Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-222/2025 03.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs etmənin əvvəli 25 yanvar 2024-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama niyyəti ilə xx.xx.2023-cü il tarixdə saat 14- dən saat 18-ə dək olan vaxt ərzində vahid niyyətlə əhatə olunan qəsdlə eyni tarixdə üç dəfə Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivi Yeni Məhəllədə yerləşən evə qanunsuz daxil olaraq həmin evin zirzəmisinin qapının kilidini sındırmaqla 1 ədəd 50 manat dəyərində olan su matorunu, 1 ədəd 20 manat dəyərində qaz balonunu, 1 ədəd 400 manat dəyərində generatoru, 1 ədəd 45 manat dəyərində olan laqondanı, hər biri 50 manat dəyərində olan 2 ədəd lobziki, 1 ədəd 200 manat dəyərində olan qaz sobasını, 1 ədəd 300 manat dəyərində olan qaynaq aparatını, hər biri 70 manat dəyərində olan 2 ədəd preparatoru və hər biri 40 manat dəyərində olan 2 ədəd direli gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1335 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə, xx.xx.2023-cü ildə saat 07 radələrində Zərərçəkmiş şəxs5 ünvan 3 ünvanına pəncərənin dəmir barmaqlığını sındırmaqla qanunsuz daxil olaraq oradan müşahidə kamerasının 200 manat dəyərində olan 1 ədəd yaddaş aparatını və 30 manat dəyərində 1 ədəd “Wi-fi” aparatını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs5 ümumilikdə 230 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs, 15 dekabr 2023-cü il tarixdə gündüz vaxtı Abşeron rayonu Hökməli qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan Asif adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (Siyahı İ) daxil edilmiş 01 ədəd gümüş rəngli kağız bükümdə çəkisi 1,194 qram olan xeyli miqdarda küstar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manat müqabilində əldə edib Abşeron rayonu, Hökməli qəsəbəsinə daşımış və üzərində saxlamış, 15 dekabr 2023-cü il tarixdə saat 18 radələrində Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsində M.Əliyev küçəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılaraq, Abşeron RPİ-nin Qobu polis bölməsinin inzibati binasına gətirilib, orada həmin gün saat 18:20-dən saat 18:40-dək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin 1,194 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə, xx.xx.2024-cü ildə saat 15 radələrində Zərərçəkmiş şəxs4 Abşeron rayonu, Qobu qəsəbəsi, Hərbi şəhərcikdə yerləşən, təmir aparılan evinə pəncərənin dəmir barmaqlığını sındırmaqla qanunsuz daxil olaraq oradan ümumi dəyəri 700 manat olan 3 bağlama elektrik naqilini, 1 ədəd direli, 1 ədəd loqundanı, 1 ədəd su nasosunu və 2 ədəd elektrik qızıdırıcısını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 həmin məbləğdə ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə, 02 yanvar 2024-cü il tarixdə 18 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi Atyalı yaşayış massivində yerləşən fərdi yaşayış evinə hasardan keçmə yolu ilə sonra isə həmin evə pəncərədən qanunsuz daxil olaraq evin içərisində olan 180 manat dəyərində 02 ədəd hidroforu ilə birlikdə su mühərriyi, 20 manat dəyərində 04 ədəd su mühərrikinin vintilini, 18 manat dəyərində 02 ədəd quyu üçün klapan, 06 manat dəyərində 2 ədəd rekor, 12 manat dəyərində 04 ədəd boru rezbası,15 manat dəyərində su qapayıcı, 60 manat dəyərində 40 ədəd 25 mm-lik künclüklər, 45 manat dəyərində 25 metr uzunluğunda gizli işıqlar, 43 manat dəyərində 01 ədəd əl arabası,46 manat dəyərində su krantı, 90 manat dəyərində 18 ədəd radiator vintili, 70 manat dəyərində 14 ədəd elektrik avtomatları, 200 manat dəyərində 01 ədəd prefarator, 110 manat dəyərində 01 ədəd plastik boru ütüsü, 50 manat dəyərində 01 ədəd direli gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 965 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə, xx.xx.2024-cü ildə saat 16 radələrində X5 Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə pəncərənin dəmir barmaqlığını sındırmaqla qanunsuz daxil olaraq oradan 100 manat dəyərində 1 ədəd mikseli, 260 manat dəyərində 1 ədəd “Hoffman” markalı tozsoranı, 240 manat dəyərində 1 ədəd “Beko” markalı ətçəkən maşını, cəmi 40 manat dəyərində olan 5 ədəd su krantını və hər biri 40 manat dəyərində olan 2 ədəd duş krantını gizli olaraq talamaqla zərərçəkmiş şəxs Həsən Həsənova ümumilikdə 720 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə, xx.xx.2024-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs8 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivi Yeni Məhəllədə yerləşən mənzilə pəncərədən qanunsuz daxil olaraq həmin evdə yataq otağında olan şkafdan 600 manat dəyərində qızıl-zinət əşyaları, 1500 manat nağd pul, 100 manat dəyərində bir ədəd “Samsung” markalı planşet, hər biri 60 manat dəyərində 2 ədəd saç feni və həmin evin yataq otağında 50 manat dəyərində elektron üzqırxan və 20 manat dəyərində kosmetik əşyalar olan qutunu oğurlayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 2390 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə, 11 yanvar 2024-cü il tarixdə saat 21 radələrində X2 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən yarıtikili evə hasardan keçmə yolu ilə həyətinə, sonra isə həmin evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq evin birinci mərtəbəsində olan otaqdan direl, taxta kəsən aparat, laqonda və elektrik naqilləri gizli olaraq talayıb zərərçəkmiş şəxs X2 ümumilikdə 1450 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə, 12 yanvar 2024-cü il tarixdə gündüz vaxtı Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən yaşayış olmayan evinə müşahidə kameralarının naqillərini kəsərək, hasardan keçmə yolu ilə həyətinə, sonra isə həmin evə pəncərədən dəmir barmaqlıqların sındırılması yolu ilə qanunsuz daxil olaraq evin birinci mərtəbəsində olan 4 top elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 240 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, narkotik vasitə və psixotrop maddələrdən mütəmadi olaraq istifadə edir, narkotik vasitlərdən istifadə etdiyinə görə hal-hazırda barəsində Abşeron Rayon Polis İdarəsində 234.1-ci maddəsi ilə cinayət işinin istintaqı aparılır. Narkotik maddəni oğurluq edərək əldə etdiyi qazancla alırmış. xx.xx.2023-cü il tarixdə axşam saat 13-14 radələrində Abşeron Rayonu, Atyalı yaşayış massivində özünə siqaret almaq üçün gəzirmiş. Lakin pulu madığından oğurluq etmək qərarına gəlmişdir. Həmin küçədə gəzərkən ikimərtəbəli daşdan hörülmüş üzərinə suvaq çəkilmiş yaşayış olan ev diqqətini cəlb etmiş, ətrafa baxıb heç kimsənin olmadığını gördükdən sonra oğurluq etmək qərarına gəlmiş, həmin evin işıqlarının yanmadığını görmüş, evə yaxın gəlmiş, ətrafda heç kimin olmamasından istifadə edib həmin evin divarına bərkidilmiş zirzəminin qapısını qıraraq zirzəmiyə girmiş, zirzəmidə genaratorun, lobzik, drel, laqonda, qaz balonu, qaynaq aparatı və digər əşyaların olduğunu görmüşdür. Bundan sonra həmin generatoru zirzəmidən çıxardıb evin həyətinə qoymuş, yaşadığı evinə gedərək əl arabası gətirmiş, genaratoru arabaya yükləyərək evinin yaxınlığında kimsəsiz bir yerdə hasarın arxasına gizlətmiş. Yenidəın arabaını götürüb oğurluq etdiyi yerə gəlmiş, məqsədoim zirzəmidə olan digər əşyaları da oğurlamaq olduğundan zirzəmidən qaz balonu və su motorunu götürmüş, əvvəlcədən özüylə gətirdiyi əl arabasına yükləyib, həmin əşyaları da aparıb gizlətmiş, yenidən geri qayıtmış, həmin zirzəmidə gördüyü drel, laqonda, lobzik, qaz sobasını götürüb əl arabasına yığmış, həmin əşyalarıda əvvəl oğurlayıb gizlətdiyi əşyaların yanında gzilətmişdir. Növbəti gün taksi fəlaliyyəti ilə məşqul olan maşınlardan birini saxladıb həmin əşyaları maşına yükləmiş və Sabunçu bazarı deyilən yerə getmiş, gediş haqqı olaraq taksi sürücüsünə 15 manat pul vermişdir. Oğurladığı əşyaları Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Bit Bazarı” adlanan ərazidə tanımadığı müxtəlif şəxslərə 80 manata generator, 30 manata qaz balonu, 15 manata qaz sobası, laqonda, drel, lobziki isə ümumilkdə 40 manata, 20 manata isə su motorunu satmış, ümumilikdə 185 manat qazanc əldə etmişdir. Əldə elədiyi qazancı isə şəxsi ehtiyaclarına və narkotik vasitə almaq üçün istifadə etmişdir. Bundan başqa xx.xx.2023-cü ildə saat 07 radələrində evdən çıxıb yaşadığı qəsəbədə yaşayış olmayan evləri axtarmağa başlamışdır. Həmin vaxtı bir mərtəbəli, həyətyani sahəsinin hasarı olmayan evin işıqlarının yanmadığını görmüş, həmin evdə heç kimin olmadığına əmin olmaq üçün yerdən daş götürüb həmin evin damına tullamışdır ki, səsə kimsə çölə çıxsın. Lakin evdən heç kim çıxmadığına görə o, evdə heç kimin olmadığına tam əmin olmuş, evin sol yan tərəfindəki dəmir barmaqlığı olan plastik pəncərəsinə yaxınlaşııb özüylə gətirdiyi mismarçıxardan aləti ilə həmin dəmir barmaqlığı yerindən çıxarmış, pəncərəni sıxıb açmaq istəyərkən şüşəsi sınmış, o, həmin pəncərəni içəridən açıb evə daxil olmuş, oğurlamaq üçün əşya axtarmış, lakin evdə təmir işləri aparıldığına görə heç nə tapa bilməmiş, evin içərisindəki Wi-fi aparatını götürüb evdən çıxmaq istiyərkən evdə müşahidə kamerasının DVR aparatını görmüş, ev sahibinin videogörüntüləri görə biləcəyini düşünüb, həmin aparatı da özüylə götürmüş, Wi-fi aparatı ilə birlikdə evin içərisindən götürdüyü boş torbaya qoyub özüylə götürüb pəncərədən çölə çıxaraq birbaşa yaşadığı evə tərəf getmişdir. Yolda gedərkən DVR aparatını zibilliyə tullayıb Wi-fi aparatını və mismarçıxardanı əynindəki gödəkçəsinin altında gizlədib yaşadığı evə getmiş, mismarçıxatdanla oğurladığı Wi-fi aparatını həyətdə gizlətdiyi digər əşyaların yanına qoyub evə yatmağa getmişdir. İki gün sonra, yəni xx.xx.2023-cü ildə həmin Wi-fi aparatını başqa evdən oğurladığı ətçəkən, tozsoran və miksel aparatları ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu ərazisindəki köhnə əşyaların satıldığı bazara aparıb, tanımadığı adamlara özünə məxsus əşyalar kimi satmışdır. Həmin Wi-fi aparatını 15 manata satıb digər əşyalarla birlikdə cəmi 57 manat pul əldə etmiş, həmin pulu da elə həmin günü şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, təxminən beş ilə yaxındır ki, narkotik vasitələr qəbul edir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsində təsadüfən tanış olduğu özünü Asif kimi təqdim edən şəxslə söhbət zamanı Asif adlı şəxsə narkotik vasitə qəbul etdiyini bildirmişdir Özünü Asif kimi təqdim edən şəxsdə narkotik vasitə qəbul etdiyini istədiyi zaman ona narkotik vasitə təşkil edə biləcəyini, narkotik bir bükümünü 10 manata gətirə biləcəyini ona demiş, o da razılaşmış, Asif adlı şəxsin gəlməsini gözləmişdir. Təxminən 20-25 dəqiqədən sonra həmin şəxslə qəsəbədə yolun kənarında görüşmüş, həmin şəxs ona bir ədəd siqaretin gümüşü kağzğna bükülümüş bükümü təqdim etmiş, o, bükümü açmışmış, bükümün içərisində narkotik vasitə kakos olmasını aşkar etmiş, bundan sonra Asif adlı şəxsə 10 manat pul vermişdir. Aldığını narkotik vasitəni sonra qəbul etmək üçün əynindəki şalvarının cibinə qoymuş, evinə qayıtmışdır. Təxminən üç saatdan sonra evdən çıxaraq Hökməl qəsəbəsi, M.Əliyev küçəsində yerləşən məktəbin qarşısında piyada gedərkən mülki geyim olan iki nəfər şəxs ona yaxınlaşaraq özləri təqdim edərək Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları olduqlarını bildirib ona narkotik vasitələri istifadə etməkdə və üzərimdə gəzdirməkdə şübhəli olduğunu və onlarla birlikdə polis bölməsinə getməli olduğunu demişlər. Qobu PBnə gətirildikdən sonra Abşeron rayon vəkil birosunun vəkili Nizam Abbasov dəvət olunaraq ona təqdim edilmiş, vəkilinin iştirakı ilə xidməti otaqların birində video çəkliş aparılmaqla üzərinə şəxs axtarış keçirilmişdir. Şəxs axtarış zamanı ona üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş, üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan cins şalvarının sağ yan cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində narkotik maddə «kakos» yəni heroin olan bükülünü masanın üzərinə qoymuş, ilkin sorğu zamanı həmin bükülünü xx.xx.2023-cü il tarixdə günorta saatlarında Hökməli qəsəbəsində Asif adlı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyimi bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçrilmiş, üzərindən qanunla qadağan edilmiş, hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan başqa xx.xx.2024-cü ildə saat 15 radələrində yaşadığı evdən çıxıb yaxınlıqdakı Qobu qəsəbəsinə gedərək yaşayış olmayan evləri axtarmış, həmin vaxtı hasarlanmış həyətyani sahəsi olan 2 mərtəbəli evin həyət darvazasının kilidli vəziyyətdə olduğunu görmüş, həmin evdə heç kimin olmadığına əmin olub hasardan aşaraq həyətə keçib, evin arxasındakı dəmir barmaqlığı olan plastik pəncərəyə yaxınlaşmış həyətdən tapdığı almatur parçası ilə həmin dəmir barmaqlığı yerindən çıxarıb, pəncərəni əliylə itələyib açaraq evə daxil olmuş, oğurlamaq üçün əşya axtarmışdır. Lakin evdə təmir işləri aparıldığına görə heç nə tapa bilməmiş, evin içərisindəki 3 bağlama təzə kabeli oradan tapdığım boş kisəyə qoymuş, sonra evin divarlarına çəkilmiş elektrik xəttinin də kabelini sökərək həmin kisəyə yığıb özümlə götürüb oradan həyətə çıxmış, həyətdə qapısı bağlı olan balaca yardımçı tikili olduğunu görüb, həmin tikilidə də oğurlamaq üçün münasib əşyalar olduğunu düşünüb, tikilinin dəmir barmaqlığı olan plastik pəncərəsinin dəmir barmaqlığını almatur parçası ilə sındırıb oradan tikiliyə daxil olmuş, içəridən 1 ədəd direli, 1 ədəd laqondanı, 1 ədəd su nasosunu, 2 ədəd elektrik istilik qızdırıcısını həmin tikilidən tapdığı iri sellofan torbaya qoyub, özüylə götürüb pəncərədən həyətə çıxmış, sonra həyətdə qoyduğu içərisində elektrik kabeli olan kisənidə götürüb hasaradan aşaraq Hökməli kənd qəbirsanlığının yanına gəlmiş və oğurladığı kebeli kimsəsiz yerdə yandırıb, içərisindəki mis məftilini bir yerə toplayıb yenidən kisəyə qoymuş, sonra həmin əşyaları qəbirsanlığın yanında sahibsiz yarımçıq tikilidə gizlədib evinə getmişdir. Səhəri günü həmin əşyaları götürüb satmağa aparmaq istəyəndə yodla metal yığan, qırmızı rəngli, dovlət qeydiyyat nişanına diqqət yetirmədiyim VAZ-21011 markalı avtomobili görmüş, avtomaşını saxlatmış və oğurladığı həmin kabelin mis metalını və su nasosunu özünə məxsus əşya kimi 55 manata tanımadığı metal yığan sürücüsünə satmışdır. Qalan əşyaları isə 2 gün sonra Xırdalan şəhərində yaşayan Əli kimi tanıdığı şəxsə onunla birlikdə qəbul etmək üçün narkotik vasitə alması üçün vermiş, Əli kimi tanıdığı şəxsdə həmin əşyaları ondan almış, əvəzində narkotik vasitə gətirmiş, narkotik vasitəni birlikdə qəbul etmşdirlər. Oğurluqdan əldə etdiyi 55 manatı da iki gün ərzində şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx.xx.2024cü il tarixdə saat 18 radələrində Abşeron rayonu Hökməli qəsəbəsi Atyalı massivində olan zaman işıqları yanmayan ev görmüş, ətrafda heç kimin olmadığına əmin olub, hasardan aşaraq həyətə düşmüşdür. Evin birinci mərtəbəsində olan pəncərəni burğac vasitəsi ilə açaraq evin birinci mərtəbəsinə daxil olaraq evdə satıla biləcəy əşya olub-olmadığına baxmış, balaca otaqlardan birindən müxtəlif avadanlıqlar, 02 ədəd su mühərriyi, 4 ədəd su mühərriyinin vintilini, 2 ədəd quyu üçün klapan, 2 ədəd dekor, su qapayıcı, çoxlu sayda radiator vintili, çoxsaylı elektrik avtomatları, direl, plastik boru ütüsünü oğurlayaraq iki ədəd kisəyə yığmış həmin əmlakları yaşadığı məhəllədə yaşayış olmayan evdə gizlətmişdir. Təxminən 3-4 gün sonra həmin əmlakları Bakı şəhəri Sabunçu rayonunda “Bit” bazarı adlanan yerdə rəf quraraq, ucuz qiymətə müxtəlif vətəndaşlara 95 manata satmış, əldə etdiyi gəlirlə özünə siqaret və narkotik vasitə almışdır. Bundan başqa xx.xx.2024-cü ildə saat 16 radələrində yaşadığı evdən çıxıb qəsəbədə yaşayış olmayan evləri axtararkən hasarlanmış həyətyani sahəsi olan 2 mərtəbəli evin həyət darvazasının bağlı vəziyyətdə olduğunu görüb, həmin evdə kiminsə olub-olmamasına əmin olmaq üçün əliylə darvazanı döymüş, səsə heç kim çıxmadığına görə evdə heç kimin olmadığına əmin olmuş, hasardan aşaraq həyətə keçmiş, evin sol yan pəncərəsinə yaxınlaşıb özüylə gətirdiyi vintaçanla plastik pəncərəni sıxıb açaraq oradan içəriyə daxil olmuşdur. Həmin otaq uşaq otağı olduğuna görə orada oğurlamaq üçün heç nə olmayacağını düşünüb mətbəxə keçmiş, və oradan 1 ədəd elektrik ətçəkən maşını, 1 ədəd mikseli evin içərisindən götürdüyü sellofan torbaya qoymuş, oradan evin 2-ci mərtəbəsinə qalxmış, oradakı otaqdan 1 ədəd tozsoranı və balaca əl fənarını həmin otaqdan götürdüyü balış üzünə qoyub özüylə götürüb evin 1-ci mərtəbəsinə düşüb içərisində miksellə ətçəkən maşın olan torbanı da götürüb evə girdiyim pəncərədən çölə çıxıb hasardan aşaraq yaşadığı məhəlləyə gedib oğurladığı əşyaları oradakı sahibsiz tikilidə gizlədib evə getmişdir. Üçdörd gün sonra həmin əşyaları əvvəl oğurladığı Wi-fi aparatı ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu ərazisindəki köhnə əşyaların satıldığı bazara aparıb, tanımadığı adamlara özünə məxsus əşyalar kimi satmış, 57 manat pul əldə etmiş. Həmin pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində özünə siqaret almaq üçün gəzirmiş, lakin pulu olmadığından oğurluq etmək qərarına gəlmişdir. Həmin küçədə gəzərkən bir mərtəbəli daşdan hörülmüş üzərinə qırmızı rəngli suvaq çəkilmiş yaşayış olan ev diqqətini cəlb etmişdir. Hasara çıxaraq həyətə baxmış, həmin evdə işıqlar yanmasa da yaşayış olduğunu bilmişdir. Ərtafa baxıb heç kimin olmadığını gördükdən sonra oğurluq etmək qərarına gəlmiş, hasardan həyətə tullanmışdır. Evin navesin altında yerləşən stolu ayağının altına çəkmiş, həmin stoldan istifadə edib pəncərəyə qalxmış əvvəlcədən özüylə gətirdiyi vintaçanla pəncərəni açıb qonaq otağına daxil olmuş, qonaq otağında divan, kreslo və televizor görmüş, işıqları yandırmaq istəməmiş, əlində olan alışqanın işığı ilə otaqları gəzməyə başlamışdır. Yataq otağında şkafı açıb baxarkən oradan pul kisəsi tapmış. Pul kisəsinə baxan zaman 1450-1500 manata yaxın pul olduğunu görmüş, həmin pulları cibinə qoymuş, Daha sonra digər bir otağa keçmiş, həmin otağın da yataq otağı olduğunu görmüş, otağa baxarkən divanın üstündə bir ədəd “Samsung” markalı planşet görmüş, həmin planşeti də oğurlayaraq şalvarının sağ cibinə qoymuş, əvvəl girdiyi otağa qayıtmış və yerindən axtarmağa başlamışdır. ”Güzgülü termo” nun üstün də olan iki ədəd saç qurutmaq üçün olan feni də götürmüş, həmin güzgülü şkafda olan qutunu da götürmüş, qutuda qızıl zinyət əşyaları olduğunu fikirləşmiş, qutunu açan zaman isə qadın kosmetik əşyaları olduğunu görmüş, lakin həmin qutunu da götürmüş,sonra qonaq otağına gələrək orada olan pəncərədən bayıra çıxmış, oğurladığı əşyaları yaşadığı mənzilə gətirərərk həyətdə gizlətmişdir. Növbəti gün həmin oğurladığı əşyaları gizlətdiyi yerdən götürmüş, taksi fəaliyyəti ilə məşğul olan maşınlardan birini saxladıb həmin əşyaları maşına yükləmiş, sürücüdən onu Sabunçu bazarına aparmasını xahiş etmiş istədim. Həmin əraziyə gəlib çatdıqda taksi ürücüsünə 8 manat pul vermişdir. Daha sonra həmin oğurladığım əşyaları Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Bit Bazarı” adlanan ərazidə tanımadığı müxtəlif şəxslərə fenlərin hər birini 10 manata satmış, Kosmetik əşyaları isə tullamışdır. 1450 manat pulu isə xərcləmişdir. Bundan başqa oğurladığı Samsung markalı planşeti isə Hökməli qəsəbəsində tanımadığı şəxsə 40 manata satmışdır. Həmin evdə qızıl-zinət əşyaları və elektron üzqırxanın olmadığını bildirmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Abşeron rayonu Hökməli kəndində gəzən zaman mişar daşı ilə hasarlanmış yarımtikili ev görmüş, ətrafda heç kimin olmadığından əmin olduqdan sonra həyətdə olan yarımtikili evə hasarı aşaraq həyətə düşmüş, evin arxasındakı pəncərəni burğac vasitəsi ilə açaraq içəri daxil olmuş, birinci mərtəbədə olan otaqlardan birində olan direl, taxta kəsən aparat, laqonda və elektrik naqilləri oğurlamışdır. Həmin oğurladığı əşyaları da, yenidən məhəllələrində yerləşən yaşayış olmayan evə daşıyıb orada saxlamış, üç-dörd gündən sonra həmin əşyaları da, Bakı şəhəri Sabunçu rayonu “Bit bazarı” adlanan yerdə ümumilikdə 65 manata müxtəlif vətəndaşlara satmış, əldə etdiyi gəlirlə özünə siqaret və narkotik vasitə almışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə gündüz vaxtı Abşeron rayonu Hökməli qəsəbəsində olan zaman yaşayış olmayan ev görmüş, həmin evin ətrafı mişar daşı ilə hasarlanmışdır. Evin müşahidə kameraları ilə əhatə olunduğunu görmüş, əvvəlcə müşahidə kameralarının kabellərini kəsmiş, hasardan aşaraq həyətə daxil olmuşdur. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra evin zirzəmisində olan dəmir barmaqlıqları qıraraq evə daxil olmuş, evin birinci mərtəbəsində yerləşən otaqdan 4 top elektrik naqillərini kisəyə yığaraq onları, məhəllələrinndə yerləşən maqazinin yanında söküntü kimi yerdə gizlətmişdir. Hal-hazırda da, həmin elektrik naqilləri orada qalmışdır. Ondan əvvəl oğurluq edib satdığı üçün həmin vaxt pula ehtiyacı olmadığından elektrik naqillərini gizlətmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Zülfi oğlu göstərmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində fərdi yaşayış evi var, evdə təmir işləri aparıldığından yaşayış yoxdur, lakin hər gün həmin evə gəlib-gedirmiş. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində həmin evdən çıxmış, yaşadığı evinə getmişdir. Evdən çxarkən hər şey qaydasında olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində evə gəlmiş və həmin vaxt naməlum şəxs(lər) evimin pəncərəsinin dəmir barmaqlığını sındıraraq pəncərəni açma you ilə mənzilə daxil olaraq içəridən hər bir 90 mnat olmaqla 02 ədəd hidroforu ilə birlikdə su mühərriyi, hər biri 5 manat olan 04 əəd su mühərrikinin vintilləri, hər biri 9 manat dəyərində 02 ədəd quyu üçün klapan, hər biri 03 manat dəyərində 02 ədəd rekor, hər biri 03 manat olan 04 ədəd boru rezbası, 15 manat dəyərində su qapayıcı vintil ilə birlikdə, 60 manat dəyərində 40 ədəd 25 mm-lik künclüklər, 45 manat dəyərində 25 metr uzunluğunda gizli işıqlar, 43 manat dəyrində araba, 46 manat dəyərində su krantı, 90 manat dəyərində 18 ədəd radiator vntillərini, 70 manat dəyərində 14 ədəd elektirik avtomatları, 200 manat dəyərində 01 ədəd prefarator, 110 manat dəyərində 01 ədəd plastik boru yapışdıran ütü, 50 manat dəyərində 01 ədəd direli oğurlamasını aşkar etmişdir. Ona görə də DİN-nin 102 xidmətinə müraciət etmiş, hadisə nəticəsində ona 965 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında yaşadığı evin qapı və pəncərələrini bağlayıb Saatlı rayonuna getmişdir. Bundan bir müddət sonra, təxminən saat 11 radələrində atası X7 onun evinə baş çəkməyə gəldiyi vaxt hər şeyin qaydasında olduğunu görsə də həmin günü saat 19 radələrində yenidən evə baş çəkməyə gəldiyi vaxt evin pəncərəsinin açıq olduğunu görmüş, evdən oğurluq olduğunu hiss etmiş və dərhal bu barədə qardaşı Hüseynbəy Həsənova məlumat vermiş, Hüseynbəy də mobil telefonu ilə bu barədə DİN-nin 102 zəng xidməti mərkəzinə məlumat vermişdir. Evinə qanunsuz daxil olan şəxs və ya şəxslər oradan 100 manat dəyərində 1 ədəd mikseli, 260 manat dəyərində 1 ədəd “Hoffman” markalı tozsoranı, 240 manat dəyərində 1 ədəd “Beko” markalı ətçəkən maşını, cəmi 40 manat dəyərində olan 5 ədəd su kranını, hər biri 40 manat olan 2 ədəd duş kranını oğurlayaraq ona ümumilikdə 720 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində özünə məxsus bir mərtəbəli kürsülü yaşayış evi var. Həmin evdə ailə üzvləriylə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə yaşadığı mənzildən ailə üzvləriylə birlikdə çıxaraq Cəbrayıl rayonuna getmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış mmassivində yerləşən mənzilimə qayıtmışlar. Evə gələn zaman naməlum şəxs və ya şəxslərin mənzilin zirzəmisinin kilidini sındırmaqla oğurluq etməsini aşkar etmişdir. Mənzilə baxan zaman xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər bizə məxus mənzilin zirzəmisindən 50 manat dəyərində bir ədəd su mühərrikini 1 ədəd 20 manat dəyərində qaz balonunu, 1 ədəd 400 manat dəyərində generatoru, 1 ədəd 45 manat dəyərində olan laqondanı, hər biri 50 manat dəyərində olan 2 ədəd lobziki, 1 ədəd 200 manat dəyərində olan qaz sobasını, 1 ədəd 300 manat dəyərində olan qaynaq aparatını, hər biri 70 manat dəyərində olan 2 ədəd preparatoru və hər biri 40 manat dəyərində olan 2 ədəd direli oğurlamışdırlar. Bundan başqa mənzildən heç bir əşyamız oğurlanmamışdır. Bundan sonra həyat yoldaşı Oruc Əhmədov DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Evindən oğurlanmış əmlakı öz şəxsi vəsaitiylə almışdır ki, həyat yoldaşı Oruc Əhmədov evin təmir işlərində istifadə etsin. Çünki həyat yoldaşı O.Əhmədov heç bir yerdə işləmirmiş, o isə fərdi əməklə məşqul olurmuş. qazandığı pullarla həmin əşyaları almışdır. Ona görə də oğurluq nəticəsində ona 1335 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 göstərmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində özünə məxsus bir mərtəbəli kürsülü yaşayış evi var, həmin evdə ailə üzvləriylə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 16:40 radələrində yaşadığı evdən çıxaraq Bakı şəhərinə getmiş, həmin tarixdə saat 20:05 radələrində isə yenidən yaşadığı mənzilə qayıtmışdır. Mənzilə qayıtdıqdan sonra evdə olmadığı vaxt saat 16:40-dan saat 20:05 radələrindədək olan müddət ərzində mənzilindən oğurluq hadisəsi baş verməsi ona məlum olmuşdur. Belə ki naməlum şəxs və ya şəxslər ona məxsus Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən mənzilinin plastik pəncərəsini açmaqla mənzilə daxil olmuş, yataq otağından dolabdan 600 manat dəyərində qızıl-zinət əşyaları, 1500 manat pul, qonaq otağında divanın üzərində olan 1000 manat dəyərində “Samsung” markalı mobil telefon, 120 manat dəyərində 2 ədəd saç feni, 50 manat dəyərində elektron üzqırxan, və 20 manat dəyərində kosmetik vasitələri oğurlanmışdırlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 göstərmişdir ki, Abşeron rayonu Qobu qəsəbəsi ərazisində Lokbatan qəsəbəsinə gedən yolun kənarında 2 mərtəbəli fərdi yaşayış evi tikdirmiş, evdə təmir işləri başa çatmamış, həmin evdə yaşamasada tez-tez baş çəkirmiş, Axırıncı dəfə xx.xx.2023-cü il tarixdə evinə baş çəkdiyi vaxtı hər şeyin yerində olsa da xx.xx.2024-cü il tarixdə evinə baş çəkməyə getdiyi vaxtı evin 1-ci mərtəbəsindəki plastik pəncərəsinin dəmir barmaqlığının sındırıldığını və evindən istifadə olunmuş 250 manat dəyətində 1 ədəd direlin, 35 manat dəyərində 1 ədəd laqundanın, 125 manat dəyərində 1 ədəd su nasosunun, 25 manat dəyərində 1 ədəd elektrik uzadıcısının, cəmi 100 manat dəyərində 2 ədəd elektrik sobasının və cəmi 165 manat dəyərində olan 3 bağlama təzə elektrik naqilinin yerində olmadığını görmüş evindən oğurluq olduğunu hiss edib DİN-nin 102 zəng xidmətinə bu barədə məlumat vermiş, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 700 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Abşeron rayonu Hökməli qəsəbəsində saxlanc yerim vardır, həmin yeri anbar kimi istifadə edir, orada tikinti materialları saxlayır. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində naməlum şəxs(lər) anbara quraşdırılmış müşahidə kameralarının kabellərini kəsmiş, bundan sonra anbarın pəncərəsinin dəmir barmaqlığını sındıraraq anbara daxil olaraq oradan 4 top elektrik naqillərini oğurlamışdır. Oğurluq nəticəsində 240 manat, kameranın kabellərinin kəsilməsi nəticəsində isə ona 200 ziyan dəymişdir. Ona görə də DİN-nin 102 xidmətinə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X4 göstərmişdir ki, Abşeron rayonu Hökməli qəsəbəsində fərdi yaşayış evi tikdirir, evin tikinti və təmir işləri başa çatmadığından həmin evdə yaşayış yoxdur.xx.xx.2024-cü il tarixdə yarım tikili evinə baxış keçrimiş sonra isə Şəki rayonuna getmişdir. Həmin vaxt evdə hər bir şey qaydasında olmuşdur.xx.xx.2024-cü il tarixdə ona yarımtikili evindən oğurluq olması barədə məlumat verilmişdir. xx.xx.2024-cü il tarixdəo, təzə tikdirdiyi evinə gəlmiş və həmin vaxt naməlum şəxs(lər) evin pəncərəsini açaraq içəri daxil olaraq evindən ona məxsus laqondan, dirle, lobzik aləti və elekrik naqillərini oğurlaması ona məlum olmuşdur. Ona görə də DİN-nin 102 xidmətinə müraciət etmişdir. Hadisə nəticəsində ona 1450 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən Bit bazarında müxtəlif əşyalar satan şəxslərdən əşyaları ucuz alıb, üzərinə pul qoyub tanımadığı şəxslərə satır, həmin gəlirlə də ailəsini saxlayırmış. Təqsirləndirilən şəxs da həmin minvalla tanımışdır. Belə ki, dəqiq tarixinin xatırlamadığı 2024-cü ilin yanvar ayında səyyar satış etmək məqsədi ilə yenidən Bit bazarında əşyalara baxan zaman ona özünü Zakir kimi təqdim edən şəxsdən 65 manata taxta kəsən aparat, direl, elektrik naqilləri və laqonda almış, Zakir ona həmin əşyaların özünə məxsus olduğunu demişdir. O də həmin əşyaları tanımadığı şəxslərə üzərinə pul qoyub satmışdır. Bir müddət sonra polis əməkdaşları bazarda olan zaman ona yaxınlaşmış, Zakirin şəklin göstərib, həmin şəxsdən əşya alıb-almadığını soruşmuş, o da polis əməkdaşlarına Zakiri tanıdığını və həmin şəxsdən əşya aldığını demiş, Zakirdən alıb başqa şəxslər satdığı əşyaların oğurluq olmasını bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən Bit bazarında müxtəlif əşyalar satan şəxslərdən əşyaları ucuz alıb, üzərinə pul qoyub tanımadığı şəxslərə satır, həmin gəlirlə də ailəsini saxlayırmış. Təqsirləndirilən şəxs da həmin minvalla tanımışdır. Belə ki, dəqiq tarixinin xatırlamadığı 2023-cü ilin oktyabr ayında səyyar satış etmək məqsədi ilə yenidən Bit bazarında əşyalara baxan zaman ona özünü Zakir kimi təqdim edən şəxsdən 20 manata su motoru və 80 manata generator almış, üzərinə bir qədər pul qoyaraq başqa şəxslərə satmışdır. Zakir ona, satdığı əşyaların özünə məxsus olduğun ona demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin baş əməliyyat müvəkkili, polis mayoru X3 ifadəsində göstərmişdir ki, «Təqsirləndirilən şəxs» adlı şəxsin Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi ilə əldə edərək daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin Qobu PB-nin sahə polis nəfəri, polis kiçik serjantı Şahid4 iştirakı ilə 15 dekabr 2023-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. 15 dekabr 2023-cü il tarixdə o və əməliyyat qrupunun digər iştirakçısı Şahid4 ilə Abşeron rayonu, Hökməli qəsəbəsi M.Əliyev küçəsində yerləşən orta məktəbin yaxınlığında olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq ona özlərini təqdim edib onun şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar S.Salmanova üzərində narkotik maddə gəzdirməkdə şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nin Qobu PB-na dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş, müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs Şahələd oğlu əynində olan göy rəngli cins şalvarının sağ yan cibində gizlətdiyi bir ədəd siqaretin gümüş kazğı kəsiyinə bükülmüş bir büküm narkotik vasitə neroinə bənzər kütləni çıxardıb təqdim etmişdir. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəkin narkotik vasitənin heroin olmasını, həmin heroini bu gün günorta saatlarında Hökməli qəsəbəsi ilə Mexkolon adlanan ərazidə Asif adlı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün əldə etdiyi bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi siqaretin gümüşü kazğı kəsiyinə bükülmüş bir büküm narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırıldı və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin sahə polis nəfəri, polis kiçik serjantı Şahid4 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/6434 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir- Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-nin zərflər üçün № 245 möhür əksləri, Təqsirləndirilən şəxs (imza)...” yazı və imzalar olan bir ədəd zərfin içərisidə bir ədəd bükümdə təmiz çəkisi 1,194 qram maddə kütləsi küstar üsulla hazırlanmış narkotik vasitə heroindir(qalıq 1,144 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Heroin 28 iyun 2015-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik maddələr”in siyahısına (Siyahı 1) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 19 yanvar 2024-cü il tarixli, 329 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarınn qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulması haqqında 25 yanvar 2024-cü-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 25 yanvar 2024-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 1,144 qram narkotik vasitə heroin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümdə qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə bənzər kütlə aşkar olunur, sorğu zamanı öz istifadəsi üçün əldə etdiyi 01 ədəd bükümdə narkotik vasitə olan heroini Hökməli qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manat müqabilində aldığını deməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayətlər törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,144 qram narkotik vasitə heroin məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, onlara bu hüquqları izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 02 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 114 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 1,144 qram narkotik vasitə heroin məhv edilsin. Zərəçəkmiş şəxslərə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-222/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-222/2025
03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver