Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-230/2023 23.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1977-ci ildə Suimqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Suimqayıt şəhəri, 13-cü mikrorayon, ev 23, mənzil 31-də qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində yerləşən fərdi evdə yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində yaşadığı evin yaxınlığında yerləşən, Zərərçəkmiş şəxs məxsus evin pəncərəsini sıxıb açmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq qonaq otağından 01 ədəd 200,00 manat dəyərində olan qara rəngli, 2017-ci ilin iyul ayında Misirdə istehsal edilmiş, “LG” markalı, 32LJ520U model televizoru, 1 ədəd 10,00 manat dəyərində olan təxminən 90 ml “Farması” ətiri, 1 ədəd 8,00 manat dəyərində olan təxminən 60 ml “Vercaga” ətiri, 1 ədəd 5,00 manat dəyərində olan təxminən 7 ml “Lisive” ətiri, 1 ədəd 10,00 manat dəyərində olan qara rəngli, adapteri ilə birgə üzqırxan aparatını və 1 ədəd 3,00 manat dəyərində olan ağ rəngli, Çində istehsal edilmiş, “Samsunq” markalı, EP-TA50EWE model mobil telefona aid adapteri gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 236,00 manat məbləğində ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan ağ rəngli kağız parçasına bükülmüş, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na daxil edilmiş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,213 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na daxil edilmiş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,037 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 50 manat müqabilində əldə edib Abşeron rayonu, Saray qəsəbəsinə daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 15:45 radələrində Abşeron RPİ-nin X3 əməkdaşları Abşeron rayonu, Saray qəsəbəsi ərazisində xidmətdə olduqları zaman o, özünü şübhəli apardığına görə yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron RPİ-nin Saray polis bölməsinə gətirilib xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində saxladığı, həmin bir ədəd bükümdə 0,213 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd bükümdə 0,037 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində yaşadığı evin yaxınlığında küçə ilə piyada hərəkət edərkən orada yerləşən evlərdən birinin pəncərəsinin yarı açıq vəziyyətdə olduğunu görmüş, son zamanlar heç bir yerdə işləmədiyinə və maddi sıxıntıları olduğuna görə həmin vaxt həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra evdə kiminsə olub-olmamasını dəqiqləşdirmək məqsədilə həmin evə yaxınlaşıb ev sahibini səsləmiş, bu zaman evdə heç kimin olmadığına tam əmin olduğum üçün evə pəncərədən daxil olmuş, bundan sonra otaqlara nəzər yetirərək pul və qızıl-zinət əşyaları axtarmış, daha sonra isə evdə pul və qızıl-zinət əşyaları olmadığını görüb qonaq otağından bir ədəd “LG” markalı televizoru, üç ədəd ətiri, 1 ədəd üz qırxan aparatını və bir ədəd “Samsunq A-03” markalı mobil telefona aid elektrik ötürücü cihazı oğurlayıb evdən çıxmış və həmin yerdən uzaqlaşaraq Sumqayıt şəhərinə getmişdir. Oğurladığı həmin 1 ədəd LG markalı televizoru da həmin gün axşam saatlarında tanıdığı, Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşayan Firəngiz adlı şəxsə özününkü kimi təqdim edib 50 manata satmış, 2 ədəd ətiri, 1 ədəd üz qırxan aparatı və 1 ədəd “Samsunq A-03” markalı mobil telefona aid elektrik ötürücü cihazını (adaptrı) da yaşadığı evə aparmış, əldə etdiyi 50 manat pulu da ehtiyaclarına xərcləmişdir. Təxminən 1 il olar ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin qəbul edir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində olduğu zaman tanımadığı şəxsdən bir büküm narkotik vasitə olan heroini və bir büküm də psixotrop maddə metamfetamini 50 manat müqabilində alaraq həmin bükümləri sonra istifadə edəcəyi məqsədilə öz üzərimdə cibində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 15:45 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində piyada yaşadığı evə tərəf gedən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra anket məlumatları soruşulmuş, o da həmin vaxt onlara anket məlumatlarını bildirsə də hərəkətləri polis əməkdaşlarında şübhə doğurmuş, həmin vaxt polis əməkdaşları ona narkotik vasitələrin qəbulu ilə məşğul olmasından, həmçinin üzərimdə narkotik vasitə saxladığımdan şübhələndiklərini bildirib onu Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nin Saray PB-nə getmişdir. Saray PB-də xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq şübhəli şəxs kimi ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra müdafiəçinin iştirakı ilə və videoçəkiliş vaitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərimdə qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə varsa təqdim etməsi təklif olunmuş, sonra üzərində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Sonra o, əynində olan qara rəngli gödəkçəmin sol yan cibindən 2 ədəd ağ rəngli kağız parçasına bükülmüş bükümləri çıxarıb təqdim etmiş və həmin bükümlərin birində narkotik vasitə olan heroin, digərində də psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmçinin həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini bir gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olduğu zaman tanımadığı şəxsdən 50 manat müqabilində alaraq sonra istifadə ecəcəyi məqsədilə öz üzərində saxladığını bildirmiş, sonra aşkar olunmuş həmin bükümlər ekspertizaya göndərilməsindən ötrü kağız zərfdə qablaşdırılmış və zərfin üzəri iştirakçılar və onun tərəfimdən imzalarla təsdiq olunmuşdur. Həmçinin bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Gülməmmədli kəndində qeydiyyatdadır və Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evdə qaradaşı Uğur Salmanovla birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 06:20 radələrində qardaşı Uğurla birlikdə evdən çıxaraq Bakı şəhərinə getmiş, həmin gün saat 15 radələrində evə qayıdıb içəri daxil olan zaman evin bütün əşyalarınln, həmçinin geyim paltarlarını dağınıq vəziyyətdə olduğunu, mətbəxin plastik materialdan olan pəncərəsinin də açıq vəziyyətdə olduğunu görmüşdür. Həmçinin nəzər yetirdikdə qonaq otağında yerdə olan 1 ədəd 450 manat dəyərindəki LG markalı, 82 diaqanallı televizorun, 1 ədəd 25 manat dəyərindəki üz qırxan aparatın, hər biri 25 manat olan 3 ədəd kişi ətirinin və 1 ədəd 25 manat dəyərindəki elektrik ötürücü cihazın (adaptrın) yerində olmadığını görmüşdür. Bundan sonra məlum olmuşdur ki. evdə olmadığı müddətdə naməlum şəxs və ya şəxslər mətbəxin pəncərəsini sıxıb açmaq yolu ilə evə daxil olaraq yuxarıda qeyd etdiyim əşyalarımızı oğurlamışdır. Ona görə də həmin vaxt DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermiş, bir qədər sonra polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirməyə başlamışlar. xx.xx.2022-ci il tarixdə saat 06:20 radəlıərindən saat 15 radələrinədək olan müddətdə evində baş vermiş həmin oğurluq hadisəsi zamanı ona ümumilikdə 575 manat ziyan dəydmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı Abşeron RPİ-nin Saray PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Abşeron RPİ-nin Saray PB-də polis sahə rəisi vəzifəsində xidmət göstərir, rütbəsi polis kapitanıdır. Abşeron RPİ-nin X3 inzibati ərazisində baş vermiş hadisə ilə bağlı keçirilmiş əməliyyat tədbirləri zamanı əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə əsaslı şübhələr olduğundan həmin şəxsin müəyyən edilməsi üçün Saray PB-nin polis sahə nəfəri polis serjantı Şahid4 ilə birlikdə xidməti ərazidə olarkən bir nəfər şəxsin özünü şübhəli aparması, qeyri adetvat cavabları və davranış tərzi həmin şəxsin narkotik vasitənin təsiri altında olması üçün şübhə yaratmışdır. Bu səbəbdən həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxsin şəxsiyyəti barədə maraqlanmış və həmin şəxsin hərəkətləri onlarda şübhə yaratdığı üçün Saray PB-nə dəvət edilmişdir. Həmin şəxslə aparılan sorğu sual zamanı üzərində «kakos» kimi tanıdığı narkotik vasitə heroin və «şüşə» kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmiş, Saray Polis bölməsində həmin şəxsin şəxsiyyəti müəyyən edilərək Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Polis bölməsində xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin edilmiş və texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması qadağan olunmuş hər hansı əşya və ya predmet olub olmaması soruşulmuş, sonuncu üzərində «kakos» kimi tanıdığı narkotik vasitə heroin və «şüşə» kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmiş və əynində olan qara rəngli gödəkçənin sol yan cibindən çıxardığı bir ədəd ağ rəngli kağız parçasına bükülü heroinə bənzər kütləni və bir ədəd ağ rəngli kağız parçasına bükülü psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sorğu sual zamanı həmin şəxsdən əldə etdiyi vasitələri haradan kimdən və nə məqsədlə əldə edilməsi soruşulmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində olan «kakos» kimi tanıdığı narkotik vasitə heroini və «şüşə» kimi tanıdığı psixotrop maddə metamfetamini Sumqayıt şəhərində Corat qəsəbəsi ərazisində xx.xx.2022-ci il tarixdə tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün 50 manata əldə edib üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin əlavə onun qanunla saxlanılması qadağan edilmiş əşya və yaxüd predmset üzərindən aşkar edilməmiş, sonra təqdim edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə və heroinə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, sonra isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin polis sahə nəfəri polis serjantı Şahid4 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs təxminən 3-4 il olar ki, usta kimi tanıyır. Həmçinin Anarın Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yaşayan anası Adiləni də tanıyır. Anar bir neçə dəfə yaşadığı evdə santexnika işlərini də görmüşdür. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Anar yaşadığı evə gələrək ona bir ədəd televizoru göstərib həmin televizoru satmaq isdətiyini bildirmiş, o, Anardan həmin televizoru hardan aldığını, nə üçün satmaq istədiyini soruşanda sonuncu ailəsində maddi vəziyyətlərinin yaxşı olmadığına görə həmin televizoru yaşadığı evdən gətirib 100 manata satmaq istədiyini bildirmişdir. O, Anarın ona göstərdiyi televizora baxdıqdan sonra həmin televizorun LG markalı, təxminın 82 diaqanallı plazma televizor olduğunu görmüş, həmin vaxt Anara 50 manat verib həmin televizoru almış və qalan 50 manat pulu da bir neçə gündən sonra pulu olduqda verəcəyini bildirmiş və Anar çıxıb getmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 50 manata aldığı həmin 1 ədəd LG markalı televizorun sonuncu tərəfindən oğurluq yolla əldə edilməsi sonradan ona məlum olmuş və buna görə də həmin telvizoru istintaqa təqdim etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, Təqsirləndirilən şəxs onun oğludur. Anar hal-hazırda öz ailəsi ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında ona məlum olmuşdur ki, həmin gün Abşeron RPİ-nin Saray PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı oğlu Anar üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli bilinərək saxlanılmışdır. Həmçinin bundan bir neçə gün sonra ona məlum olmuşdur ki, Anar xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən evlərdən birinə qanunsuz daxil olaraq oradan bir ədəd televizor, 3 ədəd ətir, bir ədəd üz qırxan aparatı və bir ədəd mobil telefon aid adaptrı oğurlamış, oğurladığı televizoru həmin gün axşam satlarında Sumqayıt şəhərində satsa da digər əşyaları Abşeron rayonu, Saray qəsəbəsində yaşadığı evə aparmışdır. Ona görə də hazırda istintaq zərurəti ilə əlaqədar olaraq Anarın oğurluq yolla əldə edib yaşadığı evə apardığı 3 ədəd ətirləri, adapteri ilə birlikdə bir ədəd üz qırxan aparatını və bir ədəd mobil telefon adapterini hazırda istintaqa təqdim edə bilər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/6445 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №246» dairəvi möhür əksi və «Yusifov – imza, iştirak etdilər- imza, təhqiqatçı N.Həsənli- imza…» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,037 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir (qalıq 0,027 qram - 0,01 qram narkotik vasitə – heroin tədqiqata sərf edilmişdir), 01 (bir) ədəd bükümdəki təmiz çəkisi – 0,213 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (qalıq 0,163 qram - 0,05 qram psixotrop maddə metamfetamin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in siyahısına (Siyahı 1), Metamfetamin - “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”in siyahısına (Siyahı 1) daxildirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji dispanserini xx.xx.2022-ci il tarixli 7305 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,027 qram narkotik vasitə – heroin və qalıq çəkisi 0,163 qram psixotrop maddə metamfetamin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Azərbaycan Respublikası MEM-dən alınmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 dekabr 2022-ci il tarixli, 9/8509 saylı rəyi ilə müəyyən edilmişdir ki, Ekspertiza tədqiqatına təqdim edilmiş malların işlənmə dərəcəsi nəzərə alınmaqla 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 236,00 manat müəyyən olunur. O cümlədən:
1. 1 ədəd qara rəngli, 2017-ci ilin iyul ayında Misirdə istehsal edilmiş, “LG” markalı, 32LJ520U model televizor - 200 manat;
2. 3 ədəd hər biri istifadə olunmuş ətirlər (1 ədəd təxminən 90 ml “Farması” ətir -10 manat, 1 ədəd təxminən 60 ml “Vercaga” ətir 8,00 manat, 1ədəd təxminən 7 ml “Lisive” ətir 5,00 manat) – 23,00 manat;
3. 1 ədəd qara rəngli, adapteri ilə birgə üzqırxan aparat - 10 manat;
4. 1 ədəd ağ rəngli, Çində istehsal edilmiş, “Samsunq” markalı, EP-TA50EWE model mobil telefona aid adapter - 3 manat. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “LG” markalı, 32LJ520U model televizorun, 3 ədəd ətirlərin, 1 ədəd adapteri ilə birgə üzqırxan aparatının və 1 ədəd “Samsunq” markalı, EP-TA50EWE model mobil telefona aid adapterin ibtidai istintaq zamanı saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Abşeron rayon polis idarəsinin xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş və Abşeron RPİ-in MSY-nə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində saxladığı «kakos» kimi tanıdığı narkotik vasitə heroin və «şüşə» kimi tanıdığı psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs himayəsində (xx.xx.2015-ci il təv. Ümüd Yusifli) bir azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış əmlakın zərərçəkmiş şəxsə geri qaytarılması nəzərə alınmalıdır, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,027 qram narkotik vasitə – heroin və qalıq çəkisi 0,163 qram psixotrop maddə metamfetamin məhv edilməlidir; CPMnin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 142 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,027 qram narkotik vasitə – heroin və qalıq çəkisi 0,163 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “LG” markalı, 32LJ520U model televizorun, 3 ədəd ətirlərin, 1 ədəd adapteri ilə birgə üzqırxan aparatının və 1 ədəd “Samsunq” markalı, EP-TA50EWE model mobil telefona aid adapterin ibtidaistintaq zamanı saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Zərəçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Vaqif Həsənov