Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-224/2022 01.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Qurbanov Elçin Abuzər oğlunun və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Abşeron rayonu,Xırdalan şəhəri, H.Əliyev prospekti, inzibati bina 6 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Mirzəcanzadə küçəsi, ev 17 ünvanında yaşayan, barəsind həbs qətimkan tədbiri seçilmiş Qurbanov Elçin Abuzər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qurbanov Elçin Abuzər oğlu satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Belə ki, o, 18.01.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “Köhnə Bazar” adlanan ərazinin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofana bükülmüş bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı2) daxil edilmiş təmiz çəkisi 0.575 qram, ağ rəngli, kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 10 manat müqabilində əldə edib əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibinə qoyaraq özü ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisinə daşımaqla saxlamış, 19 yanvar 2022-ci il tarixdə saat 00:05-də Abşeron RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi, Mirzəcanzadə küçəsində saxlanılıb Abşeron RPİ-nin Saray PB-yə gətirilmiş və PB-nin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd, şəffaf sellofan bükümündə, təmiz çəkisi 0.575 qram psixotrop maddə olan metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 3vanında tək yaşayır, fərdi əməklə məşğuldur. 19.01.2022-ci il tarixdə saat 00:05-də yaşadığı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Mirzəcanzadə küçəsində olduğu zaman üç nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ondan özünü təqdim etməsini xahiş ediblər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirib. Polis əməkdaşları ondan üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənədin olub-olmadığını soruşduqda o, üzərində hər hansı bir sənədin olmadığını deyib. Bundan sonra polis əməkdaşları onu Saray PB-nə dəvət ediblər və o, buna etirazının olmadığını bildirib. Daha sonra polis əməkdaşlarının müşayəti ilə xidməti avtomobilə əyləşdirilərək Saray PB-nə gətirilib. PB-də onunlaa söhbət aparılan zaman narkotik vasitə audəçisi olduğunu və hal-hazırda üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirib. Bundan sonra ərizəsi əsasında hüquqlarının müdafiə edilməsi üçün PB-nə vəkil dəvət olunub. Vəkili ilə tanış olub və polis əməkdaşları tərəfindən aralarında konfidensial görüşün olmasına şərait yaradılıb. Daha sonra vəkilinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi deyilib və o, buna etiraz etməyib. Çəkiliş başlayan zaman ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi xahiş edilib. O, əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə psixitrop maddə olan metamfetamini çıxardaraq təqdim edib. Həmin psixotrop maddənin nə vaxt, haradan, kimdən, necə əldə etməsi və hansı məqsədlə üzərində daşıması barədə sual verdikdə o, həmin kütləni 10-15 gün əvvəl, daha dəqiq 18.01.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “Köhnə Bazar” adlanan ərazinin yaxınlığında tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirib. Daha sonra üzərindən aşkar edilərək götürülmüş, bir ədəd, şəffaf sellofana bükülmüş bükümdə olan kütlələr həqiqətən psixotrop maddə olub-olmamasını müəyyən etmək məqsədilə ekspertizaya təqdim olunması üçün təhqiqatçı tərəfindən qablaşdırılıb və həmin zərf özü və vəkil tərəfindən imzalanıb. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, yalnız narkotik və psixotrop maddələrdən istifadə etdityini, Abşeron rayonu, Xırdalan şəhəri, “Köhnə Bazar” adlanan ərazinin yaxınlığında psixotrop maddə olan metamfetamini aldığı şəxsdən əvvəllər narkotik və ya psixotrop maddə almadığını, həmin şəxsi ilk dəfə görürdüyünü, hava qaranlıq olduğundan həmin şəxsin əlamətləri barədə heç nə deyə bilməyəcəyini, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki zor və psixi təziqlər göstərilmədiyini bildirmişdir. Sonda o, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini nəzərə alıb yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 2015-cü ildən DİO-da, həmin ildən də tutduğu vəzifədə xidmət edir. Abşeron rayon Pİ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir, polis serjantıdır. ünvan 1 ünvanında qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə həmin ünvanmda yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. 19.01.2022-ci il tarixdə Abşeron rayon Pİ-nin PPXB-nin polis nəfərləri, polis serjantları Şahid3 və Şahid2 ilə birlikdə 4765 çağırışlı avtopatrulla xidmət apardıqları zaman saat 00:05-də Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Mirzəcanzadə küçəsi ərazisində bir nəfər şəxsin onları gördükdə dərhal istiqamətini dəyişərək iti addımlarla hərəkət etdiyini müşahidə ediblər. Bu onlarda şübhə oyatdığı üçün həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ondan özünü təqdim etməsini xahiş etdikdə o, adının Elçin olduğunu bildirib. Ondan şəxsiyyətini təsdiq edən hər hansı bir sənədin olub-olmamasını soruşduqda o, üzərində hər hansı bir sənəd olmadığını deyib. Özünü Elçin kimi təqdim edən şəxsdən gecə vaxtı orada tək olmasının səbəbini soruşduqda o, səbəbsiz olaraq gəzdiyini bildirib və həyəcanlı davranışlar sərgiləməyə başlayıb. Bundan sonra onu onu Abşeron rayon Polis İdarəsinin X7 dəvət ediblər, sonuncu buna etirazının olmadığını bildirib və onların müşayəti ilə X7 gətirilib. X6 həmin şəxsin xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3vanında yaşayan- Təqsirləndirilən şəxs olması müəyyən edilib. Daha sonra üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə hüquq və vəzifələri izah edilməklə vəkil dəvət oluub. Üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd, şəffaf sellofan bükümündə psixotrop maddə olan metamfetamə bənzər kütlə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb, sonra onun üzərinə şəxsi axtarış davam etdirilib və qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməyib. Təhqiqatçı tərəfindən həmin psixotrop maddəni nə vaxt, haradan, kimdən, necə əldə etməsi və hansı məqsədlə üzərində daşıması barədə sual verildikdə o, həmin kütlələri 18.01.2022ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “Köhnə Bazar” adlanan ərazinin yaxınlığında tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirib. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş bir ədəd şəffaf sellofan bükümündə olan kütlə qablaşdırılıb, protokol tərtib edilərək oxunub, iştirakçılar zərfə və protokola imza edərək doğruluğunu təsdiq ediblər. Şahid1 ona verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs qarşı Abşeron rayon Polis İdarəsinin X7 gətirilərkən və X3rkən polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki güc tətbiq edilmədiyini, Təqsirləndirilən şəxs Abşeron rayon Polis İdarəsinin X7 gətirilməmişdən əvvəl və X3rkən vəkili dəvət edilməmişdən qabaq polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 və Şahid3 oğlu da eyni məzmunda ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təstiq etmişdirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 23 fevral 2021-ci il tarixli 1 (012)-42/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilənərək 11 (on bir) ay, 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisi tərəfindən “8 Noyabr-Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında qəbul edilmiş 05.11.2021-ci il tarixli Akta əsasən Təqsirləndirilən şəxs cəzadan azad olmuşdur. Azərbaycan Respublikası Milli Məclisi tərəfindən “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qəbul edilmiş 05.11.2021-ci il tarixli Akta əsasən cəzadan azad olmuş şəxslərin məhkumluğu ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş sayılır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 yanvar 2022-ci il tarixli 6/339 nömrəli rəyndən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Qurbanov» yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,575 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İİ) daxildir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin 07 fevral 2022-ci il tarixli 574 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN birgə qəbulu nəticəsində yaranan ASİLLİLİQ SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan qızılı rəngli, üzərində DVD-R 16X speed yazısı olan DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunaraq götürülmüş bir büküm psixotrop maddə olan metanfetamini 18.01.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “Köhnə Bazar” adlanan ərazinin yaxınlığında tanımadığı şəxsdən 10 manata əldə etdiyini bildirməsi ilə əlaqədar olaraq həmin şəxsin müəyyən olunaraq istintaqa təqdim olunması istiqamətində əməliyyat tapşırığı verilmiş, lakin istintaq müddətində həmin şəxsin şəxsiyyətinin müəyyən edilib-edilməməsi barədə cavab gəlməmişdir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə siyahının İİ hissəsinin 27-ci bəndində metamfetamin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İİ nömrəli sıyahısına əsasən psixotrop maddə olan metamfetamin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Abşeron RİHB-nın Ceyranbatan qəsəbə nümayəmdəsi tərəfindən verilmiş 22.02.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon, Ceyranbatan qəsəbəsi,Yeni məhəllə, Mirzəcanzadə küçəsi, ev 17-də yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayəthüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli 19.01.2022-ci il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 19.01.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20.01.2022-ci il tarixdə sonuncu barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 0,575 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxil olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi 19.01.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 0,575 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxil olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-224/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-224/2022
01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver