Məhkəmə qərarları › İş №1(012)-225/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-225/2021

02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-225/2021 02.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxsin müdafiəçiləri, Xırdalan şəhər Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, İmişli rayonu A. Məmmədov küçəsi ev 20 ünvanında qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan barəsində «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 oğlunun və xx.xx.2001-ci ildə X1 şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Mingəçevir şəhəri 7-ci bağ küçəsi ev 16 qeydiyyatda olmaqla, ünvan 3 yaşayan barəsində «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə saat 02:00 radələrində yaşadığı evin qarajında Təqsirləndirilən şəxs2 ilə birlikdə özünə məxsus Daweoo Centra markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobili təmizləyərkən həmin qarajda saxlanılmış Zərərçəkmiş şəxs məxsus Hyundai Accent markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağının üzərində olan qırmızı rəngli pul qabının içərisində pul olmasını fikirləşib onu gizli olaraq talama qərarına gələrək tamah niyyəti ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək aralarındakı razılığa əsasən Təqsirləndirilən şəxs2 kənar şəxslərin gəlməsini Təqsirləndirilən şəxs1 məlumat vermək üçün dayanıb müşahidə aparmış, o isə ətrafdan tapdığı məftil parçası ilə Zərərçəkmiş şəxs Hyundai Accent markalı avtomobilinin sağ ön qapısını açaraq, salonunda qabaq sağ oturacağın üstündə olan pul qabının içindən 60 manat, qoltuqaltından isə 10000 manat, cəmi 10060 manat pulu gizli talayaraq, həmin pulu bir neçə gündən sonra aralarında böyüşdürəcəkləri barədə razılığa gəlib oranı tərk etməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında anası Sevda, arvadı Aytənlə birlikdə yaşayır. Təqsirləndirilən şəxs2 təxminən 2 il olarki tanıyır, belə ki, Fərid onunla eyni məhəllədə yaşayır, məhəllədə yaşayan şəxs kimi onunla tanışlıq münasibəti yaranmışdır. Etibarnamə ilə o Daevoo Centra markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir və həmin avtomobillə taksilik edib ailəsini dolandırır. Həmin avtomobili Abşeron rayonu Xırdalan şəhəri 21-ci məhəllə 1 nömrəli binanın zirzəmisində yerləşən avtomobil qarajında saxlayır. xx xxxxxx 2020-ci il tarixdə o bir qədər müştəri taksi kimi aparandan sonra saat təxminən 23 radələrində öz yaşadığı binanın məhəlləsinə gəlmişdir. Orada maşını saxlayanda tanışı Fəridi görmüş, onunla salamlaşmış, Fəriddən avtomobilini silib təmizləməyə kömək etməyə və avtomobilə əyləşməyi xahiş etmişdir. Fərid X11 markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilinə qabaq oturacağa əyləşmiş, o da məhəllədən avtomobili yaşadığım binanın qarajına sürmüşdür. Avtomobili yaşadığı binanın zirzəmisində yerləşən qarajda girişə yaxın hissədə saxlamışdır. O bir plastmasdan olan vedrə tapıb onu su ilə dodlurub hər biri bir əski Fəridlə avtomobilin içini təmizləməyə başlamışdır. Sonra avtomobilin krelin alt hissəsi bağlamaq üçün ona misdən məftil lazım olmuş, qarajda bu cür lazımsız məftil tapa biləcəyini düşünmüş, ona görə qarajda məftil axtararkən qarajda saxlanılan ağ rəngli Hyundai Accent markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobil görmüş, həmin avtomobilin qabaq oturacağında qırmızı rəngli pul qabının olmasını görmüşdür. Həmin vaxtı xx.xx.2020-ci il tarixdə saat 02:00 radələri olmuşdur. O həmin pul qabını görüb, düşünmüşdür ki, onun içində pul olar, həmdə istəmişdir, həmin pul qabının içində pul varsa oğurlasın. Bu barədə tanışı X7 markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobilin içində pul qabının olmasını, pul qabının içində pul ola biləcəyini bildirmiş, Fəridə bildirmişdir ki, «gəl həmin maşını mən açım, onun içində pul olsa oğurlayım, sən isə ətrafda gələn olsa mənə xəbər verərsən». Fərid bu barədə razılaşmışdır. O qarajdan binanın qarşısına çıxıb, binanın ətrafında bir məftil tapmışdır. Həmin məftili götürüb yenidən binanın zirzəmisində yerləşən qaraja gəlmişdir. Həmin qaraja girmiş, Fəridə bildirdim ki, ətrafa baxsın, özü isə Hyundai Accent markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb əlində olan məftilli əyib, avtomobilin qabaq sağ qapını aralayıb, məftilin əyilmiş hissəsinin içəri salıb, avtomobilin qapısının iç hissədən açılan yerindən məftillə dartıb açmışdır. Qapını açıb içinə oturmuş, bu zaman avtomobilin siqnalizasiyası səs eləmiş, buna görə o avtomobilin mühərrik hissəsinin kapotunu açıb, orada olan siqnalizasiya naqilini ayırmış, bundan sonra avtomobilin siqnalizasiyasının səsi kəsilmişdir. Həmin vaxtı Fərid ətrafa baxmışdır ki, əyər kimsə gəlmə ona məlumat verəcəkdi. O avtomobilin içində qabaq oturacaqda olan pul qabını açıb idindən 60 manat nağd pul götürmüş, əynində olan şalvarın sağ cibinə qoymuş, daha sonra avtomobilin qoltuqaltı hissəsini açıb baxanda orada rezinə bükülmüş 100 və 2 ədəd 50 manatlıq əskinazlarla pul bağlamasını görmüşdür. Onuda götürüb əynində olan şalvarın sağ cibinə qoymuşdur. Avtomobilin qapısını bağlayıb Fəridə yaxınlaşmış, onunla birlikdə ona məxsus qarajda saxlanılan Daevoo Centra markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, orada ilk olaraq pul qabından götürdüyü, 60 manatı, daha sonra isə pul bağlamasını saymışdır. Həmin bağlamadakı pul 10000 manat olmuşdur. Fərid ona bildirmişdir ki, «həmin oğurladığımız puldan bir qədər mənə ver», o isə Fəridə pulu aparıb öz yaşadığı evə qoyacağını, bir qədər vaxt keçəndən sonra həmin pulu böləcəyini bildirmişdir. Fərid onunla razılaşmışdır. X11 markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobili qarajda qalmış, o isə Fəridlə birlikdə piyada qarajdan çölə çıxmışdır. Binanın qarşısında o Fəridlə sağollaşıb ayrılmış, Fərid öz yaşadığı evə, o isə öz yaşadığı evə getmişdir. Hyundai Accent markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladığı 10060 manat pulu yaşadığı mənzilin yataq otağındakı yatağın altına qoymuşdur. Həmin pul barədə nə anasının və nə arvadımın xəbəri olmamışdır. xx.xx.2020-ci il tarixdə Hyundai Accent markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladığı puldan 260 manat pulu öz ehtiyacına xərcləmişdir. xx.xx.2020-ci il tarixdə saat 12 radələrində o Daevoo Centra markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobili Abşeron rayonu Xırdalan şəhəri yaşadığı binanın yaxınlığında təmir edən zaman, Abşeron rayon polis idarəsinin əməkdaşları onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Orada o törətdiyi əməli etiraf etmişdir.Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında atası Vasif, anası Jalə, qardaşı Zabitlə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 təxminən 2 il olarki tanıyır, belə ki, Əli onunla eyni məhəllədə yaşayır, məhəllədə yaşayan şəxs kimi onunla tanışlıq münasibəti yaranmışdır. X13 markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir və həmin avtomobillə taksilik edib ailəmi dolandırır. Əli həmin avtomobili Abşeron rayonu Xırdalan şəhəri 21-ci məhəllə 1 nömrəli binanın zirzəmisində yerləşən avtomobil qarajında saxlayır. xx xxxxxx 2020-ci il tarixdə o saat təxminən 23 radələrində öz yaşadığı binanın məhəlləsində olan zaman Əli idarə etdiyi Daevoo Centra markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə məhəlləyə gəlmişdir. Əli avtomobili saxlayıb onunla salamlaşmış, Əli ondan onun avtomobilini silib təmizləməyə kömək etməyi xahiş etmiş və ona avtomobilə əyləşməyimi söyləmişdir. O X9 markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilinə qabaq oturacağa əyləşmiş, Əlidə məhəllədən avtomobili öz yaşadığı binanın qarajına sürmüşdür. Əli avtomobili yaşadığı binanın zirzəmisində yerləşən qarajda girişə yaxın hissədə saxlamışdır. Əli bir plastmasdan olan vedrə tapıb onu su ilə doldurub hər birimiz bir əski götürüb avtomobilin içini təmizləməyə başlamışdır. Sonra avtomobilin krelin alt hissəsi bağlamaq üçün Əliyə misdən məftil lazım olduğu üçün o qarajda məftil axtarmağa başlamışdır. Qarajda məftil axtaran zaman Əli ona yaxınlaşmış və bildirmişdir ki, qarajda saxlanılan ağ rəngli Hyundai Accent markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacağında pul qabı var. Həmin vaxtı xx.xx.2020-ci il tarixdə saat 02:00 radələri olmuşdur. Əli gəlib ona təklif edib bildirmişdir ki, «avtomobilin içində pul qabı var, həmin pul qabının içində ola bilsin pul olsun», Əli demişdir ki, həmin maşını açıb, onun içində pul olsa oğurlayacaq, Əli ondan xahiş etmişdir ki, «sən isə ətrafda gələn olsa mənə xəbər verərsən». O Əlinin deməsi ilə razılaşmışdır. Əli qarajdan çıxmış, bir qədər vaxt sonra əlində məftillə geri gəlmişdir. O ətrafa baxmış, o ətrafa baxan zaman X12 markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobillə yaxınlaşıb əlində olan məftilli əyib, avtomobilin qabaq sağ qapını aralayıb, məftilin əyilmiş hissəsinin içəri salıb, avtomobilin qapısının iç hissədən açılan yerindən məftillə dartıb açmışdır. Qapını açıb içinə oturmuş, bu zaman avtomobilin siqnalizasiyası səs eləmiş, buna görə Əli avtomobilin mühərrik hissəsinin kapotunu açıb, orada olan siqnalizasiya naqilini ayırmış, bundan sonra avtomobilin siqnalizasiyasının səsi kəsilmişdir. Həmin vaxtı o ətrafa baxmışdır ki, əyər kimsə gəlsə Əliyə məlumat verəcəkdi. Əli həmin avtomobildən nəsə oğurlamış və sonra avtomobililin qapısı bağlayıb ona yaxınlaşmışdır. Əli ilə birlikdə Əliyə məxsus qarajda saxlanılan Daevoo Centra markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, orada Əli ilk olaraq əynindəki şalvarın cibindən 60 manatı, daha sonra həmin şavların cibindən pul bağlamasını çıxartmış və həmin bağlamanı ikisidə saymışlar. Həmin bağlamadakı pul 10000 manat olmuşdur. Əli ona demişdir ki, həmin pulu aparıb öz yaşadığı evə qoyacaq, bir qədər vaxt keçəndən sonra həmin pulu böləcəklər. O Əli ilə razılaşmışdır. X9 markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobili qarajda qalmış, Əli isə onunla birlikdə piyada qarajdan çölə çıxmışdır. Binanın qarşısında Əli onunla sağollaşmış və onlar ayrılmışlar, o öz yaşadığı evə, Əlidə öz yaşadığı evə getmişdir. xx.xx.2020-ci il tarixdə saat 10 radələrində o Abşeron rayonu Xırdalan şəhəri H. Əliyev prospektində yerləşən Ailə TV şirkətinin binasında olan zaman Abşeron rayon polis idarəsinin əməkdaşları onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Orada o törətdiyi əməli etiraf etmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ona məxsus Hyundai Accent markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobili var. xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində o idarə etdiyi avtomobilin qoltuqaltısında 10 000 (on min) manat özünə məxsus nağd pulu və avtomobilin oturacağın üzərinə isə pul qabını içində 60 manat nağd pulu qoymuşdur. Özünə məxsus Hyundai Accent markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu M. Hüseynzadə küçəsində yerləşən avtomobil yuma məntəqəsinə gəlmişdir. Orada o avtomobildə oturmuş, avtomobili çöldən iki nəfər yuyan şəxslər yumuşlar, daha sonra avtomobilin içini yumaq üçün 2 nəfər avtomobili yuyanlar mona bildirdilər ki, o avtomobildən düşsün ki, avtomobilin içini yuyub təmizləsinlər. Təxminən 10 dəqiqə sonra o avtomobili həmin 2 nəfər yuyan şəxslərdən təhvil alıb, idarə edərək həmin küçədə yerləşən Araz marketdə 20 dəqiqə alış veriş edib yaşadığı binaya gəlib avtomobili zirzəmisində olan qarajda saxlamış və avtomobili pultla bağlamışdır. Avtomobil orada qalmışdır. xx.xx.2020-ci il tarixdə saat 10:30-da işlədiyi Winterpark plaza gedib avtomobili həmin binanın zirzəmisində olan qarajda saxlamışdır. xx.xx.2020-ci tarixdə saat təxminən 17 radələrində iş yerindən çıxıb öz yaşadığı binaya qayıtmış, avtomobili yaşadığı binanın zərzəmisində saxlamış, qoltuqaltısına baxanda orada olan 10000 manat (on min) manat pulun, pul qabının içində olan 60 manat nağd pulun oğurlandığı aşkar etmişdir. Başqa avtomobildən ona aid heç nə oğurlanmamışdır. Ona oğurluq nəticəsində 10060 manat ziyan dəymişdir. Həmin oğurluq hadisəsinin törədilməsində o heç kəsdən şübhələnmir. Oğurlanmış 10000 manat pul, 2 ədəd 50 manatlıq, qalanı isə 100 manatlıq əskinazlarla olmuşdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı zamanı ifadələri elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun oğludur. Əli onunla eyni ünvanda arvadı ilə birlikdə yaşayır. X13 markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib taksilik edib ailəsini dolandırır. Əlinin oğurluq etməsi barədə onun heç bir məlumatı olmamışdır. Əlinin evə pul gətirməsi barədə də onun heç bir məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı ifadələri elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X5 ifadəsində X3 dediklərini təsdiq edərək, istintaqa analoji ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 oğlu barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 4(012)-640/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu barəsində həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 4(105)-128/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs1 oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, həbsdən azad edilmişdir İş materiallarında olan İmişli rayon İcra hakimiyyəti tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 oğlu yaşadığı yer üzrə müsbət xarakterizə olunur. xx.xx.2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 4(012)-639/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu barəsində həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 4(105)-127/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, həbsdən azad edilmişdir. İş materiallarında olan Abşeron rayon İƏDÜ-nün nümyəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Abşeron Rayon Məhkəməsinə xx.xx.2021-ci il tarixli zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə onun Təqsirləndirilən şəxs1 oğluna və Təqsirləndirilən şəxs2 oğluna qarşı şikayəti və maddi tələbi yoxdur. Subutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, iş üzrə 9800 (doqquz min səkkiz yüz) manat pul maddi sübut kimi tanınmış və qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 oğlunun və Təqsirləndirilən şəxs2 həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkarlara cəza təyin edilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 oğluna cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 oğlu xx.xx.2020-ci il tarixdən hökm elan olunduğu günədək həbsdə və ev dustaqlığında saxlanıldığı 02 ay 05 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlunun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədiri ləğv edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun xx.xx.2020-ci il tarixdən hökm elan olunan günədək həbsdə və ev dustaqlığında saxlanıldığı 02 ay 05 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 9800 (doqquz min səkkiz yüz) manat pulun qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 oğlunun xx.xx.2020-ci il tarixdən hökm çıxarıldığı günədək həbsdə və ev dustaqlığında saxlanıldığı 02 ay 05 gün müddət bir günə iki gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 oğlunun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 oğlunun cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 oğlu barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun xx.xx.2020-ci il tarixdən hökm çıxarıldığı günədək həbsdə və ev dustaqlığında saxlanıldığı 02 ay 05 gün müddət bir günə iki gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut kimi 9800 (doqquz min səkkiz yüz) manat pulun qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar