Məhkəmə qərarları › İş №1(012)-224/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-224/2020

19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-224/2020 19.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs X9 və onun müdafiəçiləri Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1978-ci ildəQusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı övladı olan, alitəhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qusar rayonu Cibir kəndində qeydiyyatda olan və Bakı şəhəri Biləcəri qəsəbəsi T.Yaqubov 26, mənzil 18-də yaşayan, barəsində“ev dustaqlığı”qətimkantədbiriseçilmiş, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X16 xx.xx.2019-cu il tarixdə saat 18 radələrində etibarnamə əsasında idarə etdiyi “OPEL VECTRA” minik markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil iləAbşeron rayonu yeniQobu qəsəbəsi yolu ilə Qobu istiqamətindən “Yanardağ” istiqamətində saatda 70 km/saat sürətlə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddənin 4-cü hissəsinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, nəqliyyat vasitəsinin idarə olunma prosesinə daim nəzarət etməli, avtomobilin təhlükəsiz idarə olunmasını təmin etməli, hərəkət zamanı təhlükəsizliyi təmin etmin etməyən hərəkətlərə yol verməməli, habelə yol nəqliyyat hadisəsindən sonra nəqliyyat vasitəsini yerindən tərpətməməli, hadisə haqqında müvafiq icra hakimiyyəi orqanına xəbər verməli, hadisə yerində qalaraq özünün şəxsiyyəti barədə məlumatları tərəflərə çatdırmalı və zərərçəkmiş şəxsə yardım göstərilməsi üçün “Təcili tibbi yardım” çağırmalı olduğu halda həmin maddələrin tələblərini pozaraq, ötmə əməliyyatı apararaq qarşısındakı avtomobili keçən zamanyolun hərəkət hissəsinin əksi istiqamətinə çıxaraq yolun sağ hissəsi ilə onunla eyni istiqamətdə hərəkət edən 1940-cı il təvəllüdlü piyada X6 idarə etdiyi avtomobilin sol qabaq hissəsi ilə vuraraq ehtiyatsızliqdan X.Əliyevaya alın, gicgah və təpə sümüklərinin açıq, qəlpəli sınıqları, baş beynin əzilməsi, beyin toxumasının hissəvi xaricə tökülməsi ilə müşaiyət olunan əzilmiş-cırılmış yarası, kəllə əsasının sınığı, daxili qanaxma ilə müşaiyət olunan ağciyərin cırılması, sağ tərəfli 1-10-cu və sol tərəfli 1- 9-cu qabırğaların qapalı, yerinidəyişən sınıqları, sağ budun orta 1/3-nin qapalı və sağ baldırın aşağı 1/3-nin açıq, yerinidəyişən sınıqları, sağ baldırın aşağı 1/3-nin ön və bayır səthlərini əhatə edən cırılmış yarası, sağ kürək nahiyyəsinin, bel nahiyəsinin sol yarısının və sağ budun aşağı 1/3-nin arxa sathinin sıyrıqları ilə müşaiyət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma xəsarət yetirərək onun aldığı daxili qanaxma ilə müşaiyət olunan ağciyərin cırılması və iki tərəfli çoxsaylı qabırğaların sınıqları fonunda açıq kəllə beyin travması, beyin toxumasının əzilməsi, xaricə tökülməsi və alın-gicgahtəpə sümüklərinin açıq, qəlpəli sınıqlarından hadisə yerində ölmünə səbəb olan yolnəqliyyat hadisəsi tərətmiş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X16 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2019-cu il tarixdə saat 17 radələrində Abşeron rayonu Qobu qəsəbəsində yerləşən qaynatası Ağabalaya məxsus evdən siqaret almaq məqsədi ilə çıxmış və etibarnamə əsasında idarə etdiyi “Opel vektra” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə kəndin aşağı hissəsində yəni köhnə Qobu kəndi istiqamətində hərəkət edərək mağazaya getmişdir. Mağazadan siqaret və su aldıqdan sonra yenidən evə doğru hərəkət etməyə başlamışdir.Yolun hərəkət hissəsi ilə hərəkət edən zaman qarşısında cip markalı avtomobil görmüşdür.Həmin avtomobili ötmək istəyənzaman avtomobilin sükanını sola doğru döndərmiş, sürəti artirmış və bir anda yolun əks istiqamətində yolun sol kənar hissəsi ilə hərərkək edən nəyəsə dəydiyini hiss etmiş və avtomobili saxlamadan oranı tərk etmişdir. Həmin zaman özünü itirdiyi üçün qaynatasına məxsus evə gedərək avtomobili evin həyətinə salmış və qapıları bağlamışdır. Sonda o, ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, ünvan 1 ünvanındaqeydiyyatdadır. Abşeron rayonu Qobu qəsəbəsi yeni məhəllə 1ünvanında yaşayır.Yol nəqliyyat qəzası nəticəsində dünyasını dəyişmiş xx.xx.1940-cı il təvəllüdlü X10 onun anasıdır. xx.xx.2019-cu il tarixdə anasının avtomobil qəzası nəticəsində vəfat etməsini küçədə eşitmiş və hadisə yaşadığı evin qarşısında baş vermişdir. Həmin hadisəni törədən X11 tanımır və onunla heç bir ədavəti, düşmənçiliyi yoxdur. Sonradan təqsirləndirilən şəxs və qohumları yas mərasimində iştirak edib hüzr xərclərinə köməklik göstərmişlər. Təqsirləndirilən şəxs X16 hadisə yerindən qaçsa da, sonra onunla barışıq əldə etmişdir. Buna görə də təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur və ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X7ifadəsində göstərdi ki, X10 onun anasıdır. Bacısı Sənubər və anası Xalidə xx.xx.2019-cu il tarixdə saat təxminən 18 radələrində qardaşı Vahidin yaşadığı Abşeron rayonu Qobuqəsəbəsinə gələrək avtobusdan düşmüşlər. Onlar yolu qarşı tərəfinə keçmiş və yolun kənarı ilə gedən zaman arxadan yüksək səslə avtomobilin gəlməsini eşitmişlər. Bir anda arxadan gələn həmin avtomobilinonun sağında yəni asfalt yolun kənarı ilə hərəkət edən anası Xalidəni vuraraq onu təxminən 15 metr uzağa yolun kənarındakı qaz turbasının yanına tullamış və avtomobil oradan qaçıb getmişdir. Onlar dərhal anasının yanına qaçmış və onun öldüyünü görərək qardaşları Vahidə zəng vurub məlumat vermişlər. Daha sonra kimsə polisə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki,X10 mənim anamdır. Bacısı Aybəniz və anası Xalidə xx.xx.2019-cu il tarixdə saat təxminən 18 radələrində qardaşı Vahidin yaşadığı Abşeron rayonu qobu qəsəbəsinə gələrək abtobusdan düşmüşlər. Onlar yolu qarşı tərəfinə keçmiş və yolun kənarı ilə gedən zaman arxadan yüksək səslə avtomobilin gəlməsini eşitmişlər.Bir anda arxadan gələn həmin avtomobilinonun sağında yəni asfalt yolun kənarı ilə hərəkət edən anası Xalidəni vuraraq onu təxminən 15 metr uzağa yolun kənarındakı qaz turbasının yanına tullamış və avtomobil oradan qaçıb getmişdir. Onlar dərhal anasının yanına qaçmış və onun öldüyünü görərək qardaşları Vahidə zəng vurduq məlumat vermişlər. Daha sonra kimsə polisə məlumat vermişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Elmi-təcrübi və X14 rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 117 nömrəli meyitin məhkəmə-tibbi ekspertizasında dair rəyindən görünür ki, müayinə zamanı 1940-cı ildə anadan olmuş X5 meyitinin məhkəmə tibbi müayinəsinə, əlavə laborator müayinələrin cavabına əsaslanaraq və qərarda qoyulan sualları nəzərə alıb aşağıdakı nəticəyə gəlirəm: 1.Mərhum X5 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir — alın, gicgah və təpə sümüklərinin açıq, qəlpəli sınıqları, baş beyin əzilməsi, beyin toxumasının hissəvi xaricə tökülməsi ilə müşayiət olunan əzilmiş-cırılmış yarası; kəllə əsasının sınığı; daxili qanaxma ilə müşayiət olunan ağciyərlərin cırılması; sağ tərəfli 1-10-cu və sol tərəfli 1-9-cu qabırğaların qapalı, yerinidəyişən sınıqları; sağ budun orta 1/3-nin qapalı və sağ baldırın aşağı 1/3-nin açıq, yerinidəyişən sınıqlarıaşağı 1/3-nin ön və bayır səthlərini əhatə edən cırılmış yarası; sağ kürək nahiyəsinin, bel nahiyəsinin sol yarısının və sağ budun aşağı 1/3-nin arxa səthmin sıyrçqları. 'Bu xəsarətlər ümumilikdə həyatidirlər, qərarın təsviri hissəsində /göstərnin) vaxtda və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə yol nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə bir başa səbəbli əlaqəlidir. Mərhum X5 ölümünə səbəb - daxili qanaxma ilə müşayiət olunan ağciyərlərin cırılması və iki tərəfli çoxsaylı qabırğaların sınıqları fonunda açıq kəllə beyin travması, beyin toxumasının əzilməsi, xaricə tökülməsi və alm-gicgah-təpə sümüklərinin açıq, qəlpəli sınıqları olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, X5 ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (xx.xx.2019-cu il, saat 21:30) təxminən 2-4 saat əvvəl baş vermişdir. Mərhum X5 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli 220 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspeitizasının rəyindən görünür ki, Opel Vectra markalı, 10UE602 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü E.Z.Zəkiyev hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işi materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair xx.xx.2019-cu il tarixli 2/11143 saylı aktından görünür ki, sürücü X16 hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Cinayət işi materiallarında olan AB 637892 nömrəli xx.xx.2011-ci il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, X9 “BC” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ varıdır və həmin sürücülük vəsiqəsi xx.xx.2021-ci il tarixədək etibarlıdır. Cinayət işi materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə X9 barəsində həbs etmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta gətirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham irəli sürülmüşdür. X9 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs X16 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X4 tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamə arayışdan görünür ki, X16 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs X12 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətlərdən birinin ehtiyatsızlıqdan, digərinin isə qəsdən törədilməsini, ictimai təhlükəlilik dərəcəsini, X9 şəxsiyyətini, yəni yaşadığı yer üzrə onun müsbət xarakterizə olduğunu, təyin edilən cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməllərini qismən etiraf edərək, əməllərindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsi hüquqi varisi X4 ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə təqsirləndirilən şəxs X9 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi X12 təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzaların təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Göstərilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, X12 təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş əsas və əlavə cəzalar qismən toplanmaqla, qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.1, 68.1.1-1 və 68.1.3-cü maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü; islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın üç günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələr üzrə azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzaları təyin ediləcəyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi üzrə təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın 2 günü azadlıqdan məhrumetmənin 1 gününə bərabər tutulmaqla hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanaraq qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işi materiallarından görünür ki, təqsirləndirilən şəxs X16 xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 4(012)-361/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin xx.xx.2019-cu il tarixdən hal-hazıradək tutma altında, ev dustaqlığında saxlanıldığı 07 ay 18 gün müddət ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.1-ci maddələrinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, X16 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. Hökmün icrası X9 yaşayış yeri üzrə Qusar rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub, dövlət nəfinə keçirilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs X9 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçilərin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X13 göstərdiyi 20 saat hüquqi yardıma görə Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04(dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 02 il il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 06 (altı ay) müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi üzrə hazırki hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 02 günü azadlıqdan məhrum etmə cəzasının 01 gününə bərabər tutulmaqla, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri üzrə təyin edilən əsas və əlavə cəzalar qismən toplanılsın və üzərində qəti olaraq, 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X9 ibtidai istintaq dövründə tutma altında və ev dustaqlığında saxlanıldığı ümumilikdə 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddət ona təyin olunmuş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 10 (on) ay 04 (dörd) gün müddətinə azadlıqdan məhrumetmə növündə cəza saxlanılsın. X16 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. X9 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti X8 tutulub dövlət nəfinə keçirilsin. Hökmün icrası X9 yaşayış yeri üzrə Qusar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs X16 ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X13 məhkəmə istintaqı zamanı göstərdiyi 20 saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar