Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-225/2023 07.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx xxxxx 1994-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Saatlı kəndində qeydiyyatda olan və həmin ünvanında yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermək” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2023cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “İnstaqram” sosial şəbəkədə “evlərin tikinti _təmiri_2014 tikinti şirkəti” adlı səhifə yaradıb elan verərək onunla telefon əlaqəsi saxlayan Zərərçəkmiş şəxs2 özünü tikinti işləri ilə məşğul olan iş adamı kimi təqdim edərək ünvan 3 ünvanda yerləşən sonuncunun arvadı X5 xüsusi mülkiyyətində olan 10 sot torpaq sahəsində tikinti materiallarını və işçi briqadasını təşkil edəcəyi şərti ilə 7 ay müddətində 2 mərtəbəli 433.4 kvadrat metr sahəsi olan fərdi yaşayış evini 30 illik keyfiyyət zəmanəti ilə 135.000 manata tikib təmir etdirməklə təhvil verəcəyinə dair yalan vəd verib Zərərçəkmiş şəxs2 inam və etibarını qazanmaq üçün özü hazırladığı 13 yanvar 2021 -ci il tarixli “Təmir xidmətlərinin göstərilməsinə dair” müqaviləni Bakı şəhəri 51 saylı notariat ofisində sonuncunun iştirakı ilə notarial qaydada təsdiq etdirərək onun etibarından sui-istifadə edib aldadaraq ilkin olaraq işə başlamaq adı ilə 13 yanvar 2021-ci il tarixdə Nərimanov rayonu, Azadlıq prospekti 95 ünvanında yerləşən "xxxx" bankın Azadlıq filialında 38.500 manat pulunu alıb tikinti işlərinə başladıqdan sonra tikinti materiallarının bahalaşmasını bəhanə edərək əvvəlcədən material alıb özünə məxsus anbara yığıb saxlamaq adı ilə 06 mart 2021 -ci il tarixdə 18.500 manat, 18 mart 2021 -ci il tarixdə 10.000 manat və 19 mart 2021 -ci il tarixdə 9.000 manat pulunu ünvan 5 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasındakı Zərərçəkmiş şəxs2 iş otağında alıb əldə etdiyi ümumilikdə 76.000 manat puldan 22.170,47 manatını tikinti materiallarının alınmasına, 7.797,16 manatını işçi briqadasında çalışan fəhlə və qulluqçulara əmək haqqının ödənilməsinə və 1.917,67 manatını maşın- mexanizminin işlənilməsinə sərf edərək fərdi yaşayış evinin birinci mərtəbəsinin tikintisini müqavilənin şərtlərinə uyğun olmayan vəziyyətdə və keyfiyyətsiz tikinti materiallarından istifadə edilməklə aparıb pulun qalan 44,114,7 manatını vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “İnstaqram” sosial şəbəkədə “modern_dizayn _təmir_ tikinti şirkəti” adlı səhifə yaradıb elan verərək onunla telefon əlaqəsi saxlayan Zərərçəkmiş şəxs1 özünü tikinti işləri ilə məşğul olan iş adamı kimi təqdim edərək sonuncunun Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi, Donuz Kökəltmə sovxozundə yerləşən 3 sot torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinini 17.000 manata, 2 ay müddətində təmir edib 10 illik keyfiyyət zəmanəti ilə təhvil verəcəyinə dair yalan vəd verib Zərərçəkmiş şəxs1 inam və etibarını qazanmaq üçün əvvəlcədən hazırladığı 16 mart 2022-ci il tarixli “Tikinti-təmir xidmətlərinin göstərilməsinə dair” müqaviləni imzalayıb özündə olan möhürlə təsdiqləyib ona verib etibarından sui-istifadə edib aldadaraq ilkin olaraq işə başlamaq adı ilə 18 mart 2022-ci il tarixdə saat 00:30 radələrində sonuncunun yaşadığı ünvan 6 ünvanının qarşısında Şahid4 Nərman oğlunun “Nissan Sunny” markalı ** TN *** dövlət qeydiyyat nişanlı avtomobilində Zərərçəkmiş şəxs1 həmin dövrün məzənnəsi ilə 2.550 manat təşkil edən 1.500 ABŞ dollarını alıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “İnstaqram” sosial şəbəkədə “modern_dizayn _təmir_ tikinti şirkəti” adlı səhifə yaradıb elan verərək onunla telefon əlaqəsi saxlayan Zərərçəkmiş şəxs4 özünü tikinti işləri ilə məşğul olan iş adamı kimi təqdim edib diqqətini cəlb edib onun razılığını almaq məqsədi ilə rəhbərlik etdiyi tikinti şirkətinin keçirdiyi daxili kreditlə faizsiz ev tikmək kampanyası müddətinin bitməsinə 2 gün qaldığını, həmin müddətdə evi tikdirmək barədə onunla razılığa gəlib müqavilə bağlayarsa ona güzəşli şərtlərlə ev tikib təhvil verəcəyini yalandan vəd verib inandıraraq sonuncunun şəxsi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 5 sot torpaq sahəsində 3 ay müddətində 1 mərtəbəli 100 kvadrat metr sahəsi olan fərdi yaşayış evini 25 illik keyfiyyət zəmanəti ilə 34.000 manata olmaqla tikib təmir etdirməklə təhvil verəcəyinə dair yalan vəd verib, özü hazırladığı 11 aprel 2022ci il tarixli “Təmir xidmətlərinin göstərilməsinə dair” müqaviləni imzalayıb Zərərçəkmiş şəxs4 verərək inşa edəcəyi evin ümumi dəyəri olan 34.000 manat puldan 14.000 manatını tikinti materiallarını alıb işə başlamaq adı ilə əvvəldən verməsini, yerdə qalan pulu isə 60 ay müddətində hər ay 333 manat ödəyəcəyini deyib inandıraraq, xx.xx.2022-ci il tarixdə ünvan 7 ünvanında 1000 manat, xx.xx.2022-ci il tarixdə həmin ünvanda 13.000 manat ümumilikdə 14.000 manat pulunu alıb, həmin puldan tikinti materiallarının alınmasına, işçi briqadasında çalışan fəhlə və qulluqçulara əmək haqqının ödənilməsinə və fərdi yaşayış evinin zirzəmisinin, birinci mərtəbənin bir hissəsinin tikintisinə müqavilənin şərtlərinə uyğun olmayan vəziyyətdə və keyfiyyətsiz tikinti materiallarından istifadə edilməklə aparıb 7984,3 manat pul sərf etmiş, qalan 6.016 manatını vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “İnstaqram” sosial şəbəkədə “modern_dizayn _təmir_ tikinti şirkəti” adlı səhifə yaradıb elan verərək onunla telefon əlaqəsi saxlayan Zərərçəkmiş şəxs3 özünü tikinti işləri ilə məşğul olan iş adamı kimi təqdim edərək rəhbərlik etdiyi tikinti şirkəti tərəfindən təmir işlərini iyun ayının sonuna kimi endirimli qiymətlərlə 1 kvadrat metrini 150 manatdan etdiklərini, 1 iyul 2022-ci il tarixdən isə təmir işlərinin 1 kvadrat metrini 250 manatdan edəcəyini deyib diqqətini cəlb edərək razılığını aldıqdan sonra, sonuncunun Abşeron rayonu, Xırdalan şəhəri, Bakı Sumqayıt şossesinin sol kənarında "xxxx" MTK tərəfindən inşa olunan “C” bloklu 3 saylı yaşayış binasının 5-ci mərtəbəsində, 58, 5 kv.m sahəsi olan iki otaqlı 60 saylı mənzili 9.126 manata, 1 ay 20 gün müddətində təmir edib 10 illik keyfiyyət zəmanəti ilə təhvil verəcəyinə dair yalan vəd verib Zərərçəkmiş şəxs3 inam və etibarını qazanmaq üçün əvvəlcədən hazırladığı 22 iyun 2022-ci il tarixli “Tikinti-təmir xidmətlərinin göstərilməsinə dair” müqaviləni imzalayıb ona verib etibarından sui-istifadə edib aldadaraq ilkin olaraq işə başlamaq adı ilə 30 iyun 2022-ci il tarixdə 500 manat, 05 iyul 2022-ci il tarixdə 2500 manat, 15 iyul 2022-ci il tarixdə 2500 manat 28 iyul 2022-ci il tarixdə 3192 manat pulu Abşeron rayonu, Xırdalan şəhəri, Bakı Sumqayıt şossesinin sol kənarında "xxxx" MTK tərəfindən inşa olunan “C” bloklu 3 saylı yaşayış binasının 5-ci mərtəbəsində, təmir etdiyi mənzildə alıb, əldə etdiyi ümumilikdə 9.192 manat puldan tikinti materiallarının alınmasına, işçi briqadasında çalışan fəhlə və qulluqçulara əmək haqqının ödənilməsinə və mənzildə apartdığı təmir işlərinə ümumilikdə 3.416 manat pul sərf etmiş, 450 manata soyuducu almış, qalan 5.326 manatını vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyii miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Bərdə rayonunda anadan olmuş, anadangəlmə əl və ayaq barmaqları şikəst olduğuna görə 3 qrup əlil kimi pensiya alır.O, orta təhsillidir, psixi cəhətdən özünü sağlam hiss edir, psixi xəstə kimi qeydiyyatda deyil.İlk dəfə 2008-ci ildə Bərdə rayon sakini X6 ilə ailə qurmuş, birgə nigahdan 2013-cü il təvəllüdlü Toğrul Məsulov və 2014-cü il təvəllüdlü Onur adlı oğlan övladları var. Lamiyədən 2018-ci ildə ayrılaraq 3 il olar ki, X3 ilə ailə qurub Abşeron rayonu Xırdalan şəhərində dəqiq ünvanını bilmədiyi fərdi yaşayış evində birlikdə yaşamışlar.Hazırda oğlu Toğrul Bərdə rayonunda onun valideyinləri ilə yaşayır, digər oğlu isə anası Lamiyənin himayəsindədir. O, təxminən 3-4 il olar ki, «2014 evlərin təmir tikintisi» briqadası yaradaraq tikinti-bərpa işləri ilə məşğul olur.O, müştəri tapmaq üçün gördüyü iş barədə internetdə elan verib altında da, öz adına olan ***-***-**-** mobil telefon nömrəsini göstərmişdir.Həmin nömrəyə özünə fərdi yaşayış evi tikdirmək istəyən müştəri zəng edib onunla əlaqə yaradıb görüşərək ona tikdirmək istədiyi ev barədə danışmış, o müştərinin sifarişinə uyğun layihəni internetdən tapıb müştəri ilə həmin layihəni çəkənlə görüşdürərək əlaqələndirmiş və layihə hazır olandan sonra o sifarişçi ilə müqavilə bağlayıb özü tikintini tikəcək usta və fəhlələrdən ibarət briqada yaradaraq həmin briqada ilə tikintini inşa etməyə başlamışdır.O, adına vöen açdırıb internetdə elan verib möhür düzəldən şəxsə onlayın qaydada sifariş verib möhr düzəltdirib sonra özü fərdi yaşayış evi tikdirmək istəyən müştəri ilə arasında müqavilə hazırlayıb həmin möhrlə təsdiqləmişdir.2021-ci ilin yanvar ayının ortalarında əvvəldən tanış olmadığı Zərərçəkmiş şəxs2 ona zəng edib özünə Bilgəh qəsəbəsində fərdi yaşayış evi tikdirmək istədiyini bildirmişdir.O, sonuncunun işlədiyi Nəqliyyat Departamentində yerləşən ofisində görüşərək hansı formada ev tikdirmək istədiyini soruşmuş onu layihə çəkən Əhməd adlı şəxslə görüşdürmüşdür.Əhməd Firuzun istəyinə uyğun layihə hazırladıqdan sonra o, Zərərçəkmiş şəxs2la 13 yanvar 2021-ci ildə 51 saylı notariat ofisinə gedərək özü hazırlatdığı təmir xidmətlərinin göstərilməsinə dair müqaviləni hər iki tərəfin iştirakı və razılığı ilə notariat qaydada təsdiqlətmişdir. Müqavilənin şərtlərinə görə Zərərçəkmiş şəxs2 ona hissə-hissə olmaqla 135.000 manat pul verməli, o isə həmin pulla layihəyə uyğun 2 mərtəbəli 433.4 kv.metr sahəsi olan evi tikib təmir işlərini aparıb tam hazır vəziyyətdə təhvil verməliymiş.Firuz müəllim bank vasitəsi ilə ona ilk dəfə 38.500 manat pul ödəmişdir.0,5-6 nəfərdən ibarət briqada toplayıb 14 yanvar 2021-ci il tarixdə işə başlamışdır. Onun topladığı işçilərdən Rauf tikintiyə nəzarət etmiş, Hüseyn, Elnur qəlibçi, İsgəndər fəhlə və bir neçə nəfər isə hörgü işləri aparmışdır.Tikintidə istifadə olunan materialları özü alıb Firuzun həyətyanı sahəsinə yığıb istifadə etmişdir. Materiallara və tikiliyə isə Firuz özü gətirdiyi gözətçi baxmış, gözətçinin əmək haqqını isə o, Firuzdan aldığı puldan ödəmişdir.O, Firuzdan sonra 10.000 ABŞ dolları aldığını xatırlayır, sonra nə qədər pul aldığı yadında deyil.O, 1 -ci mərtəbəni tikdirib başa çatdıraraq, mərtəbə arası beton monalit tökdürməyə hazırlaşarkən, Zərərçəkmiş şəxs2 mütəxəssis qismində mühəndis gətizdirib tikintiyə baxış keçirdərək inşa edilmiş birinci mərtəbənin arka tikintisində və iki kalonda problem olduğunu, 14 mm diametr əvəzinə 12 mm. diametrlik armaturdan istifadə olunduğu müəyyən etmişdir. O, Zərərçəkmiş şəxs2 demişdir ki, kalonun armaturlarını dəyişdirər, arkaları da, yenidən bərpa edər ona əlavə pul versin ki, iş dayanmasın.Firuz isə işi onun davam etdirməsinə razılaşmamış ondan verdiyi puldan 40.000 manatını geri qaytarmasını demişdir. Sonra isə mütəxəssisə hesabladıb, tikintiyə sərf etdiyi materialı və işçilərə verdiyi pulu çıxaraq 25.000 manat pul verməsini, başqa briqadaya qalan işi gördürəcəyini demişdir.O, isə razılaşmayıb Firuzun verdiyi pulları tikintiyə xərclədiyini özünə isə 10.000 manat götürdüyünü, həmin pulu düzəldib verəcəyini desə də, söz verdiyi pul da, düzəldə bilmədiyindən Zərərçəkmiş şəxs2 pul qaytarmamışdır.O, Sabunçu RPİ-in 14-cü PB-nə verdiyi izahatında Firuza 25.000 manat borclu olduğunu, həmin pulu ödəyəcəyini göstərsə də, ifadəsində bildirmişdir ki, həmin izahatı Firuzun deməsi əsasında yazmışdır.O, Zərərçəkmiş şəxs2 əlavə nə qədər pul aldığını xatırlamır.Firuza deməmişdir ki, tikinti materiallarının qiyməti bahalaşır ona əlavə pul versin ki, tikinti materialı alıb şəhərdə olan anbarına yığıb saxlasın.Onun şəhərdə elə bir anbarı yoxdur və bu adla Firuzdan pul almamışdır və hansısa anbara tikinti materialı yığıb saxlamamışdır. Muradı əvvəldən tanımamışdır.O, « İnstaqram» sosial şəbəkəsində «modern-dizayın-təmir-tikimnti» səhifəsində tikinti işləri ilə məşğul olmağı barədə elan verib sonda isə ***-***-**-** mobil telefon nömrəsini qeyd etmişdir. 15 mart 2022-ci il tarixdə bir nəfər ona «WhatsApp» vasitəsi ilə yazaraq Binə qəsəbəsində yerləşən evində təmir işləri aparmaq istəyini bildirmişdir.O, həmin işlərlə məşğul olduğunu demişdir.Murad ona evini təmir etdirmək istəyini bildirdikdən sonra o telefonda Murada yazıb evin hansı ünvanda yerləşməsini, neçə kvadrat metr olmasını və neçə otaqdan ibarət olmasını, hansı vəziyyətdə olmasını və necə təmir etdirmək istəməsini soruşaraq bu haqda məlumat topladıqdan sonra metronun «Xalqlar Dostluğu» stansiyasının yaxınlığında yerləşən şəkil çıxarılan yerdə müqavilə hazırladıb qiymət çıxararaq sonra Muradla əlaqə saxlayıb birlikdə gedib evə baxıb sonra işə başlayacağını demişdir. 17 mart 2022-ci il tarixdə Xırdalan şəhərində yaşayan arvadı Esmira Sultanovanın qardaşı taksilik fəaliyyəti ilə məşğul olan Şahid4 «Nissan Sunny» markalı avtomobili ilə metronun «Koroğlu» stansiyasının yanına Zərərçəkmiş şəxs1la gəlmişlər və onları ilk dəfə görərək birlikdə Abbasın avtomobilində Binə qəsəbəsinə gedərək kənarları mişar daşı ilə hasarlanmış 3 sot torpaq sahəsində inşa olunub tikintisi başa çataraq üstü örtülmüş kürsülü 3 otaq, bir zal və bir mətbəxdən ibarət evə baxmışlar.O, hazırlatdığı müqaviləni Murada göstərib təmir-tikinti işlərini müqavilədə göstərildiyi kimi 2 ay müddətində özü aparıb 10 illik təminatla başa çatdıracağını, materialları özü alacağını, materialların da, pulu daxil olmaqla 17.000 manata bütün işləri görəcəyini, ilkin olaraq material alıb işə başlamaq üçün 5.000 manat verməsini demişdir. Murad onun təklifi ilə razılaşıb hazırda 2500 manat evində pulu olduğunu, başlanğıc üçün həmin pulu verib, 10 aprel 2022-ci il tarixdə isə 2500 manat verəcəyini demişdir.O, Muradın təklifi ilə razılaşıb hazırlatdığı müqaviləni özü və Murad imzaladıqdan sonra özündə olan möhürlə təsdiq edərək bir nüsxəsini Murada vermiş, digər nüsxəsini isə özündə saxlamışdır.Onlar yenə Abbasın avtomobili ilə geri metronun «Nərimanov» stansiyasının yanına gəlmişlər.Murad avtomobildən düşüb yaxınlıqdakı kafeyə getmiş, o isə Abbasın avtomobili ilə metronun «Neftçilər» stansiyasının yanına gedib öz şəxsi işini həll edərək yenidən gəlib kafedən Muradı götürüb Səbahil rayonuna getmişlər.Murad avtomobili yaşadığı ünvan 9 ünvanına sürdürüb avtomobildən düşüb evlərinə gedərək tez də qayıdıb avtomobildə oturaraq Abbasın yanında ona 2500 manat əvəzi kimi 1500 ABŞ dolları pul vermişdir.O, Murada söz vermişdir ki, 28 mart 2022-ci ildə təmir işlərinə başlayıb 2 ay müddətində təmiri başa çatdırıb evi ona təhvil vekrəcək.Zərərçəkmiş şəxs2 şikayəti əsasında onun barəsində başlanmış cinayət işi üzrə 21 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Zərərçəkmiş şəxs1 ona tikinti materialları almaq üçün verdiyi 1500 ABŞ dollarından 1000 manatını Zərərçəkmiş şəxs2 zərərinin ödənişinə vermiş, yerdə qalan 1500 manat puldan bir hissəsini alacağı tikinti materialları üçün beh vermiş, qalan hissəsini isə özü xərcləmişdir. Murad qalan 2500 manat pulu 10 aprel 2022-ci il tarixdə vermədiyinə görə o, behini verdiyi materialları alıb işə başlaya bilməmiş, nəticədə Murad ondan şikayət etmişdir. Muradın ondan şikayət etdiyini polis əməkdaşları ona zəng edəndə bilmiş və fikirləşmişdir ki, pulu düzəldib sonra gedər.Nəticədə onun barəsində Səbail RPİin İŞ-də ikinci cinayət işi başlanaraq axtarışa verilmişdir.O, hazırki vaxta kimi Zərərçəkmiş şəxs1 aldığı pullardan 500 manat ödəmiş, qalan pulu isə hissə-hissə ödəyəcəyinə söz vermişdir. Daha sonra internetdə «2014 Evlərin təmir tikintisi» barədə verdiyi elanda qeyd etdiyi telefon nömrəsinə Zərərçəkmiş şəxs4 «WhatsApp» vasitəsi ilə yazaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində özünə məxsus 5 sot torpaq sahəsində kürsülü fərdi yaşayış evi tikdirmək istədiyini bildirmişdir.O, Mətanəti inandırmaq üçün tikinti üzrə özünün şirkəti olduğunu, iş ofisinin Sumqayıt şəhərində yerləşdiyini, tikinti-təmir işlərini özünün briqadaları ilə etdiyini, hazırda tikinti şirkəti kampanya keçirib iki günlük endirimli qiymətə daxili kreditlə faizsiz sifariş götürdüyünü demişdir.Zərərçəkmiş şəxs4 onun sözlərinə inanıb evini ona tikdirmək istədiyini demişdir.O, Mətanətin hansı formada ev tikdirmək istədiyini soruşub onun istəyinə uyğun internetdə olan evlərin görüntüsündən birini seçib Mətanətin mobil telefonuna göndərərək həmin evi o, tikdiyini, istəsə ona həmin formada ev tikəcəyini demişdir.Mətanət həmin evin görüntüsünü bəyənərək ona həmin formada ev tikdirməsini istəyərək, onun tikdiyi evə gedib baxmaq istədiyini demişdir.O, həmin formada evi 3 ay müddətində 34.000 manata tikib təmir edib təhvil verəcəyini, işə başlayıb tikinti materialları almaq üçün həmin məbləğin 40 faizini, yəni 14.000 manatı əvvəldən ödəməsini, yerdə qalan pulu isə hər ay 333.40 manat olmaqla 60 ay müddətində verməsini demişdir.Zərərçəkmiş şəxs4 onun sözlərinə inanıb razılıq verdikdən sonra o, 100 kvadrat metr sahəsi olan evin layihəni hazırladıb,11 aprel 2022-ci il tarixli təmir xidmətlərinin görülməsinə dair müqaviləni hazırlayıb imzalayaraq həmin gün Zərərçəkmiş şəxs4 iş yeri olan ünvan 10 ünvanında onunla görüşüb müqavilənin bir nüsxəsini Mətanətə verib ondan 1.000 manat pulu alaraq Mətanətə verdiyi müqavilənin arxasında bu haqda qeydiyyat aparıb imza etmişdir.Mətanət bankdan kreditlə pul götürüb 13.000 manatı bir neçə günə ona çatdıracağını demişdir.O, növbəti gün həmin sahəyə fəhlə və usta aparıb evin bünövrəsini qazdırmağa başlamış və siment, armatur və digər tikinti materialları almışdır.xx.xx.2022-ci il tarixdə Mətanət zəng edib pulu hazırladığını deyərək yenə ünvan 11 ünvanında onunla görüşüb 13.000 manat pulu ona vermişdir.O, Elvin adlı beton işini görən ustaya evin bünövrəsinin yerinin 1 paqonmetrini 5 manatdan qazdırıb betonlamada 14 mm.diametrli armaturdan istifadə edərək 5 nəfər fəhlə ilə birlikdə bir paqon metri 12 manatdan olmaqla betonunu tökdürmüşdür. O, hörgünü isə Şirah adlı ustaya gördürmüşdür.Şirah qoşa daşın 1 kvadrat metrini 5 manatdan, tək daşı isə 3 manatdan hörmüşdür.O,həmin tikiliyə gedib nəzarət etdiyi müddətdə 5-6 daş hündürlüyündə tikinti aparılmışdır.Sonra Bərdə rayonuna gedib yas yerində olduğundan gəlib tikintiyə nəzarət edə bilməmişdir.O, kreditlə tikinti materialı götürə bilmədiyinə görə Mətanətin evinin tikintisi dayanmışdır.Buna görə də Mətanət həmin evinin tikintisini öz vəsaiti hesabına Şahid6 davam etdirmişdir.O, iş yerinə getmədiyinə və tikinti materialı alıb vermədiyinə görə Zərərçəkmiş şəxs4 Bərdə rayonunda yaşayan atasına zəng edib telefonda onun ünvanına kobud sözlər işlətdiyinə görə o sonra Mətanət xanımın telefon zənglərinə cavab verməmiş, onunla görüşüb verdiyi 14.000 manat puldan nə qədərini tikintiyə sərf etdiyini aydınlaşdırmamışdır.O, Zərərçəkmiş şəxs4 aldığı 14.000 manat pulun bir hissəsini tikintiyə, qalan hissəsini isə özünə xərcləmişdir. Bundan başqa internetdə «2014 Evlərin təmir tikintisi» barədə verdiyi elanda qeyd etdiyi telefon nömrəsinə əvvəldən tanımadığı Zərərçəkmiş şəxs3 2022-ci ilin iyun ayının son on günlüyündə «WhatsApp» vasitəsi ilə yazaraq Bakı-Sumqayıt avtomobil yolunun yaxınlığında Abşeron rayonu, Xırdalan şəhəri ərazisində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən aldığı 2 otaqlı, 58 kvadrat metr ərazisi olan mənzilini təmir etdirmək istədiyini bildirmişdir.O, Zərərçəkmiş şəxs3 diqqətini cəlb etmək məqsədi ilə demişdir ki, 1 iyul 2022-ci il tarixədək endirimlə sifariş qəbul edir.Həmin müddətə kimi sifariş verərsə, onunla müqavilə bağlayarsa, otaqların 1 kvadrat metrini 150 manatdan, 1 iyul 2022-ci il tarixdən sonra isə 1 kvadrat metrini 170-200 manatdan təmir edəcəyini bildirmişdir.Zərərçəkmiş şəxs3 onun sözlərinə inanıb endirim müddətində sifariş verib mənzilini ona təmir etdirmək istədiyini bildirmişdir. Bundan sonra o, 1 ay 20 gün müddətinə 10 illik zəmanətlə mənzili 9.000 manata onun özü seçəcəyi 25 manatlıq aboy və digər avadanlıqdan istifadə etməklə təmir edib tam hazır vəziyyətdə təmir edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs3 razılaşdıqdan sonra 22 iyun 2022-ci il tarixli təmir xidmətlərinin göstərilməsinə dair müqaviləni hazırlayıb Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx" MTK tərəfindən inşa olunan “C” bloklu 3 saylı yaşayış binasının 5-ci mərtəbəsində, 58, 5 kv.m sahəsi olan iki otaqlı 60 saylı mənzildə Yeganə Hacıyevə ilə görüşərək hazırlatdığı müqavilə ilə onu tanış edib imzaladaraq özü də, imzalayıb bir nüsxəsini ona vermişdir. Yeganə həmin gün ona 500 manat, 5 iyul 2022-ci il tarixdə 500 manat, 15 iyul 2022-ci il tarixdə 3.000 manat, 28 iyul 2022-ci il tarixdə isə 3192 manat olmaqla ümumilikdə ona 9.192 manat pul vermişdir ki, həmin puldan 450 manatını soyuducu almaq üçün vermişdir.O, Yeganənin mənzilində Baba adlı şəxs iki nəfər adlarını bilmədiyi fəhlələrlə birlikdə malyar işlərini gördürmüş, adını xatırlamadığı digər usta bir nəfər fəhlə ilə birlikdə kafel-metlax işlərini görmüşdür.Bir gün Baba ona zəng edib Şamaxı rayonunda yaşayan atasının rəhmətə getdiyini, gedib yas mərasimində iştirak etdikdən sonra qayıdıb işlərini tamamlayacağını desə də, geri qayıtmamışdır.O, Babanın və onunla işləyən fəhlələrin mobil telefon nömrələrini, ünvanlarını bilmədiyinə görə onlarla əlaqə saxlaya bilməmişdir. Bundan sonra işi tamamlamaq üçün başqa usta gətirsə də, həmin usta yarımçıq işi iki qat qiymətinə görəcəyini dediyinə görə işi davam etdirə bilməmişdir.Bundan sonra Zərərçəkmiş şəxs3 ondan şikayət etmişdir.Yeganənin ondan şikayət etdiyini bilib onunla həmin mənzildə görüşərək 450 manata aldığı kondisoneri təqdim etmiş və razılaşmışdır ki, aldığı materialların, apartdığı təmir işlərinin və ustanın pulunu çıxandan sonra 4000 manat Yeganəyə hissə-hissə pul verəcəkdir. O, artıq Zərərçəkmiş şəxs3 1000 manat ödəniş etmiş, yerdə qalan pulu da, hissə-hissə ödəyəcəkdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisindən 2021-ci ilin iyun ayında arvadı X5 adına 10 sot torpaq sahəsi alaraq fərdi yaşayış evi tikdirmək istəmişdir.Onun işdən kənar vaxtı olmadığından 2021 -ci ilin yanvar ayında tam qərara gəlmişdir ki, tikinti biriqadası ilə danışıb evini tikdirsin.O, bir neçə briqada ilə bu haqda söhbət etsə də, fikir ayrılığı olduğundan bir nəticəyə gələ bilməmiş və sosial şəbəkdə elanı olan «evlərin_tikinti_təmiri_2014» tikinti şirkətinin ***-***-**-** və ***-***-**-** nömrələri ilə özünü briqadanın rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlayıb onunla Saray qəsəbəsində görüşmüşdür.Məhsul ona briqadası ilə inşa edib tamamladığı fərdi yaşayış evlərinin görüntüsünü mobil telefonunda göstərib həmin evləri o, tikdiyini demişdir.Məhsulun gördüyü işlər onun xoşuna gəlmiş və tikintini onun aparmasını demişdir.O, tikdirmək istədiyi evin xarici görnüşünü təxmini olaraq Məhsula demişdir. Məhsul sonra onun yanına evin layihəsini hazırlatmaq üçün 3 nəfər mütəxəssis gətirmişdir.Həmin şəxslər onun istədiyi formada 2 mərtəbəli 15 metrin 12 metrə 360 kvadrat metr sahəsi olan evin eskizini hazırlayıb vermişdir.O, həmin layihəni icra hakimiyyətində qeydiyyata saldırmışdır. Bundan sonra Məhsul tikiləcək evin smetasını hazırlamışdır.13 yanvar 2021 -ci ildə Bakı şəhəri 51 saylı notariat kontorunda Təqsirləndirilən şəxsla onun arasında «Təmir xidmətlərinin göstərilməsinə dair müqavilə» hazırlanmış onların hər ikisi müqaviləni imzalanmışdır. Müqavilənin şərtlərinə görə o, Məhsula hissə-hissə olmaqla ümumilikdə 135.000 manat pul verməli, Məhsul isə tikinti materialları alıb layihəyə uyğun formada fərdi yaşayış evini öz briqadasına tikdirib təmir etdirib tam hazır vəziyyətdə 7 ay müddətində ona təhvil verməliymiş. Həmin gün İlkin ödəniş kimi o, Məhsula müqavilədə göstərilən məbləğin 30 faizini, yəni 38.500 manat pul vermişdir.Məhsul həmin pulla tikinti materialları alıb, betonlama işlərini aparmağa başlamışdır.İlk 20 gün onun özü Məhsulun briqadasına gördürdüyü işlərə nəzarət etmişdir. Həmin günlərdə iş yaxşı getmiş, sonra o, işi ilə əlaqədar tikintiyə nəzarət edə bilməmiş və Məhsul ona zəng edib əlavə pullar istəməyə başlamışdır ki, materialın qiyməti qalxır ona əlavə pul versin ki, gələcəkdə tikintidə işlədəcək materialları alıb özünün şəhərdə olan anbarına yığıb saxlasın və lazım olduqca anbardan gətirib tikintidə istifadə etsin.O, Məhsulun sözlərinə inanıb yenə notariat kontorunda 06 mart 2021-ci il tarixdə 18.500, 17 mart 2021-ci il tarixdə isə öz iş yerində 10.000 manat Məhsula pul vermişdir.Məsul isə pulu alandan bir müddət sonra aldığı pulların bir qisminə tikinti materialları alıb şəhərdə olan anbara yığdığını demişdir.O, tikdirdiyi fərdi yaşayış evinin ərazisində kamera quraşdıraraq telefonuna kameranın çəkdiyi görüntüləri yükləyib mütəmadi olaraq telefonu vasitəsilə görülən işləri izləyib, evin tikintisini Məhsul apardığını görsə də, tikintiyə hansı materiallardan istifadə etdiyini, tikintinin hansı keyfiyyətdə apardığını bilməmişdir.Məhsul bir müddət sonra ondan həyətin hasarlanması üçün 9.000 manat pul istəmişdir.O, Məhsula 9.000 manat da, pul vermişdir.Beləliklə də, o ümumilikdə Məhsula 76.000 manat pul vermişdir.Novruz bayramı ilə əlaqədar 20 mart 2021 -ci il tarixdə Qazax rayonunda olarkən fəhlələr ona zəng edib bayrama görə evlərinə getmək istədiklərini onlara gördükləri işin pulundan verməsini demişlər.O isə zəng edən işçiyə görəcəkləri işlərin pulunu əvvəldən Məhsula verdiyini demişdir.Həmin işçilər isə Məhsulun onların pulunu vermədiyini demişlər.O, Məhsula zəng edib bu haqda deyəndə, Məhsul izah etmişdir ki, onun verdiyi pulla əlavə tikinti materialı alıb anbarda saxlayır, fəhlələr bayram vaxtı evlərinə getmək üçün ondan pul istəyirlər onun isə pulu qalmayıbdır.O, Bakı şəhərinə qayıdan kimi tikdirdiyi fərdi yaşayış evinə gedib tikintinin düzgün aparılmamasından şübhələnərək tikinti üzrə mütəxəssis çağırıb Məhsulun yanında tikintiyə baxdırmışdır.Mütəxəssis tikintinin düzgün aparılmadığını, barıların əyri inşa olunduğunu, betonun düzgün tökülmədiyini müqavilədə göstərilən 14 mm.deyil 10-12 diametrli sexdə istehsal olunmuş armaturdan istifadə olunduğunu hörgünün standarta uyğun olmadığını, yararsız aparıldığını müəyyən etmişdir. Məhsul həmin mütəxəssisin dedikləri ilə razılaşmayanda o, təklif etmişdir ki, özü başqa bir mütəxəssis gətirib gördüyü işi qiymətləndirsin. O, verdiyi 76.000 manat pul ilə Məhsula yalnız 1 -ci mərtəbənin hörgüsünü hördürmüş, üstünün manalitini tökməsə də, pulların hamsını xərcləmişdir.O, Məhsula demişdir ki, ona əlavə pul verəsi deyil aldığı materialları gətirib tikilinin həyətinə töksün, işini bərpa edib tikintidə buraxdığı qüsurları aradan qaldıraraq 2-ci mərtəbəni, layihəyə uyğun davan etdirib evi tikib təhfil versin,qalan təmir işlərini onun özü başqasına gördürəcəkdir, ona əlavə pul verəsi deyil.Məhsul onun təklifi ilə razılaşdığını deyərək sonra özü də, mütəxəssis gətirmişdir.Həmin mütəxəssis tikintiyə baxıb utandığından bir söz deməyib çıxıb getmişdir. Məhsul material alıb şəhərdə anbara yığdığını desə də, əlavə heç bir material gətirməmiş, tikintidə buraxdığı nöqsanları aradan qaldırmamışdır. Mütəxəssisə hesabladıb müəyyən etmişdir ki, Məhsul gördüyü işlərə ümumilikdə 29.200 manat pul xərcləmişdir.Hansı ki, həmin xərcə 1 -ci mərtəbənin üstünün manaliti də, aid olmuşdur.Məhsul isə 1 -ci mərtəbənin üstünü manalitini tökmədən işi yarımçı saxlamışdır.O, müəyyən etmişdir ki, Məhsul aldığı tikinti materialları, işçilərin əmək haqları daxil olmaqla ümumilikdə 25.000 manat pul xərcləmiş, qalan 51.000 manat pulu isə ələ keçirmişdir.O, Məhsuldan aldığı tikinti materiallarını təqdim etməsini, verdiyi pulları hara xərcləməsinin izahını tələb etdikdə Məhsul bunların izah edə bilməmişdir. O, məcbur olub Təqsirləndirilən şəxs hüquq-mühafizə orqanına şikayətmişdir. Məhsul evin 1- ci mərtəbəsinin tikintisini tam yararsız vəziyyətdə apardığını görüb o başqa bir tikinti briqadasına tikintini tam sökdürdüb yenidən inşa etdirmişdir.Tikintini yenidən həmin vəziyyətə gətirib çıxarmağa əlavə 20.000 manat pul xərcləmişdir.Məhsul ona dələduzluq yolu ilə 51.000 manat zərər vurmuşdur ki, o həmin zərəri Təqsirləndirilən şəxs tələb edir. Təqsirləndirilən şəxs ilk dəfə onunla Saray qəsəbəsində görüşərkən Sumqayıt şəhərində ofisi olduğunu, bütün işləri rəsmi gördüyünü, ev tikdirmək istəyən sifarişçinin istəyinə uyğun evin layihəsini hazırlatdığını, tikintinin smeta dəyərini özü hazırladığını, özünün briqadası olduğunu deyərək, mobil telefonunda olan tikilmiş ev şəkillərini onun mobil telefonuna göndərib həmin evləri o, inşa etdiyini demişdir.O, Təqsirləndirilən şəxs sözlərinə inanıb evini ona tikdirəcəyinə razılaşmış və bank vasitəsi ilə Məhsula 38.500 manat, sonra isə ünvan 13 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin inzibati binasında iş yerində ona 06 mart 2021-ci il tarixdə 18.500 manat, 18 mart 2021-ci il tarixdə 10.000 manat, 19 mart 2021 -ci il tarixdə 9.000 manat olmaqla ümumilikdə Məhsula 76.000 manat pul vermişdir.Məhsul onun evinin tikintisini özünün tərtib etdiyi və notariat ofisdə təsdiq olunmuş müqavilədə göstərilmiş şərtlərə uyğun olmayan qaydada aparıb işi yarımçıq qoyaraq qalan pulu dələduzluq yolu ilə ələ keçirmişdir.Məhsul ona dəymiş zərərdən 2.650 manat ödəmişdir, qalan pulu isə ödəməmişdir. Ona dəymiş ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2014-cü ildə Xəzər rayonu Binə qəsəbəsində öz adına 3 sot torpaq sahəsi alıb kürsülü ev tikdirərək tikintini 2020-ci ildə başa çatdırmışdır.İşdən vaxtı olmadığına görə internetdə təmir işləri ilə məşğul olan iş adamı tapıb evini təmir etdirmək istəmişdir.15 mart 2022-ci il tarixdə «İnstaqram» sosial şəbəkəsində « modem-dizayntəmir-tikinti» səhifəsindən bir nəfər şəxsin onun ***-***-**-** nömrəsi ilə telefon əlaqəsi saxlayıb “Wotsap» vasitəsi ilə yazışma aparmışdır.Ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur.O, Məhsulun suallarına ətraflı cavab verərək təmir etdirmək istədiyi evin Binə qəsəbəsində yerləşdiyini, kürsülü fərdi yaşayış evi olduğunu, otaqların sayını, ölçüsünü demişdir.Bu məlumatlardan sonra Məhsul ona demişdir ki, şəxsiyyət vəsiqəsinin şəklini göndərsin evinin təmiri ilə bağlı müqavilə hazırladacaq sonra görüşüb tikiliyə baxıb qiymətləndirmə apararlar. O, şəxsiyyət vəsiqəsinin şəklini telefon vasitəsi ilə Məhsula göndərmişdir. Məhsul ona 17 mart 2022-ci il tarixdə zəng etmiş və onlar saat 18:30 radələrində metronun «Koroğlu» stansiyasının yaxınlığında görüşmüşlər.Məhsul «Nissan Sunny» markalı avtomobil ilə gəlmiş, avtomobili sonradan adı ona məlum olan Abbas adlı sürücü idarə edirmiş.Onlar birlikdə həmin avtomobil ilə Binə qəsəbəsinə getmişlər.O, təmir etdirmək istədiyi fərdi yaşayış evini Məhsula göndərmişdir.Məhsul ona demişdir ki, təmir zamanı istifadə olunacaq materialları özü seçəcək o, tərtib etdiyi müqaviləyə uyğun olaraq evi özü təmir edib 2 ay müddətinə ona təhvil verəcəkdir. Ümumilikdə materialların pulu da daxil olmaqla ondan 17.000 manata alacaqdır. O, razılaşandan sonra Məhsul demişdir ki, həmin pulun 5.000 manatını əvvəldən verməlidir ki, təmir işlərini başlamaq üçün material alsın.O, hazırda evində 2500 manat pulu olduğunu ilkin olaraq həmin pulu verib qalan 2500 manatı isə 10 aprel 2022-ci il tarixdə verə biləcəyini demişdir. Məhsul onun təklifi ilə razılaşmış və onlar getdikləri avtomobilə minib geri Nərimanov metrosunun yanına qayıtmışlar.Avtomobildə evinin təmiri ilə bağlı Məhsul hazırladığı müqavilə ilə o tanış olub imzalamışdır.Həmin müqavilənin bir nüsxəsi onda, digər nüsxəsi Məhsulda qalmışdır.Məhsul ona kafedə gözləməsini Neftçilər metrosunun yaxınlığında adamla görüşüb qayıdacağını demişdir. O, avtomobildən düşüb gözləmiş Məhsul Abbasın avtomobili ilə gedib saat 24 radələrində qayıdıb gəlmişlər.O, həmin avtomobilə yenidən əyləşmiş və birlikdə Səbail rayonuna getmişlər. 18 mart 2022-ci il tarixə keçən gecə saat 00:30 radələrində yaşadığı ünvan 9 ünvanından 1500 ABŞ dolları götürüb geri qayıdaraq avtomobildə əyləşib Məhsula Abbasın yanında həmin pulu 2500 manat əvəzi kimi vermişdir.Məhsul söz vermişdir ki, tezliklə təmir işlərinə başlayıb 2 ay müddətində bütün təmir işlərini görüb başa çatdıraraq evi ona təhvil verəcəkdir. Bundan sonra 2 dəfə Məhsul ilə görüşüb işə nə vaxt başlayacağını soruşanda Məhsul 28 mart 2022-ci il tarixdə işə başlayacağını demiş, lakin dediyi tarix gəlib çatsa da, işə başlamamışdır. 29 mart 2022-ci il tarixdə yenə Məhsul ilə görüşüb birlikdə mağazalara gedib evinin divarlarına çəkdirmək üçün divar kağızlarına və döşəmə üçün parketlərə baxmışlar. Məhsul yenə 2-3 gün müddətində işə başlayacağına söz versə də, işə başlamamış, gündə bir bəhanə gətirərək vaxtı uzatmışdır. Sonra isə Məhsul onun telefon zənglərinə çox hallarda cavab verməmiş cavab verəndə isə Bərdə rayonunda olduğunu, problemləri olduğunu demişdir. O, görmüş ki, Məhsul onu aldadır pulunu qaytarmır ondan polisə şikayət etmişdir. Məhsul onun şikayət etdiyini bilib gah demişdir ki, gedib şikayətini geri götürsün pulunu qaytaracaq, gah demişdir ki,pulunun əvəzinə tikinti material verəcəkdir.Sonra isə ona demişdir ki, bir hesab kartının görüntüsünü onun mobil telefonuna göndərsin pulu həmin karta yükləyəcəkdir.O, hesab kartının görüntüsünü Məhsula göndərsə yenə ona pul qaytarmamışdır. O, Məhsul ilə mobil telefonda apardığı “Whatsapp» yazışmalarını çap edib istintaqa təqdim etmişdir.Hazırda Məhsulun onun etibarından sui-istifadə edib aldadaraq ələ keçirdiyi 1500 ABŞ dollarını ondan geri qaytarmasını tələb edir. Ona dəymiş ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2021-ci il tarixdə öz adına Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi ünvan 14 ünvanında yerləşən 5 sot torpaq sahəsini oğluna ev tikdirmək niyyəti ilə almışdır.O, həmin torpaq sahəsində 1 mərtəbəli ev tikdirmək üçün internetdə «İnstaqram» sosial şəbəkəsində elan müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs «moderndizayın-təmir-tikimnti» işləri ilə məşğul olduğunu göstərib sonda isə ***-***-**-** mobil telefon nömrəsini qeyd etmişdir.O, həmin nömrəyə 2022-ci ilin mart ayında yazaraq Buzovna qəsəbəsində torpaq sahəsində özünə 1 mərtəbəli, zirzəmisi olan ev tikdirmək istədiyini bildirmişdir.Həmin nömrədən Məhsul ona yazmışdır ki, onun sifariş verdiyi formada bir kvadrat metrini 340 manatdan olmaqla 3 ay müddətində evi tikib təmir edib təhvil verə bilər.O, bir az fikirləşib tam qərara gələndən sonra onunla telefon əlaqəsi saxlayacağını yazmışdır.Sonra internetdə Məhsulun şəxsi kabnetində tikilib təmir edilmiş müxtəlif evlərin şəkillərini qoyub həmin evləri o, tikdiyini yazdığını görüb, Məhsulun bacarıqlı iş adamı olduğunu düşünüb ona yazaraq şəkilini qoyduğu bir mərtəbəli ev xoşuna gəldiyini, həmin formada ev tikdirmək istədiyini bildirmişdir. Məhsul ona cavab yazaraq həmin evi o inşa etdiyini, istəsə həmin formada 34.000 manata 3 ay müddətində ev tikib bahalı aboylarla təmir edib təhvil verəcəyini bildirmişdir.Məhsul otaqların kombi sistemini öz vəsaiti hesabına çəkəcəyini, otaqlara 400-500 manatlıq qapılar qoyacağını demişdir.O, Məhsulun sözlərinə inanıb evini ona tikdirmək istədiyini,ancaq hazırda nağd pulu olmadığına görə bankdan kreditlə pul götürüb onunla əlaqə saxlayacağını yazmışdır. Aradan bir neçə gün keçmiş Məhsul instaqram səhifəsində evin kreditlə tikintisi barədə 2 günlük kanpaniya keçirdiyi barədə elan verdiyini görüb ona yazmışdır ki, onun da evini kreditlə bikə bilərmi.Məhsul cavab yazmışdır ki, 2 günlük kanpanyadır, belə hal ildə bir dəfə ola ya, olmaya Lökbatan qəsəbəsindən bir oğlan da, kreditlə ev tikdirmək istəyir.Məhsul izah etmişdir ki, kampanyanın şərtlərinə görə hansı formada, neçə otaqdan ibarət ev tikdirmək istədiyini deyəndən sonra o həmin ölçüdə və formada evin layihəsini hazırladıb, ona uyğun ümumi smeta tutur evin ümumi dəyəri nə qədər edirsə həmin dəyərin 40 faizini sifarişçi əvvəldən ödəyir, yerdə qalan pulu isə onun hazırladığı aylıq cədvəl əsasında hər ay sifarişçi daxili kreditlə 5 il müddətində ödəyir.Həmin şərtlər ona sərf etdiyinə görə Məhsula evini həmin şərtlərlə tikdirmək istədiyini, Lökbatan qəsəbəsində ev tikdirmək istəyən şəxsin sifarişini qəbul etməyib onun sifarişini qəbul etməsini xahiş etmişdir. Məhsul axşama ona bir xəbər verəcəyini bildirmiş və axşam yenidən zəng edərək onu qabağa salıb sifarişini qəbul etdiyini, dediyi formada evi 34.000 manata 3 ay müddətində tikib təmir edib təhvil verəsəyini, ancaq tikinti materialları alıb işə başlamaq üçün əvvəlcədən ona ümumi məbləğin 14.000 manatını verməsini demişdir.O, hazırda 1.000 manat pulu olduğunu, həmin pulu verib, bir həftəyə bankdan kreditə pul götürüb yerdə qalan pulu bir neçə günə verə biləcəyini demişdir.Məhsul onun təklifi ilə razılaşıb, ev tikiləcək torpağın ünvanını soruşub şəxsiyyət vəsiqəsinin surətini telefonu ilə çəkib onun telefonuna göndərməsini demişdir.O, şəxsiyyət vəsiqəsinin şəklini telefonuna çəkib ona göndərmişdir.Aradan bir neçə gün keçmiş Məhsul idarə etdiyi ağ rəngli ** TN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun yanına gələrək onular birlikdə Buzovna qəsəbəsinə gedib torpaq sahəsinə baxıb evin inşa ediləcək yerini müəyyən etmişlər. Aradan bir neçə gün keçmiş, yəni 11 aprel 2022-ci il tarixdə Məhsul onunla telefonda danışıb Nərimanov rayonu, Z.Bünyadov prospekti 1969 ünvanında yerləşən «Çinar Park» biznes mərkəzində olan iş yerinə gəlmişdir.O, həyətdə Məhsula görüşüb ona 1.000 manat pul vermişdir.Məhsul ona 11 aprel 2022-ci il tarixli «Təmir Xidmətlərinin göstərilməsinə dair müqaviləni» vermişdir.Həmin müqavilədə göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi döngə 23 ünvanında 1 qonaq otağı, 2 yataq otağı, 1 mətbəx, 1 hamam , bir tualet, 1 dəhliz və eyvandan ibarət 100 kvadrat metr sahəsi olan evi 34.000 manata 3 ay müddətində 25 il zəmanətlə tikib təmir edib ona təhvil verəcəkdir.Müqavilədə göstərilmişdir ki, ilkin olaraq ümumi məbləğin 40 faizini ödəyəcək, yerdə qalan pulu isə hər ay 333, 40 manatdan olmaqla 60 ay müddətində daxili kreditlə ödəyəcəkdir. O, Məhsulun sözlərinə və ona təqdim etdiyi sənədlərə inanmış ki, Məhsul onu aldatmaz. Məhsul ona verdiyi müqavilə vərəqinin arxasında yazaraq ondan 1000 manat pulu aldığını qeyd edib imzalamışdır.Sonra o da, Məhsula 1000 manat pul verdiyini qeyd edib imzalamışdır. Məhsul demişdir ki, pulun qalanını verəndən sonra işə başlayacaq.Onun nağd pulu olmadığına görə 12 aprel 2022-ci il tarixdə «Bank of Baku» bankının Həzi Aslanov filialından öz adıma 15.000 manat kreditlə pul götürərək həmin banka qalan kredit borcunu aldığı puldan ödəyib yerdə qalan 13.000 manatı 16 aprel 2022-ci il tarixdə yenə telefon əlaqəsi saxlayıb Məhsulu Nərimanov rayonu Z.Bünyadov prospekti 1969 ünvanında yerləşən iş yerinin yanına çağırıb özünə məxsus olan «KİA REO» markalı ** VT *** dövlət qeydiyat nişanlı avtomobilində ona verərək, bu haqdada özündə olan müqavilədə Məhsula qeyd etdirmişdir. Məhsul əvvəl 1000 manatı almağını qeyd etdiyi yerdə yazaraq ondan 13.000 manat aldığını da, qeyd etmişdir.O, Məhsuldan işə nə vaxt başlayacağını soruşanda Məhsul cavab vermişdir ki, 12 briqadası var sabah depoya gedib materialları alıb həyətə gətirsin, növbəti gün işə başlayacaqdır. Aradan bir gün keçmiş 18 aprel 2022-ci il tarixdə Məhsul traktor gətirib tikintinin bünövrəsini qazdırmış və fəhlə gətirib betonlama işləri aparmışdır. O, hər gün gedib işin gedişinə baxanda görmüşdür ki, Məhsul hər gün müxtəlif işçi gətirib işlədir.Məhsul betonun üstündən mişar daşı ilə tikintini tikdirməyə başlamışdır.O növbəti dəfə gedəndə görmüşdür ki, tikilinin zirzəmisinə qapı qonşu ilə arada olan darısqal bir yerdən qoyulubdur.O, ustaya və telefon vasitəsi ilə Məhsula iradını bildirəndən sonra da, giriş qapısının yerini dəyişdirməmişlər. O, görmüş ki, tikintidə işlər düz getmir Məhsul isə ümumiyyətlə gəlib nəzarət etmir.18 may 2022-ci il tarixdə evin tikintisi tam dayanmışdır. O, zəng edib işlərin nə üçün dayandığını Məhsuldan soruşanda Məhsul sabah usta çıxıb işləyəcəyini demiş, o isə gedib evinin tikintisini heç kim aparmadığını görmüşdür.Bu hal bir neçə dəfə təkrarlandıqdan sonra o, usta Şirah ilə telefon əlaqəsi saxlayanda sonuncu Məhsulun material gətirmədiyini, onun əmək haqqını vaxtında vermədiyini bildirmişdir. Məhsul ilə telefon əlaqəsi saxlayanda gah Bərdə rayonunda atası evində olduğunu, gah da, tikintidə yıxılıb xəsarət aldığını, xəstəxanada olduğunu demişdir.O, Məhsulun Bərdə rayonundakı ünvanını tapıb atasının telefon nömrəsini əldə edib telefon əlaqəsi saxlayanda atası Məhsulun rayonda olmadığını, hazırda oğlunun olduğu ünvanı bilmədiyini demişdir.O, Məhsuln yalan danışdığını başa düşüb Şiraha və onun fəhləsinə demişdir ki, işi saxlayıb Məhsulu tapıb gətirsinlər onunla haq-hesab edib verdiyi pulun qalan hissəsini alıb tikintini başqasına tikdirəcəkdir.Şirah isə xahiş etmişdir ki, onlar evin tikintisinin müəyyən hissəsini aparmışlar qalan işin materialını özü alsın və görəcəkləri işin əmək haqqını özü ödəsin onlar işi tamamlayıb təhvil versinlər.Məhsul gələr onunla özü haq-hesab edib qalan pulunu alar.O, Şirahın təklifi ilə razılaşıb Məhsul onun verdiyi pulla evin tikintisini nə qədər etmişdirsə və hansı miqdarda materialdan istifadə etmişdisə onun onun görüntüsünü mobil telefonuna çəkib sonra özü tikinti materialları alıb Şiraha hörgünü davam etdirmişdir.Şirah hörgünü qurtarıb evin damını da, vurmuşdur. O, Şirahın zəhmət haqqını öz vəsaiti hesabına ödəmişdir. O, əlavə nə qədər pul xərcləmişsə bunları özümdə qeyd etmiş və istintaqa təqdim etmişdir.O, evinin tikintisini qurtarsa da, Məhsul onun pulunun qalan hissəsini qaytarmadığına görə evində təmir işləri apara bilməmişdir. Hazırda, ona dəymiş ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayır şoşessi ərazisindən təzə inşa olunub təhvil verilmiş 14 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən 58 kvadrat metr sahəsi olan 1 otaqlı mənzili öz adına 1 ildir ki, almışdır.Aldığı mənzili təmir etdirmək üçün internetdən usta gəzərkən «İnstaqram» sosial şəbəkəsində «modern-dizayın-təmirtikimnti» səhifəsində tikinti işləri ilə məşğul olan Məhsul adlı şəxsin elan verib sonda isə ***-***-**-** mobil telefon nömrəsini qeyd etdiyini görüb həmin nömrəyə 2022-ci ilin iyun ayının son günlərində öz telefonundan «WhatsApp» ani mesajlaşma proqramında yazaraq 1 otaqlı olub arakəsmə ilə iki otağa çevrilmiş mənzilini təmir etdirmək istədiyini bildirmişdir.Həmin nömrədən Məhsul ona cavab yazaraq Sumqayıt şəhərində ofisi olduğunu, iyun ayının sonuna kimi şirkətin endirimli qiymətlərlə mənzilin bir kvadrat metrini 150 manata, 1 iyuldan isə təmir işlərinin 1 kvadrat metrini 250 manatdan etdiklərini demişdir.Məhsul onu inandırmışdır ki, iyun ayının sonuna kimi onunla mümqavilə bağlayıb işini gördürəsi olsa keyfiyyətli aboy və qapılar alaraq mənzilini 1 ay 20 gün müddətində təmir edərək ona təhvil verəcəkdir.O, düşünmüşdür ki, qiymətdə xeyli irəli düşür ona görə Məhsulun təklifi ilə razılaşıb mənzilini ona təmir etdirmək istədiyini bildirmişdir. Məhsul ondan mənzilin yerləşdiyi ünvanını, neçə kvadrat metr olmasını soruşmuşdur və onun şəxsiyyət vəsiqəsinin şəklini çəkib onun telefonuna göndərməsini demişdir.O, bütün məlumatları Məhsula dedikdən sonra onlar 30 iyun 2022-ci il tarixdə zəngləşib görüşərək Xırdalan şəhərinə onun təmir etdirəcəyi mənzilə getmişlər. Məhsul evin təmiri ilə bağlı özü ilə hazırlayıb gətirdiyi müqaviləni ona imzaladıb bir nüsxəsini ona vermişdir.O, Məhsula beh kimi 500 manat vermiş,05 iyul 2022-ci il tarixdə yenə mənzilində Məhsula mənzilin açarını və 2.500 manat pul vermişdir.Növbəti dəfə 15 iyul 2022-ci il tarixdə yenə həmin ünvanda Məhsula 3.000 manat pul vermişdir.Beləliklə də, o Məhsula mənzilində ümumilikdə 6.000 manat vermişdir.Onların razılaşması belə olmuşdur ki, Məhsul ona 450 manata kondisoner də, alacaq və mənzili təmir edib ona təhvil verəndə yerdə qalan 3.192 manatı verəckdir.Lakin aradan bir neçə gün keçəndən sonra Məhsul ona zəng edib tikinti materiallarının qiyməti qalxdığını, materialı almaq üçün qalan pulu da, verməsini, özünün anbarı olduğundan otaqların qapılarını və aboyları, digər lazım olan materialları alıb anbara yığaraq hissə-hissə oradan götürüb istifadə edəcəyini demişdir. Məhsul onun mobil telefonuna qapı və aboy şəkilləri atıb həmin materiallardan alacağını demişdir.O, Məhsulun sözlərinə inanıb 28 iyul 2022-ci il tarixdə 3.192 manat pulu Xırdalan şəhərində təmir etdirdiyi mənzilində Məhsula vermişdir. Beləliklə də, Məhsula ümumilikdə 9.192 manat pul vermiş və Məhsul söz vermişdir ki, 05 avqust 2022-ci il tarixdə mənzildə işləri qurtarıb ona tam təmir olunmuş vəziyyətdə təhvil verəcəkdir.2 avqust 2022-ci il tarixdə o, gedib mənzilin təmiri ilə maraqlananda görmüşdür ki, heç kim işləmir və işlər tam yarımçıq vəziyyətdə qalıbdır.Binanın komendatından soruşaraq evdə 2-3 gün müddətində heç kimin işləmədiyini öyrənib Məhsula zəng etmişdir ki, nə üçün iş dayanıbdır. Məhsul isə işçilərin xəstələndiyinə görə işə çıxmadığını, növbəti gün gəlib işlərini davam etdirəcəyini demişdir. Növbəti gün yenə getmiş ki, heç kim işləmir. Yenə Məhsula zəng edəndə o, indi başqa bir bəhanə gətirib vaxtı uzatmışdır.O, görmüş ki, Məhsul onu aldadıb pulunu qaytarmır, nə də, işini görmür 10 avqust 2022-ci il tarixdə Abşeron RPİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir.Onun ərizəsi ilə bağlı izahatını alsalar da, bir nəticəsi olmamışdır 05 sentyabr 2022-ci il tarixdə Məhsulu 3-cü mikrarayon dairəsində dostu ilə birlikdə bazarlıq edəb çıxanda Məhsulu görüb zəng edib Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verərək polis çağırmışdır.Məhsula isə demişdir ki, yanında qalsın və polis əməkdaşları gəlib Məhsulu aparmışdır.Ona məlum olmuşdur ki, Məhsulun barəsində Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi istintaq olunur buna görə təkrar ərizə ilə müraciət etmişdir. Ona dəymiş ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2013-cü ildən yaşa görə təqaüdə çıxmış, rəsmi iş yeri olmasa da, «Mercedes Benz V 220 CDİ» markalı ** EV *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yaşayan işçiləri Bilgəh qəsəbəsinə iş yerinə aparmış, özü də, həmin işçilərlə birlikdə fəhləlik edib, gecələr isə başqa bir tikiliyə gözətçilik etmişdir. Təxminən 2021 -ci ilin yanvar ayının sonlarında Bilgəh qəsəbəsində başqa bir həyətyanı torpaq sahəsində fərdi yaşayış evi inşa edəcək işçilər ona demişlər ki, həmin torpaq sahəsinə tökülən tikinti materiallarına baxmaq lazımdır.O, həmin işçiləri tanıdığına görə, eyni zamanda yaxınlıqda yerləşən başqa bir tikiliyə gecələr gözətçilik etdiyinə görə demişdir ki, razılaşıb həmin ünvana da, gözətçilik edə bilər.İşçilər onu tikintiyə rəhbərlik edən Təqsirləndirilən şəxsla görüşdürmüşdür. Məhsul ona demişdir ki, həmin tikilini o, işçilərinə tikdirəcəkdir aldığı materiallara gecələr baxmaq lazımdır ki, oğurlamasınlar.O, gecələr materiallara və tikiliyə gözətçilik etmək üçün 300 manat aylıq əmək haqqı istəmişdir.Məhsul isə 250 manat verəcəyini demiş və onlar razılaşmışlar.O, həmin gecədən Məhsul ilə aralarında olan şifahi razılaşmaya görə heç bir rəsmiləşdirmə aparılmadan həmin ünvana gecələr gözətçilik etməyə başlamışdır.O, gecələr həmin ünvana gözətçilik etmiş, səhər hava işıqlacandan sonra işçilər işə gələndə o, evinə gedib dincəlmişdir. 0,15 gün işləyəndən sonra Məhsul ona 100 manat pul verib ayın sonunda da, 150 manat verəcəyini demişdir.1 ay tamam olanda Məhsul ona 150 manat deyil 100 manat verib, növbəti ayda qalan 50 manatı verəcəyini demişdir.O, növbəti ayı işləsə də, Məhsul onun pulunu verməmişdir.O, gecə növbəsindən sonra getməyib bir neçə gün Məhsulu gözləmiş və nəhayət bir gün Məhsul gələndə ondan əmək haqqını nə vaxt verəcəyini soruşmuşdur. Məhsul isə evi tikdirən sahibindən pul alan kimi onun əmək haqqını verəcəyini demişdir.O, Məhsula ev sahibi ilə özü görüşüb əmək haqqını istəyəcəyini deyəndə Məhsul razı olmamışdır ki, özü onu işə düzəldibdir, özü də, əmək haqqını verəcəkdir narahat olmasın vaxtında işə gəlsin tezliklə onun pulunu verəcəkdir. O, səhərlər evə tez getdiyindən Məhsulu və işçiləri görməmiş buna görə işçilərə zəng edib onun aylıq əmək haqqını Məhsul kiməsə verməsinin soruşanda işçilər şikayətlənmişlər ki, Məhsul onların da, əmək haqqını verməyibdir.Bir gün o, işçilərdən evin sahibinin gün ərzində tikinti yerinə gələcəyini eşidib evə getməyib gözləmişdir.Həmin gün tikintini tikdirən Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs gəlmişdir.Ona məlum olmuşdur) ki, Məhsul Firuz müəllimdən tikinti materialları almaq və işçilərin əmək haqqını vermək adı ilə dəfələrlə pul alıb özü üçün xərcləmiş, nə onların əmək haqqını tam verməmişdir, nə də, tikinti materialları almamış, tikintini isə düzgün aparmamışdır.O, 2 aylıq əmək haqqını istəmək üçün ev sahibinə yaxınlaşanda Məhsul imkan verməyib tezliklə onun əmək haqqının qalan hissəsini özü verəcəyini demişdir.Həmin gündən sonra o, Məhsulu görməmiş və tikintidə işlər dayanmışdır. O, gözətçilik etdiyi 2 aya görə 500 manat əmək haqqını Məhsul verməsə də, gecələr tikintiyə və materiallara gözətçilik etmişdir ki, kimsə gəlib oğurluq edər bir aydan sonra Firuz müəllimi görüb ona Məhsulun 3 aydır onun pulunu vermədiyini demişdir.Firuz müəllim həmin vaxt evini başqa işçilərə tikdirirmiş.Firuz müəllim 1 aya görə 250 manat ona əmək haqqı verib, 2 ayın pulunu isə Məhsula pulunu almasını demişdir.O, artıq gözətçilik etməyəcəyini Firuz müəllimə deyib həmin vaxtdan işdən çıxmışdır.Məhsul onun 500 manat əmək haqqını verməmişdir ki, həmin pulu Məhsuldan tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, X4 Abşeron rayonu, Xırdalan şəhəri, Xalq MTK məxsus C blork 3- cü bina 5-ci mərtəbədə yerləşən 1 otaqlı olub, iki otağa düzəldilmiş mənzilində təmir işlərini 2022-ci ilin sentyabr ayının əvəllərindən tək aparır.Mənzildə santexnik, elektrik işlərini Yeganə xanım başqa ustalara etdirmişdim. Yeganə xanımın deməsinə görə ondan əvvəl mənzildə Təqsirləndirilən şəxs ustaları işləyib, işi yarımçıq qoyub getmişlər.O, ilk dəfə mənzilə gələndə görmüşdür ki, otaqda kisələrdə təxminən 20 kisə qum, 20 kisə çınqıl daşı, 5 kisə siment, 7 kisə mata, 8 kisə üzlük, 5 ədəd alçipan, hamama döşəməyə və mətbəxə istifadə olunacaq metlax materialları var, otaqların divarlarına bir qat astar vurulub yarımçıq qalıbdır.Tavana yalnız kənarlara alçipan vurulub, orta hissə isə bir qat astar ilə boyanmış, üzlük boya vurulmamışdır.Yarımçıq vəziyyətdə hamama və dəhlizə istilik sisteminin gizli xətti, elektirik xətti yarımçıq formada çəkilmişdir.Hansı ki, Yeganə xanım sonra başqa elektrik gətirəndə məlum olmuşdur ki, elektrik xətti düz çəkilməyib və yararsız elektrik şitləri quraşdırılıbdır. Buna görə də, usta elektirik xəttini təzədən çəkmiş və Yeganə xanım özü təzədən aldığı elektirik şitlərini quraşdırmışdır.İsti pol üçün çəkilmiş xətlər düz çəkilmədiyindən o, söküb yenidən düzgün çəkmişdir.Bundan başqa santexnik işi də, düz aparılmamışdır. Buna görə də, Yeganə xanım başqa usta gətirib həmin işləri də, yenidən gördürmüşdür.O, Təqsirləndirilən şəxs və onun işlətdiyi ustaları görməyib və tanımır, ancaq bir usta kimi həmin şəxslərin düzgün təmir işləri apardığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 1972-ci ildə hazırki Texniki Universitetin Sənaye və Mülki Tikintilər fakültəsini bitirmişdir.Onun ixtisası tikinti mühəndisi və konstruktorudur.O, əvvəl X2, sonra Azərittifaqın əsaslı tikinti idarəsində, sonra Bakı Tikinti İdarəsində və sonda özəl tikinti təşkilatlarında tikinti mühəndisi işləmişdir.Eyni zamanda müqavilə əsasında Azərərbaycan Respublikası Ekspertiza Birliyi ilə əməkdaşlıq edib tikintilərə mütəxəssis rəyləri verir.O, əsasən qəzalı vəziyyətdə olan binalara və vergi işlərinin dəqiqləşdirilməsilə bağlı binalara mütəxəssis rəyləri verir.2021-ci ilin aprel ayının əvəllərində əvvəlcədən tanımadığı Zərərçəkmiş şəxs2 onunla telefon əlaqəsi saxlayıb demişdir ki, Sabunçu rayonu Bilgəh qəsəbəsində olan torpaq sahəsində özünə fərdi yaşayış evi tikdirmək üçün Məhsul adlı iş adamı ilə müqavilə bağlayıb əvvəldən pul vermişdir.Məhsul briqadası ilə fərdi yaşayış evinin birinci mərtəbəsini tikib, tikilini layihəyə uyğun aparmayıb yararsız vəziyyətə salmış, verilən pulun bir hissəsini isə ələ keçirib qaçıb gizlənmişdir.Firuz ondan xahiş etmişdir ki, bir mütəxəssis kimi tikiliyə baxıb rəy versin.O, razılaşaraq Firuzla görüşüb onun avtomobili ilə Sabunçu rayonu, Bilgəh qəsəbəsi 221 nömrəli bağ sahəsinə gedərək 3 kənarı mişar daşı ilə hasarlanmış torpaq sahəsində 1 -ci mərtəbənin divarları və dəmir betonları tikilib, üstü açıq vəziyyətdə olan, tikiliyə bitişik teras dəmir-beton stunları və divarı inşa olunmuş yarımçıq tikilinin olmasını müşahidə etmişdir.Firuz ona tikintinin işçi layihəsini təqdim etsə də, dəmir-beton konstruksiyaların işçi layihəsi olmamışdır.O, layihə ilə aparılan tikintini müqayisə etdikdə tikintidə layihədən kənarlaşma halları aşkar etmişdir.O, müəyyən etmişdir ki, mərkəzi ox üstünə düşən 4 ədəd dəmir beton sütunundan 3 ədədi düzgün əkilməyib mərkəzi oxdan kənarlaşdırılmışdır. Layihədə həmin sütunları bir-biri ilə bağlamaq üçün üstündən bir ədəd baş tir oturulması nəzərdə tutulsa da, sütunlar düzgün əkilmədiyindən baş tir icra etməmişdir.Sütünların 4-də zavod istehsal etmiş 16 mm diametrli armaturdan istifadə olunması nəzərdə tutulsa da, sex istehsalı olan keyfiyyətsiz və diametri kiçik ölçülü armaturlardan istifadə olunmuşdur. Terrasın dəmir-beton sütunlarının tikintisində beton çox keyfiyətsiz tökülmüş, vibratorla kibləşdirilməmiş, divarların birləşmə yerlərində armatur torları ilə gücləndirmə aparılmamışdır.Divarlar qabaq hissədə sağda əyri hörülmüşdür. O, Zərərçəkmiş şəxs2 iştirakı ilə həmin tarixdə, yəni 2021 -ci ilin aprel ayının əvəllərində olan qiymətlərə uyğun olaraq təxmini olaraq konstruktiv hesabat aparıb həmin tikiliyə ümumilikdə 208, 5 kvatdar metr x 140 manat+ 29200 manat, yəni tikinti sahəsinin bir kvadrat metrinin konstruksiyaların tikintisinə təxminən 140 manat vəsait xərclənir.Bu xərclərə düzünə xərc- işlənən materiallar, işçilik( fəhlələrin) əmək haqqısı və nəqliyyat xərclərinin aid olmasını müəyyən etmişdir.O, həmin hesabatı tikintinin 1 -ci mərtəbəsinə çəkilən xərclərə hesablamış, çəkilən hasarı hesablamamışdır.Tikilinin həyətində işlənməmiş tikili materialı çox cüzi miqdarda qalmışdır ki, onların da, ümumi dəyəri 200-300 manat edirmişdir.Fləyətdə başqa işlənməmiş material görməmişdir.O, özü əlyazma şəklində mütəxəssis rəyi yazıb Zərərçəkmiş şəxs2 vermişdir. Eyni zamanda keyfiyyətsiz görülmüş işlərin bərpası, yəni tikintinin möhkəmliyini bərpa etmək üçün, buraxılmış nöqsanları aradan qaldırmaq məqsədilə tikintiyə gücləndirmə layihəsi hazırlayıb vermişdir.Firuz gətirdiyi başqa briqadaya hansı hissədə möhkəmləndirmə işləri aparmağı, hansı hissəni söküb yenidən tikməyi başa salmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2006-cı ildən Bakı şəhərində yaşayıb tikintilərdə fəhlə işləməklə pul qazanır. O, Təqsirləndirilən şəxs əvvəldən tanımamışdır.Təxminən 2021 -ci ilin yanvar ayında Binəqədi rayonu ərazisində fəhlələr yığışan çay evində olarkən sonradan adını bildiyi Məhsul yaxınlaşıb Bilgəh qəsəbəsində həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün işçi lazım olduğunu demişdir.O, çay evində olan Flüseyn və Elnur adlı şəxslərlə birlikdə beton qəlibçi isini bacardıqlarını, həmin işləri onlar görəcəklərini demişlər. Şaiq və onun yoldaşları isə hörgü ustası olduqlarını demişlər.Məhsul onları taksi ilə tikintisi aparılacaq ünvana aparmışdır. Eyni zamanda qazıntı aparacaq traktor gətirərək tikiləcək evin fundamentini qazmışdır.Onlar fundamentin betonunu metrəsini 5 manatdan tökməyi Məhsul ilə danışıb razılaşaraq yoldaşları Elnur və Hüseyn ilə betonu tökmüşlər.Məhsul onların gördüyü işin pulunu hissəhissə verib sonra yenə iş gördürmüşdür.Hansı ki, əvvəldən danışmışlar ki, gördükləri işin pulunu verəndən sonra onlar başqa işi görəcəklər.Evin 1 -ci mərtəbəsinin tikintisi aparılsa da, Məhsul onların gördüyü işin pulunu sonda verməyib demişdir ki, Firuz müəllim pulu köçürəndən sonra onların pulunun qalığını verəcəkdir.2021-ci ilin mart ayının novruz bayramı çatsa da, Məhsul onların pulunu verməmişdir.Firuz müəllim onların iş yerinə gələndə o, yaxınlaşıb novruz bayramına görə evinə bazarlıq etmək üçün gördükləri işin pulundan verməsini demişdir.Firuz müəllim isə onların görəcəkləri işin pulunu əvvəldən Məhsula verdiyini demişdir.Söhbətdən ona məlum olmuşdur ki, Firuz müəllim əvvəldən Məhsula materialın pulunu və onların əmək haqqını veribdir.Məhsul isə pulun az bir hissəsini tikintiyə xərcləyib, onların əmək haqqından bir hissəsini verib, qalan pulu isə özü üçün xərcləyibdir.Firuz müəllim tikintiyə mütəxəssis gətirib hesabladıb müəyyən etmişdir ki, evin divarları əyri tikilibdir, dəmir beton keyfiyyətsiz tökülübdür. O, Firuz müəllimə demişdir ki, Məhsul hansı tikinti materialı gətirib onlara veribsə onlar da, həmin materialdan tikintidə istifadə etmişlər.Onlar dəmir beton dirəklərdə kənarlarda 14 mm. armaturlardan istifadə etmişlər, sonra armatur çatmadığına görə Məhsulun göstərişi ilə 12 mm diametrində olan armaturlardan istifadə edib karkas bağlamışlar, betonu isə maşın gətirib tökmüşdür.Zərərçəkmiş şəxs2 müəyyən etmişdir ki, tikinti layihəyə uyğun olmayan qaydada, sex armaturlarından istifadə olunmaqla aparılıbdır.Onun verdiyi pulları Məhsul xərcləyibdir, bundan sonra tikintidə işləri dayandırmışdır.Məhsul isə onun, Elnur, Flüseyn və 2 nəfər fəhlələrin ümumilikdə 2.000 manata yaxın əmək haqqını verməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, «Nissan Sunny» markalı, ** TN *** dövlət qeydiyyat nişanlı icarəyə götürdüyü avtomobil ilə taksilik fəaliyyəti ilə məşğul olur.Təqsirləndirilən şəxs onun bacısı Esmira ilə təxminən 1 il olar ki, ailə qurandan sonra tanımışdır.Bacısı Esmira əvəllər başqası ilə ailəli olub ayrılmış və Məhsul ilə rəsmi nigaha girməmişdir. 17 mart 2022-ci il tarixdə Məhsul ona zəng etmişdir ki, tikinti-təmir işi danışıbdır həmin ünvana gedib evini təmir etdirəcək adamla görüşməlidir başqa taksi tutmaqdansa onun avtomobili ilə getsinlər, taksi pulunu da, ona versin. O, taksi fəaliyyəti ilə məşğul olduğuna görə razılaşmışdı və Məhsulu 20 yanvar ərazisində avtomobilinə mindirib metronun «Koroğlu» stansiyasının qarşısına aparmışdır. Metronun yanından avtomobilə Məhsulun təmir işləri aparacağı evin sahibi sonradan adını bildiyi Murad adlı şəxs minib avtomobili Binə qəsəbəsinə sürdürmüşdür.Yol boyu onlar evinin təmirindən danışlar.O, avtomobili Muradın göstərdiyi ünvana sürüb saxlamış, Məhsul ilə Murad avtomobildən düşüb həyətə keçmişlər o isə avtomobildə gözləmişdir.Təxminən 30-40 dəqiqədən sonra onlar gəlib əyləşərək avtomobili Nərimanov rayonu ərazisinə 5 saylı xəstəxananın yanına sürdürmüşlər.Onlar avtomobildən düşüb kafedə çay içmişlər.Muradın yanına tanışları gəlmiş və Məhsul demişdir ki, Murad qalsın onu metronun «Neftçilər» stansiyasının yaxınlığına aparsın orada bir nəfərlə görüşməlidir sonra Muradın yanına gələrlər.O,avtomobili ilə Məhsulu dediyi ünvana aparmış və Məhsul avtomobildən düşüb gedərək az bir müddətdən sonra geri qayıtmışdır.Onlar yenidən avtomobil ilə Muradın yanına gəlmişlər ki, Murad orada yoxdur.Məhsul onun mobil telefonu ilə Murada zəng edib gəldiyini bildirmişdir.Təxminən 1 saatdan sonra Murad onların yanına gəlmiş və onlar avtomobil ilə ünvan 18 ünvanına gəlmişlər.Murad avtomobildən düşüb evinə gedib tez də, geri qayıdaraq avtomobildə oturub Məhsula 1500 ABŞ dolları verib demişdir ki, burda 1500 ABŞ dollarıdır Azərbaycan manatına çevirəndə 2500 manatdan çox pul edir.Material alıb işə başlasın gələn ayın onunda 2500 manat da, verəcəkdir. Məsul onunla razılaşıb tezliklə işə başlayacağını demişdir.Murad onlarla sağollaşıb avtomobildən düşmüşdür.Həmin vaxt gecə saat 00:30 radələri olmuşdur.Məsul yolda yanacaqdoldurma məntəqəsində Muraddan aldığı dollardan xırdaladıb ona 40 manat taksi pulu vermişdir. O, Məhsulu metronun «20 yanvar» stansiyasının yaxınlığına düşürmüşdür. Aradan 2 gün keçmiş eşitmiş ki, polis Məhsulu etdiyi dələduzluq cinayətinə görə tutulubdur. Məhsul azadlığa buraxılandan sonra onunla söhbət edib bilmiş ki, kiminsə evinin tikintisini düzgün aparmayıb, aldığı pulu özünə xərcləyibdir.Buna görə ev sahibinin şikayəti əsasında Məhsulu cinayət məsuliyyətinə cəlb ediblər.Sonra Murad ona zəng edib Məhsulun onun telefon zənglərinə cavab vermədiyini, ondan 1500 ABŞ dolları aldıqdan sonra evində heç bir təmir-tikinti işləri aparmadığını demişdir. O, Məhsulun nə işlə məşğul olduğunu, pulu hara xərclədiyini bilmədiyini, Məhsul ilə əlaqə saxlamasını, əgər pulunu qaytarmırsa ondan şikayət etməsini demişdir. Məhsul əvvəldən və ya sonra Zərərçəkmiş şəxs1 aldadıb pulunu ələ keçirməsi barədə ona heç bir söz deməmişdir.Məhsul Muraddan aldığı puldan yalnız 40 manat ona taksi pulu vermişdir. Başqa pulu necə etdiyini bilmir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmişŞahid6 ifadəsində göstərmişdir ki, 2000-ci ildən fərdi qaydada tikinti işləri ilə məşğul olur.Təqsirləndirilən şəxs əvvəldən tanımamışdır.Bir gün Elşən adlı tanışı ona zəng edib demişdir ki, işi yoxdursa bir nəfər hörgü ustası axtarır nömrəsini ona versin əlaqə saxlayıb gedib onun işini görsün.O, həmin vaxt işləmədiyindən razılaşıb işçi axtaran Məhsulun mobil telefon nömrəsini alıb onunla əlaqə saxlayaraq nömrəni Elşəndən aldığını demişdir.Məhsul Buzovna qəsəbəsində hörgü işi olduğunu demiş və onlar həmin işi görməyi razılaşandan sonra o, Buzovna qəsəbəsində yerləşən fəhlə bazarından əvvəldən tanımadığı Namiq adlı fəhlə ilə günü 25 manata işləmək üçün danışıb onunla birlikdə Məhsul dediyi yerə gedib onu gözləmişlər. Məhsul taksi ilə gəlib onları da, avtomobilə götürərək Buzovna qəsəbəsinə tikinti işləri aparılacaq kənarları mişar daşı ilə hasarlanmış, dəmir giriş qapısı olan ünvana getmişlər. Məhsul əl qapısını özündə olan açarla açmış onlar həyətə keçəndən sonra həyətdə betonlama işləri torpaq səviyəsində aparılmış 10 metrin 11 metrə olan bir bünövrə tökülüb qabaq hissədə 6 metr betonlama işləri aparılmayan bir sahəni görmüşdür.Künclərə 4 ədəd mişar daşı qoyulmuş, ancaq hörgü aparılmamışdır.Həyətdə köhnə taxtalar, qum və 2 zil Zirə-Türkan mişar daşı, təxminən 50 kisədən bir az çox «Norm» smenti olmuşdur. Məhsul ilə danışıb razılaşmışlar ki, fəhlənin pulunu özü verməklə, özləri ilə yemək gətirmək şərti ilə cüt daşla bir kvadrat metrini 5 manatdan, tək daşla bir kvadrat metri 3 manatdan evin tikintisini aparacaqdır.O, fəhlə ilə birlikdə həmin gündən işə başlamışdır. Məhsul həmin gün ona 200 manat pul, evin layihəsini və giriş əl qapısının açarını verərək çıxıb getmişdir. O, həyətdə olan tikinti materialları ilə 8-9 gün müddətində tikintini aparmış, hər gün Məhsul ilə telefon əlaqəsi saxlayıb hansı tikinti materialı lazım olurdusa ondan göndərməsini demişdir.Məhsul mişar daşını qonşuluqda yaşayan ZİL sürücüsünə gətizdirmiş, digər materialları isə başqa yük avtomobili ilə göndərmişdir. Məhsul cəmi 3 dəfə onun işlədiyi yerə gəlib ona gördüyü işin pulu kimi 1400 manat pul vermişdir.O, evin zirzəmisini hörüb qurtarandan sonra kürsüdən sonra hörgünü davam etdirmək üçün taxta lazım olduğunu Məhsula desə də, Məhsul yalnız bir müddət sonra 6 ədəd taxta göndərmişdir.O, həmin taxtalardan ayaq altı kimi istifadə edərək Məhsulun ona verdiyi pulun dəyərinə uyğun hörgünü davam etdirib sonra işi dayandırmışdır. Məhsul sonra taxta gətirməmiş və işi görmək üçün ona pul verməmişdir.O, görmüş ki, Məhsul pul vermir, işlətdiyi fəhləyə isə gündəlik pul verməlidir gündəlik gəlib işə nəzarət edən Zərərçəkmiş şəxs4 demişdir ki, Məhsul ona zəhmət haqqı vermir ki, işi davam etdirsin və taxta gətirmir ki, mil kimi düzsün.Mətanət xanım Məhsul ilə telefon əlaqəsi saxlayanda Məhsul demişdir ki, yıxılıb xəsarət aldığına görə xəstəxanada müalicə olunur.Məhsul bir müddət telefona cavab verməmiş və o, işləyə bilmədiyindən bu haqda mətanət xanıma demişdir. Mətanət də, dəfələrlə Məhsula zəng etmiş telefonu açmadığına görə ona demişdir ki, Məhsulla görüşüb ondan qapının açarını alıb gətirib ona versin.O, axşam Məhsula zəng edib onunla danışaraq Mətanət xanımın işi ona gördürmək istəmədiyini açarı istədiyini deyəndə Məhsul bildirmişdir ki, istəmir açarı təhvil versin özünə başqa iş tapsın.O, səhəri gün açarı Mətanət xanıma verib alətlərini yığışdırıb getmək istəyəndə Mətanət xanım demişdir ki, işi yarımçıq qalmasın deyə öz vəsaiti hesabına lazım olan tikinti materialları alsın, onun da, gördüyü işin zəhmət haqqını verər evinin tikintisini davam etdirsin.O, razılaşandan sonra Mətanət xanım evin hazırkı vəziyyətinin video çəklişini aparmışdır ki, həmin görüntünü Məhsula göstərəcək ki, gördüyü işi hesablayıb onun verdiyi pulu qalan hissəsini geri istəyəcəkdir.Məhsul Mətanət xanım verdiyi pulla aldığı tikinti materiallarını o, hörgüyə işlətmişdir bir neçə kisə siment və az miqdarda qum, mişar daşı qalmışdır.Mətanət xanım hamısını qeyd etmiş, o neçə kvadrat metr hörgü ötmüşdürsə bunu demiş, Mətanət xanım da, qeyd etmişdir. Bundan sonra o, lazım olan materialları almasını Mətanət xanıma deyib aldırmış və fəhlə ilə evin tikintisini davam etdirmişdir.O, hörgünü tamamlayıb milləri düzüb evin damının örtüyünü vurmuşdur.Mətanət xanım dam örtüyünə görə ona 1200 və ya 1300 manat vermişdir.Hörgüyə görə nə qədər pul aldığını xatırlamır.O, bu işləri 1 ay müddətində görüb Mətanət xanıma təhvil verərək zəhmət haqqını tam şəkildə almışdır.Onun işlədiyi müddətdə Təqsirləndirilən şəxs gəlib Mətanət xanımla haqq-hesab etməmişdir. Məhsul onun və fəhlənin zəhmət haqqını tam şəkildə ödəmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermək” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş və Abşeron RPİ-in MSYnə təhvil verilmiş və barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi və protokolla götürülmüş sənədlərdən görünür ki, X5 adına Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 221 saylı bağ sahəsinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak məsələləri komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarış alınmışdır.Həmin bağ sahəsində yaşayış evinin tikintisinin aparılması barədə hazırlanmış layihə Sabunçu rayon icra hakimiyyətində razılaşdırılmışdır.ünvan 19 ünvanında 1 qonaq otağı, 5 yataq otağı, 1 mətbəx, 4 hamam tualet, 2 dəhliz, 1 terrasdan ibarət sahəsi 433, 4 kv.m olan mənzilin tikilərək təmir edilməsi barədə “təmir xidmətlərinin göstərilməsinə dair” müqavilə 08 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən hazırlanmış və Məhsul özündə olan möhürlə möhürləsə də, tərəflər imza etməmişlər.Flansı ki, Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi digər 13 yanvar 2021-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsinə dair” müqavilə həmin müqaviləyə oxşar olaraq eyni məzmunlu müqavilədir və Bakı şəhəri 51 saylı notariat ofisdə yenidən tərtib olunaraq təsdiqlənmiş və tərəflər imzalamışlar.Həmin müqaviləyə Təqsirləndirilən şəxs hazırladığı ödəniş cədvəli əlavə olunmuşdur. Fləmin cədvəldə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs verdiyi pulların məbləği və tarixləri qeyd olunmuş, tərəflər imza etmişlər.Cədvəlin sonunda Təqsirləndirilən şəxs özündə olan möhürlə cədvəli təsdiqləmişdir. Təqdim olunan bank ödənişlərindən görünür ki, Zərərçəkmiş şəxs2 13 yanvar 2021-ci il tarixdə "xxxx" ın Azadlıq filialı vasitəsilə Məsul Məhsulova 38.500 manat pul ödəmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının 20 aprel 2022-ci il tarixli 4/431 nömrəli rəyindən görünür:
1. Ekspertizaya təqdim edilmiş, ********* saylı cinayət işinin materiallarında olan 13 yanvar 2021 -ci il tarixli Təmir xidmətlərinin göstərilməsinə dair müqavilənin 1 -ci və 2-ci səhifələrinin sol küncündəki 2 ədəd imza və müqavilənin sonunda “Birinci tərəf’ qrafasındakı “Zərərçəkmiş şəxs2” yazıları və həmin qrafadakı imza; Ödəniş cədvəlində əlyazma mətni və “Təhvil verdi” yazılarının qarşısındakı 3 ədəd imza- Zərərçəkmiş şəxs2 tərəfindən icra olunmuşdur. 2.Ekspertizaya təqdim edilmiş, ********* saylı cinayət işinin materiallarında olan 13 yanvar 2021-ci il tarixli Təmir xidmətlərinin göstərilməsinə dair müqavilənin 1 -ci və 2-ci səhifələrinin sağ küncündəki 2 ədəd imza və müqavilənin sonunda “İkinci tərəf” qrafasındakı “Məhsulov.” yazıları və həmin qrafadakı imza; Ödəniş cədvəlində “Təhvil aldı” yazılarının qarşısındakı 3 ədəd imza- Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının 19 iyul 2022-ci il tarixli 10/ 4063 nömrəli rəyinin nəticəsində göstərilmişdir Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanda yerləşən 10 sot torpaq sahəsində yerləşən bağ evində, əlavə təmir tikinti işləri ( digər ustalar tərəfindən) aparıldığından Təqsirləndirilən şəxs briqadası tərəfindən hansı işlərin görüldüyünü dəqiqliklə müəyyən etmək mümkün olmamışdır.Bu səbəbdəndə qərarın 1-ci və 2- ci suallarında qoyulmuş məsələlərin cavablandırılması mümkün olmamışdır. Əlavə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının 29 iyul 2022-ci il tarixli 10/ 4869 nömrəli rəyinin nəticəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanda yerləşən 10 sot torpaq sahəsində təsdiqlənmiş layihə əsasında Təqsirləndirilən şəxs briqadası tərəfindən 13 yanvar 2021-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanmış “Təmir xidmətlərinin göstərilməsinə dair” müqavilə əsasında aparılmış tikinti işlərinə sərf olunmuş tikinti materiallarının həcmi və dəyəri, aparılan tikintinin həcmi, tikinti işlərini aparılmış işlərin əmək haqqı daxil olmaqla ümumilikdə sərf olunmuş pulun məbləği 31885, 30 manat təşkil edir, o cümlədən layihəyə uyğun görülmüş işlərin məbləği 29107, 18 manat, layihədən kənar gizli işlərin məbləği isə 2778, 14 manat olduğu və görülmüş 31885, 30 manat məbləğindən tikinti işlərinin tərkibindəki tikinti materiallarının dəyəri 22170, 47 manat, usta və fəhləyə veriləcək əmək haqqı 7797, 16 manat, maşın-mexanizm xərcləri isə 1917,67 manat təşkil etdiyi müəyyən edildi. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 221 saylı bağ sahəsində tikintisi başlamış və yarımçıq qalmış X9 məxsus fərdi yaşayış evində görülmüş tikinti işlərinin cari bazar qiymətləri ilə qiymətləndirilməsinə dair mütəxəssis rəyində göstərilmişdir ki, ümumilikdə görülmüş tikinti işlərinin məbləği 31885, 30 manat təşkil edir.O cümlədən layihəyə uyğun görülmüş işlərin məbləği 29107, 18 manat, layihədən kənar, gizli işlərin məbləği isə 2778, 14 manat olmuşdur.Layihədən kənar gizli iş dedikdə buna altında 10 sm qalınlığında 294 m2 beton hazırlıq işi təkrar görülmüşdür.Görülmüş 31885,30 manat məbləğində tikinti işlərinin tərkibindəki tikinti materiallarının dəyəri 22170, 47 manat, usta və fəhlələrə veriləcək əmək haqqı 7797, 16 manat, maşın-mexanizm xərcləri isə 1917, 67 manat təşkil edir. Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi mobil telefonla aparılmış “Whatsapp» yazışmalardan görünür ki, onun istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə səs atır Məhsul 17 mart 2022-ci il tarixdə saat 14:32-dən başlayaraq yazır «Salam təmir tikintidir sizi narahat edən görüləcək işlər elektrik, santexnik, pol laminat 12 manatlıq, tavan alçipan, divar aboyu 20 manatlıq, kafel metlax 14 manatlıq, daxili qapılar 170 manatlıq». Sonra yenə Murad səs atır və Məhsul yazır ki, razıyam bir vaxt deyin görüşək bugünə ya sabaha sizin işdən asılı olaraq.Bu gün inşallah təmir olunacaq evdə görüşərik.Təmirə 10 il zəmanət verilir.Sizinlə harda görüşüb gedə bilərik? Müqaviləni hazır etmək üçün vəsiqənizi və evin harada yerləşdiyi ünvanı göndərin, biz indi Həzi Aslanovdayıq.Tamam evin yerləşdiyi ünvanıda qeyd edin zəhmət olmasa.Saat 4, 5 arası olar görüşmək? Murad-Olar Məhsul-Biz vəsiqənizi göndərdik müqavilənizi hazır etdiririk, xəbər edəcəyik çıxarsız. Murad -17.03. 2022-ci il tarixdə saat 17:47-də yazır-mən burdayam. Murad 21.03. 2022-ci il tarixdə Murad yazır-salam əleykim, bayramınızı təbrik edirəm uzun ömür can sağlığı ruzili bərəkətli olsun Amin..sabah getməyəcəksiz? Məhsu xx.xx.2022-ci il tarixdə cavab yazır-Salam təşəkkürlər, bahəm, necəsiz. Murad yazır-sabah inşallah harada görüşək gedək evə? Məhsul-harda desən, sabah zəng edəcəm bir yerdə görüşək gedək, Sabah inşallah görüşəndə danışarıq qardaş narahat olma. Murad xx.xx.2022-ci il tarixdə yazır-salam əleykim, saat neçədə görüşək, 27 mart 2022- ci ildə yazır-salam əleykim, səhər saat neçədə gedəcəksiniz gəlim məndə. Məhsul xx.xx.2022-ci ildə yazır-salam hərvaxtın xeyirli uğurlu olsun qardaş üzürlü say dünən yol gəlmişdim deyə yatılı olmuşam eşitməmişəm.Bu gün inşallah gedərkən səni yığacam.xx.xx.2022-ci ildə yazır-Salam əleykim, biz gedirik aboya baxmağa, yəqin birə kimi gələrsən. Murad xx.xx.2022-ci il tarixdə yazır-Salam əleykim, Məhsul niyə belə edirsən, bugün mənimlə əlaqə saxla, yada məcbur edirsən polisə verim sən bir cavab yaz görüm nə olub, xx.xx.2022-ci ildə yazır-Məhsul sən cavab yazmasan mən məcburam səhər polisə verim. Məhsul xx.xx.2022-ci ildə yazır-salam axşamın xeyir üzürlü say telefonu aça bilmirəm utandığımdan kreditə görə problemimiş olub rayondayam ya səhər, yada birigün Bakıda olacam gələcəm kafeyə hər şeyi danışacam fikirləşmə sənə nəsə yanlış edirəm yox Allaha and olsun sənin evini təhvil verəcəm narahat olma sadəcə 1 şərəfsizə görə aləm dəydi bir-birinə. Murad xx.xx.2022-cə yazır-salam əleykim saat neçədə görüşək? Məhsul yazır-əleykimə salam xəbər edəcəm qardaş Murad-Burdasan? Mən burdayam kafedə- Məhsul-Qardaş mən rayondayam birazdan çıxacam. Murad xx.xx.2022-ci ildə yazır-sən rayondan gəlmədin? Qardaş əyər bu iş baş tutmayacaqsa sənə verilən pula mal material nə düşürsə raşot edək. Məhsul-Salam qardaş sənin yanında yalançı çıxdım Bakıya gəlməmişəm rayondayam bir pul işim var onu aldırıb gələcəm bu həftə sənin pulunu kimsə yeyə bilməz şərəfsiz olar unutma. Murad xx.xx.2022-ci ildə yazır-salam əleykim nə xəbər oldu qardaş? xx.xx.2022-ci ildə yazır-Salam əleykim nə xəbər oldu? Dedin bu həftə gələcəm bir xəbər olmadı, indidə deyərsən bu həftə beləcə aylar illər keçəcək? xx.xx.2022-ci ildə yazır-həftənin 3 gününə qədər vaxtın var, mənə bir xəbər etməsən başqa cür danışası olacam, demədi demə yaxşımı xx.xx.2022-ci ildə-salam əleykim qardaş, vəziyyətin necədir? Məhsul xx.xx.2022-ci ildə yazır-Salam bağışla sənin yanında yalançı çıxdım inşallah bir zamanda sənlə görüşəcəm narahat olma, xx.xx.2022-ci ildə yazır-salam necəsən qardaş sənə zəhmət müqavilənin şəklini sək at mənə olar açotlar gedir, birdə vəsiqəni atarsan pul hesabına köçəcək, sadəcə birinci səhifəsini, yox bang hesabına köçəcək hansı bank olduğunu deyəcəm sənə sadəcə vəsiqə lazımdır vəsiqəni atarsan. İstəməzdik belə olsun üzürlü say allaha and olsun başıma oyun açdılar ona görə belə oldu qəpiyinə kimi pulun qayıdacaq narahat olma. Murad xx.xx.2022-ci ildə yazır-Məhsul zəng vururam cavab vermirsən və Səbail RPİ-in çağrış vərəqinin görüntüsünü göndərir Məhsul-Belə sabah bəlkə bu gün ama ay sonuüna kimi 100 faiz köçəcək.Sadəcə istəmirəm adım polisə düşsün sənə dediyimi orada deyəcəm sadəcə mən istəmirəm ora gedim ona görə sadəcə sən şikayəti götür ayın sonuna kimi bölmədən mənə heç nə gəlməsin yenə deyirəm ola bilər bu gün ola bilər 3 günə ən geci ay sonuna kimi ödəniləcək. Murad xx.xx.2022-ci ildə yazır-salam əleykim, nə oldu qardaş bəs deyirdin ayın axırı pulu köçürüləcək? Məhsul xx.xx.2022-ci il-salam qardaş toydayam çıxım yığacam səni. Murad xx.xx.2022-ci il-salam, toy qurtarmadı? Bununla da, telefon vasitəsi ilə aparılan yazımşalardan aydın olur ki, Təqsirləndirilən şəxs gündə bir bəhanə gətirərək vaxtı uzadıb Zərərçəkmiş şəxs1 aldığı 1500 ABŞ dollarını ödəmir, nə də, onun işini görmür. Zərərçəkmiş şəxs4 istintaqa təqdim etdiyi sənədlərdən və bir ədəd diskdə olan telefon yazışmalarından və video görüntüdən aydın olur ki, Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində 5 sot torpaq sahəsi var.Həmin torpaq sahəsində ev tikmək üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 adına 11 aprel 2022-ci il tarixli Təmir Xidmətlərinin göstərilməsinə dair müqavilə hazırlayaraq özü imza edib Zərərçəkmiş şəxs4 təqdim etmişdir.Həmin müqavilənin sonuncu vərəqinin arxasında yazılmış əlyazmada Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 əvvəl 1.000 manat və sonra isə 13.000 manat aldığını qeyd edib sonda tarix qoymaqla imzası ilə təsdiq etmişdir.Hansı ki, Təqsirləndirilən şəxs həmin yazını o yazdığını və imza etdiyini etiraf etmişdir.Təqsirləndirilən şəxs qeydindən sonra isə Zərərçəkmiş şəxs4 qeydiyyat apararaq Təqsirləndirilən şəxs 2 dəfəyə 14.000 manat verdiyini qeyd etmişdir.Təqdim olunan sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixdə «Bank of Baku» bankın Həzi Aslanov filialından 15.000 manat kredit götürmüşdür. Hansı ki, Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, bankdan kreditə pul götürüb 16 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs 13.000 manat pul vermişdir.Telefon yazışmalarından görünür ki, Zərərçəkmiş şəxs4 13 yanvar 2022-ci il tarixdən başlayaraq ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə instoqram vasitəsi ilə tikdirəcəyi evlə bağlı danışır. Hansı ki, həmin danışığın mətnini çap edərək istintaqa təqdim etmişdir. Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs yazıb evin tikintisi üçün hansı sənəd lazım olduğunu soruşur.Məhsul lazım olan sənədləri və tikintinin şərtlərini yazır ki, ümumilikdə 44.000 manata daxili kredit % olmadan 1.5000 manat ilkin ödəniş, ayda isə 350 manatdan, 82 ay müddətində ödənişi etsə 3 ay müddətində onun istədiyi formada evi tikib təmir edib təhvil verə bilər. Mətanət-Sənəd yəni evi tikəndə incitməsinlər sizə nə lazım olur? Bir də ki neçə aya tikirsiz 10 kv.1 merti evi? Məhsul- bizə heç bir sənəd lazım deyil, tək şəxsiyyət vəsiqəsi kifayət edir. Mətanət- sizdə kredit variantı varmı, zəhmət olmasa şərtlərinizi yazın. Məhsul-salam bəli, hazırda kredit variantı var ilkin ödəniş 40 faiz qalan məbləğ 12, 24, 36, və yaxud 60 aya bölünür. Mətanət- sizdə hazırda iş gedən villanız varmı baxmaq olarmı görüm hansı keyfiyyətdə işləyirsiniz. Məhsul- Badamdar qəsəbəsində, Lökbatan və Qobu qəsəbələrində tikdiyimiz evlər var göstərə bilərəm.Keyfiyyətə 30 il, tikintiyə, təmirə isə 5 il zəmanət verilir. Mətanət- ondan əlaqə nömrəsini yazın. Məhsul- ***-***-**-** nömrəsini deyir. Mətanət- 5 sot torpaq sahəsində 100-120 kvadrat metrlik tikili tikdirmək istəyirəm. Məhsul -İlk öncə allah xeyir versin. Mətanət-neçə aya tikirsiniz? Məhsul-3 aya tam təhvil verilir. Mətanət-sizin ofisiniz hardadır? Məhsul-Sumqayıtda, 6-cı mikrarayonda. Mətanət-oldu Məhsul-Limit bitərsə üzürlü sayın ümit vermirik yəni. Mətanət-tikdiyin villaların şəkillərinə baxmaq istəyirəm. Zərərçəkmiş şəxs4 1 ədəd disk təqdim edərək Təqsirləndirilən şəxsla arasında olan telefon danışıqlarını və səs yazısını, həmçinin Məhsulun onun verdiyi pulla tikdirdiyi tikilinin ümumi görnüşünü, həyətdə olan tikinti materiallarının görnüşünü mobil telefonundan diskə köçürüb istintaqa təqdim etdiyini bildirdi.Həmin diskdə olan görüntüyə baxarkən məlum olur ki, Məhsul Mətanətə yazır: 100 kv.m ev 34.000 manat, İlkin ödəniş 14.000 manat, qalan məbləğ 60 ay 333.40, 120 kv.m.44.000 manat, İlkin ödəniş 16500 manat qalan məbləğ 60 ay 408.40 manat aylıq ödənilir. Mətanət- Allah qoysa səhər görüşərik. Məhsul- inşallah görüşəcəyik sadəcə müqaviləyə qeyd olunmalıdır neçə kvadrat ev tikiləcək və summası.100 kvadrat Salam biz bu gün görüşməliyik evə baxmaq üçün -Salam biz sizin müqavilə hazırdır sizdən öncə zakazlarımız var bitirək sizinlə əlaqə saxlayacaq nümayəndəmiz. Mətanət-Salam oldu bu da, mənim torpaq sahəmin görüntüsüdür.Kənarları mişar daşı ilə hasarlanmış torpaq sahəsinin video görüntüsünü çəkib Məhsula göndərir. xx.xx.2022-ci tarixdə Məhsul-çox sağ olun, bağışlayın narahat etdik sizdə maşın varmı. - yox unutmamışıq sizin müqavilənizdə hazırdır bu gün imzalamalısınız haçan çıxacaqsınız? Mətanət-17:00-də işdən çıxacam.Siz zəng vurun görüşək, olar! Məhsul-o vaxt mənzilə çətin baxmaq olar ustalar işdən çıxmış olur. Mətanət- Mənzil hardadar? Məhsul -Masazırda. Mətanət-Yox ora mənə uzaqdır mən sizə inanıram.1 mərtəbəli evin şəklini Məhsul ona göndərir. xx.xx.2022-ci il tarixdə-Salam necəsiniz bizim işimiz arxa plana atmayın nə qədər tez başlasanız daha yaxşıdır layihəni göndərin. Məhsul-salam şükür allaha siz necəsiniz,narahat olmayın layihə hazırlanır allah qoysa hazır olsun atacayık. Mətanət-Oldu. Məhsul-bəli sol tərəfdə böyükdür zal,baxıb otaqları müzakirə edək, layihə şəkli xx.xx.2022-ci tarixdə Mətanət-Bura yolun düşə bilər açara görə. Məhsul-Gəlirəm götürəm xx.xx.2022-ci il Mətanət-Su bakı qoyuldu ora içi də su ilə doludur. Allah qoysa siz səhər başlayarsınız mənə demişdiniz,layihəni verin mən pulu verim ona görə soruşuram. xx.xx.2022-Məhsul şəxsiyyət vəsiqəsinin, tikinti materialları olan armaturların, karkas görüntüsü, fəhlələr fundamenti qazmalarının görüntüsünü Mətanətə göndərir.Bir dənə də, yeriqazan gətirdim Mətanət-Allah canın sağ eləsin səhər axşam su gəlib doldurulacaq Məhsul-**********nömrəsindən- təxminən 50-60 kisə norm siment kisələrinin, 1 ədəd təzə lapatka və yük arabasının, bünövrəyə betona qoymaq üçün hazırlanmış karkasın fotoşəklini Mətanətə göndərir. 04.05.2022 Mətanət-Telefona cavab vermirsiniz ustaların gəlməməsinin səbəbini soruşurdum Məhsul-Salam kürsü yekunlaşdı ustalar bir az olar çıxıblar, sabah taxta gələcək birdə sabah bayramdır ona görə daş gəlməyəcəkdir. -xx.xx.2022 Məhsul-Biz bu günnən başladıq, fundamenti ölçüb biçdik hazır etdik sabah qazıntıya başlayırıq, sabah layihəni götürəcəyik.Axşamınız xeyir bağışlayın narahat etdim mən təcili rayona çıxmalıyam ya sabah günortadan sonra yada birsüğün görüşərik üzürlü sayın amma mütləq getməliyəm. -Məhsulun şəxsiyyət vəsiqəsinin,tikinti materialları olan armaturların, karkas görüntüsü, fəhlələr fundamenti qazmalarının görüntüsünü Mətanətə göndərir. -Biz bu günnən başladıq, fundamenti ölçüb biçdik hazır etdik sabah qazıntıya başlayırıq, sabah layihəni götürəcəyik -Axşamınız xeyir bağışlayın narahat etdim mən təcili rayona çıxmalıyam ya sabah günortadan sonra yada birsüğün görüşərik üzürlü sayın amma mütləq getməliyəm. -Olsun işin avand olsun amma tapşır taxta gətirsinlər ki, ustalar pola taxtanı vurub sonra hörgüyə başlasınlar onu tapşır pəncərənin padvalda dəyişsinlər ustalar bilsinlər ki, nə gəldi iş görülmür sən gələnə qədər düzəliş etsinlər gecən xeyrə qalsın. xx.xx.2022-ci il Mətanət-Açarı gətir çatdır. Məhsul sarıqlı ayaq şəkli göndərib yazırmən qaçmıram heçara sadəcə yıxılmışam vəziyyətim pisdir.Nə olub nə baş verib bilmirəm amma dedim açarı versinlər sizə özümdə ayağa durub gəlib açot edərəm. xx.xx.2022-ci il Mətanət açarı istəyir, səs atıb gəlib açot etməsini deyir. Mətanət Məhsul ustalara inşa etdirdiyi vəziyyətdə evin video görüntüsünü çəkmişdir. Yeganə Hacıyevə istintaqa təqdim etdiyi sənədlərdən və bir ədəd diskdən görünür ki, 22 iyul 2021-ci il tarixli əmlak pay haqqı müqaviləsində X4 adına Abşeron rayonu, Xırdalan şəhərində inşa edilən MTK-ya məxsus C bloklu 3 saylı binanın 5-ci mərtəbəsindən sahəsi 58, 5 kv.m olan, iki otaqlı, 60 saylı yaşayış sahəsi ayrılmışdır. Təqsirləndirilən şəxs tərəfindən hazırlanmış 22 iyun 2022-ci il tarixli Təmir Xidmətlərinin göstərilməsinə dair müqavilədə Abşeron rayonu, Xırdalan şəhəri Xalq MTK məxsus C bloku 3 binada 5-ci mərtəbədə 58.5 kvadrat metr sahəsi oian 2 otaqlı Zərərçəkmiş şəxs3 mənzilində 1 ay 20 gün müddətində görülən təmir işlərinə 10 il zəmanətlə 9000 manata işləri tamamlayıb təhvil verməsini öhdəsinə götürmüşdür. Diskdə olan görüntüdə Zərərçəkmiş şəxs3 mənzilində Təqsirləndirilən şəxs hansı işləri gördürüb yarımçıq saxladığını və otaqlarda qalmış tikinti materiallarının görüntüsünü mobil telefonla çəkib diskə köçürməsi aydın olur. Təqsirləndirilən şəxsla Yeganə Hacıyevə arasında «WhatsApp» yazışmalarından görünür ki, Məhsul Yeganə xanıma sabah saat 6-da təmir edəcəyi evdə görüşmələrini və orada ödəniş etməsini yazır. Yeganə Hacıyevə isə sabah 2.500 manat pulu gətirib evdə verəcəyini deyir və işə başlayandan 15 gün sonra 3.000 manat da, ödəyəcəyini yazır. Məhsul onun təklifi ilə razılaşıb- tamam yazır.Məhsul xx.xx.2022-ci il tarixdə şəxsiyət vəsiqəsinin görüntüsünü Yeganəyə göndərir. Yeganə Məhsula yazır ki, təmir etdiyi evlərin nümunə üçün şəkillərini çəkmiş olar, həmin şəkilləri onun telefonuna göndərsin.Məhsul da Yeganənin mobil telefonuna ev şəkil atır. Yeganə sabah neçədə gedib evə baxmağı Məhsula yazır.Məhsul isə saat 4-də gedib baxmalarını yazır.Məhsul səs atıb müqaviləni hazırlatdığını deyir, növbəti dəfə Yeganə Məhsula yazaraq müqaviləni hazırlatmasını soruşur. Məhsul-hazırdır bəli. Bu həftə içində ofisə gələrsiniz amma biz materialı gətirərkən ödənişi etməlisiniz çünki biz beh vermişik materiallara.Elektrik malları, santexnik durbaları, alçipan və profillər, suvax materialları gələcək sabah.Depoyla danışdım sabah 6nın yarsı materiallar orda olacak.2-ci gündə ustalar işə başlayacak.Allahın izniylə 3 gün ərzində olocayık ondan sonra nə vaxt istəsəz ofisə buyurun mühüm dizaynı göstərərik, həm də, materialın nümunsini gətirərik ona baxıb seçərsiz ki, əgər qiymətlə razı olsanız mebeldə başlanılar təmir binənə kimi hazır olsun sabah amma ödəniş material gələnnən sonra. -Yeganə səs ataraq mənzilə getməsini deyir və 15 dəqiqəyə özü çatdığını yazır. Həmin yazışmalardan Təqsirləndirilən şəxs Yeganə Hacıyevə ilə təmir olunacaq mənzildə görüşmələri. Həmin ünvana tikinti materialları alıb gətirməsi və işə başlaması, Yeganənin mənzilinə kondisoner alması üçün Məhsula pul verməsi, Məhsulun malyar işini qurtarıb sahab alçipanı vurdurması, təxminən 10 günə evin aboyunu vuracağını deməsi, aboyun qiymətlərini Yeganəyə yazması, ondan əlavə pul istəyib kartına göndərməsini deməsi, ona taxta ev qapısının görüntüsünü göndərməsi öz əksini tapmışdır Məhkəmə tikinti-texniki ekspertizasının 26 oktyabr 2022-ci il tarixli 10/6621 nömrəli rəyinin nəticəsində göstərilmişdir: Qərarın birinci sualı üzrə: Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi döngə 23 ünvanında yerləşən 05 sot torpaq sahəsində 11 aprel 2022-ci il tarixli müqaviləyə əsasən Təqsirləndirilən şəxs briqadası tərəfindən aparılmış tikinti işlərinə sərf olunmuş tikinti materiallarının qiyməti( işçilik daxili) mövcud orta bazar qiymətinə uyğun olaraq təqribən 7984,3 manat təşkil edir. Qərarın ikinci sualı üzrə: Zərərçəkmiş şəxs3 Abşeron rayonu, Xırdalan şəhəri, Xalq MTK məxsus C bloklu 3 bina 5-ci mərtəbədə yerləşən mənzilində Təqsirləndirilən şəxs briqadası tərəfindən aparılmış təmir işlərinə sərt olunmuş tikinti materiallarının ( işçilik daxil), eləcə də mənzildə mövcud olan lakin istifadə olunmamış tikinti materiallarının qiyməti mövcud orta bazar qiymətinə uyğun olaraq təqribən 3416,1 manat təşkil edir. Məhkəmə qərarı əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən 22 may 2022ci il tarixli 9072 nömrəli məktubla alınmış 1 ədəd CD diski, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli BKC/LGL-8391/22 nömrəli məktubla alınmış 1 ədəd CD diski və "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli AZF/LGL-12103/22 nömrəli məktubla alınmış 1 ədəd CD diskində olan məlumatlara baxış keçirib müəyyən etdim ki, Zərərçəkmiş şəxs2 ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinəxx.xx.2021-ci il tarixdə saat19:42-də və saat 20:11-də telefon zəngləri olmuşdur. Bundan başqa xx.xx.2021-ci il tarixdə 2 dəfə, xx.xx.2021-ci il tarixdə 2 dəfə, xx.xx.2021-ci il tarixdə 4 dəfə,xx.xx.2022-ci il tarixdə 5 dəfəl2.01.2021-ci il tarixdə 2 dəfə qarşılıqlı zənglər olmuşdur. xx.xx.2021-ci il tarixdə 1 dəfə, xx.xx.2021-ci il tarixdə 3 dəfə, xx.xx.2021-ci il tarixdə 2 dəfə qarşılıqlı zənglər olmuşdur. Ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs Elzamimn oğlu zərərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 maddi zərərindən 2.650 manat, Zərərçəkmiş şəxs1 maddi zərərindən 500 manat, Zərərçəkmiş şəxs3 maddi zərərindən 1.000 manat pul ödəmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham aktında qeyd edilən əməl üzrə özünü qismən təqsirli bilməsi onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında ilkin ifadəsində verilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, sonradan əməlini tam etiraf etmişdir, ona görə bununla bağlı əlavə hüquqi qiymətləndirmə aparılması zərurəti qalmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi zərərçəkmiş şəxslərin və şahidin ifadələrinin, mütəxəssis rəyinin, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, mütəxəssis rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «İnsan Hüquqlarının və X7 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə mülki iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1.3-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmündə iddianın baxılmamış saxlanması səbəbləri göstərilir. Məhkəmə qeyd edir ki, mülki iddianın həll edilməsi məqsədilə digər sübutların toplanması üçün uzun zaman tələb olunduğuna görə qeyd edilən səbəbdən cinayət işinin məhkəmə baxışının qeyri-müəyyən müddətə uzanması təqsirləndirilən şəxsin ona elan olunmuş ittihama ağlabatan müddətdə baxılaraq, həll edilməsi barədə “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi ilə nəzərdə tutulmuş hüququnun pozulması ilə nəticələnə bilər. Odur ki, hazırki cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 16 mart 2022-ci il tarixli “Tikinti təmir xidmətlərinin göstərilməsinə dair müqavilə”,13 yanvar 2021-ci il tarixli “Tikinti xidmətlərinin göstərilməsinə dair müqavilə”, müqaviləyə əlavə olunmuş “Ödəniş cədvəli”, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 38.500 manat pulu "xxxx" ASC vasitəsilə ödəməsi barədə ödəniş qəbzi, 08 yanvar 2020-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsinə dair müqavilə”, 11 aprel 2022-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsinə dair müqavilə”, həmin müqavilənin son vərəqində Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixdə 1.000 manat, xx.xx.2022-ci il tarixdə 13.000 manat pulları alması barədə Təqsirləndirilən şəxs əlyazma qeydləri, 22 iyun 2022-ci il tarixli “Təmir-tikinti xidmətlərinin göstərilməsinə dair müqavilə”, iki ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, ona bu hüquqları izah edilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqi olması izah edilsin. İş üzrə maddi sübut qismində tanınmış 16 mart 2022-ci il tarixli “Tikinti təmir xidmətlərinin göstərilməsinə dair müqavilə”,13 yanvar 2021-ci il tarixli “Tikinti xidmətlərinin göstərilməsinə dair müqavilə”, müqaviləyə əlavə olunmuş “Ödəniş cədvəli”, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 38.500 manat pulu "xxxx" ASC vasitəsilə ödəməsi barədə ödəniş qəbzi, 08 yanvar 2020-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsinə dair müqavilə”, 11 aprel 2022-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsinə dair müqavilə”, həmin müqavilənin son vərəqində Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixdə 1.000 manat, xx.xx.2022-ci il tarixdə 13.000 manat pulları alması barədə Təqsirləndirilən şəxs əlyazma qeydləri, 22 iyun 2022-ci il tarixli “Təmir-tikinti xidmətlərinin göstərilməsinə dair müqavilə” cə "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli BKC/LGL-8391/22 nömrəli məktubla alınmış 1 ədəd CD diski və "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli AZF/LGL-12103/22 nömrəli məktubla alınmış 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın . İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 382 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Vaqif Həsənov