Məhkəmə qərarları › İş №1(012)-231/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-231/2021

17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-231/2021 17.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Mayıs qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə 01.02.1998-ci il təvəllüdlü, Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128, 133.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayının əvvəllərində və mart ayında qeyri rəsmi ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs Mayıs qızının yaşadığı Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kristal Abşeron 1” yaşayış kompleksindəki bina 18, mənzil 212-də aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı ona mütəmadi olaraq güclü fiziki ağrı verərək əlindəki siqaretin közünü dəfələrlə Zərərçəkmiş şəxs hər iki yanaq nahiyəsinə, alın nahiyəsinə, sağ biləyinə və hər iki ayaqlarına basmış, sonuncuya alın nahiyəsinin, sağ yanaq nahiyəsinin, sol almacıq nahiyəsinin, sağ mil-bilək oynağı nahiyəsinin, hər iki budun və sağ baldırın çapıq toxumaları, yanıq yaraları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək yetirərək mütəmadi olaraq zorakı hərəkətlərlə güclü fiziki ağrı vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 31 iyul 2020-ci il tarixdə saat 17:30 radələrində Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən “Kristal ünvan 2 ünvanının qarşısında yerləşən həyətdə qeyri rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs Mayıs qızı ilə rastlaşdıqda sonuncu ilə arasında ondan icazəsiz binanın həyətinə düşməsi səbəbindən münaqişə yaranmış, yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs təpiklə və yumruqla sifətinə, başına və bədəninin müxtəlif nahiyələrinə zərbələr enidirərək ona sol-təpə nahiyəsinin dərialtı hematoması ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə əvvəllər qeyri rəsmi ər-arvad münasibətində yaşamış, belə ki, aralarında təxminən bir ilə yaxın müddətdə qeyri rəsmi ər-arvad münasibətləri olmuş, hadisədən təxminən 2 ay əvvəl Samirədən ayrılmışdır. 31 iyul 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, «Kristall Abşeron 1» yaşayış kompleksinin həyətində gəzişən zaman təsadüfən qeyri rəsmi ər arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs görmüş, Samirə bir neçə gün əvvəl dostlarının yanında onun ünvanına təhqiramiz sözlər işlətdiyi üçün, sonuncuya bu hərəkəti barədə irad bildirmiş, buna görə də aralarında sözlə münahisə yaranmışdır. Mübahisə zamanı əsəbiləşdiyi üçün Samirənin sifətindən 2 dəfə sillə ilə vurmuş, sonra isə oradan çıxıb getmişdir. Əlavə olaraq göstərmişdir ki, onun Samirə ilə arasında yaranmış mübahisə təxminən 3-5 dəqiqə davam etmiş, mübahisənin yaranmasına səbəb Samirənin bir neçə gün əvvəl dostlarının yanında ünvanına təhqiramiz sözlər işlətməsi olmuşdur. O, yalnız aralarında yaranmış mübahisə zamanı Samirəni sillə ilə vurmuş, sonuncunu təpik və yurmuqla vurmamış, həmçinin siqaretin közü ilə onun hər iki üzünə və yaxud bədəninə basıb söndürməmişdir. Həmçinin Zərərçəkmiş şəxs onun üçün lombarda qızıl qoyub pul götürməyib, nə də ki, ona 5000 manat pul verməmiş, Samirədən hər hansı miqdarda pul almamışdır. Mübahisə onunla Samirə arasında baş vermiş, həmin vaxtı ətrafda kənar şəxslər olsa da, onların hadisəni görüb görməmişlər. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Mayıs qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla qeyri rəsmi yaşayır, təxminən 1 ilə yaxındır ki, Hikmətlə qeyri rəsmi ər-arvad münasibətlərində yaşayır. Əvvəllər münasibətləri yaxşı olsada son vaxtlar mütəmadi olaraq Hikmət evdə arasında mübahisələr yaranır. 31.07.2020-ci il tarixdə saat 17:30 radələrində yaşadığı binanın qarşısında gəzişərkən Hikmət ona yaxınlaşaraq ona binanın qarşısında gəzməsini səbəb gətirərək onunla mübahisə etmiş, mübahisə zamanı Hikmət onun sifətinə, başına və bədəninin müxtəlif nahiyyələrinə yumruqla təpik zərbələri endirmiş və onu döymüşdür. Bu zaman orada olan mühafizəçilər onu Hikmətin əlindən qurtarmış, Hikmət isə oradan çıxıb getmiş, mübahisə təxminən 5 dəqiqə davam etmiş, bundan sonra o hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Əlavə olaraq göstərmişdir ki, Hikmət onu əvvəllər də döymüş, bədəninə xəsarətlər yetirmişdir. Lakin o bu barədə heç vaxt Hikmətdən şikayətçi olmamışdır. Belə ki, 2020-ci ilin fevral ayının əvvəllərində Hikmətlə yaşadığı evdə olarkən aralarında mübahisə baş vermiş, Hikmət əlində olan siqaretin közünü hər iki üzünə basıb söndürmüşdür. Eləcə də müəyyən zamanlarda da Hikmət onun bədəninə siqaret közünü basaraq ona xəsarət yetirərək əziyyət vermiş, qeyri rəsmi yaşadığı dövr ərzində Hikmətə pul lazım olanda o öz qızıllarını lombarda qoyaraq Hikmətə 1200 manat pul vermiş, yaşadığı ümumi müddət ərzində Hikmətə 5000 manat pul borc vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Abşeron rayonu, Xırdalan şəhəri, «Kristal Abşeron 1» yaşayış kompleksində mühafizəçi işləyir. İşi iki növbəlidir və gündüz növbəsində işləyir və iş saatı həftənin 6 günü səhər saat 09:00 radələrindən 18:00 radələrinədək davam edir. 31.07.2020-ci il tarixdə həmişə olduğu kimi işdə olmuş, həmin günü mühafizəçi Şahid2 da onunla birlikdə işdə olmuşdur. Axşam saat 17:30 radələri olardı, Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən “Kristal ünvan 2 ünvanının qarşısında adını sonradan bildiyi Təqsirləndirilən şəxs qeyri rəsmi ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs Mayıs qızı ilə mübahisə etdiyini görmüş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hücum edib onu vurduğu üçün mühafizəçi Şahid2 ilə birlikdə onları yaxınlaşmış, onların hər ikisini sakitləşdirib Hikməti oradan uzaqlaşdırdıq, həmin vaxtı Zərərçəkmiş şəxs döyülməsi ilə bağlı DİN-nin 102 xidmətinə məlumat vermişdir. Göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında yaranmış münaqişə Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən “Kristal ünvan 2 ünvanının qarşısında baş vermiş, həmin vaxtı onlar ikilikdə olmuş, ətrafda kənar şəxslərin toplanmasının və yaxud müşahidə etməsini görməmişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında münaqişə yarandığını və Hikmətin də Samirəni əli ilə vurduğunu görüb onlara yaxınlaşmüş, onlara yaxınlaşan anda Hikmət onları görüb kənara çəkilmiş, onların hər hansı biri nə ona, nə də ki, Nəsibə təzyiq etməmişdir. Sonuncuların əvvəllər kompleksin həyətində münaqişə yaratdıqlarının şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi və məhkəmətibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.1-ci maddələri ilə tövsif edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 11 avqust 2020-ci il tarixli 1493 saylı rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs Mayıs qızının məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol təpə nahiyəsinin dərialtı hematoması küt əşya təsirindən törənmişdir, zərərçəkənin göstərdiyi tarixdə və şəraitdə, yəni 31.07.2020-ci il tarixdə döyülməsi nəticəsində əmələ gəlməsi istisna olunmur, alın nahiyəsinin, sağ yanaq nahiyəsinin, sol almacıq nahiyəsinin, sağ mil-bilək oynağı nahiyəsinin, hər iki budun və sağ baldırın çapıq toxumaları, yanıq yaraları izləri olmaqla yüksək hərarətin yerli təsirindən törənmişdir, müddəti müayinədən təxminən 4-6 ay əvvələ uyğun gəlir, zərərçəkənin göstərdiyi, eləcə də qərarda qeyd olunan şəraitdə, yəni yanmış halda siqaretin təsirindən əmələ gəlmələri inkar edilmir, dərəcələrinə görə həm ayrıayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş üzrə keçirilmiş əlavə məhkəmə-tibbi ekspertizasının 19 yanvar 2021-ci il tarixli 03Ə saylı rəyində qeyd olunmuşdur ki, 1980-cı il təvəllüdlü Zərərçəkmiş şəxs Mayıs qızının məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol təpə nahiyəsinin dərialtı hematoması küt əşya təsirindən törənmişdir, zərərçəkənin göstərdiyi tarixdə və şəraitdə, yəni 31.07.2020-ci il tarixdə döyülməsi nəticəsində əmələ gəlməsi istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Alın nahiyəsinin, sağ yanaq nahiyəsinin, sol almacıq nahiyəsinin, sağ mil-bilək oynağı nahiyəsinin, hər iki budun və sağ baldırın çapıq toxumaları, yanıq yaraları izləri olmaqla yüksək hərarətin yerli təsirindən törənmişdir, müddəti müayinədən təxminən 4-6 ay əvvələ uyğun gəlir, zərərçəkənin göstərdiyi, eləcə də qərarda qeyd olunan şəraitdə, yəni yanmış halda siqaretin təsirindən əmələ gəlmələri inkar edilmir, dərəcələrinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 15.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs Mayıs qızının tərəfindən 17.06.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs Mayıs qızı ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan edildiyi andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar