Məhkəmə qərarları › İş №1(012)-227/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-227/2020

28.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-227/2020 28.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sə-drliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1977-ci il də Laçın şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 mənzil 44 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 10500 (on min beş yüz) manat borc pul və 30 (otuz) manat 40 (qırx) qəpik ödənilmiş dövlət rüsumu alınıb Zərərçəkmiş şəxs verilməsinə dair Laçın Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(047)-434/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Abşeron Rayon Məhkəməsinin 3(012)-751/2019 saylı xx xxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilməsinəvə icra sənədindəki tələbi icra etməsi üçün ona yenidən müddət verilərək dəfələrlə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə borcunu ödəməyərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər maşın alveri ilə məşğul olmuş, tanıdığı Qabil adlı şəxsdən faizə pul götürmüş, maşın alıb satmaqla qazandığı pul ilə həm Qabildən aldığı pulları və faizini ödəmiş, həmdə özü pul qazanmışdır. Yenidən Qabildən borc istəmiş və notarial qaydada borc müqaviləsi bağlamışlar, amma borc müqaviləsində borc verən kimi Qabilin dostu və ortağı Zərərçəkmiş şəxs adı qeyd edilmiş, borc müqaviləsi əsasında növbəti dəfə 10000 (on min) manat faizə pul götürmüş, bir müddət ayda 1000 (bir min) manat pul ödəmiş, həmin pulları əlbəəl verdiyindən əlində hər hansı bir qəbz olmamış, sonradan işlədiyi salon bağlanmış, aldığı pulu qaytara bilmədiyi üçün borc müqaviləsində borc verən kimi qeyd edilmiş Qabilin dostu və ortağı Zərərçəkmiş şəxs pul tələbi ilə məhkəmədə iddia qaldırmış, Laçın Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(047)- 434/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən ondandən 10500 (on min beş yüz) manat borc pul və 30 (otuz) manat 40 (qırx) qəpik ödənilmiş dövlət rüsumu alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmiş, yaşayış yerini dəyişdiyi üçün həmin məhkəmə prosesində iştirak etməmiş, sonradan qətnaməni alsa da hüquqi savadının az olması səbəbindən yuxarı instansiya məhkəmələrinə müraciət etməmiş, məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Abşeron Rayon İcra və Probasiya şöbəsinə göndərildikdən sonra icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah olunmuş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda baxış keçirilmiş, lakin tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmiş, Laçın Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(047)-434/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Abşeron Rayon Məhkəməsinin 3(012)-751/2019 saylı xx xxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilmiş, inzibati tənbeh tətbiq edildikdən sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də Laçın Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(047)-434/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsində göstərilən 10000 (on min) manat borcla razı deyil, həmin puldan 8000 (səkkiz min) manatını ödəmiş, 2000 (iki min) manat borcu qalmış, icra müddətində 550 (beş yüz əlli) manat, istintaq müddətində isə 1500 (bir min beş yüz) manat bir və 1400 (bir min dörd yüz) manat da bir olmaqla cəmi 2900 (iki min doqquz yüz) manat ödəniş edərək tələbkar Zərərçəkmiş şəxs tərəfindən əlyazma şəklində yazılmış qəbzi də istintaqa təqdim etmişdir. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini, hadisədən sonra zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini və dəymiş ziyanın ödənilməsini nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasına, dəymiş ziyanın ödənilməsinə, cinayət işinə xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs dostu Qabilə görə tanımış, Təqsirləndirilən şəxs dostu Qabillə münasibətləri yaxşı olmuş, Təqsirləndirilən şəxs əvvəllər və hal-hazırda avtomobil alveri ilə məşğul olur, bir neçə dəfə dostu Qabildən borca pul götürmüş, maşın alıb satmış, qazandığı pul ilə həm Qabildən aldığı borcu qaytarmış, həm də özü pul qazanmışdır. Təqsirləndirilən şəxs pul lazım olduğu üçün yenidən Qabildən borc istəmiş, lakin həmin müddətdə onda pul olmadığına görə Təqsirləndirilən şəxs onunla tanış etmiş, avtomobil alveri ilə məşğul olduğunu, borca pul lazım olduğunu bildirmiş, Təqsirləndirilən şəxs Qabillə olan səmimi münasibətlərinə inanaraq notarial qaydada təsdiq olunmuş şəkildə borc pul verməyə razılaşmış, onlar arasında borc müqaviləsi bağlanmış, müqaviləyə əsasən əsasən Təqsirləndirilən şəxs aldığı pulu hər ay olmaq şərti ilə qaytarmalı olsa da, uzun zaman keçməsinə baxmayaraq aldığı borc pulu qaytarmamış, bir neçə dəfə o və Qabil Təqsirləndirilən şəxsla söhbətlər etmiş, pulu qaytarmasını tələb etsələr də, işlədiyi avtomobil salonunun bağlandığını əsas gətirərək aldığı pulu qaytara bilməyəcəyini bildirmiş, müxtəlif bahanələr edərək pulu qaytarmaqdan imtina etmiş, bundan sonra bağlanmış borc müqaviləsinin ləğvi və pul tələbi ilə məhkəmədə iddia qaldırmış, Laçın Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(047)-434/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 10500 (on min beş yüz) manat borc pul və 30 (otuz) manat 40 (qırx) qəpik ödənilmiş dövlət rüsumu alınıb ona verilməsi qət edilmiş, Təqsirləndirilən şəxs dəfələrlə məhkəmə prosesinə çağrılsa da üzrlü səbəb bildirmədən məhkəmə proseslərində iştirak etməmiş, ancaq qətnamə qəbul edildikdən sonra vaxtı uzatmaq üçün yuxarı instansiya məhkəməsinə müraciət etmək məqsədi ilə qətnaməni almış, lakin bilinməyən səbəbdən yuxarı instansiya məhkəməsinə müraciət etməmiş, məhkəmə qətnaməsi qanuni qüvəsini aldıqdan sonra icra edilməsi üçün Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Abşeron Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, aparılmış bütün icra tədbirləri nəticə vermədiyi üçün Laçın Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(047)- 434/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Abşeron Rayon Məhkəməsinin 3(012)-751/2019 saylı xx xxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilmiş, bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə dəfələrlə xəbərdarlıq edilmiş, icra müddətində Təqsirləndirilən şəxs müxtəlif hədə-qorxular gələrək pulu qaytarmamaq üçün aldığı pulu faizə götürdüyünü, aldığı 10000 (on min) manat pulun 8000 (səkkiz min) manatını faiz borcu kimi ödədiyini bildirsə də bununla bağlı heç bir şahid, sənəd, qəbz təqdim edə bilməmişdir. Ona etibar etmədiyi üçün borc pulu notarial qaydada verdiyi halda Təqsirləndirilən şəxs ona etibar edərək əlbəəl pul ödəməsi, heç bir sənəd, qəbz tələb etməsi inandırıcı deyildir. Sonda o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək məhkəmədən sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Bundan əlavə, Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və ona dəymiş ziyanın ödənildiyini göstərərək sonuncunun barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs uzun zamandır tanıyır, münasibətləri yaxşı olmuş, Təqsirləndirilən şəxs əvvəllər və hal-hazırda avtomobil alveri ilə məşğul olur, Təqsirləndirilən şəxs pul lazım olduğu üçün ondan borc istəmiş, lakin həmin müddətdə onda pul olmadığına görə Təqsirləndirilən şəxs dostu Zərərçəkmiş şəxs ilə tanış etmiş, notarial qaydada olmaq şərti ilə borc müqaviləsi bağlanmış, müqaviləyə əsasən Təqsirləndirilən şəxs aldığı pulu hər ay olmaq şərti ilə qaytarmalı olsa da, şərti pozaraq uzun zaman keçməsinə baxmayaraq aldığı borc pulu qaytarmamış, bir neçə dəfə o və dostu Aqil Təqsirləndirilən şəxsla söhbət etmiş, ondan pulu qaytarmasını tələb etsələr də, işlədiyi avtomobil salonunun bağlandığını əsas gətirərək aldığı pulu qaytara bilməyəcəyini bildirmiş, müxtəlif bahanələr edərək pulu qaytarmaqdan imtina etmiş, bundan sonra dostu Zərərçəkmiş şəxs bağlanmış borc müqaviləsinin ləğvi və pul tələbi ilə məhkəmədə iddia qaldırmış, Laçın Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(047)-434/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 10500 (on min beş yüz) manat borc pul və 30 (otuz) manat 40 (qırx) qəpik ödənilmiş dövlət rüsumu alınıb dostu Zərərçəkmiş şəxs verilməsi qət edilmiş, məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Abşeron Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq olunmuş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Laçın Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(047)-434/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Abşeron Rayon Məhkəməsinin 3(012)-751/2019 saylı xx xxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə dəfələrlə xəbərdarlıq edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Laçın Rayon Məhkəməsinin 2(047)-434/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx xxxx 2014-cu il tarixli kredit müqaviləsi ləğv edilməsi, Təqsirləndirilən şəxs 10500 (on min beş yüz) manat borc pul və 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmiş, icra vərəqəsi üzrə Ağcabədi Rayon İcra və Probasiya şöbəsində xx.xx.2018-ci il tarixdə icraata başlanılmış, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs ünvan 3 mənzil 44 ünvanında müvəqqəti məskunlaşması qeyd olunduğundan xx.xx.2019-cu il tarixli icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında qərar qabul olunaraq Abşeron Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, həmin icra sənədi xx.xx.2019-cu il tarixdə Abşeron Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, xx.xx.2019-cu il tarixdə borclu şöbəyə dəvət edilmiş, elə həmin tarixdə borclu tərəfindən imza edilməklə Ağcabədi Rayon İcra və Probasiya şöbəsi tərəfindən icraata başlama haqqında qərar və bildiriş qəbul edilmiş, lakin borclu tərəfindən könüllü icra müddəti ərzində təmin edilməmiş, borclu da tələbi yönəldilə biləcəyi əmlak və gəlirləri aşkar edilməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 3(012)-751/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunmuş, inzibati tənbeh tədbiri tətbiq edildikdən dən sonra borclu Təqsirləndirilən şəxs şöbəyə dəvət edilərək onun izahatı alınmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətlə bağlı rəsmi xəbərdarlıq verilmiş, məhkəmə qərarının icrasını təmin etmək məqsədilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Abşeron Rayon Məhkəməsinin 8(012)-631/19 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs işlə təmin olunması məqsədilə Dövlət Məşğulluq Mərkəzindən ona iş təklif olunmuş, lakin o, Məşğulluq Mərkəzinə gəlməkdən müxtəlif bəhanələr gətirərək getməmiş, borclu Təqsirləndirilən şəxs bütün bu tədbirlərdən heç bir nəticə çıxarmamış və icra sənədinin tələbini üzürsüz səbəbdən təmin etməmiş, görülmüş tədbirlər nəticəsində borclu tərəfindən icra vərəqəsində qeyd olunan borcdan cəmi 400 manat pul vəsaiti ödənilmiş bu da tələbkar şəxsin haqlı narazılığına səbəb olmuş, borclu Təqsirləndirilən şəxs icra sənədini qəsdən icra etməyəcəyi təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə, izahatlar alınmasına baxmayaraq o, icra sənədi üzrə tələbi icra etməkdən imtina etməklə, qərəzli surətdə qətnamənin icrasından boyun qaçırmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron Rayon İcra və Probasiya şöbəsinin İcra məmuru Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək Təqsirləndirilən şəxs Laçın Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(047)-434/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsini qərəzli olaraq icra etmədiyini göstərmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsəməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. İş materiallarında olan Laçın Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(047)-434/2018 saylı qətnamənin surətindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 10500 manat pul və 30 manat dövlət rüsumu alınaraq, iddiaçı Zərərçəkmiş şəxs qət edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(012)- 751/2019 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunmalı və o, məhkəmə zalında dərhal həbsdən azad olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi subut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 306-cı, CPM-nin 39, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunsun və o, məhkəmə zalında dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar