Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-227/2024 23.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı oğlunun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Quba şəhəri, Polad Həşimov küçəsi, 22-23-cü məhəllədə yaşamış, cinayət işi üzrə Azərbaycan Respublikası 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qonşusu Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, özünü alqı satqı münasibətlərinin etibarlı tərəfdaşı kimi göstərib inandıraraq Zərərçəkmiş şəxs1 xx.xx.2021ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində satıb pulunu hissə-hissə ödəyəcəyini vəd edib aldadaraq müxtəlif vaxtlarda və miqdarda ümumi dəyəri 56225 manat olan geyim, məişət və qızıl-zinət əşyalarını Zərərçəkmiş şəxs1 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, T.Əliyarbəyov küçəsi ev 8 ünvanında yerləşən evindən götürdükdən sonra həmin malların dəyərindən 27474 manatını hissə-hissə ödəməklə etibarını qazandıqdan sonra nəticədə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 28751 manat məbləğində geyim, məişət və qızıl-zinət əşyalarını ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilkdə 28751 manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək, özünü alqı satqı münasibətlərinin etibarlı tərəfdaşı kimi göstərib inandıraraq sonuncudan Zərərçəkmiş şəxs1 vasitəsi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddət ərzində satıb pulunu hissə-hissə ödəyəcəyini vəd edib aldadaraq müxtəlif vaxtlarda və miqdarda ümumi dəyəri 14419 manat olan qızıl-zinət əşyalarını Zərərçəkmiş şəxs1 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, T.Əliyarbəyov küçəsi ev 8 ünvanında yerləşən evindən götürdükdən sonra həmin malların dəyərindən 9477 manatını hissə-hissə ödəməklə etibarını qazandıqdan sonra nəticədə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilkdə 4942 manat məbləğində qızıl-ziynət əşyalarını ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilkdə 4942 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, özünü alqı satqı münasibətlərinin etibarlı tərəfdaşı kimi göstərib inandıraraq sonuncudan Zərərçəkmiş şəxs1 vasitəsi ilə xx.xx.2021-ci il tarixdə 620 manat dəyərində 01 ədəd qızıl qolbağ və xx.xx.2022-ci il tarixdə 41.68 qramlıq briliyant komplekti satıb pulunu hissə-hissə ödəyəcəyini vəd edib aldadaraq ümumi dəyəri 6259 manat olan qızıl-zinət əşyalarını Zərərçəkmiş şəxs1 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, T.Əliyarbəyov küçəsi ev 8 ünvanında yerləşən evindən götürdükdən sonra həmin malların dəyərindən 1580 manatını hissə-hissə ödəməklə etibarını qazandıqdan sonra nəticədə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 4679 manat məbləğində qızıl-ziynət əşyalarını ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilkdə 4679 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, özünü alqı satqı münasibətlərinin etibarlı tərəfdaşı kimi göstərib inandıraraq sonuncudan Zərərçəkmiş şəxs1 vasitəsi ilə xx.xx.2022-ci il tarixdə ümumi dəyəri 5300 manat olan 35.84 qram qızıl boyunbağ və qolbağı satıb pulunu hissə-hissə ödəyəcəyini vəd edib aldadaraq ümumi dəyəri 5300 manat olan qızıl-zinət əşyalarını Zərərçəkmiş şəxs1 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, T.Əliyarbəyov küçəsi ev 8 ünvanında yerləşən evindən götürdükdən sonra həmin malların dəyərindən 1000 manatını hissə-hissə ödəməklə etibarını qazandıqdan sonra nəticədə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 4300 manat məbləğində qızılziynət əşyalarını ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilkdə 4300 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Quba rayonu, Polad Həşimov küçəsində anası və az yaşlı övladı ilə yaşayır. Quba rayonu, Polad Həşimov küçəsində yerləşən “MegaStore” adlı marketdə satıcı işləmiş və aylıq 400 manat maaş almışdır. Şahid7 Soltan oğlu əri olmuşdur. Onunla 2018-ci ildə onunla ailə həyatı qurmuş, lakin hazırda Elşadla boşanmağı ilə bağlı Abşeron rayon məhkəməsinə müraciət etmişdir. Ona görə ki, onunla Məsmə arasında olan pul məsələlərinə görə aralarında ailə daxili mütəmadi olaraq mübahisələri olmuş və bunun üçün də ayrılmaq qərarına gəlmişdirlər. Belə ki, mahiyyəti üzrə göstərmişdir ki, 2022-ci ilin iyul ayına kimi ünvan 1 ünvanında yaşamışdır. Zərərçəkmiş şəxs1 5 il bundan əvvəl qonuşuluqda yaşayan kimi tanımışdır. Amma Məsməni qaynanası Laləzarın vasitəsi ilə tanımışdır. Məsmə ilə arasında heç vaxt hər hansı bir ədavət və düşmənçilik olmamışdır. O, lap əvvəldən, yəni Məsməni tanıdığı müddətdən sonuncunu alverlə məşğul olan, sələm verən biri kimi tanımışdır. Həyətlərindəki qonşuların bir çoxunun Məsmədən faizlə nağd pul və ya qızıl zinyət əşyaları aldığını demişdir. 2020-ci ilin dekabr ayında əri Elşadın avtomobili ilə bağlı problem olduğundan onlara təcili pul lazım olmuşdur. Həmin vaxt onların pulu olmadığından o, qonşusu Məsmə ilə danışaraq sonuncudan 1000 manata yaxın borca pul istəmişdir. Məsmə də, ona əlində nağd pulun olmadığını, lakin qızıl verə biləcəyini, onlarında həmin qızılı lombarda girov qoyaraq pul götürə biləcəklərini bildirmişdir. Bundan sonra Məsmə ona real qiymətindən iki dəfə baha qiymətinə qızıl zinyət əşyaları vermiş, belə ki, mağaza dəyəri 1500 manat olan qızılı Məsmə 3000 manatdan hesablayıb ona vermişdir. Bundan sonra onlar həmin 3000 manatlıq qızılı xatırlamadığı lombarda girov qoyub təxminən 1000 manata yaxın pul götürmüşdürlər. Daha sonra isə həmin 1000 manat puldan ilkin ödəniş olaraq təxminən 20 faizini, yəni 200 manatını Məsməyə ilkin ödəniş kimi vermişdir. Bundan sonra isə Məsməyə ayda 250 manat, lombarda isə 150 manata yaxın pul ödəməyə başlamışdır. Bir sözlə o, həmin qızılları nisyə aldığı üçün Məsmə ona vermiş olduğu qızılın üzərinə istədiyi məbləğdə faiz gələrək aylığa bölüb ona vermişdir. 2021-ci ilin əvvəllərində onun yenidən pula ehtiyacı olduğu üçün Məsmədən yenidən pul qızıl zinyət əşyaları almışdır. Təxminən 2020-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayınadək o, Zərərçəkmiş şəxs1 50.000 manata yaxın qızıl zinyət əşyalarını borc olaraq üzərinə faiz gəlməklə almışdır. Həmin müddət ərzində o, borcundan 24.000 manatını Məsməyə qaytarmışdır. Hal-hazırda onun Məsməyə 26.000 manat borcu yaranmışdır. Onu da qeyd etmişdir ki, o, Məsməyə olan borcunu ödəyə bilmədiyi üçün onlara təklif etmişdir ki, Məsmənin tanışından gedib kreditlə mobil telefon alıb satsın, həmin pulu da gətirib Məsməyə olan borcundan ödəsin. Bu məqsədlə Məsmə tanışı vasitəsilə nisyə 03 ədəd ümumi qiyməti 2640 manat olan mobil telefonu gətizdirib ona vermişdir. O, həmin 03 ədəd mobil telefonu hal-hazırda ünvanını xatırlamadığı və tanımadığı mağazalara ümumilikdə 1000 manata satıb, həmin 1000 manat pulu da Məsməyə borcundan vermişdir. Həmçinin mağazaya da aylıq olaraq telefonların ödənişini etmişdir. İmkanı olmadığı üçün də həmin 03 telefonunda aylığını 2 aydır ki, ödəyə bilməmişdir. Bir daha bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onlara real mağaza dəyəri 25.000 manata yaxın olan qızıl zinyət əşyaları nisyə satmış, lakin Məsmə onlara qızıl zinyət əşyalarını verərək üzərinə 2 dəfə daha artıq faiz qoyaraq qiymətini qaldırmışdır. Bu səbəbdən 25.000 manatlıq qızılın qiyməti gəlib 50.000 manata çıxmışdır. Əlavə olaraq qeyd etmişdir ki, o, əvvəl istintaqda üzləşdirmə zamanı öyrənmişdir ki, Məsmə onun əvəzindən telefona qalan 2000 manat borcunu telefon aldığı şəxsə ödəmişdir. Onun Məsməyə ümumilkdə 30.000 manat borcu var. Zərərçəkmiş şəxs2 isə ümumiyyətlə tanımamışdır. Zərərçəkmiş şəxs1 Şahid7 barəsində yalan ifadə vermiş, Elşad ümumiyyıtlə onun işinə qarışmamış, o, özü Məsmə ilə qızıl alış verişi etmiş və aralarında olan bu alışverişdən Məsmə ondan qazanc əldə etmişdir. Ona pul lazım olduğu üçün Məsmədən müəyyən müddətdə, 06, 08 və ya 12 ay müddətində qızıl götürmüş və həmin qızılları lombarda qoyaraq pul əldə etmiş və həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Heç vaxt məqsədi dələduzluq etmək olmamışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, tibb texnikomunu bitirmişdir. İlk dəfə X5 10 il bundan əvvəl qonşuluqda yaşayan kimi tanısa da lakin, Laləzarla yaxın münasibətləri olmamışdır. Lakin Laləzarın qohumu olan Sənəm ona məxsus yaşadığı həyətdə kirayədə yaşayan zaman Laləzarın yanına gəlib getməsi zamanı sonuncu ilə tanış olmuşdur. Həmin vaxt Laləzar bildirmişdir ki, o, cehizlik əşyalarının və qızıl ziynət əşyalarının satışı ilə məşğul olmuşdur. Həmin vaxtı Laləzarla aralarında söhbət zamanı münasibətləri yaranmış, onlar bir birlərinə telefon nömrələrini vermişdirlər. Həmin vaxtdan ara bir onunla telefon zəngləridə olmuşdur. Həmçinin Laləzar qohumu Sənəmin yanına gəlib gedəndə onun yaşadığı evdə də qonaq olmuşdur. Bu kimi münasibətləri onların yaxın əlaqələrinə gətirib çıxarmışdır. Həmin vaxtlarda Laləzar onunla dəfələrlə inam yaradıb loteriya oyunuda oynamışdır. Onun etibar etdiyi adam olmuşdur. Həmçinin Laləzar öz yaxın qohumları olan bacısı Mahirəni, gəlinləri Leyla və Əfsanəni, həmin şəxslərin ərləri və həmçinin oğlanları Elşadı, Elçini və Nuranı, qudası Rəbiyyəni, Şəmsiyyəni, anası Surəyyanı, adını xatırlamadığı xalalarını onunla yaxından tanış etmişdir. Həmin vaxtdan həmin şəxslər ondan cehizlik əşyalar almışdırlar. Həmin qohumlar elə olmuşdur ki, ondan nəğd alış verişdən əlavə nisyə də mal götürmüşdürlər və vaxtı vaxtında da, pulunu vermişdirlər. O, Laləzara etibar etdiyindən adlarını qeyd etdiyi qohumlarına nisyə mal vermişdir. Amma bilməmişdir ki, Laləzar ondan sui istifadə etmişdir. Həmin vaxtlarda aralarında heç bir münasibətləri pozulmamışdır. O, da həmin şəxslərə etibar etdiyi üçün inanmış və bunun üçün də həmin şəxslərin bəziləri onun etibarından istifadə eədərək bir qrup şəxs halında ailə üzvləri planlı şəkildə onu aldadaraq qızıl-ziynət əşyalarını ondan Qubadan satmaq adı ilə alaraq aparıb ailə üzvilərinin adına, oğlu Elçinin Bank təşkilatı olmayan “Parabokt”a, indiki “Sizin lombard”a, Xırdalanda “Finas lombard”a, “X12”nın adına olan lombarda, Laləzarın gəlinləri Əfsanənin və Leylanın, Aygün və Leylanin adına “Muğanabank”a qoymuşdurlar. xx.xx.2022-ci il tarixdə 31.5 qram qızılı Nuran satmaq adı ilə ondan alaraq aparıb bilmədiyi lombarda qoymuşdur. Amma həmin qızılı da Kərim Xələfovun işi düzgün aparmayaraq Nuranın adına qoyulmuş qızlları onun adından çıxararaq ittihamı Laləzara verdiyini bildirmişdir. Bu ailənin onun etibarından sui istifadə edərək planlı şəkildə qrupun başçısı Laləzar, oğlanları və gəlinləri ilə əlbir olaraq ona külli miqdarda ziyan vurmalarını qeyd etmişdir. xx.xx.2022-ci il tarixdə Əfsanə və əri Elçin ona bildirmişdirlər ki, özünə, anasına və ərinə telefon lazımdır və onun da, telefon dükanında işləyən tanışı olduğu üçün ondan xahiş etmişdirlər ki, o, öz adına kreditə telefon götürərək həmin şəxslərə vermiş, vaxtı vaxtında telefonun pulunu ödəmələrini qeyd etmişdir. O da, həmin şəxslərə inanaraq həmin tarixdə Oğuz rayonunda olan tanışı Əzizdən öz adına 12 aylıq kreditlə 01 ədədinin qiyməti 912 manat olmaqlan ümumi dəyəri 1824 manat olan 02 ədəd “Samsung A-52” və 840 manat dəyərində 01 ədəd “Poco X3 Pro” markalı mobil telefon götürmüşdür. Həmin telefonların ümumi dəyərinin 2664 manat etdiyini, həmin telefonları xx.xx.2022-ci il tarixdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, T.Əliyarbəyov küçəsi ev 8 ünvanında qardaşı oğlu Sübhanın yanında Əfsanə və əri Elçinə vermişdir. Lakin həmin şəxslər telefonlara görə 1518 manat ödəyərək qalan 1146 manatını ödəməmişdirlər. Sonradan bilmişdir ki, həmin şəxslər onu aldadaraq həmin telefonları özləri üçün istifadə etməmiş, tamah niyyəti ilə həmin telefonları rəsmi onun icazəsi olmadan aparıb satıb pul əldə etmiş, ödəniş etməkdən də, boyun qaçırmışlar. Bundan başqa xx.xx.2022-cü il tarixdə onlar 12 nəfər yaxın qohumları ilə, yəni bacıları Mənsurə, İlhamə, tanışıı Reyhan, qardaşı Rahib və yaxın qonşuları ilə 12 ay müddətində öz aralarında hər bir nəfərə 250 manat vermək şərti ilə “Lotereya oyunu” adlanan oyun oynamağı planlaşdırmışdırlar. Həmin vaxtı Laləzar Elçinin uşağının xəstə olduğunu, əməliyyat olunacağını bildirərək xaiş etmişdir ki, ikinci oyunu Elçinə versin. O, Laləzarın sözünə inanaraq Elçini oyuna daxil etmişdir. Belə ki, Elçin və hər biri 250 manat qoymuş və ümumilkdə 3500 manat pul toplanmışdır. Bu oyunda Elçinin vaxtı 2022-ci ilin mart ayına düşmüşdür. Elçin həmin ayda 3500 manat pul götürmüşdür. Həmin puldan Elçin iki ay olmaqla 500 manat, 150 manatda bir vermişdir. Başqa ödəniş etməmiş, o, da məcbur olaraq Elçinin yerinə hər ay 250 manat pul vermişdir. Beləliklə də, Elçinin yerinə ümumilkdə 2850 manat pul vermişdir. Belə ki, həmin oyunda Elçin onu aldadaraq sonuncuya 2850 manat maddi ziyan vurmuşdur.Bununlada Şahid2 və onun əri Şahid1 telefonlara görə ona ümumilkdə 1146 manat, Şahid1 isə tək lotereya oyununa görə ona 2850 manat maddi ziyan vurmuşdur. Bundan başqa qeyd etmişdir ki, Şahid2 ondan xx.xx.2022-ci ildə tarixdə yaşadığı ünvan 2 ünvanda ondan 1617 manat dəyərində qızıl üzük və boyunbağ götürmüşdür. Əfsanə həmin qızılı özü üçün götürdüyünü demiş, sonradan bilmişdir ki, həmin şəxs onu aldadaraq həmin qızılı Laləzarla birlikdə satmışdır. Həmin puldan Əfsanə ona 290 manat pul vermiş və 1327 manati qalmişdir. İstintaq zamanı Kərim Xələfovun qeyri obyektiv iş apararaq işi araşdırmadan bu fakta görə Laləzarə ittiham verdiyini qeyd etmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə Leyla yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, T.Əliyarbəyov küçəsi ev 8 ünvanında ondan 1081 manat dəyərində 01 ədəd qızıl qolbaq götürmüşdür. Həmin qolbağın pulunu Leyla ona 03 ay müdətinə verməli olsa da, həmin puldan Leyla birinci ay 350 manat, ikinci ay isə 353 manat pul vermiş, 378 manatını isə verməmişdir.Bundan başqa xx.xx.2021-ci il tarixdə Leyla yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, T.Əliyarbəyov küçəsi ev 8 ünvanında ondan 1400 manat dəyərində bir ədəd qızıl boyunbaqı, 47 manat dəyərində 01 dəst, 24 manat 01 dəst, 29 manat dəyərində 01 dəst, 25 manat dəyərində 01 dəst, 12 manat dəyərində olmaqla ümumi dəyəri 137 manat oln 5 dəst uşaq paltarı, 01 ədədinin qiyməti 100 manat olmaqla 02 ədəd ədəd “Deko blanka” firmasına məxsus yataq dəsti, 01 ədəd 120 manat dəyərində “D-3” firmasına məxsus yataq dəstləri götürmüşdür. Uşaq paltarları ilə yataq dəstinin ümumi dəyəri 447 manat olmuşdur. Həmin boyunbağına görə hər ay 100 manat ödəmək şərti ilə 14 ay müddətində götürmüşdür. Həmin boyunbağının pulundan Leyla 07 ay 100 manat olmaqla ümumilkdə 700 manat pul vermiş, qalan 700 manatını verməmişdir. Uşaq və yataq dəstinə görə isə verməli olduğu 447 manatı verməmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə Leyla və Elşad yaşadığı ünvan 2 ünvanında ondan 1500 manat dəyərində sırqa və üzükdən ibarət qızıl komplektini götürmüşdür. Bunun pulunu hər ay 100 manat ödəməklə 15 aylıq götürmüşdürlər. Həmin puldan 700 manatını vermiş qalan, 800 manatını isə verməmişdirlər. Bundan başqa xx.xx.2021-ci il tarixdə Leyla Laləzarla birlikdə onun yaşadığı ünvan 2 ünvana gəlmişdirlər. Leyla ondan 450 manat dəyərində 01 ədəd qızıl uşaq qolbağı götürmüşdür. Həmin pulu ona 06 ay müddətinə verəcəkmiş. Həmin puldan 370 manatını vermiş, qalan 80 manatını verməmiş, bundan qazanc əldə etmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə Leyla, Laləzar və Elşad yaşadığı ünvan 2 ünvanına gələrək ona bildirmişdirlər ki, guya Elşad maşınla adam vurub və buna görədə təcili pul lazımdır və ondan qızıl istəmişdirlər ki, həmin qızılı satıb pul əldə etsinlər və Elşada köməklik etsinlər. O da, həmin şəxslərə inanaraq ümumi dəyəri 7804 manat olan qolbağ, boyunbağ və üzükləri onlara vermişdir. Həmin pulu 06 ay müddətinə ödəyəcəklərini Leyla və Elşad öz öhtələrinə götürmüşdürlər. Həmin puldan 7104 manatını ödəsələrdə, 700 manatını verməmişdirlər. Bundan başqa xx.xx.2021-ci il tarixdə Leyla qaynı arvadı Əfsanə ilə ünvan 2 ünvana gəlmişdirlər və Leyla ondan 1610 manat dəyərində 01 ədəd 11.5 qram qızıl boyunbağ götürmüşdür. Həmin pulu Leyla 06 ay müdətində ödəyəcəyini bildirsə də, həmin puldan 1470 manatını vermiş, 140 manatını verməmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə Leyla və Elşad yaşadığı ünvan 2 ünvanda ondan Səbuhiyə məxus 4562 manat dəyərində komlekt brliyant dəsti və qızıl boyunbaq götürdü. Həmin pulu Leyla və Elşad 07 ay müddətində verəcəkdir. Həmin puldan 3970 manatı verdilər, həmin pulu Səbuhiyə verdi. Həmin puldan 592 manatını vermədilər. Həmin maddi ziyan Səbuhiyə dəymişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə Leyla yaşadığı ünvan 2 ünvanda ondan 3915 manat dəyərində 01 ədəd “Şopat” firmasına məxsus qızıl boyunbağ götürdü. Həmin pulunu satıb tez bir zamanda verəcəyini bildirdi. Həmin pulu 2022-ci ilin iyun ayının 10-na qədər iki dəfəyə, yəni 2000 manat və 1915 manat pulu mənə göndərməklə həmin pulu tam ödədi. Bundan başqa xx.xx.2021-ci il tarixdə Leyla yaşadığım ünvan 2 ünvanda ondan 3108 manat dəyərində 01 ədəd 22.5 qramlıq qızıl qolbağ götürdü. Həmin pulu 06 ay müddtənində ödəyəcəkdir. Həmin puldan 1781 manatını verdi, 1327 manatını vermədi. Bundan başqa xx.xx.2021-ci il tarixdə Leyla yaşadığı ünvan 2 ünvanda ondan Səbuhiyə məxsus 390 manat dəyərində 01 ədəd qızıl uşaq qolbağ, 560 manat dəyərində 01 ədəd 04 qramlıq brliyant qaşlı qızıl üzük götürmüşdür. Həmin pulu 06 ay müddətində ödəyəcəkmiş. Həmin puldan 80 manatını vermiş, həmin pulu Səbuhiyə vermiş, 870 manatını isə verməmişdir. Həmin maddi ziyan isə Səbuhiyə dəymişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə Leyla Laləzarla birlikdə onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, T.Əliyarbəyov küçəsi ev 8 ünvanına gəlmişdirlər. Leyla ondan 650 manat dəyərində 01 ədəd qızıl üzük götürmüş, həmin pulu Leyla 06 ay müddtənində ödəyəcəyini bildirmiş, həmin puldan 450 manatını Leyla ona Laləzarın oğlu Rza ilə göndərmiş, 200 manatını isə verməmişdir. Sonradan ona məlum olmuşdur ki, Leyla həmin qızılı Laləzara vermişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə Leyla yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, T.Əliyarbəyov küçəsi ev 8 ünvanında ondan Səbuhiyə məxsus 933 manat dəyərində 01 ədəd 7.18 qram qızıl qolbağ götürmüşdür. Həmin pulu 06 ay müddətində ödəyəcəyini bildirmiş, həmin puldan 503 manatını vermiş, həmin pulu Səbuhiyə vermiş, 430 manatını isə verməmişdir. Həmin pula görə Səbuhiyə də, maddi ziyan dəydiyini qeyd etmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə Leyla yaşadığı ünvan 2 ünvanında ondan Səbuhiyə məxsus 6658 manat dəyərində qızıl sep və qolbağları götürmüşdür. Həmin pulu 06 ay müddətində ödəyəcəyini bildirsə də, həmin puldan 4374 manatını vermiş, o da, həmin pulu Səbuhiyə vermişdir. Həmin puldan 2284 manatını verməmiş, bu maddi ziyanın isə Səbuhiyə dəydiyini bildirmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə Leyla və Elşad yaşadığı ünvan 2 ünvanında ondan 620 manat dəyərində 01 ədəd qızıl qolbağ götürmüşdür. Həmin pulu 06 ay müddətində ödəyəcəkdir. Həmin puldan 480 manatını qaynı Nuranla göndərmişdir. Həmin pulu o, olmadığı üçün qardaşı Rahilə və Sübhana vermişdir. 140 manatını isə verməmişdir. Həmin qızıl Zeynəbə məxsus olmuş və Zeynəbin iştirakı ilə verilmişdir. Bunu Zeynəbin də təsdiq edə biləcəyini, həmçinin də maddi ziyanın Zeynəbə dəydiyini bildirmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə Leyla və Elşad yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, T.Əliyarbəyov küçəsi ev 8 ünvanında ondan 1316 manat dəyərində 01 ədəd qızıl qolbağ götürmüşdür. Həmin pulu 06 ay müddətində ödəyəcəklərini bildirmiş, həmin puldan 550 manatını vermiş, 766 manatını verməmişdir. Həmin qızıl Səbuhiyə məxsus olmuş və Səbuhinin iştirakı ilə verilmişdir. Bunu Səbuhinin də, təsdiq edə biləcəyini və maddi ziyanın da, Səbuhiyə dəydiyini bildirmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə Leyla yaşadığı ünvan 2 ünvanında ondan 11802 manat dəyərində 84.3 qramlıq, 750 əyyarlı boyunbağ və 399 manat dəyərində 3.3 qramlıq, 585 əyyarlı uşaq boyunbağı götürmüşdür. Həmin 12231 manat pulu 09 ay müddətnində ödəyəcəyini demişdir. Həmin puldan 4273 manatını vermiş, 7958 manatını isə verməmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə Leyla yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, T.Əliyarbəyov küçəsi ev 8 ünvanında ondan 5908 manat dəyərində 42.2 qramlıq boyunbağ və üzük, 1872 manat dəyərində 14.8 qramlıq boyunbağ götürmüşdür. Həmin 7780 manat pulu 09 ay müddətində ödəyəcəyini bildirsədə, həmin puldan 2108 manatını verməmiş, 5672 manatını verməmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə Leyla və Laləzar yaşadığı ünvan 2 ünvanında ondan 14280 manat dəyərində 75 qram briliyant dəsti, 1170 manat dəyərində 8.36 qram qızıl boyunbağı və həmçinin Esmiraldaya məxsus 35.84 qram qızıl boyunbağ və qolbağı götürmüşdür. Həmin 15458 manat pulu Leyla və Laləzar 09 ay müddtənində ödəyəcəklərini bildirsələr də, həmin puldan 3000 manatını Leyla, Laləzarın oğlu Nuranla göndərmişdir. 12458 manatını isə verməmişdir. Həmin ümumi puldan 5300 manatı Esmirladaya məxsus olmuş, ona verdiyi 3000 manat puldan 1000 manatını Esmiraldaya, 2000 manatını isə özünə götürmüşdür. Həmin qalıq 12458 manat puldan 4300 manatı Esmiraldaya, 8158 manatı isə ona məxsus olmuşdur.xx.xx.2022-ci ildə Leyla və Elşad yaşadığı ünvan 2 ünvanında ondan 1200 manat dəyərində 01 ədəd “Samsung A-22”, 900 manat dəyərində 01 ədəd “Samsung A-52”, 576 manat dəyərində 01 ədəd “Poco X3” markaklı mobil telefon götürmüşdürlər. Həmin telefonların ümumi dəyəri 2676 manat olmuşdur. Götürmüş həmin telefonların pulunu 12 ay müddətində verməli idilər. Onlar həmin telefonların pulundan 890 manatını verdilər, 1786 manatını vermədilər. Onlar həmin telefonları sataraq pul əldə etmişdir və özlərinə sərf etmişdir. Leyla izahatında həmin telefonu satıb pulunu ərinə verdiyini demişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə Leyla Əfsanə ilə yaşadığı ünvan 2 ünvana gəlmiş və Leyla ondan Zeynəbə məxsus 5639 manat dəyərində 41.68 qramlıq briliyant komplekt dəsti götürmüşdür. Həmin pulu 06 ay müddətində ödəyəcəyini bildirmiş, həmin puldan 1100 manatını vermiş, o, həmin pulu Zeynəbə vermişdir. Həmin puldan 4539 manatını verməmiş və bu maddi ziyan Zeynəbə dəymişdir. Sonradan ona məlum olmuşdur ki, Leyla və Əfsanə əlbir olaraq həmin qızılı hansısa banka Aygünün adından qoyub pul götürmüşdürlər. Bundan Laləzarın və Nuranın da məlumatı olmuşdur. Bundan başqa xx.xx.2022-ci il tarixdə Leyla yaşadığı ünvanda ondan 405 manat dəyərində 3 qram boyunbağını götürmüş, həmin 405 manat pulu 01 ay müddtənində ödəyəcəyini bildirsədə, həmin 405 manat pulu verməmişdir. Bununla da Təqsirləndirilən şəxs ona ümumilkdə 28751 manat, Zərərçəkmiş şəxs3 4679 manat, Zərərçəkmiş şəxs2 4300 manat, Zərərçəkmiş şəxs4 isə 4942 manat maddi ziyan vurmuşdur. Bundan başqa xx.xx.2021-ci il tarixdə X9 yaşadığı ünvanda ondan 1488 manat dəyərində 11.45 qram boyunbağı götürmüş, həmin pulu 08 ay müddətində ödəyəcəyini bildirmiş, həmin puldan 1310 manatını vermiş, 178 manatını isə verməmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə X9 ona 5994 manat dəyərində 44.4 qram, 585 problu boyunbağ, qolbağ və üzükdən ibarət qızıllar sifariş vermiş və həmin qızlları qızı Leyla və qudası Laləzarla Quba rayonuna göndərməyini istəmişdir. Ona görə ki, Rəbiyyə Quba rayonunda yaşamışdır. Belə ki, onda qızıl olmadığından həmin qızlları tanışı Vüsalədən götürmüşdür. Rəbiyyə həmin pulu 09 ay müddətində ödəyəcəyini bildirmiş, Rəbiyyə həmin puldan 2610 manatını vermiş, 3344 manatını isə verməmişdir. Həmin qızıl Vüsaləyə məxsus olmuş, lakin o, Vüsalənin pulu qaytardığı üçün maddi ziyan ona dəymişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə Rəbiyyə ona 01 ədədin qiyməti 100 manat olmaqla 02 ədəd türk istehsalı olan “Deko Blanka” firmasına məxsus yataq dəsti sifariş vermiş, o da, həmin 200 manatlıq yataq dəstini qızı Leylanın vasitəsi ilə Quba rayonuna yola salmışdır. Rəbiyyə həmin pulu tez bir zamanda verəcəyini demişdir. Lakin 200 manat pulu verməmişdir. X1 onu aldaraq sonuncuya ümumilkdə 3722 manat maddi ziyan vurmuşdur. X6 Laləzarın vasitəsi ilə tanımış, həmin şəxsin Laləzarın qudası olduğunu bildirmişdir. Rəbiyyə ilə aralarında yuxarıda qeyd etdiyi kimi üç dəfə alış veriş olmuş, bundan başqa onunla arasında heç bir alış-veriş olmamışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə Şahid4 Soltan oğlu ondan yaşadığı ünvanda dəyəri 736 manat olan 01 ədəd “Samsung A22”, dəyəri 720 manat olan 01 ədəd “Samsung A10 ”, dəyəri 456 manat olan “Samsung A13332CB” markalı mobil telefonlarını götürmüşdür və ümumi dəyərləri 1912 manat olmuşdur. Həmin telefonların pulunu hər ay ödəməklə 12 ay müddətində ödəyəcəyini öhtəsinə götürmüşdür. Həmin puldan 246 manatını ödəmiş, 1666 manatını isə ödəməmişdir. Qeyd etmişdir ki, o, həmin telefonları öz adına 12 aylıq kreditlə tanışı Əzidən götürmüş və sonuncuya vermişdir. Ona məlum olmuşdur ki, onun rəsmi icazəsi olmadan Nuran ondan istifadə edərək həmin telefonları 28 mayda “Nar mobile” dükanında tamah məqsədi ilə satmışdır və pul əldə etmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə Nuran anası Laləzarla birlikdə yaşadığı evə gələrək ondan 4253 manat dəyərində 31.5 qram qızıl sırğa, boyunbağ və üzük götürmüşdürlər. Nuran həmin qızlları arvadına götürdüyünü bildirmişdir. Həmin qızlları 06 aylıq müddətində götürmüşdür. Lakin həmin şəxslər onu aldadaraq həmin qızlları Nuranın adına lombarda qoymuşdurlar. X16 bu fakta görə ittihamı Laləzara vermiş, əslində bu ittihamın Nuranla birlikdə Laləzara verilməli olduğunu demişdir. Yetərincə ondan istifadə edilmişdir və günü bu gün də, o pulunu Nurandan istədiyini bildirmişdir. Buna görə Nuran onun üstünə bıçaq çıxararaq onu ölümlə hədələmişdir. Həmin vaxtı X17 otağında ona dörd oğlunun olduğunu və onu hədələdiyini bildirmişdir. Həmçinin onların qohumu Amil və Elçin də onu hədələmişdirlər. Bu barədə tədbir görməylərini xahiş etmişdir. O, Leyla və Laləzarın verdiyi ifadələrin üst üstə düşdüyünü, sonradan niyə işin ayırdılığını, külli miqdarda olan pulun xeyli miqdara çevirildiyi qeyd olunmuşdur. O, Kərim Xələfov və Xəyyam Rüstəmovun apardıqğı qeyri obyektiv işi araşdırmadan məhkəməyə verildiyini bildirmişdir. Amma burda bir çox faktlar sübut etmişdir ki, şahidləri Səbuhi, Esmiralda, Reyhan, bacısı İlhamə, bacısı Mənsurə, ailə üzvləri şahid olmuşdurlar ki, həmin şəxslər bir yerdə ondan bu malları götürərək eyni gündə eyni saatda qrup şəkildə planlı aldadaraq ona külli miqdarda ziyan vurmuşdurlar. İstintaq dövrü Leyla və Laləzar izahatlarında bildirmişdirlər ki, Məsmə nimn həyətində bir çox qonşular Məsmə dən sələmlə pul almışdırlar. O, xaiş etmişdir ki, qonşuları Leyla və Laləzar həmin qonşuların adını açıqlasınlar və həmin qonşular dindirilsin. Həmin şəxslərin ona şər və böhtan atdıqlarını, qonşular arasında ədavət yaradıldığını qeyd etmişdir. Elçin, Əfsanə və Nuranın ifadələrində onu sələmçi kimi qeyd etdiklərinə görə xahiş etmişdir ki, ona şər atdıqlarına görə cinayət işi açılsın. Bununla da Şahid4 Soltan oğlu ona 1666 manat maddi ziyan vurmuşdur. Şahid4 Soltan oğlunu anası Laləzarın vasitəsi ilə tanımışdır və Nuran ondan xx.xx.2022-ci il tarixdə Şahid4 Soltan oğlu ondan yaşadığı ünvanda dəyəri 736 manat olan 01 ədəd “Samsung A22”, dəyəri 720 manat olan 01 ədəd “Samsung A10 ”, dəyəri 456 manat olan “Samsung A13332CB” markalı mobil telefonlar götürmüşdür. Həmin ümumi dəyəri 1912 manat olmuşdur. Həmin telefonların pulunu hər ay ödəməklə 12 ay müddətində ödəyəcəyini öhtəsinə götürmüşdür. Həmin puldan 246 manatını ödəmiş, 1666 manatını isə ödəməmişdir. Bundan başqa Nuranla onun arasında heç bir alış veriş olmamışdır. Bundan başqa xx.xx.2019-cu il tarixdə Mahirə Dövlət qızı ondan qızına cehizdik adı ilə yaşadığı ünvandan ümumi dəyəri 1219 manat dəyərində yataq dəsti, süfrə və ədyal götürmüşdür. Həmin pulu 12 ay müddətində ödəyəcəyini öhdəsinə götürməklə 735 manatını ödəmiş, 484 manatını isə ödəməmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə Mahirə Dövlət qızı ondan yaşadığı ünvanda dəyəri 3789 manat olmaqla 34.7 qram qızıl qolbağ, üzük və boyunbağ götürmüşdür. Həmin pulu 10 ay müddətində ödəyəcəyini öhdəsinə götürərək həmin puldan 3249 manatını ödəmiş, 540 manatını isə verməmişdir.Bununla da Mahirə Dövlət qızı ona ümumilkdə 1024 manat maddi ziyan vurmuşdur. Mahirə ilə 2015-ci ildən tanış olmuş, həmin şəxsi Laləzarın vasitəsi ilə tanımışdır. Mahirə ilə tanış olduqdan sonra sonuncu ilə aralarında məişət avadanlıqlarının alqı-satqısı olmuşdur. Belə ki, həmin vaxtlardan 2021-ci ilin mart ayına kimi Mahirə ondan 7 dəfə həm məişət avadanlıqlar, həm qızıl ziynət əşyaları alaraq satmış və üzərində gəlir əldə etmişdir. Ümumilkdə aralarında 10-12000 manat dəyərində alışveriş olmuşdur. Sonuncu dəfə onun pulunu vermədikdə münasibətləri pozulmuşdur. Bir daha qeyd etmişdir ki, birinci ödənişi Leyla, ikinci Laləzar, üçüncü Rəbiyyə, sonra Elçin və Əfsanə, Nuran, Mahirə ona ödənişi dayandırmışdırlar. Həmin şəxslər ödənişlərdən yayınaraq ona külli miqdarda ziyan vurmuşdurlar. Xahiş etmişdir ki, istintaq dövründə hər bir şey araşdırılsın, ona dəymiş ziyan ödənilsin, dələduzların ona şər atdıqlarına görə lazımı tədbir görülsün. Hazırda şikayətçidir, ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun əmisi qızıdır. Məsmə ev əşyaları, ev cehizliyi və qızıl zinyət əşyalarının satışı ilə məşğul olur. 2021-ci ilin noyabr ayında pula ehtiyacı olduğundan qızıllarını satmaq qərarına gəlmişdir və bu barədə Məsməyə demişdir. Leyla qaynanası ilə əvvəllər də ondan qızıl almış, və pulunu birtəhər qaytarmışdır, sonradan Məsmə ona aid olan qızılları Təqsirləndirilən şəxs bir neçə aylıqa vermək istəmişdir. O da, Məsmə ilə razılaşmış və Məsməyə iki dəfə qızıl vermişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə 620 manat dəyərində 01 ədəd qızıl qolbağı və xx.xx.2022-ci il tarixdə özünə məxsus 5639 manat dəyərində 41.68 qramlıq briliyant komplekt dəstini Məsməyə vermişdir. Məsmə də həmin qızılları 06 ay müddətində Leylaya vermişdir. Leyla da həmin qızlların pulundan Məsməyə bir dəfə 480 manat və bir dəfə isə 1100 manat vermişdir. Məsmə də həmin pulu ona vermişdir. Bu günə kimi Leyla qalıq qalan 4679 manat pulu Məsmə yə vermədiyindən Məsmə də həmin pulu ona verməmişdir. Sonra bilmişdir ki, Leyla və onun yaxın qohumları Məsmə ni aldaraq onun xeyli miqdarda qızllarını alaraq pullarını verməmişdirlər. Bunun üçün də bu günkü gündə ona Leyla tərəfindən 4679 manat maddi ziyan vurulmuşdur, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 təxminən 5 ildir ki, tanıyır. Məsmə ilə uzaq qohumluq əlaqələri vardır. Məsmənin xırda alverlə məşğul olduğunu öyrəndikdən sonra ara sıra ondan müxtəlif məişət əşyaları və qadın geyimləri almışdır. Onun maddi vəziyyəti aşağı olduğundan oğluna toy edə bilməmişdir. Evində müəyyən miqdarda olan qızılları sataraq oğluna toy etmək qərarına gəlmişdir. Bu barədə Məsməyə bildirdikdə o, qızılları gətirib ona verməsini, qızılları satdıqdan sonra pulunu ona hissə-hissə ödəcəyini bildirmişdir. O, Məsmə ilə razılaşdıqdan sonra 2022-ci ilin mart ayının 4-də Məsmənin yaşadığı Xırdalan şəhəri, Tərlan Əliyarbəyov ev 8 ünvanında özünə məxsus ümumilikdə 5300 manat dəyərində iki ədəd qolbağ, bir boyunbağ, sırqa və üzük komplektini Məsməyə təhvil vermişdir. Qızılları təhvil verərkən evdə Məsmənin qardaşı oğlu olan Sübhan Zeynalov da orada olmuşdur. Məsmə qızılların pulunu 6 ay müddətinə ona ödəyib qurtaracağını bildirmişdir. Məsmə həmin qızılları Xırdalan şəhərində yaşayan Leyla və Laləzar adlı tanımadığı şəxslərə satacağını bildirmişdir. O, qızılları evdə Məsməyə təhvil verdikdən sonra sonuncunun yaşadığı ünvandan çıxarkən 2 nəfər qadın ora gəlmiş və onlar qapıda salamlaşmışdırlar. Məsmə qızılları bu şəxslərin alacağını ona bildirmişdir. Səhəri gün, yəni 2022-ci ilin mart ayının 5-də Məsmə onun yaşadığı ünvana gəlmiş və ondan almış olduğu qızıllara görə 1000 manat pulu ona vermişdir. Növbəti ay gəldikdə Məsmənin ona niyə qızılların pulundan vermədiyini soruşduqda Məsmə, ona qızılları satmış olduğu şəxslərin pulunu gecikdirdiyini demişdir. Hər dəfə Məsmədən bu barədə soruşduqda həmin şəxslərin ödənişi gecikdirdiyini ona bildirmiş və bu vaxta qədər ona 4300 manat pul ödənməmişdir. Sonra ona məlum olmuşdur ki, onun qızıllarını Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs vermişdir və sonda Leyla Məsmə ni aldadaraq həm ona qarşı dələduzluq edərək maddi ziyan vurmuş, həmçinin də onun qızıllarını mənimsəyərək ona qarşı dələduzluq etmişdir. Bununlada Təqsirləndirilən şəxs ona 4300 manat maddi ziyan vurmuşdur. Şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2000-ci ildən tanımış, Məsmə bacanağıyla qonşudur, onlara gedib gəliş edəndə onun xırda alverlə məşğul olduğunu bilirmiş, sonra Məsmənin qızıl alış verişi ilə məşğul olmasını bilmiş, özü də əvvəllər zərgər işlədiyindən əldə etdiyi pulun qarşılığında müəyyən qədər qızllar alaraq evdə saxlamış, gələcəkdə lazım olarsa satıb pul əldə edəcəkmiş, qızlın qiyməti hər il artmaqda davam edirmiş, 2021-ci ilin oktyabr ayının əvvəllərində maddi vəziyyəti aşağı olduğundan evində olan müəyyən miqdarda qızılları satmaq qərarına gəlmişiş, bu barədə Məsməyə demiş, Məsmə cavabında qızılları yaxşı qiymətə satmaq istəyirsənsə aylıq pulunu götürmək şərti ilə satmasını və yaxşı qiymətə başa gəlməsini demiş, Məsmə bu işlə məşğul olduğundan ona inanıb onunla razılaşmış, Məsmə qızılları tanıdığı adamlara aylıq verəcəyini və pulunu hər ay ondan hissə hissə olmaqla götürəcəyini demişdir. İlkin olaraq özünə məxus 4562 manat dəyərində komplekt brliyant dəsti və qızıl boyunbağını xx.xx.2021-ci il tarixdə Məsmənin yaşadığı ünvan 2 ünvana apararaq Məsmə yə vermiş, Məsmə həmin pulu 07 ay müddətində verəcəkmiş, həmin puldan 3970 manatı Məsmə vermiş, 592 manatı isə qalmışdır. Bundan başqa xx.xx.2021-ci il tarixdə eyni ünvanda Məsməyə 390 manat dəyərində 01 ədəd qızıl uşaq qolbağ, 560 manat dəyərində 01 ədəd 04 qramlıq brliyant qaşlı qızıl üzük vermiş, həmin pulu Məsmə 06 ay müddətində ödəyəcəkmiş, həmin puldan 80 manatını Məsmə ona vermiş, 870 manatı isə qalmışdır. Bundan başqa xx.xx.2021-ci il tarixdə eyni ünvanda Məsməyə 933 manat dəyərində 01 ədəd 7.18 qram qızıl qolbağ vermiş, həmin pulu Məsmə 06 ay müddətində ödəyəcəkmiş, həmin puldan 503 manatını vermiş, 430 manatı qalmışdır. Bundan başqa xx.xx.2021-ci il tarixdə günü birinci yarısında eyni ünvanda Məsməyə 6658 manat dəyərində qızıl sep və qolbağlar vermiş, həmin pulu 06 ay müddətində ödəyəcəkmiş, həmin puldan 4374 manatını Məsmə vermiş, 2284 manatı isə qalmışdır. Bundan başqa xx.xx.2021-ci il tarixdə günü ikinci yarsında eyni ünvanda Məsməyə 1316 manat dəyərində 01 ədəd qızıl qolbağ vermiş, həmin pulu Məsmə 06 ay müddətənində ödəyəcəkmiş, həmin puldan 550 manatını vermiş, 766 manatı qalmışdır. Bundan sonra mən Məsmənin verməli olduğu qızıllardan qalıq qalan 4942 manat pulu tələb etdikdə Məsmə həmin qızılları Leyla adlı müştərisinə verdiyini, pulu ondan ala bilmədiyi üçün pulu qaytara bilmədiyini demiş, Məsməyə ümumilkdə təxminən 17.000 manat dəyərində qızıl vermiş, həmin puldan 13900 manatı qalmışdır. Leyla və digər şəxsləri əvvəllər tanımamış, onlarla aralarında heç bir sövdələşmə olmamış, ancaq Məsmə ilə aralarında alqı satqı olmuş, sonralar Leyla bir neçə dəfə zəng edərək pulunu qaytaracağına söz vermiş, lakin bu günə kimi Leyla 4942 manat pulu qaytarmamışdır. Şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında şahid qismində tanınaraq dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, X4 gəlinidir. Belə ki, 2015-ci il tarixdə Laləzarın oğlu Elçinlə ailə həyatı qurmuş və ailəsi ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. Zərərçəkmiş şəxs1 qonşusu kimi tanımışdır. Məsməni alverçi sələm verən şəxs kimi tanımışdır. Məsmə ilə aralarında heç bir ədavət və düşmənçilyi olmamışdır. Təxminən il yarım bundan əvvəl uşağı xəstə olduğu üçün təcili pul lazım olmuşdur. Ailə üzvlərinin heç biri rəsmi olaraq işləmədiyi üçün bankdan kredit götürə bilməmişdir. Uşağın da halı günü-gündən pisləşdiyi üçün məcbur olub Məsməyə müraciət etmişdir. Məsmə özü də uşağın pis vəziyyətdə olduğunu görmüşdür. Məsmə özü ona təklif etmişdir ki, nisyə aylıq hissə-hissə ödəmək şərti ilə qızıl alsın, həmin qızılı lombarda satıb pul əldə etsin. Onlar da çıxılmaz vəziyyətdə olduğu üçün ayrı çarələri olmamış, ona görə də normaldan baha qiymətə Məsmədən nisyə qızıl götürməyə razılaşmışlar. Aralarında olan razılaşmaya əsasən Məsmədən 2256 manat dəyərində komplekt qızıl dəsti nisyə olaraq, ayda təxminən 150 manat ödəmək şərti ilə qızıl götürmüşlər. Həmin qızılı aparıb lombarda 1000 manata satmışdır. Həmin 1000 manatın 300 manatını Məsməyə borcun ilkin ödənişi kimi vermiş, yerdə qalan 700 manatı isə uşağın müalicəsi üçün xərcləmişdir. Ondan sonra o, bir ay belə olsun gecikmədən Məsmənin aylıq 150 manat ödənişini bu günə kimi ödəmişdir. Məhkəmə istintaqında şahid qismində tanınaraq dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində Şahid2 şahid qismində verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində tanınaraq dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qızıdır. O, 2018-ci ildə Şahid7la ilə ailə həyatı qurmuşdur. Leyla ailə həyatı qurandan sonra Abşeron rayonu, Xırdalan şəhərinə gəlin köçmüşdür. Təxminən 2022-ci ilin yay aylarından isə Quba şəhərinə köçmüşdür. Qubaya köçməkdə məqsədi isə işlə bağlı olmuşdur. Leyla Quba şəhərində yerləşən Mega Store-də kassir işləmişdir. Leyla Qubaya onun yanına köçəndən ona dərdini danışıb demişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşadığı ər evində qonşuluqda yaşayan Məsmə adlı qadına təxminən 25-26 min manat borcu vardır. O, Məsməni ümumiyyətlə heç vaxt tanımamışdır. Məsmə ilə də heç vaxt alış-verişi olmamışdır. O, Məsməni ilk dəfə qızı həbs ediləndə görmüşdür. Belə ki, qızı tutulan zaman o, Qubadan Abşeron rayonuna gəlib Məsmənin evini tapmışdır. Məsmənin evinə gedib qızından şikayətini geri götürməyi xahiş etmişdir. O, ilk dəfə Məsməni onda görmüşdür. Bundan əvvəl nə Məsməni görmüş, nə də ki, Məsmə ilə alış-verişi olmamışdır. Nə birbaşa, nə də qızı vasitəsi ilə Məsmədən alışveriş etməmişdor. Hətta bundan xəbəri olsaydı Məsmənin qızı Leylaya belə çətin şərtlərlə qızıl satmasına imkan verməzmiş ki, belə çətin qaydada Məsmədən nisyə qızıllar alıb özünü böyük borc yükünün altına salsın. Məsmə ilə onun arasında heç bir alış veriş olmamışdır və onun Məsməyə heç bir borcu yoxdur. Məhkəmə istintaqında şahid qismində tanınaraq dindirilmiş Şahid7 vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində tanınaraq dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, X4 oğludur. Şahid6 onun arvadıdır. Zərərçəkmiş şəxs1 isə onun qonşusudur. Məsməni alverçi və sələm verən şəxs kimi tanımışdır. Məsmə ilə aralarında heç bir ədavət və düşmənçiliyi olmayıb və yoxdur. Onunla Zərərçəkmiş şəxs1 arasında heç bir alver olmamışdır. Həmçinin o, nə Məsməyə aid qızılları, nə də Məsmənin anasına vermiş olduğu qızılları lombarda qoyub pul götürməmişdir. Ümumiyyətlə həmin prosesdə onun heç bir şəkildə iştirakı olmamışdır. Ailəsi və Məsmə arasında olan alış-verişdə iştirak etməmişdir. Eyni ilə hər hansı telefon alqı satqısında o, olmamış və onun adına hər hansı telefon alınmamış və satılmamışdır. Məhkəmə istintaqında şahid qismində tanınaraq dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, X4 gəlinidir. Şahid4 onun əridir. Zərərçəkmiş şəxs1 o, ümumiyyətlə heç vaxt görməmiş, nə də Məsməni tanımamışdır. Bir sözlə Məsmə ilə aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Onunla Zərərçəkmiş şəxs1 arasında heç bir alver olmamışdır. Ümumiyyətlə bu hadisələr baş verən zaman o, Sabirabad rayonunda olmuşdur. Məsmənin dedikləri yalandır. Bir sözlə o, bu hadisələrin nə şahidi olmuş, nə də bu hadisələrdə iştirak etmişdir. Məhkəmədə Şahid5 elan olunmuş ifadəsindən görünür ki, 2022-ci ilin sentyabr oktyabr ayına qədər Oğuz rayonu Kərimli kəndində yerləşən Elektrik avadanlığı dükanında satıcı işləyirdi.Əvvəllər Xırdalan şəhərində yaşayan və hazırda Oğuzda yaşayan dostu Aydın öz Votsap statusunda işlədiyi dükanda satılan telefonların şəkilini paylaşıb hissəhissə ödəmək şərti ilə alına biləcəyi barədə məlumat yerləşdirmişdir.2022-ci ilin yanvar ayının əvvəlində Aydın ona demiş ki,Xırdalanda yaşayan və alverlə məşqul olan Məsmə adlı qadın mağazadan hissə-hissə ödəmək şərti ilə telefon almaq istəyir.Məsmənin etibarlı adam olduğunu və vaxtında ödəniş edə biləcəyini demişdir.Bir neçə gün sonra Məsmə telefonuna zəng vurub 3 ədəd mobil telefon almaq istədiyini,lakin kimin alacağı barədə ona məlumat verməmişdir.Danışıq zamanı Məsmə xanım ona 3 ədəd mobil telefonun markalarını demiş,onlardan biri Poco X3 PRO8/256GB və digər 2 ədəd Samsung A 52 modelli telefonlar almaq istədiyini demişdir.Danışığı əsasən onun bank kartına ödəniş olunacaqmış.Lakin Məsmə telefonları görə kimin ödəyəcəyini ona bildirməmiş və o soruşmamış, çünki Aydını tanıdığı üçün ona inanırmış.Həmin 3 ədəd mobil telefonu Oğuz rayonundan taksi vasitəsi ilə Məsmənin yaşadığı Xırdalan şəhərinə göndərmişdir.xx.xx.2022-ci il tarixdə Məsmə yenidən onunla əlaqə saxlayıb bildirmiş ki, əlavə 2 ədəd mobil telefon istəyir. Həmin telefonları qonşularına verəcək.Pulları isə onlar özləri karta göndərəcəklər. Lakin telefonların markalarını onun nömrəsini onlara verəndən sonra özləri deyəcək.Bir qədər sonra Laləzar adlı qadın əlaqə saxlamış və iki ədəd A52 markalı mobil telefon istəmişdir. Pulu yavaş-yavaş ödəyəcəyini bildirmişdir. Həmin günü o taksi vasitəsi ilə yenə də Xırdalana telefonları göndərmiş,Laləzarın nömrəsi ilə əlaqə saxlayan taksi telefonları özlərinə vermişdir.18 fevral 2022-ci il tarixdə Məsmə xanım zəng vurub özü üçün telefon istədiyi üçün ona Samsunq A12 modelli telefon göndərmişdir.07 mart 2022-ci il tarixdə Məsmə xanım Votsap vasitəsi ilə yazmış ki, Leyla adlı qadın ona zəng vuracaq, o da telefon istəyir,problem yoxdur vaxtında ödəniş edəcəklər.Bir qədər sonra özünü Leyla kimi təqdim edən şəxs zəng vurub sabahısı günə 08 mart 2022-ci ilə ona 3 ədəd mobil telefon lazım olduğunu bildirmişdir.Pulları özü hissə-hissə 12 ay ərzində ödəyəcəkdir.Markalarını Leyla sifariş verən kimi o Samsunq A22,Samsunq A52 və Poca X3 Pro markalı mobil telefonları yenə də taksi vasitəsi ilə Leylaya Xırdalan şəhərinə göndərmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə,xx.xx.2022-ci il tarixdə və xx.xx.2022ci il tarixdə Laləzar 3 ədəd telefon göndərmişdir.Hər dəfə ondan telefonlar sifariş edilməmişdən əvvəl Məsmə ona zəng vurub deyirmiş ki, problem yoxdur vaxtında ödəyəcəklər.Axırıncı dəfə telefonu Laləzara göndərəndə Laləzar ona demiş ki,hələ ki,özünə telefon ala bilməyib,digər telefonlar uşaqlar üçün alınmış, yalnız xx.xx.2022-ci il tarixdə göndərdiyi telefonu özünə götürmək istəyir. Telefonlara görə ödənişi ona məxsus bank kartına göndərilirmiş. Laləzar və Leylaya verdiyi telefonlara görə edilən ödənişlər cədvələ əsasən Məsmənin özü üçün göndərdiyi telefondan başqa Leyla və Laləzara 8754 manat dəyərində 11 ədəd mobil telefon göndərmişdir.Onlar tərəfindən ona cəmi 5467,3 manat borcları qalıb. 3287 manatı ödəniş etmişlər. Sonuncu dəfə 2022-ci ilin may ayının axırlarında ödəniş olunmayan vaxtı Leyla ilə əlaqə yarada bilməmiş,sonra Laləzara zəng vurmuş, ona ödəniş edilməli olduğunu demişdir. Laləzar çətinlik yarandığını bildirib Ödəyəcəyini desə də həmin vaxtdan ödəniş etməmişlər.Bundan sonra Məsmə ilə əlaqə saxlayıb ona bu barədə məlumat vermişdir.Bir neçə gün sonra yenidən əlaqə saxlayanda Məsmə demiş ki,onun həmin adamlarla problemi yaranmış,aralarında olan alış-verişə görə ona da borclu qalmışlar. Telefonları satan zaman yalnız Leylaya verdiyi 3 ədəd telefonları MQDİS sistemə sala bilmişdir.Həmin sistemdə Məsmə xanımın adını sistemə salmışdır. Digər 8 ədəd telefonları isə öz səhfi ucbatından MQDİS sisteminə salmamış və bir müddət sonra ödəniş olunmadığı üçün sistemə saldığı 3 ədəd telefonu bağlatdırmışdır. Digər telefonları isə sistemdə baxanda məlum olmuş ki,həmin telefonlar 28 may tərəfdə hansısa dükana satılmışdır. 8 ədəd telefonu həmin sistemə salsaydı onları sata bilməyəcəkdilər. Həmin telefonların satılması barədə Məsməyə məlumat vermişdir. Məsmə isə demiş ki,telefonların pulunu alıb ona verəcək.Pulları verə bilmədiyi üçün işdən onu çıxartmışlar. Dükanın sahibi Əfqan Qafarov isə xəstəliyi ilə əlaqədar Rusiyada olduğu üçün hər dəfə ona Rusiyadan zəng vurub pulu tələb edir. Hal-hazırda müdir Rusiyada olduğundan və o işdən çıxdığı üçün şikayəti yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Məcid Məcidli tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və Abşeron RPİ-nin MSY-nə yerləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Məcid Məcidli tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin madə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Məcid Məcidli tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məqsədilə Abşeron rayon prokurorluğuna vəsatətlə müraciət olunmuş və Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri X3 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə xx.xx.2022-cü il tarixli təqimatı Abşeron rayon məhkməsinə daxil olmuşdur. 220276099 nömrəli cinayət işi üzrə Abşeron rayon məhkməsinin hakimi X7 xx.xx.2022-ci il tarixli 4(012)-795/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. xx.xx.2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Məcid Məcidli tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilmişdir. xx.xx.2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Məcid Məcidli tərəfindən X10 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və Abşeron RPİ-nin MSY-nə yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Məcid Məcidli tərəfindən X10 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin madə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Məcid Məcidli tərəfindən X4 barəsində həbs qətimkan tədbiri seçilməsi məqsədilə Abşeron rayon prokurorluğuna vəsatətlə müraciət olunmuş və Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımovun xx.xx.2022-cü il tarixli qərarı ilə X4 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətdən imtina edilmiş və o, saxlandığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Məcid Məcidli tərəfindən X4 barəsində “polsin nəzarəti altına vermə qətimkan tədbiri” seçilmişdir. xx.xx.2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Abşeron RPİ-nin İŞ-nin sabiq müstəntiqi Kərim Xələfov tərəfindən X8 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə yenidən ittiham elan olunmuş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri” qüvvəsində saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin İŞ-nin sabiq müstəntiqi Kərim Xələfov tərəfindən ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış və icraatına qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs X4 barəsində istintaq olunun ********* nömrəli cinayət işi ittiham aktı ilə birlikdə Abşeron rayon məhkəməsinə göndərilmişdir. İş üzrə xx.xx.2023-cü il tarixdə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş və Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-534/2023 nömrəli qərarı ilə barəsində xx.xx.2023-cü il tarixinədək həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. İş üzrə Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndfirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü Ayla Yaqubova adlı bir azyaşlı övladının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddələrinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, təyin olunan cəzanın onun islah olunmasına təsirini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 04 (dörd) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərəçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 04 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərəçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-227/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-227/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver