Məhkəmə qərarları › İş №1(012)-232/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-232/2021

30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-232/2021 30.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi2 oğlunun iştirakları ilə, xx.xx.1982-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Xırdalan şəhəri, M.Müşfiq küçəsi ev 2/4 –də daimi qeydiyyatda olan, Abşeron rayonu Qobu qəsəbəsi, yeni məhəllədə fərdi yaşayış evində yaşamış, hazırda Abşeron rayonu məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 3 (üç) ədəd selofan parçasına və 3 (üç) ədəd gümüşü siqaret kağızına cəmisi 6 (altı) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,385 qr, 0,373 qr, 0,385 qr, 0,070 qr, 0,053 qr, 0,060 qr, ümumi təmiz çəkisi 1,326 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət psixotrop maddə-metamfetamini və 1(bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş təmiz çəkisi 0,140 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 80 (səksən) manata özü istifadə etmək üçün alaraq əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2020-ci il tarixdə səhər saat 07 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində, Abşeron rayon Polis İdarəsinin Qobu polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb PB-nə gətirilmiş və orada xidməti otaqda üzərində şəxsi axtarış keçirilən zaman ona məxsus olan qara rəngli əl çantasının içərisində sarı rəngli plasmas qabın içərisindən 6 ədəd gümüşü siqaret kağızına və selofon parçasına bükülü, ümumi təmiz çəkisi 1,326 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət psixotrop maddə-metamfetamin və 1 ( bir) ədəd siqaret kağızına bükülmüş təmiz çəkisi 0,140 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsülla hazırlanmış narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 3-4 ay əvvəl narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə edir. xx.xx.2020-ci il tarixdə səhər saat 07 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində, yeni məhəllə adlanan ərazidə olan vaxtı, mülkü geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmış, özlərini polis əməkdaşları kimi təqdim edəndən sonra, komendad saatı hələ qurtarmayıb çöldə nə gəzirsən deyib, üzərimdə narkotik vasitələrin olmasında şübhəli olduğumu deyib, onu Qobu polis bölməsinə dəvət etmişləpr. Abşeron RPİ-nin X6 xidməti otaqlardan birində video çəkliş aparmaqla və müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərimdə şəxsi axtarış keçirilməmişdən əvvəl onda üzərimdə qanunsuz olaraq saxladığım hər hansı əşyanın olub-olmamasını soruşmuşlar. O, üzərimdə gəzdirdiyi və ona məxsus olan qara rəngli əl çantasının iç cibindən çıxardığı sarı rəngli plasmas qabın içərisində olan 3 (üç) ədəd şəffaf rəngli selofan parçasına bükülmüş və 3 (üç) ədəd siqaretin gümüşü kağızına bükülmüş psixotrop maddə olan metamfetamini, 1(bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim edərək, onun əl çantasında cəmisi 7 büküm olduğunu, həmin bükümlərdən 6 ədəd bükümdə matamfetamin və bir ədəd bükümdə isə heroin olduğunu bildirmiş, bundan sonra polis əməkdaşları onun üzərində və əl çantasına şəxsi axtarış keçirsələrdə əlavə heçnə, yani narkotik maddə aşkar edilməmişdir. O, üzərindən aşkar edilərək götürülmüş ümumilikdə cəmisi 7 (yeddi) ədəd bükümü Bakı şəhəri Yasamal rayonu ərazisində özü istifadə etmək üçün tanımadığı şəxsdən 80 manata almış, həmin şəxsin anket məlumatlarını bilmir, həmin şəxsdən birinci dəfə narkotik vasitə almışdır. O, hər gün narkotik vasitələrdən istifadə etdiyi üçün, həmin narkotik vasitələri özü istifadə etmək üçün üzərində olan əl çantasında saxlamış, onun əl çantasında narkotik vasitə olmasını heç kim bilməmiş və həmin narkotik vasitədən heç vaxtı heç kimə satmamış və verməmişdir. Onun əl çantasından aşkar edilmiş narkotik vasitələr kağız zərfdə qablaşdırılmış, o və iştirakçılar həmin zərfi imzalamışlar. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin Qobu PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin X6 Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə onun icraaıtna, Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Abşeron rayonu Qobu qəsəbəsinqdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatını yoxlanılması üçün onun tərəfindən qrup yaradılmış, qrupda sahə rəisi polis kapitanı Şahid2da iştiak etmişdir. xx.xx.2020-ci il tarixdə sahə rəisi, polis kapitanı Şahid2 iştirakı ilə, Abşeron rayonu Qobu qəsəbəsi ərazidə Təqsirləndirilən şəxs saxlanılmış və narkotik vasitələrin qanunsuz olaraq saxlamasında və gəzdirməsində şübhəli olduğu üçün Qobu polis bölməsinə dəvət edilmişdir. X6 otaqların birində Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan qara rəngli əl çantasının içərisindən bir ədəd sarı rəngli plastmas qabın içərisindən ümumilikdə 7 (yeddi) ədəd büküm aşkar edilmişdir. Həmin yeddi ədəd bükümlərdən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan heroin, altı ədəd bükmlərdə isə psixotrop maddə olan metamfetamin aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində olan çantanın içərisindən aşkar edilmiş yeddi büküm narkotik vasitəyə və psixotrop maddəyə bənzər kütlə itştirakçıların yanında qablaşdırılaraq təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokol və içərisində narkoitik vasitə olan zərf imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində Abşeron rayon Pİ-nin Qobu PB-nin sahə rəisi polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin X6 sahə rəisi vəzifəsində işləyir. Abşeron RPİ-nin, Qobu polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ona icraatına, Abşeron rayonu, Xırdalan şəhəri, M.Müşfiq küçəsi ev 2/4 –də daimi qeydiyyatda olmaqla, Abşeron rayonu Qobu qəsəbəsi, yeni məhəllədə fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu bildirmiş, həmin əməliyyat məlumatının yoxlanılması üçün onunda qrupa daxil olduğunu demişdir. xx.xx.2020-ci il tarixdə əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə həyata keçirilən tədbirdə iştirak etmiş, Abşeron rayonu Qobu qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs saxlayaraq Qobu polis bölməsinə dəvət etmişlər, PB-də otaqların birində Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən, Təqsirləndirilən şəxs üzərində gəzdidirdiyi qara rəngli çantanın iç cibindən çıxardıb təqdim etdiyi sarı rəngli plasmas qabın içərisindən 3 (üç) ədəd selofan parçasına və 3 (üç) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş şəffav rəngli toz formalı psixotrop maddə olan metamfetamin və 1 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş, qəhvəyi rəngli toz formasında narkotik vasitə olan heroini aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində olan çantanın içərisindən aşkar edilmiş həmin 7 ( yeddi) ədəd bükümlərin ona məxsus olduğunu, həmin bükümlərdən bir ədəd siqaret kağızına bükülmüş narkotik vasitə olan heroin, qalan siqaret və solofan büküilərinə bükülmüş altı ədəd psixotrop maddələrin metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddə olan metamfetamini və narkotk vasitə olan heroini Yasamal rayounu ərazisində tanımadığı şəxsdən 80 (səksən) manata aldığını bildirmişdir. Həmin 7 (yeddi) ədəd bükümlərdə olan narkotik vasitə olan heroin və psixotrop maddə olan matamfetaminə bənzər kütlə itştirakçıların yanında qablaşdırılaraq protokol tərtib edilmiş, iştirakçılar tərəfindən həmin protokol və zərf imzalanmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qara rəngli çantanın içərisində olan sarı plastmas qabın içərisindən götürülmüş yeddi ədəd gümüşü siqaret kağızına və selofon parçalarına bükülü psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 6/2067 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqdim etdi 1) (imza) Aslanov» və s. qeydlər olan zərfdəki -1 ədəd bükümdə təmiz çəkisi 0,140 qram olan qəhvəyi rəngli maddə kütləsi , kustar üsulla hazırlanmış narkotik vasitə –heroindir. -6 ədəd bükümlərdəki ayrı-ayrılıqda təmiz çəkisi 0,385qr, 0,373qr, 0,385qr, 0,070qr, 0,053qr və 0,060qr ümumi təmiz çəkisi 1,326 qram olan pağ rəngli kristal hissəciklərdən ibarət maddələr, psixotrop maddə – metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına daxildir. Qeyd:heroinin təmiz çəkisi -0,140 qram, təqdqiqata sərf edildi-0,050 qram, qalıq - 0,090 qram) Metamfetaminin təmiz çəkisi-1,326 qramj, tədqiqata sərf edildi-0,060 qram, qalıq- 1,266 qram) Ekspertiza tədqiqatının dəyəri 108,46 (bir yüz səkkiz manat, qırx altı iki qəpik) manat təşkil edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının «25».01.2021-ci il tarixli «190» №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə baxış iclasında 01 ədəd CD diskə baxış keçirlərkən, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağa olunmuş hər hansı bir narkotikə bənzər vasitələrin olub-olmamasını soruşduqda üzərində olan çantadan aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 0,140 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, altı ədəd ümumi təmiz çəkisi 1,326 qram psixotrop maddə olan metamfetamini təqdim etdi. Həmin bükümü bir gün əvvəl Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 80 manata öz istifadəsi üçün aldığını bildirmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində Təqsirləndirilən şəxs üzərində olan çantadan aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 0,140 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, altı ədəd ümumi təmiz çəkisi 1,326 qram psixotrop maddə olan metamfetaminin və bir ədəd CD diski maddi subut kimi tanınması nəzərə alınmalı, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,90 qram narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,266 qram metamfetamin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi və bir ədəd CD diski cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixli qərarla təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Probasiya Xidməti Sumqayıt Şəhər Probasiya şöbəsinin arayışdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(012)-372/2019 saylı hökmünə əsasən 11 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 04. 10.2020-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. İş materiallarında olan Abşeron RİHB-nin Xırdalan şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X2 rayonu, Xırdalan şəhəri, M.Müşfiq küçəsi, ev 2/4 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan Abşeron RİHB-nin Xırdalan şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X5 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını, residiv olmasa da əvvəllər də eyni maddə ilə məhkum olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması barədə qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Abşeron Rayon Prokurorluğunun 07 oktyabr 2020-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs MSY-dən azad edilərək, barəsində polisin nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edimiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs yaxalanmış və Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(012)-637/2020 sylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 01 ay 24 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 06 oktyabr 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək tutma altında saxlanıldığı 01 gün müddət və həbsdə saxlandığı müddət nəzərə alınaraq, ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 oktyabr 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün azadlıqdan məhrum etmə cəzasının bir günə bir günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyindən, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, cəmi 0,090 qram narkotik vasitə heroin və 1,266 qram metamfetamin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 108,46 (bir yüz səkkiz manat, qırx altı iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər müdafiəçinin məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 oğlunun göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul hesablaşma“xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutulduğu 01 (bir) gün müddət nəzərə alınaraq, ona təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və üzərində qəti olaraq 01(bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 108,46 (bir yüz səkkiz manat, qırx altı iki qəpik) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ümumi xalis çəkisi 0,090 qram narkotik vasitə heroin və 1,266 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər müdafiəçinin məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində, məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 oğlunun göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul köçürülsün Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti ver ilə bilər. Hakim Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar