdə 70 manata satmış və həmin pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Son zamanlar heç bir yerdə işləmədiyinə və maddi sıxıntıları olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. Buna görə də 06 avqust 2022-ci il tarixdə, təxminən saat 23 radələrində Abşeron rayonu Masazır qəsəbəsi Yoncalıq adlanan ərazidə evlərin arası ilə gedərkən üç mərtəbəli bir evin yeni tikildiyini və hələ orada yaşayış olmadığını görüb həmin evdən oğurluq etmək istəmişdir. Ətrafda heç kimin olmamasından istifadə edib evin hasarının üstündən həyətə keçmiş, sonra həyətdə tapdığı dəmir parçası ilə evin giriş qapısının qıfılını sındırıb qapını açaraq içəri girmişdir. Evin içərisində təmir işləri aparılmış, otaqların birinə girib yerdə yığılmış elektrik naqillərindən bir torbaya yığıb oradan çıxıb uzaqlaşmışdır. Gecə həmin naqilləri çöllük bir ərazidə yandırıb içərisində olan misləri çıxardıb, səhəri günü Xırdalan şəhərində səyyar şəkildə metal qəbul edən şəxslərə satıb 60 manat pul almışdır. Götürdüyü pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Metal məftilləri ondan alan şəxs də onların oğurluq olmasını bilməmişdir. Son zamanlar heç bir yerdə işləmədiyinə və maddi sıxıntıları olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. 2022-ci ilin avqust ayının əvvəllərində Abşeron rayonu, Masazır kəndi, M.Dilbazi küçəsində yeni tikilmiş, təmir edilməkdə olan iki mərtəbəli evdən oğurluq etmişdir. Kənddə axşam vaxtı, saat 24 radələrində gəzərkən yeni tikilmiş evdə yaşayış olmadığını görüb həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Evin ətrafı hasarla əhatə olunmuş, küçə qapısı müvəqqəti düzəldildiyi üçün səliqəsiz, taxtadan düzəldilimiş və möhkəm deyildi. Küçə qapısı asma qıfılla bağlanmışdır. O, yerdən dəmir armatur parçası götürüb asma qıfılın arasına salıb qıfılı qırmış, sonra həyətə girmişdir. Həyətdə sağ tərəfdə yeni tikilmiş hovuz var idi. Evin birinci mərtəbəsinin ön tərəfindən giriş qapısı dəmirdən idi. Lakin qapının sol tərəfində meydançaya açılan plastik qapı və ona bitişik plastik pəncərə var idi. Üstündə gəzdirdiyi vint açanla (atverka) plastik qapını çərçivəsindən aralayaraq açmış və evin içinə daxil olmuşdur. Evin birinci mərtəbəsində dəhlizdə və vanna otağında usta alətləri var idi. O, evdən bir ədəd “boş” markalı laqonda, bir ədəd markası yadımda qalmayan elektrik mişarı, bir ədəd dnepr markalı perefarator, bir ədəd plastik boruları yapışdırmaq üçün istifadə olunan ütü, bir ədəd təxminən 30smx50 sm ölçüdə qaynaq aparatı kabeli ilə birlikdə və bir ədəd kiçik laqondanı götürüb bir ədəd boş kisəyə yığmış və kisəni bağlayıb belinə götürmüş, sonra çıxıb getmişdir. Oğurladığı əşyaları Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, fərdi evin həyətində gizlətmişdir ki, ailə üzvlərinin xəbəri olmasın. Sabahı gün həmin əşyaları Bakı şəhərinə aparıb, 3-cü mikrarayon bazarında satmışdır. Oğurladığı həmin əşyaları sataraq cəmi 250 ( iki yüz əlli) manat pul əldə etmişdir. Həmin pulla özünə narkotik maddə heroin alaraq qəbul etmiş və yerdə qalanını şəxsi ehtiyaclarına xərcləmişdir. Psixotrop maddə metamfetamindən və narkotik vasitə heroindən istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində “Grand market” in yaxınlığında olan zaman iki nəfər polis əməkdaşları özlərini təqdim edib, barəsində Abşeron RPİ-nin İŞ-də aparılan cinayət işi üzrə axtarış elan olunduğunu, bu səbəbdən onlarla birlikdə RPİ-nin inzibati binasına gəlmişdir. RPİ-nin inzibati binasında o, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmiş və bundan sonra video çəkilişlə müdafiəçinin iştirakı ilə üzərimə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən o, əynində olan qara rəngli cins şalvarın qabaq sağ cibindən bir ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamini təqdim etmişdir. Həmin kütlə şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. O, həmin psixotrop maddəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhərində tanımadığı şəxsdən 15 (on beş) manata almışdır. Həmin psixotrop maddəni özü istifadə etmək üçün özündə saxlamışdır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MTK-nın nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, təxminən 1 il olar ki, "xxxx" MTK-da hüquqşünas vəzifəsində işləyir. 2019-cu ildən Xırdalan şəhəri Mehdi Hüseyn küçəsi-1 ünvanında çoxmərtəbəli yaşayış evləri inşa edirlər. Bu günə kimi həmin yerdə 2 bina inşa edib, sakinlərə təhvil vermişlər. 3-cü yaşayış binasında da tamalama işləri aparılır. 04 aprel 2022-ci il tarixdə səhər saat 09:30 radələrində işə gəldikdən sonra ustaların orada gördüyü işlərə nəzarət etmək üçün həmin binanın zirzəmisinə getmişdir. Bu zaman binanın mənzillərinə çəkilmiş 6mm-lik elektrik kabelinin 27 mənzilə aid olan hissəsinin elektrik şitinə gedən 21 metrinin kəsilərək yerində olmadığını görmüşdür. Bu barədə heç kimə bildirməyib, həmin kabelin kim tərəfindən kəsildiyini özü müəyyən etmək qərarına gəlmişdir. Həmin vaxtdan bu günə kimi axtarsa da kabeli kəsib oğurlayan şəxsi tapa bilməmiş, buna görə də xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Əvvəllər işlədiyi həmin tikintidən oğurluq halları olmayıb, baş vermiş oğurluqda şübhələndiyi şəxslər yoxdur, hadisə nəticəsində MTK-ya məxsus hər bir metri 5 manat, 60 qəpik olan 546 metr uzunluqda 6 mm-lik elektrik kabeli oğurlanmışdır. Bunun da nəticəsində MTK-ya 3057 manat, 60 qəpik məbləğində maddi ziyan vurulmuşdur. Şikayətçidir, dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasına teleqram ünvanlamış Zərərçəkmiş şəxs11 elan olunmuş ifadəsindən görünür ki, ünvan 8 ünvanında yerləşən mənzil ona məxsusdur. Həmin mənzildə hal-hazırda yaşayış yoxdur təmir işləri gedir. xx.xx.2022-ci il tarixdə ustalar həmin mənzildə işlədikdən sonra axşam saat 19 radələrində çıxıb evlərinə getmişlər. xx.xx.2022-ci il tarixdə o, səhər saat 10 radələrində həmin mənzilə gələn zaman mənzildən ona məxsus 01 ədəd 300 manat dəyərində taxta kəsən aparatın, 01 ədəd 80 manat dəyərində taxta kəsən aparatın, 01 ədəd 120 manat dəyərində direlin, 01 ədəd 50 manat dəyərində direlin, 01 ədəd 80 manat dəyərində ütünün oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 680 manat məbləğində maddi ziyan dəymişdir.Ona dəymiş zərərin ödənilməməsinə baxmayaraq heç bir şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin mart ayının son günlərində özünə ağ rəngli VAZ 2106 markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. xx.xx.2022ci il tarixdə saat 23 radələrində idarə etdiyi sözügedən avtomobilini yaşadığı evin qarşısında saxlayıb evə daxil olmuş, səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 09 radələrində evdən çıxan zaman avtomobilimin yerində olmadığını görmüşdür. O, avtomobilinin qaçırıldığını başa düşüb DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra yaşadığı küçədə avtomobili axtaran zaman evindən təxminən 300 metr aralıda avtomobilini tapmış, avtomobilinin heç bir yeri zədələnməmiş, daha sonra polis əməkdaşları gələrək avtomobilinə baxış keçirmişlər. Şikayətçidir, dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanda yaşayır. DİN-in 102 xidmətinə verdiyim məlumatla və yazdığı ərizə ilə bağlı bildirmişdir, Bakı şəhərində yaşasa da Abşeron rayonu, Masazır qəsəbəsində özü yaşamaq üçün ev tikdirmişdir. Həmin yarımtikili evdə sonuncu xx.xx.2022-ci il tarixdə saat təxminən 10 radələrində olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində təkrarən evə gedərkən evin ön tərəfində qapıdan sol tərəfdə yerləşən plastik pəncərənin açıq olduğunu görmüşdür. Evə daxil olduqdan sonra oradan təxminən 700 manat dəyərində 800 metr uzunluğu dördlük elektrik naqillərinin, 600 manat dəyərində 300 metr uzunluğunda altılıq elektrik naqillərinin və 360 manat dəyərində 60 metr uzunluğunda üçlü onluq elektrik kabellərinin oğurlandığını görmüşdür. Ümumilikdə ona 1660 manat ziyan dəymişdir. Buna görə də baş vermiş hadisə barədə polisə məlumat vermişdir. Ziyan ödənilməsə də dəymiş ziyanı tələb etmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Masazır kəndi, M.Ə.Rəsulzadə küçəsində zirzəmili və iki mərtəbəli fərdi ev tikdirmiş, hazırda həmin evin birinci mərtəbəsinin təmir işlərini yekunlaşdırmaq üzrədir. Yolun kənarında yerləşən evin həyətinin hasarını çəkdirmiş, həyətə giriş darvazası qoydurmuşdur. Evin dəmir qapısı və pəncərələri vardır, zirzəmidə olan pəncərələrə dəmir barmaqlıq qoydurmuşdur. Evin içərisində birinci mərtəbədə divar kağızlarının yapışdırılmasına qədər təmir işləri görülmüş, cüzi təmir işləri qalmışdır. Həmin evə köçməmişdir. O, mütəmadi olaraq yeni tikdirdiyi həmin evə baş çəkdiyini bildirmişdir. Hadisədən əvvəl axırıncı dəfə 29 aprel 2022-ci il tarixdə sözügedən evə səhər saat 08.30 radələrində baş çəkib bir neçə dəqiqədən sonra işə getmişdir. Həmin vaxt evdə hər şey qaydasında idi. Növbəti gün, yəni 30 aprel 2022-ci il tarixdə, saat 08.30 radələrində işə gedərkən evə hər şeyin qaydasında olub-olmamasını yoxlamaq üçün baş çəkmişdir. Həyət darvazası bağlı olmuş, açarla darvazanı açıb həyətə girmişdir. Həyətə daxil olduqda mətbəx mebelinə qoydurduğu qaz peçi evlə üzbəüz dayandıqda evin sol tərəfində olan həyət hasarının üstündə qoyulduğunu görmüşdür. Dərhal evdən oğurluq olmasından şübhələnmiş, həmin yerə yaxınlaşmış və evin zirzəmisinə açılan, ölşüsü 60 x 90 sm olan pəncərənin dəmir barmaqlığı qırılaraq çıxarıldığını görmüş, barmaqlıq yerə qoyulmuş, pəncərənin üzərində evin mətbəxindən oğurlanmış hava təmizləyicisi (aspirator) qoyulmuşdur. O, həmin əşyalara toxunmadan giriş qapısından içəri daxil olmuşdur. Evin giriş qapısını da açarla açıb evə girmişdir. Yəni, qapı sındırılmamışdır. Bundan sonra ona naməlum şəxs və ya şəxslər evin yaşayış sahəsinə zirzəminin pəncərəsinin dəmir barmaqlığını sındıraraq daxil olduğları məlum olmuşdur. Evin içərisinə daxil olub, otaqlara, tualet və hamama, mətbəxə baxdıqda divarlardan elektrik açarlarının (klüçaterlərin), elektrik qoşucularının (razetkaların), dəhlizdə avtomat qoruyucuların, divarların bəzi yerlərində rezin borulardan keçirilərək çəkilmiş elektrik naqillərinin oğurlandığını görmüşdür. Bundan başqa evdən bir ədəd laqonda aparılmışdır. Şikayətçidir, dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 05 may 2022-ci il tarixdə səhər müəyyən etmişdir ki, yaşayış olmayan ona məxsus Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 9 nömrəli binanın birinji mərtəbəsində yerləşən 14 saylı evin küçə tərəfindən zirzəmiyə daxil olan naməlum şəxslər bir 1800 manat dəyərində hava qurulayan taxta sexi üçün nəzərdə tutulmuş Rusiya istehsalı olan tünd yaşıl rəngdə matorun,bir ədəd 150 manat dəyərində aliminium su çəninin oğurlandığını aşkar etmişdir. Şikayətçidir, dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təxminən 8-9 ay olar ki, Abşeron rayonu, “Gənlər şəhərciyi” yaşayış kompleksinin yaxınlığında yerləşən yeni məhəllədən 3 sot torpaq sahəsində yerləşən 2 mərtəbəli ev almışdır. Hazırda da həmin evində təmir işləri aparır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə o, həmin evində olan zaman hər şey öz qaydasında olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində o, həmin evinə gedən zaman evin giriş qapısının yan hissəsində olan dəmir barmaqlığın naməlum şəxs və ya şəxslər tərəfindən sındırıldığını görmüşdür. Bundan sonra o, evə daxil olub bütün otaqlara nəzər yetirdikdə görmüşdür ki, naməlum şəxslər evinə daxil olaraq evin 1-ci və 2-ci mərtəbəsinin bütün otaqlarında divarlara yeni çəkilmiş elektrik naqillərini kəsərək, eləcə də evin birinci mərtəbəsinin qonaq otağında saxladığı 1 ədəd “Boch” markalı direli, 2 ədəd “Boch” markalı perefaratoru, 1 ədəd böyük ölçülü laqondanı, bir ədəd kiçik ölçülü laqondanı, 1 ədəd lazer aparatını, 3 bağlama 3-lük elektrik naqilini, həmçinin kondisioner üçün nəzərdə tutulmuş 61 kq-lıq mis boruları oğurladıqlarını görmüşdür. Ona görə də o, həmin vaxt DİNin “102” xidmətinə zəng edərək bu barədə məlumat vermiş, bundan bir qədər sonra polis əməkdaşları gəlib və hadisə yerinə baxış keçirməyə başlamışlar. Ziyan ödənilməsə də, dəymiş ziyanı tələb etmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən obyekti aylıq 550 manata icarə əsasında şüşə sexi kimi işlədir. Həmin obyektin ətrafında hasarı və qapısı vardır. Həmin sexin arxasında isə fərdi yaşayış sahəsi vardır. Lakin, həmin yaşayış sahəsində yaşayış yoxdur. Onun işlətdiyi sex isə həmin evin qarşısında yerləşir. Həmin yaşayış sahəsinin həyətində isə sexin işlərinin görülməsi məqsədi ilə bir ədəd su motoru quraşdırılmışdır. Belə ki, şüşə sexində şüşələrin yonulmasında həmin su motorundan istifadə edirlər. Şüşəni evin həyətinə gətirib orada su ilə yonub, yenidən sexə qayıdırlar. Həmçinin şüşənin yonulmasına bir ədəd almazdan da istifadə edir. Həmin almaz isə daim su motorunun üzərində qalır. O, sonuncu dəfə 11 iyul 2022-ci il tarixdə həmin obyektə olmuşdur. Həmin vaxt oradan heç bir şey oğurlanmamışdır. 13 iyul 2022-ci il tarixdə sexdə işləyən zaman şüşənin yonulması üçün evin həyətinə girən zaman həyətdə quraşdırılmış su nasosunun və almazın oğurlandığını görmüşdür. Ona görə də 15 iyul 2022-ci il tarixdə bununla bağlı Abşeron RPİ-nə şikayət ərizəsi vermişdir. Həmin su motorunu 2022-ci ilin aprel ayında 270 manata, almazı isə 150 manata almışdır. Ümumilikdə ona 420 manat dəyərində maddi ziyan dəymişdir. Şikayətçidir, dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Yoncalıq massivində üç mərtəbəli yeni yaşayış evini inşa etdirmiş və orada hələ təmir tikinti işləri davam etdirilir. Onlar demək olar ki, hər gün gedib evə baxırlar və orada təmir işləri aparılırdı. Evin yerləşdiyi torpaq sahəsi mişar daşları ilə hasarlanmış, giriş qapısı isə dəmirdəndir. Evin pəncərələri də plasma pəncərələrdir, lakin dəmir barmaqlıqlar ilə təhciz edilməmişdir. 06 avqust 2022-ci il tarixdə axşam saatlarında həyat yoldaşı Adil evin qapısını bağlamış və Xırdalan çəhərində olan hazırda yaşadıqları evə gəlmişdir. 07 avqust 2022-ci il tarixdə, saat 10 radələrində Masazır qəsəbəsində olan yeni inşa etdikləri evə getmiş və məlum olmuşdur ki, gecə naməlum şəxs evin giriş qapısının qıfılını sındırmış və evədaxil olaraq evdən 1500 manat dəyərində elektrik naqillərini oğurlamışdır. Onlar evdən kim oğurluq etməyi bilməmişlər. Şikayətçidir, dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında teleqram ünvanlamış Zərərçəkmiş şəxs7 elan olunmuş ifadəsindən görünür ki, X4 məxsus Abşeron rayonu, Masazır kəndi, M.Dilbazi küçəsi, 58a ünvanında yerləşən yeni tikilmiş evdə 2022-ci ilin iyul ayının axırlarından başlayaraq usta işləyirdi. Həmin evdə elektrik və santexnik işlərini görürdü. Özünə məxsus usta alətlərini işlədiyi həmin evə gətirmişdir ki, təmir işlərində istifadə etsin. Usta alətlərini hər gün işi qurtararkən özü ilə aparırmış. Lakin 07 avqust 2022-ci il tarixdə gecə saat 22 radələrinədək işlədiyi üçün usta alətlərini işi qurtardıqdan sonra aparmamış, işdən gec çıxdığı üçün alətləri evdə saxlamışdır. Evin pəncərələri və giriş qapısı olduğu üçün pəncərələri bağlamış, giriş qapısını da açarla bağlamışdır. Usta işlədiyi müddətdə evin açarları onda olurdu. Sabahısı gün “aşura” günü olduğu üçün işə günortaya qədər gəlməmişdir. Günorta işə gəlmiş və evin giriş qapısına çatdıqda qapının sol tərəfində olan plastik qapının açıq olduğunu görmüşdür. Giriş qapısını açarla açmış və içəri girib usta alətlərini qoyduğu birinci mərtəbədəki vanna otağına gedib baxdıqda usta alətlərinin oğurlandığını müşahidə etmişdir. Odur ki, ev sahibi X4 zəng edib oğurluq olması barədə məlumat vermişdir. Elnur Hacıyev hadisə yerinə gəldikdən sonra polisə müraciət etmişdir. Şikayətçi deyil. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 10 ünvanda qeydiyyatda olmaqla yaşayır. Heç bir yerdə işləmir, təqaüdçüdür. Ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri N.Zeynalova küçəsində tikintisi başa çatmamış fərdi yaşayış evi vardır. Oğlu ilə birlikdə Bakı şəhərində yaşadığı üçün arada vaxtı olanda sözügedən evinə gedib baş çəkir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə evinə baş çəkən zaman hər şey qaydasında olmuşdur. Heç bir oğurluq hadisəsi baş verməmişdir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində qeyd olunan evinə getmişdir. Evinə giriş qapısına yaxınlaşdıqda qapının açıq olduğunu görmüşdür. O, dərhal DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra evinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, ona məxsus evdən naməlum şəxs və ya şəxslər tərəfindən 1 ədəd 150 manat dəyərində perferator, 1 ədəd 120 manat dəyərində böyük laqonda və 1 ədəd 30 manat dəyərində direlin oğurlandığı aşkar olunmuşdur. Ona ümumilikdə 300 manat maddi ziyan dəymişdir. Şikayətçidir, dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Masazır qəsəbəsi şəhid İ.Bayramov küçəsi ev 8 ünvanda fərdi yaşayış evi vardır. Həmin evdə yaşayış yoxdur. Arada vaxtı olanda gedib baş çəkir. Sonuncu dəfə 2022-ci ilin mart ayının ortalarında evinə baş çəkən zaman hər şey qaydasında olmuşdur. xx.xx.2022-ci il tarixdə günorta saatlarında qeyd olunan evinə getmişdir. Evinin qabaq hissəsində birinci mərtəbənin plastik materialdan olan qapısının açıq olduğunu görmüşdür. Bundan sonra Abşeron rayon polis idarəsinə məlumat vermişdir. Polis əməkdaşları gələrək evinə baxış keçirmişdilər. Baxış zamanı müəyyən olunmuşdur ki, ona məxsus fərdi yaşayış evinin həyətində hasarda çəkilmiş 60 manat dəyərində 30 metr uzunluğunda elektrik naqili, bundan başqa evin birinci mərtəbəsində olan otaqdan 3 ədəd hər biri 100 manat olmaqla ümumi 300 manat dəyərində istilik radiatorları, 1 ədəd 60 manat dəyərində əl-üz yuyan, 1 ədəd 150 manat dəyərində unitaz naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 570 manat maddi ziyan dəymişdir. Bundan başqa evinin 2 ədəd plastik qapısı sındırılmış və nəticədə 60 manat da maddi ziyan dəymişdir. Ziyan ödənilməsə də, dəymiş ziyanı tələb etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 3- 4 ildir ki, ünvan 7 ünvanında yerləşən yaşayış binasında komendant olaraq işləyir. Onun komendant olaraq vəzifəsi binanın işıq, su və s. kimi yaranmış texniki problemlərinə nəzarət etməkdir. Onun işi adətən saat 9-da başlayır axşam saat 10-a kimi davam edir. Lakin bəzən işdən asılı olaraq işləmə vaxtı uzana bilir. Mahiyyəti üzrə bildirmişdir ki, 25 dekabr 2021-ci il tarixdə saat 6-7 radələrində həyətdə olan zaman bina sakini Zərərçəkmiş şəxs6 ona bildirmişdir ki, binanın 3-cü blokundakı liftindən1500 manat dəyərində idarəetmə paneli oğurlanmışdır. Həmin idarəetmə panelində təxminən 6-7 ay əvvəl nasazlıq yarandığından xarab olmuşdur. Bu səbəbdən lift işləmədiyindən bina sakini Zərərçəkmiş şəxs6 özü cibindən 1500 manat verərək həmin lift üçün idarəetmə paneli almışdır. Ona görə də, liftin idarəetmə panelinin oğurlanması nəticəsində bina sakini Zərərçəkmiş şəxs6 1500 manat ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. 20 may 2022-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbulu ilə məşğul olması və hazırda Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Abşeron RPİ-nin CAŞnin əməliyyat müvəkkili Şahid4 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivinə getmişlər. Həmin vaxtı orada “Alişan” marketin qarşısında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs narkotik maddə qəbul etməsi barədə məlumatları olduğunu bildirib, polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da da heç bir müqavimət göstərmədən onlarla Abşeron RPİ-nə gəlmişdir. Bundan sonra onlar RPİ-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da üzərində özü istifadə etmək üçün bir ədəd şəffaf selofana bükülü narkotik vasitə heroin olduğunu bildirmiş və əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən şəfaf selofana bükülünü çıxarıb təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra onlar Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirmişlər. Baxış zamanı həmin bükümdə qəhvəyi rəngli, tozşəkilli kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə heroindir, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı bir nəfər şəxsdən 20 manata özü istifadə etmək üçün alıb özündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş bir büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o, da protokolda yazılanların doğru olduğunu imza ilə təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid Abşeron rayon polis idarəsinin CAŞnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid Abşeron rayon polis idarəsinin İTŞnin sahə rəisi, polis kapitanı Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/2913 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “ Zərflər üçün nömrə 56” möhür əksi, “Təqdim etdi... Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,696 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (qalıq çəkisi 0,646 qram – 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/4686 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün nömrə 56” dairəvi möhür əksləri olan, “ Vətəndaş Təqsirləndirilən şəxs üzərindən əşkar edilərək götürülmüş...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,588 qram olan ağ rəngli kristallşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir (qalıq çəkisi 0,538 qram – 0,05 qram psixotrop maddə metamfetamin tədqiqata sərf edilmişdir). Məhkəmə-narkoloji ekspertizasının 01 sentyabr 2022-ci il tarixli, 4884 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində deydiyyata alınması məsləhət görülür. Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vemə” qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmiş və həmin tarixli qərarla cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən, dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli qərardan görübnür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində saxlanılaraq, Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş və ********* nömrəli cinayət işi üzrə icraat 01 sentyabr 2022-ci il tarixdə təzələnmiş və icraata qəbul edilərək istintaqı aparılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4, 234.1 və 66.3-cü maddələri ilə təqsirli bilinib 01 il 02 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 66.5 və 68.1.4 və 69.3-cü maddəsinə əsasən 02 il 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış zamanı qeydə alınmış DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,646 qram narkotik vasitə heroin və qalıq çəkisi 0,538 qram olan psixotrop maddə metamfetamin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmış və Zərərçəkmiş şəxs8 məxsus “Vaz 2106” markalı ** VD *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə maddi sübut kimi tanınmış və saxlanlmasından ötrü sahibi Zərərçəkmiş şəxs8 təhvil verilmişdir. Məhkəmə baxışı iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə 2022-cu ilin may ayının 20-də saat 18 radələrində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş narkotik vasitə olan heroin və 2022-cu ilin avqust ayının 31-də saat 23 radələrində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynindəki qara rəngli cins şalvarının qabaq sağ cibindən bir ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək, götürülməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 185.1, 326.2 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, analoji cinayət əməlini törətməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 165 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,646 qram narkotik vasitə heroin və qalıq çəkisi 0,583 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs8 məxsus “Vaz 2106” markalı ** VD *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə maddi sübut kimi tanınmış və saxlanlmasından ötrü sahibi Zərərçəkmiş şəxs8 təhvil verilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 28 gün azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 165 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,646 qram narkotik vasitə heroin və qalıq çəkisi 0,583 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Vaz 2106” markalı ** VD *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs8 təhvil verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar