Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-23/2025 07.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçilər: Təqsirləndirilən şəxs X11 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs2 müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi6, Təqsirləndirilən şəxs3 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs5 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi5 Təqsirləndirilən şəxs4 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxsin hüquqi varisi: X6 Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs5 iştirakları ilə, xx xxxxxxxx 1973-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, xx xxxxxxxx 1983-cü ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Motodrom yeni yaşayış massivində yerləşən fərdi evdə yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, 16 iyun 2023-cü il tarixdə vəfat etmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, xx xxxxx 1982-ci ildə Goranboy rayonu Dəliməmmədli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayon, Fəxralı Ərazi Dairəsi, Fəxralı kəndində qeydiyyatda olan və hal-hazırda Abşeron rayon, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksi, 25-ci küçə, bina-11 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 194.1 və 234.1-ci maddələri ilə, xx xxxxxxx 1988-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ucar rayonu, Qazıqumlaq Ərazi Dairəsi, Qazıqumlaq kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq yaşayış massivi, fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, 17 avqust 1981-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respubilkasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Örənqala Ərazi Dairəsi, Örənqala qəsəbəsində qeydiyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs1 cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq saxlanc yerinə qanunsuz daxil olub, özgənin əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup halında xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, «AAAF park» yaşayış kompleksi, 23-cü küçədə yerləşən 14 saylı binanın zirzəmisindəki saxlanc yerinə plastik pəncərənin sınmış şüşəsinin yerindən qanunsuz daxil olub, oradan Təqsirləndirilən şəxs4la birlikdə bir ədəd 500 manat dəyərində «LG» markalı plazma televizoru, bir ədəd 850 manat dəyərində “Lambert 310/310T” markalı su qızdırıcı kombi aparatını, bir ədəd 100 manat dəyərində 1x3 metr ölçüdə xalçanı, 1 ədəd 150 manat dəyərində elektrik tənzimləyicisini, bir ədəd 160 manat dəyərində elektron tavanı, bir ədəd 150 manat dəyərində sokçəkən aparatı, bir ədəd 30 manat dəyərində uşaq çantasını, bir cüt 50 manat dəyərində kişi ayaqqabısını, ümumilikdə 1990 manat dəyərində əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 10 manat müqabilində bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan 0,292 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində saxlanılaraq, Abşeron RPİnin inzibati binasına gətirilib, xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibliyindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş həmin 0,292 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə, binaya qanunsuz daxil olub, özgənin əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxslərə ziyan vurmaqla oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 01 radəllərində Xırdalan şəhəri, Quşculuq massivi, Y.Məmmədəliyev kücəsində Zərərçəkmiş şəxs5 məxsus “Kamaz” markalı, **- BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hər biri 300 manat olan iki ədəd akmiyatorunu özü ilə gətirdiyi kəlbətin vasitəsi ilə açıb gizli talamaqla, zərərçəkmiş şəxsə ümumilikdə 600 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində ünvan 6 ünvanda yerləşən 1 saylı körpələr evinin binasına qanunsuz daxil olub, müəllimlər otağından 02 ədəd hər biri 390 manat olan xalçanı, otaqda yerləşən dolabdan körpələr evində müəllimə kimi çalışan Zərərçəkmiş şəxs11 məxsus əl çantasının içərisində olan pul kisəsindən 4 manat nağd pulu, 01 ədəd 10 manat dəyərində “Kapital ASC”-yə aid “bir kart”plastik hesab kartını, 01 ədəd 10 manat dəyərində "xxxx"ASC-yə aid “bir kart”plastik hesab kartını və bir cüt 15 manat dəyərində qadın ayaqqabısını ümumilikdə 819 manat dəyərində əmlakı gizli olaraq talayıb, zərərçəkmiş körpələr evinə 780 manat, Zərərçəkmiş şəxs11 isə 39 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 Qəhraman oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 11-radələrində Abşeron rayonu Xırdalan şəhəri, “AAAF-Park” yaşayış kompleksi, A.Qulamov küçəsində yerləşən X7 məxsus 16 nömrəli evə qanunsuz daxil olub oradan 1 ədəd “Arcelik” markalı 35 kv.m-lik 400 manat dəyərində olan kondisioneri və 1 ədəd 950 manat dəyərində olan “Sharp” markalı soyuducunu, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yenidən həmin evə qanunsuz daxil olub oradan 600 manat dəyərində bir ədəd “Arcelik”markalı kondinsioneri, iki ədəd ümumi dəyəri 200 manat olan pəncərə pərdəsini, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində yenidən həmin evə qanunsuz daxil olub oradan 320 manat dəyərində olan 4 ədəd stulu, 50 manat dəyərində olan hamam güzgüsünü və 50 manat dəyərində olan pilləkəni, yəni vahid qəsdlə əhatə olunan niyyətlə ümumilikdə 2570 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş Natavan Əliyevaya ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 03:00 radələrində Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksi, ev 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs10 məxsus fərdi yaşayış evinin həyətinə, sonra isə Təqsirləndirilən şəxs4la Təqsirləndirilən şəxs3 birlikdə evin pəncərəsinin dəmir barmaqlığını dəmir parçası ilə qırıb onunla birlikdə yaşayış sahəsinə qanunsuz daxil olaraq, oradan Zərərçəkmiş şəxs10 məxsus evin 1-ci mərtəbəsində mətbəxdən bir ədəd 200 manat dəyərində ağ rəngli “Hoffman” markalı televizoru, bir ədəd 100 manat dəyərində “Fagor” markalı mikrodalgali sobanı, qonaq otağından bir ədəd 400 manat dəyərində televizoru, evin 2-ci mərtəbəsində yataq otağında olan paltar dolabından bir ədəd 1000 manat dəyərində qadın dəri paltosunu və 400 manat dəyərində kişi və uşaq paltarlarınıı gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs10 ümumilikdə 2100 (iki min yüz) manat ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 10 manat müqabilində bir ədəd siqaretin gümüşü kağızına bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı” na (Siyahı İ) daxil olan 0,397 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edib Abşeron rayonu Xırdalan şəhərində daşımış və üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu Xırdalan şəhəri “AAAF- Park” yaşayış kompleksinin yaxınlığında saxlanılıb, Abşeron RPİ-yə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş həmin olan 0,397 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq yaşayış sahəsinə və saxlanc yerinə daxil olub, özgənin əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxslərə ziyan vurmaqla oğurluq etmiş, qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə əldə etmiş və istifadə etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəheroini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədilə, tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 04 sentyabr 2022-ci il tarixdə gecə saat 03:41-də Abşeron rayonu Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksi, 21-ci küçə, 4 saylı binanın birinci mərtəbəsində blokda Zərərçəkmiş şəxs2 qızına məxsus dəmir barmaqlıqlardan hazırlanmış saxlanc yerinin qapısının kilidini sındırmaqla qanunsuz içəri daxil olmuş, orada saxlanılan bir ədəd 400 manat dəyərində 26-lıq “Stel Sport” markalı velosipedi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 qızına həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksi, 21-ci küçə, bina 3-də yerləşən Zərərçəkmiş şəxs6 məxsus mənzilə açar seçmə yolu ilə qanunsuz daxil olub, evin eyvanında yerləşən 01 ədəd 1500 manat dəyərində “Dəmir döküm” markalı kombi su qızdırıcı aparatını və 01 ədəd 30 manat dəyərində pərdəni gizli olaraq talayıb, zərəçəkmiş Zərərçəkmiş şəxs6 1530 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 01 radəllərində Abşeron rayonu, Xırdalan şəhəri, Quşculuq massivi, Y.Məmmədəliyev kücəsində yerləşən Zərərçəkmiş şəxs5 məxsus “Kamaz” markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən oğurladığı hər birinin dəyəri 300 manat olan iki ədəd akmiyatoru qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə əldə etmiş və istifadə etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs5 Qəhraman oğlu və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 11-radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF-Park” yaşayış kompleksi, A.Qulamov küçəsində yerləşən X7 məxsus 16 nömrəli evə qanunsuz daxil olub oradan 1 ədəd “Arcelik” markalı 35 kv.m-lik qiyməti 400 manat olan kondisioneri, 1 ədəd qiyməti 950 manat olan “Sharp” markalı soyuducunu, 1 ədəd 100 manat dəyərində olan plastik materialdan olan qapını gizli olaraq talayıb, zərərçəkmiş şəxs Natavan Əliyevaya ümumilikdə 1450 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xx.xx.2023-cü il tarixdə saat 03:00 radələrində Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksi, ev 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs10 məxsus fərdi yaşayış evinin həyətinə, sonra isə Təqsirləndirilən şəxs4la birlikdə evin pəncərəsinin dəmir barmaqlığını dəmir parçası ilə qırıb Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşayış sahəsinə qanunsuz daxil olaraq, oradan Zərərçəkmiş şəxs10 məxsus evin 1-ci mərtəbəsində mətbəxdən bir ədəd 200 manat dəyərində ağ rəngli “Hoffman” markalı televizoru, bir ədəd 100 manat dəyərində “Fagor” markalı mikrodalgali sobanı, qonaq otağından bir ədəd 400 manat dəyərində televizoru, evin 2-ci mərtəbəsində yataq otağında olan paltar dolabından bir ədəd 1000 manat dəyərində qadın dəri paltosunu və 400 manat dəyərində kişi və uşaq paltarlarınıı gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs10 ümumilikdə 2100 (iki min yüz) manat ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti iləözgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksində yerləşən 17 nömrəli binanın 4-cü mərtəbəsinin girişindən Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd 230 manat dəyərində “Mercedes-Benz” markalı, 26 ölçülü velosipedi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 10 manat müqabilindəbir ədəd şəffaf rəngli selofana bükülmüş, təmiz çəkisi 0,186 qram olan, qəhvəyi rəngli, kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi yaxınlığına gələrək həmin nakorik vasitəni üzərində daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən Abşeron rayonu Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş, polis idarəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən həmin 0,186 qram çəkidə narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs4 cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə, binaya və saxlanc yerinə qanunsuz daxil olub, özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə ziyan vurmaqla oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs4 özgənin əmlakını gizli olaraq taladığına görə barəsində Abşeron Rayon Məhkəməsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi məhkəmə baxışında olmasına baxmayaraq, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədilə, tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 04 sentyabr 2022-ci il tarixdə gecə saat 03:41-də birlikdə Abşeron rayonu Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksi, 21-ci küçə, 4 saylı binanın birinci mərtəbəsində blokda Zərərçəkmiş şəxs2 qızına məxsus dəmir barmaqlıqlardan hazırlanmış saxlanc yerinin qapısının kilidini sındırmaqla orada saxlanılan bir ədəd 400 (dörd yüz) manat dəyərində 26-lıq “Stel Sport” markalı velosipedi gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qızına həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində Zərərçəkmiş şəxs8oviçin Abşeron rayonu, Masazır qəsəbəsi, Nizami küçəsində yeni inşa etdirdiyi, hazırda təmir işləri başa çatmamış evinin zirzəmisinin dəmir barmaqlığını sındırmaqla binaya qanunsuz daxil olaraq divarlara və tavana yeni çəkilmiş müxtəlif ölçülü elektrik naqillərini və divardakı içərisində 36 ədəd paylayıcısı olan olan 1 ədəd elektrik şitini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 2700 manat ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsəd ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 03:00 radələrində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs10 məxsus fərdi yaşayış evinin həyətinə, sonra isə evin pəncərəsinin dəmir barmaqlığını dəmir parçası ilə qırıb yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs10 məxsus evin 1-ci mərtəbəsində mətbəxdən bir ədəd 200 manat dəyərində ağ rəngli “Hoffman” markalı televizoru, bir ədəd 100 manat dəyərində“Fagor” markalı mikrodalgali sobanı, qonaq otağından bir ədəd 400 manat dəyərində televizoru, evin 2-ci mərtəbəsində yataq otağında olan paltar dolabından bir ədəd 1000 manat dəyərində qadın dəri paltosunu və 400 manat dəyərində kişi və uşaq paltarlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs10 ümumilikdə 2100 (iki min yüz) manat ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 dekabr 2022-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu Xırdalan şəhəri R.Mehdiyev küçəsində yerləşən Zərərçəkmiş şəxs9 təmiri başa çatmayan və yaşayış olmayan fərdi yaşayış evinin qarşısına gəlib, hasardan aşaraq həyətə sonra isə evin ikinci mərtəbəsinin qonaq otağının plastik qapısına güc tətbiq etməklə evə qanunsuz daxil olaraq həmin evin hər üç mərtəbəsindəki divarlara çəkilmiş ümumi uzunluğu 500 metr olmaqla 400 manat dəyərində elektrik naqillərini əvvəlcədən özü ilə gətirdiyi kəlbətin ilə kəsərək gizli olaraq talayıb zərərçəkmişşəxs Zərərçəkmiş şəxs9 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup halında xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, «AAAF park» yaşayış kompleksi, 23-cü küçədə yerləşən 14 saylı binanın zirzəmisindəki saxlanc yerinə plastik pəncərənin sınmış şüşəsinin yerindən qanunsuz daxil olub, oradan Təqsirləndirilən şəxs1la bir ədəd 500 manat dəyərində «LG» markalı plazma televizoru, bir ədəd 850 manat dəyərində “Lambert 310/310T” markalı su qızdırıcı kombi aparatını, bir ədəd 100 manat dəyərində 1x3 metr ölçüdə xalçanı, 1 ədəd 150 manat dəyərində elektrik tənzimləyicisini, bir ədəd 160 manat dəyərində elektron tavanı, bir ədəd 150 manat dəyərində sokçəkən aparatı, bir ədəd 30 manat dəyərində uşaq çantasını, bir cüt 50 manat dəyərində kişi ayaqqabısını, ümumilikdə 1990 manat dəyərində əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədilə, 29 yanvar 2023-cü il tarixdə saat 15:06-da Abşeron rayonu Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksi, 21-ci küçə, 8 saylı binanın blokunda saxlanılan bir ədəd 650 manat dəyərində “Start” markalı, ağ-qara və yaşıl rəngli, 26 ölçülü velosipedi gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs7 650 (altı yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 03 fevral 2023-cü il tarixdə Xırdalan şəhərində “120” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 420,0 qram narkotik vasitə qurdudulmuş marixuana əldə edib Abşeron rayonu, Masazır kəndinə daşımış və üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Abşeron rayonu, Masazır kəndi “Qurtuluş- 93” yaşayış kompleksində saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş, rayon polis idarəsinin əməkdaşları tərəfindən üzərinə keçirilən şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli gödəkçəsinin sol yan hissəsindən 1 ədəd bağlamada saxladığı umumi xalis çəkisi 420,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs5 cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub, özgənin əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs5 tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 11radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF-Park” yaşayış kompleksi, A.Qulamov küçəsində yerləşən X7 məxsus 16 nömrəli evə qanunsuz daxil olub oradan 1 ədəd “Arcelik” markalı 35 kv.m-lik qiyməti 400 manat olan kondisioneri, 1 ədəd qiyməti 950 manat olan “Sharp” markalı soyuducunu, 1 ədəd 100 manat dəyərində olan plastik materialdan olan qapını gizli olaraq talayıb, zərərçəkmiş şəxs Natavan Əliyevaya ümumilikdə 1450 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdəsaat 15 radələrində Bakı şəhəri Yasmal rayonu ərazisində “Alatava” deyilən ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 10 manat müqabilində bir ədəd şəffaf rəngli selofana bükülmüş, təmiz çəkisi 0,445 qram olan, qəhvəyi rəngli, kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi yaxınlığına gələrək həmin nakorik vasitəni üzərində daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 20:50 radələrində Abşeron RPİ-nin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş, polis idarəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən həmin 0,445 qram çəkidə narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan ittihamla özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə ifadəsində göstərmişdir ki, xatırlamadığı tarixdə İmranla əvvəlcədən razılaşaraq kimi Xırdalan şəhəri, “AAAF-Park” yaşayış kompleksində yerləşən zirzəmidən oğurluq etmək qərarına gəlmiş, pəncərəsindən içəri daxil olmuş, zirzəmidə xeyli məişət əşyaları olmuş və oradan bir hissəsini xatırladığı qədəri ilə televizor, kombini, xalçanı, sokçəkən aparatı, götürüb pəncərədən çıxarıb aparmışlar. Oğurladıqları əşyaları Xırdalan şəhəri, “AAAF-Park” yaşayış kompleksində qaldığı sahibsiz evə gətirib yığmış və İmran oğurlanmış əşyaların içidən, ayaqqabını özü üçün götürmüşdür. Təqsirləndirilən şəxs3 xahiş etmiş və kombini Raminlə birlikdə Xırdalan şəhəri, 120-nin axırı deyilən yerə aparıb orada Səyyad adlı taksi sürücüsünə 70 manata satmışdır. Digər əşyaları müxtəlif yerlərdə satmış, əldə etdiyi pulu İmranla bölmüşdür. Televizoru isə Ramin çay evini işlədən şəxsə satmış pulunu bölmüşlər. Ramin oğurluğu əvvəlcədən bilməmiş, əşyaların satmasına kömək etmişdir. Bundan başqa bildirmişdir ki, Təqsirləndirilən şəxs3 təklifi ilə onunla birlikdə Abşeron rayonu Xırdalan şəhəri “AAAF Park” yaşayış kompleksində binanın birinci mərtəbəsində olan velosipedi Raminlə birlikdə oğurlamışlar. O, gələn olarsa xəbər vermək üçün evin qarşısında gözləmiş, Ramin velosipedi oradan çıxarmışdır. Həmin tarixdə, axşam saatlarında Raminlə birlikdə velosipedi Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində sataraq və həmin pulu Raminlə aralarında bərabər qaydada bölmüşlər. Bundan başqa bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 03 radələrində ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs10 məxsus fərdi yaşayış evinin həyətindən oğurluq edilməsində iştirak etməmiş, Ramilənin bu barədə dedikləri doğru deyil, bunu ibtidai istintaq zamanı da bildirmişdir. Bundan başqa bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəti “AAAF” park yaşayış kompleksi, binanın dördüncü mərtəbəsindən 26 ölçülü velosipedi oğurlayaraq taksi ilə Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon dairəsi yaxınlığına gedib orada tanımadığı şəxsə 60 (altmış) manata satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa bildirmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yeni inşa edilmiş evlərdən birinə yaxınlaşaraq ətrafda və həmin evdə heç kimin olmadığına tam əmin olduqdan sonra hasarın üstündən keçməklə evin həyətinə daxil olmuşdur. Bundan sonra həmin evin pəncərəni sıxıb açmaqla zirzəmiyə daxil olmuşdur. O, zirzəmiyə daxil olduqdan sonra divarlara və tavana yeni çəkilmiş elektrik naqillərini, həmçinin elektrik dirəyindən sayğaca gələn elektrik naqillərini kəsmişdir. Sonra isə həmin naqilləri və elektrik şitini özü ilə gətirdiyi sellofan torbaya yığaraq həmin yeri tərk etmişdir. Bir iki gün sonra oğurladığı həmin əşyaları metal yığan tanımadığı şəxsə ümumilikdə sataraq həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa göstərmişdir ki, 16 dekabr 2022-ci il tarixdə yaşadığı ərazidə oğurluq etmək üçün ev axtarmış və evlərdən birinə daxil olmuşdur. Oradan elektrik naqillərini söküb oğurlamışdır. Sonradan həmin əşyaları satmış, əldə etdiyi pulu isə şəxsi ehtiyacına xərcləmişdir. Həmin oğurluq əməlini özü tək etmişdir. Bundan başqa bildirirəm ki, saxlanılan zaman ondan götürülmüş narkotik vasitə ona məxsus olmamışdır belə ki, həmin narkotik vasitəni o, axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, 120 adlanan ərazidə gəzən zaman yolun kənarından tapmışdır. Sonra isə istifadə etmək üçün götürmüşdür. Bir gün sonra təhlükəsiz yerdə gizlətmək üçün apararkən onu polis əməkdaşları saxlamış, şübhəli şəxs kimi idarəyə gətirmişlər. Onun üzərinə baxış keçiriləcəyi bildirildikdə o, bağlamadakı kütləni, yəni qurudulmuş marixuna olan narkotik vasitəni könüllü təqdim etmişdir. Sonra narkotik vasitə olan bağlama onun iştrakı ilə qablaşdırlaraq möhürlənib bağlanmış və bu barədə sənədləşdirilmə aparılmışdır. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərin daha şikayətçi olmadıqlarını, bəziləri bunu ifadə etsə də, bəziləri məhkəməyə gəlmədikləri üçün barışıq əldə eməyin mümkün olmadığını, səhətini, təcridxanada qaldığı vaxt ağır xəstəlik tapmasını, bir daha cinayət əməli törətməyəcəyini bildirməklə məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 194.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 04 sentyabr 2022-ci il tarixdə, “AAAF” park yaşayış kompleksindəki, “StelSport” markalı velosipedi onun təklifi ilə tanışı Təqsirləndirilən şəxs4 ilə birlikdə oğurlamışdır.Sonradan həmin velosipedi Elçin adlı şəxsə sataraq aldığı 70 manat pulu da Rüfət ilə birlikdə aralarında bölüb xərcləmişlər. Bundan başqa bildirirəm ki, xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində Abşeron rayonu Xırdalan şəhəri “AAAF” park yaşayış kompleksi 21-ci küçədə yerləşən 3 saylı binaya daxil olub həmin binadan oğurluq etmək qərarına gəlmişlər. Həmin binanın 3-cü mərtəbəsində yerləşən evlərdən birinin qapısının kilidinin zəif olduğunu görüb qapını açmağa nail olmuş, evə daxil olduqda əvvəlcədən fikri evdən ancaq kombi oğurlamaq olmuşdur. Həmin evdən kombi aparatını oğurlamış, bir gün sonra Bakı şəhəri 3-cü mikrorayon dairəsi adlanan ərazidə tanımadığı şəxsə 80 manata satmış, əldə etdiyi 80 manat pulu öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Bundan başqa bildirmişdir ki, 10 dekabr 2022-ci il tarixdə saat 11 radələrində tanışları Rüfət vıə Ramilə ilə birlikdə Xırdalan şəhəri, “AAAF-Park” yaşayış kompleksi, A.Quliyev küçəsi, 16 nömrəli həyət evinin qapısını dəmir parçası ilə sındırıb, mənzilə daxil olub, oradan 2 ədəd kondinsioner, 1 ədəd soyuducu, stol və stulları, pəncərənin pərdələrini və digər məişət əşyalarını oğurlamışlar. Həmin oğurladığı əşylardan bir ədəd soyuducunu Rüfətlə birlikdə yoldan keçən bir taksi maşınını saxlayıb həmin taksiyə qoyub Xırdalan şəhərində yerləşən “Narıncı” marketin yanında olan metal qəbul edilən yerə 370 manata satmışdır. Bundan başqa həmin evin hamamının plastik qapısını çıxarıb doğrayıb aparıb həmin metal qəbul edilən yerə 9 manata satmış, 370 manat pulu metal qəbul edən Elvin Ramilənin tanışı müharibə qazisi Elşənə vermiş, Elşəndə həmin puldan onlara 60 manat vermiş və həmin pulu Rüfətlə aralarında bölmüşdür. Bundan başqa bildirmişdir ki, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə birlikdə başqa yerlərdən oğurluq etsədə, xx.xx.2022-ci il tarixdə Ramilə və Raminlə Xırdalan şəhərii, “AAAF” park yaşayış kompleksində fərdi yaşayış evindən oğurluq etməmişdir. Bundan başqa bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində oğurluq etmək üçün Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksində 17 saylı binaya daxil olub 4-cü mərtəbəyə qalxmışdır. Həmin vaxtı orada blokda ağ rəngli velosiped olmuş və velosipedi götürüb aşağı düşürüb sürüb aparmışdır. Səhəri gün velosipedi aparıb Xırdalan şəhərində parkın yanında velosiped satışı məntəqəsinə 57 manata satmış, əldə etdiyi pulu şəxsi ehtiyacı üçün xərcləmişdir. Bundan başqa bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən özü istifadə etmək üçün 10 (on) manat müqabilində bir ədəd şəffaf rəngli selofan bükümdə narkotik vasitə olan heroin almışdır.. Daha sonra yaşadığı Abşeron rayonu Xırdalan şəhəri, “AAAF” yaşayış kompleksinə gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Abşeron rayonu Xırdalan şəhəri, “AAAF” yaşayış kompleksi yaxınlığında olan zaman mülki geyimdə olan sonradan özlərini təqdim etdikdən sonra bildiyi iki nəfər polis əməkdaşları ona yaxınlaşmışdır. Onlar özlərini təqdim edərək Abşeron rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirmiş və ona narkotik vasitə maddə istifadə etməyi, üzərində daşımağı barədə məlumatları olduğunu deyərək bununla əlaqədar onu polis idarəsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmiş, Polis idarəsinin inzibati binasında ona video çəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah edilmişdir. O da etirazı olmadığını bildirmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələrim elan olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o da əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən içərisində narkotik vasitə olan heroin olan bir ədəd şəffaf rəngli selofanı çıxarıb təqdim etmişdir. Bundan sonra təqdim etdiyi həmin narkotik vasitə olan heroin götürülmüş, sorğu zamanı bildirmişdir ki, həmin narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən özü istifadə etmək üçün 10 (on) manat müqabilində almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamış, daha sonra polislər onun təqdim etdiyi, içərisində narkotik vasitə heroin olan, bir ədəd şəffaf rəngli selofandan ibarət bükümü zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Əməlindən peşman olduğunu, bir daha cinayət törətməyəcəyini, uzun müddətdir ki, təcridxanada saxlanıldığını, zərərçəkmiş şəxslərin şikayətçi olmamasını nəzərə alaraq yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş ilkin ifadəsini təsdiq etdiyini bildirməklə qeyd etmişdir ki, yaşadığı rayonda iş olmadığı üçün bir neçə ildir ki Abşeron rayonunda müxtəlif ünvanlarda qalıb işləyib çörək pulu qazanıb yaşamışdır. 2022-ci ilin dekabr ayının 6-da yaşadığı Xırdalan şəhərində dosdu Raminlə birlikdə Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Onlar tanış olduqdan bir neçə gün sonra Ramilə onlara demişdir ki, “Xırdalan şəhərində AAAF parkda boş həyət evi var, istəsəniz orda qala bilərsiniz”. Ramilə həmin evi onlara göstərdikdən sonra 10 dekabr saat 11 radələrində Raminlə həmin ünvana gedib içəriyə daxil olduqdan sonra baxmışlar ki, içəridə təzə soyuducu var, ona görədə Raminlə qərara gəlmişlər ki, soyuducunu aparıb satsınlar. Ramin keçib evin yan tərəfindən dəmir parçası gətirib evin giriş qapısını içəridən qırıb açmışdır. Sonra Raminlə birlikdə soyuducunu həyətə çıxardanda Ramilə gəlmiş, Ramilənin təklifi ilə kondirsonerləri də söküb oğurluq əşyaları metal qəbulu sexinə satmışlar. Bundan başqa bildirmişdir ki, bədənindəki ağrılarına görə narkotik vasitə qəbul etdiyi üçün 04 yanvar 2023-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Yasmal rayonu ərazisində “Alatava” deyilən yerdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat qarşılığında 1 ədəd şəffaf sellofan bükülüdə narkotik vasitə olan heroin almışdır. O, həmin bükülünü şalvarının cibinə qoymuş, həmin vaxt ağrıları olmadığı üçün saxlamışdır ki, ağrıları olanda istifadə etsin. Səhəri gün yəni 05 yanvar 2023-cü il tarixdə saat 20:50-də Abşeron rayonu Xırdalan şəhəri “AAAF Park” yaşayış kompleksinin ərazisində olarkən 2 nəfər mülkü geyimli şəxs ona yaxınlaşaraq Abşeron RPİ-nin əməkdaşları olduqlarını deyib özlərini təqdim edib ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirərək əməliyyat məlumatı olduğunu buna görə də üzərinə baxış keçirilməsi üçün Abşeron RPİ-nə getməyi demişlər. O da heç bir etiraz etməyərək onlarla birlikdə Abşeron RPİ-nin inzibati binasına gəlmişdir. Orada ona hüquqları izah edildikdən sonra video çəkiliş ilə müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi-axtarış götürmə keçirilərkən özü qara rəngli cins şalvarımın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükülünü təqdim etmişdir. O, həmin bükülünün içərisindəki kütlənin heroin olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyi demişdir. Bundan sonra üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir predmet aşkar olunmamışdır. Daha sonra həmin şəffaf sellofan bükülüdəki kütlə ekspertiza təyin edilməsi üçün onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə qablaşdırılaraq götürülmüşdür. O, həmin narkotik vasitə heroini şəxsi istifadə üçün əldə edib üzərində daşımış, tərtib edilmiş protokoldakı və izahatındakı imzalar özünə məxsus olub və heç bir təzyiq olmadan könüllü çəkmişdir. Əməlindən peşman olduğunu, bir daha cinayət törətməyəcəyini, səhətini və ailə vəziyyətini nəzərə alaraq yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs4 Xırdalan şəhəri, “AAAF-Park” yaşayış kompleksində qaldığı sahibsiz evə getmiş və həmin vaxtı Rüfət Xırdalan şəhəri, “AAAF-Park” yaşayış kompleksində yerləşən zirzəmidən oğurluq etmyi təklif etmiş və onun təklifi ilə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində Rüfətlə birlikdə “AAAF- Park” yaşayış kompleksində zirzəminin olduğu yerə gəlmiş, zirzəminin arxa şüşəsi sınmış pəncərəsindən içəri daxil olmuşlar. Zirzəmidə xeyli məişət əşyaları olmuş və oradan bir ədəd televizoru, bir ədəd kombini, bir ədəd xalçanı, bir ədəd elektrik tənzimləyicisini, bir ədəd elektrik tavasını, bir ədəd sokçəkən aparatı, bir ədəd uşaq çantasını və bir cüt ayaqqabını oğurlayıb pəncərədən çıxarıb aparmışlar. Oğurladıqları əşyaları Xırdalan şəhəri, “AAAF-Park” yaşayış kompleksində Rüfətin qaldığı sahibsiz evə gətirib yığmış və oradan çıxıb getmiş, oğurladığı ayaqqabını özü götürmüş, bir neçə gün sonra Rüfət ona oğurladığıqları əşyaların pulundan 20 manat pul vermişdir. Bundan başqa bildirmişdir ki, bir neçə ildir narkotik vasitə heroindən istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Abşeron rayonu, Xrdalan şəhəri, “AAAF- Park” yaşayış kompleksi yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyim formasında olan şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra isə ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirmiş və onu polis idarəsinə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis idarəsinə gəlmişlər. Rayon polis idarəsində ona xidməti otaqların birində üzərimdə şəxsi axtarış aparılacağı bildirilmiş, əvvəlcə ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra videogörüntü ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. O da könüllü olaraq göy rəngli cins şalvarımın sağ yan cibliyindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmiş, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, ərazisində tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün almışdır. Göstərmişdir ki, narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 (on) manata öz istifadəm üçün almış və bu məqsədlə də üstündə saxlamışdır. Əməlindən peşman olduğunu, bir daha cinayət törətməyəcəyini, səhətini və ailə vəziyyətini nəzərə alaraq yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 Əlisəfa qızının ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmədə elan edilmişdir həmin ifadələrdən görünür ki, ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, son vaxtlar isə Xırdalan şəhərində harda yer tapırdısa qalmışdır. Adətən sahibsiz evlərdə yaşamışdır. Həyat yoldaşı Maarif narkotik vasitələr qəbul edib satdığı ücün 4 ay bundan Binəqədi rayon Pİsi tərəfindən həbs edilimiş və məhkəmə tərəfindən ona, 16-il həbs cəzası verilmişdir. O, müxtəlif evlərdə təmizlik işləri görüb pul qazanmış və həmin pul ilə ailəsini saxlamışdır. İki il olar ki, narkotik vasitə qəbul edir və narkotikdən asılılıgı olduğu üçün məcbur olmuşdur ki, pul qazanıb narkotik alsın və bədənində olan agrıları sakitləşsin. O, Ramin və Rüfət ilə tanış olmuş, onlarında narkotik vasitəllərdən aslılıgı vardır. 2022-ci ilin dekabr ayının əvəllərində axşam vaxtı sonradan adını bildiyi Natavan Əliyevaya məxsus olan Abşeron rayonu Xırdalan şəhəri AAAF Park yaşayış kompleksində A.Quliyev kücəsində yerləşən mənzilə yaxınlaşdır. Qərara gəlmişdir ki, həmin evə girsin və gecə orda yatsın. Həmin evdə hec kimin yaşamadığını qabaqcadan bilmişdir. Həmin məhəllədə əvvəllər yaşamış ona görə bilmişdir ki, orada hec kim yaşamır. Evin həyat qapısı acıq olmuş və sadəcə arxasına daş qoymuşlar. O, həyat qapısını aralayıb həyətə girmiş və evin ətrafına baxmış və evin arxa tərəfində olan pəncərənin dəmir barmaqlıqların qırıq olduğunu görmüş, həmin yerdən mənzilə girmiş və mənzilin icində divan, stol miz, iki ədəd kandinsaner, bir ədəd soyuducu, bir ədəd taxt, paltar dolabı güzgü və kicik dolablar və pəncərələrdədə pərdələr və digər əşyalar olduğunu görmüşdür. Həmin gecə orada tək yatmış, təxminən 3-4 gün həmin evdə gecələmişdir. Sonra tanışı Rüfətə demişdir ki, burda boş ev var, lazım olsa gedib qalarsan. Lakin sonuncunun həmin evdə qalıb-qalmadığını bilmir. xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində Natavana məxsus evin qarşısından kecərkən görmüşdür ki, Ramin ilə Rüfət həmin evin qapısını acıblar, oradan soyuducunu cıxarıb həyətə qoyublar. O, sonunculara yaxınlaşmış, onlara demişdir ki, ona kömək etsinlər və kondinsaneridə o, aparsın. Həmin vaxta kimi Raminən Rüfət kondensaneri arxasından acmış, lakin divarda qalmışdır. Rüfətlə birlikdə kondinseneri aşagı endirmiş, kondinsenerin üzərində Arcelik sözləri yazılmışdır. Həyat qapısının qarşısına cıxarmış tanımadığı ag rəngli taksi maşının saxlamış və yaxınlıgdakı olan yerə aparmaq lazım olduğunu demiş,sonra kondinsioneri taksiyə yükləmiş, həmin kondisioneri Xırdalan şəhərində həmin yerdən 5 dəqiqəlik məsafədə yerləşən yaşadığı kimsəsiz boş villaya –yəni yaşadığı evə aparmışdır. Taksiyə 2 manat pul vermiş, sürücü cıxıb getmişdio. Həmin əşyaları qaldığı evin həyətində giriş qapısının sol tərəfinə qoymuş, soyuducunu Raminlə Rüfət aparmışlar. Amma nə ilə apardıglarını görməmişdir. Cünki o, kondisioneri götürüb getmişdir. Aradan 3-4 gün kecəndən sonra, yəni xx.xx.2022-ci il tarixdə axşam saat 20 radəllərində Natəvana məxsus evə gəlmiş, giriş qapısından içəri daxil olmuş və oradan mənzilin icərisində olan kondisioneri, iki ədəd pərdəni sökmüş və həyətə endirmiş və yoldan kecən taksi maşını ilə həmin iki ədəd kondensinerin qabaq hissəsini və bir arxa hissəsini taksinin yük yerinə qoyaraq yaşadığı villanın həyətinə aparmış, orada giriş qapısından icəri qoymuşdur. Səhərisi taksi cagırmış, Bakı şəhəri Babək prospektinə aparıb metalloma vermiş və 150 manata razılaşmışdır. Metallomda işləyən şəxs ondan soruşmuşdur ki, bu kondinseneri hardan gətirmis, demişdir ki, öz evinindir, satır. Sonuncu demişdir ki, “bir iki günə sənin pulunu verə bilərəm, hazırda nagd pulum yoxdur”. O, razılaşmış, taksiyə 8 manat verdim cıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə saat 12 radəllərində isə bir ədəd nərdifanı və kagız qutuda olan stulları bir ədəd güzgünü götürüb taksi ilə yaşadıgı villanın həyətinə aparmışdır. Həmin stul və nərdifanı və güzgünü yoldan kecən tanımadığı şəxsə ümumilikdə 60 manata satmışdır. Demişdir ki, uşaqları acdır pula ehtiyacı vardır, həmin şəxsdə etiraz etməmiş və baxıb mallara pulunu vermiş və maşınına yükləyib aparmışdır. Həmin pulıuda öz ehtiyaclarına xərcləmiş, sonradan eşitmişdir ki, Rüfətlə Ramin soyuducudan başqa hamamın plasmas qapısını aparıb satmışlar. Bundan başqa bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksində sahibsiz ev axtarmışlar. Həmin vaxtı orada fərdi yaşayış evində heç kimin olmadığını yəqin etdikdən sonra Ramin hasardan həyətə keçmiş və həyət qapısını açıb onları içəri buraxmışdır. Evin pəncərələri dəmirlə örtülmüş olmuş, Raminlə Rüfət yerdən tapdıqları dəmir parçası ilə evin pəncərələrindən birinin birinin dəmir barmaqlığını qırmış və evə daxil olmuşlar. Həmin vaxtı evin mətbəxindən televizoru, mikrodalğalı sobanı, qonaq otağından televizoru, ikinici mərtəbədən qadın paltosunu və bir neçə dəst paltarları oğurlamışlar. O, həmin vaxtı evdə dolabda olan qadın paltosunu geyinmiş, oğurladıqları əşyaları satmaq üçün sifariş etdikləri taksiyə yığıb Bakı şəhəri, 3-cü mikrorayon dairəsinə aparmış və Rüfətlə Ramin əşyaları tanımadığı şəxslər satmışlar. Raminlə Rüfətin televizorlardan birini 100 manata satdıqlarını görmüş, qalan əşyaları neçəyə satdıqlarını görməmiş, Raminlə Rüfət oğurluqdan əldə etdikləri pulla ona narkotik alıb vermişlər. Bundan başqa bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, AAAF-PARK yaşayış kompleksinin həyətində olan zaman ona mülki paltarda iki nəfər şəxs yaxınlaşmış, polis vəsiqələrini təqdim etdikdən sonra üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün onlarla birlikdə Abşeron RPİnə getməli olduğunu bildirmişlər. O da sonunculara etiraz etmədən həmin polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Abşeron RPİ-nin inzibati binasında olan xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşlarının və dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona bildirmişlər ki, üzərinə şəxsi axtarış keçirəcəklər, əgər üstündə saxlanılması qadağan olunan əşya və predmet varsa onu təqdim etsin. O da əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən çıxartdığı 1(bir) bükümdən ibarət olan heroini təqdim etmişdir. Həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisindən 10 manata almış, sonra üzərimdən çıxan həmin bir ədəd narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunduqdan sonra isə o və polis əməkdaşları zərfə və protokola imza etmişdir. Bundan başqa bildirmişdir ki, müvəqqəti yaşadığı evin yaxınlığında olan küçə ilə gedərkən görmüşdür ki, kücədə Kamaz markalı maşın saxlanılıb və üzərində iki ədəd böyük akmiyatorları vardır. Qərara gəlmişdir ki, axşam gəlib həmin akmiyatorları oğurlasın. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə axşam saat 01 radəllərində gecə vaxtı yaşadığı evdən kəlbətini və zibil daşımaq ücün olan arabanı götürüb Xırdalan şəhərində, Quşculuq massivində Y.Məmmədəliyev kücəsində yerləşən evin qarşısında qalan Kamaz markalı yük maşınına yaxınlaşmış və akmiyatorları bir-bir acıb arabaya qoyub yaşadığı iki mərtəbəli villanın həyətinə gətirib qoymuşdur. Səhərisi tanışı Ramin soruşmuşdur ki, həyətydəki akmiyatorlar kimindir demişdir ki, “mənimdir axşam ogurlamışam”. Ramin həmin akmiyatorları götürüb aparıb satmış, lakin necəyə satdıgını və hara satdıgını bilməmiş və əldə etdiyi puldan ona verməmişlər. Polis tərəfindən saxlanıldıqdan sonra bəlli olmuşdur ki, Kamaz markalı **-BE-*** nömrəli Kamaz markalı avtomaşının sahibi Taleh adlı şəxsdir. Taleh adlı şəxsi tanımır və əvəllərdə görməmiş, onunla hər hansı ədavəti və ya düşmənciliyi yoxdur. İki ədəd akmiyatoru acıb arabaya qoyub yaşadığı evin həyətinə aparmış, səhərisi həmin akmiyatorları Ramina vermiş, sonuncu da aparıb metaloma satmışdır. Onun akkulyatoru oğurlamasından Raminin əvvəlcədən xəbəri olmamış, hər hansı razılıgı olmamışdır. Lakin akmiyatoru axşam oğurlayıb evə gətirmiş, yaşadığı evin həyətinə qoymuş, Ramin həyətdə akmiyatorları gördükdən sonra oğurluq olduğunu bilmişdir. Sonuncu aparıb satıb pulunu verəcəyini bildirmişdir. O, etraz etməmiş, aparıb satmış, lakin ona pul verməmiş, demişdir ki, pulunu almamışdır və alanda verəcəyini bildirmiş, lakin pulu ona verməmişdir. Bundan başqa bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində ünvan 9 ünvanda yerləşən 1 saylı körpələr evinə getmiş, belə ki, subay olsa da, təxminən bir yaşında övladı vardır, tüfeyli həyat tərzi keçirdiyi üçün dövlət həmin uşağı ondan alıb körpələr evinə yerləşdirmişdir. Onun da oraya getməkdə məqsədi uşağı görmək olmuş, lakin hər dəfə oraya gedən zaman mühafizəçi və orada çalışanlar onu içəri buraxmamışlar. Saat 02 radələrində körpələr evinin arxa hissəsindən hasara qalxmış, bir müddət gözlədikdən sonra mühafizəçinin gözdən itdiyini görüb müəssisənin həyətinə və oradan içəriyə daxil olmuşdur. İçəridə uşağını görmək üçün otaqlardan birinə daxil olmuş və divardan açılmış ağ rəngli xalatı götürüb əynimə geyinmiş ki, işçilərdən fərqlənməsin. Bundan sonra körpələrin yatdığı otağa daxil olmuş və öz uşağını axtarmağa başlamış, lakin tapa bilməmişdir. Kiminsə onu görəcəyindən ehtiyat etmiş və eyvan tərəfdə olan otağa daxil olmuşdur. Orada olan iki ədəd xalçanı götürmək qərarına gəlmişdir. Bundan başqa otaqda dolabın içərisində olan çantanı açmış, çantanın içərisindəki pul kisəsindən 4 manat pul və iki ədəd bank kartını götürmüşdür. Otaqda olan bir cüt ayaqqabıları isə geyinib öz ayaqqabılarını orada qoymuşdur. Bundan sonra xalçaları bir-bir eyvandan çıxarmış və eyvanın aşağısında olan kiçik damın üzəri nə qoymuşdur. Daha sonra isə elə oradan çıxaraq xalçaları hasardan bir-bir yolun kənarına keçirmişdir. Bundan sonra mobil telefonla taksi sifariş vermiş və tanımadığı taksi avtomobili ilə həmin xalçaları yaşadığı Xırdalan şəhərindəki evinə aparmış və evə qaldırmışdır. Bundan sonra xalçalardan birini qonşuluqda yaşayan Elşən kimi adını bildiyi şəxsə vermiş ki, saxlasın, digəri isə özündə qalmışdır. Həmin şəxsin hazırda harada olmasını bilmir. Ona xalçanı satması üçün vermişdir. Bank kartlarını haraya qoyüduğunu xatırlamır, onları ümumiyyətlə istifadə etməmiş, polis əməkdaşları onu saxladıqda xalçalardan birini onlara təqdim etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksi, küçə 12, bina 3, mənzil 12-də yaşayır. O, tikinti-təmiri işi ilə məşğul olur və tikinti materillarını yığmaq üçün “AAAF” park yaşayış kompleksi, 23 saylı küçədə yerləşən 14 saylı binanın zirzəmisini icarə götürmüşdür. Yeni evə köçdüyü üçün 2 ay bundan əvvəl evində olan işlənmiş bəzi əşyaları həmin zirzəmiyə yığmış, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə günorta saatlarında zirzəmiyə baş çəkmiş və həmin vaxtı hər şey qaydasında olmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saatlarında zirzəmidən kombi aparatını götürmək üçün zirzəmiyə getmiş, həmin vaxtı zirzəminin arxa pəncərəsinin şüşəsinin sındırıldığını görmüş və zirzəmiyə nəzər saldıqda oradan 1 ədəd 500 manat dəyərində LG markalı plazma televizorunun, 1 ədəd 950 manat dəyərində “Lambert 310/310T” markalı su qızdırıcı kombinin, 1 ədəd 100 manat dəyərində 1 metr eni, 3 metr uzunluğunda olan xalçanın, 1 ədəd 150 manat dəyərində elektrik tənzimləyicisinin, 1 ədəd 160 manat dəyərində elektron tavanın, 1 ədəd 150 manat dəyərində sok çəkən apartının, 1 ədəd 30 manat dəyərində uşaq çantasının və 1 cüt 50 manat dəyərində ayaqqabının oğurlandığını aşkar etmiş, oğurluq nəticəsində ona ümumilikdə 2090 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs2 qızı ifadəsində göstərmişdir ki, təxminən 2-3 ay əvvəl istifadə etmək üçün 500 manata 26-lıq “Stel Sport” markalı velosiped almış, velosipedi yaşadığı binanın birinci mərtəbəsində dəhlizdə olan dəmir barmaqlıqlardın çəkilmiş, qapısı qıfıl açarı ilə bağlanmış saxlanc yerində saxlamışdır. Sonuncu dəfə 03 sentyabr 2022-ci il tarixdə velosipedi həmin saxlanc yerinə qoyub, qapısını açarla bağlayıb evinə getmişdir. Sabahı günü yəni, 04 sentyabr 2022-ci il tarixdə, saat 14 radələrində evdən çıxmış, velosipedi götürmək üçün gəlmiş, velosipedi saxladığı həmin yerin qapısının qıfılının açılaraq, velosipedin yerində olmadığını aşkar etmişdir. Bilmişdir ki, kimsə velosipedi oradan oğurlamışdır. Bundan sonra orada olan video görüntüyə baxdıqda görmüşdür ki, gecə vaxtı 04 sentyabr 2022-ci il tarixdə, saat 03 : 41 dəqiqədə tanımadığı 2 nəfər kişi, velosipedi oğurlayaraq aparmışdır. Oğurluq barədə DİN-nin 102 xidmətinə zəng edərək, məlumat vermiş, oğurluq nəticəsində ona 500 manat dəyərində ziyan dəymişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs3 ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, əvvəllər şikayətçi olmasına baxmayaraq, artıq təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmamasını bildirmişdir. O, ilkin ifadəsində göstərmişdir ki, özünə məxsus olan “Mercedes-Benz” markalı 26 ölçülü ağ rəngli velosipedi yaşadığı binanın 4-cü mərtəbəsində dəhlizdə saxlayır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Qusar rayonuna getmiş və həmin vaxtı velosipedi dəhlizdə olmuşdur. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Xırdalan şəhərinə evinə qayıtmış və velosipedin dəhlizdə olmadığını görmüşdür. Velosipedinin oğurlanması nəticəsində ona 250 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs4 Yaqub qızı ifadəsində göstərmişdir ki, Xırdalan şəhəri, AAAF park yaşayış kopleksi, kücə A.Qulamov kücəsi ev 16–ünvanında yerləşən bir mərtəbədən ibarət həyət evi vardır. Həmin ev iki otaq və mətbəxt hisəddən ibarətdir. Həmin evdə yaşayış olmadığı ücün ora gedib gəlmirlər. Axırıncı dəfə 2020-ci ilin yay ayında mən həmin mənzilə baş cəkmiş, hər şey qaydasında olmuşdur. xx.xx.2023-ci il tarixdə saat təxminən 15 radələrində həımin mənzilə gedib baxmış və görmüşdür ki, mənzilin cöl tərəfində yerləşən dəmir qapının acarı qırılıbdır lakin qapı örtülü vəziyətdədir. O, mənzilə daxil olmuş və görmüşdür ki, Arçelik firmasına məxsus olan və hər birin 2018-ci ildə 600 manata aldıgı və hər birinin üzərində 9000 kalori yazılmış iki ədəd kondisioneri, bir ədəd Sharp markalı tək qapılı, acıq boz rəngli, 500 litirlik, 1100 manata aldığı soyuducunu, 4 ədəd hər birini 80 manata 2018-ci ildə aldığı şəffaf taxta rəngində olan oturacaq stollarını, bir ədəd 50 manata aldığı hamam güzgüsünü, bir ədəd 100 manat dəyərində olan hamam qapısını və bir ədəd metalik rəngində qatlanan 50 manat dəyərində olan pilləkəni naməlum şəxslər oğurlamışlar. Ona görədə həyat yoldaşı AR DİN–nin 102 xidmətinə zəng etmiş, lakin həmin ev onun adınadır və əmlaklar ona məxsusdur. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs5 xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında ifadəsində göstərmişdir ki, 23 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində özünə məxsus olan Kamaz markalı, ** BE *** dövlət qeydiyyat nişanlı yük avtomaşınını yaşadığı evin qarşısında saxlayıb evinə getmiş, səhəri günü, yəni 24 senyabr 2022-ci il tarixdə səhər saatlarında avtomobilinə yaxınlaşdıqda onun üzərində olmuş 2 ədəd akkumlyatorun oğurlandığının şahidi olmuşdur. Göstərmişdir ki, hər iki akkumlatoru hadisədən təxminən 4 ay əvvəl Xırdalan şəhrində yerləşən dükandan 600 manata almış, odur ki, baş vermiş oğurluq nəticəsində ona həmin dəyərdə maddi ziyan dəymişdir. Lakin şikayətçi deyil, tələbi yoxdur. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs6 xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında ifadəsində göstərmişdir ki, ünvan 10 ünvanında yerləşən mənzili 2021-ci ilin may ayının 8-də almışdır. Həmin evi oğlu üçün aldığından və həmin dövrdə oğlu həqiqi hərbi xidmətdə olduğu üçün həmin evdə yaşayış olmamışdır. O, evi aldığı zaman evdə eyvanda “Dəmir Döküm” markalı kombi sistemi yerləşdirilmişdir. O, mütəmadi olaraq evə baş çəkib hər şeyin qaydasında olub-olmadığını yoxlamış, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə evə gedib baş çəkən zaman evdən heç bir əşya oğurlanmamışdır. xx.xx.2022-ci il tarixdə mən yenidən evə baş çəkmək üçün gedən zaman açarı qapının kilidinə salıb açmaq istədikdə qapının açıq olduğunu görüb evbdən oğurluq hadisəsi baş verdiyini yəqin etmiş və DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Evə baxış keçirəm zaman isə evdən 01 ədəd 1500 manat dəyərində “Dəmir döküm” markalı kombi aparatının və 01 ədəd 30 manat dəyərində pərdənin oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 1530 manat məbləğində maddi ziyan dəymişdir. Ziyan ödənilməmişdir. Ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində dəvət edilmiş, lakin məhkəmədə iştirak etməyən Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15:09 radələrində ailəsi ilə birlikdə yaşadığı Abşeron rayonu Xırdalan şəhəri AAAF Park yaşayış kompleksi, 12-ci küçə, ev-8, mənzil-19-20 saylı evinin içərisində dəhlizdə olan müşahidə kamerasından əks olunan görüntülərə baxarkən təxminən 3 dəqiqə əvvəl tanımadığı bir nəfər şəxsin ona məxsus olan velosipedi götürüb apardığını görmüşdür. Dərhal bayıra çıxıb pilləkanlarla əvvəlcə binanın qarşısına, sonra küçəyə çıxsa da velosipedini oğurlayan şəxsi görə bilməmişdir. Həmin səbəbdən də DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir Bundan sonra Abşeron RPİ-nin əməkdaşları yaşadığı evə gəlib ərizəsini almışlar. xx.xx.2023-cü il tarixdə isə ona velosipedini oğurlayan şəxsin müəyyən edilməsi barədə məlumat verilmiş, bundan sonra bilmişdir ki, velosipedini oğurlamış şəxs Təqsirləndirilən şəxs4dur. xx.xx.2023-cü il tarixdə saat 15:06-da onun yaşadığı Abşeron rayonu Xırdalan şəhəri AAAF Park yaşayış kompleksi, 12-ci küçə, ev-8, 19-20 saylı mənzilin qarşısından, yəni ümumi istifadədə olan blokdan oğurlanmış və ona məxsus olan “Start” markalı, ağ-qara və yaşıl rəngli, 26 ölçülü velosipedi təxminən bir ay əvvəl 650 (altı yüz əlli) manata Sədərək Ticarət Mərkəzindən almışdır. Oğurluq hadisəsi nəticəsində ona göstərilən məbləğdə maddi ziyan dəymişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs8oviç məhkəmə iclasında ifadəsində göstərmişdir ki, təxminən 8 il bundan əvvəl Abşeron rayonu, Masazır qəsəbəsi, Nizami küçəsindən 6 sot torpaq sahəsi alaraq həmin torpaq sahəsində 2 mərtəbədən ibarət ev inşa etdirmişdir. Hazırda da həmin evimdə təmir işləri aparır. xx.xx.2022-ci il tarixdə saat 08:00 radələrində yeni inşa etdirdiyi həmin evimdə usta işləyən Arzuman adlı şəxs ona zəng edərək xx.xx.2022-ci il tarixə keçən gecə evindən oğurluq hadisəsi baş verdiyini bildirmişdir. Ona görə də bir qədər sonra sözügedən evinə gəlmiş və evə baxan zaman həqiqətən də evinin zirzəmisinin nəfəslik pəncərəsinin dəmir barmaqlığının naməlum şəxs və ya şəxslər tərəfindən sındırıldığını görmüşdür. Bundan sonra zirzəmiyə daxil olub nəzər yetirdikdə görmüşdür ki, naməlum şəxslər zirzəmiyə daxil olaraq divarlara və tavana çəkilmiş müxtəlif ölçülü elektrik naqillərini kəsərək və divardakı içərisində 36 ədəd paylayıcısı olan 1 ədəd elektrik şitinin divardan sökərək oğurlamışlar. Həmçinin naməlum şəxsin küçədə elektrik dirəyindən sayğaca gələn elektrik naqilini də kəsdiyini görmüşdür. Ona görə də həmin vaxt DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermiş, bir qədər sonra polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirməyə başlamışlar. Göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19 radəlıərindən xx.xx.2022-ci il tarixdə saat 08 radələrinədək olan müddətdə naməlum şəxs və ya şəxslər yeni inşa etdirdiyim həmin evimin zirzəmisinin divarlarına və tavanına yeni çəkilmiş müxtəlif ölçülü elektrik naqillərini və divardakı içərisində 36 ədəd paylayıcısı olan 1 ədəd elektrik şitini divardan sökərək oğurlamaqla ona 2700 manat məbləğində ziyan vurmuşlar. Zərər ödənilməsə də, şikayətçi olmadığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs9 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ifadəsində göstərmişdir ki, oğluna Abşeron rayonu Xırdalan şəhəri R.Mehdiyev küçəsində 9 sot torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin ətrafı mişar daşları ilə hasarlanmış, həyətin giriş qapısı iki laylı dməir darvazadan ibarətdir. Həyətə daxil olarkən üzbəüz 3 mərtəbəli fərdi yaşayış evi yerləşir. Həmin fərdi yaşayış evinin plastik pəncərələri quraşdırılmış, evin giriş qapısı dəmir qapıdır. Həmin evin təmiri tam başa çatmadığı üçün yaşayış yoxdur. Hər gün evdə ustalar təmir işləri ilə məşğul olurlar. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində ustalar işlərini qurtarıb getdilər. Həmin gün saat 20 radələrində evə nəzarət etmək üçün gələrkən hər şey qaydasında olmuşdur. O çıxıb yaşadığı mənzilə getmişdir. Səhəri gün saat 11 radələrində ustalarla evə gələrkən ona məlum olmuşdur ki, evin ikinci mərtəbəsinin yataq otağının eyvanın açıq qalmış plastik qapısından içəri daxil olaraq evin birinci mərtəbəsindən və ikinci mərtəbəsindən divara çəkilmiş elektrik naqillərini sökərək oğurlanmışdır. Onun fərdi yaşayış evinin birinci mərtəbəsindən daxil olarkən sağ tərəfdə mətbəx, solda qonaq otağı, sonra soldan hamam, sonra sağdan yataq otağı, ikinci mərtəbənin dəhlizindən sağda hamam, sonra sağda yataq otağı, solda yataq otağı, sonra soldan yataq otağı yerləşir. Üçüncü mərtəbədə isə mansart vardır. Naməlum şəxs və ya şəxslər onun evindən ümumilikdə 500 metr uzunluğunda hər metrəsi 0.8 manat olmaqla 400 manat dəyərində diametri 4 mm-lik mis elektrik naqillərini oğurlamışlar. Zərər ödənilməsə də, şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs10 məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, ona məxsus Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksi, ev 8 ünvanında olan fərdi yaşayış evində daimi yaşayış yoxdur. Ona görədə həmin evə nəzarət etmək üçün müxtəlif vaxtlarda ora getmişdir. O, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə sözügedən fərdi yaşayış evinə gəlmiş və həmin vaxtı hər şey qaydasında olmuşdur. Növbəti dəfə xx.xx.2023-cü il tarixdə evinin həyətinə daxil olan zaman evin pəncərəsinin metal barmaqlıqların sındırılmasını, evin qapısının açıq olmasını gömüş evə daxil olarkən evinin mətbəxində olan bir ədəd televizorun, mikrodalğalı sobanın, qonaq otağında olan bir ədəd televizorun, qadın və kişi paltarlarının oğurlanmasını aşkar etmiş, oğurluq nəticəsində ona təxminən 2100 manat ziyan dəymişdir. Ziyan ödənilməmişdir. Qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs11 xx.xx.2023-cü il tarixə məhkəmə iclasında bildirmişdir ki, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi 26 nömrəli ünvanda yerləşən 1 saylı körpələr evində tərbiyəçi olaraq çalışır. 22 noyabr 2022-ci il tarixdə gecə saat 02:15 radələrində işdə olarkən həmin körpələr evində olan uşaqlar haqqında qeydlər etmək üçün müəllimları otağından özünə məxsus çantadan qələm götürməyə getmişdir. O, hər zaman paltarlarını və əşyalarını müəllimlər üçün nəzərdə tutulan dolaba qoymuş və həmin dolabın qarışıq olduğunu görmüş, dolabdakı əşyaları düzəltmiş və çantasını açmışdır. Çantasında olan pul qağının içərisində 4 manat nağd pul, bir ədəd «Kapital bank»a məxsus “bir kart” 10 manat dəyərində plastik kartının, və "xxxx"ya məxsus 10 manat dəyərində debit kartının kisədə olmadığını aşkar etmişdir. Bundan başqa bir cüt idman ayaqqabılarının da oğurlandığını aşkar etmişdir. Dərhal bu barədə gözətçiyə demiş, kartları isə bloklatdırmışdır. Kartları blokladığı üçün pul çıxarılmamış, ayaqqabıları 15 manat dəyərində, 4 manat isə nağd pulu olmuşdur, ona oğurluq nəıticəsində 39 manat ziyan dəymişdir, bundan başqa müəssisəyə məxsus iki ədəd xalça oğurlanmışdır. Zərər ödənilməmişdir. Cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmış Zərərçəkmiş şəxs12 ilkin ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanda yerləşən 1 saylı körpələr evində təsərrüfat müdiri vəzifəsində çalışır, müəssisədə olan hər bir əşyanın hesabatını aparır və həmin əşyalara cavabdehlik daşıyaraq nəzarət edir. Göstərmişdir ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı deyildir, Bakı şəhəri 1 saylı körpələr evinin təsdiq edilmiş təsərrüfat malları siyahısında oğurlanmış xalçanın dəyərinin 390 manat olduğu göstərilmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən üzrə şahid qismində tanınmış Şahid6 ifadəsində göstərmişdir ki, təxminən 2 ilə yaxındır ki, Masazır qəsəbəsində metal qəbulu sexində işləyir və vətəndaşlardan istifadə olunmuş əşyaların götürülməsi və müvafiq qeydiyyatların aparılması ilə məşğul olur. 2022-ci ilin sentyabr ayının sonunda adını sonradan bildiyi Təqsirləndirilən şəxs4 bir nəfər oğlanla onun işlədiyi məntəqəyə gəlmiş, həmin şəxsin təqdim etdiyüi sənədə əsasən gətirdikləri iki ədəd akkumlyatoru 98 manat müqabilində təhvil almış və həmin şəxsləri yola salmışdır. Təxminən 10 gün sonra Sumqayıtdlan gəlmiş akkumlator işi ilə məşğul olan şəxsə 112 manata satmışdır. Həmin akkumlyatoru təhvil alarkən onun özünə məxsus olduğunu və işləmədiyinə görə təhvil verdiklərini həmin şəxslər bildirmişdir. Üstündən bir neçə gün keçmiş polis əməkdaşları onun işlədiyi məntəqəyə gəldikdə o, təhvil aldığı akkumlyatorların oğurluq olduğunu bilmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən üzrə Şahid1 ifadəsində göstərmişdir ki, Ramin və Rüfət adlı şəxsləri üzdən tanıyır, belə ki, sonuncular onun mühafizəçi işlədiyi Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Göyçə” marketə gəlib-getdikləri üçün tanımışdır. xx.xx.2022-ci il tarixdə saat 04 radələrində marketdə işdə olan zaman Raminlə Rüfət əllərində bir ədəd kisə oraya gəlmiş və kisədə olan kombini satmaq istədiklərini və həmin kombini bir nəfər tanışlarının borc müqabilində onlara verdiklərini bildirmişlər. O, Ramin və Rüfətdən kombini neçəyə satacaqlarını soruşmuş, sonuncular 70 manata satacalarını bildirmişlər. O, Rüfətə 70 manat pul verib kombini alıb avtomobilinin arxasına qoymuş, həmin vaxtdan kombi avtomobilinin arxasında qalmış və həmin kombini istintaqa təqdim etmişdir. İş üzrə şahid qismində tanınmış Şahid2 məhkəmə iclasında ilkin ifadəsini təsdiq etdiyini bildirmiş və qeyd etmişdir ki, üzdən tanıdığı, lakin aralarında dostluq, yoldaşlıq kimi münasibətləri olmayan Rüfət və Ramin adlı şəxs satmaq istədikləri velosipedi 100 manata ona təklif etmiş, oda həmin velosipedi 70 manata razılaşaraqla almış və evinə aparmışdır. Bundan bir müddət sonra polis əməkdaşları onu polis idarsinə dəvət etmiş və Rüfətlə Raminin onun satdıqları velosipedin oğurluq olduğunu bildirmişlər. Velosiped yaşadığı evin zirzəmisində olduğundan polis əməkdaşlarına təqdim etmişdir. Göstərmişdir ki, sonuncunlar velosipedin tanışlarına məxsus olduğunu və ehtiyacı olduğu üçün satmağı onlara xahiş etdiklərini bildirmişlər, velosipedin oğurluq olmasından xəbərsiz olmuşdur. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 “AAAF” park yaşayış kompleksində X7 məxsus evdən oğurluq etməsindən xəbəri olmamışdır. Belə ki, Ramin, Rüfət və Ramilə ona demişlər ki, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivində metal qəbulu məntəqəsinə mal satmışlar, lakin pulunu ala bilmirlər və müharibə əlili olduğu üçün həmin pulu oradan almaqda onlara kömək etsin. Onlarla birlikdə metal qəbulu məntəqəsinə getmiş və orada ona məlum olmuşdur ki, Ramingil metal qəbulu məntəqəsinə 370 manata soyuducu satmışlar və Ramilə həmin soyuducunun bacısına məxsus olduğunu bildirmişdir. O, metal qəbulu məntəqəsindən 370 manat pulu almış, 60 manatını Raminə, 50 manatını Rüfətə, 80 manatını Rüfətə vermiş və qalan pulu Ramilənin ona bocu olduğu üçün özünə götürmüşdür. İş üzrə şahid qismində tanınmış Şahid5 məhkəmə iclasında ilkin ifadəsini təsdiq etdiyini bildirmiş və qeyd etmişdir ki, 2023-cü ilin yanvar ayında üzdən tanıdığı Ramin adlı şəxs işlədiyi velosiped təmiri yerinə gəlib oğlu üçün aldığını velosipedi satmaq istədiyini demiş, onlar 110 manata razılaşmış, Raminin şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün o, sonuncuya 56 manat vermiş və şəxsiyyət vəsiqəsini gətirdikdən sonra, qalan 54 manatı verəcəyini bildirmişdir. Ramin pulu alıb çıxıb getmiş və sonra qayıtmamışdır. Bir neçə gün sonra polis əməkdaşları təmir sexinə gəlib Raminin ona satdığı velosipedin oğurluq olduğunu bildirmiş, və ondan götürmüşlər. İş üzrə şahid qismində dindirilmiş Şahid6 ilkin ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Əlvan Metalların qəbulu məntəqəsində 2 ilə yaxın olar ki, işləyir. X10 qəbulu məntəqəsinin rəsmi olaraq qeydiyyatı və digər lazımı sənədləri vardır və həmin sənədlərdə göstərilmiş qaydada işimsi aparır. Məntəqəyə təhvil verilən hər hansı bir əşyanın götürülməsindən əvvəl həmin şəxsin sənədlərini alıb, özündə qeyd etməklə, şəxsiyyətini təsdiq edilən sənədin surətini və ya telefon vasitəsi ilə şəklini çəkir. 2022-ci ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs4 adında bir nəfər yanında tanımadığı bir nəfər oğlan olmaqla «Opel» markalı, asfalt rənğində, nömrəsini xatırlamadığı taksi maşını ilə məntəqəyə gəlmiş, 2 ədəd Kamaz markalı maşına aid işlənmiş akumliyatorlarını təqdim etmiş və ona təqdim etdiyi sənədinə əsasən həmin akumliyatorları qəbul etmiş, hər iki akumliyatora ğörə həmin şəxslərə 98 manat pul vermişdir. Aradan 10 gün keçəndən sonra həmin akumliyatorların hər ikisini Sumqayıtda yerləşən akumliyator işi ilə məşqul olan yerdən gələn alıcılara 112 manata satmışdır. Sonradan Abşeron rayon polis idarəsinin işçiləri gəlib akumliyatorla bağlı maraqlananda həmin akumliyatorların oğurluq olduğunu bilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid9 ilkin ifadəsində göstərmişdir ki, 05 yanvar 2023-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksində yaşayan Təqsirləndirilən şəxs3 narkotik vasitə qəbulu ilə məşğul olması və hazırda Xıradalan şəhəri, “AAAF” park yaşayış kompleksində olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili X18 ilə birlikdə Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksinə getmişlər. Həmin vaxtı “AAAF” park yaşayış kompleksində piyada hərəkətdə olan Təqsirləndirilən şəxs3 yaxınlaşıb özümüzü təqdim etmiş və ona narkotik maddə qəbul etməsi və üzərində gəzdirməsində şübhəli olduğunu bildirib, polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs3 bizimlə birlikdə polis idarəsinə gəlmiş, Polis idarəsində xidməti otaqlardan birində Təqsirləndirilən şəxs3 videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəyimizi bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs3 üzərində özü istifadə etmək üçün narkotik vasitə heroin olduğunu və əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş bir ədəd bükümü təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra onun təqdim edilmiş bükümə baxış keçirilmiş, baxış zamanı həmin bükümdə qəhvəyi rəngli, tozşəkilli kütlə aşkar edilmiş, götürülümüş büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. İş üzrə şahid qismində dindirilmiş X18 ifadəsində əməliyyat müvəkkili Şahid9 dediklərini təsdiq etmiş və istintaqa analoji ifadə vermişdir. ş üzrə şahid qismində dindirilmiş Şahid16 Hafiz oğlu ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəsifəsində xidmət göstərir. 04 fevral 2023-cü il tarixdə saat 11 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Yoncalıq” yaşayış massivində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs4 narkotik vasitə qəbulu ilə məşğul olması və hazırda Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksində olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra RPİ-nin narkotiklərlə mübarizə qrupunun baş əməliyat müvəkkili Şahid15la birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksinə getmişlər. Həmin vaxtı orada piyada hərəkət edən Təqsirləndirilən şəxs4 yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik maddə qəbul etməsi və üzərində gəzdirməsində şübhəli olduğunu bildirib, polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs4 onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində xidməti otaqlardan birində Təqsirləndirilən şəxs4 videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəyimizi bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs4 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs4 üzərində narkotik vasitə marixuana olduğunu və əynindəki tünd göy rəngli gödəkçəsinin sol yan hissəinin içərisində olan 1 ədəd sarı rəngli selofana şəffaf skoçla bağlanmış bükümü təqdim edərək içərisində narkotik vasitə marixuana olduğunu və həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Xırdalan şəhəri, 120 adlanan ərazidə yerdən tapdığını və özü istifadə etmək üçün üzərində daşıyıb saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs4 üzərinə axtarış keçirmiş və axtarış zamanı onun üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra sonuncunun təqdim etdiyi iri bükümə baxış keçirilmişdir. Baxış zamanı həmin bükümdə qurudulmuş spesifik iyə malik kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs4 üstündən götürülümüş büküm qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, protokol imzalarla təsdiq edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid15 ifadəsində əməliyyat müvəkkili Şahid16 Hafiz oğlunun dediklərini təsdiq etmiş və istintaqa analoji ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili vəsifəsində xidmət göstərir. 05 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, yeni məhəllədə yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitə qəbulu ilə məşğul olması və hazırda Xıradalan şəhəri, “AAAF” park yaşayış kompleksində olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra cinayət axtarış şöbəsinin kiçik inspektoru Şahid12 ilə birlikdə Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksinə getmişlər. Həmin vaxtı “AAAF” park yaşayış kompleksində olan Təqsirləndirilən şəxs2 yaxınlaşıb özümüzü təqdim etmiş və ona narkotik maddə qəbul etməsi və üzərində gəzdirməsində şübhəli olduğunu bildirib, polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində xidməti otaqlardan birində Təqsirləndirilən şəxs2 videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəyimizi bildirmişlər. Şəxsi axtarışda iştirak etməsi üçün idarənin yeməkxanasında aşpaz işləyən X1 dəvət edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərində özü istifadə etmək üçün narkotik vasitə heroin olduğunu və əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra Gülzadə Əliyeva onun üzərində şəxsi axtarış aparmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra sonuncunun təqdim etdiyi bükümə baxış keçirilmiş, baxış zamanı həmin bükümdə qəhvəyi rəngli, tozşəkilli kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üstündən götürülümüş büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, protokol imzalarla təsdiq edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid12 ifadəsində əməliyyat müvəkkili Şahid11 dediklərini təsdiq etmiş və istintaqa analoji ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Abşeron RPİnin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili vəsifəsində xidmət göstərir. 05 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitə qəbulu ilə məşğul olması və hazırda Xıradalan şəhəri, “AAAF” park yaşayış kompleksində olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid8 ilə birlikdə Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksinə getmişlər. Həmin vaxtı “AAAF” park yaşayış kompleksində piyada hərəkətdə olan Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik maddə qəbul etməsi və üzərində gəzdirməsində şübhəli olduğunu bildirib, polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 bizimlə birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində xidməti otaqlardan birində Təqsirləndirilən şəxs1 videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərində özü istifadə etmək üçün narkotik vasitə heroin olduğunu və əynindəki göy rəngli cins şalvarının sağ yan cibliyindən siqaretin gümüşü kağızına bükülmüş bir ədəd bükümü təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra sonuncunun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra sonuncunun təqdim etdiyi bükümə baxış keçirilmiş, baxış zamanı həmin bükümdə qəhvəyi rəngli, tozşəkilli kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üstündən götürülümüş büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, protokol imzalarla təsdiq edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid8 ifadəsində əməliyyat müvəkkili X4 dediklərini təsdiq etmiş və istintaqa analoji ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili vəsifəsində xidmət göstərir. 05 yanvar 2023-cü il tarixdə saat 21 radələrində Beyləqan rayonu, Örənqala qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs5 narkotik vasitə qəbulu ilə məşğul olması və hazırda Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksində olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra cinayət axtarış şöbəsinin kiçik inspektoru X17 ilə birlikdə Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksinə getmişlər. Həmin vaxtı “AAAF” park yaşayış kompleksində olan Təqsirləndirilən şəxs5 yaxınlaşıb özümüzü təqdim etmiş və ona narkotik maddə qəbul etməsi və üzərində gəzdirməsində şübhəli olduğunu bildirib, polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs5 bizimlə birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində xidməti otaqlardan birində Təqsirləndirilən şəxs5 videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəyi bildirilmişdir. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs5 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs5 üzərində özü istifadə etmək üçün narkotik vasitə heroin olduğunu və əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofana bükülünü təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni xx.xx.2023cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs5 üzərində şəxsi axtarış apardılmış və axtarış zamanı onun üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs5 təqdim etdiyi bükümə baxış keçirilmiş, baxış zamanı həmin bükümdə qəhvəyi rəngli, tozşəkilli kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs5 üstündən götürülümüş büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, protokol imzalarla təsdiq edilmişdir. İş üzrə şahid qismində dindirilmiş X17 ifadəsində əməliyyat müvəkkili Şahid13 dediklərini təsdiq etmiş və istintaqa analoji ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitəni və psixotrop maddələrin üzərində gəzdirməsi və məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;
2. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs5 narkotik vasitəni və psixotrop maddələrin üzərində gəzdirməsi və məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;
3. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 06 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitəni və psixotrop maddələrin üzərində gəzdirməsi və məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;
4. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 04 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 narkotik vasitəni və psixotrop maddələrin üzərində gəzdirməsi və məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;
5. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Əlisəfa qızının narkotik vasitəni və psixotrop maddələrin üzərində gəzdirməsi və məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;
6. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 12 oktyabr 2022ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılmmaqla, icraata qəbul edilmiş və istintaq aparılmışdır;
7. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 13 oktyabr 2022ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılmmaqla, icraata qəbul edilmiş və istintaq aparılmışdır;
8. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 03 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 qızı zərərçəkmiş şəxs qismində tanınmışdır;
9. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 14 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır;
10. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 21 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs8 zərərçəkmiş şəxs qismində tanınmışdır;
11. “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” 26 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır.
12. “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2022-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs11 zərərçəkmiş şəxs qismində tanınmışdır.
13. “Zərərçəkmiş şəxsi və onun nümayəndəsini tanımaq haqqında” xx.xx.2022-ci il tarixli qərara əsasən Zərərçəkmiş şəxs12 zərərçəkmiş qismində tanınmış AR Səhiyyə Nazirliyinin 1 saylı Körpələr evinin nümayəndəsi kimi tanınmışdır.
14. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 24 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs9 zərərçəkmiş şəxs qismində tanınmışdır.
15. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X13 zərərçəkmiş şəxs qismində tanınmışdır.
16. “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” 05 fevral 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışdır.
17. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır”
18. Zərər çəkmiş şəxs qismində tanınma haqqında” 15 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs10 zərərçəkmiş şəxs qismində tanınmışdır.
19. Zərər çəkmiş şəxs qismində tanınma haqqında” 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs4 Yaqub qızı zərərçəkmiş şəxs qismində tanınmışdır.
20. “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 05 yanvar 2023cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 21:30 dəqiqədə Təqsirləndirilən şəxs5 CM-nin 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.
21. “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması” haqqında 05 yanvar 2023cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 19:00 dəqiqədə Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.
22. “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması” haqqında 05 yanvar 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 CM-nin 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur həmin tarixdə saat 21:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur;
23. “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması” haqqında 05 yanvar 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 CM-nin 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində həmin tarixdə saat 20:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur;
24. “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 07 yanvar” 2023cü il tarixli protokoldan görünür ki, 05 yanvar 2023-cü il tarixdə, saat 21:00 dəqiqədə Təqsirləndirilən şəxs2 Əlisəfa qızı CM-nin 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur;
25. Abşeron rayon Məhkəməsinin 07 yanvar 2023-cü il tarixli, 4(012)-16/2023 saylı, qərarı ilə həbsdə saxlanılma müddətinin əvvəli 05 yanvar 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs5 barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir;
26. Abşeron rayon Məhkəməsinin 07 yanvar 2023-cü il tarixli, 4(012)-17/2023 saylı, qərarı ilə həbsdə saxlanılma müddətinin əvvəli 05 yanvar 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir;
27. Abşeron rayon Məhkəməsinin 07 yanvar 2023-cü il tarixli, 4(012)-18/2023 saylı, qərarı ilə həbsdə saxlanılma müddətinin əvvəli 05 yanvar 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs3 barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir;
28. Abşeron rayon Məhkəməsinin 07 yanvar 2023-cü il tarixli, 4(012)-19/2023 saylı, qərarı ilə təqdimat təmin edilmiş, Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuşdur;
29. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” 07 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs4 barəsində “polisin nəzarəti altna vermə” qətimkan tədbiri seçilərək, Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur;
30. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan təbdiri seçilməməsi barədə vəsatətin təmin edilməməsi” haqqında 07 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Abşeron RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən verilmiş vəsatət təmin edilməmişdir;
31. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” 09 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs2 Abşeron RPİ-nin MSY-dən azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir;
32. Abşeron rayon Məhkəməsinin 4(012)-82/2023 saylı, 05 fevral 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs4 barəsində əvvəli 04 fevral 2023-cü il tarixdən hesablanmaqla N ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir;
33. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 15 may 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edlmiş, həmin maddələrdə nəzərdə tutulan ittiham ona elan olunmuşdur.
34. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 15 may 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs3, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 194.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edlmiş, həmin maddələrdə nəzərdə tutulan ittiham ona elan olunmuşdur.
35. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 16 may 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs4, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edlmiş, həmin maddələrdə nəzərdə tutulan ittiham ona elan olunmuşdur.
36. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 16 may 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs5, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edlmiş, həmin maddələrdə nəzərdə tutulan ittiham ona elan olunmuşdur.
37. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 16 may 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Əlisəfa qızı, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edlmiş, həmin maddələrdə nəzərdə tutulan ittiham ona elan olunmuşdur.
38. “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X5 ifadəsi yerində yoxlanılmış, o, Təqsirləndirilən şəxs3 ilə birlikdə Zərərçəkmiş şəxs7 mənzilinin qarşısından velosipet oğurladığı yeri əyani şəkildə göstərmişdir.
39. “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsi yerində yoxlanılmış, o, xx.xx.2022-ci ildə oğurluq etdiyi yeri əyani şəkildə göstərmişdir.
40. “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsi yerində yoxlanılmış, o, xx.xx.2023-ci ildə oğurluq etdiyi yeri əyani şəkildə göstərmişdir.
41. “Hadisə yerinə baxış keçirilməsi haqqənda” xx.xx.2022-ci il trixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs12 müraciəti əsasında hadisə yerinə baxışkeçirilmiş əl barmaq izləri götürülmüşdür.
42. “Hadisə yerinə baxış keçirilməsi haqqənda” xx.xx.2022-ci il trixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs11 müraciəti əsasında hadisə yerinə baxışkeçirilmiş əl barmaq izləri götürülmüşdür.
43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 06 yanvar 2023-cü il tarixli 6/41 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində «….Təqsirləndirilən şəxs1 üzərindən...» sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,292 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına daxildir. Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi - 0,292 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 0,242 qramdır. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edir;
44. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 06 yanvar 2023-cü il tarixli 6/43 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində «….Vət.Təqsirləndirilən şəxs5 üzərinən...» sözləri olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,445 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına daxildir.Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi - 0,445 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 0,395 qramdır. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edir;
45. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 06 yanvar 2023-cü il tarixli 6/44 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində «….Təqsirləndirilən şəxs3 üzərindən götürülmüş...» sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,186 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına daxildir.Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi - 0,186 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 0,136 qramdır. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edir;
46. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 04 fevral 2023-cü il tarixli 7/165 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs4 üzərindən aşkar edilmiş maddi sübut” yazılar və imzalar olan sellofan bağlamada təmiz çəkisi 420 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır .Tədqiqata təqdim olunmuş marixuanın təmiz çəkisi -420 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 419,95 qramdır. Aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat təşkil edir;
47. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 06 yanvar 2023-cü il tarixli 6/40 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində «….Şübhəli şəxs Təqsirləndirilən şəxs2...» sözləri olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,397 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına daxildir. Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi - 0,397 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,347 qramdır. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edir;
48. Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs5 barədə Əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur.
49. Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Əlisəfa qızı barədə Əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur.
50. Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə 01 il müdətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2004-cü ildə cəzanın sonu ilə azad edilmiş, bundan başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 06 il müdətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Səlyan rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 11 ay, 05 gün vaxtından əvvəl şərti azad edilmişdir.
51. Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs4 Gəncə Hərbi Məhkəməsinin xx.xx.2009-cü il tarixli hökmü ilə N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, MM-in xx.xx.2009-cu il tarixli Amnistiya qərarının 1.2-ci bəndinə əsasən azad edilmişdir. Bundan başqa Gəncə Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixldə cəzasının sonu ilə azad edilmişdir. əsasənmüdətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2004-cü ildə cəzanın sonu ilə azad edilmiş, bundan başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 06 il müdətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Səlyan rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 11 ay, 05 gün vaxtından əvvəl şərti azad edilmişdir.
52. Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Şamaxı rayon Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə 03 il əməyə cəlb olunmaqla, şərti cəzaya məhkum edilmişdir.
53. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəsi Publik hüquqi şəxsi Ambulator X2nın xx.xx.2023-cü il tarixli 652 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs5 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müailəcəyə ehtiyacı vardır. Ərazi Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür.
54. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəsi Publik hüquqi şəxsi Ambulator X2nın xx.xx.2023-cü il tarixli 1285 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müailəcəyə ehtiyacı vardır. Ərazi Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür.
55. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəsi Publik hüquqi şəxsi Ambulator X2nın xx.xx.2023-cü il tarixli 1301 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müailəcəyə ehtiyacı vardır. Ərazi Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür.
56. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəsi Publik hüquqi şəxsi Ambulator X2nın xx.xx.2023-cü il tarixli 2098 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Əlisəfa qızında opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müailəcəyə ehtiyacı vardır. Ərazi Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür.
57. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəsi Publik hüquqi şəxsi Ambulator X2nın xx.xx.2023-cü il tarixli 2215 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müailəcəyə ehtiyacı vardır. Ərazi Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür.
58. “Maddi sübut kimi tanınma haqqında” 07 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş, qalıq çəkisi-0.347 qram çəkidə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-də maddi sübutların saxlanılması otağına təhvil verilmişdir.
59. “Maddi sübut kimi tanınma haqqında” 07 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs5 götürülmüş, qalıq çəkisi-0.445 qram çəkidə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-də maddi sübutların saxlanılması otağına təhvil verilmişdir.
60. “Maddi sübutun tanınması haqqında”xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd xalça madi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs11 qaytarılmışdır
61. Goranboy rayon İcra və Probasiya şöbəsindən alınmış xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 şərti cəzasını xx.xx.2020-ci ildə çəkib qurtarmışdır:
62. “Qətimkan tədbirinin seçilməsinin nəzərə alınması” haqqında 27 mart 2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs4 barəsində Abşeron rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır;
63. Cinayət işi üzrə əməlin tövsif olunması və sübutların qiymətləndirilməsi haqqında” 14 may 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, və 234.1-ci maddələrinə, Təqsirləndirilən şəxs2 Əlisəfa qızının əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, və 234.1-ci maddələrinə, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 194.1 və 234.1-ci maddələrinə, Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, və 234.1-ci maddələrinə, Təqsirləndirilən şəxs5 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, və 234.1-ci maddələrinə tövsif edilmiş, həmin maddələrlə yenidən ittiham elan edilməlidir. İş üzrə sübut əhəmiyyətli olduğundan 0,292 qram narkotik vasitə heroin, 0,186 qram narkotik vasitə heroin, 0,397 qram narkotik vasitə heroin, 0,445 qram narkotik vasitə heroin, 420 qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd “Sharp” markalı soyuducu, , bir ədəd 35 kv “Arçelik” markalı kondisioner, bir ədəd ağ rəngli “Mercedes Benz” markalı velosiped, bir ədəd 26 ölçü “Stal sport” markalı velosiped, bir ədəd “Lambert”310/310T su qızdırıcı kombi, bir ədəd üzərində “Cailiou” cizgi film təsviri olan xalça, 05 ədəd DVD disk maddi sübut kimi tanınmış, qalıq çəkisi 0,242 qram narkotik vasitə heroin, 0,136 qram narkotik vasitə heroin, 0,347 qram narkotik vasitə heroin, 0,395 qram narkotik vasitə heroin, 419,95 qram narkotik vasitə qurudulmuş marixuana saxlanması üçün Abşeron RPİ saxlama anbarına təhvil verilmiş, bir ədəd “Sharp” markalı soyuducu, , bir ədəd 35 kv “Arçelik” markalı kondisioner, bir ədəd ağ rəngli “Mercedes Benz” markalı velosiped, bir ədəd 26 ölçü “Stal sport” markalı velosiped, bir ədəd “Lambert”310/310T su qızdırıcı kombi, bir ədəd üzərində “Cailiou” cizgi film təsviri olan xalça sahiblərinə qaytarılmış, 05 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. İstintaq zamanı təqsirləndirilən, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ifadələrin yerində yoxlanılması protokolları, maddi sübut, ekspert rəyi və digər istintaq sənədləri sübut növləri kimi qəbul edilmişdir.
Şəxsi axtarış və götürmə aparılması barədə 05 yanvar 2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 05 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində saxlanılaraq, Abşeron RPİ-nin inzibati binasına gətirilib, xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibliyindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması barədə 05 yanvar 2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən Abşeron rayonu Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş, polis idarəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması barədə 05 yanvar 2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs5 üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim etdiyi bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı özü qara rəngli cins şalvarımın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükülünü çıxararaq təqdim etmişdir. O, həmin bükülünün içərisindəki kütlənin heroin olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyi demişdir. Şəxsi axtarış və götürmə aparılması barədə 05 yanvar 2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Abşeron rayonu Masazır kəndi Qurtuluş 93 yaşayış kompleksində boş ərazidə saxlanılaraq rayon polis idarəsinə gətirilmiş, Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli gödəkçəsinin sol yan hissəsindən 1 ədəd bağlamada saxladığı çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli, yəni qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam vermə, Cinayət Məcəlləsinin 15-ci maddəsində müəyyən edilmiş təsnifata görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilmiş və bu əmələ görə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak üçün yuxarı miqdarı 5,0 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 194.1 və 234.1-ci maddələrinin, Təqsirləndirilən şəxs2 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin, Təqsirləndirilən şəxs4 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin, Təqsirləndirilən şəxs5 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin Təqsirləndirilən şəxs1 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin tərkib əlamətləri vardır. Belə ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədilə cinayət əlaqəsinə girərək, tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup halında xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 ümumilikdə 1990 manat dəyərində əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan 0,292 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılan zaman həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 01 radəllərində Zərərçəkmiş şəxs5 ümumilikdə 600 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində ümumilikdə 819 manat dəyərində əmlakı gizli olaraq talayıb, zərərçəkmiş körpələr evinə 780 manat, Zərərçəkmiş şəxs11 isə 39 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 Qəhraman oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 11-radələrində ümumilikdə 2570 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş Natavan Əliyevaya ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs10 ümumilikdə 2100 (iki min yüz) manat ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı” na (Siyahı İ) daxil olan 0,397 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edib daşımış və üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılan zaman həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədilə, tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 04 sentyabr 2022-ci il tarixdə gecə saat 03:41-də bir ədəd 400 manat dəyərində 26-lıq “Stel Sport” markalı velosipedi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 qızına həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində zərəçəkmiş Zərərçəkmiş şəxs6 1530 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs2 oğurladığı hər birinin dəyəri 300 manat olan iki ədəd akmiyatoru qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə əldə etməklə istifadə etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs5 Qəhraman oğlu və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 11-radələrində zərərçəkmiş şəxs Natavan Əliyevaya ümumilikdə 1450 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xx.xx.2023-cü il tarixdə saat 03:00 radələrində zərərçəkmiş Zərərçəkmiş şəxs10 ümumilikdə 2100 (iki min yüz) manat ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 01 radələrində 01 ədəd 230 manat dəyərində velosipedi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılan zaman həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs4 tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 04 sentyabr 2022-ci il tarixdə gecə saat 03:41-də bir ədəd 400 (dörd yüz) manat dəyərində velosipedi gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qızına həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 2700 manat ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsəd ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs10 ümumilikdə 2100 (iki min yüz) manat ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 dekabr 2022-ci il tarixdə saat 21 radələrində 400 manat dəyərində elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup halında xx.xx.2022-ci il tarixdə saat 23 radələrində ümumilikdə 1990 manat dəyərində əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədilə, 29 yanvar 2023-cü il tarixdə saat 15:06-da velosipedi gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs7 650 (altı yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 420,0 qram narkotik vasitə qurdudulmuş marixuana əldə edib daşımış və üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində saxlanılan zaman həmin narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs5 tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 11radələrində zərərçəkmiş şəxs Natavan Əliyevaya ümumilikdə 1450 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 20:50 radələrində saxlanılarkən həmin narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Beləliklə təqsirləndirilən şəxslər tərəfindən həmin əməllərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Beləliklə, cinayət işinin materiallarına və məhkəmə istintaqı dövründə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, ibtidai istintaq dövründə təqsirləndirilən şəxslərin əməlləri düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin ifadələri ilə yanaşı cinayət əməlləri zərərçəkmiş şəxslər və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır (25-ci bənd). Təqsirləndirilən şəxslərin ifadəsi ilə yanaşı hər bir şəxsə münasibətdə cinayət əməlləri zərərçəkmiş şəxslər və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 194.1 və 234.1-ci maddələrinə, Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə və Təqsirləndirilən şəxs5 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə isə doğru olaraq tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 münasibətdə qeyd edir ki, sonuncu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilinməli və öldüyü üçün ona cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.2.1-1-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxsin ölməsinə baxmayaraq, sonuncunun hüquqi varisi və müdafiə tərəfi bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıq vermədiyi üçün məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, iş üzrə ittiham hökmü çıxarılmalı, lakin bu maddə ilə onlara cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.2-ci maddəsinə görə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 75.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Məlum olduğu kimi, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 43.3-cü maddəsinin tələbinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır.Qeyd olunan Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Bundan əlavə həmin Məcəllənin 44.2-ci maddəsinə görə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 iyul 2008-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət və cinayət prosessual qanunvericiliyi məhkəmə tərəfindən ittiham hökmünə əsasən cəzadan azad etmənin iki şərtsiz halını nəzərdə tutur - cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi və amnistiya aktının mövcud olması. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə baxmayaraq, müdafiə tərəfi bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıq vermədiyi üçün məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 194.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, iş üzrə ittiham hökmü çıxarılmalı, lakin bu maddə ilə ona cəza təyin edilməməlidir. Məhkəmə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə digər təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən həmin Məcəllənin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs3 14 noyabr 2014-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 180.2.4 və 185.1-ci maddələri ilə təqsirli bilinərək, 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli qərarına əsasən cəzaçəkməkdən 11 ay 05 gün vaxtından əvvəl şərti azad olunmuş, həmin məhkumluq “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən hazırda təqsirləndirildiyi cinayət işi üzrə əməlin törədilməsinə qədər ödənilmiş hesab olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs3 tərəfindən törədilmiş əməl 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən az ağır cinayət hesab edildiyi, yaranmış məhkumluğun ödənilməsi üçün tələb olunan 02 il müddətin keçməsi müvafiq norma hesab edildiyi və həmin müddətin 03 aprel 2021-ci il tarixdə bitməsi nəzərə alınmaqla sonuncu ilk əməlin törədildiyi vaxt yəni 04 sentyabr 2022-ci il tarixdə məhkumluğu olmayan şəxs hesab olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs3 cəzanı çəkib qurtardığı gündən iki il keçdiyindən hallarda məhkumluq ödənilmiş hesab olunmuşdur. Odur ki, Azərbaycan Respublikasının CM-nin 83.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cəza təyin etmək məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməməsini və ya buna cəhd etməməsini, əməlində yüngülləşdirici və ağırlaşdırıcı halların müəyyən edilməməsini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı cəza növünün təyin edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların məyyən edilməməsini nəzərə alaraq hesab edir ki, sonuncuya təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Son olaraq məhkəmə Təqsirləndirilən şəxs3 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə cəza təyin etmək məsələsini həll edərkən ona qarşı irəli sürülmüş ittiham üzrə cəlb etmə müddətinin keçməsinə baxmayaraq, müdafiə tərəfi bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıq vermədiyi üçün barəsində ittiham hökmü çıxarılmalı, lakin bu maddə ilə ona cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza təyin ediməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs3 azadlığının faktiki olaraq 05 yanvar 2023-cü il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X33 Ambulator X2 Ekspert komissiyasının 06 mart 2023-cü il tarixli 1285 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış - 0,136 qram narkotik vasitə - heroin məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə cəza təyin etmək məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməməsini və ya buna cəhd etməməsini, həmçinin əməlində yüngülləşdirici və ağırlaşdırıcı halların müəyyən edilməməsini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar cəza növünün təyin edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların məyyən edilməməsini nəzərə alaraq hesab edir ki, sonuncuya təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza təyin ediməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının faktiki olaraq 05 yanvar 2023-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X33 Ambulator X2 Ekspert komissiyasının 06 mart 2023-cü il tarixli 1301 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış - 0,242 qram narkotik vasitə - heroin məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
Məhkəmə digər Təqsirləndirilən şəxs5 cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs5 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməməsini və ya buna cəhd etməməsini, əməlində yüngülləşdirici və ağırlaşdırıcı halların müəyyən edilməməsini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar cəza növünün təyin edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların məyyən edilməməsini nəzərə alaraq hesab edir ki, sonuncuya təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs5 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza təyin ediməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs5 azadlığının faktiki olaraq 05 yanvar 2023-cü il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs5 ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs5 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X33 Ambulator X2 Ekspert komissiyasının 06 fevral 2023cü il tarixli 652 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs5 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış – 0,395 qram narkotik vasitə - heroin məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs5 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
Məhkəmə digər Təqsirləndirilən şəxs4 cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cəza təyin məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməməsini və ya buna cəhd etməməsini, əməlində yüngülləşdirici və ağırlaşdırıcı halların müəyyən edilməməsini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı cəza növünün təyin edilməsini ədalətli hesab edir. Buna görə məhkəmə Təqsirləndirilən şəxs4 onun təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların məyyən edilməməsini nəzərə alaraq hesab edir ki, sonuncuya təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza təyin ediməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan hökmə əsasən Təqsirləndirilən şəxs4 hazırki cinayət işi üzrə ittiham olunduğu əməlləri sonuncu dəfə barəsində çıxarılmış Abşeron rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli hökmü ilə məhkum olunmamışdan əvvəl, törətdiyinə görə ona hazırkı cinayət işi üzrə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında təyin edilməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs4 əməli residiv kimi qiymətlənirilə bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 Abşeron rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 əvvəlki cinayət işi üzrə məhkəməyədək icraat dövründə tutulduğu 30 (otuz) gün və hazırki cinayət işi üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün, ümumilikdə 01 ay, 02 gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanıb, ona təyin ediləcək cəzanın müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs4 ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 04 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X33 Ambulator X2 Ekspert komissiyasının 15 aprel 2023cü il tarixli 2215 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış – 419,95 qram narkotik vasitə - qurudulmuş marixuana məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk - cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 72 (yetmiş iki) manat məbləğində pul Təqsirləndirilən şəxs4 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
Məhkəmə digər Təqsirləndirilən şəxs2 Əlisəfa qızına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə cəza təyin etmək məsələsini həll edərkən bir daha qeyd edir ki, sonuncu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilinməli və öldüyü üçün ona cəza təyin edilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,347 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk - cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizası tədqiqatının xərci - 81 (səksən bir) manat və məhkəməəmtəəşünaslıq ekspertizası tədqiqatının xərci - 50 (əlli) manat, ümumilikdə 135 (bir yüz otuz beş) manat məbləğində pul dövlətə aid edilməlidir. Bundan başqa cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd «Sharp» markalı soyuducunun, bir ədəd 35 kv.m-lik «Arçelik» markalı kondisionerin - sahibi X7, 01 ədəd ağ rəngli 26-lıq «Mercedes Benz» markalı velosipedin - sahibi Zərərçəkmiş şəxs3, 01 ədəd 26-lıq «Stel Sport» markalı velosipedin sahibi - Zərərçəkmiş şəxs2 qızına, 01 ədəd “Lambert 310/310T” markalı su qızdırıcı kombi aparatını sahibi - Zərərçəkmiş şəxs1, 01 ədəd üzərində «Cailliou» cizgi filminin rəsmi əks etdirilmiş 3,0 x 2,0 metr ölçülü xalçanın sahibi – 01 saylı Körpələr Evinin nümayəndəsi Zərərçəkmiş şəxs12 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs1 hüquqları üzrə müdafiəsini həyata keçirmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X14 hüquqi yardıma görə sərf etdiyi 60 saatın hər iş saatının 6 manatdan, 40 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 800 (60 saat x 6 AZN + 40 x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs5 hüquqları üzrə müdafiəsini həyata keçirmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi5 hüquqi yardıma görə sərf etdiyi 60 saatın hər iş saatının 6 manatdan, 40 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 800 (60 saat x 6 AZN + 40 x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs3 hüquqları üzrə müdafiəsini həyata keçirmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 hüquqi yardıma görə sərf etdiyi 60 saatın hər iş saatının 6 manatdan, 40 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 800 (60 saat x 6 AZN + 40 x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Belə olan halda, məhkəmə X8 hüquqları üzrə müdafiəsini həyata keçirmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4 hüquqi yardıma görə sərf etdiyi 60 saatın hər iş saatının 6 manatdan, 40 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 800 (60 saat x 6 AZN + 40 x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs2 Əlisəfa qızının hüquqları üzrə müdafiəsini həyata keçirmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 60 saatın hər iş saatının 6 manatdan, digər 30 saatın hər iş saatının isə 11 manatdan hesablanmaqla, cəmi 690 (60 saat x 6 AZN + 30 x 11 AZN) manat Xırdalan şəhər Vəkil Bürosuna, həmçinin hüquqlarını müdafiə etmiş digər vəkil Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi6 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 110 (bir yüz on) manat manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına ödənilsin. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 07 (yeddi) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzanın əvvəli 05 yanvar 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsində saxlanılan, qalıq çəkiləri 0,242 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci – 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 oğluna göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili X14 məhkəmədə iştirak etdiyi 60 saatın hər iş saatının 6 manatdan, digər 40 saatın hər iş saatının isə 11 manatdan hesablanmaqla, cəmi 800 (60 saat x 6 AZN + 40 x 11 AZN) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına ödənilsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasıbvə Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs5 təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 07 (yeddi) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs5 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzanın əvvəli 05 yanvar 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs5 narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsində saxlanılan, qalıq çəkiləri 0,395 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci – 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs5 göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi5 məhkəmədə iştirak etdiyi 60 saatın hər iş saatının 6 manatdan, digər 40 saatın hər iş saatının isə 11 manatdan hesablanmaqla, cəmi 800 (60 saat x 6 AZN + 40 x 11 AZN) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına ödənilsin.
Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasıbvə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə təqsirli bilinsin, lakin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin maddə ilə ona cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzanın əvvəli 05 yanvar 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsində saxlanılan, qalıq çəkiləri 0,136 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci – 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 60 saatın hər iş saatının 6 manatdan, digər 40 saatın hər iş saatının isə 11 manatdan hesablanmaqla, cəmi 800 (60 saat x 6 AZN + 40 x 11 AZN) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına ödənilsin. X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2,, 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasıbvə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən X15 təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 10 (on) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X15 Abşeron rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 1(012)-258/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. X8 hazırki iş üzrə tutulduğu 02 (iki) gün və məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə tutulduğu 30 (otuz) gün, ümumilikdə 01 (bir) ay, 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X19 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 04 fevral 2023-cü il tarixdən hesablansın. X19 oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X15 narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsində saxlanılan, qalıq çəkiləri 419,95 qram narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci – 72 (yetmiş iki) manat məbləğində pul X19 oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. X15 göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4 məhkəmədə iştirak etdiyi 60 saatın hər iş saatının 6 manatdan, digər 40 saatın hər iş saatının isə 11 manatdan hesablanmaqla, cəmi 800 (60 saat x 6 AZN + 40 x 11 AZN) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına ödənilsin.
Təqsirləndirilən şəxs2 Əlisəfa qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-1-ci maddəsinə əsasən cəza təyin edilməsin. Təqsirləndirilən şəxs2 Əlisəfa qızının barəsində seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri qüvvədən düşmüş hesab edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,347 qram narkotik vasitə olan - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizası tədqiqatının xərci - 81 (səksən bir) manat və məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının xərci - 50 (əlli) manat, ümumilikdə 135 (bir yüz otuz beş) manat məbləğində pul dövlətə aid edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd «Sharp» markalı soyuducunun, bir ədəd 35 kv.m-lik «Arçelik» markalı kondisionerin - sahibi X7, 01 ədəd ağ rəngli 26-lıq «Mercedes Benz» markalı velosipedin - sahibi Zərərçəkmiş şəxs3, 01 ədəd 26-lıq «Stel Sport» markalı velosipedin sahibi - Zərərçəkmiş şəxs2 qızına, 01 ədəd “Lambert 310/310T” markalı su qızdırıcı kombi aparatını sahibi - Zərərçəkmiş şəxs1, 01 ədəd üzərində «Cailliou» cizgi filminin rəsmi əks etdirilmiş 3,0 x 2,0 metr ölçülü xalçanın sahibi – 01 saylı Körpələr Evinin nümayəndəsi Zərərçəkmiş şəxs12 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Əlisəfa qızına göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 60 saatın hər iş saatının 6 manatdan, digər 30 saatın hər iş saatının isə 11 manatdan hesablanmaqla, cəmi 690 (60 saat x 6 AZN + 30 x 11 AZN) manat Xırdalan şəhər Vəkil Bürosunun, həmçinin hüquqlarını müdafiə etmiş digər vəkil Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi6 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 110 (bir yüz on) manat manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına ödənilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Abusət Qasımov