Məhkəmə qərarları › İş №1(012)-224/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-224/2021

27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-224/2021 27.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ və etibarnamə olmadan 09 iyul 2020-ci il tarixdə saat 08 radələrində idarə etdiyi “xxxx” MMC-yə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Khazar LX” markalı ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə Abşeron rayonu, Mehdiabad-Fatmayi avtomobil yolu ilə Fatmayi kəndi istiqamətində saatda 90 km/saat sürətlə hərəkət edərək yolun Mehdiabad-Fatmayi yolunun kəsişdiyi hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq sürücülük vəsiqəsi və etibarnamə olmadan avtomobil idarə etməklə və yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, yolun ortasında olan üfüqi nişanlanma xəttini (bütöv ağ xətti) kəsərək avtomobili qarşı sol hərəkət hissəsinə çıxartmamalı, hərəkət üçün təhlükə yaratmamalı olduğu halda və yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli kimi tələblərinə əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, o sürücülük vəsiqəsi və etibarnamə olmadan avtomobili saatda 90 km/saat sürətlə idarə edərək yolun ortasına çəkilmiş üfüqi nişanlanma xəttini (bütöv ağ xətti) kəsib əks hərəkət zolağına keçərək, həmin zolaqla hərəkət edən Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mersedes Benz C klass” markalı ** MG *** dövlət nömrə nişanlı minik avtomobilinin qabaq hissəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, onun ehtiyatsızlığı nəticəsində idarə etdiyi avtomobildə qabaq oturacaqda sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ əlin V daraq sümüyünün qapalı sınığından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, “Mersedes Benz C klass” markalı ** MG *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs2sağ əlin qançırından ibarət sağlamlığa zərərvurmayan dərəcəsi təyin olunmayan bədən xəsarətləri almasına və “Mersedes Benz C klass” markalı ** MG *** dövlət qeydiyyat nişanlı minik avtomobilin əzilməsi nəticəsində Zərərçəkmiş şəxs2 5090 (beş min doxsan) manat məbləğində, “Khazar LX” markalı ** PX *** dövlət nömrə nişanlı minik avtomobilin əzilməsi nəticəsində “xxxx” MMC-yə 13500 (on üç min beş yüz) manat məbləğində maddi ziyan dəyməsinə səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda ünvan 3rləşən “ASTEL MMC” quşçuluq fabrikində fəhlə işləyir. Bildirmişdir ki, sürücülük vəsiqəsi olmasa da minik avtomobillərini idarə etməyi bacarır. Ona lazım olan vaxtlarda qonşusu, həm də tanışı Şahid1 “Khazar LX” markalı, ** PX *** dövlət nömrə nişanlı avtomobilini götürüb idarə edərək işlərini görmüşdür. 08.07.2020-ci il tarixdə axşam saatlarında tanışı Farizlə yaşadıqları evin yaxınlığında görüşüb bir qədər söhbət etdikdən sonra o, həmin vaxt onlarda qonaq olan, Abşeron rayonu, Saray qəsəbəsində yaşayan bibisi oğlu Zərərçəkmiş şəxs1 Valeri oğlunu evlərinə getmək üçün Fatmai qəsəbəsinə aparıb marşrut avtobusuna mindirmək üçün Farizdən həmin “Khazar LX” markalı avtomobilini götürmüşdür. Ertəsi gün, yəni 09.07.2020-ci il tarixdə saat 08 radələrində bibisi oğlu Cəbrayılı Farizdən götürdüyü avtomobillə Fatmayi qəsəbəsinə aparmaq üçün hərəkətə başlamışdır. Abşeron rayonu, Mehdiabad qəsəbəsindən Fatmayi kəndi istiqamətində 90 km/saat sürətlə hərəkət edərkən həmin yoldan Fatmayi kəndinin mərkəzinə gedən yolda qarşıdan gələn avtomobilləri gözləməli olduğu halda həmin sürətlə əks hərəkət zolağı ilə hərəkətdə olan “Mersedes Benz C” klass markalı, ** MG *** dövlət nömrə nişanlı minik avtomobilinin qarşısına çıxmış və bu zaman avtomobilləri toqquşmuşdur. Bu vaxt zərbənin təsirindən onun idarə etdiyi minik avtomobili fırlanaraq yolun sol kənarındakı mişar daşlarından olan hasara çırpılıb dayanmışdır. Həmin vaxt onun avtomobilində qabaq oturacaqda əyləşmiş bibisi oğlu Zərərçəkmiş şəxs1 alın nahiyəsindən xəsarət almışdır. O, isə sol ayağının topuq nahiyəsindən xəsarət almışdır. Bir qədər sonra hadisə yerinə gələn TTY avtomobili ilə gələn tibb işçiləri hər ikisini Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən 3 saylı xəstəxanaya aparmışlar. Xəstəxanada həkimlər tərəfindən hər ikisinə ilkin tibbi yardım göstərildikdən sonra onları evə buraxmışlar. Bildirmişdir ki, Fatmayi kəndinin mərkəzinə gedən yolun baş yol olduğunu düşündüyü üçün qarşıdan gələn avtomobilin keçib getməyini gözləməmişdir. Bu səbəbdən də baş vermiş hadisədə özümü tam təqsirli bilmişdir. Hazırda etdiyi əməldən peşmandır və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, o, Bakı Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evdə valideynləri ilə birlikdə kirayədə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı oğludur. Onun Həsənlə münasibətləri yaxşı olmuşdur. 09 iyul 2020-ci il tarixdə saat 07 radələrində o, dayısıgildən çıxıb işə getmək istəyən zaman dayısı oğlu Həsən ona demişdir ki, “gəl səni işə mən aparım” O da Həsənin təklifindən sonra Həsənin idarə etdiyi “Khazar LX” markalı ** PX *** dövlət nömrə nişanlı minik avtomobilə qabaq oturacaqda əyləşmişdir. Bundan sonra Həsən həmin avtomobili təxminən 90 km saat sürətlə idarə etmişdir. O, həmin vaxt yuxusu gəldiyi üçün yatmışdır. Ayılanda isə Mehdiabad qəsəbəsindən Fatmayi kəndinə gedən avtomobil yolunda Fatmayi kəndi ərazisində yol nəqliyyat hadisəsi olduğunu və baş nahiyəsindən xəsarət aldığını görmüşdür. Bu vaxt Həsənin özü də sol ayağından xəsarət almışdır. Avtomobildən düşərkən ona məlum olmuşdur ki, onlar əks hərəkət zolağında qarşıdan gələn “Mersedes Benz C” klass markalı ** MG *** dövlət nömrə nişanlı minik avtomobili ilə onların olduqları avtomobil toqquşmuşdur. Hazırda şikayətçidir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ev 58A, mənzil 68-də ailəsi ilə birlikdə yaşayır. “xxxx” MMC-də mühəndis vəzifəsində işləyir. Bildirmişdir ki, onun özünə məxsus “Mersedes Benz C klass” markalı ** MG *** dövlət nömrə nişanlı minik avtomobili vardır. O, yay mövsümü ilə əlaqədar olaraq qeydiyyatda olduğu ünvanda yox ünvan 4yır. Hər gün işə həmin bağdan gedib-gəlmişdir. 09 iyul 2020-ci il tarixdə saat 07 radələrində o, yaşadığı Abşeron rayonu, Görədil kəndi bağlar massivindən minik avtomobilinə minib Mehdiabad qəsəbəsi istiqamətində 60 km/saat sürətlə hərəkət etmişdir. Həmin vaxt Görədil-Mehdiabad avtomobil yolunun Fatmayi kəndi ərazisindən keçən hissəsində Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən hərəkətdə olan “Khazar LX” markalı ** PX *** dövlət nömrə nişanlı minik avtomobilinin sürücüsü ona çatmasına 5-10 metr qalmış qəflətən avtomobili onun hərəkət istiqamətimə sürüb qarşıma çıxmışdır. Həmin vaxt məsafə az olduğundan və həmin avtomobil qəflətən onun hərəkət istiqamətinə çıxdığından o, əyləcə sıxsa da hadisənin qarşısını ala bilməyib həmin minik avtomobuili ilə toqquşmuşdur. Bu vaxt zərbənin təsirindən “Khazar LX” markalı minik avtomobili fırlanaraq onun hərəkət istiqamətində yolun sağ kənarında olan mişar daşından tikilmiş hasara çırpılıb dayanmışdır. Onun avtomobilində hadisə vaxtı heç kim olmamışdır. Qarşı tərəfin avtomobilində isə sürücü və bir nəfər sərnişin olmuşdur. O, oğluna dərhal məlumat vermişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. O, hadisə yerini təqdim etdikdən sonra ilkin tibbi yardım göstərilməsi üçün xəstəxanaya getmişdir. Bildirmişdir ki, avtomobilinin əzilməsi nəticəsində ona 5090 manat maddi ziyan dəymişdir. Hazırda şikayətçidir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsindən görünür ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən fərdi evdə ailəsi ilə birlikdə yaşayır. “xxxx” MMC-də Hüquqşünas vəzifəsində işləyir. Bildirmişdir ki, Şahid2 “Khazar LX” markalı ** PX *** dövlət nömrə nişanlı minik avtomobili 12.06.2020-ci il tarixdə “xxxx” MMC-də 36 aylıq hər ay 385.05 manat ödəmək şərti ilə lizinq müqaviləsi ilə verilmişdir. 09 iyul 2020-ci il tarixdə onlara məlum olmuşdur ki, Şahid2 müqavilə ilə aldığı “Khazar LX” markalı ** PX *** dövlət nömrə nişanlı minik avtomobillə Cəfərov X4 rayonu ərazisində yol nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisə nəticəsində “xxxx” MMC-yə məxsus “Khazar LX” markalı ** PX *** dövlət nömrə nişanlı minik avtomobilinə 13500 manat məbləğində maddi ziyan dəyməklə avtomobil yararsız vəziyyətə düşmüşdür. Hazırda şikayətçidir. Məhkəmə istintaq zamanı “xxxx” MMC mülki iddia ərizəsi verməklə cavabdeh Təqsirləndirilən şəxs oğlundan 13500 (on üç manat beş yüz) manat məbləğində maddi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Sovxoz 2, Nizami küçəsi ev 5, mənzil 4-də ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Bildirmişdir ki, Şahid1 onun qudasının oğludur. Onun Farizlə münasibətləri yaxşı olmuşdur. 11 iyun 2020-ci il tarixdə Fariz ona yaxınlaşıb “xxxx” MMC-dən lizinq yolu ilə “’Khazar LX” markalı ** PX *** dövlət nömrə nişanlı minik avtomobili almaq istədiyini lakin, özünü sürücülük vəsiqəsi yazılan cərimələrə görə sürücülük hüququndan müvəqqəti məhdudlaşdırıldığı üçün həmin minik avtomobilini onun götürüb Farizə verməsini xahiş etmişdir. O da Farizlə razılşamışdır. 12 iyun 2020-ci il tarixdə o, “xxxx” MMC-dən ilkin ödəniş 3000 manat ödəməklə 33 aylıq hər ay 386 manat ödəmək şərti ilə lizinq müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən “xxxx” MMC tərəfindən ona həmin nəqliyyat vasitəsini idarə etmək üçün 1 aylıq etibarnamə verilmişdir. Həmin etibarnamənin məzmununda nəqliyyat vasitəsini yalnız onun tərəfindən idarə edilməsi və başqa şəxsə verilməməsi göstərilmişdir. O, həmin nəqliyyat vasitəsini idarə edərək Fariz ilə birlikdə həmin gün gətirib Farizin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Sovxoz-2 Nizami küçəsində yerləşən fərdi evinin həyətinə gəlmişlər. Orada o, avtomobili həyətdə saxlayıb açarları və sənədlərini Farizə vermişdir. Çünki, həmin avtomobilin ilkin ödənişini Fariz etmiş və gələcək aylıq ödənişləri də Fariz edəcəkdir. O, Farizə açarları verərkən Farizə dəfələrlə həmin minik avtomobilini ümumiyyətlə idarə etməməsini və həyətdən çıxartmamasını bildirmişdir. Bundan əlavə Farizə demişdir ki, “nə vaxt sürücülük hüququn bərpa olunar onda həmin nəqliyyat vasitəsini özün idarə edərsən”. Fariz də “mənə sən narahat olma mən avtomobili sürücülük vəsiqəmi alanadək idarə etməyəcəm” demişdir. O da Farizlə sağollaşıb getmişdir. 09 iyul 2020-ci il tarixdə Fariz ona zəng edərək həmin avtomobili Həsən adlı tanışına sürməyə verdiyini və elə həmin gün Həsənin həmin avtomobil ilə yol nəqliyyat hadisəsi törətdiyini demişdir. Sonradan ona məlum olmuşdur ki, Farizin tanışı Həsən həmin “Khazar LX” markalı ** PX *** dövlət nömrə nişanlı minik avtomobili ilə Mersedes Benz C klass markalı ** MG *** dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. İş üzrə şahid qismində tanınan Şahid1 məhkəməyə teleqram ünvanlayaraq iclasda iştirak edə bilməyəcəyini və istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Sovxoz 2, M.Ə.Sabir küçəsi ev 5, mənzil 5-də ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Bildirmişdir ki, Şahid2 onun qardaşının qaynatasıdır. Zahirlə münasibətləri yaxşı olmuşdur. O, 2020-ci ilin iyun ayının 11-də özünə “Khazar TX” markalı ** PX *** dövlət nömrə nişanlı minik avtomobilini lizinq yolu ilə almaq istəmişdir. Lakin, onun elektron vergi ödəyicisinin hesab nömrəsi olmadığı üçün o, həmin avtomobili almaq üçün Zahirdən xahiş etmişdir. O, Zahirə həmin avtomobili lizinq yolu ilə onun adına keçirdib lakin, pulunu özü ödəyəcəyini demişdir. Zahir də buna razılıq verdikdən sonra o, Zahirin əli ilə ilkin ödəniş kimi 3000 manat pul ödəyib həmin minik avtomobilini Zahirin adına 33 aylıq lizinq krediti ilə götürmüşlər. “xxxx” MMC-dən Zahirin adına 1 aylıq həmin avtomobili idarə etmək üçün etibarnamə verilmişdir. Həmin vaxt onun “BC” kateqoriyalı sürücülük vəsiqəsi etdiyi inzibati xətaya görə sürücülük hüququndan 6 aylıq müddətə məhrum olunmuşdur. Buna görə də həmin avtomobili Zahir idarə edib yaşadığı evin həyətinə gətirib orada saxlayaraq avtomobilin açarlarını və “xxxx” MMC ilə bağlanmış kredit müqaviləsini ona verərək həmin minik avtomobilini sürücülük hüququ bərpa olanadək avtomobili idarə eməməsini və heç kimə verməməsini deyib getmişdir. O da Zahirə narahat olma həmin minik avtomobili həyətdən yola çıxarılmayacaqdır demişdir. Lakin, Zahir getdikdən sonra o, həmin minik avtomobilini demək olar ki, hər gün Bakı şəhəri ərazisində idarə etmişdir. Təqsirləndirilən şəxs onun dostu və həmkəndlisidir. 08 iyul 2020-ci il tarixdə Həsən onun yaşadığı ərazidə görüşərkən qız ilə görüşmək istədiyini deyib “Khazar LX” markalı minik avtomobilini müvəqqəti olaraq ona verməsini və səhəri gün gətirib qaytaracağını demişdir. O da həmin avtomobilin açarını Həsənə vermişdir. Həsən avtomobili idarə edib getmişdir. Həmin günün səhərisi yəni 09 iyul 2020-ci il tarixdə saat 08 radələrində Həsən ona zəng edərək həmin avtomobil ilə yol nəqliyyat hasdisəsi törətdiyini və özü və tanımadığı bibisi oğlunun xəsarət aldığını demişdir. O da dərhal Zahirə zəng edərək bu barədə məlumat vermişdir. Zahir də ona “axı sənə demişdim ki, həmin avtomobili idarə etməyin” demişdir. O da “Zahirə dost adamdı istədi mən də verdim” demişdir. Bundan sonra onlar Abşeron RP-nin Mehdiabad PB-nə gedərək bu barədə izahat vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib keçirilərək rəy alınmışdır. Ekspertin 25.07.2020-ci il tarixli 1359 nömrəli rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər –sol qamış sümüyünün aşağı 1/3-hissəsinin (iç topuğun) qapalı yerdəyişən sınığı bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 09.07.2020-ci il tarixdə salonunda olduğu avtomaşının avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib keçirilərək rəy alınmışdır. Ekspertin 25.07.2020-ci il tarixli 1359 nömrəli rəyindən görünür ki, 1957-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ əlin qançırı,bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 09.07.2020-ci il tarixdə salonunda olduğu avtomaşının avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. İş üzrə məhkəmə-tibb ekspertizasının 29.07.2020-ci il tarixli 1366 N nömrəli rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 Valeri oğlunun məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ əlin V daraq sümüyünün qapalı sınığı; bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 09.07.2020-ci il tarixdə salonunda olduğu avtomaşının avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 12 oktyabr 2020-ci il tarixli 8/1516 saylı rəyindən görünür ki, 1.2 İstintaq tərəfindən təqdim olunmuş məlumatlara görə “Khazar LX” markalı ** PX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin , 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs ““Khazar LX” markalı ** PX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili sürücülük vəsiqəsi, etibarnaməsi olmadan və yaşayış məntəqəsində icazə verilən 60km/saatdan artıq, yəni 90km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 3-4. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə: - hərəkət üçün təhlükə yaranan anda “Mersedes Benz C klass” markalı ** MG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin toqquşma yerindən 44.9 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. - hərəkət üçün təhlükə yaranan anda “Mersedes Benz C klass” markalı ** MG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin toqquşma yerindən 44.9 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələbləeinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materillarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 05.12.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 04.12.2020-ci il tarixədək sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarında olan “xxxx” ASC-nin X1 X3 16.09.2020-ci il tarixli E/348 saylı Ziyan Aktından görünür ki, Zərərçəkmiş şəxs2 məxsus olan “Mersedes Benz C klass” markalı ** MG *** dövlət nömrə nişanlı minik avtomobilinə dəymiş ziyan 5090 (beş min doxsan) manat müəyyən edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin verdiyi 08.01.2021-ci il tarixli 18/1 saylı Qüsur Aktından görünür ki, “xxxx” MMC-nə məxsus olan “Khazar LX” markalı ** PX *** dövlət nömrə nişanlı minik avtomobilinə dəymiş ziyan 13500 (on üç min beş) manat müəyyən edilmişdir. İş materiallarında olan Sabunçu RİHB Pirşağı İƏD üzrə nümayəndə tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə də müsbət xarakterizə edilir. İş materiallarında olan 02.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 15.01.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 09.07.2020-ci il tarixli, 2/10271 saylı Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoldan görünür ki, Təqsirləndirilən şəxs «Sərxoşluq əlamətləri» müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahid ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs oğluna cəza təyini zamanı Zərərçəkmiş şəxs2 təsirləndirilən şəxsə qarşı şikayəti və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oğlu ilk dəfə ehtyatsızlıqdan az ağır cinayət törətmişdir. Hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirsədə onun hərəkətləri nəticəsində zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almışdır. Hadisə nəticəsində təqsirləndirilən şəxs özüdə az ağır xəsarət almışdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs oğlunun ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, təqsirkarın cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, “xxxx” MMC-nin mülki iddiasi təmin edilməli, cavabdeh Təqsirləndirilən şəxs 13500 (on üç manat beş yüz) manat məbləğində maddi zərər və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi, 13550 (on üç min beş yüz əlli) manat xxxx” MMC-nin xeyrinə tutulalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə müdafiəçinin ibtidai istintaq və məhkəmə baxışı zamanı 70 (yetmiş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 420 (dörd yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. “xxxx” MMC-nin mülki iddiasi təmin edilsin. Cavabdeh Təqsirləndirilən şəxs 13500 (on üç manat beş yüz) manat məbləğində maddi zərər və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi, 13550 (on üç min beş yüz əlli) manat xxxx” MMC-nin xeyrinə tutulsun. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı 70 (yetmiş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 420 (dörd yüz iyirimi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar