Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-23/2021 09.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) X4 və Zərərçəkmiş şəxs və onun nümayəndəsi vəkil Müdafiəçi2, (mülki cavabdeh) Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil X2 iştirakı ilə xx.xx.1985-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Xırdalan şəhəri Quşculuq y/m-vi Z.Tağıyev küçəsində nömrəsiz evdə yaşayan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan (hazırkı iş üzrə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq məqsədlə X9 2019-cu ilin may ayının ortalarında Azərbaycan Respublikası Dəmir yolları QSC-nin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri Quşculuq y/m-də, Şahid2 fərdi evinin qarşısında yerləşən sonuncunun bağ kimi əkib becərdiyi dəmir setka ilə əhatə olunmuş sənədsiz 0,1 ha torpaq sahəsinin özünə məxsus olmasını bildirərək, həmin torpaq sahəsini Fatimə Orcovaya satacağı adı ilə sonuncunun bacısı Şahid3 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 119 saylı marşrutun sonuncu dayanacağında yerləşən fərdi evində 1600 manat pulunu ələ keçirmiş, bundan sonra, yəni 2019-cu ilin may ayının ortalarında həmin torpağın qonşuluğunda yerləşən 0,4 ha torpaq sahəsinin özünə məxsus olmasını Fatimə Orucovaya bildirərək həmin torpağı da ona satağacı adı ilə yenidən sonuncunun bacısı Şahid3 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 119 saylı marşrutun sonuncu dayanacağında yerləşən fərdi evində 3600 manat pulunu olmaqla ümumilikdə 5200 manat məbləğində nəğd pulunu ələ keçirmiş və zərərçəkmiş Fatimə Orucovaya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq məqsədlə Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Qurbanov küçəsində yerləşən X5 məxsus bir mərtəbəli nömrəsiz fərdi həyət evini 13.000 manata satacağı adı ilə xx.xx.2019-cu il tarixdə Xırdalan şəhəri, Qurbanov küçəsində yerləşən “Aytən” kafesində Zərərçəkmiş şəxs 500 manat pulu beh almış, üstündən bir neçə saat keçmiş, saat 16 radələrində evin sənədlərinin hazır olduğunu zəng edib bildirərək yenidən Xırdalan şəhəri, Qurbanov küçəsində yerləşən “Aytən” kafesində görüşmüş, kafedə Cəmaləddin Qurbanovdana 7500 manat pulunu ələ keçirərək evi sonuncunun adına keçirdikdən sonra razılaşdıqları məbləğin qalıq qalmış hissəsini alacağını bildirmiş və zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 8000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı mülki iddiaçı X13 Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq, ona dəymiş maddi zərərin əvəzinə mülki cavabdeh Təqsirləndirilən şəxs 5200 manat pulun tutulub ona verilməsini xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməllərini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, X10 3-4 aydır ki, bacısı Şahid3 vasitəsi ilə tanımış, Ruslan İsmayılov doğma qardaşı, Şahid6 isə atasıdır. 2019-cu ilin may ayının əvvəllərinə ona pul lazım olduğu üçün Xırdalan şəhəri, Quşçuluq massivi, dəmir yolunun kənarında olan torpaq sahələrini satdığını Fatiməyə bacısı Könülün yanında bildirmiş, qonşuluqda yaşayan Şahid2 yaşadığı evin qarşısında olan torpaq sahəsini, Fatiməyə öz adından satmağı 3000 manata təklif etmiş, çünki Səbuhi iləəvvəldən danışmış ki, həmin torpağı 3000 manata satsın, pulu Səbuhi ilə yarı bölsün. Səbuhinin torpağına görə Fatimədən 1600 manat pulu qohumu olan Ramil adlışəxsin yanında Könülgilin evində almış, Həmin vaxtı Könül evdə olsa da, pul alan zaman yanında olmamışdır. Torpağının satıb pul almağı barədə Səbuhiyə heç bir məlumat verməmiş, bundan əlavə yolun digər tərəfində olan 0.04 ha torpaq sahəsini də Fatiməyə təklif etmiş, buna görə də 3600 manat pulu Könülgildə və torpaq sahəsində Fatimə Orucovadan təklikdə almışdır. Həmin torpaq öz torpağı olmuş, lakin buna dair heç bir sənədi olmamışdır. Bundan sonra Fatimə ondan xəbərsiz Səbuhinin torpağına gətirib, daş tökmüş, həmin vaxtı Səbuhi bunu bilib, Fatiməyə torpağın ona aid olduğunu demiş, sözügedən torpaq sahələrini Fatimə Orucovaya özü satmış və ondan hər iki torpağa görə ümumilikdə 5200 manat pul almışdır. Bundan başqa Zərərçəkmiş şəxslə avtobus dayanacağında olan ev alqı-satqısı ilə məşğul olması kimi qeyd etdiyi elana görə tanış olmuş, belə ki, Zərərçəkmiş şəxs onunla telefon əlaqəsi saxlamış və Abşeron rayonu Xırdalan şəhərində yerləşən “xxxx”-ın yanında görüşmüşlər. Cəmaləddin bacısı ilə gəlmiş və onunla görüşmüş, həmin vaxtı o, tanışı Ramin ilə birlikdə olmuşdur. Cəmaləddin ondan satışa qoyduğu evə baxmaq istədiyini bildirmiş, buna görə də evə baxmaq üçün Xırdalan şəhəri Qurbanov küçəsində yerləşən 1 mərtəbəli həyət evinə gəlmişlər. Cəmaləddin evə baxıb bəyəndikdən sonra həmin evi onunla 13000 manata razılaşmış və həmin evin yaxınlığında yerləşən kafedə oturub çay içdikdən sonra ona 500 manat pulu beh kimi vermişdir, belə ki, yaxınlıqdakı xxxxa məxsus bankomatdan Cəmaləddin 500 manat pul çıxararaq ona vermiş və çıxıb getmişdir. Üstündən bir neçə saat keçdikdən sonra Cəmaləddinə zəng vurmuş və bildirmişdir ki, evin sənədləri hazırdır, qalan 12500 manat pulu gətir versin. Bundan sonra Cəmaləddin yerindən bacısı ilə birlikdə Xırdalan şəhərinə gəlmiş və evin yaxınlığında yerləşən kafelərin birində oturaraq 7500 manat pulu ona vermiş, bildirmişdir ki, evi adına keçirəndə qalan 5000 manat pulu da verəcəkdir. Razılaşıb pulu aldıqdan sonra Cəmaləddin və bacısı çıxıb getmişlər. Bundan sonra Cəmaləddin ona bir neçə dəfə zəng vursada, özü əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərclədiyi üçün telefon zənglərinə cavab verməmişdir. Əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş (mülki iddiaçı) X13 mülki iddianı müdafiə edərək, ifadəsində göstərmişdir ki, 2019-cu ilin may ayının əvvələrində Xırdalan şəhərində özünə torpaq almaq üçün Təqsirləndirilən şəxsla tanış olmuş, sonuncu ona Xırdalan şəhəri, Quşçuluq massivində, yəni bacıngilin qonşuluğunda olan 0.04 ha və yanındakı 0.01 ha torpaq sahələrini satmağı təklif etmiş,onlar razılaşdıqdan sonra bacısı Könülgilin evində 0.04 ha torpağa görə 3600 manat pulu, 0.01 ha torpağa görə isə 1600 manatı Talehə vermişdir. Hər iki torpağa görə Taleh ümumilikdə ondan 5200 manat pul almış, bundan sonra bacısının əri Ramin Vəliyev ona aldığı torpağa daş töküb, hasara almağı məsləhət görmüş, sonuncudan aldığı torpağa daş alıb tökmüşdür. xx.xx.2019-cu il tarixdə isə ona məlum olmuşdur ki, həmin aldığı torpaq sahəsi başqa bir şəxsə məxsusdur və buna görə də Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını, 5200 manat pulunun ələ keçirildiyini görüb Azərbyacan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Taleh tutulduqdan sonra Talehin anasının xahişinə görə notariat kantoruna gələrək 5200 manat puldan 1000 manat aldığını qalan pulun guya 01 il müddətində ödənilməsi barədə ərizə yazmışdır. Əslində isə ona pul ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs avtobus dayanacağında olan ev alqısatqısı ilə məşul olan şəxs qismində verilmiş elandan götürmüş, sonra telefon əlaqəsi saxlamış və adını sonradan bildiyi Taleh ona bildirmişdir ki, Abşeron rayonu Xırdalan şəhərində yerləşən “xxxx”-ın yanında görüşsünlər. Talehin dediyi yerə bacisı X6 ilə gəlmiş və onunla görüşmüş, Taleh yanında bir nəfər özünü makler kimi təqdim edən şəxslə gəlmiş, Taleh ona satacağı evə baxmaq üçün Xırdalan şəhəri Qurbanov küçəsində yerləşən 1 mərtəbəli həyət evinə getmişlər. Onlar evə baxdıqdan sonra Taleh və yanındakı şəxslə 13000 manata razılaşmış və həmin evin yaxınlığında yerləşən kafedə oturub çay içdikdən sonra Taheh 500 manat pulu beh kimi verməsini bildirmiş, özü Talehin dediyi kimi edərək yaxınlıqda yerləşən “xxxxa” aid bonkamatdan 500 manat pul çıxararaq bacısının yanında Talehə vermiş və çıxıb getmişlər. Bir neçə saat sonra Taleh ona zəng vurmuş və bildirmişdir ki, evin sənədləri hazırdır, qalan 12500 manat pulu gətirib versin. Bacısı ilə birlikdə yenidən Xırdalan şəhərinə gəlmiş və evin yaxınlığında yerləşən kafelərin birində oturaraq 7500 manat pulu Talehə vermiş, bildirmişdir ki, evi adına keçirəndə qalan 5000 manat pulu verəcəkdir. Taleh adlı şəxs onunla razılaşmış və çıxıb getmişlər. Pulu Talehə verən zaman ona evin eskiz lahiyyəsini vermiş, onlar evə qayıtdıqdan sonra Talehin hərəkətlərindən şübhələndikləri üçün yeznəsi X12 telefon vasitəsi ilə Talehə zəng vurmuş və həmin evin satılıb-satılmadığını söruşduqda sonuncu bildirmişdir ki, ev hələ satılmayıb və yeznəsi gedib evə baxan zaman evin həmin ona və bacısına göstərilən ev olduğunu görmüşdür. Daha sonra baş verənləri bildirmiş və Talehə zəng vuraraq məsələni ona danışmış və ondan ya evi sənədləşdirməsini ya da pulunu qaytarmasını tələb etmiş, həmin gündən Taleh adlı şəxs heç bir məlumat ala bilməmiş və Taleh nə pulunu qaytarmış, nə də ki, evi adına keçirməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Fatimə Orucovanı qonşuluğunda yaşayan Könülün vasitəsi ilə tanımış, belə ki, Fatimə Könülün bacısıdır. Ruslan və Taleh isə onun oğlanlarıdır. Fatimə Orucovanın bir ay ərzində oğlu Taleh ilə münasibət saxladığını və görüşdüyünü bilsə də, onların arasında yaranmış münasibətdən xəbərsiz olmuşdur. Oğlu Ruslan bir neçə dəfə Könülün evində qoqan olarkən Fatimə ilə görüşmüş, aralarında heç bir münasibət olmamış, eyni zamanda oğlunun Fatiməyə satmış olduğu torpaq sahəsindən və aldığı pulun miqdarından xəbərsiz olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X10 1 ildir ki, qohumu Rəşadın vasitəsi ilə tanımışdır. 2019-cu ilin may ayının əvvələrində Xırdalan şəhərində Fatimə özünə torpaq almaq istəyən zaman onu özünün yanında olmasını xahiş etmiş, onlar birlikdə Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, dəmir yolunun yaxınlığına getmişlər. Orada Fatimə torpağı satan Taleh adlı şəxsə zəng etmiş, Taleh həmin vaxtı onların olduğu yerə gəlmiş, orada torpağa baxdıqdan sonra Fatimənin bacısı Könülgilin yaşadığı ünvana getmişlər. Həmin ünvanda Fatimə onun yanında aldığı torpağa görə qalmış 1600 manat pulu sayıb Talehə vermiş, Təqsirləndirilən şəxs da həmin pulu sayıb götürərək Könülgilin evindən çıxıb getmişdir. Taleh gedən zaman Fatiməyə satdığı torpağın sənədini çatdıracağına söz vermiş, özü Fatimənin qeyd olunan ərazidə torpaq almaq istədiyi 0.04 ha torpağa görə 3600 manatı verdiyini Fatimənin dilindən eşitmişdir. Talehə isə torpağa görə 1600 manat Fatimənin pul verdiyini görmüş, hər iki torpağa görə ümumilikdə Fatimədən 5200 manat pul alındığını, həmçinin Fatimənin 300 manata daş alıb həmin torpağa tökdüyünü eşitmiş, sonradan isə bilmişlər ki, həmin torpaqlar başqa şəxsə aiddir, buna görə Fatimə bacısının qonşusu Talehgilə verdiyi pulu onlardan geri tələb etməyə başlamış və həmin şəxslər tərəfindən aldadıldığını başa düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X10 əvvəllər tanımamışdır. Arvadı Şahid4 ilə birlikdə 9 ildir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində, dəmir yolunun kənarında yerləşən 0.01 ha torpaq sahəsində fərdi ev tikib, orada yaşamağa başlamışdır. Onlar evin qarşısındakı torpaq sahəsini dəmir setka hasara alıb orada ağaclar əkib bağ etmişlər. 2019-cu ilin may ayının əvvələrində Xırdalan şəhərində Quşçuluq massivində yerləşən fərdi evin həyətində arvadı Əntiqə təmizlik işləri aparan zaman qonşuluqda yaşayan Təqsirləndirilən şəxs sonradan adını bildiyi Fatimə Orucova ilə onların evinin qarşısına gəldiyini, Talehin Fatiməyə torpaqları göstərdiyini arvadı Əntiqədən eşitmiş, bundan bir qədər sonra arvadı Əntiqə 15- 16 yaşlı uşaqlarını evdə qoyub, Ağdaş rayonuna getmişlər. Orada olan zaman uşaqlardan eşitmişlər ki, onların setka hasara aldıqları bağa mişar daşı tökülüb, bundan sonra arvadı Əntiqə Xırdalan şəhərində yerləşən həmin evinə gəlmiş, onlar evə çatanda Fatimənin qohumu Ramindən eşitmişlər ki, onlara aid olan bağı Təqsirləndirilən şəxs öz adından onun baldızı Fatiməyə satmışdır. Ramin həmin vaxt Talehin Fatimədən 1600 manat pul aldığının şahidi olduğunu da onlara bildirmiş,sonradan bilmişlər ki, Taleh yolun digər tərəfində olan boş torpağı da Fatiməyə 3600 manata satıb ondan əlavə pul almışdır. Talehin qardaşı Ruslanın bu məslələrdən xəbərinin olduğunu eşitmiş, lakin Ruslan və atası Mahirin Fatimədən hər hansı bir pul aldığını görməmiş və eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, qardaşı Cəlaləddin Sadiyevin dediklərini təsdiq etmiş və istintaqa analoji ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə Abşeron rayonu Xırdalan şəhərində yerləşən “xxxx”-ın yanında görüşmüş, Taleh yanında bir nəfər özünü makler kimi tanış verən şəxslə gəlmiş, Taleh ona satacağı evə baxmaq üçün Xırdalan şəhəri Qurbanov küçəsində yerləşən 1 mərtəbəli həyət evinə getmişlər. Onlar evə baxıb bəyəndikdən sonra qardaşı evi Talehlə 13000 manata razılaşmış və həmin evin yaxınlığında yerləşən kafedə oturub çay içdikdən sonra Taleh 500 manat pulu beh kimi verməsini bildirmiş, qardaşı Talehin dediyi kimi edərək yaxınlıqda yerləşən “xxxxa” aid bonkamatdan 500 manat pul çıxararaq onun yanında Raminə vermiş və çıxıb getmişlər. Bir neçə saat sonra Taleh qardaşına zəng vurmuş və bildirmişdir ki, evin sənədləri hazırdır, qalan 12500 manat pulu gətirib versin. Qardaşı onunla birlikdə yenidən Xırdalan şəhərinə qayıtmış və evin yaxınlığında yerləşən kafelərin birində oturaraq 7500 manat pulu Talehə vermiş, qardaşı bildirmişdir ki, evi adına keçirəndə qalan 5000 manat pulu verəcəkdir. Qardaşı pulu Talehə pulu verən zaman sonuncu evin eskiz lahiyyəsini qardaşına vermiş, onlar evə qayıtdıqdan sonra Talehin hərəkətlərindən şübhələndikləri üçün X12 telefon vasitəsi ilə Talehə zəng vurmuş və həmin evin satılıb-satılmadığını söruşduqda sonuncu bildirmişdir ki, ev hələ satılmayıb və Kərim gedib evə baxana zaman evin onlara göstərilən ev olduğunu görmüşdür. Belə olduqda qardaşı Talehdən satdığı evi sənədləşdirməsini və yaxud pulunun qaytarmasını tələb etmiş, həmin gündən Talehdən heç bir məlumat ala bilməmiş və Taleh nə pulunu qaytarmış, nə də ki evi adına keçirməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2019-cu ilin may ayının əvvələrində Xırdalan şəhərində bacısı Fatimə özünə torpaq almaq üçün Təqsirləndirilən şəxsla tanış olmuş, sonuncu ona Xırdalan şəhəri, Quşçuluq massivində, yəni bacısıgilin qonşuluğunda olan 0.04 ha və yanındakı 0.01 ha torpaq sahələrini satmağı təklif etmiş, onlar razılaşdıqdan sonra onun evində 0.04 ha torpağa görə 3600 manat pulu, 0.01 ha torpağa görə isə 1600 manatı Talehə vermişdir. Hər iki torpağa görə Taleh ümumilikdə bacısı Fatimədən 5200 manat pul aldığını, bundan sonra bacısının torpağa daş töküldükdə məlum olmuşdur ki, həmin aldığı torpaq sahəsi başqa bir şəxsə məxsusdur və buna görə dəbacısı Fatimənin Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını və 5200 manat pulunun ələ keçirildiyini bilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 9 ildir ki, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, dəmir yolunun kənarında yerləşən 0,1 ha torpaq sahəsində fərdi ev tikdirmiş və yaşamağa başlamışlar. Onlar evlərinin qarşısındakı torpaq sahəsini setka ilə hasara almış, oarda ağac əkib becərməyə başlamışlar. 2019-cu ilin may ayının əvvəllərində fərdi evinin qarşısında təmizlik işləri apararkən qonşuluqda yaşayan Təqsirləndirilən şəxs sonradan adını bildiyi Fatimə Orucova ilə onların evinin qarşısına gəldiyini, Talehin Fatiməyə torpaq sahələrini göstərdiyini, bundan bir qədər sonra əri Səbuhi 15-16 yaşlı uşaqlarını evdə qoyub Ağdaş rayonuna getmişlər. Orada olduqları zaman məlum olmuşdur ki, onların setka ilə hasara aldıqları torpaq sahəsinə mişar daşı tökülmüşdür. O, əri Səbuhi ilə birlikdə rayondan yaşadıqları evlərinə qayıtdıqda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onlara aid torpaq sahəsini öz adından Fatimə adlı qadına satmış, əvvəlcə 1600 manat pul, daha sonra isə digər boş torpağa görə 3600 manat pul müqabilində Fatimədən alındığını və Talehin həmin pulu ələ keçirdiyini eşitmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Zərərçəkmiş şəxs X13 tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəmə istintaqa təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, ona dəymiş 5200 manat maddi ziyanı Təqsirləndirilən şəxs alınaraq, ona verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin anası X3 ilə X13 arasında bağlanmış xx.xx.2020-ci il tarixli notariat qaydasında təsdiq edilmiş borc müqaviləsindən görünür ki, X3 4000 manat məbləğində pulu aylıq 333 manat 34 qəpik ödəniş etməklə 01 il müddətində qaytarmağı öz öhdəsinə götürmüşdür. Zərərçəkmiş şəxs X13 tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, xx.xx.2020-ci il tarixli notariat qaydasında təsdiq edilmiş borc müqaviləsi üzrə təqsirləndirilən şəxsin anası X3 üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ilkin olaraq ona veriləcək 1000 manat məbləğində pul sonuncu tərəfindən ona verilmədiyinə görə təqsirləndirilən şəxsdən şikayətçidir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2019-cu il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardan görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş və cinayət işinin icraatı dayandırılmışdır. xx.xx.2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutularaq, Abşeron rayon polis idarəsinin MSY-ə təhvil verilmiş və məhkəmə tərəfindən cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş və cinayət işinin icraatı dayandırılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Abşeron Pİ-in İstintaq Şöbəsində istintaqı aparılan ********* nömrəli digər cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1, 178.2.2-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraat təzələnmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı nəzərə alınaraq, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 05 ay 29 günü ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Abşeron Pİ-in İstintaq Şöbəsində istintaqı aparılan ********* nömrəli digər cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1, 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Aşagıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 mülki iddiası təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası CPM-nin 181.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmədə mülki cavabdehin hüquqazidd hərəkətləri nəticəsində mülki iddiaçıya maddi ziyan vurulması sübuta yetirilmişdir. Mülki iddiaçı cinayət əməli nəticəsində vurduğu ziyana görə 5200 (beş min iki yüz) manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq, mülki iddiaçıya ödənilməsini tələb etmiş, məhkəmə istintaqı zamanı dindirilmiş mülki cavabdeh iddiaçı tərəfindən ona qarşı qaldırılmış iddianı qəbul etmişdir. Buna görə də məhkəmə hesab edir ki, 5200 manat pul mülki cavabdehdən alınaraq, mülki iddiaçıya ödənilməlidir. Bundan başqa, ibtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X8 göstərdiyi 30 saat hüquqi yardıma görə 90 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına, məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili X2 göstərdiyi 95 saat hüquqi yardıma görə 570 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 357, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 05 ay 29 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Abşeron Pİ-in İstintaq Şöbəsində istintaqı aparılan ********* nömrəli digər cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1, 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X1 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı qaldırdığı mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 5200 (beş min iki yüz) manat pul alınaraq, mülki iddiaçı X9 verilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X8 göstərdiyi 30 saat hüquqi yardıma görə 90 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına, məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili X2 göstərdiyi 95 saat hüquqi yardıma görə 570 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB**********0420151123, VÖEN ********** hesabına köçürülsün. Hökmün icrası təyin edilmiş cəzaya aid hissədə Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına, mülki iddiaya aid hissədə isə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-23/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-23/2021
09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver