Məhkəmə qərarları › İş №1(012)-228/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-228/2025

17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-228/2025 17.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X12 Ənvər qızının sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi “YASA” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Qubanın Zərqava kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Quba rayonu, Vəlvələ ərazi dairəsi, Vəlvələ kəndində qeydiyyatında olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 16 fevral 2024-cü ildə saat 06:30 radələrində Bakı-Quba- Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 11,3-cü kilometrində idarə etdiyi MAN TGX 18.480 yük markalı 90VY868 dövlət qeydiyyat nişanlı, BODEX KİS 3W-A markalı 99/11492 dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobillə Bakı şəhəri istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etmək üçün vaxtında yerinə yeirməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cii bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib idarəetməni itirərək avtomobil sola istiqamətlənib eyni istiqamətdə 70-75 km/saat sürətlə hərəkətdə olan Şahid2 idarə etdiyi OPEL ASTRA minik markalı 99NS361 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobil beton arakəsməyə çırpılıb səddi yararaq əks istiqamətli yola çıxıb əks istiqamətdə 70-80 km/saat sürətlə hərəkətdə olan Şahid1 idarə etdiyi KİA RİO minik markalı 10MY631 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan KİA RİO minik markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağ sirkə kasasının dibinin sınığı, üst çənədən soldan İİ, sağdan Vİ dişlərin tac hissələrinin travmatik sınığı, sağ baldır nahiyəsinin əzilmiş, cırılmış yarası, sağ said nahiyəsinin qançırı və sağ əlin arxa səthinin əzilmiş yarası xəsarətlərini yetirərək sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və ona xx.xx.2023-cü ildə xx.xx.2033-cü ilədək etibarlı olan «B1 ,B,C1 ,C,C1 E, C E» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 16 fevral 2024-cü ildə saat 06:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 1 1.3-eii kilometrində idarə etdiyi MAN TGX 18.480 yük markalı 90VY868 dövlət qeydiyyat nişanlı, BODEX KİS 3W-A markalı 99X11492 dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobillə Bakı şəhəri istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən Ekologiya postuna az qalmış qarşıda avtomobillərin eyni istiqamətdə aşağı sürətlə hərəkətdə olduğunu görüb tormoz edərək sağa manevr etmişdir. Yer yaş olduğundan avtomobil sağa çıxan anda avtomobilin dartıeı hissəsinin ön sağ təkərləri çınqıl hissəyə çıxmışdır. Yolun sağındakı evlərə doğru getdiyini görüb, sola manevr etmiş, bu zaman avtomobilin yük hissəsində olan yük damcını basaraq idarəetməni itirmişdir. Avtomobil qoşqusu ilə sola istiqamətlənərək yolun sol hissəsində olan əks istiqamətli yoldan ayıran beton arakəsməyə çırpılıb əks istiqamətli yola keçmişdir. Betona çırpılan anda başı avtomobilin qapısına dəyərək huşunu itirmişdir. Ayılanda avtomobilin qoşqu ilə birlikdə əks istiqamətli yolda dayandığını aviomobildən aşağı düşdükdə isə rayon istiqamətində hərəkətdə olan Opel Astra markalı 99NS361 dövlət qeydiyyat nişanlı və Kia Rio markalı 10MY631 dövlət qeydiyyat nişanlı minik avtomobillərin əzilmiş halda dayandığını görmüşdür. Hadisə zamanı avtomobildə tək, avtomobili idarə edərkən ayıq, avtomobil texniki cəhətdən saz və avtomobilin yük yerində (qoşquda) təxminən 24 ton yük olmuşdur. Zərərçəkmiş şəxs sığorta şirkəti tərəfindən 3000 manatdan bir qədər çox məbləğdə pul vəsaitini aldığını etiraf etmişdir. Hadisəni ehtiyatzıslıqdan etmişdir, əməlindən peşmandır, ailəlidir, üç yetkinlik yaşına çatmayan övladı var. Yeganə qazanc mənbəyi sürücülük vasitəsilə olur. Buna görə də mülki iddianın rədd edilməsini, yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 16 fevral 2024-cii ildə səhər saatlarında qardaşı Məsudun idarəetdiyi Kia Rio markalı, 10MY631 dövlət qeydiyyat nişanlı minik avtomobillə Bakıdan Sumqayıta yolun solu ilə gedərkən bir anda əks istiqammətli yoldan Tır onların yoluna çıxaraq tirin qoşqusu onların avtomobil ilə toqquşmuşdur. Qəza zamanı avtomobilin qabaq sağ oturacağında olub xəsarət almışdır. Ona məlumdur ki, qardaşının idarə etdiyi avtomobillə toqquşan X3 idarə etdiyi MAN TGX 18.480 yük markalı 90VY868 dövlət qeydiyyat nişanlı avtomobilin BODFX KİS 3W-A markalı 99ZH492 dövlət qeydiyyat nişanlı yarımqoşqusu olmuşdur. X1 hal-hazırda da şikayətçidir və onun cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Baş verən hadisədə KİA RİO markalı, 1O MY 631 dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Avtromobilə dəyən maddi ziyanın ümumi məbləği 8405 manat məbləğində qiymətləndirilmişdir. Bundan başqa hadisə zamanı sözü gedən avtomobildə 120 manat dəyərində çamadan, 170 manat dəyərində “LACOSTE”, 200 manat dəyərində “SUPERMAXS” kişi ətirləri, 510 manat dəyərində “SAMSUNG” A 24 markalı mobil telefon da olmuş, həmin əşyalar da sınaraq ona maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs 9935 manat məbləğində pulun və mülki iddiaya görə ödədiyi dövlət rüsumunun alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və xx.xx.2019-cu ildə ona xx.xx.2029-cu ilədək etibarlı olan «B.C» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 16 fevral 2024-cü ildə saat 06:30 radələriııdə etibarnamə əsasında idarə etdiyi Kia Rio markalı 10MY631 dövlət qeydiyyat nişanlı minik avtomobil ilə Bakıdan Sumqayıt şəhəri istiqamətində yolun solu ilə təxminən 70- 80 km/saat sürətilə hərəkətdə olub Xırdalan ərazisindən keçərkən anidən əks istiqamətli yolu ayıran beton səddin dağıldığını böyük bir tır, yəni avtomobilin çox sürətli halda əks istiqamətli yoldan onun yoluna çıxdıbım görmüşdür. Dərhal tormoz etmiş, lakin qəzadan yayına bilməyərək avtomobilnmin ön hissəsi həmin avtomobilin qoşqusunun sağ yan hissəsi ilə toqquşmuşdur. Həmin avtomobil onu yoluna çıxdıqda aralarında 5-10 metr məsafə olmuşdur. Avtomobildən düşdükdən sonra həmin avtomobilin MAN TGX 18.480 yük markalı 90VY868 dövlət qeydiyyat nişanlı BODFX KİS 3W-A markalı 99ZH492 dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobil olduğunu görmüşdür. Həmin vaxt idarə etdiyi avtomobildə 1 nəfər sərnişin, yəni qardaşım Fərhan olmuşdur. Hadisə zamanı özü və qardaşı xəsarət almışlar. Avtomobili idarə edərkən ayıq və avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə /amanı avtomobili əzilmiş, özünə məxsus Samsung A24 markalı mobil telefon sınmış və 150 manatlıq çemodan əzilərək özünə maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və xx.xx.2019-cu ildə ona xx.xx.2029-cu ilədək etibarlı olan «BJ» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 16 fevral 2024-cü ildə saat 06:30 radələriııdə özünə məxsus olan Opel Astra markalı 99NS361 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Ceyranbatandan Bakı şəhəri istiqamətində soldan ikinci zolaqda təxminən 70-75 km/saat sürətlə hərəkətdə olarkən Xırdalan ərazisindən keçərkən anidən özündən sağda eyni istiqamətdə hərəkətdə olan MAN TOX 18.480 yük markalı 90VY868 dövlət qeydiyyat nişanlı, BODFX KİS 3W-A markalı 99X11492 dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobil sola istiqamətlənərək onun avtomobilini sıxaraq beton maneə ilə toqquşdurmuşdur. Hadisə nəticəsində ani olaraq huşunu itirmişdir. Özünə gəldikdə əks istiqamətli yola keçdiklərin görmüşdür. Həmin vaxt idarə etdiyi avtomobildə 4 nəfər sərnişin, yəni anası Şahid4, arvadı Şahid3, 2009-cu il təvəllüdlü oğlu X7 və 2016-cı il təvəllüdlü digər oğlu X11 olmuşdur. Hadisə zamanı özü və ailə üzvləri xəsarət almış və avtomobili əzilərək ona maddi ziyan dəymişdir. Avtomobili idarə edərkən ayıq və avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hələ də həkim müayinələrində və müalicələrindədirlər. Öz ailəsi ilə yanaşı, qardaşı da beş nəfərlik ailə üzvünün bütün işlərinin bu maşın vasitəsi ilə yerinə yetirirdilər. Məskunlaşdıqları kənd rayon mərkəzindən uzaqda yerləşdiyindən maşınsız onlara daha da çətinlik yaradıb. Özləri də kəndin sovetlər dövründən qalmış yaşayış üçün yararsız köhnə hamam binasında məskunlaşmışlar. Uşaqlar güclü rematizma xəstəliyindən əziyyət çəkir, anası İİ qrup əlil, qardaşı arvadı astma bronxit yəni bütün yüklər onun üstündədir. Onun çətinlik vəziyyətini nəzərə alaraq ona dəymiş maddi ziyanın ödənilməsində ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Şahid3 Şakir qızının məhkəməyə ünvanladığı ərizədən görünür ki, xx.xx.2024-cü il tarixində yoldaşı Şahid2 idarə etdiyi avtomobillə Sumqayıt şəhərindən Bakı şəhəri istiqamətinə yola gedərkən 06:30 radələrində Xırdalan ərazisində yol nəqliyyat hadisəsi keçirtdilər. Yük maşını ilə yanaşı gedərkən anidən onları vurduğunu gördü. Müəyyən bir vaxtdan sonra özlərini əks yolda gördülər. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Şahid4 məhkəməyə ünvanladığı ərizədən görünür ki, xx.xx.2024-cü il tarixində oğlu Şahid2 idarə etdiyi avtomobillə Sumqayıtdan Bakı istiqamətinə yola gedərkən Xırdalan ərazisində avtoqəza keçirtdilər. Hadisə zamanı arxada oturmuşdur. Qəza zamanı bir anlıq huşunu itirdilər, ayılanda əks yolda olduğunu gördü. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi “YASA” Vəkil Bürosunun vəkili Müdafiəçi3 vəsatəti əsasında dəvət olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti ekspert Elşən Həsənov verdiyi ekspert rəyini müdafiə etmiş və bildirmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Man TGX markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı qoşqulu avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Opel Astra markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kia Rio markalı, **- MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və iş icraata qəbul edilmişdir. -Sərxoşluğun müayinəsinə dair 697 saylı, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. -İşdə olan sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B1,B,C1,C,C1E,CE” kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2023-cü il tarixdən-xx.xx.2033cü il tarixə kimi verilmişdir. -İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-VY-*** dövlət qeydiyyat nişanlı “Man TGX” markalı yük avtomobil X4 adına qeydiyyatdan keçmişdir. İşdə olan etibarnamədən görünür ki, **-VY-*** dövlət qeydiyyat nişanlı “Man TGX” markalı yük avtomobilə dair Təqsirləndirilən şəxs etibarnamə vermişdir -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 422 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər- sağ sirkə kasasının dibinin sınığı, üst çənədən soldan İİ, sağdan Vİ dişlərin tac hissələrinin travmatik sınığı, sağ baldır nahiyəsinin əzilmiş, cırılmış yarası, sağ said nahiyəsinin qançırı və sağ əlin arxa səthinin əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən, yəni avtomobillərin toqquşması nəticəsində xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi mümkündür, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə yolnəqliyyat hadisələri”nin ekspertizasının xx.xx.2024-cü il tarixli 8/565 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Man TGX markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı qoşqulu avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir. -“Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə yolnəqliyyat hadisələri”nin ekspertizasının xx.xx.2024-cü il tarixli 8/1063 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Man TGX markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı qoşqulu avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Opel Astra markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kia Rio markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur.Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. -“Maddi sübutun tanınması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Man TGX yük markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobil, Bodez KİS 3 W-A markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu, Şahid2 idarə etdiyi Opel Astra markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı və Şahid1 idarə etdiyi Kia Rio markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut hesab edilməsi, avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınması qərar verilmişdir. -“Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin madddə ilə ittiham elan olunmuşdur. -“Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmə haqqında iltizam seçilmişdir. -İş üzrə DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndininə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. "Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının: 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol- nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin; 17-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yolhərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm CM-in 263.1-1, 263.1-1-1, 263.1-1, 263.3, 263.1-1, 263.1-2, 263-1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yolnəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş bütün şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin qohumu və ya yaxın qohumu olmadıqda CPM-nin 106.1 maddəsində göstərilən digər şəxs zərərçəmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-in 87-ci və 106-cı maddəsində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-nin tələblərinə müvafiq olaraq mülki iddia vermişsə mülki iddiaçı qismində tanına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda- iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, yenə də qismən ödəmək cəhdini, Elektron Məhkəmə Sistemində olan məlumata əsasən himayəsində üç yetkinlik yaşına çatmayan övladlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198-ci maddəsinə əsasən iş üzrə 235 manat məbləğində ekspertiza xərcləri təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi Man TGX yük markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılmışdır. Məhkəmə mülki iddia ilə bağlı qeyd edir ki, Zərərçəkmiş şəxs tərəfindən məhkəmə istintaqı zamanı təqdim etdiyi mülki iddiaya dair sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1.3-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmündə iddianın baxılmamış saxlanması səbəbləri göstərilir. Zərərçəkmiş şəxs məhkəməyə mülki iddia tələbini əsaslandıran müvafiq sənədləri təqdim etməmişdir. Odur ki, hazırki cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş zərəri mülki iddia icraatı qaydasında pul tələbinə dair tələb hüquqları izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 72 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 235 manat məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi Man TGX yük markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 72 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş ziyanı mülki iddia icraatı qaydasında tələb etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar