Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-226/2025 24.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X11 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırrdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Göyçay rayonu, Bığır kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 bacısı oğlu X2 Hallar Nazirliyinin Qax rayonunda yerləşən Yanğından Mühafizə Xidmətinə işə düzəldəcəyinə dair yalan verib aldadaraq 2022-ci ilin avqust ayında ünvan 2 ünvanda yerləşən Azərbaycan Respublikası FHN-nin inzibati binasının qarşısında 380 manat pulunu, 2022ci ilin avqust ayından 07 noyabr 2022-ci il tarixə qədər olan müddət ərazində isə Zərərçəkmiş şəxs3 Qax rayonu, Qıpçaq kəndindəki Uğur adlı marketdə yerləşən “eManat” və “Expressbank” ödəmə terminalları vasitəsi ilə hissə-hissə ona göndərdiyi 2620 manat pul vəsaitini vahid niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 3000 manat maddi ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən əvəzsiz və qanunsuz olaraq özgə əmlakını ələ keçirmək niyyəti ilə özünü Azərbaycan Respublikasının Mənzil X7 işçisi qismində təqdim edərək əslində qeyd edilən Agentlik ilə hər hansı əlaqəsi olmadan vədinə əməl etmək niyyətində olmayaraq Zərərçəkmiş şəxs1 “MİDA” vasitəsi ilə Bakı şəhəri ərazisində güzəştli şərtlərlə mənzil verdirəcəyini yalan vəd verib adlatma və etibardan sui-istiladə etmə yolu ilə Zərərçəkmiş şəxs1 inandırmaqla görməyi vəd etdiyi işin müqabilində ilkin sənədləşmə adı ilə xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC-yə aid 4127*****5637 saylı kart hesabından sonuncunun istifadəsində olan mobil telefonun “ABB mobile” mobil tətbiqi vasitəsi ilə 295 manat, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC-yə aid 4127*****5637 saylı kart hesabından sonuncunun istifadəsində olan mobil telefonun “ABB mobile” mobil tətbiqi vasitəsi ilə 68 manat, 21,06.2023-cü il tarixdə saat 16:14-də Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC-yə aid 4127*****5637 saylı kart hesabından sonuncunun istifadəsində olan mobil telefonun “ABB mobile” mobil tətbiqi vasitəsi ilə 44 manat, xx.xx.2023-cü il tarixdə saat 16:31-də Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC-yə aid 4127*****5637 saylı kart hesabından sonuncunun istifadəsində olan mobil telefonun “ABB mobile” mobil tətbiqi vasitəsi ilə 20 manat, xx.xx.2023-cü il tarixdə saat 15:58-də Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC-yə aid 4127*****5637 saylı kart hesabından sonuncunun istifadəsində olan mobil telefonun “ABB mobile” mobil tətbiqi vasitəsi ilə 200 manat, xx.xx.2023-cü il tarixdə saat 16:44-də Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC-yə aid 4127*****5637 saylı kart hesabından sonuncunun istifadəsində olan mobil telefonun “ABB mobile” mobil tətbiqi vasitəsi ilə 38 manat, xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu, S.Ə.Şirvani küçəsində yerləşən “Milliön” ödəmə terimanlından 204 manat, xx.xx.2023-cü il tarixdə Göyçay şəhəri, H,əliyev prospektində yerləşən “Bolluq” marketdə olan “mpay” ödəmə terminalından 300 manat, xx.xx.2023-cü il tarixdə Göyçay şəhəri, H.Əliyev prospektində yerləşən “Bolluq” marketdə olan “mpay” ödəmə terminalından 127 manat, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC-yə aid 4127*****5637 saylı kart hesabından sonuncunun istifadəsində olan mobil telefonun “ABB mobile” mobil tətbiqi vasitəsi ilə 64 manat, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC-yə aid 4127*****5637 saylı kart hesabından sonuncunun istifadəsində olan mobil telefonun “ABB mobile” mobil tətbiqi vasitəsi ilə 297 manat, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC-yə aid 4127*****5637 saylı kart hesabından sonuncunun istifadəsində olan mobil telefonun “ABB mobile” mobil tətbiqi vasitəsi ilə 40 manat, xx.xx.2023-cü il tarixdə saat 18:26-da Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC-yə aid 4127*****5637 saylı kart hesabından sonuncunun istifadəsində olan mobil telefonun “ABB mobile” mobil tətbiqi vasitəsi ilə 73 manat, xx.xx.2023-cü il tarixdə saat 22:22-də Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC-yə aid 4127*****5637 saylı kart hesabından sonuncunun istifadəsində olan mobil telefonun “ABB mobile” mobil tətbiqi vasitəsi ilə 11 manat, 21,07.2023-cü il tarixdə Göyçay şəhəri, H.Əliyev prospektində yerləşən “Bolluq” marketdə olan “Milliön” ödəmə terminalından 250 manat, cü il tarixdə saat 16:01-də Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC-yə aid 4127*****5637 saylı kart hesabından sonuncunun istifadəsində olan mobil telefonun “ABB mobile” mobil tətbiqi vasitəsi ilə 258 manat, xx.xx.2023-cü il tarixdə saat 17:57-də Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC-yə aid 4127*****5637 saylı kart hesabından sonuncunun istifadəsində olan mobil telefonun “ABB mobile” mobil tətbiqi vasitəsi ilə 23 manat və xx.xx.2023-cü il tarixdə Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən Qoşqar” marketdə olan “Milliön” ödəmə terminalından 20 manat pul vəsaitini özünə məxsus "xxxx" ASC-yə aid olan 4169-7388-2614-0638 nömrəli kart hesabına göndərtməklə ümumilikdə Zərərçəkmiş şəxs1 2332 (iki min üç yüz otuz iki) manat pulunu vahid niyyətlə hissə-hissə ələ keçirib aldığı pulun qarşılığında verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən əvəzsiz və qanunsuz olaraq özgə əmlakını ələ keçirmək niyyəti ilə özünü Azərbaycan Respublikasının Mənzil X7 işçisi qismində təqdim edərək əslində qeyd edilən Agentlik ilə hər hansı əlaqəsi olmadan vədinə əməl etmək niyyətində olmayaraq Zərərçəkmiş şəxs2 “MİDA” vasitəsi ilə Bakı şəhəri ərazisində güzəştli şərtlərlə mənzil verdirəcəyini yalan vəd verib adlatma və etibardan sui-istiladə etmə yolu ilə Zərərçəkmiş şəxs2 inandırmaqla görməyi vəd etdiyi işin müqabilində ilkin sənədləşmə adı ilə xx.xx.2023-cü il tarixdə Göyçay şəhəri, Z.A.Tağıyev küçəsində yerləşən “Bizim Market” mağazasında olan “eManat” ödəmə terminalından 170 manat, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC- yə aid 416973*****0638 saylı kart hesabından sonuncunun istifadəsində olan mobil telefonun “Birbank” mobil tətbiqi vasitəsi ilə 125 manat, xx.xx.2023-cü il tarixdə Göyçay şəhəri, Z.A.Tağıyev küçəsində yerləşən “Bizim Market” mağazasında olan “eManat” ödəmə terminalından 68 manat, xx.xx.2023-cü il tarixdə saat 11:56-da Göyçay şəhəri, Z.A.Tağıyev küçəsində yerləşən “Bizim Market” mağazasında olan “eManat” ödəmə terminalından 62 manat, xx.xx.2023-cü il tarixdə saat 15:36-da Göyçay şəhəri, Z.A.Tağıyev küçəsində yerləşən “Bizim Market” mağazasında olan “eManat” ödəmə terminalından 200 manat, xx.xx.2023-cü il tarixdə Göyçay şəhəri, Z.A.Tağıyev küçəsində yerləşən “Bizim Market” mağazasında olan “eManat” ödəmə terminalından 204 manat, xx.xx.2023-cü il tarixdə Göyçay şəhəri, Z.A.Tağıyev küçəsində yerləşən “Bizim Market” mağazasında olan “eManat” ödəmə terminalından 150 manat, 01,07.2023-cü il tarixdə Göyçay şəhəri, Z.A.Tağıyev küçəsində yerləşən “Bizim Market” mağazasında olan “eManat” ödəmə terminalından 127 manat, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC-yə aid 416973*****0638 saylı kart hesabından sonuncunun istifadəsində olan mobil telefonun “Birbank” mobil tətbiqi vasitəsi ilə 250 manat, 11,07.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC-yə aid 416973*****0638 saylı kart hesabından sonuncunun istifadəsində olan mobil telefonun “Birbank” mobil tətbiqi vasitəsi ilə 50 manat, xx.xx.2023-cü il tarixdə Göyçay şəhəri, Z.A.Tağıyev küçəsində yerləşən “Bizim Market” mağazasında olan “eManat” ödəmə terminalından 250 manat, xx.xx.2023-cü il Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC-yə aid 416973*****0638 saylı kart hesabından sonuncunun istifadəsində olan mobil telefonun “Birbank” mobil tətbiqi vasitəsi ilə 70 manat, xx.xx.2023-cü il tarixdə saat 12:34-də Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC-yə aid 416973*****0638 saylı kart hesabından sonuncunun istifadəsində olan mobil telefonun “Birbank” mobil tətbiqi vasitəsi ilə 255 manat, xx.xx.2023-cü il tarixdə saat 15:05-də Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC-yə aid 416973*****0638 saylı kart hesabından sonuncunun istifadəsində olan mobil telefonun “Birbank” mobil tətbiqi vasitəsi ilə 33 manat, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC-yə aid 416973*****0638 saylı kart hesabından sonuncunun istifadəsində olan mobil telefonun “Birbank” mobil tətbiqi vasitəsi ilə 20 manat, xx.xx.2023cü il tarixdə 19:59-da Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC-yə aid 416973*****0638 saylı kart hesabından sonuncunun istifadəsində olan mobil telefonun “Birbank” mobil tətbiqi vasitəsi ilə 275 manat, xx.xx.2023-cü il tarixdə saat 20:31-də Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC-yə aid 416973*****0638 saylı kart hesabından sonuncunun istifadəsində olan mobil telefonun “Birbank” mobil tətbiqi vasitəsi ilə 35 manat, xx.xx.2023cü il tarixdə saat 13:33-də Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC-yə aid 416973*****0638 saylı kart hesabından sonuncunun istifadəsində olan mobil telefonun “Birbank” mobil tətbiqi vasitəsi ilə 20 manat, xx.xx.2023-cü il tarixdə saat 13:36-da Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC-yə aid 416973*****0638 saylı kart hesabından sonuncunun istifadəsində olan mobil telefonun “Birbank” mobil tətbiqi vasitəsi ilə 35 manat, 01,09.2023cü il tarixdə saat 20:11-də .Mehdiyə məxsus "xxxx" ASC-yə aid 416973*****0638 saylı kart hesabından sonuncunun istifadəsində olan mobil telefonun “Birbank” mobil tətbiqi vasitəsi ilə 25 manat, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC-yə aid 416973*****0638 saylı kart hesabından sonuncunun istifadəsində olan mobil telefonun “Birbank” mobil tətbiqi vasitəsi ilə 40 manat, xx.xx.2023-cü il tarixdə saat 10:57-də Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC-yə aid 416973*****0638 saylı kart hesabından sonuncunun istifadəsində olan mobil telefonun “Birbank” mobil tətbiqi vasitəsi ilə 25 manat, xx.xx.2023-cü il tarixdə saat 10:59-da Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC-yə aid 416973*****0638 saylı kart hesabından sonuncunun istifadəsində olan mobil telefonun “Birbank” mobil tətbiqi vasitəsi ilə 10 manat, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC-yə aid 416973*****0638 saylı kart hesabından sonuncunun istifadəsində olan mobil telefonun “Birbank” mobil tətbiqi vasitəsi ilə 25 manat pul vəsaitini özünə məxsus "xxxx" ASC-yə aid olan 4169-7388-2614-0638 nömrəli kart hesabına göndərtməklə ümumilikdə Zərərçəkmiş şəxs2 2524 (iki min beş yüz iyirmi dörd) manat pulunu vahid niyyətlə hissə-hissə ələ keçirib aldığı pulun qarşılığında verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək dələduzluq etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Göyçay şəhərində yerləşən bazarın yaxınlığında və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı 1) daxil edilmiş, bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, təmiz çəkisi 0,338 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manat müqabilində əldə edib üzərində qohumlarının yaşadığı Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti, Kristal Abşeron-2 yaşayış kompleksinin yaxınlığına daşıyaraq saxlamış, 05 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Xırdalan şəhəri, H.Əliyev prospekti, Kristal Abşeron-2 yaşayış kompleksinin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilmiş, orada həmin gün saat 17:30-dan 17:38-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara cins şalvarının sağ yan cibindən həmin 0,338 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü həmin 178.2.2-ci maddəsi üzrə təqsirli bilmiş və 234.1-ci maddəsi üzrə isə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayının əvvəlləri o, Fövqaladə Hallar Nazirliyinin inzibati binasının qaraj hissəsinin qarşısında dayanmış və Fövqaladə Hallar Nazirliyinin inzibati binasının qarşısında bir nəfər şəxsin dayandığını görmüşdür. O, həmin şəxsdən nazirliyin qarşısında durmağının səbəbini soruşmuşdur. Həmin şəxs ona bacısı oğlunu işə düzəltmək istədiyini bildirmişdir. Həmin şəxs özünü ona Zərərçəkmiş şəxs3 kimi təqdim etmişdir. O, özünü Elxana Təqsirləndirilən şəxs kimi təqdim etmiş və yalandan nazirliyin işçisi olduğunu bildirmişdir. O, Elxana yalandan kömək edə biləcəyini bildirib bacısı oğlunu Qax rayonunda yanğından mühavizə xidmətinə işə düzəldə biləcəyini, lakin bunun müqabilində ilkin olaraq 3000 manat pul lazım olduğunu, işin tam həllini tapdıqdan sonra isə əlavə olaraq 4000 manat verməli olduğunu bildirmişdir. Elxan onunla razılaşmış və o, Elxanın telefon nömrəsini götürüb ayrılmışdır. Bundan sonra o, Elxanla telefon vasitəsi ilə əlaqə saxlamağa başlamışdır. O, Elxana ilkin sənədləşmə işlərini başlamaq üçün pul lazım olduğunu bildirmişdir. 2022-ci ilin avqust ayında o, Elxanla Yasamal rayonu ərazisində yerləşən Fövqaladə Hallar Nazirliyinin yaxınlığındakı kafedə görüşmüş və orada Elxan ona 380 manat pul vermişdir. Bundan sonra isə Elxan onun hazırda xatırladığı bank kartına müxtəlif vaxtlarda pul göndərmişdir. Sonuncu dəfə isə Elxan ona 5 manat pul göndərmişdir. Ümumilikdə o, Elxandan 3000 manat pul almışdır. Bundan sonra Elxan ondan bacısı oğlunu işə düzəldilməsini tələb etmiş, onun isə belə bir səlahiyyəti olmamışdır. O, maddi vəziyyəti pis olduğundan məcbur olub Elxana belə bir yalan bildirib 3000 manat pulunu ələ keçirtmişdir. Qısa müddət ərzində 3000 manat pulu Elxana qaytaracağına söz vermişdir. Qeyd olunan cinayəti o tək törətmiş və heç kimə məlumat verməmişdir. O, həmin puldan heç kimə verməmiş, öz şəxsi ehtiyaclarını ödəmək üçün xərcləmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs2 tanıyır, onunla qonşuluqda yaşayır, belə ki, o, S.Ə.Şirvanı küçəsində, Zərərçəkmiş şəxs2 isə paralel küçə olan M.Ə.Rəsulzadə küçəsində yaşayır, Zərərçəkmiş şəxs2 ilə əvvəllər aralarında heç bir mübashiə və ya dava-dalaş olmamış, münasibətləri həmişə yaxşı olmuş, heç bir ədavət və ya düşmənçilikləri olmamış, dələduzluq cinayəti törətdiyi üçün məhkum olunmuş və hazırda da azadlığın məhududlaşdırılması növündə cəza çəkir, əvvəllər dələduzluq yolu ilə pul aldığı şəxslər onun barəsində Göyçay rayon polis şöbəsinə şikayət edəcəklərini bildirdikləri üçün Zərərçəkmiş şəxs2 aldadaraq ona mənzil veriləcəyini yalandan vəd etməsini və Musadan aldığı pulları ondan şikayət edəcək şəxslərə göndərmək qərarına gəlmiş, buna görə də Zərərçəkmiş şəxs2 ilə söhbət edən zaman Zərərçəkmiş şəxs2 yalandan Mənzil X5 işlədiyini, həmin Agentliyin Bakı şəhərində inşa etdiyi binalardan bir neçəsinin MTK-nın səlahiyyətində olduğunu və Zərərçəkmiş şəxs2 mənzil almaqda köməklik edə biləcəyini söyləmiş, bundan sonra Zərərçəkmiş şəxs2 ondan işin hansı ardıcıllıqla gedəcəyini və mənzili necə ala biləcəyini soruşmuş, o da həmin vaxt Zərərçəkmiş şəxs2 MTK-nın imkansız ailələrə heç bir ilkin ödəniş olmadan mənzil verdiyini, imkansız ailələrin yalnız aylıq ödənişləri verməklə mənzil sahibi olduğunu söyləmiş, Zərərçəkmiş şəxs2 bundan sonra onunla razılaşmış və hmin şərtlərlə mənzil almaq istədiyini bildirmiş, buna görə də Zərərçəkmiş şəxs2 mənzil alması üçün bütün köməkliyi edəcəyini söyləmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 inandırmaq üçün onun adının “Güzəştli mənzil” sistemində qeydiyyata alacağını söyləmiş və Zərərçəkmiş şəxs2 özü ilə bağlı məlumatları istəmiş, həmçinin bir neçə sənəd lazım olacağını söyləmiş, bu zaman Zərərçəkmiş şəxs2 ona ailəvi dostu olan Zərərçəkmiş şəxs1 də mənzil almaq istədiyini söyləmiş, o da Musaya həmin şəxsə də köməklik edə biləcəyini bildirmiş, həmçinin Zərərçəkmiş şəxs2 dostu Zərərçəkmiş şəxs1 ilə danışdıqdan sonra ona məlumat verməsini tapşırmış, bundan bir gün sonra öz istifadəsində olan ***-***-**-** saylı mobil nömərdən Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək ona dostunun və onun işini danışdığını və onlar üçün mənzil ayrılacağını söyləmiş, həmçinin Zərərçəkmiş şəxs2 müvafiq sənədlərin hazırlanması üçün müəyyən rüsumların ödənilməli olduğunu bildirmiş, Zərərçəkmiş şəxs2 da onunla razılaşmış, buna görə də Zərərçəkmiş şəxs2 ona tam inanaraq pul verməsi üçün Zərərçəkmiş şəxs2 Bakı şəhərində 3 otaqlı mənzili heç bir ilkin ödəniş olmadan, 25 illik aylıq ödənişlə ümumi qiyməti 65000 manata olan mənzilə sahib olacağını söyləmiş, bundan sonra Zərərçəkmiş şəxs2 ona pul göndərməsi üçün özünə məxsus "xxxx" a aid olan plastik kartın üzərində olan 4169-7388- 2614-0638 nömrəsini vermiş, onun dediyi pulu həmin kart hesabına göndərməsini tapşırmış, 18 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 sənədləşmə ilə bağlı ilkin rüsum kimi 295 manat pul lazım olduğunu bildirmiş və həmin pulu özünə məxsus bank hesabına göndərməsini tapşırmış, elə həmin gün axşam saatlarında Zərərçəkmiş şəxs2 onun kart hesabına 295 manat pul göndərmiş, bundan sonra Zərərçəkmiş şəxs2 guya “DOST” mərkəzindən, “ASAN xidmət” mərkəzindən və “Reyestr xidmətindən” ilkin sənədləşmə üçün müvafiq soruğuların alınacağını və bunun üçün də rüsum ödənişləri lazım olduğunu bildirmiş və Zərərçəkmiş şəxs2 müxtəlif vaxtlarda onun dediyi məbləğlərdə pulu Zərərçəkmiş şəxs2 verdiyi hesab nömrəsinə göndərməsini tapşırmış, Zərərçəkmiş şəxs2 də onunla razılaşmış, belə ki, Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə ona məxsus kart hesabına 68 manat, xx.xx.2023-cü il tarixdə 62 manat və 200 manat, xx.xx.2023-cü il tarixdə 204 manat, xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə 127 manat, xx.xx.2023-cü il tarixdə 250 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 250 manat, xx.xx.2023-cü il tarixdə 70 manat, xx.xx.2023-cü il tarixdə 255 manat və 33 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 275 manat və 35 manat, xx.xx.2023- cü il tarixdə 20 manat və 35 manat, xx.xx.2023-cü il tarixdə 25 manat, xx.xx.2023-cü il tarixdə 40 manat, xx.xx.2023-cü il tarixdə 25 manat, xx.xx.2023-cü il tarixdə 10 manat və xx.xx.2023-cü il tarixdə 25 manat pulu göndərmiş, o da həmin pulları özü üçün xərcləmiş, bundan başqa xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 da ona zəng etmiş və ona nömrəsini dostu Zərərçəkmiş şəxs2 verdiyini bildirmiş, o da Zərərçəkmiş şəxs1 yalandan Mənzil X5 işlədiyini, həmin Agentliyin Bakı şəhərində inşa etdiyi binalardan bir neçəsinin MTK- nın səlahiyyətində olduğunu və Zərərçəkmiş şəxs1 mənzil almaqda köməklik edə biləcəyini söyləmiş, Zərərçəkmiş şəxs1 də ona həmin mənzillərdən almaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs1 ona inanması üçün ondan özü və ailəsi haqqında məlumatları istəmiş, Zərərçəkmiş şəxs1 də ona özü və ailəsi haqqında qısa məlumat vermiş, Zərərçəkmiş şəxs1 işin gedişi zamanı bir neçə sənədlərin toplanacağını və bunun üçün rüsumlar ödənilməli olduğunu bildirmiş, Zərərçəkmiş şəxs1 də onunla razılaşmış və həmin rüsumları verəcəyini bildirmiş, həmçinin Zərərçəkmiş şəxs1 bütün sənədləşmə işlərini özünün gördüyünü və buna görə də bütün ödəniləcək pulları ona məxsus bank kartına göndərməli olduğunu bildirmiş, Zərərçəkmiş şəxs1 yenə də onunla razılaşmış, bundan sonra Zərərçəkmiş şəxs1 ona məxsus kart hesabının nömrəsinin Musada olduğunu və həmin nömrəni Musadan almasını, ilkin sənədləşmə üçün 295 manat pul lazım olduğunu söyləmiş, bundan sonra xx.xx.2023-cü il tarixdə Sadiq ona məxsus kart hesabına 295 manat, xx.xx.2023-cü il tarixdə 68 manat, xx.xx.2023-cü il tarixdə 44 manat və 20 manat, xx.xx.2023-cü il tarixdə 38 manat və 200 manat, xx.xx.2023-cü il tarixdə 204 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 127 manat, xx.xx.2023-cü il tarixdə 64 manat, xx.xx.2023-cü il tarixdə 297 manat, 40 manat, xx.xx.2023-cü il atrixdə 73 manat və 11 manat, 21,07.2023-cü il tarixdə 250 manat, 31,07.2023-cü il tarixdə 258 manat və 23 manat, xx.xx.2023-cü il tarixdə isə 20 manat pul göndərmiş, o da həmin pulları da özü üçün xərcləmiş, bundan sonra Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bir neçə dəfə ona zəng edərək işin düzəlibdüəlmədiyini soruşmuşlar, o da Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tezlikdə Göyçay rayonuna gələcəyini və onlarala söhbət edəcəyini, işin isə getdiyini bildirmiş, bundan sonra Göyçay rayon Məhkəməsinin qərarı ilə tutulmuşdur. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin qeyd etmişdir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 düz dediklərini söyləmiş, belə ki, pula ehtiyacı oluğu üçün Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 aldadaraq onların pullarını ələ keçirmək qərarına gəlmiş, bundan sonra da əvəlcə Zərərçəkmiş şəxs2, daha sonra Zərərçəkmiş şəxs1 yalandan Mənzil İnşaatı Dövlət Agentliyinin işçisi nolduğunu bildirərək onlarda özünə qarşı inam yaratmış, pula ehtiyacı olduğu üçün tez-tez Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yalandan rüsum ödəcəyini və pul lazım olduğunu bildirmiş, həmçinin Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 inam yaratmaq üçün ondan pulu bir dəfəlik deyil hissə-hissə almış, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 pul almaqda məqsədi həmin şəxslərin pulları ələ keçirmək olmuş, Könül Rüstəmovanı tanıyır, K.Rüstəmovanın ərinin narkotik istifadəçisi olduğu üçün tutulduğunu bilmiş, buna görə də Könül Rüstəmovanın da pulu dələduzluq yolu ilə ələ keçirmiş, həmin şəxslərdən heç birinə heç bir şəxsin adını verməmiş və ya onlara başqa şəxs və ya şəxslərin köməkliyi ilə iş gördüyünü söyləməmiş, işi özünün görəcəyini söyləmiş, heç vaxt Mənzil X5 işləməmiş və onun hər hansı bir şəxsə mənzil vermək kimi bir səlahiyyəti olmamış, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Mənzil X5 işlədiyini yalandan söyləyərək onlarda özünə qarşı inam yaratmaq niyyətində olmuşdur. Lakin xx.xx.2023-cü il tarixində onun üzərində narkotik vasitə olmamışdır və tutulan gün o Abşeronda yox, Göyşay şəhərində olmuşdır. Məhkəmədən iki azyaşlı övladının olmasının nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Lakin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 ay müddətində narkotik vasitə olan heroin istifadə etmişdir. Öz istifadəsi üçün narkotik vasitəni müxtəlif yerlərdən və tanımadığı şəxslərdən almışdır. xx.xx.2023- cü il tarixdə saat 19 radələrində Göyçay şəhərində yerləşən bazarın yaxınlığında tanımadığı şəxsdən 20 manat qarşılığında 1 bükümdən ibarət narkotik vasitə heroin almışdır. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Göyçay şəhərindən Abşeron rayonu Xırdalan şəhərində yaşayan qohumlarının evinə qonaq gələrkən həmin narkotik vasitəni də özü ilə götürmüşdür. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim edərək Abşeron rayon polis idarəsinin əməkdaşları olduqlarını deyib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. O da üzərində narkotik vasitə olduğunu dedikdə onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Polis idarəsinin inzibati binasında ona hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilmişdir. Ərizəsi əsasında vəkil dəvət edilmişdir. Vəkili gəldikdən sonra polis əməkdaşları tərəfindən vəkil ilə onun arasında konfidensial görüş təmin edilmişdir. Daha sonra video çəkiliş ilə və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Video çəkiliş zamanı o da heç bir etirazının olmadığını bildirmişdir. İlk öncə ona hüquq və vəzifələri elan olunmuşdur. Daha sonra ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuşdur. O da əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan 1 ədəd bükülünü təqdim etmişdir. Həmin bükülü 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə olmuşdur. Bükülü polis əməkdaşları tərəfidən açılaraq baxış keçirilmiş və həmin bükümdə narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2023cü il tarixdə saat 19 radələrində Göyçay şəhərində yerləşən bazarın yaxınlığında tanımadığı şəxsdən 20 manat qarşılığında aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra polis əməkdaşı tərəfindən onun təqdim etdiyi bir ədəd bükülü kağız zərfə qoyulub qablaşdırılmışdır. Qablaşdırma üzərində o və iştirakçılar imza edərək təsdiq etmişlər. Üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuşdur, protokol onlara ucadan oxunmuşdur. Bütün iştirakçılar kimi o da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. O, ifadəsində göstərdiyi kimi narkotik vasitə istifadə etdiyinə görə bədənində kəskin ağrılar olmuşdur. Ona görə də bir büküm narkotik vasitə heroini özü istifadə etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Göyçay şəhərində yerləşən bazarın yaxınlığında tanımadığı şəxsdən 20 manat qarşılığında alıb üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Göyçay şəhərindən Abşeron rayonu Xırdalan şəhərində yaşayan qohumlarının evinə qonaq gələrkən həmin narkotik vasitəni də özü ilə götürmüşdür. Həmin narkotik vasitəni əldə etməyi barədə heç kimin məlumatı olmamışdır. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində saxlanılan zaman, polis idarəsinə gətirilən zaman və polis idarəsində olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir formada fiziki güc tətbiq edilməmiş və psixi təsir göstərilməmişdir. Abşeron RPİinzibati binasında vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməzdən öncə polis əməkdaşları tərəfindən üzəri yoxlanılmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır,belə ki, dostu olan Zərərçəkmiş şəxs2 2023-cü ilin iyun ayının ortalarında, hazırda dəqiq olaraq xatırlamadığı tarixdə onunla Göyçay rayonunda yerləşən çayxanalardan birində söhbət edən zaman onunla qonşuluqda Hilal Salamov adlı birinin yaşadığını, Hilalın ona Mənzil X5 işləməsini söylədiyini, həmçinin Agentliyin bir neçə binasının MTK-nın səlahiyyətində olduğunu və həmin binalarda imkansız ailələr üçün ilkin ödəniş olamdan, saədəcə olaraq sənəlşəmə və aylıq ödəniş ilə mənzillər verdiyini söyləməsini bildirmiş, o da Musaya bunun mümkün olmadığını, lakin sənədləşməyə pulun az çıxacağından sınamaq istədiyini bildirmiş, bundan sonra Musadan Hilal ilə danışıb onun üçün də həmin şərtlərlə mənzil verilməsində köməklik edə bilibbilməyəcəyini soruşmasını xahiş etmiş, buna görə də Musa onun yanında Hilala zəng etmiş, Hilal da onun şəxsiyyət vəsiqəsinin şəkilini istəmiş, daha sonra öz şəxsiyyət vəsiqəsinin şəkili çəkərək vatsap vasitəsi ilə Hilala göndərmiş, Hilal bir neçə dəqiqədən sonra zəng edərək sistemdən onun adını yoxladığını və ona mənzil verilə biləcəyini söyləmiş, o da Hilal ilə razılaşmış, bundan bir neçə gün sonra Hilal ona zəng edərək mənzil alması üçün sənədləşmə işlərinə başladığını və ilkin rüsum kimi 295 manat pul lazım olduğunu, Musanın da pul göndərəcəyini və pul göndərmələri üçün özünə mxəsus bank hesabının nömrəsini Musaya verdiyi söyləmiş və ona da Musadan bank hesabının nömrəsini alaraq 295 manat pul göndərməsini tapşırmış, o da 295 manat pulun az pul olduğunu fikirləşərək həmin pulu göndərmək qərarına gəlmiş, bundan sonra Musaya zəng edərək Hilalın ona verdiyi bank hesabının nömrəsini istəmiş, Musa da ona bank kartının üzərində olan və Hilalın ona göndərdiyi nömrəni vermiş, o da xx.xx.2023-cü il tarixdə öz istifadəsində olan mobil telefondakı “ABB mobile” mobil tətbiqi vasitəsi ilə özünə məxsus bank hesabımdan 295 manat pulu Hilala məxsus bank hesabına göndərmiş, bundan iki gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Hilal yenidən ona sənədləri hazırlamaq üçün rüsum olaraq 68 manat pul lazım olduğunu söyləmiş, o da həmin məbləğdə pulu istifadəsində olan mobil telefondakı “ABB mobile” mobil tətbiqi vasitəsi ilə özünə məxsus bank hesabından Hilala məxsus bank hesabına göndərmiş, bundan bir gün sonra Hilal yenidən rüsum ödəməli olduğunu və əvvəlcə 44 manat, bundan bir qədər sonra isə 20 manat pul lazım olduğunu bildirmiş, buna görə də o, yenə də istifadəsində olan mobil telefondakı “ABB mobile” mobil tətbiqi vasitəsi ilə özünə məxsus bank hesabından həmin gün ayrı-ayrı vaxtlarda 44 manat və 20 manat pulu Hilal məxsus bank hesabına göndərmiş, daha sonra xx.xx.2023-cü il tarixdə istifadəsində olan mobil telefondakı “ABB mobile” mobil tətbiqi vasitəsi ilə özünə məxsus bank hesabından Hilala məxsus bank hesabına 38 manat, xx.xx.2023-cü il atrixdə Şamaxı rayonu, S.Ə.Şirvanı küçəsində yerləşən “Milliön” ödəmə terminalından Hilala məxsus bank hesabına 204 manat, xx.xx.2023-cü il tarixdə Göyçay şəhəri, H.Əliyev prospektində yerləşən “Bolluq market” in içərisində olan “mpay” ödəmə terminalından Hilala məxsus bank hesabına 300 manat, xx.xx.2023-cü il tarixdə Göyçay şəhəri, H.Əliyev prospektində yerləşən “Bolluq market” in içərisində olan “mpay” ödəmə terminalından Hilala məxsus bank hesabına 127 manat, xx.xx.2023-cü il tarixdə istifadəsində olan mobil telefondakı “ABB mobile” mobil tətbiqi vasitəsi ilə özünə məxsus bank hesabından Hilala məxsus bank hesabına 64 manat, xx.xx.2023-cü il tarixdə istifadəsində olan mobil telefondakı “ABB mobile” mobil tətbiqi vasitəsi ilə özünə məxsus bank hesabından Hilala məxsus bank hesabına 297 manat, xx.xx.2023-cü il tarixdə istifadəsində olan mobil telefondakı “ABB mobile” mobil tətbiqi vasitəsi ilə özünə məxsus bank hesabından Hilala məxsus bank hesabına 40 manat, xx.xx.2023- cü il tarixdə istifadəsində olan mobil telefondakı “ABB mobile” mobil tətbiqi vasitəsi ilə özünə məxsus bank hesabından Hilala məxsus bank hesabına ayrı-ayrı vaxtlarda 73 manat və 11 manat, xx.xx.2023-cü il tarixdə Göyçay şəhəri, H.Əliyev prospektində yerləşən “Bolluq market” in içərisində olan “Milliön” ödəmə terminalından Hilala məxsus bank hesabına 250 manat, xx.xx.2023-cü il tarixdə istifadəsində olan mobil telefondakı “ABB mobile” mobil tətbiqi vasitəsi ilə özünə məxsus bank hesabından Hilala məxsus bank hesabına ayrı-ayrı vaxtlarda 258 manat və 23 manat, xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu, S.Ə.Şirvani küçəsində yerləşən “Qoşqar” marketin içərisində olan “Milliön” ödəmə terminalından Hilala məxsus bank hesabına 20 manat göndərmiş, lakin bundan sonra Hilaldan bir xəbər çıxmamış, buna görə də bir neçə dəfə Təqsirləndirilən şəxs zəng edərək işin nə yerdə olmasını soruşmuş, Təqsirləndirilən şəxs isə ona işin düzələcəyini və ona mənzil veriləcəyini söyləmiş, lakin daha sonra Təqsirləndirilən şəxs onun telefon zənglərinə cavab verməmiş, bunadan sonra Təqsirləndirilən şəxs dələduluq cinayəti törətdiyi üçün tutulduğunu eşitmiş, bu zaman Təqsirləndirilən şəxs onu aldadaraq dələduzluq yolu ilə ümumilikdə 2332 manat pulumu ələ keçirdiyini başa düşmüş, Hilal Salamnova pulların çox hissəsini Göyçay rayonu ərazisində özünə məxsus mobil telefonda olan ABB mobile” mobil proqramından, Göyçay şəhərində yerləşən Bolluq marketdə olan ödəmə terminallarından, iki dəfə isə Şamaxı rayonu ərazisində yerləşən ödəmə terminlalarından göndərmiş, Təqsirləndirilən şəxs ondan əvvəl dostu Zərərçəkmiş şəxs2 özünün Mənzil X5 işlədiyini və ona mənzil verilməsində kömək edə biləcəyini söyləmiş, daha sonra isə həmin şöxsləri ona demiş, bundan başqa heç kimin adını çəkməmiş, Təqsirləndirilən şəxs hər dəfə ondan pul istəyən zaman həmin pulları ona mənzil verilməsi üçün topladığı sənədlərin rüsumunun ödəniləcəyini söyləmişdir. Şikayətçidir. Ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla qonşuluqda yaşayır, bundan başqa Təqsirləndirilən şəxs atasını və əmisini də tanıyır, 2023-cü ilin iyun ayının ortalarında, hazırda dəqiq olaraq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs ilə Göyçay şəhəri, H.Əliyev prospektində qarşılaşmış, bu zaman biz bir qədər söhbət etmiş, söhbət zamanı Təqsirləndirilən şəxs ona Mənzil X5 işlədiyini və istəsə mənzil almaqda ona köməklik edəcəyini söyləmiş, o da Təqsirləndirilən şəxs bunun necə olacağını soruşmuş və mənzil almaq üçün ilkin ödənişinin olmadığını söyləmiş, Təqsirləndirilən şəxs bu zaman ona Mənzil İnşaatı Dövlət Agentliyinin binalarından bir neçəsinin MTK-nın səlahiyyətində olduğunu, MTK-nın da imkansız ailələrin ev ala bilməsi üçün ilkin ödəniş olmadan evlər satdığını və şəxslərin sadəcə olaraq aylıq ödəniş etməklə mənzil sahibi olacaqlarını, mənzillərin Bakı şəhərində, Yeni Yasamalda yerləşdiyini söyləmiş, o da Təqsirləndirilən şəxs həmin şərtlərlə ev almaq istədiyini və bu barədə fikirləşəcəyini bildirmiş, Təqsirləndirilən şəxs ona ilkin ödənişə ehtiyac olmadığını və sadəcə aylıq ödəniş etməklə ona mənzil verilə biləcəyini söyləmiş, o daha sonra Təqsirləndirilən şəxs ilə sağollaşmış və çayaxanaya getmiş, çayxanada dostu Zərərçəkmiş şəxs1 ilə söhbət edən zaman Zərərçəkmiş şəxs1 də Təqsirləndirilən şəxs dediklərini, yəni ilkin ödəniş etmədən sadəcə olaraq sənədləşmə üçün bir qədər pul xərcləyib aylıq ödəniş etməklə Bakı şəhərində mənzilə sahib olmağın mümkün olmasını bildirdiyini söyləmiş, Zərərçəkmiş şəxs1 isə ona bu işə inanmadığını, lakin sənədləşməyə az pul lazım olduğu üçün yoxlamaq istədiyini söyləmiş, həmçinin Zərərçəkmiş şəxs1 də ona Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb onun üçün də mənzil almağın mümkün olub-olmayacağını soruşmasını tapşırmış, buna görə də Zərərçəkmiş şəxs1 yanında Təqsirləndirilən şəxs zəng etmiş və Sadiq adlı yaxın dostunun olduğunu və onun da mənzil almaq istədiyini söyləmiş, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 üçün də eyni şərtlərlə mənzil verilə biləcəyini soruşmuş, Təqsirləndirilən şəxs da ona Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsini ona göndərməsini tapşırmış və sistemdən yoxlayaraq cavab verəciyini söyləmiş, buna görə də Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsini Təqsirləndirilən şəxs göndərməsini tapşırmış, Zərərçəkmiş şəxs1 də şəxsiyyət vəsiqəsinin şəkilini çəkərək vatsap vasitəsi ilə Təqsirləndirilən şəxs göndərmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 də mənzil verilə biləcəyini yoxladığını və bunun mümkün olduğunu söyləmiş, bundan təxminən 2-3 gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək ilkin sənədlərin hazırlanması üçün 295 manat pul lazım olduğunu söyləmiş, buna görə də xx.xx.2023-cü il tarixdə üzərində pul az olduğu üçün 170 manat pulu Göyçay şəhəri, Z.A.Tağıyev küçəsində yerləşən “Bizim market” in içərisində olan “eManat” ödəmə terminalından Təqsirləndirilən şəxs ona verdiyi və özünə məxsus "xxxx" a aid olan hesab nömrəsinə göndərmiş, daha sonra isə elə həmin gün özünə məxsus olan mobil telefonun “Birbank” mobil tətbiqi vasitəsi ilə özünə məxsus bank hesabından 125 manat pulu Təqsirləndirilən şəxs məxsus hesab nömrəsinə göndərmiş, bundan iki gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək yenidən başqa bir sənəd alınmalı olduğunu və bunun üçün rüsum olaraq 68 manat pul lazım olduğunu söyləmiş, buna görə də yenidən Göyçay şəhəri, Z.A.Tağıyev küçəsində yerləşən “Bizim marketin içərisində olan “eManat” ödəmə terminalından Təqsirləndirilən şəxs məxsus bank hesabına 68 manat, bundan iki gün sonra isə bir günün içərisində ayrı-ayrı vaxtlarda 62 manat və 200 manat pul göndərmiş, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs yenidən ona zəng edərək 204 manat pul lazım olduğunu söyləmiş, buna görə də o, yenə də Göyçay şəhəri, Z.A.Tağıyev küçəsində yerləşən “Bizim marketin içərisində olan “eManat” ödəmə terminalından Təqsirləndirilən şəxs məxsus bank hesabına 204 manat pul göndərmiş, Təqsirləndirilən şəxs da ona sənədləri hazırlamaqla məşğul olduğunu söyləmiş, bundan sonra xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs yenidən ona zəng etmiş və pul lazım olduğunu söyləmiş, o da Təqsirləndirilən şəxs nə qədər pul lazım olduğunu soruşmuş, Təqsirləndirilən şəxs sənədlər üçün rüsum ödədiyini və 150 manat lazım olduğunu bildirmiş, buna görə də Göyçay şəhəri, Z.A.Tağıyev küçəsində yerləşən “Bizim marketin içərisində olan “eManat” ödəmə terminalından Təqsirləndirilən şəxs baxsus bank hesabına 150 manat pul göndərmiş, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs yenə də zəng edərək sənədlərin alınması üçün rüsum ödənilməli olduğunu və 127 manat pul lazım olduğunu bildirmiş, o da Göyçay şəhəri, Z.A.Tağıyev küçəsində yerləşən “Bizim marketin içərisində olan “eManat” ödəmə terminalından Təqsirləndirilən şəxs baxsus bank hesabına 127 manat pul göndərmiş, bundan sonra bir neçə gün Təqsirləndirilən şəxs heç bir xəbər çıxmamış, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs zəng edərək 250 manat pul lazım olduğunu bildirmiş, buna görə də o özünə məxsus olan mobil telefonun “Birbank” mobil tətbiqi vasitəsi ilə özünə məxsus bank hesabından Təqsirləndirilən şəxs məxsus bank hesabına 250 manat göndərmiş, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs yenidən 50 manat lazım olduğunu söylədiyi üçün o, yenə də “Birbank” vasitəsi ilə Təqsirləndirilən şəxs 50 manat göndərmiş, daha sonra xx.xx.2023-cü il tarixdə Göyçay şəhəri, Z.A.Tağıyev küçəsində yerləşən “Bizim marketin içərisində olan “eManat” ödəmə terminalından Hilala baxsus bank hesabına 250 manat, xx.xx.2023-cü il tarixdə “Birbank” vasitəsi ilə 70 manat, xx.xx.2023-cü il atrixdə “Birbank” vasitəsi ilə 255 manat, həmin tarixdə “Birbank” vasitəsi ilə 33 manat, xx.xx.2023-cü il tarixdə “Birbank” vasitəsi ilə 20 manat, xx.xx.2023-cü il tarixdə “Birbank” vasitəsi ilə ayrı-ayrı vaxtlarda 275 manat və 35 manat, xx.xx.2023-cü il tarixdə “Birbank” vasitəsi ilə ayrı-ayrı vaxtlarda 20 manat və 35 manat, xx.xx.2023-cü il tarixdə “Birbank” vasitəsi ilə 25 manat, xx.xx.2023-cü il tarixdə “Birbank” vasitəsi ilə 40 manat, xx.xx.2023-cü il tarixdə ayrı-ayrı vaxtlarda “Birbank” vasitəsi ilə 25 manat və 10 manat, xx.xx.2023-cü il tarixdə isə “Birbank” vasitəsi ilə 25 manat pulu Hilala məxsus bank hesabına göndərmiş, lakin bundan sonra Təqsirləndirilən şəxs bir xəbər çıxmamış, buna görə də bir neçə dəfə Təqsirləndirilən şəxs zəng edərək işin nə yerdə olmasını soruşmuş, Təqsirləndirilən şəxs isə ona işin düzələcəyini və ona mənzil veriləcəyini söyləmiş, lakin daha sonra Təqsirləndirilən şəxs onun telefon zənglərinə cavab verməmiş, bunadan sonra Təqsirləndirilən şəxs dələduluq cinayəti törətdiyi üçün tutulduğunu eşitmiş, bu zaman Təqsirləndirilən şəxs onu aldadaraq dələduzluq yolu ilə ümumilikdə 2524 manat pulunu ələ keçirdiyini başa düşmüş, Təqsirləndirilən şəxs bütün pulları Göyçay rayonu ərazisindən göndərmiş, Təqsirləndirilən şəxs ona özünün Mənzil X5 işlədiyini və ona mənzil verilməsində kömək edə biləcəyini söyləmiş, bundan başqa heç kimin adını çəkməmiş, Təqsirləndirilən şəxs hər dəfə ondan pul istəyən zaman həmin pulları ona mənzil verilməsi üçün topladığı sənədlərin rüsumunun ödəniləcəyini söyləmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini, şikayətçi olduğunu və işə onsuz baxılmasına etirazı olmadığını bldirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayının əvvəlləri o, bacısı oğlu Şeyxməhəmməd Əmrahovu işə düzəltmək məqsədi ilə Yasamal rayonu ərazisində yerləşən X3 inzibati binasının qarşısına gəlmişdir. Həmin zaman nazirliyin qaraj hissəsindən bir nəfər şəxs çıxaraq ona yaxınlaşmışdır. Həmin şəxs ondan nazirliyin qarşısında durmağının səbəbini soruşmuşdur. O, həmin şəxsə bacısı oğlunu işə düzəltmək istədiyini bildirmişdir. Bu zaman həmin şəxs özünü ona Təqsirləndirilən şəxs kimi təqdim etmiş və nazirliyin işçisi olduğunu bildirmişdir. Bundan sonra Hilal ona kömək edə biləcəyini bildirmiş və bacısı oğlunu Qax rayonunda yanğından mühafizə xidmətinə işə düzəldə biləcəyini, lakin bunun müqabilində ilkin olaraq 3000 manat pul lazım olduğunu, iş tam həllini tapdıqdan sonra isə 4000 manat verməli olduğunu bildirmişdir. O razılaşmış və Hilaldan ayrılmışdır. Bundan sonra o, Hilalla telefon vasitəsi ilə əlaqə saxlamağa başlamışdır. Hilal ondan sənədləşmə işlərini başlamaq üçün pul istəməyə başlamışdır. 2022-ci ilin avqust ayında o, Hilalla Yasamal rayonu ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinin yaxınlığındakı kafedə görüşmüş və orada Hilala Şeyxməhəmmədin iştirakı ilə 380 manat pul vermişdir. Bundan sonra isə o, Qax rayonu, Qıpçaq kəndində yerləşən Uğur mağazasında olan emanat terminalı vasitəsi ilə hiss-hissə pul göndərməyə başlamışdır. Sonuncu dəfə isə 5 manat pulu xx.xx.2022-ci il tarixdə Qax rayonu, Qıpçaq kəndində yerləşən Uğur mağazasında olan emanat terminalı vasitəsi ilə göndərmişdir. Hilal onunla telefon vasitəsi ilə danışan zaman bacısı oğlunun qısa müddət ərzində işə düzələcəyini bildirmişdir. Həmin ərəfədə o, artıq Hilala 3000 manat pul vermişdir. Bir müddət sonra isə o artıq başa düşmüşdür ki, Hilal onu aldadır və o, Hilaldan pulu tələb etməyə başlamışdır. Hilal ona qısa müddət ərzində pulu qaytaracağını bildirsə də, bu günə kimi pulu qaytarmamışdır. O, Təqsirləndirilən şəxs ümumilikdə 3000 manat pulu bacısı oğlunu FHN-nə işə düzəltmək məqsədi ilə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin CAŞ-də kiçik əməliyyat inspektoru vəzifəsində xidmət edir. ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir ədavət və düşmənçiliyi olmamışdır. Belə ki, 05 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri ərazisində narkotik vasitəni və psixotrop maddəni üzərində daşıması, qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə həmin tarixdə, yəni 05 oktyabr 2023-cü il tarixdə Əməliyyat qrupu yaradılmış və həmin qrupa qrup üzvü o, qrup rəhbəri isə Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 təyin olunmuşdur. 05 oktyabr 2023cü il tarixdə o və qrup rəhbəri Şahid1 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində olan zaman orada piyada şəkildə hərəkət edən, xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Hilala üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs səmimi etiraf edərək narkotik audəçisi olduğunu bildirmiş və onlara etiraz etməyib razılaşaraq birlikdə polis idarəsinə getmişdir. Abşeron RPİ-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümünü çıxarıb təqdim etmişdir. Həmin büküm açılaraq baxış keçirildikdə spesifik iyə malik, tozşəkilli narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi 01 ədəd büküm müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasiotə heroindir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə Göyçay şəhərində yerləşən bazarın yaxınlığında tanımadığı şəxsdən 20 manat qarşılığında şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlara Hilalın narkotik vasitə əldə etməsi və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs barəsində sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanıda Hilalın narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: Cinayət işi başlama və icrata qəbul etmə haqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/5221 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №56” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs “imza” “və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd üzəri gümüşü rəngli bükümdə təmiz çəkisi 0,338 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi - 0,338 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 0,288 qramdır. (Aparılmış tədqiqatın dəyəri- 89 manat) . Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3745 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olantünd cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə heroin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin narkotik vasitə heroin götürülmüşdür. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:15-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs saxlanılıb istintaqa təqdim olunanadək dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:50 radələrində Bakı şəhər Yasamal Rayon Polis İdarəsindən təhvil götürülüb həmin gün saat 20:15-də Abşeron RPİnin MSY-nə təhvil verilmişdir. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-298/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikaıs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seşilmiş, həbsdə saxlama müddətinin əvvəli tutulduğu xx.xx.2024-cü il tarix, saat 20:15dən hesablanmışdır. Cinayət işinin icraata qəbul edilməsi, cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işinin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaq davam etdirilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş və ********* nömrəsi saxlanılmaqla ibtidai istintaq davam etdirilmiş, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 178.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin icraata qəbul olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul olunaraq istintaqı aparılmışdır. Zərərçəkmiş şəxs kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işinin icraatının dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmiş və Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmü ilə Azırbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 01 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikaıs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaq aparılmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, icraatda olan ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikaıs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işinin icraatı təzələnərək icraata qəbul edilmişdir. Cinayət işinin icraata qəbul edilməsi, cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işinin tövsif edlməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaq davam etdirilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 234.1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş və ********* nömrəsi saxlanılmaqla ibtidai istintaq davam etdirilmiş, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 234.1-ci maddələrinə tövsif edlmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək ona həmin Məcəllənin 178.2.2 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus təmiz çəkisi 0,388 qram narkotik vasitə olan heroinin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq bir ədəd zərfdə- 0,288 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi nəzərə alınması, cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 05 oktyabr 2023-cü il tarixdə Abşeron RPİ-nin xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş qəbzlər maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edlməsinin nəzərə alınması, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokol, diskə baxış protokolu, məhkəmə kimyəvi ekspertizasının 06 oktyabr 2023-cü il tarixli, 3-16-16/2- 6/5221 nömrəli məhkəmə-narkoloji ekspertizasının 06 oktyabr 2023-cü il tarixli, 3745 nömrəli ekspert rəyi, üzləşdirmə, baxış, maddi sübut və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(046)-3/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 27 oktyabr 2023-cü il tarixdən 03 ay 03 gün həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 ay 06 gün təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq ona 01 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Göyçay Rayon İcra və Probasiya Şöbəsi tərəfindən göndərilmiş sorğuya cavabdan görünür ki, Göyçay Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 1(046)-3/2024 saylı hökmü xx.xx.2024-cü il tarixdə sabiq böyük icra məmuru Anar Zeynalovun icraatına daxil olmuş lakin məhkum Təqsirləndirilən şəxs qeydiyyata alınmamışdır. Sabiq böyük icra məmuru A.Zeynalov işdə etdiyi nöqsanlar nəticəsində işdən azad olunarkən belə sözügedən hökmü təhvil verməmişdir. Bu səbəbdən də məhkumun barəsində olan Göyçay Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 1(046)-3/2024 saylı hökmü kənarda qalmışdır. Lakin sözügedən hökm tərəflərindən əldə edilmiş və məlum olmuşdur ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 234.1-ci maddələri ilə yeni cinayət törətməklə həbs edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasına daxil olmuş, ilkin tibbi müayinələrdən keçirilərək adına tibbi kitabça açılmışdır. Müayinə zamanı sol qulaq seyvanın köhnə çapıq müşahidə olunmuşdur. Sorğu zamanı zədə almadığını bildirmişdir. Tibbi müayinələrə cəlb olunmuş, müayinələrin nəticəsi olaraq “Narkomaniya, Qapalı KBT (anamnezində 2021-ci ildə)” diaqnozu qoyulmuşdur. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X9 adlı yetkinlik yaşına çatmayan övladları vardır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə özünü təqsirli bilməməsi, saxlanılan zaman üzərində narkotik vasitə olmaması ilə bağlı dediklərini onun özünümüdafiə kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar, əməliyyat qrupunun təşkil edilməsi barədə protokol, şəxsi axtarış və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində xüsusilə də şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirakının təmin edilməsi (həmçinin müdafiəçinin iştirakı ilə aparılması), o cümlədən şəxsi axtarış və götürülmənin aparılmasının videoçəkilişlə həyata keçirilməsi, vəkillə konfidensial görüşünün təmin edilməsi, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarında verdiyi ifadəsinə əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar əsassızdır. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiyi hallarla bağlı onun vəkillə konfidensial görüşündə və ya müvafiq orqanlara şikayətlə müraciət etməmişdir. Əksinə videogörüntüdən də müəyyən edilir ki, o, könüllü olaraq cibində saxladığı bükümü çıxarıb, təqdim etmişdir. Narkotik vasitənin ona məxsus olmasını şübhə altına alan hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. İş üzrə şahidlərin verdiyi ifadələr dolayısı ilə təqsirləndirilən şəxsin özünün ifadəsi ilə də təsdiq olunur. Qeyd edilməlidir ki, müdafiə hüququnun təməl institutu kimi təqsirləndirilən şəxsin məhkəmə iclasında yalan ifadə verməsi heç bir halda onun məsuliyyətə cəlb edilməsinə səbəb ola bilməz. Təqsirləndirilən şəxs əksinə məhkəmə iclasında dindirilmiş şahid yalan ifadə verməyə görə qanunvericlikdə nəzərədə tutulmuş qaydada məsuliyyət daşıdıqları barədə xəbərdar edilmiş, daha sonra onların ifadələri alınmışdır. Təqsirləndirilən şəxsin təqsirli olmaması barədə məhkəmə iclasında bildirdikləri iş materialları ilə təkzib olunmuş, bunun tam əksi olaraq Şahid2 cinayət əməlini Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair verdikləri ifadələr iş materialları ilə uyğunluq təşkil etmişdir. Təqsirləndirilən şəxsə şahidə sual vermək imkanı yaradılsa da, onlar tərəfindən verilən ifadələrin həqiqətə uyğun olmasına şübhə yaradan hallar müəyyən edilməmiş, sübutun mötəbərliyinə əsaslı şübhələr yaranmamışdır. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və ya psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir, həmçinin, barəsində həbs qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxs tərəfindən bu barədə məhkəməyə də məlumat verilmir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs mobil operatorlardan anten məlumatları əldə olunmuşdur. Həmin məlumatlardan müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə, yəni tutulmamışdan bir gün əvvəl Təqsirləndirilən şəxs Göyçay şəhərində olmuşdur. Lakin, anten məlumatlarından onun xx.xx.2023-cü il tarixdə Göyçay və ya Abşeron rayonunda olması isə müəyyən edilmir. Məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, şahidin ifadəsi, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə- bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Coeme and others Belçikaya qarşı iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Ona görə də Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlini təkrar törətdiyi cinayət əməlindən Zərərçəkmiş şəxs3 dair verilmiş epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən həmin epizodlar üzrə cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə həmin halları nəzərə alaraq, belə qənaətə gəlir ki, iş üzrə Zərərçəkmiş şəxs3 qarşı dələduzluq cinayəti 2022-ci ilin avqust ayında törədilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs dələduzluq etməsinə dair həmin epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edildiyindən cinayət işi üzrə icraata həmin epizoda dair hissədə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan iki övladının olması cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə, törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(046)-3/2024 saylı hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(046)-3/2024 saylı hökmü ilə 03 ay 03 gün həbsdə saxlandığı, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, ümumilikdə 03 ay 07 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Cəza çəkmə müddətinin əvvəli isə həbsə alındığı vaxtdan xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. İş üzrə 89 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut Abşeron Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,288 qram olan narkotik vasitə heroin məhv edilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə İrdalan şəhər Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 35 saata görə 210 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 04 saata görə 44 manat olmaqla, cəmi 254 (iki yüz əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlini təkrar törətdiyi cinayət əməlindən Zərərçəkmiş şəxs3 dair verilmiş epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizod üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona 02 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(046)-3/2024 saylı hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 03 ay 03 gün həbsdə saxlandığı, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, ümumilikdə 03 (üç) ay 07 (yeddi) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 89 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan DVD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,288 qram olan narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə İrdalan şəhər Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 35 saata görə 210 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 04 saata görə 44 manat olmaqla, cəmi 254 (iki yüz əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X13
Məhkəmə qərarları › İş №1(012)-226/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-226/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver