Məhkəmə qərarları › İş №1(012)-223/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-223/2021

12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-223/2021 12.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs oğlunun və onun müdafəiçisi –Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci il Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2021-ci il tarixdə, saat 12 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs ilə qonşuları Şahid1, Şahid2 və Zərərçəkmiş şəxs arasında məişət münasibətləri zəminində, yəni yağış sularının ümumi küçəyə axıdılması məsələsinin müzakirəsi zamanı X2 Cəfərov arasında mübahisə və dava-dalaş yaranmış, baş vermiş dava-dalaş zamanı X3 Cəfərovun baş nahiyəsinə daşla zərbə vurmaqla ona başın alın-təpə nahiyəsinin sol yarısının əzilmiş-cırılmış yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, daimi olaraq Bakı şəhərində yaşasa da, 2011-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsində torpaq sahəsi alaraq orada özü üçün fərdi yaşayış evi tikdirmiş və mütəmadi olaraq oraya gedərək nəzarət edir. Həmin ərazidə qonşuları olan Elmar və Arzuman adlı şəxslər isə uzun müddətdir ki, çirkab sularını onun həyətinin qarşısına axıdırlar. Əvvəllər də onun mərhum atası həmin qonşulara dəfələrlə xəbərdarlıq etsə də, onlar buna məhəl qoymamış və bu cür hərəkətlərini davam etdirmişlər. xx.xx.2021ci il tarixdə, təxminən saat 12 radələrində o, yenə də evə baş çəkmək üçün getdiyində eyni mənzərə ilə qarşılaşmış və yaxınlıqda dayanmış iki nəfər şəxsdən bunu kimin etdiyini xəbər almışdır. Həmin şəxslər isə öz növbələrinə suyu özlərinin axıtdığını bildirmişlər. O, buna narazılığını bildirdiyindən onlardan biri, yəni Elmar kiməsə zəng edərək həmin şəxsi oraya çağırmışdır. Bir qədər sonra oraya əvvəllər tanımadığı və sonradan adının Arzuman olduğunu bildiyi şəxs yaxınlaşmış və söhbətin nədən getdiyini soruşmuşdur. O isə öz növbəsində həyətinin önünə çirkab suların axıdılmasından narazı olduğunu dedikdə Arzuman əcəb etdiyini bildirmişdir. O, bu cür davranşıları ilə bağlı onlara bir daha irad bildirdikdə isə Arzuman əl-qol hərəkətləri ilə danışaraq onun üzərinə gəlmiş, o isə normal qaydada ünsiyyət yaratmasını Arzumandan tələb etmişdir. Lakin Arzuman onun bu tələbinə məhəl qoymadan onun yaxasından yapışmış və özünə tərəf dartaraq sifətinin sağ nahiyəsinə bir dəfə kəllə zərbəsi vurmuşdur. Zərbənin təsirindən o, yerə yıxılmış, ayağa qalxıdığında isə digər 2 nəfər şəxs onun qollarını tutmuş Arzuman isə bir dəfə təpiklə onun ayaq nahiyəsinə, bir dəfə də yumruqla sinə nahiyəsinə zərbə vurmuşdur. Həmin vaxt o, özünü müdafiə etmək məqsədilə yerdə olan daş parçasını götürüb Arzumana tərəf atmış, lakin həmin daşın sonuncunun hansı nahiyəsinə dəydiyini görməmişdir. Belə ki, həmin vaxt onun nəfəsi daraldığında daşı atıb yerə oturmuş, həmin şəxslər isə oradan çıxıb getmişlər. O, əlavə olaraq DİN-in «102» xidməti-zəng mərkəzin verdiyi məlumatda 3-4 nəfər tərəfindən döyülməsini bildirərkən əslində Elmarla Ələsgərin də orada olmasını bildirmək niyyətində olduğunu, lakin fikrini düzgün izah edə bilmədiyini qeyd etmiş, eləcə də məlum hadisə zamanı Elmarla Ələsgərin ona qarşı hər hansı bir formada zor tətbiq etmədiklərini, əksinə onları ayırmağa çalışdıqlarını bildirmişdir. Sonda o, Zərərçəkmiş şəxs ilə barışmasını və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs oğlu məhkəmə baxışında Zərərçəkmiş şəxs ilə barışmasına, cinayət təqibinə xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2016-cı ildən etibarən Abşeron rayonu, Qobu qəsəbəsində yaşayır, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs isə onun qonşusudur. Yaşadıqları ərazidə olan torpaq sahələrinə qış aylarında yağış suları toplandığından o və qonşuları həmin suları axıtmaq üçün həyətlərindən küçəyə boru çəkmişlər. Lakin bu borular çirkab suların axması üçün deyil, sırf yağış sularının həyətdən çıxarılması üçün nəzərdə tutulmuşdur. Çirkab sular isə həyətlərdə qazılmış xüsusi quyulara axıdılır. xx.xx.2021-ci il tarixdə, təxminən saat 12 radələrində qonşusu Elmar zəng edərək onu həyətə çağırmış və o, küçəyə çıxan zaman qonşuları Elmarla Ələsgərin, digər qonşu Ramillə söhbət etdiklərini görmüşdür. Onlara yaxınlaşdıqda isə söhbətin məhz həyətlərdən küçəyə axıdılan yağış suları ilə bağlı olduğunu eşitmişdir. Həmin vaxt o, bununla əlaqədar aidiyyəti qurumlara məlumat verdiklərini və yaxın zamanda onlara yağış sularının axıdılması üçün ayrıca xəttin çəkilişinə icazə veriləcəyini Ramil Hüseynova bildirmişdir. Bu zaman Ramil ona kobud, söyüşlü və əsəbi tərzdə cavab verdiyindən o, bununla bağlı Ramilə irad bildirmiş və danışığına fikir verməsini tələb etmiş, lakin Ramil onun bu tələbinə məhəl qoymayaraq əksinə üzərinə hücum çəkib ilk əvvəl ayaq nahiyəsinə təpiklə zərbə vurmuş, daha sonra isə yaxasından yapışmışdır. O isə qarşılıq olaraq Ramilə kəllə ilə zərbə vurmağa cəhd etsə də qonşuları Ələsgərlə Elmar onları ayırmağa çalışdıqlarından buna müvəffəq olan bilməmişdir. Bunu görən Ramil onun yaxasını buraxıb yerdən daş parçası götürmüş və onu vurmaq istəyən zaman Ələsgər qarşısına keçib mane olduğundan Ramil daşı ona tərəf atmışdır. Atılan daş onun alnının sol nahiyəsinə dəymiş və zərbənin təsirindən o, müvazinətini itirərək yerə yıxılmışdır. Ayağa qalxdığında isə Ramilin kənarda saxladığı avtomobilinə tərəf getdiyini və avtomobildən nə isə götürmək istədiyini görmüşdür. Buna görə də qonşu Elmar onu evə aparmış, Ramili isə Ələsgər sakitləşdirmişdir. O, əlavə olaraq məlum hadisə zamanı Ramil Hüseynova qarşı hər hansı bir formada fiziki zor tətbiq edə bilmədiyini də qeyd etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə aralarında barışıq olduğu üçün ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirərək məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan hazırki cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs oğlu ilə barışdığını göstərərək, sonuncunun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi. Təhqiqat zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 elan olunaraq tədqiq edilmiş ifadələrindən görünür ki, onlar Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2021ci il tarixli 94 nömrəli rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – başın alın-təpə nahiyəsinin sol yarısının əzilmiş-cırılmış yarası bərk-küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarında olan MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2021ci il tarixli 102 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – sağ almacıq nahiyəsinin qançırı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizalarının rəyləri və məhkəməyədək sadələşdirilmiş icraat materialında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair məlumat kartotekasında hər hansı bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, hazırki cinayət təqibi üzrə icraata xitam verildiyindən Təqsirləndirilən şəxs oğlunun barəsində hər hansı qətimkan tədbirinin seçilməsi yolverilməzdir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 344-347, 356, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs oğluna hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qəradan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar