Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-230/2020 18.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Zərərçəkmiş şəxs X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci ildə Ermənistan Respublikasında anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.1 -ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, Qnyaz Yusifovu 2015-ci ildən tanıyır. Belə ki, həmin ərəfədə Qnyazla tanışları vasitəsi ilə tanış olmuş, Qnyaz həmin vaxt hərbi hissədə zabit olmuşdur. Onun bankda işləyən dostu olmuş, həmin dostu ipoteka ilə mənzil almaq üçün kredit verməklə məşğul olmuşdur. Qinyaz da hərbiçilərə ipoteka ilə ev verildiyini ona demiş, o da sonunucuya bankda işləyən dostunun vasitəsi ilə ipoteka ilə ev almasına köməklik etmişdir. Bundan təxminən 3 il sonra, yəni 2018-ci ilin mart ayında ona pul lazım olmuş, bu səbəbdən də Qnyazla əlaqə saxlayıb ondan xahiş etmişdir ki, imkan varsa ona borca pul versin. Onun həmin ərəfədə borcları olmuş, həm də evdə bəzi ehtiaclar üçün pul lazım olmuşdur. O, Abşeron rayonu, Saray qəsbəsində 2 saylı orta məktəbin qarşısında Qnyazla görüşmüş və sonuncudan 2000 manat borc pul almışdır. Həmin vaxt Qnyaz ona demişdir ki, onun hərbiçi dostu var, həmin şəxs də ipoteka ilə mənzil almaq istəyir. Qinyaz ondan xahiş etmişdir ki, ona ipoteka ilə mənzil almaqda köməklik etsin. Qnyaz Rahib adlı şəxsin sənədlərini ona vermiş ki, mümkün olarsa, onun ipoteka məsələsinə köməklik etsin. O da sənədləri almış və demişdir ki, ipoteka işi ilə məşğul olan Ruslan adlı tanışı ilə danışsın, əgər mümkün olarsa düzəldə bilər. Qnyazdan aldığı 2000 manatı isə borc kimi almış və demişdir ki, yaxın müddətdə qaytaracaqdır. Bundan sonra Qinyazın ona verdiyi şəxsin sənədlərini Ruslana vermiş, Ruslan isə təxminən 2 ay sonra bildirmişdir ki, artıq ipoteka dayandırıldığı üçün alınmır. O da Ruslandan sənədləri geri götürüb Qinyaza qaytarmış, Qinyazın borcunu isə yaxın müddətdə qaytaracağını bildirmişdir. O, 2018-ci ilin iyun ayının 18-də işləmək məqsədi ilə Gürcüstan Respublikasına, oradan isə Rusiya Federasiyasına getmiş, 10 aya qədər Rusiyanın Sevastapol şəhərində işləmiş, orada işi alınmadığı üçün 2019-cu ilin aprel ayının 23-də Azərbaycana qayıtmışdır. O, qayıtdıqdan sonra Qnyaz onunla görüşmüş və sonuncuya demişdir ki, Rusiyada işləri alınmadığı üçün maddi durumu yaxşı deyil, buna görə də sonuncuya 300 manat vermiş və pulun qalanını isə hissə-hissə verəcəyini demişdir. Sonradan onunla Abşeron rayon polis idarəsindən əlaqə saxlanılmış və məlum olmuşdur ki, Qnyaz onun barəsində şikayət etmişdir. Bundan sonra Qinyazla əlaqə saxlayıb demişdir ki, ona polisdən zəng vurublar. Ona bildirilmişdir ki, pulu vermədiyi üçün şikayət etmişdir. O, Qnyaza demişdir ki, maddi vəziyəti çətin olduğundan onun pulunu qaytara bilməmiş, ancaq hissə-hissə qaytaracaqdır. Polis idarəsindən onunla bir neçə dəfə telefon əlaqəsi saxlanılmış, lakin sonradan ona zəng edilmədiyi üçün və Qnyazın ona vaxt verdiyi üçün fikirləşmişdir ki, ola bilsin polisdə işi bağlamışlar. Əlavə olaraq göstərmişdir ki, Qnyazın özü üçün ipoteka ilə ev almasına köməklik göstərmiş, lakin 2018-ci ilin mart ayında ondan 2000 manat pulu borc kimi almış, həmin vaxt Qnyaz dostuna aid sənədləri ona vermiş və xahiş etmişdir ki, həmin dostu üçün ipoteka yolu ilə mənzil almasına köməklik etsin. O da sənədləri alıb ipoteka işi ilə məşğul olan Ruslan adlı tanışına vermiş, lakin, həmin ərəfədə ipoteka ilə ev satışı dayandığından Qinyazın dostunun işi alınmamışdır. Ruslan qeyri rəsmi banklarla əlaqəli işləmiş, sonuncu ilə Bakı şəhərində Səməd Vurğun parkının yanında tanış olmuş, hal-hazırda Ruslanın Kanadada yaşadığını bilir. Sonda zərərçəkmiş şəxslə barışmış, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs 2015-ci ildən tanımış, həmin illərdə Mübarizin vasitəsi ilə ipoteka krediti düzəldərək Sumqayıt şəhərində özü üçün ev almış, həmin vaxtı Mübarizin banklarla əlaqəsi olmuşdur. O, ehtiyatda olan zabit olmuş, onun hərbiçi dostu Rahib 2018-ci ilin mart ayında ona ipoteka ilə mənzil alınmasında köməklik göstərməsini xahiş etmiş, o da bu barədə tanışı Mübarizə müraciət etmişdir. Mübarizin dediyi sənədlər toplandıqdan* sonra ilkin halda rüsum olaraq 2000 manat pul lazım olduğunu Mübariz ona demiş, həmin vaxtı bu barədə Rahibə bildirdikdə sonuncu cəbhə bölgəsində olduğu üçün ondan xahiş etmişdir ki, qeyd olunan məbləği özü ödəsin və bölgədən qayıtdıqda hesablaşar. O da 2018-ci ilin mart ayının sonlarında işlədiyi Saray qəsəbəsində yerləşən 2 saylı orta məktəbin qarşısında Mübarizlə görüşmüş və həmin məbləği ona vermişdir. Mübariz ondan 2000 manat pulu aldıqdan sonra 5 gün ərzində bankda ipoteka məsələsini həll edib ona məlumat verəcəyini demiş, lakin sonradan Mübarizin vəd etdiyi müddət başa çatsa da, ondan xəbər çıxmamış, sonradan dəfələrlə Mübarizlə əlaqə saxlayıb ipoteka barədə maraqlandıqda sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək ipotekanın düzələcəyini bildirmiş, 2018-ci ilin iyul ayında Mübarizlə telefon əlaqəsi saxladıqda isə sonuncu artıq bankdan işdən çıxdığını və işləmək üçün X4 şəhərinə getdiyini bildirmiş, lakin buna baxmayaraq Mübariz ona arxayın edərək bankda ipoteka işinin həll olunacağını ona bildirmişdir. Bundan sonra artıq Mübarizin onu aldatdığını başa düşmüş, tanışı Rahib isə ondan ipotekanın düzəlib-düzəlməməsi ilə bağlı maraqlandıqdan sonra ona bildirmişdir ki, əgər düzəlmirsə, sənədlər ona qaytarılsın və özü başqa bankda işini həll etsin. O, bu barədə Mübarizə bildirdikdə sonuncu Ukraynadan qayıtdıqdan sonra onun həm pulunu və həm də sənədlərini qaytaracağını bildirmiş, Mübariz Ukraynadan qayıtdıqdan sonra isə maddi durumunun yaxşı olmadığını və işləyib onun həm pulunu və həm də sənədləri qaytaracağını demişdir. Sonradan Abşeron rayon Pİ-nə müraciət etdikdə ona dəymiş ziyanın 300 manat hissəsi Mübariz tərəfindən ona qaytarılmış, qalan 1700 manat isə hazırda Mübarizdə qalmaqdadır. Zərərçəkmiş şəxs sonda təqsirləndirilən şəxsdən şikayətçi olmadığını, təqsirləndirilən şəxslə barışdığını bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş məhkumluq barədə tələbnamə arayışdan görünür ki Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Belə ki, Sumqayıt şəhər məhkəməsinin 1(060)-45/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 73.1.3cü maddəsinə əsasən iş üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətdən azad edilmişdir. xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 -ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmiş, lakin Təqsirləndirilən şəxs ittihamın ona elan edilməsi, ifadəsinin alınması və digər zəruri istintaq hərəkətlərinin yerinə yetirilməsi məqsədi ilə dəfələrlə Abşeron RPİ-nə dəvət olunsa da istintaqın çağırışından qəsdən yayındığından barəsində axtarış elan edilmiş və xx.xx.2019-cu il tarixdə cinayət işi üzrə icraat AR CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Təqsirləndirilin şəxs Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə AR CM-nin 178.1 -ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətə görə cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin39.1.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmənin baxış iclası zamanı dövlət ittihamçısı da vəsatətlə müraciət edərək cinayət təqibini istisna edən hal aşkar edildiyindən təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina etməsini bildirmiş, vəsatətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. İş üzrə təqsirləndirilən şəxs və onun müdafiəçisi dövlət ittihamçısının vəsatətinin təmin edilməsinə etirazlarının olmamasını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə (cinayət məsuliyyətinə cəlb etmə müddətinin dayandırılması halları istisna olmaqla) cinayət təqibi başlanıla bilməz,başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirli olduğu müəyyən edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinin mənası baxımından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmçinin qeyd edilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır.Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Həmin Məcəllənin 43.1.1-ci maddəsinə əsasən məhkəmə dövlət ittihamçısı və ya xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, həmçinin təqsirləndirilən şəxsin, o, cümlədən onun müdafiəçisinin etirazlarının olmaması səbəbindən dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi məhkəmə tərəfindən qəbul edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Cinayət işi materiallarında olan qətimkan tədbiri seçilməsi barədə xx xxxxxx 2019cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İstinad edilən maddələrin tələbləri baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyinə görə, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri də ləğv olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.3, 43, 321.2.1və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işi üzrə icraata xitam verilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-230/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-230/2020
18.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver