Məhkəmə qərarları › İş №1(012)-231/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-231/2020

28.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-231/2020 28.02.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Şamaxı rayonu Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olan və Abşeron rayonu, Məmmədli kəndi, Çingiz Mustafayev küçəsində kirayədə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə, saat 22:30 radələrində, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində, Bakı-Şamaxı yolunun sağ hissəsində yerləşən «Alyans» restoranından çıxmış Zərərçəkmiş şəxs restoranın yaxınlığında dayanmış həmkəndliləri Şahid və X2 yaxınlaşmış və onlardan onu Qobustan rayonu, Cəyirli kəndinə aprmalarını istəmişdir. Bu zaman Şahid və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onu apara bilməyəcəklərini bildirmişlər. Bunu eşidən Zərərçəkmiş şəxs sərxoş olduğundan Təqsirləndirilən şəxs təhqir etmiş və bununla əlaqədar aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs baş zərbəsi ilə Zərərçəkmiş şəxs sağ göz nahiyyəsindən qəsdən vuraraq ona alın nahiyyəsinin sağ hissəsinin, sağ qaş nahiyyəsinin və sağ gözün üst qapağını əhatə edən geniş həcimli dərialtı hematoma fonunda əzilmiş cırılmış yara ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2019cu il tarixdə qohumu X1 toy məclisində iştrak etmək üçün Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisindəki “Alyans” restoranına getmişdir. O, toyda iştrak etmiş və saat 22:30 radələrində toydan evə getmək üçün çıxmışdır. Bundan sonra qayını Şahid ona zəng edərək, gəlib onu restoranın qarşısından götürməsini istəmiş və bir az sonra Ziyad ona zəng edərək, “Alyans” restoranının qarşısında, Bakı-Şamaxı yolunda dayandığını demişdir. O da restorandan çıxaraq 40-50 metr məsafədə yerləşən yola çıxmış və Ziyadın yolun kənarında dayandığını görüb onunla söhbət etməyə başlamışdır. Həmin vaxt həmkəndlisi Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə onlara yaxınlaşmış və onu kəndə Qobustan qəsəbəsinə aparmaların demişdir. O və qayını Ziyad işləri olduğu üçün rayona gedə bilməyəcəklərini demişlər. Həmin vaxt qaranlıq olmuş və ətrafda kənar şəxslər olmamışdır. O, Zamana taksiyə minib getməsini bildirmiş, sonuncu bu sözündən xoşu gəlmədiyi üçün, həmçinin sərxoş olduğundan onu söyüb təhqir etmişdir. Buna görə də o, Zamanın boynundan tutub onu özünə tərəf dartaraq sifətindən başı ilə bir zərbə vurmuş və itələyərək, yerə yıxmışdır. Ziyad isə onu tutub aralayaraq avtomaşına oturdub aparmışdır. Zərərçəkmiş şəxslə mübahisələri 3-5 dəqiqə çəkdiyindən kənar şəxslərin narahatlığına səbəb olmamışdır. Mübahisədən əvvəl toyda spirtli içki qəbul etmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs etdiyi əməldən peşman olduğunu, zrərəçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəyərək, onunla barışıq əldə etdiyini və sonuncunun ona qarşı hər hansı şikayətinin olmamasını bildirərək məhkəmədən onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2019-cu il tarixdə əmisi oğlu X1 toy məclisinə iştrak etmək üçün Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisindəki “Alyans” restoranına gəlmişdir. Toyda təxminən 200 qram spirtli içki qəbul etmişdir. Saat 22:30 radələrində evə getmək məqsədi ilə restorandan çıxmışdır. Buna görədə restorandan 30-40 metr aralı məsafədə dayanan taksi avtomaşınları olan yerə yaxınlaşmışdır. Lakin həmin vaxt orada taksi avtomaşını olmamışdır. Bu vaxt həmkəndlisi Təqsirləndirilən şəxs və onun qayını Şahid orada avtomaşının yanında dayandıqlarını görmüşdür. Həmin vaxt Ziyad avtomaşının sükanı arxasında oturmuş, Rafiq isə avtomaşının yanında olmuşdur. O, Rafiqə yaxınlaşaraq, onu Qobustan rayonunun Cəyirli kəndinə aparmalarını demişdir. Rafiq isə ora gedə bilməyəcəklərini taksiyə minib getməsini ona bildirmişdir. Bu zəmində aralarında mübahisə olmuş, mübahisə zamanı Rafiq yumruqla sağ gözünə, təpiklə qarnına, sinəsinə, boğazına vurmuş və o da zərbədən yıxılmışdır. Ziyad isə gəlib Rafiqi tutmuş, o isə yol maşın ilə oradan uzaqlaşmışdır. Səhəri gün sifətində, başında ağrıları olduğu üçün həkimə «Loğman» klinikasına getmişdir. Sonra isə Qobu PB-nə gələrək döyülməsi barədə şikayət ərizəsi yazmışdır. Mübahisə vaxtı orada Rafiq, Ziyad və ondan başqa heç kim olmamış, mübahisə 3-5 dəqiqə çəkmiş və kənar şəxslərin narahatlığına səbəb olmamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, onunla barışdığını və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Təqsirləndirilən şəxs izahatında göstərdiyi xüsusatları bir daha təsdiq edərək, eyni məzmunlu ifadə verdi. Cinayət işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin MTE və PA ETT Birliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 2911 nömrəli rəyindən görünür ki, 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - alın nahiyyəsinin sağ hissəsinin, sağ qaş nahiyyəsinin və sağ gözün üst qapağını əhadə edən geniş həcimli dərialtı hematoma fonunda əzilmiş cırılmış yara bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə vəşəraitdə, yəni xx.xx.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ona görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs dəymiş ziyanın tam ödənildiyini, onunla barışdıqlarını, aralarında heç bir mübahisə olmadığını bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş iş üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar