Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-226/2024 03.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Qurbanova Səkinə Nadir qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Zərdab rayonu, Bəyimli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, iki uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, azərbaycanlı, məhkumluğu omayan, Füzuli rayonu, Xanlar küçəsi, dalan-10, ev 7-A qeydiyyatda olub, Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyi bina 3, mənzil 30-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyində 8 nömrəli binanın qarşısında etibarnamə əsasında BA403734 nömrəli, B1B dərəcəli sürücülük vəsiqəsi ilə idarə etdiyi “Hyundai Accent” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə məcburi köçkünlər şəhərciyi, 8-ci binanın qarşısından 10-cu bina istiqamətinə hərəkətdə olan zaman “ Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olsa da piyada hərəkətdə olan Zərərçəkmiş şəxs avtomobillə vuraraq Zərərçəkmiş şəxs sol baldır sümüklərinin yerdəyişmiş qapalı sınıqları ilə nəticələnən az ağır xəsarət yetirmişdir. Bundan başqa o, həmin yol nəqliyyat hadisəsini törətdikdən sonra “Yol- hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı, nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “X9” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı olduğu halda buna əməl etməyərək yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunan ittihamda özünü təqsirli bilmədi, izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 19:30 radələrində Zəngilan polis şöbəsindən ona zəng edib demişlər ki, yaşadığı qəsəbədə azyaşlı uşağı avtomobillə vurub xəsarət yetiriblər, həmin uşağı onun vurmağı ehtimal edilir. Polis şöbəsinə gəlmiş, polis şöbəsində ona demişlər ki, 8 nömrəli binanın qarşısında Tuncay adlı uşağı ağ rəngli avtomobil vurub, həmin uşağı onun vurduğu ehtimal edilir. 8 nömrəli binanın qarşısından avtomobil ilə keçdiyini, lakin heç bir uşağı vurmadığını demişdir. Anası tərəfdən zərərçəkənin ailəsinə pul maddi yardımı edilmişdir.Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri üzrə elan olunan ittiahamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “Hyundai Accent” markalı, ** PD *** dövlət nömrə nişanlı avtomobili var. xx.xx.2023-cü il tarixdə saat 18:40-da həmin avtomobili ilə anası və uşaqları ilə birlikdə Bakı şəhərinə getmək üçün evdən çıxıb avtomobili idarə edib yaşadığı şəhərcikdən çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 19:30 radələrində Zəngilan polis şöbəsindən ona zəng edib demişlər ki, yaşadığı qəsəbədə azyaşlı uşağı avtomobillə vurub xəsarət yetiriblər, həmin uşağı onun vurmağı ehtimal edilir. Polis şöbəsinə gəlmiş, polis şöbəsində ona demişlər ki, 8 nömrəli binanın qarşısında Tuncay adlı uşağı ağ rəngli avtomobil vurub, həmin uşağı onun vurduğu ehtimal edilir. 8 nömrəli binanın qarşısından avtomobil ilə keçdiyini, lakin heç bir uşağı vurmadığını demişdir. Avtomobili Zəngilan Rayon Polis Şöbəsinin dayanacağına yerləşdirilmiş, daha sonra isə polis şöbəsində sərxoşluq müayinəsindən keçməyi bildirilmiş, sərxoşluq müayinəsindən keçmişdir. Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyindən 8 nömrəli binanın qarşısından avtomobili ilə xx.xx.2023cü il tarixdə saat 18:50 radələrində keçmiş, məcburi köçkülər şəhərciyindən çıxıb getdiyi üçün 10 nömrəli bina istiqamətində avtomobili idarə etmiş, həmin səbəbdən də hərəkətdə olan zaman 8 nömrəli bina sol tərəfində olmuşdur. Həmin yerdən keçən zaman avtomobili təxminən 30-40 km/saat sürətlə idarə etmişdir. 8 nörməli binanın qarşısından keçən zaman binanın qarşısında adamlar olmuş, lakin həmin adamların kim olmasını bilmir. xx.xx.2023-cü il tarixdə saat 18:40 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyində 8 nömrəli binanın qarşısından keçən zaman Zərərçəkmiş şəxs avtomobillə vurmamışdır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış və görməmişdir. Zərərçəkmiş şəxs dəymiş ziyanı ondan xəbərsiz anası ödəmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkən Zərərçəkmiş şəxs qanuni nümayəndəsi və eyni zamanda iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyi, bina 8, mənzil 31-da yaşayır. Zərərçəkmiş şəxs onun oğludur. xx.xx.2023-cü il tarixdə saat 18:50 radələrində evdə mətbəxdə olan zaman küçədən yüksək sürətlə avtomobil keçdiyini, daha sonra isə uşaq qışqırması səsini eşidib evdən küçəyə çıxmışdır. Küçəyə çıxan zaman görmüşdür ki, qonşular binanın qarşısında toplanmışlar. Həmin yerə yaxınlaşan zaman görmüşdür ki, qonşu blokda yaşayan Zamin oğlu Tuncayı qucağına almış, həmin yerə yaxınlaşan zaman Zamin Tuncayı onun qucağına vermiş və demişdir ki, binanın qarşısından keçən avtomobil Tuncayı vurub xəsarət yetirib. Həmin vaxt çox həyəcanlanmış və Tuncayı evinə aparmışdır. Tuncayı evə apardıqdan sonra 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonradan polis əməkdaşları gəlib araşdırma aparmışlar. Daha sonra X9 gəlib Tuncayı Abşeron RMX-na aparmışlar. Tuncayı vuran avtomobili özü görməmişdir. Tuncay vurulduqdan sonra küçəyə çıxan zaman qonşular ona demişlər ki, Tuncayı vuran avtomobil ağ rəngli avtomobil olub, avtomobili qara saçlı qadın idarə etmişdir. Həmçinin qonşu binada yaşayan Nizami adlı şəxs ona demişdir ki, Tuncayı vurub gedən avtomobili gedən zaman görüb, həmin avtomobil “Hyundai Accent” markalı ** PD *** dövlət nömrə nişanlı avtomobil olmuş, avtomobili qadın idarə etmişdir. “Hyundai Accent” markalı ** PD *** dövlət nömrə nişanlı avtomobili sürən qadını əvvəllər bir neçə dəfə yaşadıqları şəhərcikdə yüksək sürətlə avtomobil sürməsini görümüş, lakin həmin qadınla əvvəllər heç bir yaxınlıqları olmamışdır. Həmin avtomobili idarə edən Təqsirləndirilən şəxs adlı qadın və anası bir neçə dəfə sonradan xəstəxanaya Tuncayın yanına gəlmişlər. Təqsirləndirilən şəxs anası tərəfindən dəymiş ziyan olaraq ona 7000 manat pul verilmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyi, bina 8, mənzil 31-da anası ilə birlikdə yaşayır.24 may 2023cü il tarixdə saat 19 radələrində yaşadıqları 8 nömrəli binanın qarşı tərəfində olan yolu bağ tərəfdən bina tərəfə piyada keçmək istəmişdir. Yolu keçmək istəyən zaman sol tərəfindən gələn ağ rəngli avtomobil sol ayağından vurmuş, ayağı burxularaq yerə yıxılmış, avtomobilin sağ qabaq təkəri ayağının üstündən keçərək getmişdir. Həmin vaxt üzü üstə yerə yıxılmış, ayağa durmaq istəyən zaman sol ayağının əzildiyini görmüş və ayağa dura bilməmişdir. Qorxub qışqırıb ağlamış və həmin vaxt orda olan qonşular yanına gəlmişlər. Qonşu Zamin onu qucağına almış, daha sonra anası həmin yerə gələrək onu qucağında evə aparmışdır. Onu vuran avtomobil ağ rəngli “Hyundai” markal avtomobil olmuş, axra hissəsində “H” hərfi yazılmışdı. Lakin həmin avtomobili sürən şəxsi görməmişdir. O, 8 nömrəli binanın qarşısında ağaclıq olan hissədən bina tərəfə düz hərəkət edərək yolu qısa addımlarla, yavaş sürətlə keçmək istəmişdir. Həmin vaxt yolda və yolun kənarında başqa avtomobil olmamışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyi, bina 8, mənzil 39-da yaşayır. Zərərçəkmiş şəxs onunla eyni binanın 3-cü blokunda anası ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə blokun qarşısında qonşularla söhbət edən zaman binanın qarşısında olan avtomobil yolundan ağ rəngli avtomobil bir qədər yüksək sürətlə keçmişdir. Həmin vaxt qonşu Çimnaz demişdir ki, avtomobil binanın qarşısından sürətli keçdiyi üçün kimisə vuracaq. Həmin avtomobil 8 nömrəli binanın 4-cü blokunun qarşısından keçdikdən sonra uşaq qışqırması səsi eşidib oturduqları yerdən durub həmin yerə getmişlər. Həmin yerə gedən zaman Tuncayı yerdə oturaq vəziyyətdə görmüş, Tuncay və orda olanlar demişlər ki, Tuncayı yanlarından keçən ağ rəngli avtomobil vurmuşdur. Həmin vaxt orda olan Zamin adlı qonşu Tuncayın ayağının qırıldığını görüb onu qucağına almış, daha sonra isə həmin yerə gələn Tuncayın anası Sevdaya vermişdi. Sevda Tuncayı evinə aparmışdır. Həmin avtomobil Tuncayı vuran zaman görməmiş, avtomobil Tuncayı vurub getdikdən sonra Tuncayın səsinə həmin yerə getmişdir. Zərərçəkmiş şəxs avtomobil xx.xx.2023-cü il tarixdə saat 18:50 radələrində vurmuşdur. Həmin avtomobil ağ rəngli olmuş, avtomobilin dövlət nömrə nişanını görə bilməmişdir. Avtomobil markalarını bilmədiyi üçün hansı markalı olduğun bilmir, lakin həmin avtomobili görsə tanıya bilər. Həmin avtomobili idarə edən şəxsin üzünü görə bilmədiyi üçün kim olduğunu bilməmiş, lakin həmin avtomobili qara saçlı qadın idarə edirmiş. Həmin qadının üzünü görə bilmədiyi üçün ona təqdim edilsə tanıya bilməyəcək. Həmin vaxt ordan yalnız ağ rəngli avtomobil keçmiş, başqa avtomobil keçməmişdir. Zərərçəkmiş şəxs vuran avtomobil 8-ci binanın 1-ci blokundan 4-cü bloku istiqamətində hərəkətdə olmuşdur. Zərərçəkmiş şəxs vurulduğu yerdə, yolun kənarında başqa avtomobil olmamışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyi, bina 8, mənzil 42də yaşayır. Zərərçəkmiş şəxs tanıyır, qonşusu Şahid1 oğludur. xx.xx.2023-cü il tarixdə yaşadığı 8 nömrəli binanın 3-cü blokunun qarşısında qonşularla söhbət edən zaman irmişlər binanın qarşısında olan avtomobil yolundan yüksək sürətlə ağ rəngli avtomobil keçmiş, həmin avtomobilə baxıb demişdir ki, bu sürətlə gedirsə kimisə vuracaq. Həmin avtomobil 4-cü blokun qarşısından keçdikdən sonra Tuncayın qışqırıb ağlamağın eşitmiş, onun yanına getmişdir. Həmin vaxt Tuncay yola yıxılmış vəziyyətdə olmuş, orda olanlar və Tuncay demişdir ki, həmin ağ rəngli avtomobil Tuncayı vurub getmişdir. Məhluqə adlı qonşu Tuncayı yerdən qaldırmaq istəmiş, həmin vaxt görmüşlər ki, Tuncayın sol ayğında xəsarətlər var. Tuncayı qonşu Zamin götürmüş, sonra isə anası gəlib evinə aparmışdır. Həmin avtomobil Tuncayı vuran zaman o görməmiş, avtomobil Tuncayı vurub getdikdən sonra Tuncayın səsinə həmin yerə getmişdir. O, gedən zaman Tuncay yerdə yıxılı vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs avtomobil xx.xx.2023-cü il tarixdə saat 18:50 radələrində 8 nömrəli binanın 4-cü blokunun qarşısında vurmuşdur. Həmin avtomobil ağ rəngli avtomobil olmuş, avtomobil markaların yaxşı bilmədiyi üçün hansı markalı olduğun bilmir. Avtomobili yan hissədən gördüyü üçün dövlət nömrə nişanın görə bilməmişdir. Həmin avtomobili görsə tanıya bilər. Həmin avtomobili idarə edənin qara saçlı qadın olduğunu görmüş, lakin üz hissəsini görə bilmədiyi üçün kim olduğunu bilməmişdir. Həmin vaxt ordan yalnız ağ rəngli avtomobil keçmiş başqa avtomobil keçməmişdir. Zərərçəkmiş şəxs vuran avtomobil bağça tərəfdən gəlmiş 10 nömrəli bina istiqamətində getmişdir. Zərərçəkmiş şəxs vurulduğu yerdə, yolun kənarında başqa avtomobil olmamışdır. Hətda avtomobil dayanacaq yerində də avtomobil olmamışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyi, bina 11, mənzil 36da ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhəriciyində 8 və 11-ci binaların orta hissəsində dayanıb atasını gözləyən zaman “Hyundai Accent” markalı avtomobil yüksək sürətlə hərəkət edərək getmişdir. Həmin avtomobilin şəhərcikdə bir qədər yüksək sürətlə sürməsinə təəccüblənmiş və avtomobil keçib gedən zaman görmüşdür ki, yolda olan adamlar ondan təxminən 50 metr qabağa gedirlər. O, da həmin yerə getdikdə görmüşdür ki, tanıdığı Tuncay adlı uşaq Zamin adlı tanıdığı şəxsin qucağındadır. Nə olduğunu soruşan zaman orda olanlar demişlər ki, Tuncayı ağ rəngli avtomobil vurmuş və avtomobili saxlamadan getmişdir. Sonra həmin uşağı anası xəstəxanaya aparmışdır. Həmin avtomobil ağ rəngli “Hyundai Accent” markalı **-PD-*** dövlət nömrə nişanlı avtomobil olmuşdur. Həmin avtomobili qadın idarə etmiş, sürətlə keçib getdiyi üçün üzünü görə bilməmişdir. Onunla Tuncayın avtomobillə vurulduğu yerin arasında olan məsafə təxminən 50 metr olmuşdur. Tuncayın vurulduğu istiqamətdən həmin vaxt ağ rəngli “Hyundai Accent” markalı, **-PD-*** dövlət nömrə nişanlı həmin avtomobil hərəkətdə olmuş, başqa avtomobil olmamışdır. Tuncayın vurulduğu yerdən hərəkətdə olan avtomobillər onun dayandığı yerdən gəlib keçir, başqa yol yoxdur. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 19:00 radələrində işdən evə qayıdan zaman ailə üzvlərinin Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyi, 8 nömrəli binanın qarşısında həyətdə oturacaqda oturduqlarını görüb onlara yaxınlaşıb söhbət etmişdir. Söhbət edərkən ondan təxminən 4-5 metr kənarda uşaq qışqırdığını eşitdim və həmin uşağa yaxınlaşmışdır. Həmin vaxt orda olan insanlar uşağı yoldan keçən ağ rəngli avtomobilin vurduğunu demişlər. Həmin uşağa yaxınlaşan zaman görmüşdür ki, uşağın sol ayağı qırılıb. Uşağın ayağını düzəldib qucağına almış və həmin vaxt ora gələn anasına vermişdir. Sonradan öyrənmişdir ki, həmin uşaq qonşu blokda yaşayan Tuncay adlı uşaqdır. Tuncayı avtomobil vuran zaman üzü əks tərəfə dayandığı üçün hansı avtomobilin və necə vurmasını görməmiş, lakin orda olub həmin hadisəni gərənlər demişlər ki, ağ rəngli avtomobil Tuncayı vurub. Sonradan həmin yerə gələn Nizami adlı şəxs demişdir ki, Tuncayı vurub gedən avtomobili görüb, həmin avtomobil “Hyunadı Aksent” markalı avtomobil olub. Həmin vaxt Nizami avtomobilin nörməsin də demiş, lakin nömrə yadında qalmamışdır. Həmin vaxt orda yol boş olmuş, orda başqa avtomobil görməmişdir. Zərərçəkmiş şəxs vuran avtomobil 8-ci binanın 1-ci blokundan 4-cü bloku istiqamətində hərəkətdə olmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi dair xx.xx.2023-cü il tarixli 3344 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti yoxdur. 26 May 2023-cü il tarixli yol-nəqliyyatı hadisəsi yerinə baxış keçirilməsi protokolundan görünür ki, hadisə yeri Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyi, 8-ci binanın 4-cü blokunun qarşısında olan olan küçədir. Yolun hərəkət hissəsi düzdür, yolun örtüyü asfalt betondur, yol qurudur, yol örtüyünün eni 6 metrdir, hərəkət zolaqların sayı 1 -dir, hərəkət hissəyə sağdan ağaclıq sahə, soldan səki birləşir, yol boyu qarşılıqlı hərəkət mövcuddur. Şahidin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid4 ifadəsinin düzgünlüyünü müəyyən etmək və ya dəqiqləşdirmək məqsədilə onun ifadəsi xx.xx.2023-cü il tarixdə saat 11:20-dən 12:15-dək Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyi, 8, 10 və 11-ci nömrəli binaların yanında yoxlanılmışdır. Həmin protokoldan görünür ki, Zərərçəkmiş şəxs avtomobil vuran zaman Şahid4 Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyi, 8 nömrəli binanın arxa hissəsi və 11 nömrəli binanın qarşı hissəsində olan iydə ağacının yanında dayanmış, onun dayandığı yer ilə Zərərçəkmiş şəxs avtomobil vurduğu yerin arasında olan məsafə 52 metrdir, 8 nömrəli binanın qarşısından keçən avtomobillər onun dayandığı yerdən keçib getmək imkanı vardır, şəhərciyi tərk etmək üçün başqa avtomobil yolu yoxdur. Zərərçəkmiş şəxs vurulduğu vaxt həmin yerdə “Hyundai Accent” markalı, **-PD-*** dövlət nömrə nişanlı həmin avtomobil hərəkətdə olmuş, başqa avtomobil olmamışdır. Avtomobilin tanınmasının aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 tanıması üçün ağ “Hyundai Accent” markalı ** PD *** dövlət nömrə nişanlı avtomobillə birlikdə ağ rəngli “Hyundai Sonata” və ağ rəngli “Nissan Sanny” markalı avtomobillər təqdim edilmiş, Şahid2 təqdim edilən avtomobilləri nəzərdən keçirib Zərərçəkmiş şəxs vurub gedən avtomobilin 1 nömrə ilə nömrələnmiş ağ rəngli “Hyundai Accent” markalı ** PD *** dövlət nömrə nişanlı avtomobil olduğunu, həmin avtomobili güzgülərindən, şüşələrindən və görünüşündən tanıdığını bildirmişdir. Avtomobilin tanınmasının aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid3 tanıması üçün ağ rəngli “Hyundai Accent” markalı ** PD *** dövlət nömrə nişanlı avtomobillə birlikdə ağ rəngli “Hyundai Sonata” və ağ rəngli “Nissan Sanny” markalı avtomobillər təqdim edilmiş, Şahid3 təqdim edilən avtomobilləri nəzərdən keçirib Zərərçəkmiş şəxs vurub gedən avtomobilin 1 nömrə ilə nömrələnmiş ağ rəngli “Hyundai Accent” markalı ** PD *** dövlət nömrə nişanlı avtomobil olduğunu, həmin avtomobili görünüşündən tanıdığını bildirmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1061 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində, yəni sol baldır sümüklərinin yerdəyişmiş qapalı sınıqları bərk küt əşyanın təsirindən törənmişlər, yetirilmə müddəti zərərçəkənin göstərdiyi xx.xx.2023-cü il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə Ekspertiza Mərkəzindən təqdim edilmiş xx.xx.2023-cü il 8/2068 nömrəli ekspert rəyindən görünür ki, “Hyundai Accent” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənmin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbayacn Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İşin materiallarından görünür ki, Şahid1 xx.xx.2023-cü il tarixdə ərizə ilə Rayon Polis Şöbəsinə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş 7000 manat ziyanı ödəyib, Təqsirləndirilən şəxs ilə barışmışlar, ondan heç bir şikayətləri, tələbləri və iddiaları yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törədilməsində təqsirliliyi iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokol, şahidin ifadəsinin yerində yoxlanılması barədə xx.xx.2023-cü il tarixli protokol, avtomobilin tanınmasının aparılması barədə xx.xx.2023-cü il tarixli protokollar, MTE və PA ETT Birliyinin Abşeron rayon şöbəsindən təqdim edilmiş 1061 nömrəli ekspert rəyi, Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 27 iyul 2023-cü il tarixli 8/2068 nömrəli ekspert rəyi ilə Təqsirləndirilən şəxs CM-in 263.1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayəti əməlini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan edilən ittihamda özünü təqsirli bilməməsinə məhkəmə özünü müdafiə xarakteri kimi qiymət verir.Həmçinin, göründüyü kimi Təqsirləndirilən şəxs anası tərəfindən zərərçəkənin ailəsinə 7000 manat məbləğində maddi yardım da ödənilmişdir.Zərərçəkənin təqsirləndirilən şəxsə qarşı hazırda şikayəti, tələbi yoxdur. Eyni zamanda Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək ona qarşı verilən ittiahmla razı olmadığını, ancaq zərərçəkənin onunla barışması ilə razı olduğunu bildirmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsin nümayəndəsini,şahidləri, dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.1 maddəsi üzrə cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd ediləndərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.1 maddəsi üzrə cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 264-cü maddəsi üzrə üzrə təqsirliliyi tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünürki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 adlı iki azyaşlı uşağı vardır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində Rəhimə və Nurlan adlı iki azyaşlı uşaqlarının olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini böyül ictimai təhlükə törətməyən cinayət olmasını, təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və təyin edilmiş cəzanın məhkumun islah edilməsinə nail olmasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini,cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halın olmamasını, onun müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və təyin edilmiş cəzanın məhkumun islah edilməsinə nail olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 264-cü maddəsinin sanksiyası həddində müəyyən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Masazır qəsəbəsi,məcburi köçkünlər şəhərciyi bina 3, mənzil 30 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 346.1 və 346.1.2-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin hissədə xitam verilsin, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinsin ona, 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Masazır qəsəbəsi,məcburi köçkünlər şəhərciyi bina 3, mənzil 30 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza xərci olan 85 manat pul Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialları və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-226/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-226/2024
03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver