Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-223/2024 24.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1983-cü ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu, Quşçu ərazi dairəsi, Quşçu kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Qobu qəsəbəsi Yeni Məhəllə, Fərdi Tikilidə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 iyul 2023-cü il tarixdə Abşeron rayonu, Atyalı qəsəbəsi, «Vulkan» adlanan ərazidə 01 ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKMS modelli, texniki cəhətdən saz vəziyyətdə və atəş üçün yararlı olan odlu yivli avtomat silahı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan, texniki cəhətdən saz vəziyyətdə, təyinatı üzrə istifadə üçün yararlı darağı, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli, döyüş sürsatı hesab olunan 10 ədəd Kalaşnikov konstruksiyalı silahların ştat patronlarını satış məqsədi olmadan qanunsuz əldə edərək saxlamış, daşımış və gəzdirmiş, xx.xx.2023-cü il tarixdə saat 20:30-da Abşeron RPl-nin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Atyalı qəsəbəsində saxlanılaraq X3 gətirilmiş və həmin günü saat 20:40-da üzərinə keçirilən şəxsi axtarış zamanı üzərində saxladığı həmin 01 ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKMS modelli, texniki cəhətdən saz vəziyyətdə və atəş üçün yararlı olan odlu yivli silah avtomatı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan, texniki cəhətdən saz vəziyyətdə, təyinatı üzrə istifadə üçün yararlı darağı, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli, döyüş sursatı və atəş üçün yararlı olan 10 ədəd Kalaşnikov konstruksiyalı silahların ştat patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olub, cəza təyinində bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaqda dindirilərkən özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Qobu qəsəbəsində ailəsi ilə birlikdə yaşayır, heç bir yerdə işləmir, Abşeron rayon ərazisində küçələrdə gəzərək zibil tullantı yerlərindən plastik qablar yığaraq onları satıb pul əldə edərək ailəsini dolandırmış, 03 iyul 2023-cü il tarixdə saat 15 radələrində Abşeron rayonu, Atyalı qəsəbəsində «Vulkan» adlanan məişət tullantılarının atıldığı yerdə tullantı yığan zaman yerdən boz rəngli torba tapmış, həmin torbanın içərisinə baxdıqda bir ədəd Kalaşnikov markalı odlu silah, 01 ədəd daraq və 10 ədəd həmin silaha məxsus olan patron olmasını görmüş, həmin silah, daraq və patronlar onda maraq yaratdığından tapdığı yerin yaxınlığında yarım tikililərin birində gizlətmiş, 05 iyul 2023-cü il tarixdə həmin silahı götürüb evə aparmaq və silahla yaxından tanış olmaq istəmiş, bunun üçün silahı gizlətdiyi Abşeron rayonu, Atyalı qəsəbəsində «Vulkan» adlanan məişət tullantılarının atıldığı yerə yaxın yarımtikili olan yerə getmiş, həmin silahı götürərək evinə gedən zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirmiş, sonra polis əməkdaşları ondan əlində olan torbanın içində nə olduğunu soruşduqda onlara köhnə məişət əşyaları yığdığını, torbada köhnə məişət əşyaları olduğunu bildirmiş, həmin vaxt polis əməkdaşları ondan şübhələndikləri üçün onu polis bölməsinə dəvət etmiş, bu zaman çıxılmaz vəziyyətdə qalaraq onların dəvətini qəbul etmiş və polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nin Qobu PB-nə getmiş, Abşeron Rayon Polis İdarəsinin Qobu PB-də xidməti otaqlardan birində dövlət hesabına müdafiəçi dəvət edilməklə müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri ona izah olunmuş və video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuş, şəxsi axtarış keçirilən zaman könüllü olaraq əlində olan torbanı masanın üzərinə qoymuş və içərisində olan qatlanan qundaqlı, odlu silahı və onun sürsatını çıxardıb polis əməkdaşlarına təqdim etmiş, daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və başqa heç bir qanunsuz əşya aşkarlanmamış, həmin odlu silah, daraq və 10 ədəd həmin silaha məxsus patron qablaşdırılmış və həmin qablaşdırmanın üzərində iştirakçılarla birlikdə imza etmiş, sonra bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün imzalarla təsdiq edilmişdir. Daha sonra o, göstərmişdir ki, odlu silahı və onun sürsatını 03 iyul 2023 cü il tarixdə məişət tullantılarının atıldığı ərazidə gəzərkən Abşeron rayonu, Atyalı qəsəbəsi məişət tullantılarının atıldığı ərazidən tapmış və həmin ərazidə gizlətmiş, 05 iyul 2023 cü il tarixdə isə həmin silahı gizlətdiyi yerdən götürüb evinə aparmaq istəyərkən saxlanılmış, həmin silahı heç bir məqsədi olmadan üzərində saxlayıb gəzdirmiş, həmin silahdan hər hansı bir cinayətin törədilməsində istifadə etmək məqsədi və ya həmin silahı qazanc məqsədilə satmaq fikri olmamış, polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsinə gətirilərkən ona qarşı hər hansı bir formada zor tətbir olunmamışdır. Sonda o, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını tutuduğu əməldən peşman olmasını əsas gətirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin baş əməliyyat müvvəkkili polis mayoru Şahid1 ifadəsində göstərdi ki, 05 iyul 2023-cü il tarixdə xidmət etdiyi bölməyə dəqiq və qərəzsiz mənbədən xx.xx.1983-cü ildə Qax rayonunda anadan olmuş, Daşkəsən rayonu, Quşçu ərazi dairəsi, kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni Məhəllə nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs odlu silah olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədilə tərəfindən bölmə rəisinə raportla məruzə olunaraq əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bölmənin əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil olunmuş, bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən əməliyyat müşahidəsinə götürülmüş və xx.xx.2023-cü il tarixdə saat 20:30-da onu Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yaşadığı evin yaxınlığında saxlanılmış, həmin vaxt Təqsirləndirilən şəxs özlərini təqdim edərək, haqqında qanunsuz olaraq odlu silah əldə edib saxlayaraq gəzdirməsi barədə əməliyyat məlumatının olduğunu bildirmiş, sonra hava şəraiti və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınaraq Təqsirləndirilən şəxs Abşeron RPİ-nin Qobu PB-nin inzibati binasına gətirilmiş, polis bölməsində Təqsirləndirilən şəxs üzərində sübut əhəmiyyətinə malik ola biləcək odlu silahın və qanunla qadağan olunmuş hər hansı bir əşyanın olmasını nəzərə alaraq müvafiq tədbirlər görülməsi məqsədilə Abşeron RPİ-nin Qobu PB-nin rəisinə məruzə edib Təqsirləndirilən şəxs bölmənin baş təhqiqatçısı, polis kapitanı Nurəddin Firudinliyə təhvil vermiş, bundan sonra bölmənin təhqiqatçısı Nurəddin Firudinli tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq müdafiəçi dəvət edilmiş, sonra polis əməkdaşlarının və vəkilin iştirakı ilə onun üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla saxlanması və daşınması qadağan edilmiş əşya vardırsa çıxarıb təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 10 ədəd Kalaşnikov markalı odlu silaha məxsus patronu, əlində saxladığı tünd boz rəngli torbanın içərisindən qatlanan, qundaxlı Kalaşnikov markalı odlu silahı çıxarıb təqdim etmiş, daha sonra onun üzərinə axtarış keçirilmiş və qanunla qadağan edilmiş başqa heç bir predmet və ya əşya aşkar olunmamışdır. Daha sonra o, göstərmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunaraq götürülmüş 10 ədəd Kalaşnikov markalı odlu silaha məxsus patronu və 01 ədəd qatlanan, qundaxlı Kalaşnikov markalı odlu silahı xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində «Vulkan» adlanan ərazidə məişət tullantılarının atıldığı yerdən tapdığını və həmin ərazidə gizlətdiyini, xx.xx.2023-cü il tarixdə isə həmin odlu silahı gizlətdiyi yerdən götürüb yaşadığı ünvana aparmaq üçün üzərində saxlayıb gəzdirməsini bildirmiş, sonra şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 10 ədəd Kalaşnikov markalı odlu silaha məxsus patron və 01 ədəd qatlanan, qundaxlı Kalaşnikov markalı odlu silah təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq edilmiş, şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüsü qeydə alınmış CD disk isə protokola əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin baş əməliyyat müvvəkkili polis kapitanı Şahid2 ifadəsində Şahid1 ifadəsini təsdiq etmişdir. İbdtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3, Abşeron RPİ-nin Qobu PB-nin İTŞ-nin sahə rəisi, polis mayoru Şahid4 və Abşeron RPİ-nin Qobu PB-nin sahə polis nəfəri, polis serjantı Şahid5 elan olunaraq tədqiq edilmiş ifadələrindən görünür ki, ifadələrində Şahid1 ifadəsinə oxşar ifadə vermişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və istintaq zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid4 və Şahid5 ifadələrini ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı nümayiş etdirilərək tədqiq edilmiş, iş üzrə maddi sübut 1 ədəd “CD” formatlı diskə yazılmış videogörüntülərdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 10 ədəd kalaşnikov markalı odlu silaha məxsus patronun və əlində saxladığı tünd boz rəngli torbanın içərisindən qatlanan, qundaxlı kalaşnikov markalı odlu silahın və 01 ədəd darağın aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin KTİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 23/506R №-li məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki:
1. Tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKMS modelli avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır, silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir.
2. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır, təyinatı üzrə istifadə üçün yararlıdır və döyüş sursatı hesab edilmir.
3. Tədqiqata təqdim edilmiş 10 ədəd patron keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli 3-16-xx/xx/1373;3/1375 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AKMS” markalı, seriya və nömrəsi silinmiş yivli odlu avtomatik döyüş silahıdır, saz vəziyyətdədir, təyinatı üzrə atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilən 07 (yeddi) ədəd predmet 5,45mm kalibrli “AK-74”, “AKS-74”, “AKS-74U” və s. konstruksiyalı avtomatik silahlarda, “RPK-74” və s. uyğun kalibrli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalibrli döyüş sursatı hesab edilən patrondur, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet “Kalaşnikov” konstruksiyalı silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 7,62 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş sandıqçadır, istifadəyə yararlıdır. Azərbaycan Respubliksı Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən təqdim edilmiş silahın ilkin tədiqiqatı aparılmış, xx.xx.2023-cü il tarixli 23/5068 nömrəli ekspert rəyi verilmişdir. Tədqiqat zamanı təqdim olunmuş silahdan atəş açılmışdır. Bu səbəbdən də, sualın “atəş üçün yararlı olan odlu yivli silah avtomatdan atəş açılıb-açılmaması müəyyənləşdirilsin” hissəsi cavablandırılmadı. İş materiallarından görünür ki, iş üzrə 01 ədəd №-si silinmiş, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKMS modelli avtomat olan odlu yivli silah, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş daraq və 10 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları olan, döyüş sursatı sayılan ekspertiza tədiqatından sonra qalıq qalmış 07 ədəd patron maddi sübut kimi tanınmış və məhkəmə baxışınadək saxlanılması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan 05 iyul 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 10 ədəd kalaşnikov markalı odlu silaha məxsus patron və əlində saxladığı tünd boz rəngli torbanın içərisindən qatlanan, qundaxlı kalaşnikov markalı odlu silah və 01 ədəd daraq aşkar edilərək götürülmüş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd CD disk protokola əlavə edilmişdir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Xidməti və mülki silah haqqında” Qanun) 2-ci maddəsinin 8-ci bəndinə görə odlu silah - barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Sözügedən Qanunla bütün xidməti və mülki silahların, o cümlədən odlu silahın dövriyyəsi ilə bağlı qadağan olunan hərəkətlərin dairəsi müəyyənləşdirilmiş, onun əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, habelə onun istehsalı və satışı müvafiq icazənin alınması ilə şərtləndirilmişdir (“Xidməti və mülki silah haqqında” Qanunun 3, 8 və 9-cu maddələri). Bu Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkətlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” cinayət əməlini təşkil edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə” məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cüiltarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət Qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.1996-cı il tarixli 4 №-li qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyyələrdən görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Daxili İşlər Nazirliynin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkumluq barədə xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Gəncə şəhəri 111 nömrəli möhürlə təsdiqlənmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 1989-cu ildə N.Gəncəvi adına 11 nömrəli orta məktəbin 1-ci sinfinə daxil olmuş və həmin məktəbin 1994-cü ildə tam kursunu bitirərək tam orta təhsil almışdır. Kollektivdə və ailədə dərin hörmət qazanmışdır. Heç bir zərərli vərdişi yoxdur. Özünün sosial məsələlərini özü həll etməyi bacarır. İctimai işlərdə həmişə fəallıq göstərir. Özünün işgüzarlığı ilə həmişə nümunə olmuşdur. Ailələdir. İki oğlu var. Uşaqlarının hər ikisi də Talassemiya və astma xəstəsidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı, xəstə uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və məhkəmə tərəfindən həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilənşəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu vaxta qədər həbsdə saxlanıldığı müddət nəzərə alınaraq cəza müddətinə daxil edilməli və onun cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd №-si silinmiş, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKMS modelli avtomat olan odlu yivli silah, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş daraq və 10 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları olan, döyüş sursatı sayılan ekspertiza tədiqatından sonra qalıq qalmış 07 ədəd patron Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddələrinə əsasən xüsusi müsadirə olunmalı və hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Bundan əlavə, maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “CD” formatlı disk cinayət işində saxlanmalıdır. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun həbsdə saxlanıldığı müddət cəzamüddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd №-si silinmiş, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKMS modelli avtomat olan odlu yivli silah, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş daraq və 10 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları olan, döyüş sursatı sayılan ekspertiza tədiqatından sonra qalıq qalmış 07 ədəd patron xüsusi müsadirə olunsun və hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olan 1 ədəd “CD” formatlı disk cinayət işində saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Cəmilə Səfiyeva