Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-227/2023 19.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 35 manat pul müqabilində bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan ümumi 0,164 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və iki ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına daxil olan ayrı-ayrılıqda çəkiləri 1,846 qram və 0,017 qram olmaqla ümumi təmiz çəkisi 1,863 qram olan ağ rəngli kristallik maddələr - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib Abşeron rayonu, Xırdalan şəhərinə daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsində saxlanılaraq, Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilib, xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan açıq boz rəngli pencəyin sağ yan cibində olan siqaret qutusunun üstündəki sellofanın arasına qoyulmuş bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,164 qram olan narkotik vasitə heroin və iki ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş ayrı-ayrılıqda çəkiləri 1,846 qram və 0,017 qram olmaqla, ümumi təmiz çəkisi 1,863 qram olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 1 il əvvəl maraq doğurduğu üçün tanışı Elvindən narkotik vasitə heroin alıb istifadə etmişdir. Həmin vaxt Elvin narkotik vasitə istifadəçisi olmuş və ona heroini pulsuz vermişdir. Sonradan Elvindən iki dəfə daha heroin götürüb istifadə etmişdir. Bundan sonra bədənində ağrılar yaranmış və bu ağrıları dayandırmaq üçün artıq bədəni narkotik vasitə tələb etməyə başlamışdır. Bundan sonra o, Elvindən yenidən heroin istədikdə sonuncu ona Samir adlı şəxsin mobil nömrəsini verib, Samirdən heroin və metamfetamin ala biləcəyini demişdir. O, Samiri heç vaxt görməmiş, sonuncu ilə yalnız mobil telefon və “whatsapp” tətbiqi vasitəsilə danışmışdır. Bundan sonra o, təxminən bir il ərzində Samirdən mütəmadi olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin (patı) alıb falqa kağızına bükərək yandırıb çəkməklə istifadə etmişdir. O, narkotik vasitəni və ya psixotrop maddəni heç vaxt şpris vasitəsilə bədəninə inyeksiya etməmişdir. O, hər dəfəsində Samirlə “whatsapp” tətbiqi vasitəsilə əlaqə yaradaraq narkotik vasitə istəmiş və Samir ya taksi vasitəsilə ona heroin və metamfetamin göndərmiş, yada ki, əsasən Biləcəri qəsəbəsində olmaqla konkret əraziyə narkotik vasitəni və metamfetamini qoyduğunu deyib, ondan malı oradan götürməsini və malın pulunu da həmin yerə qoymasını istədiyi üçün o, malı Samirin qoyduğu yerdən götürüb pulunu da, həmin yerə qoyaraq uzaqlaşmışdır. Samir malı ona taksi vasitəsilə göndərdikdə isə malın pulunu Samirin bank kartına yükləmişdir. Lakin Samiri görmək, kim olduğunu bilmək ona maraqlı olmadığı üçün həmişə malı götürüb pulu qoyduqdan sonra oradan uzaqlaşmışdır. Beləcə o, təxminən bir il ərzində Samirdən həftədə 3-4 dəfə heroin və metamfetamin almışdır. Samirdən aldığı narkotik vasitələri o, yaşadığı evdə heç kim olmadıqda evin tualetində, hamamında, arvadı evdə olduqda isə yaşadığı binanın mansarına qalxan pilləkanda istifadə etmişdir. 12 oktyabr 2022-ci il tarixdə saat 10 radələrində “whatsapp” tətbiqi vasitəsilə Samirin istifadəsində olan ********** saylı mobil nömrəyə yazaraq sonuncudan heroin (kakos) və patı (şüşə) istəmişdir. Samir isə ona Biləcəri qəsəbəsində Ağ saray restoranının arxasındakı həyətdə ağacın dibinə 2 büküm patı və 1 büküm heroin qoyacağı və onun 35 manat pulu həmin yerə qoyub oradan malı götürə biləcəyi ilə bağlı cavab yazmışdır. Saat təxminən 11 radələrində o, taksi ilə Samirin dediyi yerə gedib ağacın dibində 1 ədəd kiçik, 2 ədəd isə nisbətən böyük bükümləri götürüb 35 manat pulu həmin yerə qoymuşdur. Daha sonra bükümləri “Sobranie” markalı siqaret qutusunun sellofanının altında gizlədib, siqaret qutusunu isə əynindəki pencəyin sağ yan cibinə qoymuşdur. Bundan sonra isə taksi ilə işə qayıtmışdır. Saat təxminən 11-12 radələrində işdən çıxıb Xırdalan şəhərində, Xırdalan dairəsi deyilən ərazinin yaxınlığında yerləşən adını xatırlamadığı kafeyə gedib yemək yemiş və həmin vaxt özünü narahat hiss etdiyi üçün yeməkdən sonra kafenin tualetində, heroinin cuzi bir hissəsini falqaya bükərək çəkmişdir. Kafenin tualetində narkotik vasitə istifadə etməsini heç kim bilməmişdir. Daha sonra isə işə qayıtmışdır. Saat təxminən axşam 7-yə 5-10 dəqiqə işləmiş yaşadığı evə gəlmək üçün işdən çıxmışdır. Yaşadığı mənzilin yerləşdiyi bloka girərkən liftin qarşısında Abşeron rayon polis idarəsinin əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib ondan “üstündə nəsə var” deyə soruşmuş, o isə “hə var” deyə cavab vermişdir. Həmin vaxt polislərdən biri ondan “üzərində nə var” deyə soruşduqda, o, “onsuz baxıb biləssiniz nə var “deyə cavab verib, polis əməkdaşlarına narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə etdiyini bildirmişdir. Daha sonra isə polis əməkdaşları onu Abşeron rayon polis idarəsinə gətirmişlər. Polis idarəsinə gətirildikdən sonra Abşeron rayon Vəkil bürosunda növbətçi vəkil idarəyə dəvət olunmuş və vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilməklə video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, əynindəki açıq boz rəngli pencəyin sağ yan cibindəki “Sobranie” siqaret qutusunu çıxarıb qutunun üzərindəki sellofanın arasına qoyulmuş bir ədəd gümüşü, 2 ədəd isə qızılı rəngli siqaret kağızındakı bükümləri təqdim edərək, həmin bükümlərin ikisində şüşə yəni metamfetamin, birində isə narkotik vasitə kakos, yəni heroin olduğunu, həmin narkotik vasitələri 12 oktyabr 2022-ci il tarixdə Biləcəri qəsəbəsində Samir adlı şəxsdən “whatsapp” tətbiqi vasitəsilə əlaqə saxlayıb malı qoyduğu yerdən götürüb 35 manat pulu isə həmin yerə qoyaraq aldığını, şəxsi istifadə üçün üzərində saxladığını bildirmişdir. Siqaret qutusunun içərsində isə narkotik vasitəni çəkmək üçün istifadə etdiyi falqa kağız kəsikləri və 1 ədəd 1 manatlıq əskinazdan düzəltiyi dürdək aşkarlanmışdır. İçərisində narkotik vasitə olan bükülülər və narkotik vasitəni çəkmək üçün istifadə etdiyi dürdək kağız zərfə qoyularaq qablaşdırılmışdır. Narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini aldığı Samir adlı şəxsi şəxsən tanımamış, sonuncunu heç vaxt görməmiş, Samirdən narkotik vasitəni “whatsapp” vasitəsilə əlaqə saxlayaraq almışdır. Samir adlı şəxsdən əvvələrdə bir neçə dəfə “whatsapp” vasitəsilə əlaqə saxlayıb narkotik vasitə almışdır. Sonuncu dəfə Samirdən bir büküm heroini və iki büküm metamfetamini 35 manata almışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, Samirdən hər dəfə narkotik vasitəni çox az miqdarda, yalnız öz şəxsi istifadəsi üçün almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayından Abşeron RPİ-nin CAŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı rütbəsindədir. ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Xırdalan şəhərində narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini üzərində gəzdirməsinə və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında 12 oktyabr 2022-ci il tarixdə Abşeron RPİ-nin CAŞ tərəfindən əməliyyat axtarış tədbiri keçirilmişdir. Qeyd olunan tədbirdə ondan savayı, CAŞ-nin əməliyyat müvəkkili Şahid2 iştirak etmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsində saxlanılaraq Abşeron RPİ-nə gətirilmişdir. Daha sonra Abşeron rayon Polis İdarəsində otaqların birində təhqiqatçı Xəyyam Rüstəmov tərəfindən dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxsnın üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs təhqiqatçı X.Rüstəmov tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı bir əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif edilmiş və sonuncu əynindəki pencəyin sağ yan cibindən bir ədəd “sobranie” siqaret qutsunu çıxarıb təqdim etmiş və siqaretin sellofanının arasında olan 3 ədəd büküm göstərib həmin bükümlərdə narkotik vasitə olan kakos və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra həmin bükümlər açılmış və bükümlərin ikisinin içərisində psixotrop maddə metamfetaminə bənzəyən, birinin içərisində isə narkotik vasitə olan heroinə bənzəyən kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə və narkotik vasitə iştirakçıların yanında qablaşdırılaraq müvafiq qaydada möhürlənib götürülmüş və bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmaqla prosses iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 13 oktyabr 2022-ci il tarixli 6/5920 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 0,164 qram olan qəhvəyi rəngli maddə kustar üsullar hazırlanmış narkotik vasitə - heroindir (qalıq 0,114 qram - 0,05 qram narkotik vasitə - heroin tədqiqata sərf edilmişdir), 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,846 qram, 0,017 qram olmaqla, ümumi çəkisi 1,863 qram olan ağ rəngli kristalik maddələr küstar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (qalıq 1,853 qram - 0,05 qram psixotrop maddə metamfetamin tədqiqata sərf edilmişdir). Təqdim edilmiş 1 ədəd üzəri rezinlə sarılmış borucuq şəklində pul əskinasının üzərində psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 16 noyabr 2022-ci il tarixli 6865 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nətcəsində yaranan asılılıq sindiromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkalojı dispanserində qeydiyyata alınması məsləhət görülür. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,114 qram narkotik vasitə - heroin və qalıq çəkisi 1,853 qram psixotrop maddə metamfetamin və 1 ədəd 1 manatlıq əskinazdan düzəltiyi dürdək Abşeron Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəlli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətindən Abşeron rayon porkurorluğuna daxil olmuş xx/xx-01229 nömrəli məktubdan və məktuba əlavə edilmiş əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2021-ci il tarixli əmrlə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətininin Maliyyə şöbəsinin baş məsləhətçi vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs Xüsusi Riskli Xilasetmə Xidmətində xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işləmişdir. Azərbaycan Respublikası FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətindən daxil olmuş xidməti xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əmək fəaliyyətinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Maliyyə şöbəsinin baş məsləhətçisi vəzifəsində başlamışdır. İşlədiyi dövrdə nöqsanlara yol vermiş, verilən tapşırıqların icrasında səhlənkarlığa yol vermiş, işə davamiyyəti qaydasında olmamış, dəfələrlə işə yubanmış, özbaşına idarəni tərk etmə hallarına yol vermişdir. Tutulan iradlara “oldu” demiş amma faydalı nəticəsi olmamışdır. Maliyyə biliyinin olmasına baxmayaraq bacarıqlarını öz işinə əks etdirməmişdir. Kollektivtə rəftarı pis olmamışdır, iş yoldaşları ilə mübahisəsi və münaqişəsi olmamışdır. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynindəki açıq boz rəngli pencəyin sağ yan cibindəki siqaret qutusunun üstündəki sellofanın arasına qoyulmuş bir ədəd siqaretin gümüşü kağızna bükülmüş narkotik vasitə olan heroini və iki ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş psixotrop maddə metamfetamini çıxararaq təqdim etməsi və sorğu zamanı həmin maddələri xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində Ağ saray restoranının arxasında Samir adlı şəxsdən “whatsapp” vasitəsilə əlaqə saxlayıb öz istifadəsi üçün 35 manata almasını bildirməsi müəyyən edilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azadlıqdan məhrumetmə növündə cəza təyin edildiyinə görə təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 65 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan narkotik və psixotrop maddələrin qəbulu üçün dürdək düzəldiən 1 manatlıq əskinaz iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,114 qram narkotik vasitə - heroin və qalıq çəkisi 1,853 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan, narkotik və psixotrop maddələrin qəbulu üçün dürdək düzəldiən 1 manatlıq əskinaz iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,114 qram narkotik vasitə - heroin və qalıq çəkisi 1,853 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-227/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-227/2023
19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver