Məhkəmə qərarları › İş №1(012)-230/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-230/2021

02.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-230/2021 02.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1991-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 04 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 01 il 01 ay 16 günü çəkilməyən cəzası qalmış, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, İ.Mehdiyev küçəsi, ev 83-də qeydiyyatda olan və Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq y/m-i, H.Z.Tağıyev küçəsi, dalan 4, ev 140-da yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti xx.xx.2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1, 234.1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talamaq məqsədlə xx xxxxxxxx 2020ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllədə 2 saylı orta məktəbin yaxınlığında yerləşən mağazanın qarşısında saxladığı “X6” mağazasına məxsus qırmızı rəngli “Ford-Transit” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanına gəlib həmin avtomobilin qapısının kilidlə bağlı olmamasından istifadə edərək qapını açıb, oturacağın üstündən, Zərərçəkmiş şəxs məxsus 30 manat dəyərində pul qabının içərisində 87 manat pulunu, həmin mağazaya məxsus 1013 manat pulu, üzərində hər biri 5 manat, ümumi 10 manat dəyərində nar və cin nömrə işlədən 30 manat dəyərində olan 1 ədəd Çin istehsalı “Samsung” markalı “GT-1202i” modelli telefonu və Zərərçəkmiş şəxs məxsus mühüm şəxsi sənədi-sürücülük vəsiqəsini oğurlayıb zərərçəkmiş şəxs “X6” mağazasına və Zərərçəkmiş şəxs cəmi 1170 manat maddi ziyan vurmuşdur. Bundan əlavə xx.xx.2020-ci il tarixdə Xırdalan şəhəri, Quşçuluq massivində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf selofana bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan ümumi 1,120 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib “Kent” yazısı olan siqaret qutusuna qoyub üzərində daşıyaraq saxlamış, xx xxxxxxxx 2020-ci il tarixdə saat 21:30 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində saxlanılaraq, Abşeron rayon Pİ-nin inzibati binasına gətirilmiş və xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli, ağ-qırmızı zolaqlı idman şalvarının sağ yan cibindən üzərində “Kent” yazısı olan siqaret qutusunun içində, bir ədəd şəffaf selofana bükülümüş təmiz çəkisi 1,120 qram olan narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməllərini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsi, dalan 4, ev 140-da yaşayır. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə 2 saylı orta məktəbin yaxınlığında mağazanın qarşısında qırmızı rəngli “Ford Transit” markalı avtomobilin dayandığını və həmin avtomobilin sürücü tərəfdən qapısının pəncərəsinin açıq olduğunu görüb avtomobildə oturacağın üstündə olan pul qabını və “Samsung Duas” markalı mobil telefonu götürüb aparmışdır. Oradan bir qədər uzaqlaşdıqdan sonra pul qabına baxmış və pul qabının içində 940 manat pul və sürücülük vəsiqəsi olmuşdur. 940 manat pulu götürmüş və içində sürücülük vəsiqəsi olan pul qabını cibinə qoymuşdur. Abşeron rayonu, Xırdalan şəhərində xatırlamadığı ünvanda binaların arası ilə hərəkətdə olan zaman pul qabı cibindən düşüb itmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində olarkən tanımadığı şəxsdən 40 manat müqabilində 1 ədəd şəfaf selofana bükülmüş heroin (kakos) narkotik vasitəni və siqaretin gümüşü kağızında olan (şüşəyə bənzər) limon duzunu öz şəxsi istifadəm üçün almışdır. Sonra həmin narkotik vasitə olan bükümü kent siqaret qutusunun içərisinə qoyub, qara rəngli, ağ-qırmızı zolaqlı idman şalvarının sağ yan cibinə qoymuşdur. xx.xx.2020-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində olan zaman polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları özlərini ona təqdim etmişlər. Polis əməkdaşları onu üzərində narkotik maddə gəzdirməkdə şübhəli olduğu üçün saxlamışlar. Sonra polis idarəsinə gətirmişlər. Polis idarəsində olan zaman ona müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah olunmuşdur. Polis İdarəsində müdafiəçinin iştirakı ilə üzərində çəkilişlə şəxsi axtarış aparılmışdır. Axtarış aparılan zaman ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya olub-olmaması, varsa təqdim etməsi təklif edilmişdir. Əynində olan qara rəngli, ağ-qırmızı zolaqlı idman şalvarının sağ yan cibində olan kent siqaret qutusunun içərisindəki 1 ədəd şəfaf selofana bükülmüş heroin (kakos) narkotik vasitəni və siqaretin gümüşü kağızında olan (şüşəyə bənzər) limon duzunu təqdim etmişdir. Ona məxsus olan narkotik vasitə olan büküm onun iştirakı ilə ağ zərfə qoyularaq möhürlənib, bağlanmışdır. Özü həmin zərfi və bununla əlaqədar tərtib olunmuş protokolu imzalamışdır. Üzərinə şəxsi axtarış keçirilən zaman həmin gün günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllədə Ford Transit markalı avtomobildən oğurladığı 940 manat pulun 500 manatını və bir ədəd “Samsung Duas” markalı mobil telefonu əynində olan idman şalvarının sol yan cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin 500 manat pul və “Samsung Duas” markalı telefon şəxsi axtarış zamanı qablaşdırılaraq təhvil götürülmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 31/15-də yaşayır. “X6” şirkətində sürücü işləyir, həmin şirkətə məxsus “Ford Tranzit” markalı, **-KM- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək şirkətin məhsullarını mağazalara paylayır və şirkətə verilməli pulu mağazalardan götürüb şirkətə təhvil vermişdir. xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 13 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 2 saylı orta məktəbin qarşısında olan mağazaya plastik qabları boşaltmışdır. Həmin vaxt avtomobilin qapısı və pəncərəsinin şüşəsi də açıq olmuşdur. Özünə məxsus pul qabını, içərisində şirkətə məxsus 1013 manat pul və onun özünə məxsus 87 manat pul olan pul qabını oturacağın üstündə qoymuşdur. 30 manat dəyərində pul qabında həmçinin onun sürücülük vəsiqəsi də olmuşdur. Şirkət tərəfindən ona verilmiş 70 manat dəyərində “Samsung” markalı üzərində ***-***-**-** və “Narmobail” tərəfindən verilmiş nömrələr olan telefonu da avtomobildə qoymuşdur. Yükü boşaldandan sonra avtomobilinə oturanda baxmışdır ki, telefon və pul qabı avtomobildə yoxdur, naməlum şəxs tərəfindən oğurlanmışdır. Oğurluq nəticəsində “X6” şirkətinə 1013 manat və “Samsung” markalı mobil telefonun oğurlanması nəticəsində 70 manat maddi ziyan, ona isə 30 manat dəyərində pul qabı ilə birlikdə 117 manat maddi ziyan dəymişdir və sürücülük vəsiqəsi də oğurlanmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilən Nümayəndə ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi evdə yaşayır. Plastik qabların satışını təşkil edən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsində yerləşən “X6” mağazanın sahibinin nümayəndəsisidir. Mağazanın mallarını “Ford” markalı avtomobillərin sürücüləri digər mağazalara daşınmasını təşkil etmişlər və təhvil verilən malların pullarını həmin avtomobillərin sürücüləri alıb “Bərəkər ağ plastik” mağazasına təhvil vermişlər. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində mağazaya məxsus “Ford Tranzit” markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Zərərçəkmiş şəxs avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllədə 2 saylı orta məktəbin qarşısında yerləşən mağazaya plastik qabları təhvil verərkən, təxminən 10 dəqiqə keçdikdən sonra, avtomobilə geri qayıtdıqda avtomobildə olan içində mağazanın qaimə əsasında 896 manat 10 qəpik olan məbləği və bundan əlavə sürücüyə şirkət tərəfindən verilmiş digər mağazaya çatdırılası 117 manat və sürücü Anişenkonun özünə məxsus olan içində 87 manat pul və sürücülük vəsiqəsi olan pul qabının, o cümlədən mağaza tərəfindən sürücüyə verilmiş hər birinin dəyəri 5 manat olan üzərində ***-***-**-** və nar nömrə olan 70 manat dəyərində bir ədəd “Samsung Duas” markalı mobil telefonun oğurlandığını aşkar edərək polisə məlumat vermişdir. Həmçinin bu barədə mağaza sahibini də məlumatlandırmış və mağaza sahibi bu barədə ona bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəsifəsində işləyir, polis kapitanıdır. xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, raportla idarə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra əməliyyat qrupunun üzvü Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru X2 və Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və onlar bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx xxxxxxxx 2020-ci il tarixdə saat 21:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində məlumatda göstərilən əlamətlərə uyğun gələn şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqə göstərmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitələri saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirib onu Abşeron RPİnə dəvət etmişlər. Həmin şəxs onların dəvətini qəbul edərək Abşeron rayon polis idarəsinə gəlmişdir. İdarədə həmin şəxsin şəxsiyyəti edilərkən məlum olmuşdur ki, həmin şəxs xx.xx.1991-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, İ.Mehdiyev küçəsi, ev 83-də qeydiyyatda olmaqla, Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsi, dalan 4, ev 140-da yaşayan Təqsirləndirilən şəxsdur. Abşeron RPİ-nin inzibati binasında otaqların birində video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxs Təqsirləndirilən şəxs vəkilinin yanında tərəflərindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif etmişlər ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli, ağ-qırmızı zolaqlı idman şalvarının sağ yan cibindən bir ədəd üzərində “Kent” yazısı olan siqaret qutusunu çıxararaq təqdim etmişdir. Həmin üzərində “Kent” yazısı olan siqaret qutusunun içərisinə baxdıqda bir ədəd şəffaf selofana bükülümüş bükümün içərisində qəhvəyi rəngli toz şəkillin maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd üzərində “Kent” yazısı olan siqaret qutusunun içərisində olan bir ədəd şəffaf selofana bükülümüş bükümün içərisindəki narkotik vasitə heroindir. xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində tanımadığı şəxsdən 40 manat müqabilində 1 ədəd şəfaf selofana bükülmüş heroin alıb üzərində saxlayaraq özü ilə daşımışdır. Təqsirləndirilən şəxs üzərində aşkar olunan bir ədəd şəffav rəngli sellofan büküm zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Şəxsi axtarış keçirilməsi tam başa çatdıqdan sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, orada olan bütün iştirakçılar protokolun düzgünlüyünü, həmçinin aşkar edilmiş maddənin qablaşdırıldığı zərfi imzalamışlar. Keçirilmiş şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olunmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmışdır. Bundan başqa Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri zamanı müyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllədə, 2 saylı orta məktəbin yaxınlığında olan mağazanın qarşısında dayanmış “X6” mağazasına məxsus “Ford Tranzit” markalı, **-KM- *** dövlət qeydiyyat nişanlı avtomobildən içərisində 1100 manat pul və sürücülük vəsiqəsi olan pul qabını, bir ədəd Samsung markalı mobil telefonu oğurlamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs yuxarıda adı qeyd olunan evdən oğurluq etməsini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin əməkdaşı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçilirmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 9/3828 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş 1 ədəd Çin istehsalı olan “Samsung” markalı “GT-1202i” modelli telefonun satış üçün komplekləşdirilməsinə daxil edilən aksesuarların olmaması və işlənmə dərəcəsi nəzərə alınmaqla 2020-ci ilin sentyabr ayına olan orta bazar qiyməti 30 manat müəyyən olunur. Şəxsi axtarış keçirilməsi haqqında protokolundan və həmin protokola əlavə edilmiş video diskdən görünür ki, Təqsirləndirilən şəxs “Kent” yazısı olan siqaret qutusunun içində, bir ədəd şəffaf selofana bükülümüş narkotik vasitə olan heroini və bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ağ rəngli kristallik maddəni çıxararaq təqdim etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Xırdalan şəhəri 2 saylı məktəbin yaxınlığında Ford markalı avtomobildən oğurladığı 1100 manat pulun 500 manatını və 1 ədəd Samsung Duas markalı mobil telefonu təqdim etmişdir.Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi narkotik vasitəni və psixotrop maddəni xx.xx.2020-ci il tarixdə günorta saatlarında Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində tanımadığı bir nəfər şəxsdən 40 (qırx) manata almış və özü ilə Abşeron rayonu, Xırdalan şəhəri ərazisinə daşımışdır. İş üzrə keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 6/1865 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..” və. s qeydlər olan zərfdəki 02 ədəd bükümdəki maddələrdən; - bir ədəd bükümdəki təmiz çəkisi 1,120 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 1,070 qram-0,050 qram heroin tədqiqata sərf edilmişdir). - Digər bükümdəki təmiz çəkisi 0,275 qram çəkidə olan ağ rəngli kristalik maddə narkotik və psixotrop güclü təsir edici maddələrə aid deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Republikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxil (Siyahı 1) daxildir”. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 3084 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 69.3 maddələri ilə təqsirlili bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 04 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Sumqayıt şəhər İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli 72/20/10-Ü saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanın 03 ay 06 gününü çəkmiş və cəzasının çəkilməyən hissəsindən 01 il 01 ay 16 günü qalmışdır. Abşeron rayon polis İdarəsinin xx.xx.2020-ci il tarixli tutma protokolundan görünürki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 500 manat pul və bir ədəd “Samsung Duas” markalı mobil telefon ekspertizadan sonra maddi sübut kimi tanınaraq sahibi “X6” mağazasının qanuni nümayəndəsi Nümayəndə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.1, 234.1 və 326.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmədə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi CM-in 177.1, 234.1 və 326.2ci maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 01 il 01 ay 16 gün hissəsi qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 108 manat 46 qəpik ekspertiza və 50 manat məhkəmə-əmtəəşünaslıq ekspertiza xərcləri təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 1,070 qram narkotik vasitə olan heroin məhv edilməli, bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 500 manat pul və bir ədəd “Samsung Duas” markalı mobil telefon ekspertizadan sonra ibtidai istintaq zamanı maddi sübut kimi tanınaraq sahibi “X6” mağazasının qanuni nümayəndəsi Nümayəndə təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, ibtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun və məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun müdafiəçisi X3 göstərdiyi 100 saat hüquqi yardıma görə Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına 600 manat məbləğində pul, məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi göstərdiyi 70 saat hüquqi yardıma görə Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına 420 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 326.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş çəkilməmiş qalan 01 il 01 ay 16 gün hissəsi ilə qismən birləşdirilsin, CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla üzərində qəti olaraq 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 108 (bir yüz səkkiz) manat 46 (qırx altı) qəpik ekspertiza və 50 (əlli) manat məhkəmə-əmtəəşünaslıq ekspertiza xərci olmaqla, cəmi 158 (bir yüz əlli səkkiz) manat, 46 (qırx altı) qəpik təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 1,070 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 500 manat pul və bir ədəd “Samsung Duas” markalı mobil telefon ekspertizadan sonra ibtidai istintaq zanmanı maddi sübut kimi tanınaraq sahibi “X6” mağazasının qanuni nümayəndəsi Nümayəndə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun müdafiəçisi X3 göstərdiyi 100 saat hüquqi yardıma görə 600 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB**********2300206123, VÖEN ********** hesabına, məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi göstərdiyi 70 saat hüquqi yardıma görə 420 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlikedən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar