Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-228/2022 04.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1, zərərçəkmiş şəxsin vəkili və nümayəndəsi Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi1 iştirakları ilə, xx.xx.2002-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, Tovuz rayonu, Dönük Qırıqlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Koroğlu metrostansiyaslnın yaxınlığında yerləşən fərdi yaşayış evində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, aşkar surətdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayında “İnstaqram” sosial şəbəkəsində tanış olduğu aşkar surətdə on altı yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə 01 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Qış” parkında görüşərək orada olan yeraltı piyada keçidində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuş və həmin tarixdən davamlı olaraq 2020-ci ilin yanvar-fevral aylarında təxminən 2-3 dəfə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi evdə qeyri-təbii yola cinsi əlaqədə olduqdan sonra 10 aprel 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi evdə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, valideynləri ilə birlikdə Bakı şəhəri, Koroğlu metrostansiyaslnın yaxınlığında yerləşən fərdi yaşayış evində yaşamışdır. Bildirmişdir ki, 2019-cu ilin oktyabr ayının 2-də internet vasitəsilə İntragram sosial şəbəkədə Aytac adlı qızla tanış olmuşdur. Aytac ona sevgi temasında yazılar yazmağa başlamışdır. O, Aytaca bildirmişdir ki, “əgər görüşməsək səninlə sevgili ola bilmərəm”. Sonra o, Aytraca görüş yeri təklif etmişdir. Aytac onunla razılaşmışdır. 04 oktyabr 2019-cu il tarixdə saat 14 radələrində Aytacla Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi yaxınlığında görüşmüşlər. Bir yerdə Bakı avtovağzalına getmişlər. Orada bir qədər gəzdikdən sonra Aytac ona təklif etmişdir ki, “bir yerdə şəkil çəkdirək”. O, Aytacla razılaşmışdır. Onlar birlikdə Aytacın telefonu ilə şəkil çəkdirmişlər. Sonra Aytacı evinə yola salmışdır. O, Aytacla davamlı şəkildə görüşməyə başlamış və sevgili olmuşlar. Təxminən 2-3 ay ərzində o, Aytacla normal sevgili münasibətlərində olub video çəkərək İnstagramda paylaşmağa başlamışdır. Həmin ərəfədə Gülü adı ilə İnstagramda olan şəxs Aytacın kimlərləsə cinsi əlaqədə olduğu barədə məlumat vermişdir. Bu məlumatdan sonra o, bu barədə Aytacdan soruşmuşdur. Aytac etiraf etməmiş, bildirmişdir ki, “onun barəsində deyilənlər yalandır”. Lakin o, Aytaca inanmamışdır. İnstagramda ona məlumat vermişlər ki, “həmin qız normal qız deyil, pozğundur, əxlaqsız işlərlə məşğu olub, tiktokda paylaşır”. O, Aytacla görüşüb Aytaca bildirmişdir ki, “mənə düzünü deməsən səndən ayrılacam”. Aytac ona etiraf etmişdir ki, “ondan əvvəl Rəşad adlı oğlanla partidə tanış olmuş, bundan sonra Rəşadla görüşüb, sonuncu ona evinə aparıb və onunla cinsi əlaqədə olmuşdur”. O, Aytaca bildirmişdir ki, “sən bu yolun yolçususansa məndə səninlə olmaq istəyirəm”. Aytac onunla razılaşmışdır. 01 dekabr 2019-cu il tarixdə Aytacla ilk dəfə Bakı şəhəri, Nəsimi rayonu, ərazisində yerləşən “Qış” parkında öz razılığı əsasında qeyri-təbii yolla arxadan onunla cinsi əlaqədə olmuşdur. Bundan sonra o, Aytacla tez-tez görüşmüşdür. 2020-ci ilin yanvar-fevral aylarında təxminən 2-3 dəfə Aytac onu yaşadığı evinə çağırıb, evdə Aytacla qeyri-təbii yola cinsi əlaqədə olmuşdur. O, Aytacla 2021-ci ilin aprel ayına kimi görüşmüşdür. xx.xx.2021-ci il tarixdə Aytac yenə onu, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evinə qonaq çağırmışdır. Evə getdikdə Aytaca qabaqdan olmağı təklif etmişdir. Aytac da qız olduğunu bildirmişdir. O da Aytacı öz razılığı ilə çarpayıya uzatmış, barmağı ilə Aytacın qızlığını yoxlayıb görmüşdür ki, Aytac qız deyil. Ondan sonra Aytacla qabaqdan cinsi əlaqədə olmuşdur. Bildirmişdir ki, Aytacın qızlığını o, yox, ondan əvvəl Rəşad və qonşusu Sərvan açmışdır. O, Aytacla sevgili olduğu müddət ərzində Aytaca lüt şəkillərini ona atmasını demişdir. Aytac da öz yaşadığı evdə lüt video şəkillərini çəkib ona atmışdır. O da Y.a.p.o.n səhifəsində Aytacın ona atdığı bütün lüt şəkillərini və video görüntülərinin hamısını fakt kimi özündə saxlamışdır. Sonra onun səhifəsini oğurlamışlar. Bundan sonra 3-4 ay Aytacdan o, ayrılmışdır. Həmin görüntülər təxminən 25 oktyabr 2021-ci il tarixdə “Telegram” sosial şəbəkəsində “PAZ TV” və “Hubçular” və digər səhifələrdə paylaşılmışdır. O, Aytacın lüt video görüntülərini paylaşmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, valideynləri ilə birlikdə ünvan 1-də yaşayır. 2018-ci ildə 13 yaşı olanda instagram səhifəsində özünü videobloger kimi təqdim edən Rəşad adlı şəxslə tanış olmuşdur. Rəşad Tik-Tok çəkmişdir. Ona instagramda yazmışdır ki, “mənim 20 yanvar ərazisində kirayə evim var”. Bildirmişdir ki, “gəl orada video çəkək”. O, əvvəlcə imtina etmişdir. Lakin Rəşad ona dəfələrlə yazaraq onu aldadıb 2018-ci ildə təxminən fevral-mart aylarında ona Bakı şəhəri, 20 yanvar metrosuna gedib Rəşadla görüşməsini bildirmişdir. O da Bakı şəhəri, 20 yanvar metrosunda Rəşadın dediyi ünvana getmişdir. Rəşad ora gəlmiş, onu gəzmək adı ilə metrodan çıxardaraq söhbət edə-edə xatırlamadığı evə aparmışdır. O, evdə səs-küy salmışdır ki, “sən məni niyə aldadıb evə gətirmisən. Burax çıxıb gedim”. Lakin Rəşad onu buraxmamışdır. Onu məcburi qaydada yataq otağına aparmış, ona demişdir ki, “səndən xoşum gəlir”. Bu vaxtı ona əl-qol ataraq ayaqüstə soyundurmağa başlamışdır. O, Rəşada demişdir ki, “mən uşağam, mən belə şeylər bilmirəm”. Rəşad da ona demişdir ki, “sən səs salma qonşular eşidər”. O da qorxusundan səs-küy etməmiş, onun üst paltarını soyundurduqda o, səs-küy etməmiş, onun üst paltarını soyundurduqda o, səs-küy salmaq istəyəndə Rəşad ağzını yumaraq onu çarpayının üstünə yıxmış, şalvarını çıxararaq onunla arxadan qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. O, ağrıdığı üçün Rəşadı itələmişdir. Sonra durduqda onun arxasından qan gəlmişdir. Rəşad hamama getmişdir. Bu vaxtı o, evdən qaçmışdır. Rəşad ona “vatçap” vasitəsil yığıb demişdir ki, “mən səninlə əlaqədə olanda çəkiliş etmişəm. Əgər bunu kiməsə desən səni şantaj edərək çəkdiyim lüt şəkilləri sosial şəbəkələrdə paylaşacam. Səni şantaj edəcəm”. O da buna görə qorxusundan hadisə barədə heç kimə məlumat verməmişdir. Bundan bir ay keçdikdən sonra Rəşad ona instagramda yazaraq görüşməsini tələb etmişdir. O da razılıq verməmişdir. Yenə Rəşad onun lüt şəkillərini sosial şəbəkədə paylaşmasıyla hədələmişdir. O da qorxusundan Rəşadın dediyi ünvana getmişdir. Rəşad yenə onu oradan götürüb həmin evə aparmışdır. O, evdə Rəşaddan xahiş etmişdir ki, “mən azyaşlı uşağam, mənə qarşı bu hərəkətləri etmə, mənimlə qeyri təbii yolla cinsi əlaqədə olduğum vaxtı çəkdiyin videonu sil”. Rəşad ona demişdir ki, “gəl bir daha mənimlə qeyri təbii yolla cinsi əlaqədə olaq, sonra şəkillərin hamısını siləcəm”. O da qorxdğu üçün Rəşadla yenə arxadan qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra Rəşad ona heç nə yazmamış və onunla görüşməmişdir. Bu hadisələrin hamısı 2018-ci ilin fevral-mart ayında baş vermişdir. Təxminən 2018-ci ilin iyun ayında Rəşadla münasibətləri bitmişdir. Bundan təxminən 2-3 ay sonra instagram səhivəsində özünü «Yapon» kimi təqdim edən şəxs ona yazmışdır. O, həmin şəxsdən səhifəsini haradan alıb yazdığını soruşmuşdur. Həmin şəxs ona dostunun follovunda görüb oradan götürdüyünü demişdir. Bundan sonra «Yapon» kimi tanıdığı şəxslə instagramda mütəmadi olaraq bir-birlərinə yazmağa başlamışlar və həmin şəxs onunla sevgili olmasını təklif etmişdir. O, həmin şəxsin təklifini qəbul etməmişdir. Həmin şəxsin təklifini qəbul etmədiyinə həmin şəxs görə ona demişdir ki, “sənin məndə lüt videogörüntün var”. O, həmin şəxsdən soruşmuşdur ki, “həmin videogörüntünü haradan almısan”? Həmin şəxs ona demişdir ki, “mənimlə görüşməsən deməyəcəm, gəl görüşək sənə deyəcəm”. O da həmin şəkilləri Rəşadda olduğunu bilmişdir. Ona görə də qorxusundan 2019-cu ilin oktyabr ayında «Yapon» ləqəbli şəxslə Bakı şəhəri, Nəsimi rayonu, “Qış” parkında görüşməyi qəbul etmişdir. O, həmin ünvana getmişdir. Orada «Yapon» ləqəbli şəxslə görüşmüş və həmin şəxsdən xahiş etmişdir ki, “həmin videogörüntüləri paylaşma, nə desən edəcəm”. Həmin şəxs də ona demişdir ki, “onda sən mənimlə arxadan qeyri-təbii yolla cinsi əlaqədə ol, videogörüntüləri siləcəm və kimin atdığını deyəcəm”. O da qorxusundan özünü «Yapon» kimi təqdim edən şəxslə həmin günü “Qış” parkının yanında olan piyada keçidinin içində onunla arxadan qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Sonra o, Yapon ləqəbli şəxsdən xahiş etmişdir ki, “videogörüntüləri mənə göstər və kimin verdiyini de”. Həmin şəxs də həmin videogörüntülərin ona Rəşadın verdiyini bildirmişdir. Lakin videogörüntünü ona göstərməmişdir. Bundan sonra həmin şəxslə aralarında mübahisə yaranmışdır. Sonra o, evinə getmişdir. Evə çatdıqdan sonra yapon ona vatçapla zəng edərək demişdir ki, “səninlə arxadan olduğumu çəkmişəm. Bu gündən sonra mənim dediklərimi etməsən sosiyal şəbəkədə paylaşacam, səni biabır edəcəm”. O, qorxusundan heç kimə heç nə deməmişdir. Sonradan adını Sərvan kimi tanıdığı şəxs mətəmadi olaraq onu döymüşdür. Ona işgəncə verməyə başlamışdır. 2020-ci ilin mart ayında Sərvan ona demişdir ki, “video çək soyun at mənə”, O da Sarvana razılıq verməmişdir. Sərvan demişdir ki, “evdə təkəm, mən dediyim formada lüt videogbrüntülərini çəkib atmasan sənin məndə olan bütün şəkillərini sosiyal şəbəkədə paylaşacam”. O da anasıgil evdə olduğuna görə qorxusundan evdə olan sanitar qovşağına keçib Sərvanın dediyi kimi hərəkətləri edərək çəkib videonu Sərvana atmışdır. Bundan sonra Sərvan Abşeron rayonu, Xırdalan şəhərində olan evlərinə gəlib onunla arxadan qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. 2020-ci ilin may ayında Sərvan onların Abşeron rayonu, Xırdalan şəhərində olan evlərinə gəlib həmin vaxtı Sərvan ona spirtli içki içirtmişdir. Onun halı pisləşdiyindən həmin vaxtı Sərvan onu yatdığı otağa aparıb çarpayıya uzatmışdır. Onun üzündən və bədən nahiyələrimdən öpərək onu soyundurmağa başlamışdır. O, Sərvanı itələsə də onunla məcburi qaydada qabaqdan təbii yolla cinsi əlaqədə olaraq bakirəliyini pozmuşdur. Bundan sonra halı lap pisləşmişdir. Ayılıb görmüşdür ki, pasteli qanın içindədir. Sərvan da yoxdur. Bundan sonra Sərvan onu harasa çağıranda getmədiyi halda şantaj etmişdir. Öldürəcəyini söyləmişdir. O da da qorxmuşdur. Sərvan elə bilmişdir ki, onunla könüllü görüşməyə getmişdir. Lakin o, Sərvanla könüllü yox, qorxusundan görüşmüşdür. Görüş zamanı heç vaxt könüllü təbii və ya qeyri təbii yolla cinsi əlaqədə olmaq istəməmişdir. Qeyd etmişdir ki, Sərvan ondan neçə dəfələrlə pul tələb etmişdir. Sərvan onun sırğasını və bir neçə dəfə ondan pul tələb etdiyi üçün vermişdir. Sərvan onun videolarını Ceyhun adlı şəxsə vermiş və Teleqram səhifəsində paylaşmışdır. Onun anası Ceyhunun səhifəsinə yazaraq bildirmişdir ki, onun qızının çəkdiyi və paylaşdığı videoları silin. Ceyhun isə onu və anasını təhqir edərək ananın nömrəsini (***-***-**-**) və nömrəsini yazaraq anasının və onun əxlaqsız olduqlarını qeyd etmişdir. Bundan sonra anası videoşəbəkələri gördüyü üçün bu barədə şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs ağır cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid X2 elan olunmuş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağlar massivində yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, 2018-ci ilin dekabr ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Mafiya” klub adlanan kluba yeni il qabağı şənliyə qonaq kimi dəvət olunmuşdur. Orada videobloger kimi tanıdığı Nuray adlı qızla birlikdə Zərərçəkmiş şəxs da həmin şənliyə gəlmişlər. O, ilk dəfə Aytacı orada görmüşdür. Aralarında heç bir tanışlıq olmamışdır. Bundan təxminən 2 il sonra yəni 2020-ci ilin ortalarında bir nəfər oğlan telefon vasitəsilə ona zəng edərək özünü Səffar kimi təqdim edib ona iki nəfər yaxın dostunun adını çəkmiş və ondan bir nəfər Abşeronda yaşayan Aytac adlı qızla ciddi münasibətdə olduğuna görə Aytacın necə qız olması barədə məlumat verməsini xahiş etmişdir. Bildirmişdir ki, həmin ərəfədə o, Abşeron rayonunda yaşayan Aytac adlı başqa bir qızla sevgili münasibətlərində olmuşdur. O, elə başa düşmüşdür ki, Səffar ondan həmin Aytac adlı qızı soruşmuşdur. Ona görəd Səffara bildirmişdir ki, “həmin Aytac adlı qız məsləhətli qız deyil, yəni gəzəyəndir”. Bundan bir il sonra Səffar ona instagram sosial şəbəkə vasitəsilə yazaraq bildirmişdir ki, “yadındadırmı mən səndən uzun müddət əvvəl Abşeronda yaşayan Aytac adlı qız barəsində soruşmuşdum. Sən də təsdiqlədin ki, həmin qız pozgundur”. Səffar ona demişdir ki, “polislər məni sıxır ki, Aytacla ailə həyatı qurum, amma sənin adını verəcəm ki, Aytacla aranızda sevgi münasibətləri olub”. Bildirmişdir ki, o, Səffara Səffarın nəzərdə tutduğu Aytac barədə deməmişdir. O, bir daha bildirmişdir ki, ilk dəfə olaraq Aytacı partidə görmüş, lakin Aytacla tanış olmamış, aralarında heç bir münasibət olmamışdır. Aytacla heç bir yerdə görüşməmiş, ümumiyyətlə Aytacı tanımır, O, heç vaxt Aytacla istər qeyri təbii yolla, istərsə də təbii yolla cinsi əlaqədə olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, qızı ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ev 1B, mənzil 53-də yaşayır. Bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə istifadəsində olan mobil telefonunda teleqramm adlanan sosial şəbəkəsinə təsadüfən baxarkən qızı X3 lüt video görüntülərini görmüşdür. Sonra həmin sayta yazıb xahiş etmişdir ki, bu videogörüntüləri və şəkilləri silsin. Həmin şəxs onu nalayiq söyüşlərlə söyüb təhqiq edərək qızının paylaşdığı şəkillərin altına onun nömrəsini yazaraq nalayiq ifadələr yazaraq təhqir etmişdir. O, həmin şəxslə dəfələrlə əlaqə saxlamağa baxmayaraq həmin video və şəkilləri saytlardan götürməmişdir. Ona görə də xx.xx.2021-ci il tarixdə həmin şəxs barəsində şikayət ərizəsi ilə Abşeron rayon Pİ-nə şikayət etmişdir. Bununla bağlı qızı Aytacdan soruşmuşdur ki, “lüt video və şəkillərini kimə atmısan”. Qızı Aytac ona bildirmişdir ki, “Rəşad və Səffar adlı bir oğlanla tanış olmuşam, Səffar mənə zəng edərək lüt bədəndə onunla görüntülü danışıb və videoya çəkib, ona atmağımı məndən tələb edir və deyir ki, çəkib atmasan səni valideynlərinə və sosial şəbəkələrdə biabır edəcəm. Mən də qorxumdan Səffar dediyi kimi şəkillərimi və lüt bədən video çəkərək Səffara göndərmişəm. Bundan başqa heç kimə şəkillərimi və videolarımı atmamışam”. Daha sonra qızı Aytac ona demişdir ki, “Rəşad və Səffar adlı şəxs onunla cinsi əlaqədə olub, belə ki, Rəşad adlı şəxs arxa keçəcəkdən, Səffar adlı şəxs isə onunla həm arxa keçəcəkdən həm də qızlıq pərdəsini pozduğunu”demişdir. O da dərhal bu barədə qızı ilə birlikdə polis idarəsinə ərizə ilə müraciət etmişdir. Onun və qızı Aytacın şəkillərini və videolarını Səffar adlı şəxs paylaşmasını və bununla bağlı sosial şəbəkədə Səffarın paylaşmasından şübhələnmişdir. Sosial şəbəkədən qızı Aytacın video və lüt şəkillərini silinməsində, Səffar və Rəşadın cinayət məsuliyyətinə cəlb olunmasında onlara kömək edilməsini xahiş etmişdir. Səffardan başqa Ceyhun adlı şəxsdən də şübhələnmiş və Ceyhunu da müəyyən edib cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmiş və Ceyhun adlı şəxsin fotoşəkillərini istintaqa təqdim etmişdir. Əlavə olaraq bildirmişdir ki, qızı Aytac ona demişdir ki, “Səffar hər dəfə onunla bizim evdə cinsi əlaqədə olarkən məni döymüş və ona müxtəlif işgəncələr vermiş, belə ki, onunla cinsi əlaqədə olmağını heç kəsə deməməyi müqabilində müxtəlif məbləğlərdə pullar almışdır”. Hətta qızı Aytac ona məxsus qızıl sırqasını da Səffara vermişdir. Bundan başqa Aytacın ona dediyinə görə Səffar Aytacla cinsi əlaqədə olan zaman spitli içki hesab olunan “GO və Yaguar” içkilərini və siqareti Aytac məcbur edib içirdib və çəkdirirmişdir. Məhkəmə istintaqında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, o, valideynləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, bina 12, mənzil 20-də yaşayır. O, Zərərçəkmiş şəxs və Aytacın anası Şahid1 tanıyır, onun qonşusudur, aralarında normal münasibətlər olmuşdur. Lakin o, 2020-ci ilin noyabr ayının 1-də Zərərçəkmiş şəxs İnsragram vasitəsilə tanımışdır. Aytac özü instagram səhifəsində ona yazaraq tanış olmuşdur. Bundan təxminən 10-15 gün sonra o, Aytacla görüşüb idarə etdiyi “Nissan X Trail” markalı avtomobillə Aytacla Abşeron rayonu, Xırdalan şəhərində gəzmiş və bir dəfə yanağından öpmüşdür. O, Aytacla söhbət edərkən ona bildirmişdir ki, “17 yaşım var”. O, Aytaca bildirmişdir ki, “sənin yaşın azdır, daha səninlə görüşməyəcəm”. Həmin ərəfələrdə Yapon adlı oğlan instagram səhifəsində ona yazmışdır ki, “sən Aytacla cinsi əlaqədə olmusanmı”? O, isə həmin şəxsə cavab vermişdir ki, “xeyr, mənim o yaşım deyil ki, 18 yaşı tamam olmamış qızla cinsi əlaqədə olum”. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-tibbi ekspertizanın 01 noyabr 2021-ci il tarixli 590 saylı rəyindən görünür ki, 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəninin səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır. Zərərçəkmiş şəxs arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edir. Qeyri-təbii yolla cinsi əlaqə zamanı xəsarət və ya xəsarət izi qalmırsa müddət haqqında fikir söyləmək mümkün deyil. İstintaq zamanı məhkəmə-psixoloji ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 06 yanvar 2022-ci il tarixli 11/467 saylı rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs əqli və psixi inkişafına fərdi psixoloji xüsusiyyətlərinə görə insanın zahiri görkəmini yadda saxlayıb təsvir etmək, ona qarşı edilən seksual hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malikdir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs əqli və psixi inkişafına fərdi psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillik əlamətləri müəyyən olunmur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdur. 02 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 04 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində Abşeron rayon məhkəməsi tərəfindən 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, qanuni nümayəndənin, şahidlərin ifadələri, ekspert rəyləri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayəti yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı, törədilmiş cinayətin az ağır cinayət olmasını, zərərçəkmiş şəxsin və qanuni nümayəndəsinin ondan şikayətçi olmasını nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməlidir. Bundan başqa, ibtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 02 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətiimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 80 manat məhkəmə-psixoloji ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu, Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-228/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-228/2022
04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver