Məhkəmə qərarları › İş №1(012)-228/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-228/2021

03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-228/2021 03.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1999-cı ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, «Səhliyalı» şirkətində fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbayçan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaya səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 23:30 radələrində idarə etdiyi “VAZ 2106” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi ilə eyni hərəkət yolunda hərəkətdə olub «Bizim market» mağazasının qarşısında yolların kəsişməsində sola dönmə əməliyyatı yerinə yetirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməmiş, yəni hərəkətə başlama, yerdəyişmə, dönmə zamanı sürücünün apardığı manevr təhlükəsiz olmalı halda, buna riayət etməmiş, onunla eyni hərəkət yolunda sağ tərəfində hərəkətdə olan və sola dönmə əməliyyatı aparan Zərərçəkmiş şəxs2 idarə etdiyi 49 kub həcmli «Yamaha» markalı mopedlə ara məsafəsi gözləmədiyi üçün qabaq sağ tərəfi ilə «Yamaha» markalı mopedin sol qabaq hissəsi toqquşmuş, nəticədə mopeddə əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan sol qamış sümüyünün aşağı 1\3-nin sol incik sümüyünün yuxarı 1\3-nin qapalı, qəlpəli, yerdəyişən sınıqları, sol dirsək oynağı nahiyəsinin sıyrığı xəsarəti yetirməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuş, həmçinin Zərərçəkmiş şəxs2 idarə etdiyi «Yamaha» markalı mopedə 1120 manat maddi ziyan vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, «Vaz 2106» markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və həmin avtomobili «B» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. xx xxxxxxxx 2020-ci il tarixdə axşam radələrində idarə etdiyi «Vaz 2106» markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat 23:30 radələrində yaşadığı evə gəlmişdir. Təxminən saat 23:30 radələrində avtomobilini Xırdalan şəhəri, Qalubiyyə küçəsi ilə hərəkət etdirib «Bizim market»in qarşısından sola dönmə əməliyyatı aparmaq istəmiş, həmin ərazidə yolların kəsişməsinə çatdıqda avtomobilini təxminən 30 km/saat sürətlə hərəkət etdirmiş, yolların kəsişməsinə daxil olduqda əks istiqamətli yoldan hərəkət olmadığı üçün yolların kəsişməsinə daxil olub sola dönmə əməliyyatı yerinə yetirmək istədikdə ani anda sağından onunla eyni hərəkət yolunda hərəkətdə olub, sola dönmə əməliyyatı yerinə yetirən «Yamaha» markalı mopetin də sola dönmə əməliyyatı etdiyi üçün mopedlə toqquşduğunu görmüşdür. Həmin moped sükanı tam sola döndərdiyi üçün qabaq sol tərəfi onun avtomobilinin qabaq sağ hissəsi ilə toqquşmuş, toqquşma nəticəsində avtomobilinin qabaq sağ qanadı əzilmiş, toqquşma zamanı zərbənin səsindən sağdan mopedin avtomobili ilə toqquşduğunu bilmişdir. Toqquşmadan sonra mopeddə əvvəlcə sərnişin olduğunu bilməmiş, maşından düşüb mopedə tərəf keçdikdə bir nəfər şəxsin yerə yıxıldığını görüb başa düşmüşdür ki, toqquşmadan əvvəl mopeddə sərnişin olmuşdur və toqquşma zamanı zərbənin təsirindən yerə yıxılmışdır. Hadisə zamanı mopedin sürücüsündə xəsarət izi olduğunu görməmiş, mopeddə olmuş sərnişinin ayağından xəsarət aldığını görmüş, ondan başından və sinəsindən hər hansı xəsarət alıb-almadığını soruşmuş, lakin həmin şəxs yalnız ayağında xəsarət olduğunu demiş, sonra xəsarət alan sərnişini avtomobilinə əyləşdirib Bakı şəhər Travmatalogiya İnstitutuna aparmış və orada ona yardım göstərilmişdir. O, toqquşma baş verməzdən əvvəl mopedin onunla eyni hərəkət yolunda olduğunu görməmiş, yalnız toqquşma baş verən anda həmin mopedin onun avtomobilinə sağdan toqquşduğunu bilmiş, bu anda başa düşmüşdür ki, moped onunla eyni hərəkət yolunda olub və onun kimi sola dönmə əməliyyatı yerinə yetirmişdir. Hadisə baş verən anda avtomobildə tək olmuş, avtomobildə sərnişin və yaxud əlavə yükü olmamışdır. O, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını nəzərə alıb məhkəmədən barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 23:30 radələrində tanışı Zərərçəkmiş şəxs2 idarə etdiyi «Yamaha» markalı motopedlə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi ilə «Heydər parkı»nın kənarı ilə «Bizim Market» istiqamətində hərəkətdə olmuş, o, mopeddə arxa oturacaqda əyləşmişdir. Onlar mopedlə «Bizim market»ə çatdıqda Zərərçəkmiş şəxs2 mopedi saxlamış, sola dönmə əməliyyatı etmək üçün qarşı tərəfdən gələn avtomobili gözləmişlər. Həmin avtomobil keçdikdən sonra Zərərçəkmiş şəxs2 sola tərəf dönən zaman qəfildən arxadan onunla eyni istiqamətdə hərəkət edən, lakin əks zolaqla gələn Vaz 2106 markalı avtomobil dönmə əməliyyatı etdiyi üçün motopedin sol tərəfi ilə «Vaz 2106» markalı avtomobilin sağ qabaq tərəfi toqquşmuş, zərbənin təsirindən moped yerə aşdığı üçün hər ikisi yerə yıxılmışlar. O, xəsarət aldığı üçün «Vaz 2106» markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, sonradan adını bildiyi Təqsirləndirilən şəxs avtomobildən düşərək onlara yaxınlaşıb hər ikisinə köməklik etmiş, hadisə nəticəsində Zərərçəkmiş şəxs2 xəsarət almamış, o, xəsarət aldığı üçün Təqsirləndirilən şəxs avtomobilinə əyləşdirilmiş və Bakı şəhərində yerləşən Travmatologiya xəstəxanasına aparmışlar. Sonda o, Təqsirləndirilən şəxs ilə barışıq əldə edildiyini, ona dəymiş maddi ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını göstərərək məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə saat 23:30 radələrində idarə etdiyi 49 kub həcmində «Yamaha» markalı, motopedlə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi ilə «Heydər» parkının kənarı ilə «Bizim Market» istiqamətində hərəkətdə olmuş, həmin vaxt motopedi özü idarə etmiş, ondan başqa motopeddə tanışı Zərərçəkmiş şəxs1 da əyləşmişdir. O, idarə etdiyi mopedlə «Bizim market»ə çatdıqda saxlamış, sola dönmə əməliyyatı etmək üçün qarşı tərəfdən gələn avtomobili gözləmiş, həmin avtomobil keçdikdən sonra sola tərəf 5 km/saat sürətlə hərəkət edib dönən zaman qəfildən arxadan onunla eyni istiqamətdə hərəkət edən, lakin əks zolaqla gələn «Vaz 2106» markalı, **-LM- *** dövlət qeydiyyat nişanlı avtomobil dönmə əməliyyatı etdiyi üçün motopedin sol tərəfi ilə «Vaz 2106» markalı avtobilin sağ qabaq tərəfi toqquşmuş. zərbədən moteped yerə aşmış, hər ikisi yerə yıxılmışlar. Zərərçəkmiş şəxs1 xəsarət aldığı üçün onu «Vaz 2106» markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, sonradan adını bildiyi Təqsirləndirilən şəxs avtomobildən düşərək onlara yaxınlaşmış, hər ikisinə köməklik etmiş, o, hadisə nəticəsində xəsarət almamış, lakin Zərərçəkmiş şəxs1 xəsarət aldığı üçün Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs avtomobilinə əyləşdirmiş və Bakı şəhərində yerləşən Travmatologiya xəstəxanasına aparmışlar. Hadisə zamanı xəsarət almadığı üçün məhkəmə tibbi ekspertizasından keçməyə ehtiyac olmamış, yol-nəqliyyat hadisəsi nəticəsində mopedinə 1120 manat maddi ziyan dəymişdir. Sonda o, Təqsirləndirilən şəxs ilə barışıq əldə edildiyini, ona dəymiş maddi ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını göstərərək məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin canlı şəxsin ekspertizasına dair xx.xx.2021-ci il tarixli, 02 Ə saylı rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol qamış sümüyünün aşağı 1/3-nin, sol incik sümüyünün yuxarı 1/3-nin qapalı, qəlpəli, yerdəyişən sınıqları, sol dirsək oynağı nahiyəsinin sıyrığı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda göstərilən müddətə, yəni xx.xx.2020-ci il tarixdə üzərində əyləşdiyi motosikletin avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasına dair xx.xx.2021-ci il tarixli, 8/44 saylı rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı «Vaz 2106» markalı, **- LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin X2 AE 040759 nömrəli B kateqoriyalı sürücülük vəsiqəsi mövcuddur, onun sürücülük hüququnun məhdudlaşdırılması və sürücülük hüququndan məhrum edilməsi barədə məlumat yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt RQİ TBŞ tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş AD seriyalı, 805108 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Vaz 2106» minik markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs2 məxsusdur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 az ağır bədən xəsarəti yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 23:30 radələrində idarə etdiyi «VAZ 2106» markalı, ** LM *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi ilə eyni hərəkət yolunda hərəkətdə olub «Bizim market» mağazasının qarşısında yolların kəsişməsində sola dönmə əməliyyatı yerinə yetirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməmiş, yəni hərəkətə başlama, yerdəyişmə, dönmə zamanı sürücünün apardığı manevr təhlükəsiz olmalı halda, buna riayət etməmiş, onunla eyni hərəkət yolunda sağ tərəfində hərəkətdə olan və sola dönmə əməliyyatı aparan Zərərçəkmiş şəxs2 idarə etdiyi 49 kub həcmli «Yamaha» markalı mopedlə ara məsafəsi gözləmədiyi üçün qabaq sağ tərəfi ilə «Yamaha» markalı mopedin sol qabaq hissəsi toqquşmuş, nəticədə mopeddə əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan sol qamış sümüyünün aşağı 1\3-nin sol incik sümüyünün yuxarı 1\3-nin qapalı, qəlpəli, yerdəyişən sınıqları, sol dirsək oynağı nahiyəsinin sıyrığı xəsarəti yetirməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuş, həmçinin Zərərçəkmiş şəxs2 idarə etdiyi «Yamaha» markalı mopedə 1120 manat maddi ziyan dəyməsinə səbəb olmuş, ibtidai istintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi onun özünün etirafı, zərər çəkmiş şəxslərin ifadələri və ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 məhkumluq barədə xx.xx.2021-ci il tarixli arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göründüyü ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmış və zərərçəkmiş şəxslərin ona heç qarşı heç bir şikayəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmçinin bu Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Ona görə məhkəmə, qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar qərarın surəti Abşeron Rayon Prokuroruna göndərilməlidir. İş materiallarından görünür ki, xx xxxxxx 2021-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbləri baxımından iş üzrə məhkəmə xərci məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cinayət- Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İbtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul və məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar qərarın surəti Abşeron Rayon Prokuroruna göndərilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs İbtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul və məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan və ya rəsmi qaydada təqdim edildiyi gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar